H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV,
V. R. MOHUMAYEV
YAĞLI VƏ
EFİR YAĞLI
BİTKİLƏR
H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV
V. R. MOHUMAYEV
UOT 633.85:633.81
YAĞLI VƏ EFİR YAĞLI
BİTKİLƏR
Vəsait Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasın-
da (09 Mart 2016-c
ı il, EŞ-05/4.6 saylı qərar) müzakirə edilmiş
və 14. IV 2016-cı il 209 saylı əmrlə nəşr hüququ (qrif) veril-
mişdir.
BAKI 2016
Bu dünyadan nakam köçmüş
həmkarımız Amil Novruzovun
xatirəsinə ehtiramla!
2
Elmi redaktor:
Kənd təsərrüfatı elmləri doktoru, AMEA-nın müxbir üzvü,
professor
İ. H. Cəfərov
Rəy verənlər:
GDPU-
nin Botanika kafedrasının müdiri, biologiya üzrə elmlər doktoru,
əməkdar elm xadimi, professor V. S. Novruzov
Bitki mühafiz
əsi və Texniki bitkilər Elmi - Tədqiqat İnstitutunun direktor
müavini, aqrar elml
ər üzrə elmlər doktoru, professor H. Ə. Aslanov
Az
ərbaycan Elmi -Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdindəki Arıçılıq
M
ərkəzinin rəisi, aqrar elmlər üzrə elmlər doktoru, professor A. K. Seyidov
ADAU-
nun Bağçılıq kafedrasının dosenti, a. e. f. d. M. M. Məmmədova
H. S. Hümbətov,
V. V.
Bəşirov,V. R. Mohumayev.
Yağlı və efir yağlı
bitkilər, Bakı: “Elm və təhsil” nəşriyyat poliqrafiya MMC, 2016, 248 s.
şəkilli
D
ərs vəsaitində dünya miqyasında geniş yayılmış əkilib-becərilən
y
ağlı və efir yağlı bitkilərin əhəmiyyəti, mənşəyi, yayılma tarixi, botaniki
t
əsviri, sistematikası, istifadəsi və becərilmə texnologiyaları geniş şərh
edilmişdir.
Ayrılıqda hər bir yağlı və efir yağlı bitkinin müasir tələblərlə becəril-
m
əsi, məhsulun yığım texnologiyasının dünya standartlarına uyğun olan
formaları göstərilmişdir. Başqa dərs vəsaitlərindən fərqli olaraq, burada
respublika
mızda becərilən və becərilməsi mümkün olan yağlı və efir yağlı
bitkil
ərin becərilmə texnologiyası, yığılması və istehsalı barədə geniş bəhs
edilir.
D
ərs vəsaiti əsasən ali və orta ixtisas məktəblərinin tələbələri və ma-
gistrantları üçün nəzərdə tutulmuşdur. Lakin, ondan aqronomlar, fermerlər
el
əcə də yağlı və efir yağlı bitkilərlə maraqlanan hər bir oxucu faydalana
bil
ər.
©
Hümb
ətov, Bəşirov, Mohumayev 2016
ISBN 978-9952-8176-9-1
3
ÖN SÖZ
Yağlı və efiryağlı bitkilərin
çox
böyük ərzaq və texniki əhəmiyyəti
vardır. Onlardan alınan bitki yağlarından ərzaq kimi yeyinti səna-
yesində, çörək bişirmədə, müxtəlif konservlərin, qənnadı məmulatla-
r
ının, marqarinlərin və əlif yağlarının hazırlanmasında, efir yağların-
dan isə tib sahəsində ətriyyat və kosmetika sənayesində və s. geniş
isti
fadə edilir. Eyni zamanda müşəmbə (linoleum) və stearin turşu-
larının alınmasında, lak-boyaq, toxuculuq, sabunbişirmə, gön-dəri
aşılama və s. sənaye sahələrində bu yağlardan istifadə olunur. Yağlı
bit
kilər həm də bitki zülalı mənbəyidirlər. Yağlı bitkilərin toxumla-
rından yağ emal edən zaman alınan jmıx və cecədə 35-40%-ə qədər
zülal qalır ki, bu da heyvandarlıq üçün zülal və yağla zəngin konsen-
trat
lı yemdir.
Yağlı və efiryağlı bitkilərin
bir çoxu yaxşı bal verən
bitkilərdir. Müxtəlif yağlı bitkilərin meyvələrindəki və toxumlarında-
kı zülalların tərkibində onları tam dəyərli edən çoxlu əvəzedilməz
amin
turşuları (lizin, triptofan, sistein, arginin və s.) vardır.
Yağlı bitkilərə günəbaxan, soya, küncüt, yerfındığı (araxis), saf-
lor, gənəgərçək, xaş-xaş, ağ xardal, göy xardal, qışlıq və yazlıq raps,
yağçiçəyi, lallemantiya, perilla (sudza), yağlı lalə, turpəng, kətan və
s. bitki növləri daxildir.
Dünya miqyasında ərzaq yağı məqsədi üçün istehsal olunan bitki
yağları içərisində birinci yeri soya, ikinci yeri günəbaxan, sonra isə
ara
xis, pambıq, raps, zeytun, küncüt, qarğıdalı və saflor yağları tutur.
Texniki yağlar içərisində isə birinci yeri kətan, ikinci yeri isə gənə-
gərçək yağı tutur.
Dünya əkinçilik sistemində yağlı bitkilərin əkin sahəsi əhəmiy-
yətli dərəcədədir. Onların əkin sahəsi yer kürəsində 140 milyon hek-
tar
dan çoxdur. Yağlı bitkilərin əkin sahələri əsasən ABŞ, Kanada,
Hindistan, Braziliya, Argentina, Çin, Pakistan, Rusiya, Moldova və
Ukraynanın payına düşür.
Yağlı bitkilər müxtəlif fəsilələrin (Astra, Kələmkimilər, Paxlalı-
lar, Dalamaz
,
Südləyənlər və s.) ayrı-ayrı botaniki cinslərini və növ-
lərini təmsil edirlər. Bitki mənşəli yağlar gliserin və müxtəlif yağ
turşularının nisbətindən ibarət, üç atomlu spirtlərin mürəkkəb efirlə-
4
ridir
lər.Yağların tərkibində 75-79% karbohidrogenlər, 11-13% hidro-
gen və 10-12% oksigen vardır. Sulu karbonlar və zülallarla müqayi-
sədə yağlar daha az oksidləşən birləşmədirlər, həm də onlar zülal və
sulu karbonlara nisbətən iki dəfə kalorilidirlər.
Yağların xassələri müxtəlif bitkilərin tərkibində olan doymuş
(pal
mitin, stearin və s.) və doymamış (olein, linolin, linolein və s.)
yağ turşularının miqdarından asılıdır.
Efir
yağlı bitkilərin də toxumlarında, çiçəklərində, yarpaqların-
da, budaqla
rı və digər orqanlarında uçucu aromatik maddələr saxla-
yan -
tərkibi müxtəlif üzvi birləşmələr: sulu karbonlar, spirtlər, fenol-
la
r, efirlər, aldehidlər, ketonlar və üzvi turşular olan efir yağı vardır.
Efir yağlarının əksəriyyətinə bitkilərdə sərbəst halda rast gəlinir.
Onların miqdarı müxtəlif bitki növlərində çox böyük intervalda,
0,001%-
dən 22%-ə qədərdir. Elə bitki növü ola bilər ki, efir yağının
miqdarı və tərkibi əhəmiyyətsiz olsun. Bu başlıca olaraq becərilən
böl
gədən, bitkinin yaşında, inkişaf fazasından və digər şərtlərdən
asılı ola bilər. Müəyyən edilmişdir ki, soyuq və rütubətli şəraitə nis-
bətən quru və isti hava şəraitində bitkilərdə efir yağı daha çox top-
lanır. Bitkidə efir yağının miqdarı daha çox çiçəkləmə və yetişmə
döv
ründə olur.
Efir yağı istehsal etmək üçün becərilən bir qrup bitkilərə efir
yağlı bitkilər deyilir. Bunların tərkibində müxtəlif kimyəvi tərkibə
ma
lik uçucu ətirli (aromatik) maddələr vardır. Bitkinin toxumlarında,
çiçəklərində, yarpaqlarında, budaqlarında və digər orqanlarında olan
bu yağların miqdarı becərilmə texnologiyası və torpaq-iqlim şəraitin-
dən asılı olaraq dəyişilir. Efiryağlı bitkilərə keşniş, nanə, cirə, zirə,
rey
han, mixək, mərsin və s. bitkilər aiddir.
Efir yağları yeyinti, tibb və ətriyyat-kosmetika sənayesində geniş
istifa
də olunur. Meyvə və toxumlarının emalından sonra alınan tul-
lan
tıları heyvandarlıq və quşçuluq sahəsində yem kimi istifadə edilir.
Q. Y. Məmmədov
5
I FƏSİL. YAĞLI BİTKİLƏR
Meyvə və toxumlarının tərkibində yağ (bitki yağı) olan bitkilər
yağlı bitkilər qrupuna aid edilir. Bitki toxumlarından yağların çıxarıl-
ması qədim zamanlardan məlumdur. Yağlı bitkilərin növ tərkibi ol-
duq
ca genişdir.
Bitki yağları təsərrüfatın müxtəlif yerlərində istifadə edilir. Hər
şeydən əvvəl bitki yağları insanların normal qidalanması üçün və
marqarin sənayesində xammal (günəbaxan və raps yağları) kimi əhə-
miy
yət kəsb edirlər.
Bit
ki yağları konserv, çörəkbişirmə və qənnadı sənayesində, elə-
cə də texniki məqsədlər üçün əlif, boya (lak), yağlı boya, sabunbi-
şirmə və ətriyyat sənayesində, tibdə (ritsin yağları) və başqa sahə-
lərdə geniş istifadə olunur. Yağlı bitkilərin yağları çıxarılmış meyvə
və toxumları da heyvandarlıqda qiymətli yem (jmıx, şrot) kimi isti-
fadə edilir. Gövdə və yarpaqları da heyvanların yemləndirilməsində
istifadə edilir.
Dünyada hər il 60 milyon tona yaxın bitki yağları istehsal edilir.
Onlardan təxminən 48 milyon tona qədəri insanların qidasında isti-
fadə olunur. Bitki yağları içərisində soya, palma və günəbaxan
yağları üstünlük təşkil edir. Sonrakı yerləri raps, pambıq, araxis, ko-
kos və zeytun yağları tutur. Bitki yağları dünyanın bir çox ölkələrinin
ixrac v
ə idxalında (import və eksportunda) əsas predmet hesab edilir.
Bitki mənşəli yağlar üçatomlu spirtlərin mürəkkəb efirləri olub,
gliserinlə müxtəlif yağ turşularının birləşmələri hesab olunurlar. Belə
yağlar ehtiyat qida maddələrinin daha energetik formaları hesab
olunur. Bir qram bitki yağının orqanizimdə yanmasından 9500 kal.
(39,8 kCol.), bir qram zülalın yanmasından 4400 kal (18,4-23,0
kCol.), bir qram karbohidratların yanmasından isə 3900-4200 kalori
(16,7-
17,6 kCol.) enerji alınır. Bitki yağlarının tərkibi doymamış
(olein, linol, linolen) və doymuş (palmitin, sfearin, araxin) yağ turşu-
larından ibarətdir. Doymamış yağ turşularının oksidləşməsi (turşu-
ma
sı) nəticəsində yağ sərt (möhkəm) qaysaq (plyonka) - linoksin
əmələ gətirir.
6
Yer kürəsinin müxtəlif enliklərində bitən bitkilərdə fərqli keyfiy-
yətdə yağlar əmələ gəlir. Yağın əsas keyfiyyət göstəricilərindən biri
onun quruma qabiliyy
ətidir. Yağın quruma qabiliyyəti onun əsas
keyfiyy
ət göstəriçisi hesab edilir. Bitki yağlarının quruma qabiliyyəti
yod
ədədi ilə təyin edilir. Yod ədədi - 100 qram yağın özünə neçə
qram yod birl
əşdirməsi deməkdir. Yod ədədi nə qədər yüksək olarsa
yağın quruma qabiliyyəti bir o qədər çox olar.
Quruma qabiliyyətinə görə bitki yağları 3 qrupa bölünür.
1)
Quruyan yağlar – (yod ədədi 130-dan artıq). Kətan, yağçiçəyi,
perilla, lallemantiya –
əsasən texniki məqsədlər üçün istifadə olunur.
2)
Yarımquruyan yağlar – (yod ədədi 85-dən 130-a qədər).
Günəbaxan, soya, saflor, raps və s. qida məqsədi üçün istifadə
olunur.
3)
Qurumayan yağlar - (yod ədədi 85-dən aşağı). Yerfındığı,
gənəgərçək və s. tibb sahəsində və texniki məqsədlər üçün istifadə
olunur.
Bitki yağlarının əsas keyfiyyət göstəricilərindən biri də sabunbi-
şirmə sənayesində əsas götürülən və yağın tərkibindəki sərbəst yağ
turşularını və sabunlaşma ədədini göstərən turşuluq ədədi hesab edi-
lir.
Yağın sabunlaşma qabiliyyəti sabunlaşma ədədi ilə təyin edilir.
Yəni 1 qram yağın sabunlaşması zamanı əmələ gələn turşuların ney-
tral
laşmaşına sərf edilən kalium əsasının (KOH) mq-la miqdarını
gös
tərir.
İsti iqlim şəraitində bitki yağlarının tərkibində doymuş turşular
üstün, yod ədədi isə aşağı olur. Mülayim iqlim şəraitində isə əksinə
doymamış yağ turşularının miqdarı və yod ədədi yüksəlir.
7
1.1.
GÜNƏBAXAN
Xalq t
əsərrüfatı əhəmiyyəti. Günəbaxan MDB ölkələrinin əsas
yağlı bitkisidir və yağlı bitkilər əkinlərinin 75 %-ni tutur. Toxumla-
rının tərkibində 47-50% yağ vardır. Günəbaxanın müasir sortlarının
toxumlarının tərkibində isə 50-54% açıq-sarı, yarımquruyan, yaxşı
taml
ı ərzaq yağı vardır. Günəbaxan yağı çox yayılmış bitki yağların-
dandır və ondan marqarin istehsalında geniş istifadə olunur. Bundan
başqa, konserv sənayesində, əlif hazırlığında, sabun bişirilməsində,
amin turşusu və stearin istehsalında da geniş tətbiq edilir. Eyni za-
manda lak-boyaq, gön-d
əri aşılama, ətriyyat, toxuculuq və s. sənaye
sah
ələrində istifadə olunur.Günəbaxan toxumlarının qabığından xam-
mal kimi s
ənayedə heksoz və pentoz şəkərlərinin alınmasında isti-
fad
ə olunur. Heksoz şəkərlərindən spirt, pentoz şəkərindən furfurol
alınır ki, bundan da süni lif, plastmas, qırılmayan şüşələr və s. alınır.
Eyni zamanda s
ənayedə müşəmbə (linoleum), su keçirməyən parça-
lar v
ə s. alınır. Yağlı bitkilər həm də bitki zülalı mənbəyidirlər. To-
xum
ların yağı emal edilərkən qalan jmıx və cecədə 35-40 % zülal
olur. Yağın emalından sonra qalan cecənin bir sentneri 102 yem va-
hidin
ə yaxud 3,6 kq proteinə bərabərdir.
İnsan orqanizmi üçün bitki yağları heyvan piylərindən və kərə
yağlarından üstündür. Amerika Birləşmiş Ştatlarının alimləri hesab-
la
mışlar ki, 1 ton bitki yağı hasil etmək üçün 1 hektar torpağın olması
kifay
ətdir. Bir ton kərə yağı hazırlamaq üçün isə 3,5 hektar torpaq
sah
əsi lazımdır ki, orada ildə 3,7 %-yağlılığa malik, 5200 litr süd
ver
ə bilən 5,2 baş inək saxlanılsın. Bu işlərə isə 1983-cü ilin qiymət-
l
əri ilə 23 min dollar vəsait və 300 adam gün tələb olunur. Bizim
şəraitdə isə ildə 3000 kq süd verən (yağlılığı 3,5 %) 9,5 baş inək sax-
lamaqla 1 ton k
ərə yağı almaq olar ki, bunun üçün də 10 hektara ya-
xın torpaq sahəsi tələb olunur. Bir ton günəbaxan yağı almaq üçün
is
ə təkcə 1,0-1,5 ha torpaq sahəsinin olması kifayətdir.
100 qr gün
əbaxan yağında 3870 kCol (929,1 kkal), kərə yağda
is
ə 9153 kCol (780,2 kkal) enerji vardır. Bir vahid günəbaxan yağı
kaloriliyin
ə görə 2-3 vahid qəndə (şəkərə), 4 vahid çörəyə, 8 vahid
kartofa b
ərabərdir.
8
İstehsal olunmuş günəbaxan yağları əsasən qida kimi və texniki
m
əqsədlər üçün istifadə edir. Günəbaxan yağının hidrogenizasiyasın-
dan marqarin alınır. Bu yağlardan lak-boyaq və sabunbişirmə sənaye-
sind
ə də istifadə olunur. Bir çox ölkələrdə işlədilmiş günəbaxan yağ-
larını mühərrik yağlarına əlavə edirlər. Günəbaxan yağı istehsalının
tullantılarından jmıx və cecə heyvandarlıqda yem kimi istifadə olu-
nur.
Rusiyada h
ələ günəbaxandan yağ alınmasından əvvəl onun qov-
rulmuş tumları “çırtlamaq” üçün istifadə olunurdu. Onun iri toxum-
ları olan çırtlaq növləri vardır. Günəbaxan bitkisinin tərkibində bio-
loji aktiv linol turşusu, fosfatidlər, PP, A, D, E, K vitaminləri vardır.
Yağın alınmasından sonra alınan jmıxın tərkibində 32-37% protein
olur.
Gün
əbaxan vacib bal verən bitkidir. Çiçəkləyən günəbaxandan
əldə olunan bal qızılı sarı rəngi və zəif iyi və özünəməxsus dadı ilə
seçilir. Kiçik d
ənələrə kristallaşır və parlaq kəhrəba rəngində olur.
Gün
əbaxandan az miqdarda kauçuk alınması faktlarına da rast gəli-
nir. Seleksiyaçılar tərkibində lateks və rezin olan sortlar da yetiş-
dirmişlər. Qabığı bioyanacaq kimi istifadə olunur.
Gün
əbaxanın yaşıl kütləsindən iri buynuzlu mal-qara üçün yem
v
ə keyfiyyətli silos alınır. Silos hazırlamaq üçün günəbaxanın yaşıl
kütl
əsini qönçələmə fazasında və ya çiçəkləmənin əvvəlində biçirlər.
Onun silos m
əhsuldarlığı 40-50 ton/ha-dır. 100 kq silosda 11-16 yem
vahidi v
ə 0,5-0,7 kq protein vardır.
D
ənlər yığıldıqdan sonra qurudulmuş səbətlər heyvandarlıqda
əlavə yem mənbəyinə xidmət edir. Quru səbət çıxımı dənin 55-60%-
ni t
əşkil edir. Səbətdən hazırlanmış 1 sentner unun yem vahidi 80,
asan h
əzm olunan proteini isə 3,8-4,3 kq.-a bərabərdir. Günəbaxanın
çiç
ək səbətlərinin sarı ləçəkləri tibdə işlədilir və bitkinin gövdəsindən
çoxlu m
əhsullar alınır. Cərgəarası becərilən bitki kimi günəbaxan bir
çox k
ənd təsərrüfatı bitkiləri üçün yaxşı sələfdir.
Gün
əbaxanın vətəni – Günəbaxanın vətəni Şimali Amerikanın
c
ənub hissəsi hesab olunur. Belə hesab edilir ki, günəbaxan bitkisini
ilk d
əfə Şimali Amerikada yaşayan hindlilər mədəniləşdirmişlər. Gü-
n
əbaxan toxumlarını Avropaya 1510-cu ildə İspanlar gətirib və Mad-
9
ridd
ə botanika bağında səpiblər. Amerikanın Arizona və Nyu-Mek-
sika ştatlarında aparılan arxeoloji qazıntılar zamanı b.e. 3000 əvvələ
t
əsadüf olunan günəbaxan qalıqlarına rast gəlinmişdir. Bir çox arxeo-
loqlar hesab edirl
ər ki, günəbaxan bitkisi buğda bitkisindən əvvəl
m
ədəniləşdirilmişdir.
Bir çox Hind m
ədəniyyətində, xüsusən də Meksikada yaşayan
Astekl
ər və Otomilər, Peruda yaşayan İnk tayfalarının mədəniyyətin-
d
ə günəbaxan “günəş allahı” kimi tərənnüm edilmişdir.
Fransisko Pissaro gün
əbaxana Tavantisu - da (Peru) rast gəldiyi-
ni qeyd edir
. Buradakı yerli əhali onu İnti (başqa adı Punçao) adlan-
dırıb “günəş allahı” kimi sitayiş etdirmişlər. Bu bitkinin qızılı ləçək-
l
əri və toxumları Avropaya gətirilmişdir. Hindlilər günəbaxan to-
xum
larından üyüdülmüş halda, yəni biz undan istifadə etdiyimiz ki-
mi istifad
ə etmişdirlər. Xırdalanmış günəbaxan toxumları incə, zərif
xör
ək hesab edilirmiş. Hindlilərin günəbaxanın yağından da istifadə
etm
ələri barədə məlumatlar vardır. Yağ çörəkbişirmədə, hətta kosme-
tik vasit
ə kimi dəri və saçların yağlanmasında istifadə edilirmiş. Hin-
dlil
ər günəbaxandan purpur boyaları da alırlarmış. Qeyd etdiyimiz
kimi gün
əbaxan Amerikadan Avropaya İspan səyyahları tərəfindən
g
ətirilmişdir. O burada ilk vaxtlar dekorativ bitki kimi istifadə edil-
miş, bəzən də tibdə işlədilirmiş.
“Gün
əşə sarı çevrilən çiçək” ifadəsinə qədim yunan mifologiya-
sı Kliti və Ovidiya-da da rast gəlinir. Bu isə günəbaxanın Avropada
m
əlum olmasından çox-çox əvvələ təsadüf edir. Ola bilsin ki, qədim
yunan mifologiyasında söhbət heliotropdan yaxud da Kalenduladan
gedirmiş. Avropada günəbaxandan yağ alınmasını ilk dəfə İngilislər
fikirl
əşmişlər. Onların bu sahədə 1716-cı ildə aldıqları patent möv-
cuddur. Lakin gün
əbaxandan yağ almağa geniş miqyasda Rusiyada
başlanılmışdır.
Rusiyaya gün
əbaxan toxumunu I Pyotr Holandiyadan gətir-
mişdir. Əvvəllər o dekorativ bitki kimi istifadə olunmuşdur. Rusiya
haqlı olaraq günəbaxanın ikinci vətəni hesab olunur. Məhz buradan o
özünün yeni dünya s
əyahətinə başlamışdır. Məhz Rusiyada günəba-
xan t
əkamül nəticəsində mədəni şəklə düşmüş, bir gövdəli, bir sə-
10
b
ətli, zirehli, kəhrəyə davamlı, bitkiyə çevrilmiş, toxumlarının tərki-
bind
ə yağın miqdarı 50%-də yuxarı qalxmışdır.
Rusiyada ilk d
əfə 1829-cu ildə Voronej vilayətinin Alekseyevka
k
əndində qraf Şeremetevin qala kəndlisi D.S. Bokarev primitiv üsul-
la-
əllə sıxma üsulu ilə günəbaxan toxumlarından qızılı rəngli, dadlı
yağ çıxarmışdır. Bununla da günəbaxan Rusiyada dekorativ bitkidən
yağlı bitkiyə çevrilmişdir. D. S. Bokarev çətənə və kətan yağlarının
alınması üsulları ilə tanış olmuşdur və onu günəbaxana da tətbiq
etm
ək qərarına gəlmişdir.
Artıq 1833-cü ildə tacir Papuşin Alekseyevka kəndinin qrafı
Şeremetevanın razılığı ilə D.S. Bokarevin iştirakı ilə birinci dəfə gü-
n
əbaxan yağı istehsal edən zavod tikmişdir.
Gün
əbaxan yağı Rusiyada tezliklə populyarlıq qazandı. Bunun
s
əbəbi o idi ki, onun istifadəsinə “Böyük pəhriz” günlərdə kilsədə
qa
dağa qoyulmadı. Günəbaxanın ikinci adı olan “Pəhriz yağı” elə
buradan yaranmışdır.
XIX
əsrin ortalarında Voronej və Saratov quberniyalarının bir
neç
ə rayonlarında günəbaxan əkinləri əkin sahələrinin 30-40 %-ni
tuturdu.
Tanınmış Sovet seleksiyaçılarından V. S. Pustavoyt, L. A. Jda-
nov v
ə başqalarının köməyi ilə günəbaxan tumlarının yağlılığını və
z
ərərvericilərə davamlılığını artırmaq mümkün olmuşdur.
Gün
əbaxan çoxaldılmasında və istehsalında verilən ən yüksək
müka
fat da V. S. Pustavoytun adını daşıyır.
XIX
əsrin axırlarında isə emiqrantlar günəbaxan bitkisini yeni-
d
ən geriyə, ABŞ və Kanadaya qaytardılar. Tezliklə ABŞ günəbaxan
yağı istehsalında Rusiyadan sonra qabaqcıl yerlərdən birini tutdu.
Hazırda isə günəbaxan becərilməsi və ondan yağ alınması işi dün-
yanın praktiki olaraq hər yerində həyata keçirilir.
Yayılması və məhsuldarlığı. Dünya əkinçiliyi sistemində günə-
baxa
nın əkin sahəsi 14-15 milyon hektara yaxın, Rusiyada isə 4,5
milyon hektardır. Bu bitki əsasən ABŞ-da (1,5 milyon ha), Argen-
tinada (2,0 milyon ha), Hindistanda, Bolqarıstanda, Macarıstanda
əkilir. Günəbaxanın əsas becərilmə rayonları Rusiyada Şimali Qaf-
qaz, M
ərkəzi qaratorpaq vilayəti, Ukrayna, Moldova, Qazaxıstan və
11
Gürcüstandır. Günəbaxan silos üçün Rusiyanın qeyri qaratorpaq vila-
y
ətində becərilir.
Gün
əbaxanın dən məhsuldarlığı hektardan 12-14 sentnerdən 25-
30 sentner arasında dəyişir (cədvəl 1).
Az
ərbaycanda (2014) dənlik günəbaxanın əkin sahəsi 11705
ha, ümumi yığımı 19840 ton., məhsuldarlığı isə 17,3 s/ha olmuşdur.
Cədvəl 1
Azərbaycanda 2011 - 2014-cü illərdə dənlik günəbaxanın
əkininin vəziyyəti
Göstəricilər
İ l l ə r
2011
2012
2013
2014
Əkin sahəsi, ha-la
11300
11000
9351
11705
Məhsul yığımı, tonla
19600
19100
17670
19840
Məhsuldarlığı, ha/s-lə
17,5
17,3
19,4
17,3
Azərbaycanda bu bitki silos məqsədi üçün Cəlilabad, Masallı,
Biləsuvar, Şəki, Şamaxı və s. rayonlarda becərilir.
Dostları ilə paylaş: |