Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə1/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
  1   2   3   4   5   6   7   8   9   ...   54
Bölmə 4


Bölmə 4. Fövqəladə hallarda zəhərlənmələr və xəstələnmələr zamanı həkiməqədər yardım və xəstələrə ümumi qulluq.
Mövzu 1. Həkiməqədər yardımın əsasları
Xəstəlik haqqında anlayış.
Xarici və daxili faktorların təsiri altında insan orqanizmində gedən prosesə xəstəlik deyilir. Bu faktorlar müxtəlif orqanların və sistemlərin fəaliyyətini pozur. Bu təsirə orqanizm bir sıra müdafiə reaksiyaları ilə cavab verir. Ona görə də xəstəlik orqanizmin həyat fəaliyyətinin bir sıra müdafiə reaksiyalarının pozğunluqlarından ibarətdir. Xəstəliyə yalnız ayrı-ayrı orqanların xəstəliyi kimi yox, həm də bütün orqanizmin xəstəliyi kimi baxmaq lazımdır. Xəstəlik kəskin və xroniki şəkildə keçə bilər. Kəskin xəstəlik zamanı xəstəliyin davamlığı məhdudlaşır. Xroniki xəstəlik isə bəzən bütün həyat boyu davam edə bilər. Xəstəliyin inkişafında aşağıdakı dövrlər ayırd olunur:

  1. gizli və ya inkubasiya dövrü;

  2. prodromal dövr (xəbərdarlıq dövrü);

v) xəstəliyin qızğın dövrü;
q) xəstəliyin sönmə dövrü;
d) xəstəliyin nəticəsi (sağalma, xroniki forma və ya ölüm).
Xəstəlik törədən səbəblərə etiologiya deyilir.
Xəstəliyin aşağıdakı səbəbləri ayırd edilir:

  1. mexaniki (travma)

  2. fiziki (temperatur təsiri, atmosfer təzyiq, elektrik cərəyan)

  3. kimyəvi (zəhərlər, dərmanlar, alkoqol)

  4. sosioloji (sanitar-qiqiyenik şərait, əmək şəraiti)

  5. psixoloji (stresslər)

Etiologiya çox sıx xəstəliyin patogenezi ilə bağlıdır.
Xəstəliyin inkişafı, onun əmələ gəlmə mexanizmi patogenez adlanır.
Xəstəliyin əlamətləri simptomlar adlanır.
Simptomlar obyektiv və subyektiv ola bilər. Obyektiv simptomlar xəstələri müayinədən keçirdikdən sonra aşkar olunur. Subyektiv simptomlar xəstələr özləri özlərində hiss etdikləri əlamətlərdir. Müəyyən xəstəlik üçün xarakterik olan bir sıra simptomlara sindrom deyilir. Məsələn: nefrit xəstəliyində həmişə qematuriya (sidikdə qan), hipertoniya və şişlər xarakterikdir.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin