P. paşayev təBİƏt elmləRİNİN ƏlaqəLİ ÖYRƏNİLMƏSİ


§ 9 DƏRSDƏ MÜƏLLİM  YARADICILIĞININ   BƏZİ



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix18.01.2017
ölçüsü0,92 Mb.
#5823
1   2   3   4   5   6   7   8
§ 9 DƏRSDƏ MÜƏLLİM  YARADICILIĞININ   BƏZİ 
MƏSƏLƏLƏRİ 
 
Təlim-tərbiyə IŞlərinIN   səviyyəsinin   yüksəldilməsinə   xüsusi 
diqqət vermişdir. Bu heç də  təsadüfi deyil. Bizim dövrümüzdə 
ixtisaslı  və savadlı  fəhlə kadrlara olan ehtiyac sürətlə artır. Sənaye, 
kənd təsərrüfatı, nəqliyyat, rabətə, məişət xidməti və sairədə  tətbiq 
edilən texniki vasitələr və texnologiya fasiləsiz olaraq mürəkkəbləşir. 
Dəzgahların istehsalı  və istismarı, xalq təsərrüfatının müxtəlif 
sahələridə cihaz, aparat və qurğulardan səmərəli istifadə olunması 
yüksək ixtisaslı işçilər tələb edir. Təkcə mühəndis və textniklər deyil, 
fəhlə  də, kolxozçu da, sürücü də, satıcı da indi həmişəkindən çox 
bilməlidir. 
Ölkəmizin 180 000 orta məktəbində 50 mln-a qəddr şagird təhsil 
alır və bu işə 2,5 mln müəllim ordusu cəlb edilmişdir. Ümumi orta 
təhsilə keçid dövrü isə artıq qurtarmışdır. Bütün bunlar sovet xalqının 
qazandığı nailiyyətlərdir. Nəyi və necə öyrətmək problemi indi 
həmişəkindən daha çox ciddi bir şəkil almışdır. Hazırda bu sahədə 
böyük axtarışlar gedir. Tədris proqramlarının məzmununu daha da 
təkmilləşdirmək, yüksək pedaqoji effekt verən yeni təlim forma və 
metodları  tətbiq etmək, təhsildə yaş senzini azaltmaq, pedaqokiga 
xəzinəsinə daha çox təsirli və  işgüzar təlim stimulları  və motivləri 
daxil etmak, beyinin nəhəng ehtiyatından müvəffəqiyyətlə istifadə 
etmək və blr sıra başqa tədbirlər təhsilin faydalı iş əmsalını durmadan    
artırmağa   xidmət   göstərir. 
 
  

__________________Milli Kitabxana__________________ 
102 
 
Son zamanlar pedaqoqikada nisbətən yeni hesab edilən 
metodlardan biri də proqramlaşdırılmış  təlimdir. Bunun ən üstün 
cəhəti  şagirdlərə  fərdi yanaşmaq üçün əlverişli  şəraitin    
yaradılmasıdır.        Şagirdlərin elmi hazırlığı da, qavrama qabiliyyəti   
də bir-birindən fərqlidir. Bu baxımdan hər bir şagirdə fərdi yanaşmaq, 
ona-uyğunlaşmaq, onun fərdi   xüsusiyyətlərinə adaitasiya etmək, 
istənilən    şagirdi    fəallaşdıran «açarı» tapmağa müvəffəqiyyətlə 
öyrətməyə xidmət edən əsas şərtlərdən biridir. Lakin fərdi yanaşmaq   
ideyası heç də yeni deyil. Şagirdlərə fərdi yanaşmaq məsələsi məşhur 
çex pedaqoqu Y.A.Komenskninin «Didaktika»sında xüsusi yer tutur. 
Hətta qədim yunan    pedaqoqları da öz şagirdlərinə fərdi yanaşmaq 
metodundan istifadə etmişlər. Doğrudur, onların  şagirdi cəmi 1-2 
nəfər olmuşdur, indi isə müəllimin dərsində 30-45 şagird olur. Belə bir 
şəraitdə şagirdə fərdi yanaşmağı bacaran müəllim böyük sənətkarlığa,   
zəngin təcrübəyə malik olmalıdır. 
Bir sıra mütəxəssislərin fikrincə kütləvi təlim və  fərdi yanaşma 
kimi bir-birinə zidd iki cəhəti ümumiləşdirən proqramlaşdırılmış 
təlimdir. Bu, təlim nəzəriyyəsi və praktikada keyfiyyətcə yeni 
mərhələdir. Çünki təlim prosesinin təşkilinə      və  təhlilinə burada 
kibernetik bir sistem kimi baxılır. Şagird-müəllim sistemi idarə oluna 
bilən şəklə   gətirilir. Burada idarə edən orqan-müəllim, idarə olunan 
obyekt isə  şagirddir. Lakin müəllim-şagird sistemi başqa kibernetik 
sietemlərdən kəskin fərqlənir.    Çünki burada şagird passiv bir obyekt 
deyil, o da idarə olunma prosesinin fəal iştirakçısıdır. 
Proqramlaşdırılmış təlimdə müəllimin bir sıra funksiyalarını maşın öz 
öhdəsinə götürür, şagirdlərin fəallığını artırır və s. Elə maşınlar var ki, 
hətta təlim prosesi də qeydə ala bilir. Şagirdin cavab verməyə  sərf 
etdiyi vaxtı kağız lentə yazır, onun səhvlərini qeyd edir, təlim 
metodunun keyfiyyətinə, proqram və        dərs vəsaitinə qiymət verir. 
Butün bunlara baxmayaraq yaxşı müəllimi heç bir təkmilləşmiş    
maşın əvəz edə bilməz. Şagirdlərlə birlikdə meşəyə, tarlaya, müxtəlif 
istehsal obyektlərino gedən,      onlara        vaxtaşırı izahatlar verən, 
disbutlar təşkil   edən maşın təsəvvür etmək olarmı? 
 
  

__________________Milli Kitabxana__________________ 
103 
 
50 mln şagirdi öyrədici maşınla təmin etmək iqtisadi cəhətdən 
ağıla batandırmı? 
Əllinci illərin axırları  və altmışıncı illərin  əvvəllərində ABŞ-da 
proqramlaşdırılmış  təlim geniş  tətbiq edilərkən onlar təhsildə inqilab 
yaratmaq niyyətində idilər. Lakin bu niyyət baş tutmadı.  
Proqramlaşdırılmış təlim metodu həll etdiyi köhnə problemlərdən 
qat-qat çox yeni problemlər irəli sürdü. Məlum oldu ki, ən çox işlənən 
«bilik», «bacarıq». «vərdiş» anlayışlarının ümumi qəbul edilmiş tərifi 
yoxdur, təlimin effektliyini kifayət qədər obyektiv kriterisi yoxdur, 
şagirdlərin təlimdən əvvəl və sonra əqli fəaliyyətnin səviyyəsini təyin 
etmək metodu zəifdir, öyrənmə motivləri və stimulları haqqında aydın 
təsəvvür yoxdur və s. Bu əsas problemlər həll edilməmiş 
proqramlaşdırılmış  təlimin həlledici rolundan danışmaq çətindir. 
Maşınlar nə qədər təkmilləşirsə təkmilləşsin müəllim həmişə həlledici 
rol oynayacaqdır. Təlim metodları  rəngarəng olmalıdır, eyni tipli 
informasiyalar və fəaliyyət üsulları yorucu, darıxdırıcı olur. Öyrənilən 
materiala maraq hissi yaratmaq məqsədilə müəllim öz şagirdlərini 
inandırmalıdır ki, bu məsələləri öyrənmək zəruri və vacibdir. Bunu 
əlbəttə quru sözlərlə demək təsirsiz və  nəticəsiz olar. Muəllim 
problem mənzərəsi yaratmaqla şagirdləri öyrənilən mövzu ilə əlaqədar 
hadisələrdən birinə cəlb etdikdən sonra təlimin effektli olmasını təmin 
edə bilər. Məsələn, əgər müəllim öz şagirdlərinə elektrik cərəyanı ilə 
əlaqədar bir mövzunu öyrətməlidirsə, söhbəti təxminən belə apara 
bilər. 
 Elektrik  aparatları  və avadanlığı ilə daha çox adamlar məşğul 
olacaqdır. Elektrik avadanlığığın istismarına cavabdeh olan adamlar 
fermada yarana biləcək zərərli elektrik dövrələrinin qarşısını 

__________________Milli Kitabxana__________________ 
104 
 
almaq üçün cərəyan qanunlarını mükəmməl bilməlidir. Təhlükə təkcə 
elektrikləşdirilmiş  kənd təsərrüfat avadanlığı vasitəsilə deyil, 
sənayedə, məişətdə işlədilən elektrik cihazları ilə də yarana bilər. Ona 
görə  də  hər bir şəxsin, elektrikin canlı orqanizmlərə  təsiri 
xüsusiyyətləri və ondan müdafiə olunmaq tədbirləri haqqında  ətraflı 
məlumatı olmalıdır.  şübhəsiz ki, belə bir giriş sözündən sonra, 
şagirdlər heç vaxt: «Bu bizim nəyimizə lazımdır? Axı, nə üçün bu 
mövzunu öyrənirik?» kimi ifadələr işlətməzlər.  Əksinə, onlarda 
öyrənməyə ehtiyac hissi aşılanar. Eyni zamanda yeni mövzunu 
şagirdlərə müvəffəqiyyətlə öyrətmək üçün müəllim  əlverişli bir 
mövqe tutar. 
Müəllim həmişə öyrətdiyi yeni materialı köhnə ilə əlaqələndirməyi 
bacarmalıdır. Yeni material köhnədən  şagirdlər tərəfindən 
mənimsənilmiş materialla, onların mənimsədikləri biliklərlə nə qədər 
çox əlaqələndirilsə şagirdlərin öyrənməyə göstərdikləri maraq da bir o 
qədər çox olur. Çünki bu halda köhnə biliklərinə istinad edərək yeni 
öyrəndiklərini yaxşı  dərk edirlər. Öyrədilən material həddindən artıq 
çətin və ya çox asan olduqda da şagirdlər üçün maraqsız olur. Ona 
görə  də  hər bir dərs üçün ayrılmış material az çətinliyinə görə 
şagirdlərin mənimsəmə səviyyəsinə uyğun gəlməlidir. Bu səviyyədən 
aşağı  və ya yuxarı olduqda dərs maraqsız keçir. Şagirdin böyük 
maraqla işləməsini təmin edən  əsas  əlamətlərdən biri də onun 
fəaliyyətinin müəllim tərəfindən tez-tez yoxlanması 
və 
qiymətləndirilməsidir. Müəllimin parlaq və emosional nitqi, öz fənnini 
dərindən bilməsi, elmin ən son nailiyyətlərilə ayaqlaşması fövqəladə 
güclü bir qüvvə ilə şagirdin dərsə münasibətinə, fəallığının artmasına 
təsir göstərir. 
Ən çox maraq oyadan səbəblərdən biri də köhnə biliklərdən yeni 
şəraitdə  və  şagirdlərə  məlum olmayan kombinasiyalarla istifadə 
edilməsidir. Y.İ.Perelmanın «Əyləncəli fizika» kitabında buna aid 
olduqca zəngin material vardır. «Maye teleskop», «Barometrdən sup», 
«Qardan istifadə etməklə suyu qaynatmaq olarmı?» kimi başlıqlar 
altında təsvir edilən hadisələr marağın etibarlı mexanizmi olan 
«axtarıcı yaddaşın» fəal işini təmin edir. 
 
 

__________________Milli Kitabxana__________________ 
105 
 
  
Elm təfəkkürün və yaradıcılığın gizli proseslərinə  nə  qədər çox 
nüfuz etsə, öz yaradıcılığı ilə fərqlənən müəllimin dərsi də bir o qədər 
etibarlı  və inamlı  şəkildə  şagirdlərdə zehni əməyə  məhəbbət hissini 
aşılayacaqdır. Belə dərslərin verdiyi yüksək pedaqoji effekt müəllimin 
nümunəvi yaradıcılığını tərənnüm etdirir. 
  
 
  

__________________Milli Kitabxana__________________ 
106 
 
 
MÜNDƏRİCAT 
 
Giriş ...............................................................................................3 
 
I fəsilTəbiət elmlərini əlaqəli öyrənməyin ümumi məsələləri 
 
§ 1. Fənlərarası əlaqə pedaqoji problem kimi .................................5  
§ 2. Fənlərarası əlaqənin inkişaf yolları ........................................7 
§ 3. Fənlərarası əlaqənin növləri....................................................9 
§ 4. Təbiət  elmlərinin   asaslarını   əlaqəli   öyrətməyin 
psixoloji əhəmiyyəti..............................................................16 
§ 5. Fənlərin  əlaqəli  tədrisinin  şagirdlərin  dialektik- 
materialist   dunyagörüşünün   formalaşmasında  
əhəmiyyəti.............................................................................23 
§ 6. Fənlərarası əlaqənin politexnik təhsil və  
qanunların tətbiqinin şagirdlərə dərk etdirilməsi üçün 
əhəmiyyəti.............................................................................30 
§ 7. Elmi-texniki inqilab və təhsil prossesində onun nəzərə  
alınması.................................................................................45 
 
II fəsil. Orta məktəb kursunda biofiziki təhsilin  
    təkmilləşdirilməsi problemləri 
 
§ 1. Biofizikanın inkişaf tarixi......................................................49 
§ 2. Məktəb kursunda  biofizika..................................................52 
§ 3. Təbiət elmlərinin əsaslarının əlaqəli öyrədilməsi...................56 
§ 4. Təbiət elmlərində   biofiziki  materialın  məzmunu 
və ona verilən tələblər.........................................................71 
§ 5. Şagirdlərin  biofiziki    təhsilinin  təkmilləşdirilməsi  
yolları və vasitələri...............................................................74 
§ 6. Suyun fiziki xassələri və təbiət hadisələri.............................88 
§ 7. Həyat haqqında riyazi nəzəriyyə...........................................93 
§ 8. Təbiət elmləri və kənd təsərrüfatı...........................................95 
§ 9. Dərsdə müəllim yaradıçılığının bəzi məsələləri...................101 

__________________Milli Kitabxana__________________ 
107 
 
  
 
 
 
Paşa Ağabala oğlı Paşayev 
 
 
 
 
Elmi redaktoru 
 
 Z.Qaralov 
Nəşriyyat redaktoru   
A.İbrahimov 
Cildin rəssamı 
 
S.Qasparov 
Bədii redaktoru 
 
E.Lazımov 
Texniki redaktoru 
 
M.Həsənov 
Korrektoları   
 
D.Hacıyeva, 
R.Qasımzadə 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə