MƏMMƏdov qəRİb xəLİlov mahmud


Azərbaycanda  göllərin  ekoloji  vəziziyyəti



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə28/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   75

 

9.9. Azərbaycanda  göllərin  ekoloji  vəziziyyəti 

Ş.B.Xəlilova (2003) görə Azərbaysan Respublikasında göllərin sayı 250-yə çatır. Onlardan 7-sinin sahəsi 10 km

2

-

dan artıqdır, 25-ninki isə 1km2-dan çoxdur. Respublikanın göllərinin birlikdə sahəsi isə 250 km



2

 olub, onlardan 165 

km

2

, yəni bütün göllərin sahəsinin 66%-i Kür – Araz ovalığında 4 gölün payına düşür. Ş. B.Xəlilov (2003) mənşəyi, 



yerləşməsi və hidroloji xüsusiyyətlərinə görə  Azərbaycan göllərini 3 əsas qrupa ayırır: 1) Kür – Araz ovalığı gölləri; 

2) Abşeronun gölləri; 3) Dağ gölləri;  

Aşağıda onların xarakteristikası verilir. 

1. Təbii proseslər, son illərdə isə insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində  Kür – Araz ovalığının gölləri dəfə-

lərlə dəyişikliyə uğramışdır. 1953-cü ildə Mingəçevir su anbarı və 1970-ci ildə onun qolu Araz çayı üzərində «Araz» su 

qovşağı vasitəsilə Kür və Araz çaylarının axını tənzimləndikdən sonra düzənlikdəki gölllər və axmazlar bu çayların daş-

qın sularından məhrum oldular. Bunun nəticəsində Ağgöl, Mehman, Sarısu və Hacıqabul gölləri böyük dəyişikliyə uğ-

radı, Şilyan, Bostançala, Qarasu, Mahmudçala, Ağçala və b. göllər qurudu və bataqlığa çevrildi. Hazırda Ağgöl, Meh-

man, Sarısu gölləri Kür – Araz ovalığındakı kollektor-drenaj sisteminin köməyi sayəsində mövcuddur, Hacıqabul gölü-

nə isə su nasosla verilir. 



 

166


Kür çayının suyu tənzimləndikdən sonra göllərdə suyun keyfiyyəti xeyli dəyişmişdir. Onlara çaydan təbii axının 

olmaması ilə əlaqədar təmiz suyun minerallıq dərəcəsi artmışdır.  Hazırda Ağgölün minerallıq dərəcəsi 13000mq/l, 

Sarısu gölününkü isə 5000 mq/l təşkil edir. Yaz-yay dövründə minerallığın kəskin yüksəlməsi kollektor-drenaj suları-

nın göllərə axınının çoxalması ilə bağlıdır. Ağgöl, Mehman, Sarısu və Hacıqabul gölləri böyük təsərrüfat əhəmiyyəti 

daşıyır. Bu göllər həmişə balıqla zəngin olmuşdur. 1940-cı ildə Hacıqabul gölündən tutulan balığın miqdarı 8850 

sentner, Sarısu gölündən isə 6700 sentner olmuşdur. Kür çayının suyu tənzimləndikdən sonra isə göllərin su rejimi 

kəskin dəyişmiş, dayazlaşmış, şorlaşmış ,  bunun nəticəsində suyun bioloji rejimi dəyişmiş və faktiki olaraq balıqçılıq 

öz əhəmiyyətini itirmişdir. 



Cədvəl 9.9 

Azərbaycan respublikasının iri göllərinin  

əsas morfometrik səciyyəsi (Ş.Xəlilov) 

 

Gölün adı Yerlşdiyi yer, 

çay hövzəsi 

Dəniz  

səthin-

dən  

yüksəkli

k, m 

Sahəsi 

, km

2

 

Maksim

um  

dərinliyi

Suyun  

həcmi, 

mln.m

3

 

Sarısu   

Kür sağ sahili   -12 

65,70  3,5 

60 

Ağgöl   


Kür sağ sahili  -5 

56,20  2,2 

45 

Mehman   



Kür sağ sahili  -7,8 

35,00  2,3 

30 

Hacıqabul  



Kür sol sahili 

-19,6 


8,40 

2,5 


13 

Duzdaq   

Kür sol sahili 

-24,1 


4,0 

1,6 


3,5 

Acınohur   

Acınohur  - 

çölü  


107,3 11,0  

 

Goy – Gol 



Kürəkçay   

1553 


0,80 

93 


30 

Maralgöl   

Kürəkçay   

1899 


0,25 

61 


Böyük  


Al

l

Arpaçay   



2729 

5,20 


9,4 

24,5 


Kiçik  Alagöl  Tərtər   

2739 


1,20 

 



İşıqlı  

Q

l



Həkəri   

2666 


1,80 

10 


10 

Pəriçınqıl   

Həkəri   

2988 


1,00 

 

 



Alagöllər   

Həkəri   

2961 

0,95 


5,4 

2,5 


Ağzıbir   

Taxta körpü   

-25 

37,00  4 



40 

Böyükşor   

Abşeron 

d

12 10,00 



2,5 12,5 

Masazır   

Abşeron 

d

7,9 11,0 



1,7 7,0 

Binəqədi   

Abşeron 

d

12,1 4,0 1,7  2,0 



Kürdaxana   

Abşeron 


d

3,0 3,30 

 

3,0 


Xocahəsən Abşeron 

d

13,7 1,60 



3,2  3,5 

Qırmızı  

(Krasnoye)  

Abşeron 


yar.ad. 

-15,0 2,0 2,5  2,0 

Olxovka   

Viləşçay   

-25,1 

4,90 


3,0 

10,0 


Kultuk   

Viləşçay   

-5,0 

5,20 


3,0 

5,2 


2. Abşeronda 150-yə qədər göl vardır, onların ümumi sahəsi 50km2 təşkil edir. Onlar –20m-dən 120m-dək yüksək-

likdə yerləşir. Göllərin çoxu kiçikdir, yalnız 6 gölün ( Böyük Şor, Masazır,  Binəqədi,  Kürdəxanı,  Xoca-Həsən, 

Krasnoe)  sahəsi 1-12km2-dir. 

Yay dövründə xırda göllərin çoxusu  quruyur,  bütün  göllər duzludur, duzluluq dərəcəsi 5-dən 300 q/l –ə qə-

dər tərəddüd edir,  tərkibində  xlor və natrium ionları üstünlük təşkil edir. 

Göllərin əksəriyyəti xörək duzunun toplayıcılarıdır. Təbii şəraitdə  ilin soyuq dövründə göllər atmosfer ya-

ğıntıları ilə dolur, ilin isti dövründə isə  onların suyu azalır və ya quruyur. Göllərin belə vəziyyəti 1960-cı ilə qə-

dər qalmışdır. Sənayenin (xüsusilə neft istehsalı) və kənd təsərrüfatının intensiv inkişafı ilə əlaqədar son 50 ildə 

göllərə daxil olan buruq, sənaye və məişət çirkab sularının həcminin sürətlə artması onların kəskin çirklənməsi-

nə, sahələrinin böyüməsinə və yeni göllərin əmələ gəlməsinə səbəb olmuşdur.  

Xəzər dənizi sahilində bir neçə laqun (dənizdən ayrılmış kiçik göl) gölə təsadüf olunur (Ağzıbirçala, Olxov-

ka) ,onların sahəsi dəniz suyunun səviyyəsinin tərəddüdü ilə bağlı olaraq xeyli dəyişir. Xəzər dənizinin son illər-

də səviyyəsinin qalxması ilə əlaqədar  bu göllər faktiki olaraq dəniz körfəzlərinə çevrilmişdir. 


 

167


Vaxtilə Abşeron gölləri öz təbiətinə görə nadir göllər olmuşdur. XVII-XVIII əsrlərdə onlardan xörək duzu və 

müalicəvi  lilli - palçıqlı su kimi istifadə olunmuşdur.

 

XX əsrin ortalarında bu göllərdə xörək duzu istehsalı 10 min tona çatırdı. Bu duzdan həm Cənubi Qafqazda



həm də İran və Türkiyədə istifadə edilmişdir.Ən çox duz ehtiyatı Masazır, Fatmayı və Qabu göllərindədir. Ma-

sazırın bir gölündə xörək duzunun ehtiyatı 200 min tondan artıqdır( Ş.Xəlilov,2003). 

Bir çox göllərdə təbii rejim buruq suları ilə pozulduğundan onların tərkibində xeyli yod və brom vardır.1920 

–ci ildə keçmiş SSRİ – də ilk yod zavodu Romananın gölü bazasında tikilmişdir.Masazır gölünün dib çöküntü-

lərindən - palçığından hazırda da müalicə məqsədilə istifadə olunur. 

Abşeron yarımadasında vahid kanalizasiya sistemi yoxdur , bir çox yaşayış məntəqələri və sənaye müəssisə-

ləri çirkab sularını  təmizləmədən yaxınlığındakı göllərə axıdır.Odur ki , göllərin  əksəriyyəti hədsiz dərəcədə 

çirklənməyə məruz qalmışdır.Göllərdəki çirkli sular fauna və floraya öldürücü təsir göstərir.Hazırda göllərdəki 

suyun keyfiyyətinin vəziyyəti onların nəinki rekreasiya üçün ( çimmək, su turizmi və s. ) , hətta texniki ehtiyacı 

ödəmək məqsədilə də istifadə olunması yararlı deyil.Bu isə regionda ekoloji gərginlik yaradır.Göllərin çirklən-

məsinin qarşısını almaq, onların rekonstruksiya etmək və yarımadada ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün aşa-

ğıdakı tədbirlərin həyata keçirilməsi vacibdir: 

- Sənaye və məişət çirkab sularının göllərə axıdılmasının qarşısını almaq məqsədilə bütün sənaye və komu-

nal müəssisələrdə təmizləyici qurğular sistemi yardılmalıdır ;  

- Kəsgin çirklənmiş və yenidən əmələ gəlmiş göllərin qurudulması; 

- Yarımadada suvarma şəbəkələrini tam rekonstruksiya etmək və kənd təsərrüfatı bitkilərinin suvarılması da-

ha proqressiv üsullarla aparılmalı; 

- Drenaj sistemi yaratmaq yolu ilə qurunt sularının səviyyəsini aşağı salmaq və quyulardan istifadə etmək; 

- Neftlə çirklənmiş torpaqların rekultivasiyası. 

3. Kiçik Qafqazın dağ gölləri dəniz səviyyəsindən 1400 – 3000 m yüksəklikdə yerləşir . Onların sayı 20 – yə 

çatır.Ən böykləri Alagöl, Qaragöl,Göy - göl hesab olunur , bütün göllərin ümumi sahəsi 12 km

təşkil edir. 



Kiçik Qafqazın gölləri təbiətin nadir abidələri sayılır, onlar mənfi antropogen amillərin təsirindən qorunmalı-

dır.Onların su resurslarından istifadə olunması məqsədə uyğun sayılmır.Bu göllərin təbii şəkildə gözəlliyini sax-

lamaq turizm məqsədilə istifadə etmək lazımdır. Göllərdə abadlıq təsərrüfatının yaradılması su rejiminə və ətraf 

mühitə mənfi təsir göstərməz. 

Böyük Qafqazda dağ göllərinin sayı 70 – dən artıqdır.Onların 50 - sinin sahəsi 1 ha – ra qədərdir, 21 gölün 

sahəsi 1 – dən 3 ha arasındadır.Göllərin ümumi sahəsi 2 km

2   

- dan bir qədər artıqdır. 



Dağ çaylarının əksəriyyəti əhalisi az olan, yaşayış məntəqələrindən aralı, su ilə yaxşı təmin olunmuş və mü-

layim - soyuq iqlimli ərazilərdə yerləşir.Belə şəraitdə onlar antropogen amillərin təsirinə çox az məruz qalır, su-

yun həçmi və keyfiyyəti demək olar ki, dəyişməmiş qalır.  

 

 



9.10. Quru sularının çirklənməsi 

Çaylar öz təbii halında drenaj sistemi rolunu oynayıb hövzəsindən axımla birlikdə həll olmuş, asılı maddələr 

və yuvarlanan materiallar gətirir. Təbii sular həmişə mürəkkəb maye olub adətən tərkibində çoxlu kimyəvi mad-

dələr olur. Çay sularında həll olan maddələrin qatılığı adətən 1 q/l-dən artıq olmur. Təbii çay suları adətən çox 

istifadəçilər üçün kifayət qədər yararlı keyfiyyətdə olub təmizlənməsi o qədər də tələb olunmur. 

İnsan fəaliyyəti çayları drenaj sistemindən faktiki olaraq yüksək çirklənmə səviyyəsinə (100 PDK) çatdıraraq 

çirkab arxına çevirir. Hövzədə təbii proseslər üstünlük təşkil edərkən çay axımı təbii həll olmuş maddələr gəti-

rirdi. İnsan fəaliyyəti (sənaye, kənd təsərrüfatı, tikinti və s.) kimyəvi maddələrin miqrasiyasını gücləndirir, təbii 

sularda onların qatılığı artır, yəni suyun keyfiyyəti pisləşir. Bu zaman təbii mühitə, o cümlədən təbii suya antro-

pogen mənşəli maddələr daxil olur. Çox vaxt onlar bu şərait üçün yad olub əlverişsiz xassəli,  bəzən zəhərli olur. 

Çay suyunda çirkləndirici maddələrin ümumi miqdarı bir neçə minə çatır.  

Təbii suların çirklənməsinin əsas mənbələri – qara və əlvan metallurgiya müəssisələri, kimya, neft, qaz, daş  

kömür, sellüloz-kağız sənayeləri, kənd təsərrüfatı (əkinçilik və intensiv heyvandarlıq) və kommunal təsərrüfatı 

hesab olunur.  

Təbii suların əsas çirkləndirici göstəriciləri aşağıdakılardır: 

 



Həll olmuş oksigen. Onun miqdarı nə qədər yüksəkdirsə, suyun keyfiyyəti bir o qədər yaxşı olur. 

 



Oksigenin biokimyəvi sərfi göstəricisi. Göstərici çox olduqca çirkləndirici maddələr də çox olur və suyun 

keyfiyyəti bir o qədər pisləşir. 

 

Suda mikroorqanizmlərin olması. Onun göstəricisi bağırsaq bakteriyaların (kalitr) miqdarıdır. 



 

Suda amonyakın (NH



4

), nitratların (NO

3

), nitritlərin (NO



2

), neft və neft məhsullarının, fenolun, sintetik 

səthi-aktiv maddələrin, ağır metalların miqdarı. 

Xəstəliklərin baş verməsi və yayılması suyun çirklənməsi xarakterindən və  dərəcəsindən asılıdır. Dünyada 

xəstəliklərin 80%-i içməli suyun kifayət qədər keyfiyyətli olmaması ilə bağlıdır. İnkişaf etməkdə olan ölkələrdə 

içməli suyun tərkibindəki patogenlərin və çirkləndiricilərin təsiri nəticəsində hər il 25 mln. insan ölür. İshal (dia-



 

168


reya) xəstəliyindən hər il 5 yaşa qədər olan 3 mln. uşaq ölür. 1990-cı ilə dünyada 1 milyarddan artıq adam təmiz 

içməli su ilə və 1,7 milyard adam kinalizasiya ilə təmin olunmayıb.  

Su obyeklərinin çirklənmə mənbələrinin 2 əsas qrupu mövcuddur: nöqtə-nöqtə (nöqtədən)  çirklənmə mən-

bələri və dağınıq çirklənmə mənbələri. I - qrupa sənaye müəssisələrinin və kommunal çirkablarının təmizləmə 

qurğuları, II – qrupa kənd təsərrüfatı ilə əlaqədar, məsələn, gübrə və pestisidlərin parçalanma məhsulları ilə su-

yun çirklənməsi aiddir. 

Suyu çirkləndirən maddələr və onların indiqatorlarını da bir neçə qrupa bölmək olar. Hər bir qrup çirkləndiri-

ci müxtəlif tip su obyektlərində suyun keyfiyyəti üzrə spesifik problemlər yaradaraq özünə uyğun nəzarət strate-

giyası tələb edir: 

 



Mikrobioloji indiqatorlar insanın sağlamlığı ilə bağlıdır (məsələn, bağırsaq basili-bakteriyası patogen bak-

teriyasını göstərən indiqator sayılır); 

 

Asılı maddələr (ümumi miqdarı, suyun bulanlılıq və şəffaflıq dərəcəsi); 



 

Üzvi maddələr. Çirklənmənin indiqatorları: həll olan oksigen, oksigenin biokimyəvi və kimyəvi sərfi, fosfatlar, 



xlorofill – A; 

 



Biogen maddələr (azot və fosfor birləşmələr); 

 



Əsas ionlar (həll olan maddələrin ümumi miqdarı, elektrik keçiricilik dərəcəsi, PH, kalsium, maqnezium, 

natrium, kalium, xloridlər, sulfatlar, bikarbonatlar, bor, ftor, suyun codluğu); 

 

Qeyri-üzvi mikroçirkləndiricilər (alüminium, arsen, berillium, kadmium, xrom, kobalt, mis, sianidlər, hid-



rogen-sulfid, dəmir, qurğuşun, litium, marqans, civə, molibden, nikgel, selen, vanadium, sink); 

 



Üzvi mikroçirkləndiricilər, (onlar çoxdur: polixloridli-bifenillər, benzapiren, pestisidlər və b., onlar çox 

kiçik qatılıqda da zərərlidir; az qatılıqda olduğu üçün onları təyin etmək olduqca çətindir). 

9.10 saylı cədvəldə müxtəlif su obyektlərinin çirklənməsi ilə bağlı yaranan əsas problemlər göstərilir. 

Patogenlərlə yoluxma – mədə – bağırsaq xəstəliklərindən yüksək dərəcədə xəstəlik və ölümün çox mühüm 

faktoru. Bu əhalinin sıxlığından və onun sosial-iqtisadi inkişafından bilavasitə asılıdır, odur ki, inkişaf etməkdə 

olan ölkələr üçün səciyyəvidir. İnkişaf etmiş ölkələrdə içməli su təchizatı sistemində su emal olunur, lakin inki-

şaf etməkdə olan ölkələrdə içməli su kifayət qədər hazırlanmır və ya çox vaxt heç təmizlənmir. 



 

Cədvəl 9.10 

 

Su obyekti 



Suyun keyfiyyəti problemi 

Su obyekti üçün spesifik olan  Ümumi 

Çaylar Patogenlər  

 

Ağır metallar 



Üzvi maddələr 

Asılı maddələr 

Asidifikasiya 

Göllər və su an-

barları 

Evtrofikasiya 

Asidifikasiya 

Yeraltı sular 

Minerallaşmanın artması Üzvi 

mikroçirk-

ləndiricilər 

Nitratların qatılığının artması 

 

Hindistanda 1980-cı ilin sonunda çirkab sularının tam təmizlənməsi 3119 şəhərdən yalnız 8-də aparılmışdır, 



217  şəhərdə isə təmizlənmə natamam (qismən) yerinə yetirilmişdir. Nyu-Dehli şəhərindən axan Yamuna çayı 

sutka ərzində 0,2 mln. kub.m təmizlənməmiş çirkab su qəbul edir. Bunun nəticəsində şəhər daxilində suyun pa-

togen çirklənmə indeksi 3200 dəfə artaraq 100ml suda koli bakteriyalarının sayı 24 mln.- a çatır. Qanqa çayında 

da patogen və üzvi maddələrlə çirklənmə yüksək səviyyəyə çatır.  

Patogenlə yoluxma ilə üzvi maddələrlə çirklənmə qarşılıqlı əlaqədədir. Üzvi maddələr – çirkləndiricilərin, 

ən böyük qrupu sayılır. Onlar suya kanalizasiya çirkabları və ya nizamlanmamış məişət axıntıları vasitəilə həll 

olunmuş, yaxud asılı şəkildə daxil olur. Bəzi yerlərdə sellüloz –kağız və yeyinti sənayesi də suyu xeyli çirklən-

dirir. Üzvi maddələrlə çirklənmənin coğrafi yayılması patogen yoluxmanın yayılması ilə tam uyğun gəlir. 

Çaylar suda həll olan oksigenin sayəsində xeyli özünü təmizləmə qabiliyyətinə malikdir. Çay axımının tur-

bulent rejimi nəticəsində oksigenin miqdarı havadan daim doldurulur. Çayda üzvi maddələrin miqdarı onun özü-

nü təmizləmə qabiliyyətindən artıq olduqda suyun çirklənməsi güclənir. Suyun üzvi maddələrlə və patogenlərlə 

çirklənməsi problemini həll etmək üçün kompleks tədbirlər yerinə yetirmək lazımdır. Bu baxımdan hövzəyə da-

xil olan çirkləndiricilərin həcmini azaltmaq, digər tərəfdən təmizləyici qurğuların tikilməsi əsas rol oynayır. 

İnkişaf etməkdə olan ölkələrdə məişət axıntılarının həcminin artması, çirkab sularının təmizləyici qurğularının aşağı 

keyfiyyətdə olması və ya olmaması nəticəsində suyun üzvi maddələrlə çirklənməsi və patogenlərə yoluxması artır. İnki-

şaf etməkdə olan ölkələrdə 1,7 milyard şəhər əhalisi üçün kanalizasiyanın mühəndis sistemi tikilməlidir. 



 

169


Çay sularında asılı maddələr əksəriyyət hallarda narın torpaq hissəciklərindən ibarətdir. Asılı gətirmələrin 

qatılığı torpağın su eroziyasının, yəni hövzənin vəziyyətinin göstəricisidir. Bu prosesdə kənd təsərrüfatı böyük 

rol oynayır. Ümumiyyətlə, hər hansı bir eyni şəraitdə əkin sahələri çox olduqca çay axını gətirmələri də artır. 

Dünya çaylarının axım gətirmələrinin miqdarı təxminən ildə 20 mlrd. ton təşkil edir. Çay hövzəsində insan 

fəaliyyətinin təsirilə torpaq səthinin və bitki örtüyünün pozulması nəticəsində axım gətirmələrinin miqdarı artır. 

Axım gətirmələrinin antropogen çoxalması çaylarda gəmilərin hərəkət şəraitini pisləşdirir, su anbarlarını və su-

varma sistemlərini lilləndirir. 

Gətirmələr halında narın torpaq hissəcikləri adətən, öz səthində fosfor birləşmələrini adsorbsiya edir. Çaylar üzərin-

də bəndlər yaradıldıqdan sonra demək olar ki, gətirmələrin hamısı adsorbsiya edilmiş fosforla birlikdə su anbarlarında 

akkumulyasiya olunur. Bu isə bəndin aşağı yerində torpağın münbitliyini və balığın məhsuldarlığını aşağı salır. 

Turşuluq göstəricisi (PH) 5 və aşağı olan təbii suların asidifikasiya vəziyyətində olması qəbul olunmuşdur. 

İsveçdə 85000 göldən 4000 -i ciddi adifikasiyalı, 18000-i isə müəyyən kritik dövrlərdə, xüsusən qarın  ərimə 

dövründə turşuluğu çoxalır. 4500 göldə demək olar ki, balıq yoxdur, 1800 göldə isə olduqca yüksək asidifikasi-

yaya məruz qaldığından demək olar ki, canlı həyat yoxdur. Cənubi Norveçdə minlərlə göl asidifikasiyaya uğra-

yıb, onlardan 1750-də balıq yoxdur. Finlandiyada 8000 göldən 500-ü asidifikasiya olunub. Kanada, ABŞ, Dani-

marka, Qərbi və Şimali Böyük Britaniya, Almaniya, Niderland, Avstriya və İsveçrədə də asidifikasiyaya məruz 

qalan göllər çoxdur. 

Ekosferdə bir çox proseslər turşu – qələvi reaksiyası ilə təyin olunur, yəni PH-  göstəricisinin ölçüsündən 

asılıdır. Su hövzələrində gedən bütün bioloji proseslər – yosunların inkişafı, mikroorqanizmlərin parçalanması, 

nitrifikasiya və denitrifikasiya PH - dan asılıdır. PH-ın optimal ölçüsü 6-8 arasında optimal ölçü hesab olunur.  

Su ekosistemlərində flora və faunanın dəyişməsi asidifikasiyanın mühüm indiqatoru sayılır. Şərqi Kanada göllə-

rində PH-6 olduqda xərçəngkimilər, həşaratlar, bəzi yosunlar və zooplankton yoxa çıxır. PH 5-dən az olduqda 

balıq populyasiyaları da yoxa çıxır, suda – quruda yaşayanların reproduksiyası məhdudlaşır. 

Göllərin asidifikasiyasını müəyyən dərəcədə idarə etmək olar. Bunun əsas iki yolu var: 1) Gölə və onun bü-

tün hövzəsinə turşulu yağışların miqdarını azaltmaq; 2) Suyu əhəngləmək yolu ilə ona bilavasitə təsir etmək. 

Əhəngləmə apardıqdan sonra göl suyunun kimyəvi vəziyyəti tez bir vaxtda yaxşılaşır və reaksiyası neytrala 

yaxınlaşır. Lakin bioloji bərpa olma prosesi yavaş gedir, balıq populyasiyaları isə əhəngləmə apardıqda 5 ildən 

sonra da tam bərpa olunmur. Gölün suyunu kifayət qədər normal saxlamaq üçün dövri olaraq əhəngləməni tək-

rarlamaq vacibdir. 

Evtrofikasiya yunan sözü olub qida (trofe) deməkdir. O, su hövzələrində biogen elementlərin toplanması 

nəticəsində onun bioloji məhsuldarlığının güclənməsi deməkdir. Biogen maddələrin,yəni fosfor və azot birləş-

mələrinin həddindən çox gölə, su anbarına, çay mənsəbinə, həmçinin dəniz sahilyanı suyuna daxil olması su bit-

kilərinin, xüsusən mikroskopik yosunların və makrofitlərin güclü böyüməsinə səbəb olur. Dövri olaraq yosunla-

rın güclü inkişafı («çiçəkləmə») baş verərək hətta sahəcə böyük olan su anbarlarını əhatə edə bilər. «Çiçəkləmə-

dən» sonra mikroskopik yosunlar quruyur və çox vaxt kütlənin oksidləşməsi üçün   həll olmuş oksigenin hamı-

sını sudan çəkir (alır). Həm «çiçəkləmə», həm də yosunların destruksiyası (parçalanması) zamanı suyun keyfiy-

yəti pisləşir. 

Evtrofikasiya bir sıra  əlverişsiz siyasi nəticələr verir. Suyun keyfiyyəti pisləşir, gölün rekreasiya qiyməti 

aşağı düşür, balıq populyasiyası azalır, suaşıranları, kanalları, hətta gəmilərin hərəkət yollarını təcrid edir (bağ-

layır). 

Evtrofikasiya yavaş inkişaf edən təbii prosesdir, çox yerlərdə insan fəaliyyəti nəticəsində sürətlə tezləşir, 

beləliklə, ekoloji deqradasiya prosesinə çevrilir. Evtrofikasiya həmçinin fosfor və azotun qlobal biogeokimyəvi 

tsiklinin ciddi antropogen dəyişməsidir. Azot və fosforun əsas mənbəyi kənd təsərrüfatı (əkinçilik və maldarlıq) 

hesab olunur. Çox hallarda evtrofikasiyanın əsas səbəbkarı fosfor birləşmələrinin yükünün artması sayılır, bəzən 

isə azot aparıcı rol oynayır. 

Su hövzələrinin və dənizlərin sahil zonasının antropogen evtrofikasiya problemi inkişaf etmiş ölkələrdə 25-

35 il əvvəl baş vermişdir. Hazırda inkişaf etməkdə olan ölkələrdə, məsələn, Braziliya, Filippin, Çin, Morokko  

və başqalarında evtrofikasiyanın ciddi problemlərinin əlamətləri meydana çıxır. Şübhəsiz ki, biogen elementlə-

rin qlobal biogeokimyəvi tsiklinin intensivləşməsinə əsaslanan evtrofikasiya prosesi bu ölkələrdə genişlənərək 

güclənəcəkdir. 

Təbii sularda və su təchizatı mənbələrində nitratların əsas mənbəyi kənd təsərrüfatı sayılır. Nitratlar yüksək 

həll olmalarılə fərqlənir. Odur ki, çox hissəsi su obyektlərinə, öncə isə yeraltı sulara daxil olur. Kənd təsərrüfatı-

nın intensivliyi artdıqca və gübrələrdən istifadənin tarixi uzun müddətlidirsə nitratlarla çirklənmə bir o qədər 

çox olur. Qərbi Avropanın bir çox ölkələrində (Almaniya, Çexoslovakiya, Danimarka, Fransa və b.) quyu sula-

rında nitratların yüksək dərəcədə olması ilə əlaqədar istifadə üçün yararsızdır. İçməli suda nitratların izafi qatı-

lıqda olması insanın sağlamlığında problemlər, xüsusilə uşaqlarda qan xəstəliyi, böyüklərdə isə rak xəstəliyi təh-

lükəsi yarada bilər. 

Beynəlxalq Səhiyyə təşkilatı tərəfindən təyin edilmişdir ki, içməli suda nitratların norma miqdarı NO

3

 şək-



lində 11 mq/ l-ə qədər azot olmalıdır. 
1   ...   24   25   26   27   28   29   30   31   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə