MƏMMƏdov qəRİb xəLİlov mahmud


Quyuların tikilişində və qazılmasında



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə33/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   75

10.6.6. Quyuların tikilişində və qazılmasında 

Xəzər dənizinin çirklənməsi 

Qazma proseslərində müxtəlif dərəcədə toksikliyə malik olan xüsusi materiallardan və kimyəvi reagentlərdən 

çoxlu həcmdə sudan istifadə olunur, texnoloji tullantılar əmələ gəlir, bütün bunlar Xəzərin flora və faunası üçün 

müəyyən təhlükə yaradır. Qazma zamanı həcminə görə tullantılar arasında qazma çirkab suları (QÇS) üstünlük 

təşkil edir. Müəyyən edilmişdir ki, quyunun texniki suya tələbatı 25-30-dan 100-120m

3

 –a qədər dəyişir. Çox 



hallarda su təchizatının birbaşa axan suyundan istifadə olunur; Bir quyuda sutka ərzində yaranan 40m

3

-a qədər 



həcmində QÇS su hövzəsinə axıdılır. Bununla yanaşı QÇS həm də qazıma məhlulu, onun komponentləri, kim-

yəvi reagentlər, neft, neft məhsulları və s. ilə çirklənməyə məruz qalır. 

Qazıma tullantılarının ən təhlükəli növləri işlənmiş qazıma məhlulu, qazıma şlamı və qazılmış süxurlar hesab 

olunur. 


Qazıma tullantılarında təbii mühitin, xüsusən hidrobiontların stabilliyinə mənfi təsir göstərən müxtəlif toksik 

birləşmələr mövcuddur, KMS və onun analoqları, akril polimerləri (M-14, Metus, HP-5), OES, QKj-10, QKj-

11, petrosil-2 M, kompleksonlar, kaustik soda, kalsiumlaşdırılmış soda, lignosulfonatlar, poliakrilamidlər, hu-

mat reagentləri, triksan, neft və onun törəmələri, xrompik və b., illərlə Xəzər dənizinə daxil olur və çay axınları 

ilə gətirilir. Təəssüf ki, hələ indiyə qədər göstərilən toksikantların Xəzər ekosistemlərinin fəaliyyətində rolu mü-

əyyən edilməmiş və Xəzəryanı dövlətlərin bütün sektorlarında geniş miqyasda saysız-hesabsız quyuların tikil-

məsi zamanı tullantıların zərərsizləşdirilməsi üzrə müvafiq tədbirlər görülməmişdir. Beləliklə, qazma və quyula-

rın tikilməsi Xəzər dənizi ekosistemlərinin stabil fəaliyyəti üçün real təhlükə sayılmalıdır. 

 

10.6.7. Xəzər dənizinin antropogen evtrofikasiyası  

və onun ekoloji nəticələri  

Biogen elementlərin, ilk növbədə məişət və kənd təsərrüfatı mənşəli üzvi maddələrin Xəzərə daxil olmasının 

əsas mənbələri çaylar, şəhərlər və yaşayış  məntəqələridir. M.Ə.Salmanovun (1972, 1975, 1987, 1997, 1999) 

apardığı  tədqiqatlar göstərir ki, bioloji yükün antropogen dəyişməsi gec-tez dəniz ekosisteminin strukturunun 

dəyişməsinə gətirib çıxarır: bioməhsuldarlığın səviyyəsi artır, bioloji qruplaşmaların növ tərkibi dəyişir, trofik 

əlaqələrin davamlığı pozulur, suyun fiziki və kimyəvi xassələri dəyişir. Məlum olduğu kimi balanslaşdırılmış 

ekosistemlərdə üzvi maddələrin əmələ gəlməsi ilə parçalanması, həmçinin oksigenin ayrılması və mənimsənil-

məsi arasında tarazlıq saxlanılır. Xəzər dənizinin bəzi evtrofikasiyaya uğramış sahələrində bu tarazlığın pozul-

ması bioloji-kimyəvi dəyişikliyə səbəb olmuşdur. Belə dəyişikliklər çay estuarilərinin akvatoriyaları və stasionar 

çirkab sularının daxil olduğu zona üçün səciyyəvidir. Bu sahələrdə suyun alloxton və avtoxton mənşəli asan mə-

nimsənilən üzvi maddələrlə zənginləşməsi nəticəsində tənəffüsün sürəti suyun oksigenlə zənginləşməsi sürətin-

dən artıq olur. Bu xüsusən Xəzərin hər üç hissəsinin dərin yerində suyun aşağı qatlarında nəzərə çarpır (Salma-

nov, 1998). 

İlk dəfə antropogen evtrofikasiya Şimali Xəzərdə qeydə alınmışdır, bu əsasən biogen elementlər və üzvi 

maddələrlə zənginləşən Volqa çayının sularının axınları ilə əlaqədardır. Burada başqa çayların (Terek, Sulak və 

Ural) da Xəzərin evtrofikasiyasında rolu az deyildir. 10.5 saylı cədvəldən göründüyü kimi 20 il ərzində Volqa 

çayının axınında fosfat, azot və üzvi maddələrin cəmi orta hesabla 3 dəfə artmışdır. Bu dövr ərzində yalnız azot 

və fosforun fərqi 389 min ton olmuşdur. 



 

198


                                                                                                     Cədvəl 10.5 

 

Volqa çayında biogen elementlərin və üzvi maddələrin 

axınlarının çoxillik dəyişmələri 

 

 

İllər 



Fosfor, min. ton.  Azot, min. ton. 

Silisi-


um 

turşu-


su, 

min. 


ton. 

Üzvi 


maddə, 

mln. 


ton. 

mineral üzvi  mineral üzvi 

1960-1970 1,6 

14,3  60,3  140,4  430,0 

2,9 

1971-1975 2,8 



24,0  91,8  286,0  534,0 

3,4 


1976-1980 5,6 

61,5  68,7  276 

443,0 

3,9 


1981-1985 7,3 

40,8  138,0  367 

384,0 

6,4 


1986-1990 14,1 

28,4  182,0  380,4  467,0 

6,3 

 

Xəzər dənizi şəraitində 1 kq fosfor və azotun 1000 kq-dan artıq plankton bakterialarının biokütləsini əmələ 



gətirə bilməsi əmsalına əsaslansaq, orada antropogen evtrofikasiyanın intensivliyini təsəvvür etmək olar. 

Şimali Xəzərin şimali – şərq hissəsində Ural çayının qarışdığı yerdə evtrofikasiya baş verir. Şimali Xəzərdə 

suyun evtrofikasiyası ildən-ilə intensivləşir. Şimali Xəzərin qərb hissəsində bu prosesdə göy-yaşıl yosunlar bö-

yük rol oynayır. Burada bu yosunların miqdarı 40-45 mq/l-ə çatır. Göy-yaşıl, yaşıl, həmçinin diatom yosunların 

«çiçəkləməsi» zamanı sap-zənciri və aqreqatlar əmələ gələrək, suyun şəffaflığını və ümumi oksigenin miqdarını 

azaldır. 

Məlum olduğu kimi evtrofikasiya zamanı asan minerallaşan üzvi maddələrin toplanması və bidestruktorların 

miqdarının artması nəticəsində Xəzər dənizi ekosisteminin stabilliyi kəsgin pozulur. Bu zaman su kütləsi və dib 

çöküntüləri yosun metabolitləri və mikroorqanizmlər tərəfindən parçalanan substratların aralıq məhsulları ilə 

zənginləşir. 

Şimali Xəzərin antropogen evtrofikasiyası hidrokimyəvi rejimi, suyun və dib çöküntülərinin kəmiyyət – key-

fiyyət tərkibini dəyişmişdir. 20 il ərzində (1968-1988 illər) suyun üst qatlarında ümumi mikroorqanizmlərin 

miqdarı orta hesabla bütün sahələr üzrə 3-3,5 mln./ml, saprofit bakteriyalar 600-700 kl/ml artmışdır. (Salmanov, 

1999). 


Çayların (əsasən Volqanın) axınlarının, biogen elementlərin, alloxfon üzvi maddələrin artması təkcə Şimali 

Xəzərin deyil, həm də bütün Xəzər dənizi üçün ekoloji təhlükə hesab olunur. Çünki antropogen evtrofikasiya və 

onun nəticələri haqqında həyacanlı faktlar dənizin bütün şelflərində müşahidə edilir. 

Orta Xəzərdə antropogen evtrofikasiya prosesləri hər yerdə baş verir, ən çox isə qərb şelfdə müşahidə olunur. 

Dənizin qərb şelfində, Sumqayıt sahilindən başlayaraq cənuba doğru Ələt sahəsinə qədər, akvatoriyaların 25-

35 m izobata kimi 30 ildən artıq müddətdə fitoplanktonun, fito və zoobentosun kütləvi inkişafı sıxışdırılmışdır. 

Regionun ibtidai fauna və florasının əsas nümayəndələrinin deqradasiyasının əsas səbəbi yuxarıda qeyd edildiyi 

kimi dənizin ümumi çirklənməsi olmuşdur. Bununla belə intensiv antropogen evtrofikasiya Cənubi Xəzərdə də 

baş verir. Bu proses çirkab suları ilə kontaktda olan zonada daha davamlıdır. Fitoplanktonun deqradasiyası nis-

bətən dayaz sulu zonalarda Sumqayıt, Pirallahı, Şıxov, Qaradağ-Ələt akvatoriyalarında qeyd olunmuşdur. Kür-

boyu, Kürburnu, Lənkəran və Astara sahələrində antropogen evtrofikasiya prosesi sahildən formalaşmağa başla-

yır. 


 

XI Fəsil 

 

LİTOSFER 

 

11.1. İnsanın Yer qabığına təsiri 

Yer Planetinin bərk hissəsinin əsas kütləsi Yerin nüvəsi (mərkəzi), mantiyası və Yerin qabığından ibarətdir. 

Daxili nüvənin radiusu 1250 km, Yerin həcminin 0,7%, kütləsinin 1,2%-ni təşkil edir. Onun bərk cisim olub əri-

mə vəziyyətinə yaxın olduğu ehtimal edilir. Nüvənin xarici (kənar) qatı 2900-5000 km dərinlikdə yerləşib bütün 

Yerin həcminin 15,2%, kütləsinin 29,8%-ni tutur. Onun ərimiş-maye halında olması güman edilir, Yer nüvəsi-

nin temperaturu 5000

0

-yə, sıxlığı 12,5 t/m



3

-a yaxındır.  

Yerin mantiyası Yer qabığı ilə yerin nüvəsi arasındakı təbəqədir, onun aşağı sərhədi təxminən 2900 km də-

rinlikdə yerləşir, qalınlığı 2 min km-ə yaxındır, əsasən maqnezium və dəmir, ağır metallardan ibarətdir. Yuxarı 



 

199


mantiyanı 60-250 km dərinlikdə ərimiş hala yaxın bazalt təşkil edir. 500 km dərinlikdə temperaturu 1500

0

, 2900 



km dərinlikdə təzyiq 1,35milyon kq/sm

2

 bərabərdir.  



Yerin qabığı onun xarici bərk qatına deyilir. Üstdən atmosfer və hidrosferlə, altdan seysmik məlumatlarla 

müəyyənləşdirilmiş daha sıx ultraəsaslı substratla (Moxoriviçiç səthi ilə) hüdudlanır. Yer qabığı materiklərdə və 

okeanların altında müxtəlifdir. Materikdə yer qabığının qalınlığı adətən 35-45 km, dağlıq ərazilərdə 75 km-ə qə-

dərdir. Okeanda Yer qabığının qalınlığı 5-10 km-dir (su qatı ilə birlikdə 9-12 km). Yer qabığının orta sıxlığı 2,8 

q/sm

3

-dir, onun kütləsi Yerin bütün kütləsinin 0,8%-ni təşkil edir. 



Yer qabığında yuxarıdan aşağı üç qat ayrılır: çökmə, qranit və bazalt qatları. (Şəkil 11.1.) Yuxarı qatda gillər, 

gil şistləri, qumlucalar, karbonatlı və vulkanik suxurlar üstünlük təşkil edir. Çökmə qatının qalınlığı çökəkliklər-

də 20-25 km, kristallik şistlərdə (qalxanlarda) isə praktiki olaraq sıfıra qədər ola bilər. Yer qabığının orta qatı öz 

xassələrinə görə qranitə yaxındır (qranitlər, qneyslər, qranodioritlər, dioritlər, kristallik şistlər, amfibolitlər). Bu 

qat okeanlarda olmur, kontinentlərdə isə onun qalınlığı bir neçə on kilometrlərə çatır. Bazalt qatı kristallik sü-

xurlardan təşkil olunub qranit qatına nisbətən sıx (bərk) olur. Okeanın altında onun qalınlığı 2-7 km, kontinent-

lərin altında isə 15-40 km-ə çatır.  

Yer qabığının quruluşu olduqca müxtəlifdir, lakin əsas 2 qabıq tipi ayrılır: kontinental və okean. Kontinental 

qabığın tipik kəsiyində yuxarıda orta qalınlığı 3 km, sıxlığı 2,5 q/sm

3

 olan çökmə süxurlar yerləşir. Daha dərin-



də orta dərinliyi 17 km, sıxlığı 2,6-2,8 q/sm

3

 olan qranit – metamorfik qatı yerləşir, onun altında isə orta dərinli-



yi 15 km və sıxlığı 2,9-3,3 q/sm

3

 olan bazalt qatı yerləşir. Okean qabığının tipik kəsiyində yumşaq çöküntülərin 



orta qalınlığı 0,7 km təşkil edir, bu qat bilavasitə bazaltın üstündə yerləşir. 

 

 



Şəkil 11.1. Litosferin quruluş sxemi (Korobkin, Peredelski, 2001) 

 

Yer qabığı və ona birləşən yuxarı mantiyanın bir hissəsi litosferi əmələ gətirir. Zəlzələlərin əksəriyyət mən-



bəyi litosferdə, əsasən yuxarı 30 km-də yerləşir. 

Litosferin ən üst qatları digər geosferlərlə birlikdə və qarşılıqlı əlaqədə olur. Belə qarşılıqlı təsir nəticəsində 

litosferin üst qatında suyun, havanın və canlıların birgə məhsulu olan aşınma  qabığı yaranır. Aşınma qabığında 

torpaq inkişaf edir. Aşınma qabığının qalınlığı və quruluşu bütövlüklə coğrafi zonallıq qanununa tabedir. Nival 

və arid qurşaqlarda aşınma qabığının qalınlığı adətən 10 metrə çatmır və quruluşu nisbətən sadə olur. Lakin ek-

vator qurşağında aşınma qabığı çox mürəkkəb quruluşlu, inkişaf tarixi uzun müddətli, qalınlığı isə 60 m-i keçə 

bilər. 

Litosferin üst horizontları adətən bilavasitə atmosfer və hidrosferlə  əlaqədə olur. Quruda litosfer torpaqla 



(pedosfer), bitki ilə (biosfer) və ya soyuq şəraitdə buz və qarla (kriosfer) örtülü olur. Yalnız səhrada litosfer bila-

vasitə (aşınma qabığı ilə) atmosferlə əlaqədə olur. Eyni zamanda torpaq və aşınma qabığı ilə atmosfer və litosfer 

arasında aktiv qaz mübadiləsi gedir. Litosfer və təbii sular arasında qarşılıqlı əlaqə daha yüksək dərəcədə gedir, 

belə ki, yeraltı sular həm hidrosferin, həm də litosferin bir hissəsidir.  

Beləliklə, litosferin ən üst horizontları digər sferlərlə aktiv surətdə qarşılıqlı əlaqədə olur. Bu qarşılıqlı əlaqə 

yer səthində maksimum intensivliyə çatır, ondan yuxarı və aşağıda isə azalır. Bu əlaqə insanın rolu artdıqca da-

ha da güclənir. 

Bəşəriyyət yer qabığı ilə min il qabaq əlaqəyə girmişdir. Arxeoloq və tarixçilərə  məlumdur ki, hələ neolit 

dövründə əcdadlarımız faydalı mineralları, dağ süxurlarını, külçələri yer səthindən yığmaqla kifayətlənməmiş, 

onları yerin alt qatlarından da çıxarmışlar. Neolitdə, tunc və daş dövrlərində yerin alt qatlarında silisium, mis, 

dəmir filizi və duz çıxarılmışdır. Onların yerində lağım, süni quyular və yeraltı yollar aşkar edilmişdir. İnsan 


 

200


nəsillərinin bütün bu fəaliyyətləri yer qabığına real təsir göstərə bilməmişdir. Min illər keçdikdən sonra insa-

nın yer qabığına təsiri qlobal miqyas almışdır. 

Hazırda bəşəriyyət yerin dərinliklərindən səthinə 10 milyon kubmetrlərlə dağ süxurları çıxarır. İnsan Yer qa-

bığının həyatına aktiv qarışır, onun fəaliyyəti qlobal geoloji faktora çevrilir. Yerin səthinə və təkinə ən çox dağ 

–mədən sənayesi, xüsusən faydalı qazıntıların açıq üsulla çıxarılması təsir göstərir. 

Bu zaman yerin səthinin yatması müşahidə olunur, çoxlu təsərrüfat sahələri sıradan çıxır, ətraf mühit müxtə-

lif toksikantlarla çirklənir. Texnogen relyef formaları – çalalar, çuxurlar, oyuqlar, təpələr, karxanalar, töküntü-

lər, terrigenlər və s. əmələ gəlir. 

İlk dəfə faydalı qazıntılar çıxarılması ilə əlaqədar səthin çökməsi köhnə İngiltərədə müşahidə edilmişdir. Or-

ta Çeşirdə yerin altından duzun çıxarılmasına eramızdan əvvəl başlanmışdır, XVII əsrin sonundan isə 70-110 m 

dərinlikdən yeraltı üsulla duzun iri istehsalına başlandı. Duz istehsal olunan ərazidə səthin ilk dəfə çökməsi (bat-

ması) 1880, sonralar isə 1893 və 1912-ci ildə baş verdi. Bunun nəticəsində diametri 3 km-ə yaxın ərazidə yer 

deformasiyaya uğradı, oranı su basaraq istifadə üçün yararsız hala düşdü. Burada torpağın üstündəki su boruları 

parçalandı, kanallar və dəmiryolu kommunikasiyası dağıldı, evlər zədələndi. 

Uzun illər Parisdə evlər və kilsələrin tikilməsi üçün şəhərin altından əhəng çıxarılmışdır. Əgər XVII əsrin so-

nunda şəhər küçələrinin altından daş istehsalı dayandırılmasaydı şübhəsiz Paris şəhəri «batıb» dağılmışdı. 

İnsanın aktiv fəaliyyəti (karxanalar, şaxtalar, yeraltı anbarlar, mülki və hidrotexniki obyektlər, zibilxanalar 

və s.) litosferdə əsasən üst bir neçə 10 metrlikdə aparılır, lakin tək-tək xüsusi dərin karxanalar, şaxtalar və quyu-

lar da mövcuddur. 

Dünyada mis istehsal olunan ən dərin karxana ABŞ-da Yuta ştatında Binqem Kenyondadır. Karxananın dərinli-

yi 774m, sahəsi 7,2 km

2

, karxanadan çıxarılan qruntun kütləsi 3,4 mlrd. ton təşkil edir. Rusiyada Uralda Korkin 



kəsiyində karxananın dərinliyi 520 metrdir. 

Ayrı-ayrı şaxtaların dərinliyi 4 km təşkil edir. Buruq quyularının dərinliyi də bir neçə min metrə çatır, dünya-

da ən dərin quyu (15km) Kola yarımadasında layihələşdirilmişdir. 

Daş kömür, dəmir və digər metalların külçələri, tikinti materialları və digər faydalı qazıntıların karxanaları 

bütün kontinentlərdə yayılmışdır. Bütün dünyada litosferin üst qatından il ərzində 1 000 milyard tondan çox mi-

neral xammal çıxarılır və emal olunur. Ağır sənayenin 90% -ə qədərini təmin edən 400 növə yaxın faydalı qa-

zıntılar çıxarılır. 

Litosferdən çıxarılan materialların 98%-ə qədəri yararsız olub atılır, yalnız 2%-ə qədəri işlədilir. Beləliklə, 

litosferin üst qatında materialların həddindən çox antropogen qarışdırılması aparılır. Bu isə  həm bütövlüklə 

ekosferə, həm də onun ayrı-ayrı hissələrinə güclü dərəcədə toxunur. Faydalı qazıntıların çıxarılması həmçinin 

Yer qabığının geokimyəvi tərkibini dəyişdirir.  

Yer səthinin antropogen dəyişilməsi həmçinin iri hidrotexniki qurğuların tikilməsilə əlaqədardır, 1988-ci ilə 

qədər bütün dünyada hündürlüyü 150-300 m olan 360-dan artıq bəndlər tikilmişdir.  

Bəndlərin çəkisinin təsiri, həmçinin süxurların yuyulması prosesində bəndin bünövrəsinin çökməsi və çatla-

rın əmələ gəlməsi müşahidə olunur. Belə ki, Sayan-Şuşinski SES-in bəndinin bünövrəsində 20 m uzunluğunda 

çat qeydə alındı. Bratski, Ust-İlimski SES-nın bəndlərinin bünövrəsinin yatması (çökməsi) ildə 10 mm –dən  

çox təşkil edir. Kama su anbarının (sahəsi 1915 km

2

, suyun həcmi 12,2 km



3

) suyu böyük güclə yer qabığına təsir 

göstərdiyi üçün Perm vilayətinin çox hissəsində ildə 7 mm yatma (çökmə) müşahidə olunur. 

Alimlər tərəfindən aşkar edilmişdir ki, su anbarında suyun səviyyəsi 100 m-dən artıq olduqda zəlzələnin ak-

tivliyi artır. 

Yer qabığının yatması bir çox iri şəhərlərin altında da baş verir. Binaların və qurğuların altında qrunt bərkiyir 

və səthi çökür. Müasir şəhərlərdə tikinti yükü o qədər böyükdür ki, ayrı-ayrı binalar altında baş verən çökmələr 

bir-birilə birləşir. Məsələn, Moskvada 15 il ərzində qruntun çökməsi 8 mm təşkil edir. Yaponiyanın Tokio və 

Osaka şəhərləri son illərdə yeraltı suların nasosla çəkilməsi və yumşaq süxurların sıxılması nəticəsində 4 mm 

çökmüşdür. 

Deməli, insanın təsərrüfat fəaliyyəti təbii relyefəmələgəlmə və digər geoekoloji proseslərin gedişini kökün-

dən dəyişdirir, bu isə neqativ nəticələrə gətirib çıxarır. Antropogen geoloji proseslər ilbəil getdikcə güclənir və 

bütün bəşəriyyət üçün təhlükə yaradır. 

 

11.2. Torpaq sferinin (pedosferin) qlobal funksiyaları 

 

Dünya torpaqlarının məcmuunu çox vaxt ekosferin xüsusi hissəsi kimi ayıraraq onu torpaq sferi və ya pe-



dosfer (yun. pedon- torpaq) adlandırırlar. B.A. Kovdaya görə pedosfer- özü inkişaf etmək, özü-özünü nizamla-

maq qabiliyyətinə malik olan, canlı orqanizmlərin mövcudluğunu və yenidən bərpasını təmin edən ümumdünya 

bioenergetik və biokimyəvi sistemdir. Pedosferin məhz bu xüsusiyyətləri təbii və antropogen ekosistemlərin 

münbitliyinə səbəb olur.  



 

201


Torpaq –çoxkomponentli, lakin bütöv təbii törəmədir. O, yer səthində dörd geosferin (litosfer, hidrosfer, at-

mosfer və biosfer) bir-birilə təmasda və qarşılıqlı təsiri olduğu yerdə əmələ gəlir. 

Torpaq hər bir landşaftda geosferin elementlərilə, yəni bütövlükdə Yerlə sıxı bağlı olub maddələrin qlobal 

biogeokimyəvi tsiklində aktiv rol oynayır.  

Torpaq havası və atmosfer arasında mübadilə gedir. İnfiltrasiya, buxarlanma, axım və s. proseslər zamanı su-

yun torpağın daxilində hərəkəti, torpağın suyun qlobal dövranında aktiv iştirak etməsinə səbəb olur.  

Bu zaman su torpaq məhlulunu  əmələ  gətirərək torpaqəmələgətirmə prosesində aktiv iştirak edir. Aşınma 

proseslərinə məruz qalan litosferin üst hissəsi torpağın mineral komponentlərinin mənbəyi hesab olunur. 

Beləliklə torpaq, həm təbii cisim, həm dinamik sistem, həm də landşaftın bir hissəsi hesab edilir. 

V.A.Kovdaya (1985) görə torpaq örtüyünün əsas funksiyaları aşağıdakılardır: 

-

 

bioekoloji (torpaq canlı maddələrin yerləşdiyi və fəaliyyətdə olduğu yerdir); 



-

 

bioenergetik (humus və digər üzvi maddələrdə günəş enerjisinin toplanaraq    bioloji kütləyə çevrilmə sa-



həsi);  

-

 



azotun fiksasiya funksiyası və zülalların əmələ gəlməsi; 

-

 



əsas kimyəvi elementlərin qlobal biogeokimyəvi dövriyyəsində aktiv agentlərin funksiyası; 

-

 



Alt  kristal süxurları xırda fraksiyalara çevirmə funksiyası (aşınma); 

-

 



hidroloji funksiya (geosferlər arasında aktiv su mübadiləsi sahəsi); 

-

 



meteroloji funksiya (atmosferin tərkib və rejiminin formalaşmasına aydın təsir göstərən sahə.).  

Ekoloji problemlərin çoxu pedosferlə bağlıdır. Atmosferin kimyəvi dəyişməsi və onun yaratdığı  nəticələr 

maddələrin qlobal biogeokimyəvi tsiklində  iştirak etməsindən asılıdır. Okeanların, kənar və daxili dənizlərin, 

xüsusən sahil zonasının vəziyyəti materiklərdən axım vasitəsilə gətirilən həll olan və asılı kimyəvi maddələrlə 

təyin olunur. Bütün bu maddələrin maye axınının formalaşmasında torpaq örtüyü və onun vəziyyəti olduqca bö-

yük rol oynayır. 

Təbii ekosistemlərin vəziyyətinin və  məhsuldarlığının dəyişməsi, xüsusilə meşəsizləşdirmə  və  səhralaşma 

torpaq örtüyünün vəziyyətinə təsir göstərir, bu isə onun sonrakı məhsuldarlığının aşağı düşməsinə səbəb olur. 

Nəhayət, süni yaradılan və ya insan tərəfindən güclü dəyişikliyə uğrayan ekosistemlərdə (aqroekosistemlərdə) 

baş verən ətraf mühit problemləri də torpaq örtüyünün vəziyyətilə sıxı surətdə bağlıdır.  

Potensial münbitlik nöqteyi nəzərincə qurunun böyük hissəsi aşağıdakı  məhduddiyyətlərə görə  əkinçilik 

üçün yararsız, azyararlı  və ya əlverişsiz sayılır. (buzlaqlar daxil olmaqla ümumi sahəyə görə %-lə). (Cədvəl 

11.1). 

 

 



 

 

 



 

 

 



Cədvəl 11.1. 

 

Quraqlıq 28% 

Mineral tərkibin məhdud olması 23% 

Torpağın yuxa olması 22% 

Həddindən çox rütubətlik (bataqlıq) 10% 

Daimi donuşluq 6% 

 

Qeyd edək ki, torpaq bir neçə  əlamətə görə azyararlı ola bilər. Odur ki, istifadə üçün yararsız torpaqların 



ümumi cəmi cədvəldə göstərilənə  nisbətən azdır. Belə qiymətlərdən birinə görə dünyada şumlama üçün yararlı 

torpaqların sahəsi 32,8 milyon km

2

-dir. Bu isə qurunun ümumi sahəsinin 22%-ni təşkil edir. 



İ.A.Krupenikov, V.A.Kovda (1985), Q.V.Dobrovolski, Y.D.Nikitin (1990) və özünün (Krupenikov, 1992) 

elmi işlərinə və fikirlərinə əsaslanaraq torpağın aşağıdakı əsas ekoloji funksiyalarını göstərir: 



 Energetik funksiya. Enerjinin çox miqdarı torpağın mineral hissəsində toplanır, lakin bu enerji olduqca sta-

bil olub onun davamlığını təmin edir, maddələrin dövranı proseslərində və ekosistemlərin bioloji məhsuldarlı-

ğında isə nisbətən az iştirak edir. Digər mühüm məsələ odur ki, bitki fotosintez prosesində günəş enerjisini top-

layır. Canlı maddədə onun dövranı tez (bir neçə il, on illər) başa çatır, lakin canlı maddə ölmüş, quru (bitki) ha-

lında torpağa düşdükdə qismən ilkin son məhsullara (su, CO

2

, azot və başqa kimyəvi maddələr) qədər parçala-



nır, qismən isə humusa çevrilir. Humusda böyük (əsrliklər) enerji ehtiyatı cəmləşərək hər il bioloji dövrandan 

kənarlaşır və beləliklə, torpağın güclü enerji potensialı yaranır. 



Hidroloji funksiya.  Əgər torpaq olmasaydı, okeanla quru arasında suyun dövranı tez başa çatardı. Yer səthi-

nə düşən atmosfer yağıntıları yamac boyu böyük sürətlə axıb çaylara, sonra isə dəniz və okeanlara axıb gedərdi.  

Özünün humusluluğu, strukturluğu (aqreqatlığı), məsaməliyi, sukeçiriciliyi və rütubət tutumu ilə torpaq su-

yun dövranını kəskin zəiflədir, müntəzəmləşdirir, quruda suyun böyük və geniş differensial ehtiyatının yaranma-

sına şərait yaradır. Bu sular tədricən yabanı və mədəni bitkilər tərəfindən istifadə olunur. Suyun bir hissəsi fay-

dasız fiziki buxarlanmaya sərf olunur.  



 

202


Torpağın hidroloji və energetik funksiyaları arasında birbaşa əlaqə vardır, torpaqda nə qədər çox (müəyyən 

həddə qədər) enerji toplanarsa, onun hidroloji funksiyası da artar. Burada da torpağın humusu müəyyən rola ma-

likdir. Qumlu və torflu torpaqlar istisnalıq təşkil edir.  

Geoloji funksiya bir-birinə əks olan iki proseslə ifadə olunur. Birinci, bu funksiya sayəsində torpaq davamlı 

təbii törəmə kimi alt qatda yerləşən yumşaq dağ süxurlarını istənilən xarakterli (yuyulma, uçqun) dağılmaqdan 

qoruyur. İkinci, torpaq dağıldıqda mexaniki təsirlərin gücü (qravitasiya, külək, xüsusən axar sular) nəticəsində 

aparılan torpaq materialından yeni – delüvial, hətta prolüvial dağ süxurları əmələ gəlir, onlar bir qədər dəyişil-

miş şəkildə torpağın bir çox xassələrini özündə saxlayır. Lakin dağıdıcı proseslər davam etdikdə «qalıq» torpaq 

xassələri də zəifləyir. Torpaq kütləsinin bir hissəsi eroziya (denudasiya) zamanı dəniz və okeanlara çataraq də-

niz çöküntü materialı əmələ gətirir.  

Torpağın qaz-atmosfer funksiyası –mürəkkəb və bir-birinə zidd xarakter daşıyır. Üzvi maddələrin parçalan-

ması zamanı bioloji dövran prosesində torpaq atmosferə karbon qazı (CO

2

) ayırır. O, bitkilər tərəfindən fotosin-



tez üçün sitifadə edilir.  

Əgər atmosfer və torpaq arasında daim hava mübadiləsi getməsəydi, torpaqda oksigenin ehtiyatı cəmi 12-48 

saata, ən zəngin torpaqlarda isə maksimum 100 saata çatardı. Belə yüksək sürətli qarşılıqlı mübadiləyə baxma-

yaraq, torpağın havası bir sıra göstəricilərinə görə atmosfer havasından fərqlənib, tərkibində 10-100 dəfə çox 

karbon qazı və xeyli az miqdarda oksigen saxlayır.  

Torpağın bioloji funksiyası - onun canlı orqanizmlərinin, mezo və mikrofaunasının kəmiyyətcə xarakteristi-

kası ilə səciyyələnir. Mikroorqanizmlər aktinomisetlər (şüalı göbələklər), bakteriyalar, azot bakteriyaları və me-

zofauna (o cümlədən torpaq soxulcanı) miqdarına görə müxtəlif torpaq tipləri bin-birindən kəskin ayrılır. Bütün 

bu canlı orqanizmlər torpaqəmələgəlmə proseslərində, torpağın münbitliyində böyük rol oynayır.  



Biogeokimyəvi funksiya -torpağın üst qatlarında biofil elementlər, o cümlədən mikroelementlərin toplanma-

sına şərait yaradır, torpağın akkumulyasiya rolu olmasaydı, onların çoxu yer qabığında və hidrosferdə «səpələ-

nər» və biologi dövrandan çıxardı. Bu fikri dəfələrlə Vernadski (1967) irəli sürmüşdür. Torpaqda üzvi karbon 

humus formasında konsentrasiya olunur. Biofil element olan azotun miqdarı (ümumi azot) humus kimi torpağın 

aşağı qatlarına doğru azalır. Fosfor mühüm və çox defisit biofil və aqrofil element hesab olunur. O, canlı orqa-

nizmələr –bitki, heyvan, insan tərəfindən çox istifadə edilir, lakin filiz kimi ehtiyatı olduqca azdır. 



Torpağın informasiya funksiyası. Torağın profilində həm müasir, həm də qədim torpaq proseslərinin «dəlil-

lərini» (izlərini) görmək olar. Müasir proseslərə torpağın islanma dərinliyi, rütubətliyi, strukturu, biogenliyi və 

s., qədim proseslərə isə torpağın qalınlığı, humusun ehtiyatı, karbonatlar, gömülmüş horizontlar və s.aiddir. Qə-

dim «dəlillərə» əsasən torpağın tarixini, onun keçdiyi mərhələləri, hazırda şumlanan torpaqların vaxtilə meşə al-

tında olmasını bərpa etmək, yəni, ərazinin qədim landşaftının qanunauyğun paleocoğrafi rekonstruksiyasını ke-

çirmək olar. 

 


Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə