Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
1
XOCALI SOYQIRIMI
MÜNDƏRĠCAT
Xocalı faciəsinə gedən yol .................................................................................................................... 2
Faciəyə gedən yol ................................................................................................................................. 4
Xocalı soyqırımının səbəbləri ............................................................................................................... 8
Xocalı ümid çırağımız idi ................................................................................................................... 12
Yuxarı Qarabağ və Xocalı 1988-ci il 12 fevral, 1992-ci il 26 fevral olaylarında ................................. 14
Tariximizin daĢ salnamələri - Xocalı: daĢ yaddaĢımız ........................................................................ 17
Azərbaycandakı Xocalı soyqırımı ....................................................................................................... 20
ArayıĢ ................................................................................................................................................ 23
Fevralın 25-dən 26-na keçən gecə... .................................................................................................... 28
366-cı rus hərbi alayı Xocalını qanına buladı ...................................................................................... 31
Kiçik, uzaq və indi ölü Ģəhər Xocalı ................................................................................................... 35
366-cı motoatıcı alayın Xocalı soyqırımında iĢtirak edən zabit və praporĢiklərinin siyahısı ................ 37
Ġlk rəy və məlumatlar ......................................................................................................................... 39
ġahidlərin söylədikləri ........................................................................................................................ 41
Xocalı soyqırımı 20-ci əsrin ən dəhĢətli faciələrindəndir ..................................................................... 46
Xocalı. Bizim bilmədiyimiz həqiqətlər ............................................................................................... 49
Əsirlərin söylədikləri .......................................................................................................................... 53
Soyqırım faktları ................................................................................................................................ 55
Xocalı faciəsində həlak olanların siyahısı ........................................................................................... 58
Xocalı soyqırımının xarici mətbuatda əks-sədası................................................................................. 68
Xarici ölkə jurnalistləri Xocalı soyqırımı haqqında ............................................................................. 76
Xocalı soyqırımı haqqında ilk məlumatı "Səhər" çatdırıb .................................................................... 78
Xocalı faciəsinə hər Ģey açılıb deyilməyib .......................................................................................... 80
Beynəlxalq cinayət faktı ..................................................................................................................... 82
Xocalı faciəsi beynəlxalq cinayət olaraq Ermənistanın Azərbaycan xalqına qarĢı apardığı məqsədyönlü
soyqırımı siyasətinin tərkib hissəsidir ................................................................................................. 88
Xocalı sakinləri nicat gözləyirdilər ..................................................................................................... 90
ġəhidlər və Ģahidlər ............................................................................................................................ 92
Nahaq qan yerdə qalmaz..................................................................................................................... 94
Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu birmənalı təsdiqləyir ................................. 95
Erməni vandalizmi təkcə Xocalını yox, oradakı mövcud olan ən qədim maddi-mədəniyyət abidələrini
də yer üzündən sildi............................................................................................................................ 97
Xocalı soyqırımı bəĢəriyyət əleyhinə cinayətdir .................................................................................100
Xocalı soyqırımı Beynəlxalq Ədalət Məhkəməsi perspektivində ........................................................103
Soyqırımlar arasında nə fərq var? ......................................................................................................111
Xocalı faciəsi beynəlxalq hüquqda soyqırımı kimi tövsih olunur ........................................................115
Ermənistanın Azərbaycana qarĢı ərazi iddiası — Xocalı soyqırımı .....................................................118
SOYQIRIM insanlıq əleyhinə cinayətlərin ən təhlükəlisidir ..............................................................125
Xocalı faciəsi kollektiv sarsıntı, kollektiv yaddaĢ və milli identiklik amili kimi .................................127
Xocalı soyqırımı Ermənistanın həyata keçirdiyi məqsədli və düĢünülmüĢ siyasət kimi
qiymətləndirilməlidir .........................................................................................................................130
Xocalı soyqırımının hüquqi təhlili .....................................................................................................134
Xocalıda törədilmiĢ erməni vandalizmi ..............................................................................................137
Xocalı soyqırımına gedən yol ............................................................................................................140
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
2
Xocalı faciəsinə gedən yol
1988-ci ilin fevral ayından Stepanakertdə ermənilərin mitinqləri baĢlandı. Sanki sehrli dirijor çubuğu ilə
idarə olunan mitinqlər sakit məcrada davam edir, ermənilər müxtəlif tələblər irəli sürürdülər. Bu tələblərin
içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi. Buna baxmayaraq Azərbaycanın o vaxtkı
rəhbərliyi bu mitinqlərin sosial-iqtisadi, mədəni tələblərlə bağlı olduğunu bildirir, həqiqəti ört-basdır edirdilər.
KeçmiĢ sovet hökuməti isə Dağlıq Qarabağın sosial-iqtisadi problemlərinin həll edilməsi ilə bağlı qərar qəbul
etməklə kifayətlənirdi. Qərarın mürəkkəbi qurumamıĢ Azərbaycanın var-dövləti Stepanakertə daĢınmağa
baĢlandı. Ermənilərə də elə bu lazım idi...
1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmıĢdı. Öz
dədə-baba yurdlarından - Ermənistandan zorla, vəhĢiliklə qovulan azərbaycanlıların harayını eĢidən yox idi.
Ermənilər isə kütləvi Ģəkildə silahlanır, vilayətdə yaĢayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından
didərgin salırdılar. Dağlıq Qarabağda vaxtilə azərbaycanlılar 78 kənddə, yaĢayıblar. Hadisələr baĢlayandan
sonra məlum oldu ki, orada cəmi beĢ-on Azərbaycan kəndi qalıb. Hələ hadisələrə qədər ermənidaĢnaklar 230-a
yaxın azərbaycanlı evini, yandırmıĢ, 200-dən artıq evi isə zəbt etmiĢdilər.
Unutqanlıq isə həmiĢə yeni faciələrə yol açır. O vaxt Yerevanda nəĢr olunan "Kommunsit" qəzeti belə bir
informasiya dərc etmiĢdi ki, erməni özünümüdafiə Ģurasını sədri A. Arturyanın və həmin Ģuranın üzvü
A. Mkrtıçyan ġuĢa rayonunun Verdadzor kəndinə səfərdən sonra Yerevana qayıdaraq bütün erməniləri Dağlıq
Qarabağa səfərbərliyə səsləyiblər. Və təbii ki, bu çağırıĢ cavabsız qalmadı. Erməni daĢnak-könüllülərin
Qarabağa axını baĢladı və Azərbaycanın bu regionu qaynar qazana çevrildi.
1990-cı ilin iyul ayında Azərbaycanın o vaxtkı prezidenti A. Mütəllibov daha "uzaqgörən" bir göstəriĢ
vermiĢdi: "Azərbaycan və erməni kəndləri arasında barıĢıq müqaviləsi bağlansın". Bu mənasız göstəriĢi
dəstəkləyən bir çox ziyalılar, əmək qabaqcılları, pedaqoqlar televizorda, qəzet səhifələrində çıxıĢ edərək
deyirdilər: "Əgər bir gün də azərbaycanlılar ermənilər kimi qoĢun düzəltsələr, onda nə baĢ verə bilər? Ġki millət
bir qarıĢ torpaqdan ötrü bir-birini qırıb məhv etsinmi?"
Stepanakertdə nəĢr olunan "Sovetski Karabax" qəzeti isə 1990-cı il 10 iyul tarixli sayında yazırdı: "Artsax
iqtisadi suverenlik qazandı" və bu münasibətlə ermənilər Moskvanın Dağlıq Qarabağdakı Rusiya "caniĢini"
A. Volskinin xidmətlərini xüsusi qeyd edirdilər. Elə həmin il Ermənistan Ali Sovetinin sessiyası Dağlıq
Qarabağın Ermənistana birləĢdirilməsi haqqında qərar qəbul etdi. Bu qərara qədər isə Ermənistanda 140 min
nəfərə yaxın üzvü olan silahlı dəstələr yaradılmıĢ və Dağlıq Qarabağa göndərilmiĢdi. Azərbaycan tərəfi isə
Moskvadan kömək umur, nicat gözləyirdi. Nəhayət, erməni-daĢnak silahlı qüvvələri Azərbaycana qarĢı elan
edilməmiĢ müharibəyə baĢladılar. 1991-ci ilin oktyabr ayında Mardaket rayonunun Ġmarət-Qərvənd (Kərəmli)
kəndi erməni silahlı dəstələri tərəfindən yandırıldı, onlarla dinc sakin qətlə yetirildi. Bunun ardınca Tuğ,
Xocavənd, Kərkicahan, Cəmilli, MeĢəli, Malıbəyli, QuĢçular, Qaradağlı kəndləri erməni daĢnak ordusu
tərəfindən yandırılaraq azərbaycanlı əhaliyə divan tutuldu. 1991-ci ilin oktyabr ayından 1992-ci ilin fevral ayına
qədər, yəni beĢ ay müddətində ermənilər Dağlıq Qarabağı azərbaycanlılardan demək olar ki, "təmizləmiĢdilər".
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni-daĢnak silahlı qüvvələri və keçmiĢ sovet 366-cı
motoatıcı alayı Xocalıya divan tutdu, ən dəhĢətli soyqırım törədildi. Buna qədər isə Xocalı erməni-daĢnaklar
tərəfindən tam mühasirəyə alınmıĢdı. Yollar tamam kəsilmiĢ, Xocalı taleyin ümidinə buraxılmıĢdı. Halbuki
xocalılar erməni-daĢnak hərbi qüvvələrinə mərdliklə müqavimət göstərir, Ģəhəri çətinliklə də olsa qoruyub
saxlayırdılar. DüĢmən elə buna görə də Xocalı sakinlərini vəhĢiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə yetirdi.
Faciənin miqyası son dərəcə böyük və dəhĢətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsız
insanların cəsədləri ilə dolmuĢdu. Yer-göy qan ağlayırdı. Ermənilər qadınlara və uĢaqlara, qocalara və xəstələrə
rəhm etmədən hamını güllələyərək süngüdən keçirmiĢdilər. Xocalı sakini Kamil Hüseynov o dəhĢətli günləri
belə xatırlayır:
- Ermənilər Xocalıya girəndən sonra hər tərəfi oda qalayır, qarĢılarına çıxan azərbaycanlıları sorğu-sualsız
güllələyirdilər. Fevralın 26-da gecə saat 10-11 radələrində meĢə ilə Abdal-Gülablı tərəfə yol aldıq. Qocalarda,
qadınlarda, uĢaqlarda taqət qalmamıĢdı. Vahimə, soyuq və aclıq bizi heydən salmıĢdı. ġərqiyyə adlı qadın və bir
yaralı əsgər gözlərimin qarĢısında keçindi. Ermənilər yaĢayan Dəhraz kəndi yaxınlığında mühasirəyə düĢdük.
Və bu zaman 5-6 nəfər həlak oldu. Ġki gün bizi Dəhrazda saxladılar. Girov götürülən 12 nəfər cavanı bir qədər
aralıda güllələdilər. 35 gün erməni əsirliyində ən dəhĢətli, iĢgəncəli anlar yaĢadıqdan sonra Qırmızı Xaç
tərəfindən əsirlikdən azad oldum.
Həmin vaxt 15 yaĢı olan Salman Qasımov anası, qardaĢı və qohumları ilə birlikdə 12 gün ac-susuz
meĢələrdə qalmıĢ, dəhĢətli anlar yaĢamıĢdır. Xocalı soyqırımı zamanı 10 yaĢı olan Ədalət isə baĢlarına
gətirilənləri belə nəql edir:
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
3
- Fevralın 25-i idi. Gecə ermənilər Xocalıya hücum etdilər. Hərə bir tərəfə qaçırdı. Atam, anam və
qardaĢımla birlikdə meĢəyə tərəf qaçdıq. Üç gün meĢədə ac-susuz qaldıq. Yanımızda bir neçə nəfər soyuqdan
donaraq öldü. Qəflətən ermənilər bizi atəĢə tutdular. Atam və anam həlak oldu. Hər ikisinin meyiti qarın
üstündə qalmıĢdı. Gücümüz çatmırdı ki, onların cəsədini kənara aparaq. Sonra bizi xilas etdilər. Atamı və anamı
Bərdə rayonunda dəfn etdik.
Erməni vəhĢiliyinin iç üzü budur! Türk qanına susayan erməni-daĢnaklarının törətdikləri soyqırım, bu
dəhĢətli faciə Xocalının salamat qalan sakinlərinin gözləri qarĢısında baĢ verib.
Fevralın 26-sı gününü mən də yaxĢı xatırlayıram. Soyuq, sazaqlı bir qıĢ günü idi. ġelli dağında
ermənilərin əlindən qaçıb qurtulmuĢ uĢaqları, qadınları və qocaları xəstəxanaya yola saldıq. Yaralarından qan
axan bu insanlar bir-birindən - ana baladan, ata oğlundan, qardaĢ bacıdan ayrı düĢmüĢdü. Onları ovundurmaq
mümkün deyildi. Çox dəhĢətli, ürəkparçalayan mənzərə idi. Ağdam özünümüdafiə batalyonları döyüĢə-döyüĢə
Xocalı sakinlərinin cəsədlərini dağlardan, dərələrdən toplayırdı. Ġnsanlığa sığmayan, yalnız erməniyə xas olan
faciə ilə üz-üzə qalmıĢdıq. Sağ qalmıĢ insanlardan kimi dindirsən belə deyirdi: bizim bu sözlərimizi bütün
Azərbaycana çatdırın. Respublikanın rəhbərlərini lənətləyirik. Onlar satın və namərddirlər. Torpaqlarımızı, bizi
qumara qoyublar. Ona görə də tələb edirik ki, Heydər Əliyev Azərbaycana gəlsin, bu xalqı qırğından,
müsibətdən xilas etsin. Nicatımız yalnız ondadır!
Həmin gün gecədən xeyli keçmiĢ Xocalıda vəziyyətə dair rəsmi məlumat televiziya və radio ilə oxundu.
Belə məlumat verildi ki, hadisələr zamanı guya iki nəfər azərbaycanlı öldürülüb. Bax, bu zaman Xocalı
soyqırımını dünyaya çatdırmağa çox ciddi maneçilik törətdi. Əhali arasında çaĢqınlıq yarandı. Bəlkə də bütün
bunlar qəsdən edilirdi. Çünki qarĢıda hələ ġuĢa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli
rayonlarının iĢğalı dayanmıĢdı!
Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danıĢan Heydər
Əliyev Xocalı sakinləri ilə görüĢündə demiĢdir: "... biz toplaĢıb Xocalı faciəsinin cavabını verək, Ģəhidlərin
qanının yerdə qalmaması gününü görək. Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın
hüdudlarını tamamilə bərpa edək. Ġnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir".
Xocalı soyqırımının onuncu ili tamam olur. Bu faciə zamanı böyük bir yaĢayıĢ məntəqəsi yer üzündən
silinib, azərbaycanlılara qarĢı amansız soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.
200 nəfərdən çox insan müxtəlif dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab verməlidirlər. Əgər bunu edə
bilməsən, gələcək nəsillər bizi heç vaxt bağıĢlamayacaqdır!
Salman Alıoğlu. Bura Vətəndir. Bakı: 2003, S.80-83.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
4
Faciəyə gedən yol
Xocalı soyqırımı hazırlanmıĢ plan idi
Ötən əsrin 92-ci ilinin fevralında tarixdə görünməmiĢ qətliam baĢ verdi. Türkləri özlərinin əbədi düĢməni
hesab edən ermənilər məskunlaĢdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhĢiliklər törətməklə, Xocalı
adlı bir yurd yerini yer üzündən sildilər - insanlar amansızlıqla qətlə yetirildilər, əsir götürüldülər, Ģəhər isə oda
qalandı. Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi. Bəs, bu vəhĢilik, bu soyqırım bir andamı baĢ verdi?
Bunun qarĢısını almaq mümkün idimi? Heç olmasa, insanları xilas etmək olmazdımı? Bu sualların sırasını
sonsuzluğadək uzatmaq olar. Amma nə faydası? Onsuz da onlara doğru-dürüst cavab verən tapılmayacaq. Çünki
o vaxt baĢ verənlərin kökləri və səbəbləri, eləcə də səbəbkarları elə dərin . basdırılıb ki, ordan gələn səslər
eĢidilməz olub.
Əslində isə Xocalı faciəsi əvvəlcədən hazırlanmıĢ plan əsasında törədilmiĢdi. Bu planın müəllifləri
Moskvada oturub, gözəgörünməz barmaqlarını Qarabağda iĢə salmıĢdılar. Kimisi Azərbaycan kimi "yağlı bir
tikəni" əldən verməməyə çalıĢır, kimisi yüz illər boyunca çalıĢdığı arzusuna çataraq, torpaq iddiasını həyata
keçirmək istəyir, kimisi də bu fani dünyada müvəqqəti olan vəzifə kürsüsünə özünü pərçim etmək üçün yüz
hoqqadan çıxırdı. Bütün bu oyunların qurbanları olan adi adamlar isə gözlənilməz bəlaların fırtınasında qətlə
yetirilir, əsir-girov götürülür, yurd yerindən qovulurdu. Bir millətin, bir obanın, bir elin taleyinin həll olunduğu
günlərdə hələ də yuxarıdan ssenariləĢdirilmiĢ və səhnəyə qoyulmuĢ tamaĢa davam edirdi...
Söz önü
1991-ci ilin noyabrında çoxdan bəri "ana bətnində" doğuĢa hazır olan qanlı müharibəyə start verildi. Hələ
avqust ayında Rusiya və Qazaxıstan prezidentləri Boris Yeltsin və Nursultan Nazarbayevin Qarabağa səfərindən
sonra (o vaxt Azərbaycan prezidenti olan Ayaz Mütəllibov Xankəndidə ermənilərlə keçirilən görüşə
buraxılmadı. Bax, onda Qarabağ ətrafında böyük oyunlar getdiyini anlamayan milləti Qarabağsızlıq aqibəti
gözləyirdi və bu, belə də oldu. Siz bu barədə dəfələrlə yazsaq da, səsimizə səs verən tapılmadı, çünki Bakıda da
başqa oyunlar gedirdi - S.Ş.). Birinci Qarabağ müharibəsi ən qızğın Ģəkildə baĢlamıĢdı. Ancaq "bəlkə də
qaytardılar" prinsipinə üstünlük verən Azərbaycan rəhbərliyi imperiya zəncirlərini birdəfəlik qırıb atmaq
istəmirdi. Çünki bu zəncirlər Azərbaycan Rusiyaya iliĢdirdiyi qədər, sadə adamları da imperiya nökərlərinin
istəyinə bağlamıĢdı. Elə buna görə də 1991-ci ildə müstəqilliyimizi qoruyub-saxlamaq üçün ən vacib Ģərt olan
ordu quruculuğu arxa plana keçirilmiĢdi.
Bəli, 1991-ci il noyabrın 19-da Xocavənd sakinlərini amansızlıqla öz yurdundan qovan, 20-də
Azərbaycanın ən dəyərli oğullarının bir qrupunun olduğu vertolyotu partladaraq 23 nəfəri vəhĢiliklə qətlə
yetirən ermənilər (Əslində, bu, Rusiya qoĢunlarının Xankəndidə dislokasiya olunan 366-cı alayı və
Ermənistanın muzdlulardan formalaĢdırılmıĢ ordunun əməlləri idi - S.ġ.) müharibənin baĢlandığı barədə siqnal
verdilər. Və bu iki hadisəyə Azərbaycan tərəfinin necə reaksiya verməsindən bəlkə də, çox Ģey, hətta Qarabağ
müharibəsinin taleyi asılı idi. Biz hələ o vaxt - 20 noyabr hadisəsindən dərhal sonra bunu dönə-dönə təkrar edir
və bildirirdik ki, bu cinayətə görə cəzasız qalan ermənilər, ardınca daha ağır qətliamlar törədəcəklər. Yenə də
jurnalistləri ara qızıĢdırmaqda suçlamaqda davam edən ölkə rəhbərliyinin "çərxi" bildikləri istiqamətdə
fırlanmaqda idi. Ancaq hadisələrin gediĢi bizim haqlı olduğumuzdan xəbər verirdi. Xocavəndin taleyini Yu-xarı
Qarabağın azərbaycanlılar yaĢayan digər məntəqələri bir-birinin ardınca yaĢamalı oldular.
MeĢəlidən Malıbəyliyə
Erməni cəlladları türk qanını içdikcə və arxasında rus ordusunun gücünü hiss etdikcə daha da
quduzlaĢırdı. Ġndi azərbaycanlıların yaĢadığı kəndlər növbə ilə boĢaldılır, əhaliyə divan tutulur, evlər
yandırılırdı. Hələ də Moskvadan kömək gözləyən Azərbaycan rəhbərliyi isə bu ağır və faciəli səhnələri
izləməkdən savayı, heç bir tədbir görmək istəmirdi. Ermənistan ordusunun növbəti dayanacağı isə MeĢəli
kəndində oldu. Taleyin ümidinə buraxılmıĢ kənd camaatı təpədən-dırnağadək silahlanmıĢ erməni-rus hərbi
birləĢmələrinin quduz əsgərləri ilə üz-üzə qalmıĢdı. Burda bir neçə nəfər OMON-çu olsa da, kənddə yetərincə
silah-sursat yox idi. Ona görə də 5-6 nəfərin ümidinə qalan MeĢəli oda qalandı; insanlar vəhĢiliklə qətlə
yetirildilər, əsir düĢənlərin baĢına müsibətlər gətirildi, kənd yer üzündən silindi.
Erməni ordusunun vəhĢilikləri isə davam edirdi. Artıq Azərbaycan Yuxarı Qarabağa nəzarəti tamam
itirmiĢ, bir ovuc dığanın qarĢısında aciz qalmıĢdı. Ürəyi Vətən eĢqi ilə, düĢmənə nifrət hissiylə alovlanan oğullar
isə silah-sursat olmadığından, müharibəyə dövlət tərəfindən icazə verilmədiyindən istədikləri kimi hərəkət edə
bilmirdilər. Milli Ordumuzun qaranquĢu olan, bacarıqlı hərbçi, mərhum ġirin Mirzəyevin yaratdığı batalyona da
iri-miqyaslı hərbi əməliyyatlar keçirməyə imkan verilmədi.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
5
1991-ci ilin sonunda baĢlayan müharibədən bir-iki il keçəndən sonra demək olar ki, Yuxarı Qarabağın
azərbaycanlılar yaĢayan kəndlərinin əksəriyyəti boĢaldılmıĢdı, qalan yalnız bir neçə iri kənd, ġuĢa və Xocalı idi.
1992-ci ilin baĢlanğıcı Azərbaycan üçün çox ağır oldu. Yanvarda DaĢaltı əməliyyatı uğursuzluqla sona
yetdik-dən sonra bilərəkdən əhali arasında belə bir rəy formalaĢdırırdılar ki, guya Milli Ordumuz hərbi
əməliyyatlar keçirməyə hazır deyil. Məhz bu, bir daha sübut edirdi ki, DaĢaltıda baĢ verənlər qəsdən hazırlanmıĢ
planın həyata keçirilməsi imiĢ. Bunu əməliyyatda bilavasitə iĢtirak edənlər də təsdiqləyirdilər.
Fevralın 11-12-də Qarabağın qədim yaĢayıĢ məskənlərindən biri, ən inkiĢaf etmiĢ kəndlər - Malıbəyli və
QuĢçular kəndləri erməni-rus hərbi birləĢmələrinin hücumlarına məruz qaldı. Hələ yanvarın sonu, fevralın ilk
günlərində bu kəndlərin müdafiəçiləri gözlənilən təhlükə haqqında respublika rəhbərliyini məlumatlandıraraq,
hərbi yardım barədə müraciət etsələr də, nəticə olmadı. Daha doğrusu, yuxarıdan "panika yaratmayın" cavabını
aldılar. Sonradan isə onlara yardım göndəriləcəyi vəd edildi və bu, vəd olaraq da qaldı.
Mütəllibov hakimiyyətinin baĢı ayrı iĢlərə - cəbhəçilərlə münasibətləri aydınlaĢdırmağa qarıĢmıĢdı.
Rəhbərlik yaxınlaĢan bəlaları görmək iqtidarında deyildi.
Bu ərəfədə Xocalı ermənilərin mühasirəsində özünün son günlərini yaĢayırdı. Ağdamın Mərkəzi
meydanında hər gün keçirilən mitinqlərdə Xocalıya təcili kömək göndərilməsi məsələsi qaldırılsa da, kömək
yalnız ərzaqdan ibarət olurdu ki, bunu da rus ordusunun Gəncədəki hissəsinin vertolyotları edirdi. Müharibə
odu, alovu ilə Qarabağı udmağa baĢlamıĢdı.
Malıbəyli və QuĢçular kəndləri iĢğal edildikdən sonra Xocalı, demək olar ki, tam olaraq arxasız-dayaqsız
qaldı. Ermənilərin əl-qolu açılmıĢdı, qətnamələr bir-birini əvəz edirdi.
Dostları ilə paylaş: |