Menecment- Mühazir
ə mətnləri
[ ]
11.10.2008, 09:46
Menecmentin mahiyyəti.
Menecmentin
predmeti, məqsədi və əhəmiyyəti
Bazar münasibətlərinə keçid şəraitinin qarşısında duran ən mühüm vəzifələrdən biri də
müəssisələr (təşkilatlar, birliklər) səviyyəsində menecmentin nəzəri və metodoloji problemlərini
işləyib hazırlamaq və həyata keçirməkdir. Nəzəri menecmentin müasirliyi iki nöqteyi-nəzərdən
mühüm əhəmiyyət kəsb edir. Əvvəla, ölkənin bazar münasibətlərinə keçid şəraitində əsas
təsərrüfat sahələrində idarəetmənin mütərəqqi forma və metodlarının tətbiq edilməsi, ikincisi,
müəssisənin dünya bazarına çıxması və xarici iqtisadi əlaqələrin genişləndirilməsi üçün
menecment təcrübəsinin dərindən mənimsənilməsi tələb olunur. Əks təqdirdə müəssisə
səviyyəsində səmərəli işləmək mümkün olmaz. Həmin problemlərin öyrənilməsi
həm keçid
dövrünün, həm də bazar münasibətlərinin tələbidir.
Menecment ingilis dilində “management” sözündən olub, idarəetmə, bacarmaq, öhdəsindən
gəlmək mənasındadır.
Menecmentin yaranması ilk dəfə ABŞ-da mühəndis Fredrix Teylorun adı ilə bağlıdır və bir elm
kimi XIX əsrin 50-70-ci illərində daha geniş inkişaf etmişdir. Menecment haqqında bu sahənin
nəzəriyyəçiləri bir sıra tədqiqatlar, araşdırmalar aparmış, menecment nəzəriyyəsinin formalaşıb
inkişaf etməsində mühüm rol oynamışlar. Bunlardan K.Emerson, A.Fayol, P.Drukker,
K.Xodkinqson, K.Devis, X.Pirson və başqalarını misal göstərmək olar.
Menecmentin predmetini idarəetmə münasibətləri təşkil edir.
Menecmentin obyekti bazar
münasibətləri şəraitində istehsal, ticarət, xidmət, nəqliyyat, tikinti və s. fəaliyyət sahələri ilə məşğul
olan müəssisə və təşkilatlardır. Menecmentin subyektləri dedikdə isə, idarə edən və idarə olunan
sistemlər başa düşülür.
Menecment fənlərarası elmi bilik sahəsi kimi də başa düşülür. Çünki elə bir sahə yoxdur ki, orada
idarəetməyə ehtiyac olmasın. Məsələn, maliyyə özü ayrı bir elmdir və onun menecmenti də vardır.
Həmçinin
marketinq, innovasiya, kommersiya və s.
Menecment bazar münasibətləri şəraitində idarəetmə nəzəriyyəsi hesab edilir. Menecment və
idarəetmə anlayışları bir-birinə tam olmayan sinonim kimi çıxış edir. İdarəetmə anlayışı insan
fəaliyyətinin bütün sahələrinə aid edilə bilər (məsələn, dövlətin idarə edilməsi, cəmiyyətin idarə
edilməsi). Menecment anlayışı isə yalnız bazar mühiti şəraitində fəaliyyət göstərən müəssisələrdə
sosial iqtisadi proseslərin idarə olunmasını əks etdirir. “İdarəetmə” məfhumunun məzmununu
araşdırarkən aydın olur ki, o sərbəst peşəkar fəaliyyət növü olub, təkcə sənaye firamlarının elmi-
tədqiqat, layihə-konstruktor işləri
ilə deyil, həmçinin, istehsal, texnoloji, təşkilati, maliyyə, satış
sahələrini, həm də bank, sığorta təşkilatları,
turizm agentliyi, mehmanxana, nəqliyyat
kompaniyaları və ümumiyyətlə, bazara sərbəst iqtisadi subyekt kimi daxil olan bütün təsərrüfat
vahidlərini əhatə edir.
Beləliklə, aydın olur ki, menecment bazar münasibətləri şəraitində müəssisənin maliyyə-təsərrüfat
fəaliyyətinin təşkil olunub, onun müstəqil həyata keçirilməsini əhatə edir.
Menecment daha az maddi, əmək və maliyyə ehtiyatlarından istifadə edərək səmərəliliyi
yüksəltmək və mənfəəti artırmaq məqsədi ilə həyata keçirilən idarəetmə fəaliyyəti
ilə əlaqədar
peşədir. Bu peşə idarəetmə fəaliyyəti ilə bağlı bütün funksiyaların, metodların, prinsiplərin,
strategiyaların və formaların məcmusudur. Başqa sözlə, menecment bazar və bazar münasibətləri
şəraitində idarəetmə deməkdir ki, o;
- firmanı tələb və təklifə uyğunlaşan bazara və məhsul buraxılışına elə yönəltməlidir ki, nəticədə
yüksək mənfəət əldə etmiş olsun;
- azad qərar qəbul etməklə tam təsərrüfat sərbəstliyi şəraitində keyfiyyətli məhsul bolluğu yaratsın;
- bazarın vəziyyətindən asılı olaraq qarşıya qoyulan məqsədlərə nail olsun;
Əgər menecment idarəetmə haqqında elmdirsə, menecer idarəedən şəxs və ya
menecment üzrə
mütəxəssisdir. Menecer (ingiliscə “manager” sözündən olub, müdir, idarə edən deməkdir.
İqtisadiyyatın idarə edilməsi sahəsində hüquqi və digər məsələlərdə səriştəsi olan mütəxəssisdir.
Aşağıdakı vəzifə sahibləri menecerlər hesab oluna bilərlər.
1. Müəssiənin rəhbərləri.
2. Təşkilati struktur vahidlərinin ( şöbələrin, bölmələrin) rəhbərləri.
3. Müəssisədə hər hansı fəaliyyət sahələrinin funksional icraçıları.
4. Nəzarətçilər və s.
Menecerlər hansı sahədə çalışmalarından asılı olmayaraq beş baza-vəzifələri həyata keçirirlər.
1. Onlar məqsədi müəyyənləşdirirlər. Hər hansı məqsəd nəticəyə yönəlir və onlara nail olunması
yolları aydınlaşdırılır. Bunun üçün qərarlar qəbul edilib, icraçılara çatdırılır.
2. Menecerlər təşkilatçıdırlar. Təşkilatçılıq dedikdə təşkiletmə funksiyasını həyata keçirmək
fəaliyyəti başa düşülür. Təşkiletməni idarəetmə fəaliyyətindən ayrılıqda təsəvvür etmək olmaz.
Təşkiletmə özü də idarəçilik funksiyasıdır. Çünki təşkilatçılığı həyata keçirmək üçün təşkilati
planlaşdırmanı yerinə yetirmək, sonra isə lazım olan bütün əmək və maddi-texniki resursları
səfərbər etmək lazımdır. Bu isə yüksək idarəetmə məharəti və nəzəri-təcrübi biliklər tələb edir.
3. Menecer motivasiya və kommunikasiyanı təmin edir. Müxtəlif işlərə cavabdeh adamlardan
ibarət komanda yaradır. O, bunları kadr məsələləri, əmək haqqı, mükafatlandırma sahəsində
qərarlar vasitəsi ilə həyata keçirir və bu
zaman tabeliyində olanlar, icraçılar və həmkarları ilə daim
əlaqə saxlayır.
4. Menecerin işində ən əsas element ölçüdür. O, ölçü vahidini müəyyənləşdirir, nəticələri təhlil
edir, qiymətləndirir və izah edir. Bu barədə isə həmişə olduğu kimi rəhbərliyə, həmkarlarına və
tabeçiliyində olanlara xəbər verir.
5. Özü də daxil olmaqla, işçilərin maddi və mənəvi inkişafını təmin edir.
Menecerlər idarəetmədə öz funksiyalarını yerinə yetirmək üçün aşağıdakı rola malikdirlər.
1. Təşkilati rol;
2. İnformasiya rolu;
3. Qərar qəbul edilməsi;
Təşkilati rol yuxarıda deyildiyi kimi təşkilati məsələlərin həyata keçirilməsi ilə əlaqədardır.
Menecerlər idarəetmə fəaliyyətini həyata keçirmək üçün daim informasiyalar əldə etməlidirlər.
Çünki informasiyalara malik olmadan düzgün qərar qəbul etmək mümkün deyildir.
İdarəetmədə ən vacib ünsürlərdən biri də qərarların qəbul edilməsidir. İdarəetməni
həyata
keçirmək üçün qərarlar qəbul etmək lazımdır. Düzgün qərarlar istər idarəetmə sahəsində, istərsə
də maliyyə-təsərrüfat sahəsində məqsədlərə çatmağa və müsbət nəticələr əldə etməyə yönəlir.
İdarəetmənin başlıca məqsədi iqtisadi sistemlərdə baş verən dəyişiklikləri əvvəlcədən görməkdən,
real vəziyyəti və uzunmüddətli iqtisadi qərarları düzgün qiymətləndirib təşkilatın fəaliyyətinə
töhfə verməkdən ibarətdir.