TəDQİqat metodlari



Yüklə 78,8 Kb.
səhifə1/10
tarix23.05.2022
ölçüsü78,8 Kb.
#59063
  1   2   3   4   5   6   7   8   9   10
Muhazire-metodlar


TƏDQİQAT METODLARI
“Metod” anlayışı yunan dilindən tərcümədə “nəyəsə aparan yol” mənasını verir. Metod - dərketmə prosesinin, xüsu­sən də elmin predmetinin öyrənilməsi üsuludur. Metod elmi biliyin əldə edilməsinin və onun praktik fəaliyyətdə tətbiqinin yollarını, üsul­larını göstərir. Bu­na görə də hər bir elmdə, o cümlədən hər bir tədris fənnində tətbiq ediləcək müvafiq metodların se­çil­məsi mühüm bir məsələdir.
Tədqiqat metodları elmi biliyin əldə edilməsi prosesində istifadə olunur. elmlərdə istifadə olunan metodları üç qrupa bölmək olar. Birinci qrupa daxil olan metodlar bütövlükdə idrak prosesinin təşkilini və həyata keçirilməsini xarakterizə edir. Onlar bütün elmlərdə istifadə olunduqlarına görə ümumməntiqi metodlar və ya elmi idrakın ümumi metodları adlanır. İkinci qrupa ümumi xarakterli metodları daxildir. Onlar tədqiqatın istiqamətini, daha konkret desək, tədqiqatçının tədqiq olunan obyektə yanaşmasını müəyyən edir. Üçüncü qrupa isə bu və ya digər ictimai elmlərdə istifadə olunan tətbiqi xarakterli metodlar daxildir. Bu metodlar, ümumi metodlardan fərqli olaraq, bəzilərində istifadə olunur. Buna görə də onlar xüsusi metodlar adlanır.
Ümumməntiqi metodlar
və ya elmi idrakın ümumi metodları


Yuxarıda qeyd etdiyimiz kimi, ümumməntiqi metodlar və ya elmi idrakın ümumi metodları elmin bütün sahələrində istifadə olunduqlarına görə idrak prosesinin təşkilini və həyata keçirilməsini xarakterizə edir. Ümumməntiqi metodlar elmi idrakın ümumi metodları olaraq universal xarakter daşıyır.
Elmi tədqiqat iki əsas səviyyədə - empirik və nəzəri səviyyələrdə aparıldığına görə ümumməntiqi tədqiqat metodlarını iki qrupa - empirik və nəzəri tədqiqat metodları qruplarına bölmek olar.
Empirik tədqiqat metodları


Empirik tədqiqat metodlarını təqdim etməkdən öncə elmi idrakın empirik səviyyəsinin mahiyyətini aşkarlamaq lazımdır. Elmi idrakın empirik səviyyəsinin mahiyyəti ondan ibarətdir ki, burada dərketmə prosesinin subyekti elmi biliyi empirik yolla, yəni təcrübə yolu ilə qazanır. Subyekt (tədqiqatçı) elmi biliyi müxtəlif sahələrdən- təbiətdən, cəmiyyətdən və insan təfəkküründən əldə edir. Lakin bu səviyyədə tədqiq olunan obyekt, bir qayda olaraq, özünün xarici əlaqələri və təzahürləri əsasında araşdırılır. Dərketmə prosesinin empirik səviyyəsində tədqiqatçı aşağıdakı vəzifələri yerinə yetirir:
1.Bu və ya digər sahədə baş verən hadisələri müşahidə edir;
2.Müşahidə edilən hadisələrdən toplanan faktları təhlil edir;
3.Hadisələr arasında əlaqələri müəyyənləşdirir.
Bu vəzifələlər müşahidə, təsvir, müqayisə, ölçü və eks­pe­ri­ment kimi tədqiqat metodları vasitəsilə yerinə yetirilir.
Müşahidə
Müşahidə- cism və hadisələrin öyrənilməsinə, onların məna­sı­nın və əhəmiyyətinin müəyyən edilməsinə yönələn ger­çək­liyin məqsədyönlü qavrayışıdır.
Müşahidə prosesi müşahidənin obyekti (müşahidə olunan cism və ya hadisə), müşahidənin subyekti (müşahidəçi), müşa­hi­də­nin vasitələri və müşahidənin məqsədi kimi tərkib hissələrdən iba­rət­dir.
Müşahidə tədqiq olu­nan obyekt haqqında ilkin məlumatın alınmasına yönəlmişdir. Müşahidə vasitəsi kimi insanın hiss orqanları çıxış edir. Bir qay­da olaraq müşahidə zamanı subyekt obyektin inkişafına müdaxi­lə etmir. Obyekt təbii, adi şəraitdə olur. Subyekt isə onu öyrənir.
Müşahidə nəticəsində əldə olunan məlumat subyektin istəyindən, arzularından asılı olmur. Başqa sözlə desək, bu məlumat obyektiv xarakter daşıyır. O, müşahidə olunan cism və hadisələrin obyektiv əlamətləri və münasibətləri haqqında bizə xəbər verir. Sözügedən məlumatın məzmunu tədqiq olunan cism və hadisələrin sonrakı öyrənilməsinin növbəti mərhələlərində tədqiqatçı üçün faydalı olur.
Adi müşahidə ilə müqayisədə elmi müşahidənin bir sıra mühüm xüsusiyyətləri vardır:
1.Elmi müşahidə konkret nəzəriyyəyə və ya nəzəri müddəalara əsaslanır;
2. Elmi müşahidə müəyyən nəzəri məsələnin həllinə, mövcud fərziyyələrin yoxlanılmasına, yeni fərziyyələrin irəli sürülməsinə yönəlmişdir;
3. Elmi müşahidə xüsusi müşahidə vasitələrindən (kom­pü­ter, teleskop, fotoaparat və s.) geniş istifadə edir;
4. Elmi müşahidə intersubyektivlik tələbinə cavab verməlidir. Başqa sözlə desək, konkret nəticələr verən bu və ya digər müşahidəni eyni nəticələr əldə etməklə başqa müşahidəçi də apara bilər. Elmi müşahidənin intersubyektivlik xüsusiyyətinin əhəmiy­yəti ondan ibarətdir ki, o, müşahidənin nəticəsinin obyektivliyini nümayiş etdirir.
a. Xarici və ya kənardan aparılan müşahidə. Xarici müşahi­dədə tədqiqatçı (müşahidəçı) baş verən prosesi kənardan izləyir.
b. Daxili müşahidə. Burada müşahidəçı baş verən prosesin fəal iştirakçısı kimi çıxış edir.
Bundan başqa müşahidə zamanı texniki vasitələrdən istifadə olunub-olun­­ma­masından asılı olaraq müşahidə bilavasitə və ya dolayı (instrumental) ola bilər. Bilavasitə müşa­hi­­də­lərdə subyekt obyekt haqqında məlumatı heç bir texniki vasitədən (televizor, radio, internet və s.) istifadə etməyərək əldə edir. Subyekt ob­yekt haqqında bilikləri dolayı yolla da (məsələn, müsahibə və ya anket sorğusu yolu ilə) əldə edə bilər. Belə müşahidəni dolayı müşahidə ad­­lan­dırırlar.
Dərketmə prosesinin səmərəli metodu olmaq üçün müşahidə bir sıra tələblərə cavab verməlidir. İlk növbədə müşahidə planlı şəkildə aparılmalıdır. Müəyyən müşahidə aparmağı nəzərdə tutan tədqiqatçı konkret plan əsasında fəaliyyət göstərməlidir. Bundan başqa müşahidə məqsədyönlü olmalıdır. Tədqiqatçı bu və ya digər hadisəni müşahidə edərkən qarşısında müəyyən məqsəd qoymalıdır. O, müşahidə olunan hadisənin bütün əlamətlərini deyil, tədqiqat üçün müəyyən əhəmiyyət daşıyan əlamətini öyrənməlidir. Planlı və məqsədyönlü şəkildə aparılan müşahidə konkret situasiyadan asılı olaraq müşahidə metodunun yuxarıda qeyd olunan növlərindən (daxili, xarici, bilavasitə və dolayı) biri və ya bir neçəsi vasitəsilə fəal şəkildə həyata keçirilməlidir. Müşahidənin çevik olması onun qarşısında irəli sürülən daha bir mühüm tələbdir.
Beləliklə, müşahidənin dərketmə prosesində səmərəliliyi onun planlı, məqsədyönlüçevik olmasından asılıdır.

Təsvir


Müşahidə nəticəsində əldə olunan məlumat bir qayda olaraq fərdi şüurun materialı kimi özünü göstərir. Bu məlumatı geniş ictimaiyyətə çatdırmaq, bir sözlə, onu ictimai şüurun materialına çevirmək və lazım gəldikdə elmi təhlil sahəsinə təqdim etmək üçün əldə olunan məlumat müəyyən işarə sistemi vasitəsilə möh­kəm­ləndirilməli və ötürülməlidir. Məlumatın möhkəmləndirilməsi və ötürülməsi prosesi təsvir metodu vasitəsilə həyata keçirilir.
Təsvir bir tədqiqat metodu kimi müşahidə nəticəsində ob­yekt­lər haqqında əldə edilən məlumatın təbii və ya süni dilin vasitəsilə qeyd olunmasıdır. Bu metod vasitəsilə hissi orqanların köməyi ilə əldə olunan məlumat məfhumlar, işarələr, sxemlər və rəqəmlər dilinə çevrilir. Bu isə onun sonrakı rasional istifadəsi üçün, o cüm­lədən sistemləşdirilməsi, təsnifatı və ümumiləşdirilməsi üçün şərait yaradır. Təsvirdə təbii dildən istifadə etdikdə, müşahidənin nə­ti­cələri sözlə təqdim olunur.
Təsvir müşahidənin son mərhələsi kimi çıxış edir. Bu mər­hə­lə­də müşahidə olunan obyektlərin mahiyyətinin aşkarlanması mə­sə­lə­si nəzərdə tutulmur. Burada, bir qayda olaraq tədqiqatçı araş­dı­rı­lan obyektin əsasən zahiri tərəflərini ətraflı şəkildə göstərmək is­tə­yir.
Bir metod kimi təsvirin elmi tədqiqatda rolu böyükdür. O, elmi idrakın strukturunda vacib bir element kimi çıxış edir. Lakin elmin inkişafı ilə əlaqədar təsvirin xarakteri dəyişir. Təbii dil vasitəsilə təqdim olunan təsvirin həcmi azalır. Süni dil vasitəsilə təqdim olunan təsvirin həcmi isə əksinə artır. Bu prosesin səbəbi odur ki, təbii dil vasitəsilə aparılan təsvir qeyri-dəqiq, çoxmənalı və qeyri-müəyyən terminlərlə təqdim olunur. Sözsüz ki, belə təsvir dəqiq elmlərdə istifadə edilə bilməz. Buna görə də müasir elmlərdə öz məntiqi sərtliliyi ilə seçilən süni təsvirdən istifadə olunur. Bununla belə təsvirdə təbii dilin əhəmiyyəti itmir, çünki o, məcburi element kimi süni dilin hər bir sisteminə daxildir.
Təsvirin iki əsas növü vardır: keyfiyyət və kəmiyyət təsviri. Bu iki növ təsvir bir-birilə bağlıdır. Onların hər biri vahid tədqiqat prosesinin müxtəlif tərəflərini təşkil edir. Keyfiyyət təsviri təbii dil vasitəsilə aparılır. O, sözlə ifadə olunur. Kəmiyyət təsviri isə adətən müxtəlif cədvəllər, qrafiklər və matrisalar vasitəsilə həyata keçirilir. Bu vasitələr “müşahidənin protokolları” adlanır. Onlar müxtəlif ölçü əməliyyatlarının nəticəsində yaranır. Buna görə də bəzən kə­miyyət təsviri ölçünün göstəricilərinin qeydiyyatı kimi çıxış edir.

Müqayisə



Yüklə 78,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin