TariXİ GÜNLƏr altun kitab



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix24.01.2017
ölçüsü0,71 Mb.
#6292
  1   2   3   4   5   6   7   8   9

 

 

Əkbər Qocayev 

 

 



 

 

 



 

BAYRAMLAR  

VƏ 

TARİXİ GÜNLƏR 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ALTUN - KİTAB

 



 

 

Əkbər Qocayev 

Bayramlar və tarixi günlər 

Bakı, Altun Kitab, 2006, 152 səh. 

 

Redaktor Rafiq İsmayılov 



 

 

 



 

 

 



 

 

 



 

 

Kitabda Azərbaycanda qeyd olunan milli və beynəlxalq bayramlar, həmçinin tarixi günlər 



haqqında söz açılır, həmin günlərin tarixi qaynaqları araşdırılır. Kitab orta məktəblərin yuxarı sinif 

şagirdləri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

 

 

 



Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən 

çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanunsuzdur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

© ALTUN KİTAB 

Telefonfaks: 431 03 45 

E-mail: 


rafo_san@yahoo.com

 

 



 

 

 



 

Kağız formatı 60x84 116, 9,5 çap vərəqi, Tiraj 500  

"OKA-Ofset" mətbəəsində çap olunmuşdur.  


 

 



MÜNDƏRİCAT 

 

1. MİLLİ BAYRAMLAR VƏ TARİXİ GÜNLƏR 



 

Orucluq bayramı 

s. 5 

Qurban bayramı 



s. 7 

20-21 mart - Novruz bayramı s. 

28 mart - Təhlükəsizlik Orqanları İşçiləri Günü 



s. 12 

28 may - Respublika Günü 

s. 13 

15 iyun - Qurtuluş Günü 



s. 15 

17 iyun - Səhiyyə İşçiləri Günü 

s. 16 

26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü 



s. 17 

2 iyul - Azərbaycan Polisi Günü 

s. 18 

22 iyul - Milli Mətbuat və Jurnalistika Günü 



s. 19 

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili Günü 

s. 20 

5 avqust - Hərbi Donanma Günü 



s. 21 

15 sentyabr - Bilik Günü 

s. 22 

18 sentyabr - Milli Musiqi Günü 



s. 23 

20 sentyabr - Neftçilər Günü 

s. 24 

1 oktyabr - Prokurorluq İşçiləri Günü 



s. 25 

18 oktyabr - Müstəqillik Günü 

s. 26 

6 noyabr - Televiziya və Radio İşçiləri Günü 



s. 27 

12 noyabr - Konstitusiya Günü 

s. 28 

17 noyabr - Milli Dirçəliş günü 



s. 30 

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 

s. 31 

20 yanvar – Ümumxalq Hüzn Günü 



s. 32 

29 yanvar - Gömrük İşçiləri Günü 

s. 33 

10 mart - Milli Teatr Günü 



s. 34 

12 mart - Daxili Qoşunlar Günü 

s. 35 

 

2. BEYNƏLXALQ BAYRAMLAR VƏ TARİXİ GÜNLƏR 



 

 

1 yanvar - Yeni il bayramı s. 



36 

14 fevral - Sevgililər Günü 

s. 37 

21 fevral - Beynəlxalq Ana Dili Günü 



s. 38 

8 mart - Beynəlxalq Qadınlar Günü 

s. 39 

15 mart - Ümumdünya İstehlakçılar Günü 



s. 41 

21 mart - İrqi Ayrı-seçkiliyin (diskriminasiya) Ləğv Edilməsi Uğrunda Beynəlxalq Mübarizə Günü 

s. 42 

27 mart - Beynəlxalq Teatr Günü 



s. 43 

1 aprel - Ümumdünya Gülüş Günü 

s. 44 

18 aprel - Tarixi abidələrin mühafizəsi Günü 



s. 45 

22 aprel - Beynəlxalq Yer Kürəsi Günü 

s. 46 

3 may - Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü 



s. 47 

9 may - Faşizm üzərində Qələbə Günü 

s. 48 

18 may - Beynəlxalq Muzeylər Günü 



s. 49 

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü 

s. 50 

5 iyun - Ətraf Mühitin Mühafizəsi Günü 



s. 51 

26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü 

s. 52 

1 oktyabr - Beynəlxalq Ahıllar Günü 



s. 53 

5 oktyabr - Müəllim Günü 

s. 54 

24 oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü 



s. 55 

14 noyabr - Ümumdünya Diabet Günü 

s. 56 

1 dekabr - QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü 



s. 57 

3 dekabr - Ümumdünya Əlillər Günü 

s. 58 

10 dekabr - İnsan Hüquqları Günü 



s. 59 

 

 



 

 


 

3. BUNLARI UNUTMAQ OLMAZ 



 

25-26 fevral - Xocalı soyqırımı s. 

60 

31 mart - Azərbaycanlıların Soyqırımı Günü 



s. 61 

3 aprel - Kəlbəcərin işğalı s. 

63 

8 may - Şuşanın işğalı günü 



s. 64 

17 may - Laçının işğalı günü 

s. 64 

23 iyul - Ağdamın işğalı günü 



s. 65 

25 avqust - Füzuli və Cəbrayıl rayonlarının işğalı günü 

s. 66 

31 avqust - Qubadlının işğalı günü 



s. 66 

27 oktyabr - Zəngilanın işğalı günü 

s. 66 

28-29 fevral - Sumqayıt hadisələri s. 



67 

 

 



 

 



MİLLİ BAYRAMLAR 



VƏ 

TARİXİ GÜNLƏR 

 

 

ORUCLUQ BAYRAMI 

 

İslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur. Bu bayramın tarixi müsəlman 

təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona 

"Ramazan orucu" da deyirlər. 

İslamda ilin ayları arasında Ramazan ayı  ən  şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi 

şəkildə "on bir ayın sultanı" da adlandırırlar, çünki bu ayın gecələrindən birində müqəddəs kitabımız olan 

Qurani-Kərim nazil olub. Həmin gecə "qədir" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq 

hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədir 

gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də  tək günün gecəsidir.  İslamşünasların fikrincə, 

bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir. Qurani-Kərimdə "Qədir surəsi" vardır. 

Bu surədə  qədir gecəsi haqda belə yazılır: "Biz bu gecə  həqiqətən qüdrət,  əzəmət hədiyyə etmişik, bu 

gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın  əmrini gözləyirlər, bu gecə  şəfəqin 

doğmasına qədər aləmdir, sübhdür."  

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə 

yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə  qədər yeyib-için, sonra gecəyə kimi 

orucunuzu tamamlayın". 



Qeyd 

Müsəlmanlar  ən mühüm ibadətlərini, o cümlədən orucu və  həcci, Fitr və Qurban bayramlarını 

hicri-qəməri (Ay) təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı 

olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, 

yəni təzə aydır. Qurani-Kərimdə deyilir ki, "(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: 

Bunlar insanlar və  həcc üçün vaxt ölçüləridir".  İnsanlar vacib ibadətlərinə ayın hilalına  əsasən  əməl 

etmişlər: hilalı görəndə oruc tutmuş, onu yenidən görəndə oruclarını başa vurmuşlar. İki təzə ay arasında 

keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi 

kimi götürərək bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər. 

Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Ay (qəməri) təqvimi də buradan 

yaranmışdır. Bu təqvimə  əsasən, ilin uzunluğu 354 gün sürür. İkinci xəlifə Ömərin dövründə  qərara 

alındı ki, tarixləri Məhəmməd peyğəmbərin (s.ə.s.) Məkkədən Mədinəyə hicrəti ilindən hesablasınlar. 

Beləliklə, məhərrəm ayı ilə başlanan hicri-qəməri təqvimi yarandı. Bütün müsəlman ibadətlərinin, 

bayram və mərasimlərinin vaxtı bu təqvimə əsasən müəyyən edilir. Ay təqvimi Günəş təqvimindən 10-11 

gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün 

irəli keçir. 

Ay təqvimində  də tarixlər sabitdir, bu tarixlər yalnız Günəş  təqviminə nisbətən yerini dəyişir. 

Bizim Günəş təqviminə alışmış şüurumuz haradasa qeyri-müəyyənlik görür. İslam bayram və ayinlərinin 

müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir hikmət vardır. 

 

Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, 



hamilə qadınlar, döyüşçülər,  əsirlikdə olanlar və  səyyahlar azad olunurlar. Oruclu adam sürmə 

çəkməməli,  ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. 

Orucluq dövründə adam dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha 

ibadətə  həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz 

(s.ə.s.) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar 

da zəncirdə olar. 

Döyüşdə  və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini 

(qəzasını) tutmalı  və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, 

tövbə etməli və  kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu 

yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur. 

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini 

təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz 

himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə 

zəkatı verməlidir. 



 

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, 



xeyirxahlığa dəvət edir. 

"Qabusnamə"nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazır: 

"Ey oğul... bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah 

tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir 

hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.  

Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı 

olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri 

ehtiyacı olana çatsın". 

Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olmuşdur. 

Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır.  İslam qaydalarına  əsasən 

yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. Bununla bağlı Qurani-Kərimin "Bəqərə" 

surəsinin 183-184-cü ayələrində belə buyurulur: "Ey iman edənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə 

vacib olduğu kimi, sizə də vacib edildi... Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir". Bu ibadət 

ayini ilə bağlı  Məhəmməd peyğəmbərin (s.ə.s.) xeyli hədisi var. Həmin hədislərin birində deyilir ki, 

Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa - o, Allah üçündür, əvəzini də Allah verir. 

Sovet hakimiyyəti dövründə  İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. 

Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini 

itirmək, təqiblərə  məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət 

müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və 

ayinlərinə olan münasibət də  dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 

27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyə-

sində qeyd olunmağa başladı. 



 

QURBAN BAYRAMI 



 

İslam dünyasının  ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman 

ölkələrində  təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik  əldə etdikdən sonra Milli Məclisin qəbul 

etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən 

Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. 

Üç səmavi dinin - yəhudilik, xristianlıq və  İslamın hər üçündə müxtəlif formada qurbanlıq 

mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və  əhəmiyyət kəsb edir. Onun əsasında Allaha 

sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. 

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. 

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən  İbrahim peyğəmbər oğlu  İsmayılı 

qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə  rəva bilmədi və qurbanlıq üçün ona bir qoç 

göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. 

İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı  (İsmayılı) nəsib etmişdi. Çox sevdiyi balasını 

Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və 

mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın 

nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür 

səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan 

hərəkət deyil! 

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah 

yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə 

rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha 

yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə 

təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları çaya atırdılar. 

İnsan Allahın yaratdığı  ən  şərəfli və  ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda 

qurban kəsilməsini qəbul etmir. 

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra  şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən 

heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu 

olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, 

ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl 

Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir.  Əzalarında hər hansı nöqsanı olan, 

buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi  İslamda məsləhət 

görülmür. 

Bu bayramın  əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın  ətini Allahın imkansız 

bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin 

də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. 

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb 

gətirməklə öz qurbanını  kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. 

Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını 

ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə  sərf olunmalı, qalan 

hissələr isə fəqir-füqəraya paylanmalıdır. 

Qurbanlığın  ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol 

verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının 

imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir 

ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. 

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların 

boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula 

heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın  əsas mahiyyəti zənginlərlə imkansızların 

birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar - Allaha xoş gedən  əməli icra etdikləri və 

kasıbları sevindirdiklərinə görə, kasıblar isə - dünya nemətindən  əldə etdiklərinə  və başqalarından 

gördükləri mərhəmətə və qayğıya görə. 



 

20-21 MART 



 

NOVRUZ BAYRAMI 



 

Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olmuşdur. Onlardan bəziləri xalqa yad 

müəyyən bir ideologiya ilə bağlı olduğundan zaman keçdikcə unudulmuş, yaddaşlardan silinmişdir. 

Yalnız o bayramlar əsrlərin sınağından keçir ki, onların əsasında humanist milli və bəşəri ideyalar durur. 

Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi belə bayramlardan biri də 

Novruz bayramıdır. 

Çox qədim zamanlardan başlayaraq dünya xalqlarının bir çoxu yazın gəlməsini, təbiətin 

oyanmasını,  əkin işlərinin başlanmasını bahar bayramı kimi qeyd etmişlər. Bu münasibətlə  şənliklər 

keçirmiş, onu yeni ilin başlanğıcı kimi qarşılamışlar. 

Qədimdə bir sıra  Şərq xalqları, o cümlədən Mərkəzi Asiya və Azərbaycan türkləri də baharın 

gəlişini bayram etmişlər. Bu bayram Novruz adlandırılmışdır. Novruz bayramı martın 21-də və ya 22-də 

keçirilir. Bu isə yaz gecə-gündüz bərabərliyinə təsadüf edir. 

Bir çox tədqiqatçılar Novruzun yaranma tarixini, onun zərdüştilik və ya müsəlman mədəniyyəti 

ilə  əlaqələrini araşdırmış,  əski mənbələrdə bir-birini təkzib və ya təsdiq edən müxtəlif faktlar aşkar 

etmişlər. Lakin ümumi fikir belədir ki, Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil. 

Novruz bayramı, birlik, qardaşlıq bayramı, xalq şənliyidir. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni 

ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirmişdir. 

Novruz inanclarının  əsasında insana, təbiətə  həyat verən dörd ünsürün - Suyun, Odun, Yelin 

(havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni 

martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər, Həmin ayın hər çərşənbəsi 

təbiətin bir ünsürü ilə  əlaqələndirilmiş  və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr 

yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir". 

İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel 

çərşənbəsi və Torpaq çərşənbəsi adlanır. Bu çərşənbələrdə də xalqımızın adət-ənənələri yaşayır. 



 

Su çərşənbəsi 

Bu çərşənbəyə  "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su 

mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif 

şənliklər keçirirlər. 

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-

üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın 

inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən 

uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan 

Aban və Yadanın şərəfinə nəğmələr oxunur. 

Su çərşənbəsi ilə  əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar,  əfsanələr və 

rəvayətlər var. Məsələn, inanclarda deyilir: 

- Süfrəyə su dağılması aydınlıqdır, 

- Su içən adamı qəfil vurmazlar, 

- Su içən adamı ilan çalmaz, 

- Lal axan sudan keçməzlər. 

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur: 

- Su olan yerdə dirilik olar, 

- Su ehsandır, 

- Su murdarlıq götürməz, 

- Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz. 



 

Od çərşənbəsi 

İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında "İkinci çərşənbə" və ya "Üsgü 

çərşənbə" də deyilir. 

Od çərşənbəsi qədimdə xalqımızın Günəşə, odu saxlayıb qorumağın vacibliyinə inamı ilə 

bağlıdır. Od çərşənbəsində odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edərdilər. 

Odla bağlı da bir çox xalq deyimləri - inanclar, atalar sözləri, andlar, alqışlar, qarğışlar, 

tapmacalar bu günə qədər yaşamaqdadır.  

Atalar sözləri: 

- Od imandandır, 

- Odla zarafat eləyən ağlar qalar



 

- Odla oynayan odsuz qalar, 



- Od eləyəni fələk eləyə bilməz, 

- Oda dərdini deyən xeyir aparar, 

- Odu söyən qara günə qalar.  

İnanclar: 

- Ocaq yananda səslənirsə, demək, kimsə sözünü danışır, 

- Ocağa yanaşanda salam verərlər, 

- Ocaq dağıdanın ocağı dağılar, 

- Gün güzəranlıq gətirər.  

Andlar: 

- Od haqqı! 

- Gün haqqı! 

- İşığa and olsun! 

- Çıraq haqqı! 

Alqışlar: 

- Oduna nur çilənsin! 

- Ocağın nurlu olsun! 

- Ocağın qaralmasın! 

Qarğışlar: 

- Günəş sənə qənim olsun! 

- Od-ocağa həsrət qalasan! 

- Ocağın qalanmasın! 

- Ocaq üzü görməyəsən! 

Xalqın inamına görə odu insanlara verən ağac olub.  

Bununla bağlı da bir sıra inanclar var: 

- Ağacın istisinə isinərlər, 

- Od çərşənbəsində "ağlayan" ağacı kəsən sonsuz qalar. 

- Od çərşənbəsində ocaqdan od verməzlər, 

- Palıd ağacının istisi sağlamlıq gətirər. 



 

Yel çərşənbəsi 

Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək 

oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. 

İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. 

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə,  əfsanə, rəvayət, mif, 

inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə 

qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. 

A Yel baba, Yel baba, 

Tez gəl, baba, gəl, baba. 

Sovur bizim xırmanı, 

Atına ver samanı. 

Dən dağılıb dağ olsun, 

Yel babamız sağ olsun. 

A Yel baba, Yel baba, 

Qurban sənə, gəl baba. 

İnanclar: 

- Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda 

götürənin oğlu ölər. 

- Yeli əsdirəni söyməzlər. 

- Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba 

sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin