MƏMMƏdov qəRİb xəLİlov mahmud


Müxtəlif dövrlərdə Bakı şəhərinin yaşıllaşdırılması



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə57/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
1   ...   53   54   55   56   57   58   59   60   ...   75

 

Müxtəlif dövrlərdə Bakı şəhərinin yaşıllaşdırılması  

 

Mərhələ

-lər 

İllər 

Keçən 

dövr (il) 

Salınmış yaşıllıq sahəsi  

İllər 

üzrə  

Orta 

hesabla 

1 ildə  

Adambaşına 

düşən (m

2



yaşıllıq 

1880-



1920 

40 20,26 

0,5 0,6 


 

330


II 

1921-


1940 

20 241,0 

12,5 

3,43 


III 

1941-


1945 

5 0,0 


0,0 

3,07 


IV 

1946-


1970 

24 2719 


113,0 

6,5 


1971-


1975 

4,5 2520 

560,0 

17,2 


VI 

1976-


1980 

5 4100 


820,0 

20,0 


1981-ci il yanvarın 10-da 44-cü Bakı şəhər partiya konfransındakı nitqində H.Ə.Əliyev demişdir: «Son 10 il 

ərzində Bakıda yaşıllıqların sahəsi 3,4 dəfə genişləndirilərək 9,6 min hektara çatdırılmışdır.  Şəhərin bütün 

rayonlarında yeni yaşıllıq sahələri yaradılmışdır. Təkcə 1980-ci yubiley ilində 500 hektardan çox yeni sahələr 

yaşıllaşdırılmış, 20 yeni bağ və bağça salınmışdır». Sonra H.Ə.Əliyev mütəxəssislərin 2000-ci ildə adambaşına 

yaşıllığın 23 kvadratmetrə çatdırılması fikrini tənqid edərək qeyd edirdi ki, elə bu gün şəhərimizdə adambaşına 

20 kvadratmetr yaşıllıq düşür. Halbuki 1970-ci ilə həmin göstərici cəmi 6,5 kvadratmetr təşkil edirdi. Beləliklə, 

2000-ci ilədək yeni hesablamalar aparmaq lazımdır. 

Bakı şəhərində və Abşeronda indiyə qədər salınan yaşıllıqları, onların istifadə funksiyasına görə aşağıdakı 

qruplara ayırmaq olar:  

- Şəhər parkları. Bura aşağıdakılar daxildir: 

.. Nizami parkı 1880-1890-cı illərdə Bakının Qaraşəhər deyilən hissəsində salınıb. Hazırda parkda 30 

ədəddən artıq hələb  şamı qeydə aldıq. Onlar parkın  əsas sakinləri olub yaraşıqlı  və möhtəşəm gövdələri ilə 

seçilirlər. Boyları 18-20 m, diametrləri 40-48 sm təşkil edir. Diametrləri 60-84 sm olan tut ağacları da özlərini 

yaxşı hiss edir. Parkda olan lələk ağaclarının boyları 16-20 m, diametrləri isə 64-84 sm-dir. Yapon saforasının 

diametri 52 sm-dir. bağda 1 ədəd at şabalıdı (h=13 m, d=42 sm), zeytun, birgöz, 1 ədəd yapon əzgili var.  



..Zabitlər parkı  1930-cu ildə 3,1 ha sahədə salınıb. Əsas ağac cinsi daş palıddan ibarətdir.  

.. Dənizkənarı park (bulvar) birinci hissəsi 1908-ci ildə Azərneft  meydanından Kukla teatrına kimi, II 

hissə 1931-32-ci illərdə Kukla teatrından hökumət evi istiqamətində, III hissəsi isə 1938-ci ildə Azneft 

meydanından köhnə  «İnturist» mehmanxanasına qədər olan ərazidə salınaraq, zaman-zaman rekonstruksiya 

edilmiş, əsasən, ekzot ağac və kol cinslərindən istifadə edilmişdir.  



.. Dağüstü park, hazırkı Şəhidlər xiyabanı; 

.. Zığ parkı, 1930-cu ildə 50 ha sahədə salınıb. Zeytun, eldar şamı, nar, sərv, əncir, nar, püstə ağaclarından 

istifadə edilmişdir.  



-  Şəhər bağları.  Bura qubernator bağı (1850-1860-cı illər), Axundov bağı (1925), Malakan bağı (1900-

1910), dəmir yolu bağı (1880), Sabir, S.Vurğun, S.Qazıyeva, Montin, İliç. fontanlar və b. daxildir. Bu bağlar 

vaxtaşırı rekonstruksiya olunaraq, yeni ağac və kollar əlavə edilmişdir.  

- Səhiyyə – qoruyucu əhəmiyyətli meşə-parklar.  Bu istiqamətdə  işlər 1970-ci ildən sonra aparılmışdır. 

Bura Qaraşəhərlə 8-ci km arasında, Zığ zeytun plantasiyası, 8-ci km-Bakıxanov qəsəbəsi-Qaraçuxur arasında 

salınan yaşıllıqları aid etmək olar.  

Bakı  şəhərinin  şimal hissəsində yerləşən Biləcəri yaşıllıqları, qanlı göl, Badamdar, Şor göl və  Şıxov 

yaşıllıqları da meşə-park rolunu oynayır.  

-  Şəhərətrafı meşə parkları.  Bura Ceyranbatan gölü ətrafındakı  və aeroport yanındakı meşə-parklar 

daxildir.  



- Kurort meşə parkları.  Bura Buzovna, Zaqulba və Bilgəhdə yerləşən 7 sağlamlıq ocaqları  ərazisində 

salınan yaşıllıqlar daxildir.            

Qeyd etmək lazımdır ki, Bakı şəhərində və Abşeron yarımadasındakı yaşıllıqlar qeyri-bərabər yerləşmişdir. 

Bu baxımdan şəhərin yaşıllıq salmaq mümkün olmayan, dar küçəli köhnə hissəsi daha kasatdır. Havaya çoxlu 

miqdarda toksik maddələr ayıran metallurgiya, kimya, neft-kimya və  sənayenin digər sahələrinin  ərazilərində 

yaşıllıq işlərinin aparılması daha çətindir. Belə müəssisələr Abşeronda,  əsasən, Qara şəhərdə, Sumqayıtda və 

Qaradağda yerləşir. Onların  ətrafında və  ərazilərində ilbəil salınan yaşıllıqlar demək olar ki, tamamilə  məhv 

olur. Belə ki, belə  şəraitdə  əkilən bitkilər havadan yerüstü orqanları ilə  və torpaqdan aldığı  zəhərli maddələr 

tərəfindən məhv edilir. Odur ki, yaşıllıqlar salarkən sənaye obyektlərinin yanındakı çirklənmiş sahələrin 

meşəbitmə şəraiti nəzərə alınmalı və əkindən qabaq müvafiq tədbirlər görülməlidir.  

Hazırda Abşeron və Bakıda salınan yaşıllıqlarla qısaca tanış olaq.  

-  Zığ parkı – dənizə yönələn alçaq təpəli relyefdə  səciyyələnir və  Əhmədli yaylası  şimal tərəfdən  əsən 

küləkdən bu ərazini qoruyur. Burada salınan zeytun bağları çox gözəl nəticə verməsinə baxmayaraq onlar hissə-

hissə məhv edilərək, yerində xüsusi tikintilər salınır.  

-  Şıxov parkı  sahəsində  dənizə yönələn özünəməxsus amfiteatr yaranır və  şimal küləyindən qorunur. 

Dənizdən  əsən cənub küləyi zamanı hava yodla, mineral duzlarla zənginləşir ki, o da amfiteatrın  ərazisində 



 

331


(parkda) saxlanılır. Badamdar yaylası  şəhərdən gələn səsin və  şimal küləyinin qabağını alır, eyni zamanda 

şəhərdən gələn sənaye çirkləndiricilərinin parka daxil olmasının qarşısını alır.  Ərazinin yaşıllaşdırılması başa 

çatdıqda  Şıxov parkı  Şıx yamacının Xəzərə baxan amfiteatrında «Dostluq» parkı  və Bayıl yamaclarının 

yaşıllıqları ilə birlikdə vahid cənub-qərb yaşıl qurşağını yaradacaq. Hazırda Xəzərin səviyyəsinin qalxması ilə 

əlaqədar dəniz kənarındakı yaşıllıqların bir hissəsi quruyur və yerində qamışlıqlar yaranır.  

Bayıl yamacları  və «Dostluq» parkı yaşıllıqlarında  əsasən eldar şamından, qismən həmişəyaşıl sərvdən 

istifadə edilmişdir. Bibi-heybət (Şıxov) qəsəbəsinə yönələn dik yamacın (35-45

0

) cənub cəhətində süxur 



qırıntıları, iri qayalıqlar arasındakı yaşı 100-dən artıq olan 5 ədəd püstə ağacı diqqəti cəlb edir. Ağacların boyu 

4-5 m, diametrləri 24-32 sm-dir. Ağaclar bol meyvə gətirir. Bu ağaclar yəqin ki, keçmişdə salınan püstə bağının 

yadigarlarıdır. Səhranı xatırladan bu yamacda tək-tək yovşana, qanqala, kəvərə  və efemerlərə  təsadüf olunur. 

Maraqlıdır, sahədə tək-tək püstə yeniyetmələrinə təsadüf olunur. Lakin onlar qoyunlar tərəfindən məhv edilir. 

Yayın qızmarında qoyunlar bu ağacların altında kölgədə daldalanır.    Bu  isə torpaq qatının yuyulmasına və 

qayalığın səthə çıxmasına səbəb olmuşdur.    



-  Şəhriyar parkı  (köhnə Dzerjinski) şəhərin sıx  əhali yerləşən massivində idman qurğuları kompleksi 

ərazisində salınmışdır. Əhalinin ən çox gəzinti və istirahət yeri hesab olunur. Parkda eldar şamı üstünlük təşkil 

edir. Böyük qruplarda zeytun ağacları yaxşı nəticə vermişdir, lakin onlar suvarılmadığı üçün bir qədər solğun, 

sıxıntılı görünür. Sərv və şam ağacları suvarılmasa da, alçaq boylu olmasına baxmayaraq, öz görkəmini saxlayır. 

Aylant və yapon saforası ağacları görkəmsiz olmaları ilə yanaşı, həm də qurumağa doğru gedir. Şam ağacları 

altında pittosporum kolları olduqda caczibədar görünür. Bağın aşağı girəcəyində fəvvarənin yanında yoğunluğu 

70 sm olan geniş çətirli daş palıd ağacı bağa yaraşıq verir. Onun yaxınlığında bağın mikroçökək hissəsində lələk 

və aylant ağacları quruyur, iydə və yulğun kolları isə yaraşıqlı görünür. Burada bir kökdən qoşa duran boyu 13-

14 m, diametrləri 24-28 sm olan ekvaliptlər öz gözəllikləri ilə seçilir. Stadiondan Çaparidze heykəlinə doğru 

Azadlıq prosepektinə  qədər parkda yalançı sabun ağacı, lələk, qarağac üstünlük təşkil edir, tut və malyüra 

ağacları da çox əkilmişdir. Lakin bu ağacların heç biri özünü doğrultmur, onlar suvarılmadıqda solğun görünür, 

göbələk xəstəliyinə tutulduğundan ağacların qurumaqları müşahidə olunur. Sonralar sərv ağacları müdaxilə 

edildiyindən xiyabanın görkəmində canlanma görünür.  

Azadlıq prospektindən Semaşko xəstəxanasına doğru  50    m  enində xiyaban eldar şamı, zeytun, sərv 

ağaclarından ibarət olub çox yaraşıqlı görünür. Xiyabanda tut, maklyura, lələk olan sahələrdə  ağacların 

quruması və seyrəlməsi müşahidə olunur.  

Bütün bunlar göstərir ki, Şəhriyar parkında və ondan ayrılan xiyabanda tədricən rekonstruksiya işləri 

apararaq, əsasən həmişəyaşıl ağac növlərindən (şam, sərv, zeytun, daş palıd, evkaliptyapon əzgili, sidr və s.) 

istifadə edilməlidir.  

-  Ceyranbatan gölü ətrafında  1954-cü ildən başlayaraq 300 ha-dan artıq sahədə qoruyucu meşələr 

salınmışdır. Apardığımız tədqiqat işləri göstərdi ki, bu məqsədlə əsasən eldar şamı, yaşıl göyrüş, şabalıdyarpaq 

palıd və  sərvdən istifadə olunmuşdur. Həmçinin lələk, tut, gilənar, zeytun, ağcaqayın, mantar palıdı,  ərik, 

qarağac, badam, saqqızağac, qovaq, ağ akasiya, yulğun, birgöz, naz, nar, şaftalıdan istifadə edilmişdir. Qeyd 

edək ki, çox vaxt ağacların qarışdırılmasında onların bioloji xüsusiyyətləri nəzərə alınmamışdır. Son illər 

suvarma aparılmadığından ağacların çoxunda quruma müşahidə olunur. Bu baxımdan eldar şamı, sərv, palıd, 

saqqız, naz daha dözümlüdür.  

- Qanlıgöl meşə parkı, gölün şimal və şimal-qərb hissəsində salınmışdır. Lakin hazırda bu yaşıllıqlar hissə-

hissə  qırılıb yerində tikinti işləri aparılır. Burada ilboyu yaşıllığın mal-qaraya otarılması  nəticəsində  ağaclar 

məhv olmağa doğru gedir.  

- Neftayırma zavodu (NBNZ) ilə 8-ci kilometr qəsəbəsi arasında yaşıllıq Əhmədli yaylasının yaşıllıqları 

ilə geniş massiv yaradır. Bu böyük yaşıllıq massivi böyük səhiyyə-gigiyena  əhəmiyyəti daşıyır, 8-ci kilometr 

yaşayış massivini, Qara şəhəri bir neçə neftayırma və neft-kimya zavodlarının zərərli təsirindən qoyulur.  

Hazırda bu böyük yaşıllıq massivi demək olar ki, başlı-başına buraxılıb, onun çox hissəsində suvarma 

aparılmadığından ağaclarda quruma müşahidə olunur. Suvarmanın aparılmaması  nəticəsində  ən çox qovaq, 

topulqa, akasiya, ərkivan ağacları quruyub sıradan çıxır, göyrüş, itburnu, zeytun, qarağac, birgöz, oleandr da 

susuzluqdan solur, tədricən onlarda quruma müşahidə olunur. Safora və zeytun qurumasa da yarpaqları 

xırdalaşır, bürüşür və görkəmini itirir. Eldar şamı  və  sərv bütün ağac növlərindən daha dözümlü olduğunu 

göstərir və suvarılma dayandırıldıqda belə, öz həyatiliyini saxlayır. Qeyd edək ki, bu yaşıllıqlar da hissə-hissə 

məhv edilir və yerində müxtəlif tikintilər salınır.  



- Qaraçuxur qəsəbəsi rayonunda meşə-park 8-ci km qəsəbəsindəki yaşıllıqlarla birləşərək Bakı şəhərinə 

geniş panorama yaradır. Lakin bu yaşıllıqlar da hissə-hissə məhv edilərək, yerində müxtəlif tikinti işləri aparılır 

və sahəsi get-gedə azalır.  

- Biləcəri meşə parkı  Biləcəri yamaclarında, qayalı sahələrdə salınıb,  əsasən eldar şamından ibarət olub 

təbii meşəliyə bənzəyir. Bu meşə-park Bakı şəhərinə şimal tərəfdən daxil olub, Biləcəri rayonu əhalisinin gözəl 

istirahət məskənidir.  


 

332


- Aeroport meşə parkı.  Bakı  şəhəri ilə Aeroport arasında yolboyu bağ salınmışdır. Bu ərazi  şəhərdən 

kənarda yerləşib  əhalinin istirahət yeridir. Burada ağacların kəsilməsi və yerində ticarət tikintilərinin 

yaradılması adi hal olmuşdur.  

- Abşeron yaşıllıqlarını  Ü.M.Ağamirov, F.M.Məmmədov 16 sağlamlıq ocağı  ərazisində  dənizdən olan 

məsafələrinə görə 2 qrupa bölür: 



1. Abşeronun şimal-şərq hissəsində dəniz sahilində yerləşən sağlamlıq ocaqları. Bura Buzovna, Zaqulba və 

Bilgəhdə yerləşən 7 sağlamlıq ocağı daxildir. 



2. Yarımadanın şimal-şərqində, dənizdən 3-5 km aralı yerləşən sağlamlıq ocaqları. Bu qrupa Mərdəkan və 

Şüvəlan qəsəbələrində yerləşən              9 sağlamlıq ocağının yaşıllaşdırılmasında 93 ağac və kol növündən 

istifadə olunmuşdur. Bilgəhdə yerləşən kardioloji sanatoriyaları  ərazisinin yaşıllaşdırılmasında 48 növ, 

Buzovnada yerləşən 4 və 5 saylı istirahət evlərinin, uşaq sümük-vərəm sanatoriyasının yaşıllaşdırılmasında isə 

cəmi 10-16 ağac və kol növündən istifadə edilmişdir.  

Lakin son illər Bilgəh sanatoriyaları  ərazisindəki yaşıllıqlara lazımi qulluq edilmədiyindən, çox yerdə 

suvarılmadığından ağaclarda xəstəliklər və quruma müşahidə olunur.  

Zaqulbada yerləşən Daxili İşlər Nazirliyinin istirahət tipli sanatoriyasının  ərazisində apardığımz tədqiqat 

işləri göstərdi ki, ərazinin dənizə yönələn iri qayalı yamacında çoxdan aza doğru aşağıdakı ağac və kollardan 

istifadə edilmişdir: iydə, naz, zeytun, badam. Badamlar bol, keyfiyyətli meyvə gətirir. Dənizə gedən asfalt yolu 

boyu eldar şamı  və  sərvdən istifadə olunmuşdur. Qayalar arasında  əkilən üzüm kolları da bol məhsul verir. 

Suvarma aparılmasa da, ağaclar özünü yaxşı hiss edir. Ərazinin düzən hissəsində əsasən eldar şamı və sərvdən 

istifadə edilmişdir. Onlarla nar kolları bol məhsul verir. 4 ədəd çinar ağacı, 10 ədəd dəfnə, zeytun özlərini yaxşı 

hiss edir.  

Abşeron yarımadasının  ərazisində üzümlüklər, bağlar, tərəvəz bitkiləri  əkinləri, çoxlu şor göllər, yaşayış 

sahələri, neft vışkaları  və s. olduğundan başdan-başa meşə-parkların salınması qeyri-mümkündür. Lakin 

şəhərdən kənarda iri meşə-parkların yaradılması olduqca vacib məsələdir. Relyef və torpaq şəraiti meşə-

parkların salınmasına, onların suvarılmasına imkan yaratmadıqda orada quraqlığa davamlı olan eldar şamı, 

püstə, əncir, qismən də zeytundan istifadə etmək məqsədəuyğundur.  

Abşeronda çətin iqlim şəraitini, xüsusən  şimal küləklərini nəzərə alaraq meşə-parklar hakim küləklərə 

(xəzriyə) perpendikulyar, yəni qərbdən-şərqə doğru yerləşdirilməlidir.  

«Soyuzqiprolesxoz» tərtib etdiyi sxemə  əsasən Abşeron yarımadasında 29,3 min ha qoruyucu meşə 

zolaqları salınmalıdır. Salınacaq yaşıllıqlar yarımsəhra landşaftını kökündən dəyişərək başdan-başa istirahət 

meşə-park zonasına çevirəcək, iqlim və hava şəraitini yaxşılaşdıraraq, yayın qızmar havasını mülayimləşdirib 

şimal küləklərini zəiflədəcəkdir. Bununda yanaşı, salınan meşə-parklar böyük estetik əhəmiyyətə malikdir.  

Rekultivasiya yolu ilə Abşeronda neft mədənləri tərəfindən çirklənmiş 10 min ha-dan artıq sahədə 

yaşıllaşdırma işləri yerinə yetiriləcək, orada ilk növbədə  çətin torpaq şəraitinə dözümlü ağaclardan maklyura, 

aylant, yulğun, Amerika ağcaqayını, yapon saforası, iydə, yalançı sabun ağacı, yaşıl göyrüş, oleandr, ispan nazı, 

amorfa, sarı akasiya, qarağac, qismən eldar şamı və zeytundan istifadə olunması məsləhətdir.  

Abşeronun ağır iqlim-torpaq şəraitində yaşıllaşdırma məqsədilə  ağac-kol bitkilərinin introduksiyası üzrə 

aparılan çoxillik təcrübə, salınan yaşıl ağaclıqların, parkların, meşə-parkların və bağların tərkibində  ağac-kol 

cinslərinin çeşidlərini genişləndirməyə, onların tərkibini zənginləşdirməyə imkan yaradır.  

Abşeronda becərilən qiymətli ağac cinsləri ilə (zeytun, tut, püstə, badam, əncir, eldar şamı, hələb şamı və s.) 

yanaşı, indi dekorativ cəhətdən qiymətli bir sıra cinslərindən də istifadə edilir. Onlardan çinarı, yapon saforasını, 

dəmirağacı göstərmək olar. Son vaxtlar yaşıllaşdırma işlərində çinarla yanaşı, gözəl çiçək açan və qiymətli ağac-

kol cinslərindən daş palıd, yapon əzgili, sərv, dəfnə, at şabalıdı, ipək akasiyası, ispan nazı, nar, yapon heyvası, 

dovşanalması növləri, hind yasəməni,  ərkivan, pirakanta növləri, pittosporum, himalay sidri, evkalipt və 

maqnoliyanı göstərmək olar.  

Yaşıllaşdırma işlərində azqiymətli ağaclardan amerika ağcaqayını, göyrüşyarpaq ağcaqayın, meliya, 

maklyura və çiçəklədiyi vaxt çox pis iyi olan aylantdan çox istifadə edilməməlidir. Görkəmli yerlərdə palma, 

maqnoliya, himalay sidri, yapon əzgili və daş palıda üstünlük verilməlidir. 

Tut və qovaq növlərinin erkək nüsxələrindən istifadə edilməsi məsləhətdir. Çünki tutun meyvəsi yetişən 

dövrdə küçələri, adamların üst-başını çirkləndirir, dişi qovaq növləri isə ətrafa çoxlu tük yayır.  

Ümumiyyətlə, şəhər və qəsəbələrdə evlərin arasında və yollar boyu qovağın əkilməsi məsləhət deyil, çünki 

bu ağaclar sürətlə böyüyərək tez qocalır, yıxılır, binaları və əhalini təhlükə altına alır.  

Azqiymətli ağacları rekosntruksiya etdikdə küçələrin ümumi arxitekturasına uyğun olub oraya əlavə yaraşıq 

verən qiymətli ağac növlərinin iri əkin materialından (10 yaşdan yuxarı) istifadə edilməlidir.  

Ü.M.Ağamirovun (2000) məlumatına görə Azərbaycanın yaşıllaşdırılmasında 346 ağac və kol növü və 

formasına təsadüf edilir. Bunlar 166 cinsə və 70 fəsiləyə aid olan 168 ağac növü və formasından, 167 kol növü 

və formasından və 11 sarmaşan və dırmaşan kollardan ibarətdir. Bu ağacların 28 növü və forması iynəyarpaqlı, 

11 növü həmişəyaşıl yarpaqlı, 129 növü yarpağını tökənlərdir. Kolların 4 növü və forması iynəyarpaqlı, 58-i 

həmişəyaşıl, 99-u yarpağını tökən, 6 növü yarım həmişəyaşıldır.  



 

333


Yaşıllaşdırmada istifadə olunan ağac və kolların 99 növü Qafqaz florasına aid olub 28%, qalan 247 növü isə 

ekzot növlərdir, bu, yaşıllıqlarda olan ağac və kolların 72%-ni təşkil edir. Bunlar əsasən Şərqi Asiya (Yaponiya, 

Çin, Uzaq Şərq) florasından 74 növ, Şimali Amerika florasından 50 növ, Aralıq dənizətrafı florasından 24 növ, 

Avropadan 16 növ, Orta Asiyadan 8, İran və Kiçik Asiyadan 8 və digər regionlardan 15, meyvə ağacları 11 növ 

və 38 forma hibrid bitkilərdən ibarətdir (Ağamirov, 2000).  

Bu onu göstərir ki, respublikamızda yaşıllaşdırma işlərində Qafqaz, o cümlədən Azərbaycan florasında olan 

ağac və kol növlərindən lazımi dərəcədə istifadə edilməmişdir. Onlardan Lənkəran akasiyası, dəmirağac, 

şabalıdyarpaq və digər palıd növləri, dovşanalması, Xəzər  lələyi, tozağac növləri, qarmaqvari şam, saqqızağac, 

qafqaz xurması, ardıc növləri, vələs, ağcaqayın növləri, yalanqoz, qızılağac, qaraçöhrə və başqalarını göstərmək 

olar.  


Respublikamızın müxtəlif torpaq-iqlim şəraitini nəzərə alaraq onun müxtəlif təbii zonalarında yaşıllaşdırma 

işlərində Ü.M.Ağamirovun (2000) təklif etdiyi siyahıya əlavə və düzəlişlərlə aşağıdakı ağac və kol növlərinin 

istifadə olunmasını məqsədəuyğun hesab edirik.  

- Abşeron-Qobustan rayonu (Bakı, Sumqayıt şəhərləri daxil olmaqla): eldar şamı, həmişəyaşıl sərv, daş 

palıd, avropa zeytunu, Lənkəran (ipək) akasiyası, hələb  şamı, himalay sidri, yapon əzgili, yapon saforası, 

xırdayarpaq qarağac, Türküstan qarağacı, evkalipt, traxakarpus palması, xamerops palması, dağdağan, ərkvan, 

suriya gülxətmi, püstə, badam, tobira pittosporumu, naz kolu, oleandr, həmişəyaşıl başın ağacı və b.  



- Zaqatala-Şəki zonası üçün: iriyarpaq cökə, qafqaz cökəsi, adi şabalıd, at şabalıdı, uzunsaplaq palıd, 

Krım şamı, dəmirağac, italiya şamı, maqnoliya, qafqaz xurması, tikanlı küknar, iriçiçək maqnoliya, pişikdırnağı 

və b.  

- Quba-Şamaxı zonası üçün: Krım şamı, şabalıdyarpaq palıd, qaraçöhrə, qafqaz cökəsi, yapon əzgili, adi 

göyrüş, adi qoz, himalay sidri, sərv, Krım şamı. 



- Mərkəzi Aran rayonları (Kür-Araz ovalığı) üçün: eldar şamı, hələb şamı, həmişəyaşıl sərv, şərq çinarı, 

saqqızağac, püstə, badam. avropa zeytunu, adi qoz, uzunsaplaq palıd, heyva, nar, Amerika gövrüşü, evkalipt, 

dağdağan. 

- Gəncə-Qazax zonası üçün: qafqaz cökəsi, iriyarpaq cökə, həmişəyaşıl sərv, şərq çinarı, tikanlı küknar, 

Krım  şamı, veymut şamı, italiya şamı, himalay sidri, yapon xurması, qafqaz xurması, yapon əzgili, yapon 

xriptomeriyası, iriçiçək maqnoliya. 

- Naxçıvan respublikası üçün: naldənd, şərq çinarı, araz palıdı, dağdağan, Krım şamı, daş palıd, tozağac, 

virginiya ardıcı, suriya göyrüşü, quşarmudu növləri, adi göyrüş, çoxmeyvəli ardıc, araz palıdı, badam, yemişan, 

iberiya ağcaqayını, söyüdyarpaq armud.  

- Lənkəran-Astara zonası üçün: azatağac, dəmirağac, Lənkəran akasiyası, pekan, dəmirağac, pişikdırnağı 

(mimoza), adi şabalıd, at şabalıdı, himalay sidri, tikanlı küknar, ağşam, iriyarpaq cökə, Xəzər lələyi, samşit, 

həmişəyaşıl sərv, Krım şamı, qaraçöhrə, şabalıdyarpaq, palıd, dəfnə, evkalipt, qanadmeyvə yalanqoz və b. 

- Yuxarı Qarabağ üçün: Qafqaz cökəsi, Krım şamı, adi şam, şərq palıdı, şərq çinarı, engelman küknarı, 

tozağac, adi göyrüş, qafqaz vələsi və b.                

                   

 

XVI Fəsil 



HEYVANAT ALƏMİ 

 

Təbiətdə heyvan və bitkilər sıx əlaqədə olur. Heyvanlar bitkilərlə  qidalanmaqla bərabər, həm də onlara xeyir 

verir.  

Havanı bitkilərin fotosintezi üçün istifadə etdiyi karbon qazı ilə  zənginləşdirir, torpağı peyinlə gübrələyir, 

çarpaz tozlanmaya (həşəratlar) şərait yaradır, bitkilərin yayılmasına (toxumun aparılması ilə) kömək edir. və s. 

Yerüstü və su heyvanlarından qida məhsulları, dəri xammalı, xəz-dəri və s. almaq üçün istifadə olunur. Hazırda 

Yer kürəsi əhalisinin yarıya qədəri xroniki zülal aclığı keçirir. 3 mln tona qədər qiymətli heyvan zülalı, yəni 15mln 

ton ət çatışmır. Odur ki, heyvandarlığı inkişaf etdirməklə yanaşı, həm də ovluq balıqların, məməlilərin və quşların eh-

tiyatlarından səmərəli istifadə etmək lazımdır. 

Hər hansı heyvanın sayının dəyişməsi bir sıra səbəblərlə baş verir. Bunlardan ən başlıcası populyasi-

ya, növ və ya bütövlükdə qruplaşmanın yaşayış  şəraitinin antropogen dəyişməsi, digəri isə  bəzi heyvan 

növlərinin bilərəkdən müəyyən məqsəd üçün ovlanması və ya məhv edilməsidir. 


 

334


 

Şəkil 16.1. Heyvanat aləminin təbiətdə və insan həyatında əhəmiyyəti 

(Korobkin, Peredelski, 2001) 

 

Heyvanların yaşama mühitinin dəyişməsi ən çox texniki inkişafla bağlıdır. Çaylarda bəndlərin tikilməsi, su 



anbarlarının yaradılması həyat mühitini tamamilə dəyişir. Şəhərlərin «hücumu» heyvanların yaşayış şəraitini kö-

kündən dəyişdirir: iri məməlilər yoxa çıxır, quş növlərinin sayı kəsgin azalır, əksinə bəzi növlərin (göy göyərçin, 

şəhər sərçəsi, boz qarğa və b.) kütləvi artmasına imkan yaranır. 

Suvarma, xüsusilə nəmli yerlərin qurudulması bitki  və heyvanların həyat şəraitini dəyişdirir. Belə sahələr 

kənd təsərrüfatında istifadə olunur. 

Heyvanların kütləvi və nəzarətsiz ovlanması onların məhv olması təhlükəsinə səbəb olur. Bu səbəbdən ada-

larda yaşayan heyvanların  əksəriyyəti artıq planetimizdə mövcud deyildir. vəhşi heyvanların sayının kəsgin 

azalması Afrikanın avropalılar tərəfindən müstəmləkələşirilməsi dövründə başlandı. XIX əsrin sonu, XX əsrin 

əvvəlində Cənubi Afrikada iri vəhşi heyvanlar – fil, kərgədan, kəl və b. demək olar ki,  məhv edilmişdir. Belə 

bir təhlükə Şərqi və Mərkəzi Afrikanı da gözləyir. 



Son 100 il ərzində hər il orta hesabla bir növ sıradan çıxır. J.Dorstun (1968) məlumatına görə eramızın 

başlanğıcından indiyə kimi insanın günahı ucundan 120 növdən artıq məməli heyvan, 150 növdən artıq quş 

növünün nəsli kəsilmişdir. 

 

 

Cədvəl 16.1. 

 


Kataloq: upl -> books -> pdf
pdf -> XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ
pdf -> Əbdülrəhmanlı N. Qurban. Yüzilin “Əli və Nino” əfsanəsi. Poman-xronika. Bakı, Qanun, 2014, 604 səh. Redaktor: Tapdıq Yolçu Korrektor: Ceyran Abbasova
pdf -> Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
pdf -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
pdf -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir
pdf -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 sentyabr 2012-ci il tarixli
pdf -> M Ə h ə m m ə d t a ğ I s I d q I 1 5 0 MƏHƏMMƏd tagi siDQİ Ə s ə r L ə r I
pdf -> Тофиг щаъыйев
pdf -> AZƏrb ay can miLLİ elmlər akademiy asi folklor institutu
pdf -> Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu a

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə