4.Ürək qlikozidlərinin dozası çox olduqda əmələ gətirdikləri effektlər, onlarla zəhərlənmələrdə həyata keçirilən tədbirlər.
5.Qeyri-qlikozid mənşəli kardiotonik maddələr,onların təsir mexanizmi.
ÜRƏK-DAMAR SİSTEMİNƏ TƏSİR GÖSTƏRƏN DƏRMAN MADDƏLƏRİ
KARDIOTONİK MADDƏLƏR
Miokardın yığılma qabiliyyətini (ürək yığılmalarının gücünü) yüksəldən maddələr kardiotonik maddələr adlanır. Bu maddələrdən ürək fəaliyyətinin çatışmazlığı zamanı istifadə olunur (ürək) fəaliyyətinin çatışmazlığı dedikdə miokardın yığılma qabiliyyətinin zəifləməsi nəticəsində ürəyin periferik damarlara orqanizm tərəfindən tələb olunan miqdarda qan qova bilməməsi nəzərdə tutulur).
Kardiotonik maddələr miokardın yığılma qabiliyyətini gücləndirməklə qanın ürəkdən qovulmasını sürətləndirir, beləliklə,orqan və toxumaların qan dövranını yaxşılaşdırır, böyrəklərə qan axınını normallaşdırır, mayenin orqanizmdən xaric olmasını sürətləndirir, venoz təzyiqi aşağı salır, venalarda qanın durğunluğunu aradan qaldırırlar.