Rafiq Manafoğlu, Nizami Tağısoy, Rüstəm Kamal



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə1/16
tarix14.01.2017
ölçüsü0,93 Mb.
#5433
  1   2   3   4   5   6   7   8   9   ...   16

 



 



Rafiq Manafoğlu, Nizami Tağısoy, 

Rüstəm Kamal 

 

 

 

 

İZAHLI  

 

TƏRCÜMƏŞÜNASLIQ 

TERMİNLƏRİ  

 

LÜĞƏTİ

 

 

 

 

 

 

 

Bakı – 

 – 2010 

 

2



 

Lüğətin nəşri AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyası 

tərəfindən məqsədəuyğun hesab edilmişdir 

(məktub № T7, 07.07.2009). 

 

Redaktorlar:   

Sayalı Sadıqova 

filologiya elmləri doktoru, professor 

 

İsmayıl Kazımov 

filologiya elmləri doktoru 

 

 

Rəyçilər:  

 

Nizami Cəfərov 

filologiya elmləri doktoru, 

professor, AMEA-nın müxbir üzvü 

 

İsmayıl Məmmədov 

filologiya elmləri doktoru, professor 

 

Nizaməddin Şəmsizadə 

filologiya elmləri doktoru, professor 

 

 



 

 

R.Manafoğlu, N.Tağısoy, R.Kamal. İZAHLI TƏRCÜMƏŞÜNASLIQ 



TERMİNLƏRİ LÜĞƏTİ.  – Bakı: Mütərcim, 2010. – 164 s. 

 

 



 

026



4602020000

01-10 


 

© Mütərcim, 2010 

© 

R.Manafoğlu, N.Tağısoy, R.Kamal



, 2010 

 

  



TƏRCÜMƏNİN NƏZƏRİ-PRAKTİK PROBLEMLƏRİNİ 

İŞIQLANDIRAN 

UĞURLU TƏŞƏBBÜS 

 

Filologiya elmləri doktorları, professorlar Rafiq Manafoğlu, Ni-

zami Tağısoy və filologiya elmləri namizədi, dosent Rüstəm Kamalın 

birgə hazırladıqları “İzahlı tərcüməşünaslıq terminləri lüğəti” Azərbay-

can leksikologiyası tarixində ilk təşəbbüs kimi olduqca dəyərli bir 

mənbədir. Bu mənbədə tərcümə nəzəriyyəsi, təcrübəsi, tarixi və meto-

dikasının müxtəlif və çoxtərəfli aspektləri interpretasiya olunmuşdur. 

Məlum olduğu kimi, tərcümə sənəti insan fəaliyyətinin, onun di-

gər mədəniyyətləri,  ədəbiyyatları öyrənməyə canatım ehtiyacının nə-

ticəsi olaraq meydana gəlmişdir. Deməli, tərcümə  sənəti ehtiyacdan, 

tələbatdan yaranmış bir fenomendir. Onun tarixi cəmiyyətin tarixi ilə 

yaşıddır. Bu iş  hər bir xalqın bədii, elmi, kütləvi irsinə olan mara-

ğından doğub, təkmilləşə-təkmilləşə, dürüstləşə-dürüstləşə inkişaf edib 

formalaşmışdır. 

Müəlliflərin birgə yazdıqları bu dəyərli mənbədə tərcümə işinin, 

tərcüməşünaslığın xeyli məsələləri bu elmin son illər qazandığı 

nailiyyətlər fonunda işıqlandırılaraq oxuculara təqdim edilir. Burada 

tərcümə fikrinin və fəaliyyətinin tarixi və metodologiyasından tutmuş 

tərcümənin ümumi nəzəriyyəsi və əsas prinsipləri, tərcümənin başlıca 

üsulları, tərcümənin xüsusiyyətləri, tərcümə prosesinin istiqamətləri, 

tərcümə metodikası, tərcümə mexanizmi, tərcümə  fəaliyyətinin sosial 

tərəfləri və modelləri, tərcümə tipləri və növləri (bədii və elmi-texniki 

tərcümə, publisistik tərcümə), tərcümədə prinsipial əhəmiyyətli 

məsələlər, tərcümə informasiyasının ümumi müddəaları, tərcümənin 

səviyyələri: söz, termin, söz birləşməsi, cümlə, mətn tərcümələri və s. 

kimi tərcüməşünaslığın ən mühüm problemləri əhatə olunur. 

Tərcümə tarixi və prosesi mürəkkəb bir inkişafın nəticəsidir. Bu 

prosesdə informasiyanın ötürülməsi yolları  çətin ziqzaqlardan keçir. 

Bununla belə, bu prosesin terminoloji vahidləri sözügedən lüğətdə 

lakonik şəkildə izah və təhlil edilmişdir. 

Tərcümə prosesi dilçilik kateqoriyaları ilə üzvü şəkildə bağlıdır. 

Lüğət məqalələrinə, linqvistikanın tərcümə  fəaliyyətinə  təsir göstərə 

 

4

bildiyi bütün terminləri cəlb edilmiş, onların linqvistik, psixolinqvistik 



və sosiolinqvistik aspektləri şərh olunmuşdur. 

Əsərin “Yazılı  tərcümə” hissəsində, demək olar ki, tərcümənin 

bütün növləri araşdırılmış, bu növlər üçün ümumi olan və onun key-

fiyyətini təmin edən  əsas mexanizm dərindən müəyyənləşdirilmişdir. 

Ənənəvi metodlar, tərcüməçinin qarşılaşdığı  çətinliklər, tərcümənin 

mərhələləri, tədrisdə müəllimin tərcümə sənətinə yiyələnən tələbələrlə 

işbirliyi, tərcümənin təhlil aspektləri, tərcümə mətnləri üzərində “əmə-

liyyat”, mətndəki informasiyanın nəzərə alınması, tərcümənin 

nəticələrinin təhlili, modelləşdirmə metodikası, lüğətlərdən istifadə, 

mətn janrlarının mənimsənilməsi, müxtəlif çeşidli mətnlərlə  tərcümə 

işi və s. məsələlər burada elmi-nəzəri cəhətdən yerli-yataqlı  təhlil 

olunmuşdur. 

Lüğətdəki bir sıra terminlər nitq fəaliyyəti ilə bağlı qruplaşdırıl-

mışdır. Burada nitq fəaliyyətinin müxtəlif növləri, nitq kommu-

nikasiyası, nitq kompetensiyası, nitq kompressiyası, nitq situasiyası, 

nitq zənciri, nitq həlqəsi, nitq şüuru, nitq aktı  və s. nitqin müxtəlif 

növləri ilə bağlı terminlər tərcüməşünaslıq problemləri ilə  əlaqəli və 

dərinləşdirilmiş şəkildə təhlil edilmişdir. 

Tərcümə situasiyası ilə bağlı terminlər (situativ tərcümə nəzəriy-

yəsi, situasiya klişesi, situasiya əlaqələri, gerçiklik situasiyası, situativ 

informasiya, situativ kompressiya və s.) linqvistik təhlilin dəqiqlik 

prinsipi əsasında müəlliflər tərəfindən düzgün şərh olunmuşdur. 

Tərcümədə üslub (orijinalı saxlamaq, zaman xüsusiyyətlərini, 

milli koloriti, yazıçı  fəaliyyətini, onun üslubu, istifadə etdiyi bədii 

priyomları  və s) başlıca  şərtdir. Üslubla üslubi kodlaşma, tərcümə 

mətnlərinin üslubi fərdiliyi, tərcümə zamanı üslubi itkilər, dil va-

sitələrinin üslubi manerası və s. məsələlərə aid terminlərin mahiyyətini 

tərcüməçi dərindən bilməlidir.  Əks təqdirdə  tərcümədə istənilən, arzu 

olunan nəticəni əldə etmək olmaz. 

Prof. R.Manafoğlu, prof. N.Tağısoy, dos. R.Kamalın böyük zəh-

mət hesabına hazırladıqları  “İzahlı  tərcüməşünaslıq terminləri 

lüğəti”ndə  məzmun etibarı ilə  fərqlənən mətnlərin tərcümə yollarını 

müəlliflər ətraflı və geniş şəkildə şərh edirlər. 

R.Manafoğlu, N.Tağısoy və R.Kamalın tərtib etdikləri lüğətdə 

nəinki tərcümə zamanı iki dil arasındakı münasibətlər, həm də dillər-


 

arası kommunikasiya, dillərarası omonimiya, dillərarası situasiya, dil-



lərarası  tərcümə, dillərarası anologizmlər, dillərarası omonimlər, se-

miotikaarası  tərcümə, metalinqvistika, metalinqvistik funksiya, me-

tadil, tərcümə metadili, sözün məna tutumunun, onun məcazi mə-

nalarının yaranmasına görə genişlənməsi, sözün tərcümədə ekspressiv 

xassələrinin güclənməsi, metaforalaşma və s. məsələlər yığcam və 

dürüst şəkildə aydınlaşdırılmışdır. 

Praktik tərcüməçiləri müvafiq biliklərlə silahlandırmağı ilk növ-

bədə qarşıya məqsəd qoyan müəlliflər tərcüməçinin mətn seçmə ilə 

bağlı bir sıra məqamlara diqqət yönəltməsinin zərurətini vurğulamaqla, 

bunların sırasında tərcümə zamanı yazıya alma metodu, tərcümə 

metodu, mətnin seqmentasiya metodu, statistik oppozisiya metodu, 

transformasiya metodu və s. məsələləri dərindən təhlil edərək oxucu-

lara təqdim etməyə müvəffəq olmuşlar. 

Lüğətdə əksinə tərcümə, ümumi tərcümə nəzəriyyəsi, onun baş-

lıca mahiyyəti, mətnin janr spesifikasından asılı olmayaraq tərcümənin 

ümumi qanunauyğunluqları, onun həyata keçirilmə  şəraiti və 

xüsusiyyətləri, tərcümə  təsviri üçün anlayış aparatı, tərcümə  nəzə-

riyyəsinin xüsusi konseptual bazasının yaradılması, tərcümə  nəzəriy-

yəsinin digər dil və qeyri-dil fənləri ilə əlaqələrinin mövcudluğu, tər-

cümə modelinin yaradılması, ümumi tərcümə nəzəriyyəsinin universal-

larını  tədqiq etməsi, izahlı  tərcümə, adi tərcümə, sənədlərin maşınla 

məhdud tərcüməsi, hərbi xarakterli tərcümə mətnlərinin xüsusiyyətləri, 

paradiqma, cümlə paradiqması, paradiqmatika, paradiqmatik cərgə, 

paradiqmatik yuva və s. məsələlər müfəssəl əksini tapmışdır. 

Təqdirəlayiq haldır ki, təqdim olunmuş lüğətdə “tərcümə” anla-

yışının otuzdan artıq izahı verilir. Bundan başqa, dildaxili tərcümə, qə-

zet mətninin tərcüməsi, sənəd tərcüməsi, mətn başlıqlarının tərcüməsi, 

idiomların tərcüməsi, kino-video materiallarının tərcüməsi, elmi-nəzəri 

və ictimai-siyasi ədəbiyyatın tərcüməsi, natiq çıxışlarının tərcüməsi, 

poeziya, nəsr və publisistik materialların tərcüməsi, ixtisarların 

tərcüməsi, felyeton tipli məqalələrin tərcüməsi, terminlərin tərcüməsi, 

frazeologizmlərin tərcüməsi və digər janrlı  mətnlərin tərcüməsinin 

xüsusiyyətləri doğru-dürüst araşdırılır. 

Təqdim olunmuş  “İzahlı  tərcüməşünaslıq terminləri lüğəti”nin 

məziyyətlərindən çox danışmaq olar. Bu lüğətin  ən mühüm cəhəti 

 

6



onun tətbiqi xarakterli olması ilə bağlıdır. Bu lüğətdən müvafiq univer-

sitetlərin tərcüməçilik (tərcüməşünaslıq) fakültələrində, Dövlət  İda-

rəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Polis Akade-

miyasının, Milli Təhlükəsizlik Akademiyasının, Azərbaycan Ali Hərbi 

Məktəbinin, Azərbaycan Diplomatiya Akademiyasının, Xarici İşlər 

Nazirliyinin nəzdindəki Akademiyada və digər ali məktəblərin 

müvafiq fakültələrində  tələbələr, magistrlər, bu sahədə  tərcümə 

tarixçiləri, nəzəriyyəçiləri, praktik tərcümə ilə ardıcıl və sistemli 

məşğul olan aspirantlar, dissertantlar və doktorantlar gərəkli mənbə, 

olduqca dəyərli vəsait kimi istifadə edə bilərlər. 

Bundan  əlavə, burada dilçilik elminin son, yeni sahə terminləri 

ilə (xeyli sayda) rastlaşmaq olar. Sözün həqiqi mənasında, tərcümə 

tarixi və metodologiyasına aid olan çoxsaylı terminoloji anlayışları 

ifadə edən terminlər bu əsərdə geniş şəkildə öz izahını tapa bilmişdir. 

Fikrimizcə, bu lüğət həm tərcümə sənətinin elmi-nəzəri problem-

lərini öyrənmək baxımından, həm də  tədris-metodiki cəhətdən çox 

dəyərlidir. Gələcək milli tərcüməçilərimizin hazırlanmasında,  əlbəttə, 

belə əsərlərin ortaya çıxmasına böyük ehtiyac vardır. 

 

 

İsmayıl KAZIMOV 

filologiya elmləri doktoru 

 


 



 



 

LÜĞƏTİN STRUKTURU 



 

Oxuculara təqdim olunan “İzahlı  tərcüməşünaslıq terminləri lü-

ğət”ində lüğət məqalələri  əlifba sırası ilə düzülmüşdür. Hər söz (o 

cümlədən, defislə, yaxud ayrı yazılan mürəkkəb söz), yaxud söz bir-

ləşməsi ona aid bütün materialla birlikdə ayrıca, müstəqil lüğət məqa-

ləsi yaradır. Hər nüvə təşkil edən baş söz, söz birləşməsi lüğətdə yağlı, 

qara şriftlə fərqləndirilmişdir. Əgər verilmiş lüğət məqaləsinin adı iki, 

yaxud bir neçə sözdən ibarətdirsə, bu zaman o tərcüməşünaslıq və 

linqvistik  ədəbiyyatda verilən formada verilir. Oxucular nəzərə 

almalıdırlar ki, bu lüğət əsas etibarı ilə rus dilində nəşr olunmuş nəzəri 

və praktik materiallar əsasında hazırlandığından müəlliflər bu və ya 

digər lüğət məqalələrini məhz tərcümə olunmaqla təqdim edirlər. Bu 

zaman Azərbaycan dilinin spesifik xüsusiyyətlərinə uyğun olaraq söz 

və söz birləşmələri  şərh olunaraq təqdim olunur. Məsələn, “Adekvat 

əvəzetmə”.  İnversiyaya yalnız adda mənaya görə başlıca, nüvə sözü 

fərqləndirmək lazım gəldikdə yol verilir və o mənbədə işlənən kimi də 

tərcümədə verilir.  

Məqalələrdəki tərif və izahlar onlar bu və ya digər mənbələrdən 

hansı ardıcıllıqla çıxarıldığı  şəkildə nömrələnir, sıralanır. Sözlüyün 

həcminin süni şəkildə şisirdilməsinə yol verməmək üçün sözlərdə ide-

ntifikasiyalaşan əlamətlərin təsnifat mürəkkəbliyinə görə müəllif əsər-

lərinə müraciət olunmur. Onlar oxuculara daha aydın, müxtəsər şəkildə 

çatdırılır. İstifadə olunmuş mənbələrin siyahısı lüğətin sonunda verilir 

və oxucu – tədqiqatçı ədəbiyyat siyahısı ilə tanış olduqdan sonra bu və 

ya digər kitabın hansı müəllifə  məxsus olduğunu müəyyənləşdirə 

bilmək imkanına malik ola bilər. 

Lüğətdə elə söz və anlayışlar vardır ki, onlar yalnız bir sözlə 

verilir.  Məsələn, “yamsılama”ona aid olan heç bir söz birləşmələri, 

zəncirləri ilə verilmir. Elə söz və anlayışlar vardır ki, (məsələn “Elmi-

texniki tərcümə”) bir neçə izahı verilir. 

Müəlliflər qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq dar profes-

sional, elm və texnikanın nailiyyətlərini  əks etdirən bu və ya digər 

xüsusi terminləri də bu lüğətə daxil etməyi gərəkli saymışlar. 

 

8



 

A  

 

Açıq auditoriya – 

tərcümə zamanı ünsiyyətdə daha tez-tez 

rast gəlinən final adresat. O əks əlavə (tərcüməçi öz hərəkətlərinə və 

fəaliyyətinə olan reaksiyanı görür və  eşidir) və müəyyən təşkil 

olunma ilə seçilir. 

Affirmativ metamətn 

– pozitiv, protomətnə söykənən qeyri-

polemik metamətn (xülasə, təhkiyə). Affirmativ metamətn mətn-

lərarası  əlaqələrin bütün üsullarını (imitativ, selektiv, redusiyalı, 

komplementar) birləşdirir. Metamətnin affirmativ dialektik elementi 

dəyişilmiş kontekstdə (məsələn, sitat gətirilən parodiya) kontroverz 

potensial imkanı olur. 

Axtarış mexanizmi və tərcümə həllinin seçilməsi 

– nəzarət 

edilən məqsəd, məzmun, sintaktik və leksik səviyyələrdə istifadə 

olunur. Bütün mexanizm, adətən, məzmun və leksik-sintaktik sə-

viyyə kombinasiyasına istiqamətlənir. 

Alıcı (alan) – 

1. Məlumatın ünvanlanmış kommunikativ aktın 

iştirakçısı; tərcümə prosesində ilkin mətnin alıcısı ilə  tərcümə 

mətninin alıcısı  fərqləndirilir. 2.Bu, həm də adresat deməkdir. 3. 

İnformasiyanı qəbul edən kommunikant. 

Alıcı reaksiyası – 

deyimin denotat, konnotativ və praqmatik 

mənasının alıcı tərəfindən qavranılması. 

Alqoritmin tərtibi – 

işin aşağıdakı mərhələlərini nəzərdə tu-

tur: 1) prinsipial blok-sxemin işlənib hazırlanması; 2) alqoritmin 

müfəssəl strukturunu əks etdirən mərhələ-mərhələ blok sxemlərin 

işlənib hazırlanması; 3) verilən və alqoritmlərin bütöv şəkildə 

təqdim olunmasının işlənib hazırlanması prosesinin ayrı-ayrı mərhə-

lələrinin məzmunun dürüst təsviri; 4) alqoritmin maşın dilinə 

çevrilməsi, daha doğrusu, proqramların hazırlanması. 



Ana dili – 

insan tərəfindən erkən uşaqlıq dövründə ətrafdakı-

ları, böyükləri təqlid etmək yolu ilə mənimsənilən dil. 

Anlayış – 

1. Əşya və hadisələrin sinfi haqqında məntiqi tərəf-

dən formalaşdırılmış ümumi fikir. 2. Hər hansı şey haqqında təsəv-


 

vür, məlumat. 3. Hər hansı nəyinsə dərki üsulu və səviyyəsi. 4. Öz 



spesifik  əlamətlərinə, tamlığına görə obyekt siniflərinin ümu-

miləşdirilməsinin tərtibatı. Obyektin mühüm əlamətlərinə görə 

düşünülmüş ümumiləşdirmə elmi anlayışın obyektinə çevrilir. Dil 

işarəsinin köməyi ilə dil mənası ilə anlayışın işarələnməsi. 



Annotasiyanın strukturu – 

aşağıdakı  bəndlərdən ibarətdir: 

1) predmet rubrikası; 2) mövzu; 3) mənbənin  əsas verilmişləri; 4) 

materialın sıxlaşmış xarakteristikası; 5) ilkin mənbənin tənqidi də-

yəri. 

Anoforik  əvəzliklər 

– mətndə semantik münasibətlərin 

valentliyi kimi də şərh oluna bilər. Əvəzlik mətndə təkrarı qabardan 

və fərqləndirən elementlərdən biridir. 



Antonimlər lüğəti 

– əks sözlərin antonimik sırasını izahla və 

onların işlənmə nümunələrini göstərən lüğət. 

Ara alqoritmik dil – 

universal xarakter daşıyan və hər hansı 

məsələnin təsvirində iştirak edən ikinci nəsil alqoritmik dil; o alqo-

ritmlərin yazısını asanlaşdırır, həll metodlarının standartlaşmasına 

kömək edir, proqramın tərtib olunub EHM özünə verilməsi üzrə işin 

bir hissəsinə imkan verməklə, proqramlaşma proseslərində avtomat-

laşmanı stimullaşdırır. 

Ara dil – 

1. İkipilləli sinxron tərcümə zamanı bütün tərcümə-

çilərin həyata keçirdiyi tərcümə və onlara məlum olan dildir ki, adə-

tən, pilot-kabinədən digər işçi dillərə  və  əksinə aparılır. 2. Bu, elə 

ara (ünsiyyət vasitəsi olan) dil deməkdir. 

Aradan qaldıran  əlaqə – 

protomətnə kontroverz münasibət 

özünü onda göstərir ki, mətnin seqmentləri atılır, yaxud bütöv kimi 

aradan götürülür. Mətnin mətnə qarşı aradan götürmə münasibəti 

eyni zamanda interpretasiya faktoruna (amilinə) çevrilir və, deməli, 

semiotik izah nümunəsi kimi xidmət edə bilir. 



Aralıq (ortadakı) adresat – 

informasiyanı verən və  qəbul 

edən şəxs, daha doğrusu, tərcüməçi, yaxud adresat-əvəzedici. 

Ardıcıl tərcümə – 

1. Dinlənildikdən və bütün məlumat sona 

çatdıqdan sonra onun bir dildən digər dilə şifahi tərcümə olunması, 

həmsöhbətin, natiqin, radioməlumatın və s. tam deyilməsi; səsli 

 

10

nitqin qavrayışını və çıxış məlumatının şifahi şəkildə formalaşdırıl-



masını nəzərdə tutur. 2. Dinlənildikdən sonra mətnin şifahi tərcümə-

si. Aşağıdakı ardıcıl tərcümə növləri fərqləndirilir: yazılı və abzas-

cümlə tərcüməsi və eləcə də birtərəfli tərcümə və ikitərəfli tərcümə. 

Əksər hallarda ardıcıl tərcüməni eşitmə ilə peşəkar tərcümə 

fəaliyyətinin növü kimi şifahi tərcümə adlandırırlar. 3. İlkin mətn 

səsləndiriləndən sonra aparılan  şifahi tərcümə növü. 4. Eşitməyə 

görə aparılan şifahi tərcümə. O, beləliklə, səs nitqinin qavrayışına, 

çıxan, göndərilən məlumatın  şifahi nitqdə formalaşdırılmasını 

nəzərdə tutur. Ardııl tərcümənin  əsas xüsusiyyəti ilkin və 

göndərilən məlumatın zaman kəsiyində qırıq-qırıq verilməsidir. Bu, 

zaman baxımından kəsik-kəsik zaman kəmiyyəti ilə ilkin məlumatın 

danışana verməsi ilə bağlı zəruri olan uzunluqdur ki, onun uzunluğu 

daha çox ola bilər. Bu amil tərcüməçinin işini xeyli çətinləşdirir. 

Çünki o, yaddaşında informasiyanın həcmini bu zaman kəsiyində 

saxlamalıdır ki, əksər hallarda o yaddaşın operativ imkanlarını də-

fələrlə ötür, üstələyir. Bu vəzifəni yerinə yetirmək üçün tərcümə-

çinin yaddaşını həddən artıq yükləməmək məqsədi ilə (qismən) xü-

susi yazma sistemindən istifadə olunur. 5. Dinlənildikdən sonra 

mətndə pauzalarda müəllif mətninin müəyyən hissəsinin yerinə 

yetirilməsi. 6. Dinlənildikdən sonra mətnin digər dilin vasitələri ilə 

verilməsi. 

Ardıcıl tərcümədə yazı sistemi – 

bax: ardıcıl tərcümədə yazı. 



Ardıcıllıq – 

bir-birinin ardınca gələn iki, yaxud bir neçə nitq 

seqmenti, yaxud nitq vahidi. 

Arximətn – 

əsil, ilkin mətn haqqında mücərrəd təsəvvür, 

mətnlərarası əlaqələrdəki ilkin (janrın ilk nümunəsi). 

Arxisema və onun tərcüməsi 

– ilkin mənanın poetik mətnin 

variant vahidləri ilə gercəkləşən planları (Y.M.Lotman); semiofik 

vahidi. Tərcümədə arxisema mətnin invariant hissələri ilə  əla-

qələnir, deməli, o, belə demək mümkünsə, mətnin dərinlik struk-

turunu yenidən yaradır (işarələr səviyyəsində olan tərcümə). 



Atalar sözü – 

1. Obrazlı xarakterli və nəsihətli məna bildirən 

tamamlanmış deyim. Mətnə daxil edilib tərcümə üçün nəzərdə tutul-


 

11 


muş atalar sözü tərcümə vahidi kimi qiymətləndirilir, çünki o da 

mətndəki digər vahidlər kimi tərcümə həlli tələb edir. 2. Atalar sözü 

obrazlı, tamamlanmış deyim olmaqla və  nəsihətamiz məna da-

şımaqla, spesifik ritmik-fonetik tərtibata malikdir. 



Ayrıca söz 

– kontekst xaricində konkret, müəyyən mənası ol-

mayan və buna görə də tərcüməyə yatmayan nitq-dil vahidi. 

 



 

Baş məcmu strukturu – 

o nomenklatur model (tədqiqat) kor-

pusunun yaxşı aparılmış inventarizasiyanın, sistemləşdirmənin və 

təsnifatının ortaya çıxarılmasıdır ki, onun nəticəsində struktur – təş-

kili sxem-modelin qurulması gedir. Bax: baş məcmu. 

Başqa istiqamətə keçirilmə vərdişi – 

1. Mətn vahidinin yeni 

koda (dilə) keçirilməsi üçün avtomatlaşdırılmış  əməliyyat axtarışı 

və onun gerçəkləşdirilməsini həyata keçirmə bacarığı. Adətən başqa 

istiqamətə keçirilmə  vərdişi  əməliyyatı formal-işarə  səviyyəsində 

nəzərdə tutulur. 2. İşarə  əlaqələrini avtomatdırılmış  şəkildə qurma 

bacarığı: bir dildəki leksik vahidlərə (söz birləşməsi, danışıq  şab-

lonlarına) digər dildə müvafiq ekvivalentlərin tapılması. Başqa 

istifqamətə keçirilmə  vərdişi subordtinativ bilinqvizmin əsasında 

dayanır. 



Başlıqaltı – 

bax: başlıq. 



Beynəlxalq dil – 

1. Süni köməkçi dildir ki, beynəlxalq ünsiy-

yət vasitəsi kimi təklif olunur; 2. Dünyanın xeyli ölkələrinin xalqları 

üçün beynəlxalq ünsiyyət vasitəsi kimi istifadə edilən təbii dil; 3. 

Geniş miqyasda siyasi-ərazi birlikləri nümayəndələri arasında 

ünsiyyət üçün vasitə kimi təklif olunmuş sosial-dil qurumu. 



Bədii ədəbiyyat tərcüməsi – 

bax: bədii tərcümə. 



Bədii ədəbiyyatın tərcüməsi 

– burada tərcümə obrazlı-emo-

sional məqamların verilməsində maksimal dərəcədə adekvat olmalı-

dır. Məhz belə  tərcümədə müəllifin  əhval-ruhiyyəsi və hisslərinin, 

onun spesifik üslubunun verilməsi xüsusən zəruridir. 

 

12



Bərabər uzunluqlu avtomatlaşmış maşın lüğəti – 

bu, lüğət 

(leksik) vahidləri, lüğət vahidlərinin uzunluğu üzrə sahmanlanmış, 

daha doğrusu, hər bir leksik vahiddə sözformalarının sayı  nəzərdə 

tutulmuş lüğətdir. 

Bilavasitə tərcümə – 

orijinalla birbaşa tərcümə manipulyasi-

yası əsasında realizə olunan tərcümə. 

Bilavasitə  təşkil edənlər 

– bu, iki elementdir ki, onlardan 

bilavasitə daha yüksək səviyyəli (daha böyük xətti uzunluğa malik) 

vahid əmələ gəlmişdir. 



Bildirən – 

fərqləndirilən obyektə görə leksik vahid, söz.  



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin