A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3.29 Mb.

səhifə12/31
tarix03.04.2017
ölçüsü3.29 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
Moskva-Bakı 

 199 

 

 



ÜRƏYİM AĞRIYIR 

 

Vallah, heç bilmirəm nədən danışım ki, mənim qoca 



riyaziyyat müəllimim demişkən, işin içindən iş  çıxmasın. 

Yaxşı, ta keçib, qoy qudamgilə getməyimi və qudalarımla, həm 

də gəlinimlə, eləcə də onun bacısı və qardaşıyla tanış olmağımı 

sizə  nəql eləyim. Bəli, bir gün oğlum dirədi iki ayağını bir 

başmağa ki, gərək mən səni gəzdiyim qıznan tanış eləyəm və 

həm də ki, onun ata-anasıyla, odur ki, gərək bəs onlara qonaq 

gedək. Nə qədər elədimsə də ki, əşi, nə vacib olub, dedi yox ki, 

yox. Və  mən  ən nəhayətdə aman–zaman bircə  oğlumun 

könlünü sındırmaq istəmədim və doğrusu, elə özum də gələcək 

gəlinimi görməyə maraqlanırdım. Və odur ki, təyin elədim bir 

gün qudamgilə qonaq getməyə  və  oğlum da bu barədə onlara 

xəbər çatdırdı. Özüm qəsdən elə bir gün təyin eləmişdim ki, 

maaşımı aldığım gün olsun. Məqsədim də bu idi ki, gəlinimə, 

yainki onun kiçik qardaşına, ya özünnən balaca bacısına, yaxud 

da elə  bəlkəm, ata–anasına qabiliyyətli bir hədiyyə alım və 

beləliklə də təzə qohumların yanında nə oğlum başıaşağı olsun, 

nə  də ki, mənim üzüm qara. Deyir əyyamda düşər  şənbəyə 

novruz. Gətirdi maaş aldığım gün də düşdü  şənbəyə. Nə olar, 

şənbə daha yaxşı. Bəli, oğlum xəbər elədi ki, sabah sizə gəlirik. 

Bazar günü axşamtərəfi çıxdım eyvana, əyləşdim, bir az 

qəzetə-zada baxdım, üç-dörd stəkan pürrəngi çay içdim, sonra 

da durub təzə köynəyimi ütülədim, geyindim, kostyumumu da 

geyindim və təxminən belə saat altı olardı, çağırdım oğlumu ki, 

yavaş-yavaş yola düzələk. Evdən belə tez çıxmağımızın səbəbi 

güman ki, sizə aydındır. Mağazalar bağlanmamış bir yaxşı şey 

almaq fikrində idim ki, həmin şeyi aparaq təzə qohumlarımıza 

hədiyyə. Yolda oğlum elə hey gəzdiyi qızı  və onun ailəsini 

tərifləyirdi. Ay belə yaxşı adamlardır, ay belə kulturnudular, 

axsıranda üç dəfə üzr istəyirlər, ayaqlarını beş dəqiqə silməmiş 


 200 

otağa girmirlər, da nə bilim nə! Mən də lap sevinirdim. Vallah, 

mənim də bu dünyada elə bircə sevincim varsa, o da oğlumdur. 

Min  əzabını  çəkmişəm. Anasız uşaq böyütmək asan iş deyil. 

Anası rəhmətə gedəndə yazıq uşağın heç bir yaşı olmazdı. İndi 

maşallah, bir gör nə boydadır. Boy–buxun... üzdən çox 

xoşsifətdir. Ali məktəbi bildir qurtardı. İndi altı aydır ki, injinar 

işləyir. Məvacibi də özünə çatır. Bir az da canına cəfa bassa, 

ailədə dolandıra bilər. İndi də ki, göylünə yatan qız tapıb, qoy 

evlənsin. Allah xeyir versin. Atanın arzuladığı  nə olar? 

Evladının xoş günü, xoş yaşayışı... İndi ki, xoşuna gəlib, göylü 

sevib, xoşbəxt olsunlar. Bu fikirlərlə  gəlib mağazaya çatdıq, 

gördüm bağlıdır. Yazısına baxıb barmağımı dişlədim. "Ey dili–

qafil", – dedim, – fikrin hardaydı, huşun qaçıb? Axı bu gün 

bazardır. Mağazalar iki saat tez bağlanır. Lənətə  gələsən kor 

şeytan, gərək gələcək qohumların evinə  əliboş gedək. Bu heç 

yaxşı olmadı". 

–Bura bax, oğlum, – dedim, – bəlkə səfərimizi təxirə salaq. 

Cavab verdi ki, yaxşı çıxmaz, çünki iki gün əvvəldən xəbər 

eləyiblər və qızın anası da "Mudrost çudaka ili Jan Jak Russo" 

adlı bir piroq bişirib və hamısı da əməllicə hazırlaşıblar və 

məni gözləyirlər. Və qızın anası həm də əlavə edib, ki, əgər bu 

gün gəlməsəniz, piroq qıcqırar və odur ki, mütləq getməliyik. 

Bu sözlərdən mən lap oldum pərişan və  həm də çox pərt 

oldum. Ondan ötəri kim, əli  ətəyindən uzun getməli olurduq. 

Nə isə, oğlum darta-darta apardı məni. 

İzdihamlı bir küçəyə çıxdıq və oğlum dedi ki, bu elə həmin 

onların küçəsidir və bax odur, onların dəhlizi də. Elə 

dəhlizlərinə olsa-olsa beş-on addım qalmışdı ki, baxdım divarın 

dibində  qəribə bir şey görünür. Hava qaralmaq üzrə idi və 

gözüm də pis gördüyündən əvvəl seçə bilmədim ki, bu adamdı, 

yainki başqa bir şeydi. Və adam deyildisə də nə idi? Doğrudur, 

rəngi boz idi, amma ki, daş ola bilməzdi, o səbəbdən ki, çox 

böyük idi və güman eləmək olmaz ki, şəhərin belə  mərkəz 

küçəsində bu boyda daşı qoysunlar qalsın. Yavuq gəlib gördüm 


 201 

ki, bu bir dilənçi arvaddı. Bürünüb köhnə bozarmış çarşaba. 

Elə büzüşüb, elə büzüşüb və çarşaba da elə bürünüb ki, heç üzü 

də görünmür və bunun zənən cinsindən olduğu tək bir 

çarşabından bilinir. Görünür, xəzri bu biçarəni bir günə salıb 

ki, elə  üşüdüb ki, o da öz əsas peşəsini, yəni ki, dilənməyi 

yadından çıxarıb və heç kəsdən də heç bir şey istəmirdi. Və 

çarşabına da elə  bərk–bərk bürünmüşdü ki, guya bu nimdaş 

çarşabın bir istisi var. Arvad başını, üzünü, bütün vücudunu 

çarşab altında elə yaman gizlətmişdi ki, heç barmağının ucu da 

çıxmırdı bayıra və elə də hərəkətsiz idi ki, doğrudan da, bunu 

daş bilmək olardı. Amma külək bərkidikcə o daha da 

büzüşürdü və  məlum olurdu ki, çarşabın altındakı daş deyil, 

insandır və həm də canlı insandır. Mən buna pul vermək fikrinə 

düşdüm və bu məqsədlə  də saldım  əlimi cibimə.  Əmma ki, 

bütün xırda pullarım qalmışdı o biri şalvarımın cibində  və bu 

şalvarımın cibində isə hədiyyə almaq üçün götürdüyüm bir şax 

əllilikdən savayı bir qara köpük də tapılmadı. Mən də ki, allah 

şahiddir o varlı  şəxslərdən deyiləm ki, hər tində dilənçiyə bir 

əllilik bəxşiş eləyəm.  Əslin istəsən heç varlı adamların içində 

də, hələ əllilik demirəm, heç onluğu da yolçuya paylayana mən 

rast gəlməmişəm. Və bu da əlbəttə haqdı. Adam yolçuya onluq 

bağışlasa, bəs onda daha hörmətli bir adamın evinə qonaq 

gedəndə ona neçəlik hədiyyə alıb aparsın gərək? Məsələn, 

uzağa niyə gedək? Heç insafdı ki, mən indi qonaq getdiyim 

adamlara, yəni ki, canım-ciyərim bircə  oğlumun canı-ciyəri 

olan adamlara əlli manatlıq hədiyyə almaq istədiyim bir halda 

heç tanımadığım bir dilənçini də layiq görüm həmin məbləğə? 

Yox, əlbəttə, yox! Və mən dilənçinin yanından düz keçdim və 

heç vicdan əzabı da çəkmədim, ona görə ki, bu dilənçi heç 

istəmirdi də bir şey məndən.  Əgər o istəsəydi və  mən 

verməsəydim, bəlkə onda bir narahatlıq duyardım. Amma yenə 

də özümü təmamən sakit eləmək üçün müraciət etdim oğluma: 

Adə! Xırdan yoxdur ki? Oğlum fikirli halda başını buladı, 

amma mən  əmin idim ki, o, heç mən dediyimi eşitmədi də, 


 202 

çünki bu dəmdə onun fikri tamamilə ayrı bir yerdə idi və indi o 

yaşayırdı başqa bir aləmdə. Dəhlizə çatanda mən döndüm bir 

də dala baxdım və gördüm ki, bir nəfər milis dürtmələyə–

dürtmələyə qarını qovur ki, bu küçədə dilənmək olmaz. Bir 

istədim dönəm, deyəm ki, yazıqdır, dəymə, o heç ağzın açıb 

dinmir, sora fikirləşdim ki, nə işimə? 

Bu milis tayfasıyla iş açmaq cəncəldir. Bir də görürsən tutdu 

mənim də yaxamdan ki, gedək uçastaka. Bu bir məxluqdur ki

dinin–məzhəbin bilmək olmaz. Oğlum məni fikirlərimdən 

ayırıb dartdı yuxarı pilləkənlərinən. Mən yenə dedim: 

–Ay Fərhad, axı yaxşı deyil əliboş getmək. Gəl qayıdaq, 

sabah bir şey alıb gələrik. 

Amma Fərhad qoymadı ki, qoymadı. Dartdı  məni düz 

üçüncü mərtəbəyə. Qapının zəngini basdı. 

Mən bir də dedim: – Vallah, heç yaxşı olmadı. 

Biabırçılıqdır. 

Sözümü qurtarmamışdım ki, qapı açıldı, kök bir arvad, 

deyəsən qızın anası idi, qapıya çıxdı və bizi görcək çığırdı:  

–Oho, Farik, pirvet. Skolko let, skolko zim. Gta tvoy oteü? 

Mən  əvvəl duruxub qaldım. Gördüm ki, arvadın qaşı-gözü 

qapqaradır. Dedim, bəlkə  məni ayrı millət bilib. Azərbaycanlı 

olduğumu bildirməkçün dedim: 

–Xoş gördük.  

Dedi: 

–Pirvet! Pirvet! Zaxadi! 



İçəri girdik. O biri otaqdan bir kişi gəldi. Deyəsən, kök 

arvadın əri idi. Arvad dedi: 

–Paznakomsa Mikael, eta ates Farik. 

Və Mikael deyilən mənə yanaşıb əl verdi: – Mı oçen rad – 

dedi – Kak delo? 

Mən yaxşı başa düşmədim və odur ki, gülünc vəziyyətə 

düşməməkçün onun bu sualını cavabsız qoymağı daha münasib 

bildim. Bizi otağa dəvət elədilər. Yenə  də urus dilində. 

Təəccüb məni bürümüşdü. Yəni ki, bu mənimçün təzə bir 


 203 

məsələ deyildi. Mən çox gözəl bilirdim ki, bir çox mədəni 

ailələrdə başqa dildə danışmaq dəbdir,  ələlxüsus da belə 

ailələrin gəncləri üçün öz dillərini bilmək mandır. Bilirdim ki, 

bəzi ailələrdə cavan oğlanlar öz ana dillərində yeddimərtəbə 

küçə söyüşündən qeyri heç bir söz bilmirlər və cavan qızlara 

isə söyüş söymək  əyib və yaraşmayan bir iş olduğundan öz 

dillərini öyrənməyə  də heç bir ehtiyac qalmır və bu səbəbdən 

də  işti-şayət təsadüfən bir yerdə, məsəlçün azərbaycanca  şer 

oxunduğun eşidəndə bu onlara Afrika meşələrində yaşayan 

buşmenlərin dili qədər  əcaib gəlir və onlar qulaqlarını tutub 

qaçırlar. Bəli, bunlar hamısı öz yerində, bunların heç biri 

mənimçün təzə  xəbər deyil. Məni  ən çox təəccübə  gətirən bu 

idi ki, Fərhad da bu işə zərrə qədər təəccüblənmədi. Və indiyə 

qədər danışmışdı  mənə  təzə qohumlarının hər işindən, ta 

taxtabitilərinin sayına qədər demişdi, amma bu 

xüsusiyyətlərindən heç bir şey deməmişdi. Hələ bu sənə 

peşkəş, ona nə deyirsən ki, Fərhad özü də bunlarnan bunlar 

kimi qırıldadırdı. Bir istədim qurumsağın qulağından tutub 

şilləni çəkim üzünə, sonra öz-özümə dedim ki, ay axmaq, 

neynəyirsən, başına at təpməyib ki? Hə, sözün qısası, əyləşdik 

otaqda. Otaqları çox bər-bəzəkli idi. Da nə sayım, bütün 

mədəni ailələrdə olması vacib olan şeylər burda cəm olmuşdu. 

Televizor, radio, yumşaq mebel, royal və i. a. 

Az sonra qızın (gəlinimi deyirəm) özündən balaca bacısı və 

qardaşı otağa keçdilər. Məni görüb təəccüblə üzümə baxdılar. 

Sonra qız  şalvarımın balağına baxdı  və barmağıyla 

qardaşına da göstərdi və o da baxdı mənim şalvarımın balağına 

və hər ikisi bərkdən qəhqəhə çəkib güldülər. Atası da bunların 

gülməklərini görüb oturduğu yerdən durub gəldi və  mənim 

şalvarımın balağına baxıb qəhqəhə  çəkdi, xeyli güldü və bir 

qədər sakitləşəndən sonra qışqırdı: Lyalya, Lyalya (arvadının 

adı Leyla idi) ti tolko basmatri qaqoy şiroki bryuk, pryama 

klyoş, mojno Meriçka öbka delat. 

Və arvadı da mənim şalvarıma baxıb qəh-qəh çəkdi və xeyli 


 204 

gülüb sakitləşə bilmədi. Gördüm Fərhad başını salıb aşağı, 

qıpqırmızı  qızarıb və elə bir haldadır ki, çırtma vursan qanı 

damar. Və  mən indi başa düşdüm ki, Fərhad nə üçün köhnə 

genbalaq şalvarını verib daraldırmış onların balağlarını. Deyən 

elə Mikael da Fərhadın pərtliyini hiss elədi və söhbəti 

dəyişmək məqsədilə dedi: 

–A qde Meriçka, Alik pazavi Meriçka. 

Meri mənim gəlnimin adı idi. Bu ad mənə yaxşı tanış idi. 

Eşqdən yuxusuz gecələr Fərhad həmin bu adı təkrar edərdi öz-

özünə yüz kərə, min kərə. Və  məni də yatmağa qoymurdu. 

Qoymurdu ki, eşq sözünü çoxdan yaddan çıxarmış sinni kişi 

rahatlansın. Baş–beynim gedirdi: Meri, Meri, Meri... 

Doğrusu, mən də  oğlumun bu Merisini görməyə çox 

darıxırdım. Axı necə olsa aman–zaman bircə  oğlumun həyatı 

bağlanacaq adam elə bu Meridi ki, var. Və indi də Merinin 

görünməməsi, yubanması  həm tükəndirirdi mənim səbrimi və 

həm də  mənə bir az xoş  gəlirdi. Öz-özümə deyirdim gör nə 

həyalı  qızdır, yaş ötüb iyirmi beşi, necə deyərlər, ali təhsilli 

həkim babadır, hədd-buluğa çatmış bir şəxsdir, amma yenə də 

görünür gələcək qayınatasının yanına çıxmaqdan bir az çəkinir. 

Necə olsa cavandır da! Taxsır məndədir. Nə vacib idi gəlmək. 

Elə bu vaxt Alik qaça–qaça gəldi və dedi ki, Meri gəlmir, 

radionun qabağında oturub əntiqə bir caz tutub və qulaq asır. 

Mikael dedi ki, get de Fariknən atası  gəlib. Alik getdi və az 

sonra o biri otaqdan bir səs eşidildi ki, həmin səs yayıldı 

Fərhadın ürəyinə necə bir incə musiqi nəğməsi və Fərhadın üzü 

güldü və  mən də bundan qandım ki, bu səs həmin onun 

istəklisinin səsidi. Meri çığırırdı ki, "Xoroşo da, slışala da, 

konçitsa pridu da. Dayte sluşat, ne ubequt je oni". 

Mən fikir verdim ki, Meri də balaca bacısı və qardaşı kimi 

urusca səlis danışır, atası, anası kimi yox. 

Fərhaddan soruşdum ki, bu caz deyilən nə şeydir ki, ondan 

ayrılmaq olmur. Bu sözümə yenidən hamı qaqqıldadı  və hiss 

elədim ki, Fərhad da xeyli pərt oldu, baxma ki, gülümsədi və 


 205 

heç bir cavab vermədi və durub o biri otağa istəklisinin yanına 

keçdi. 

Gətirib çay qoydular, növ-növ mürəbələr, qənfetlər, 



şakaladlar düzdülər. Arvad dadlı bir piroq gətirdi qoydu stolun 

üstünə və dedi ki: Spesalnı dlya vam priqatovil. Və əri də dedi 

ki, ay malades, şikarni piroq. 

Yeyib-içməyə başladıq. Piroq doğrudan da çox dadlı idi. 

Amma ki, danışmağa söz tapmırdıq. Fərhad o qədər danışmışdı 

ki, mənə  təzə qohumlarımın mədəniyyətindən və indi mən 

qorxurdum ağzımı açıb bir söz deməyə ki, səhv eləyərəm və 

hamı mənə gülər, necə ki, bayaq. Bir "caz" sözünü bilmədim, 

üzümə belə güldülər, hələ dalımca necə  şəbədəyə qoyub ələ 

salacaqlar. Dinməz otursam məsləhətdir. Dinməz iki stəkan çay 

içdik. O "caz" deyilən nə idisə görükür ki qurtardı, çünki Meri 

yanında da Fərhad bu otağa gəldilər. Merinin gözəlliyinə söz 

yox idi. Doğrudur, saçının burumu, həm də geyimi mənim 

xoşuma gəlmədi. Amma ki, bunlar hamısı boş şeylərdi. Saçuvu 

belə burmazsan, belə burarsan, olar yaxşı, Paltarı da ki, 

istəyirsən belə tikdirməzsən, belə tikdirərsən. Bir də axı  nə 

olsun mənim xoşum gəlmir. Mən köhnə adamam və moddan–

zaddan da yaxşı başım çıxmır. Bəlkəm elə saçın nə  qədər 

gödək olsa, o qədər yaxşıdır baş ağrın da az olar. 

Bir də lap düzü mənimçün heç gözəllik də əsas deyil. Hamı 

gözəl olmaz ki! Əsas odur ki, ağıllı olsun, xasiyyəti yaxşı 

olsun, qanacağı–qabiliyyəti olsun. Bu sarıdan da, yəni 

qanacaq–qabiliyyəti, mədəniyyəti deyirəm, Fərhad mənim 

beynimi elə doldurmuşdu ki, mən lap əmin idim: gəlinim 

mərifət,  ədəb–ərkan dağarcığıdır və  mədəniyyətə heykəl 

qoyulsa, gərək onun və ailəsinin heykəlini qoysunlar. Hə, hər 

neysə axır ki, Merini gördük. Qız mənə  ağuzucu bir salam 

verib özün divana yıxdı və fit çalmağa başladı. Sonra da: Ma, 

mne piroq, – deyə çığırdı.  

Dilim dinc durmadı, dedim: 

–Qızım, dur özün götür də, sən anannan cavansan. 


 206 

Meri təəccüblə  mənə baxdı  və dedi: – Çto? – Deyəsən 

dediyimi yaxşı başa düşməmişdi. Fərhad könülsüz tərcümə etdi 

və bu zaman qız ürəkdən bir: Püff! – eləyib üzünü o biri tərəfə 

çevirdi və fit çalmağa başladı. Mən dediyimə peşman oldum

amma insafən atası da mənim sözümə haqq verdi: 

–Vı prav – dedi – Lyalya ix zabalaval. 

Meri bu sözləri qəbul elədi, tam bir etinasızlıqla və lakin 

birdən ilan vurmuş kimi sıçradı  və  cəld radiocihazın üstünə 

cumdu: 


–Çut ne zabıla, – dedi, – konsert. – Bir əcnəbi adı çəkdi ki, 

əməlli tanımadım. 

Dərhal bacısı–qardaşı onun yanına qaçdılar və sevinclə 

attanıb–düşdülər və həmin adı təkrar edib: 

–Ura! Ura! – deyə qışqırışdılar. 

Radionu yandırıb hər üçü qayıtdı  və  əyləşdi divanda və 

böyük bir maraqla gözləməyə başladılar. Amma görünür, Meri 

vaxtı çaşdırmışdı, çünki bu dəm radiodan muğamat səsi gəldi, 

özü də Zülfü oxuyurdu. 

Meri qaşlarını çatdı,   sonra da   nə isə  düşdü yadına: 

–Ax da, çerez ças, – dedi. – Ya zabıla, ved u nas zdes 

bakinskoe vremya, – və radionun üstünə cumdu 

söndürməkçün. Mən çoxdandı Zülfünü eşitməmişdim. Odur ki, 

böyük həvəs və  ləzzətlə qulaq asmağa hazırlaşmışdım. Və 

görəndə ki, bu ləzzəti əlimdən alırlar, yalvardım: 

–Qızım, keçirmə, – və başa düşsün deyə əlimlə işarə etdim. 

Meri çiyinlərini çəkdi, geri qayıtdı, divanda oturdu və dedi: 

–Ne panimaö, kak mojno sluşat takoe mıçanie.  

Və sonra eşitdim ki, Fərhad Meriyə döndü: 

–Ya nə znayu, çto s nim, vabşe on toje preziraet muğamı.  

Bu ağ yalandan qan vurdu beynimə. Amma yenə də özümü 

saxladım. Muğamatın kədər və möhnət dolu aləminə dalmağa 

başladım. Bir də gördüm Meri durdu. 

–Nu znaeş, Farik, ə dalğşe ne v silax terpet eto – və o biri 

otağa keçdi. Bacısı, qardaşı da dalıycan. Az sonra Leyla: 


 207 

–Prastite mine, – deyib otaqdan çıxdı  və  ən nəhayətdə 

Mikael də bir bəhanəylə sürüşdü otaqdan. 

Otaqda bir mən qaldım və bir də  Fərhad. Fərhad demə 

bayaqdan məndən yığıbmış  və indi tökdü hamısını üstümə. – 

Dur gedək, – dedi, – biabır olduq, elə  gərək 

mədəniyyətsizliyimizi burda göstərəydik? Özünü belə niyə 

aparırsan, belə niyə danışırsan. Yaxşı olar ki, desinlər oğlunun 

forsuna bax, atasının mədəniyyətinə, savadına, qanacağına bax! 

Dur gedək heç olmasa bu biabırçılıq qurtarsın. 

Dedim: 

–Kəs səsüvü, köpəy oğlun qoduğu. Sən öləsən, Zülfü "Şur" 



təsnifini qurtarmayınca buradan çölə ayaq basan kişi deyil. 

Farhad gördü ki, yox qırımım ayrıdı. Da söz demədi. O da 

keçdi öz istəklisinin yanına. Beləliklə  də  mən lap tək qaldım. 

Hə bir də Zülfünün yanıqlı  səsi. Sən öləsən, ömrümdə 

muğamata belə  ləzzətlə qulaq asmamışdım. Hərdənbir ev 

yiyələri gah o qapını, gah bu qapını açıb otağa boylanırdılar. 

Bilmirəm da nəyi yoxlayırdılar, muğamatın qurtarıb–

qurtarmadığınımı, yoxsa ki, mən getmişəm, ya yox? Axırda 

Fərhad içəri girdi dedi: 

–Əşi, söndür bunu da. Bütün evi bu otaqdan didərgin 

salmısan. 

Elə bu dəmdə muğamat qurtardı və radio dedi: 

–Xosume Baku.  

Dedim: 


–Hə, indi söndürə bilərsən. Çağır qohum–qardaşuvu 

gəlsinlər, görüşək gedək. 

Mikael, sonra arvadı, nəhayət iki qızı  və bir oğlu gəldilər, 

görüşdük. 

Mikael dedi: 

–İnaqda zaxadite. 

Meri dedi: 

–Hm, da.  

Arvadı dedi: 


 208 

–Pirvet. 

Oğul da başın yellədi və dedi: 

–Poka. 


Və bircə kiçik qızı heç nə demədi və  mənim  şalvarımın 

balaqlarına baxıb bir də qaqqıldadı.  

Mən də bütün fikrimi cəmləyib dedim: 

–Do svidaniə. 

Hamı böyük bir ruh yüksəkliyi ilə dedi:  

–Do svidaniə, da svidaniya, – və uzun zaman qapıdan 

ardımızca baxdılar. 

Küçəyə çıxanda Fərhad soruşdu: 

–Nu kak? 

Da təəccüb eləmədim. Dedim ki, lap əsl sənə layiq 

adamlardı, xoşbəxt olun və artıq bir şey demədim. Onu orada 

buraxdım və izdihamlı küçədən qaranlıq dar bir döngəyə 

çıxdım. 

Bu gün gördüyüm şeylər haqda düşünə-düşünə gedirdim ki, 

bir də gördüm kimsə lap ayağımın altında zarıdı: 

–Ay bala, qurbanın olum, qabağında ölüm sənin, görüm səni 

heç vədə neynim, necə eləyim deməyəsən, yazığın gəlsin, 

qurban olum, allah sənə ömür versin, möhtac qalmayasan, 

zaval görməyəsən, qurbanın ollam, ay bala. 

Diksindim. Dönüb baxdım. Çarşabından tanıdım. Bu bayaq 

həmin gur, yaraşıqlı küçədə büzüşüb üşüyən dilənçi idi. Oradan 

milis qovduğundan gəlib oturmuşdu bu dar qaranlıq dalanda, 

bilə-bilə ki, ayda-ildə bir adam keçmir bu dalandan. 

Nədənsə həmin dəqiqədə qıçımın yandığını hiss etdim və elə 

o saat da anladım ki, qıçımı yandıran cibimdəki  əllilikdir. 

Çıxarıb əlliliyi arvada uzatdım. Qaranlıqda seçə bilmədi, sonra 

da gözlərinə inanmadı və ən nəhayətdə pulu öpdü. Gözlərində 

bir ifadə vardı ki, ah, nə deyim?.. Onu bilirəm ki, 55 yaşıma 

yaraşmayan bir çevikliklə qaçdım o yerdən uzağa. 

Nə isə... heç bilmirəm bunu niyə sizə danışdım. Bilmirəm 

bu gün nə olubdur mənə. Baş-ayaq vururam. Özümü də yaman 


 209 

pis hiss eləyirəm. Ürəyim ağrıyır. 

 

1958 

 


 210 

 

 

 

 

 

60-CI İLLƏRİN 

H E K A Y Ə L Ə R İ  

 

 211 

 

 



DÖRD ÇAHAR 

 

–Adam gərək hər işi görəndə vicdanla görə, – deyə Murtuz 



müəllim çaydan bir qurtum alıb stəkanı  qırağa qoydu. – Axı 

niyə elə iş görəsən ki, sabah ağzı göyçəyin birisi sənə irad tuta 

bilsin. Namus ki, var, ay Zəki, duru su kimi şeydir, bir damla 

çirk düşdümü, bulanacaq. 

Murtuzla mən eyvanda oturub çay içə-içə söhbət edirdik. 

Yayın cırhacırı idi. Murtuz müəllim arvadını Kislovodskiyə 

göndərmişdi, özü də sabah Soçiyə gedirdi, mən isə yayı Bakıda 

qalmalı idim; qəbul komissiyasının üzvü idim. Söhbət də elə bu 

barədə gedirdi. 

Murtuz müəllim hələ küncdə-bucaqda gizlənib qalmış bəzi-

bəzi adamlardan danışırdı. Belə-belə adamların bəziləri bəzən 

görürsən hansı qaranlıq yollarlasa ali məktəb müəllimliyinə də 

yetişir və min fəndlə özlərini qəbul komissiyalarına saldırırlar. 

Murtuz müəllim qəndi stəkanda isladıb ağzına qoydu, 

çayından bir qurtum da içdi və söhbətinə davam etdi: 

–Bəli, dəsgah onda başlayır. Bir ayın içində zalım balası 

görürsən özünü elə düzəldir ki, daha nə deyim. Altına o qədər 

yığır ki, ondan sonra evini top da dağıtmaz. Canımçün, Zəki, 

elə adam tanıyıram ki, hər balı düz min manata verir. Nəqd beş 

min sana, bir beş qiymət başının altında. 

–Ay Murtuz, o haqq-hesabnan "iki" də gərək iki minə olsun 

ki... 


–Sən zarafat elə! Canımçün, oğlanlar var ki, bir sessiyada 

əlli mini, yüz mini qatlayıb qoyur cibinə. Bəs yayın bu 

cırhacırında dəlidir qala Bakıda... Mənim kimi o da gedər 

özüyçün Soçiyə, Kislovodskiyə. Yox, bir il, iki il burda istidə 

bişə-bişə qalır ki, sonra bütün ömrü boyu kefi haraya gəldi 

gedə bilsin... – Birdən Murtuz müəllim duruxub susdu, 

üzündən bir kölgə keçdi və gözümün düz içinə baxıb  əlavə 


 212 

etdi: – Zəki, birdən ürəyinə ayrı  şey gələr ha. Sən də bu yay 

qəbul komissiyasındasan, sonra deyərsən Murtuz mənə söz atır. 

–Əşi, ay Murtuz, heç istəmirdim, bilsən  Əsəd başıma nə 

oyun açdı, güclə saxladı. Deyir... 

Murtuz sözümü ağzımda qoyub bərkdən şaqqıldadı. 

–Ay-hay! Rəhmətliyin oğlu, guya mən bilmirəm. Yox, 

qardaş, o sənin kimi, mənim kimilərin işi deyil, ona da xüsusi 

fərasət, bacarıq, zirəklik lazımdır. O özü də bir ustalıqdır. 

Amma, ay Zəki, istəmirəm o fərasəti də, o pulu da, o qorxunu 

da. Köhnə kişilərin sözü olmasın, haram malın bərəkəti də 

olmaz. Elə deyil? 

–Əlbəttə, Murtuz, elədir. Amma, doğrusu, mən bu ali 

məktəblərdə rüşvət məsələsinə  də çox inanmıram. Bəlkə indi 

Bakının on beş institutunun birində bir ya iki nəfər elə 

namussuz tapılar, ancaq görürsən bunu bəzən elə şişirdirlər ki, 

nə bilim daha necə!.. 

Murtuz dərhal mənimlə razılaşdı. 

–Elədir, Zəki,  əlbəttə, düzdür, amma axı onu da adamın 

vicdanı götürmür. Qırx ildi Sovet hökuməti qurulub, göyə 

adam buraxırıq, sən də burda qanunsuz, çirkin iş görəsən? 

Yaraşmaz e, yaraşmaz! Nə  cəmiyyətimizə yaraşan işdi, nə  də 

xalqımıza! Mənə qalsa, mən belələrini lap camaatın gözü 

qarşısında güllələyərəm! 

–Bizim direktor Əsəd də elə deyir. Onun yanında bu barədə 

söhbət düşəndə deyir ki, boş danışıqlardan bir şey çıxmaz. Bax, 

mənim institutumda bircə  nəfər elə adam göstərin, sonra 

tamaşa eləyin, dalısıynan işiniz yoxdur. Gör mən onun başına 

nə oyun açaram. Vallah, Murtuz, doğma qardaşı ola ha, bilə 

qanunsuz iş görüb, öz əliylə boğar. Yaman mərd adamdır! 

–Ooo,  Əsəd ayrı  oğlandır. Kişi adamdır. Amma, Zəki, 

bilirsən də, o cür iş tutan elə tutur ki, fələk özü də gəlsə heç bir 

şey isbat edə bilməz. Dərd də ondadır da! 

–Bəli. 


İkimiz də dərindən köksümüzü ötürdük. Murtuz nərd taxtanı 

 213 

açıb "uzun" düzməyə başladı. Mən atdım–"se". O atdı "pənc". 

Murtuz hər iki zəri əlinə alıb dedi: 

–Zəki, indi öz aramızdır. Sən də milyoner deyilsən də, ailən 

böyük, özün də aylıq məvacibə baxırsan. Çahar dü! 

–Özümüzə çatır. Dübarə! 

–Yox, onu demirəm. Pənc çahar. Bilirəm çatır. Bu çahar. 

Bəs pənc hanı? Yaxşı, bu da pənc. Amma kim istəməz ki, daha 

yaxşı yaşasın, daha gözəl dolansın. Yek oyna. Hə? Düz 

demirəm? Hamı istəyər axı. 

–Doğrudur. 

–Hə. İndi sənin yerində o zalım oğlu fikirləşir ki, yaxşı, bu 

cəhənnəm istisində qalmışam burda. Özüm də  xəstə. 

Cəhənnəmə, dünyanı  mən düzəltməyəcəm ki, bir iyirmidən, 

otuzdan alıb qoyum cibimə. Gedim yeyim, içim, gəzim, kefimi 

çəkim, dünya beş gündür, mənim də damağım çağ olsun, o 

imtahan verib instituta girənin də. 

Mən zərləri kənara qoydum: 

–Yaxşı, mənim də damağım çağ oldu, instituta girənin də. 

Bəs instituta düşməyənin necə? O bundan yaxşı bilirdi. Amma 

bu tapşırılmışdı, düşdü, o biri düşmədi. Bəs o düşməyənin kefi-

damağı necə olsun? 

Murtuz əllərini havada yellədi. 

–Məsələ  də elə burdadır də. At zərivi. Yeqanlar! Burda 

ortalığa çıxır bir məsələ. Hansı məsələ? Namus, vicdan, qeyrət 

məsələsi. Şeş se. Bu şeş, bu da se. 

–Bilmədin, se əldən idi. 

–Hə, məsələ də ondadır, – deyə Murtuz sözünə davam etdi. 

– Deyir tüpürürəm sənin otuz mininə  də,  əlli mininə  də. Bir 

parça yavan çörəyimi yeyərəm. Namusum, vicdanım ləkəsiz 

qalar, gül kimi adımı bədnam eləmərəm. Xalqımın da gözünün 

içinə dik baxa bilərəm. İki bir! Mən ölüm elədir, ya yox? 

–Elədir ki, var, – dedim. – Şeş qoşa! 

–Əsas xalqdır, Zəki, xalq! Biz gərək elə  iş tutaq ki, 

xalqımızın başı uca olsun. Ali məktəb xalqın yüksəkliyidir. 


 214 

Müəllim millətin fəxridir. Ali məktəblərdə çirkin işlər tutmaq 

olmaz. Müəllim gərək nalayiq hərəkət eləməsin. Xalq, millət 

bizdən haqq-hesab tələb eləyəcək. Bu andıra qalmış iki bir 

məndən nə istəyir!... Zəki, bilirsən, bizim millətin gözəl bir 

ənənəsi var. Düldülü! Bu da ondan ibarətdir ki... 

Təəssüf ki, mən bu ənənənin nədən ibarət olduğunu bilə 

bilmədim. Zəng çalındı, mən qapıya getdim və Murtuzun sözü 

yarımçıq qaldı.  

Gələn iki nəfərdən biri bizim əvvəlki evdə qonşumuz idi. 

İkinci kişini ilk dəfə görürdüm. 

–Xoş gəlmisiniz, buyurun, Sadıq,   içəri keçin. 

–Zəki müəllim, bizim xalaoğluyla tanış ol. 

–Çox şadam, Zəki İmanzadə. 

–Teyyub Cahangirov. 

–Zəki müəllim, deyəsən qonağın var? 

–Hə, gəlin, tanış olun. Murtuz müəllim bizim hörmətli 

müəllimlərdəndir. 

Sadıq əl verdi: 

–Necə ki, adın çox eşitmişdik, amma şəxsən tanış deyildik. 

İndi şükür, feyziyab olduq. 

Murtuz dedi: 

–Yaxşı igidin adını eşit, üzünü görmə.  

Sadıq irişdi: 

–Yox, müəllim, igid elə igiddir. Adı da, özü də. Amma Zəki 

müəllim görünür sizdən də igid çıxıb. – O, nərdi göstərdi, – 

deyəsən marsdı? 

–Yox, hələ demək çətindir. Yaxşı, Murtuz, oyunumuzu 

burda saxlayaq. Dalın sonra oynarıq. – Qonaqlara müraciət 

etdim: – Çaydan, çörəkdən? 

Razılıq etdilər. 

–Bilirsiniz də, arvad-uşağı göndərmişəm Şuşaya. Sizə yaxşı 

qulluq eləyə bilməyəcəm. Amma indi olandan... 

–Ay Zəki müəllim, subaylıq-sultanlıqdır. Bildik təksən, 

dedik bir baş çəkək, görək nə var, nə yox. 


 215 

–Hə, lap yaxşı. Çoxdan görünmürsən, Sadıq. 

–Əşi, iş-güc qoyur ki! 

–Bir–birimizin kef-əhvalı haqqında, ailələr haqqında nə 

mümkünsə hamısını soruşub cavab aldıq. Hava söhbəti də, 

necə deyərlər, tamama yetdi. Daha danışmağa söz yox idi. 

Sükut çökdü. Sadıq "Kazbek" çıxardıb hamıya təklif etdi. 

Murtuz çəkən deyildi. Teyyub alıb çəkməyə başladı. Sadıq bir 

qullab vurub dedi:  

–Zəki müəllim, sən ki, maşallah, çəkən deyilsən, – sonra 

üzünü Teyyuba tutub əlavə etdi: – Zəki müəllim  nə papiros 

çəkər, nə də o zəhirmardan dilinə vurar. 

Teyyub nə isə anlaşılmaz bir şey fısıldadı. Bu kök, yekəpər, 

qırmızısifət,  şişman kişi bayaqdan bəri öz adından başqa bir 

kəlmə belə söz deməmişdi. O, yalnız parovoz kimi tövşüyür və 

üzündən salxım-salxım axan tərini silirdi. 

Sadıq hırıldadı: 

–Doğrusu, Zəki müəllim, qulağıma bir söz çatıb, amma heç 

inanmağım gəlmir. Deyirlər maşın almaq istəyirsən. Necə 

söhbətdi? 

–Nədi ki, yetim əlində qoğal əcayib? 

–Eh, ay Zəki muəllim, kaş elə  mən də  sənin kimi yetim 

olaydım! 

Sadıq bunu deyəndə Teyyub bərkdən kişnədi. Güman ki, bu 

onun gülüşü idi. Sadıq irişə-irişə davam etdi: 

–Adamın bir-iki nəfər sənin kimi "yetim" dayısı olsa, nə 

dərdi var? Zəki müəllim, sözüm ondadır ki, belə səninlə maşın 

nə isə uyuşmur e. Sən belə  təmkinli, sakit adamsan, suyu 

üfürə–üfürə içirsən, səni rul dalında heç təsəvvür edə bilmirəm. 

Hə, Zəki müəllim, mən ölüm, vur bura! – Sadığın üzünün 

ifadəsi ciddiləşdi. – Amma zarafat bir yana qalsın, lap yaxşı 

fikrə düşmüsən. Maşın ayrı aləmdir! – O, Murtuza tərəf döndü. 

– Müəllim məndən yaxşı bilər, elə  rəhmətlik Sabir kişi də 

deyib ki, əcnəbilər balona minib göydə mayallaq aşırlar, biz 

hələ avtomobilə də minmirik. 


 216 

–Sabir bir az ayrı cür yazıb, – deyə Murtuz sözə qarışdı. – 

Amma ümumiyyətlə maşın yaxşı  şeydir. Mən özüm də bir 

"Volqa"dan, "Pobeda"dan almaq istəyirəm. Oğlum iki ayağını 

dirəyib bir başmağa. Görək, gələn il düzəlsə... 

Sadıq birdən Teyyubun çiyninə şappıltı ilə çəkdi və hər ikisi 

bərkdən qaqqıldadı. 

–Necə  yəni düzəlsə, ay rəhmətliyin nəvəsi! Teyyub lələnin 

canı sağ olsun! Bütün Bakının cəmi maşınları bu kişinin 

ixtiyarında! Ölməmişik ki, haçan desən qulluğunuzda hazırıq! 

–Qul sahibi olasınız. Çox sağ ol, əzizim, çox razıyam. 

–Yox, öz canımçün doğru sözümdür. Yaxşı, sən ki, Zəki   

müəllim "Volqa"nın açarını qoymusan cibinə! 

Mən əvvəl başa düşmədim, sonra isə anlayıb güldüm. 

–Ay Sadıq, bəxtəvərlikdən dəm vurursan. Açar-zad nədi, a 

kişi, qoy oturmuşuq. Hələ növbəyə yazılmışam, məndən qabaq 

yüzə  qədər adam var. Özü də "Volqa"ya gücüm çatmaz, 

"Moskviç" almaq istəyirəm. 

Sadıq və Teyyub elə  bərkdən  şaqqıldadılar ki, (Teyyub, 

daha doğrusu, kişnədi) elə bil qarşılarında mən – Zəki 

İmanzadə deyil, Molla Nəsrəddinin özü oturub ən duzlu 

lətifələrindən birini danışırdı. 

–Ay Zəki müəllim, ay Zəki müəllim, idealist olub qaldın! Ə 

kişi, növbəylə kim maşın alır! Növbəyə dursan, on il də 

duracaqsan! 

–Camaat necə, mən də elə. 

Hiss edirdim ki, şablon sözlər deyirəm. Ançaq bəzən elə 

şərait olur ki, həqiqəti, doğrunu məhz  şablon sözlərlə ifadə 

etmək lazım gəlir. 

Birdən Sadıq sanki nə isə xatırlayıb mənə baxdı. 

–Dayan, dayan, Zəki müəllim, deyirsən "Moskviç" 

istəyirsən? 

–Aha, 

–Çox gözəl, çox da pakizə! – Sadıq  əlini-əlinə vurub 



Teyyuba tərəf döndü. – Teyyub, bu saatca ağlıma bilirsən nə 

 217 

gəldi? Sən öl, sənin "Moskviç"in lap Zəki müəllimin malıdı! 

Teyyub nə isə  fısıldadı. Sadıq eyvandan əyilib, aşağıda 

qapımızın ağzında dayanmış yaşıl "Moskviç"i göstərdi. – 

Budur e, elə burda dayanıb. Teyyub "Volqa" alıb, odur ki, elə 

bu "Moskviç"i verməyə adam axtarırdı. Özü də  qət təzə 

maşındı. 

Murtuz xəbər aldı: 

–Nə qədər gedib? 

–Cəmi-cümlətanı beş min iki yüz kilometr! Özü də, 

canımçün, motoru saat kimi işləyir. Hə, Zəki müəllim, 

sağlığına qismət olsun! 

–Çox sağ ol, Sadıq, amma bu nisyə söhbətdir. Bu saat 

mənim maşın almaq imkanım yoxdur. Mən bir ilə, il yarıma 

nəzərdə tutmuşdum. 

–Eh, ay Zəki müəllim, Teyyub elə oğlanlardan deyil. Götür, 

maşın olsun sənin. Pul-zad da lazım deyil. Mən elə bunu 

Teyyubun da adından deyirəm, neçün ki, xasiyyətinə bələdəm. 

–Yaxşı qanmadım, necə  yəni? – Mən bunu deyəsən bir 

qədər sərt dedim, çünki Sadıq nə isə tutulan kimi oldu və 

dərhal sözü dəyişdi. 

–Yox, onu deyirəm ki, yəni qaçhaqaç deyil ki, dostuq, 

aşnayıq. Adamın adama doverisi olar. Götür maşını işlət. Pulun 

da vamnan verərsən. Bir hissəsini indi, bir hissəsini bir il, il 

yarımdan sonra, haçan kefin istəsə! 

–Çox sağ ol Sadıq, amma bu havayı danışıqlardı, keç ayrı 

söhbətə. 

Sadıq susdu və  nədənsə  əyri-əyri Murtuza tərəf baxdı. Bu 

baxışı  mən də, Murtuz da tutduq. Az sonra Murtuz ayağa 

durdu: 


–Zəki, telefon hardadır, mənim bir uzun-uzadı telefon 

söhbətim var. 

Murtuz o biri otağa keçdi. Sadıq stulunu mənə yaxın çəkib 

səsini bəmə saldı. 

–Zəki müəllim, vallah, sənin belə  qəribə xassiyyətin var e! 


 218 

A kişi, biz də sovet vətəndaşıyıq, vətəndaşlıq borcumuzu da 

bilirik və indi bacardığımıza, fərasətimizə görə yerinə 

yetirməyə də çalışırıq. Amma belə vasvasılıq da yaxşı deyil də, 

he, he, he! Zəki müəllim, yaxşı, sən maşını mağazadan yox, 

bizdən alsan, pulunu da birdən yox, erməni demiş "qamas-

qamas" versən dünya dağılmaz ki, sovet hökumətinə bir şey 

olmaz ki, hə?  

–Yox, olmaz. 

–Nə olmaz? 

–Sovet hökumətinə bir şey olmaz, amma o sən deyən iş də 

olmaz, baş tutmaz. 

–Bax, bu olmadı da, Zəki müəllim, sən özünü bizə yad 

biləndə, biz də səni yaxın saya bilmərik, bir sözümüz, dərdimiz 

olsa, deyə bilmərik. Hə? Mən ölüm, necə sözdü? 

Mən nəzakət və qonaqsevərlik haqqında bütün bildiklərimi 

səfərbər edib gülümsənən sayaq oldum. 

–Yox, niyə ki... 

–Bilirsən, Zəki müəllim, indi mən sənin yanına  ərk eləyib 

gəlmişəm. Bizim xalanəvəsi, Teyyubun oğlu sənin sənətini 

seçib. Deyir elə mən də Zəki dayım kimi olmaq istəyirəm. Hə, 

indi dokumentlərin də verib sizin instituta. Maşallah, çox 

zəkalı, qabiliyyətli uşaqdır, amma bir az utancaqdır, bir də belə 

çox nervnidir, imtahan-zad olanda da lap özünü itirir, 

bildiklərini də yadından çıxarır, görürsən dili tutuldu, bir kəlmə 

danışa bilmədi.  İndi, Zəki müəllim, uzun sözün qısası, səni 

deyib gəlmişik. Teyyub mənə deyəndə dedim xalaoğlu, sən lap 

arxayın ol, ürəyivi buz kimi elə, Zəki müəllim mənimlə 

qaranoydı, qardaş kimiyik, sözümü yerə salmaz. Zəki müəllim, 

gərək elə biləsən öz balandır. Necə deyərlər, əti sənin, sümüyü 

mənim, gərək ona kömək eləyəsən, biz orda səndən başqa heç 

kəsi tanımırıq.  İndi sən özün bil də, kimi görmək lazım, nə 

lazımdı, göz üstə! Sən ancaq bizə papaq elə! 

Teyyub nəhayət dilləndi: 

–Xəcalətdə qalmarıq, – deyə fısıldadı. 


 219 

Mənim ürəyim şiddətlə döyünürdü. Hiss edirdim ki, rəngim 

də qaçmışdır. Ağzımı açıb bir kəlmə danışa bilmirdim, elə bil 

nitqim tutulmuşdu. Sadıq yan cibindən balaca bir kağız çıxarıb 

mənə uzatdı: 

–Bax, uşağın adı, qruppası, listin nömrəsi, hamısı burda 

yazılıb. Amma, Zəki müəllim, sən məndən yaxşı bilərsən, 

hamısı beş olmasa balı çatmaz, ha. Bir də ki, – o, yenidən 

küçəyə əyildi, – şərtimiz belədir, biz səni dost bilib, ərk eləyib 

uşağı tapşırırıq, sən də  gərək bizi dost biləsən, ürəyimizi 

qırmayasan, maşını qaytarmayasan. 

–Peşkəşi qaytarmazlar ki, – deyə Teyyub bir daha fısıldadı. 

Mən kağızı Sadığa uzatdım: 

–Otuz il müəllimlik eləmişəm, Sadıq, – dedim. Hiss edirdim 

ki, həyəcandan səsim əsir, bir uşaq kimi əsəbiləşdiyimçün daha 

da pərtləşirdim, – səninlə  də beş il qonşu olmuşuq. Amma, 

doğrudan təqsirkaram, nöqsanımı boynuma götürürəm, bu günə 

qədər səni tanımamışam, nə yuvanın quşu olduğunu 

bilməmişəm. İndi tanıdım. 

Sadıq belə gözləmirdi. O, bir an karıxdı, lakin dərhal özünü 

ələ alıb dedi: 

–Belə niyə, Zəki müəllim, niyə qanını qaraldırsan, biz sənə 

dost kimi... 

–Mənim sən adda dostum yoxdur. 

–Belə oldu? 

 –Hə, belə oldu.  

–Axır sözündür. 

–Ümumiyyətlə səninlə axır görüşümdür. 

Teyyub fısıldaya-fısıldaya: 

–Bacıoğlu, bəlkə "Moskviç"i bəyənmədin, "Volqa" 

düzəldərik, – dedi. 

Ən dəhşətlisi o idi ki, bu adam bu sözləri kinayə kimi yox, 

ciddi təklif kimi deyirdi. 

–Bu saat ikiniz də itilin burdan, yoxsa prokuror çağıraram. 

Mən onların ardınca qapını  çırpan kimi Murtuz təəccüblə 


 220 

soruşdu: 

–Nə oldu? 

–Heç nə əşi. İti qovan kimi qovdum. 

–Niyə axı, nə deyirdilər ki? 

Biz eyvana çıxdıq. 

Mən hələ də əsəbdən titrəyə-titrəyə məsələni danışdım. 

–Əşi, bir toxta, belə nadürüstlərlə neyləmək olar! 

Əsəbiləşmə! At! dü!.. Namus, vicdan ki, olmadı... çətindi.  İki 

bir.  Ən pisi də o oldu ki, bir şey eləmək olmur. İşi elə bic 

tuturlar ki: şahid yoxdur. Heç nə isbat eləməyəcəksən. Üstəlik 

sənə böhtançı adı da yaxarlar, kitab bağlanar. 

–Bəli,– dedi, – bəla da ondadır. Amma, aşna, öz aramızdır, 

marssan ha. 

–Hə, indi bir dörd çahar Murtuz lələşinçün dərmandır. Ay 

dörd çahar hardasan? 

–Al, bu da dörd çahar. Sən istədin, mənə gəldi. 

–İt sümüyüdür də, – deyə Murtuz həsrətlə zərlərə baxdı. 

Maşın qapısının  şappıltısı  eşidildi. Çağrılmamış "qonaqlar" 

yaşıl "Moskviç"lərinə  əyləşirdilər. Birdən gözüm maşının 

nömrəsinə sataşdı. Sən bir təsadüfə bax, nömrə mənim atdığım 

zərlərin eyni idi: 44-44. Dörd çahar. 

– Yaxşı, Murtuz, – dedim, – sən mars! Amma mən bunu 

necə oynayım axı? Nəyimə lazım idi mənə dörd çahar verdi? 

Murtuz köksünü ötürdü: 

–Allah ondan mənə vermir ki... 

Bu əhvalatın nəticəsi sonrakı il oldu. Onu da deyim ki, o il 

Teyyubun oğlu birinci imtahandan üç aldı, mənim 

imtahanımdan isə bütün obyektivliyimə baxmayaraq (axı, 

uşağın nə  təqsiri vardı?), bir suala belə cavab verə bilməyib 

kəsildi. 

Gələn yay qəbul komissiyasına mənim yerimə Murtuz 

qalmışdı. Mən isə ailəmi bir "Pobeda"ya doluşdurub Göy gölə 

aparmışdım. Bir-iki yerdə az qala qəzaya uğramışdıq, amma 

ümumiyyətlə pis keçmədi. Avqustun axırında Bakıya qayıtdıq. 


 221 

Sentyabr gəldi, dərslər başladı. Bir səhər qəzetləri gözdən 

keçirəndə gözümə bir felyeton dəydi. Ora-burasına baxdım, 

gördüm adlar tanışdır. Söhbət mənim bildirki qonaqlarımdan – 

avtomobil alverçiləri Teyyub Cahangirovdan və Sadıq 

Məhərrəmovdan gedirdi. Min cür fırıldaq işlətmiş bu qoşa 

haramzada indi məhkəmə salonunda da cüt oturmuşdular. 

Felyeton çox duzlu yazılmışdı. Yaman da geniş yayılmışdı. 

Küçədə, bayırda hamı ondan danışırdı. 

İnstitutda 

müəllimlərdən biri məndən soruşdu: 

–Oxumusan? 

–Hə. 

–Amma yaman yazıblar. Çox tutarlıdır. Bilirsən də, hərifin 



oğlu bizim institutda oxuyur. 

–Kimin oğlu? 

–Əşi, Cahangirovun da. Odey, bax, həmin o gədədir. 

Uzunsaç. 

Mən o göstərən səmtə baxdım və gözlərimə inanmadım. Bu 

həmin bildir kəsdiyim oğlan idi. 

–Necə oxuyur? – deyə soruşdum. 

–Necə oxuyacaq? Avaranın biridir! Dərsə-zadada gəlmir. 

Bilmirəm heç bura necə düşüb. 

Birdən elə bil məni ildırım vurdu. Yadıma düşdü ki, Murtuz 

deyirdi təzə maşını var. O, maşını institutun həyətində 

saxlayırdı. Mən həyətə qaçdım. 

Bəlkə  də  məni təqsirləndirəcəksiniz, bəlkə deyəcəksiniz ki, 

Zəki maymaqdır, sadəlövhdür, adamları tanıya bilmir, həmişə 

gec tərpənir. Amma hər halda mən həyətdəki yaşıl "Moskviç"in 

44-44, dörd çahar nömrəsini görən kimi birbaş Əsədin yanına 

getdim. 

 

1960 


1   ...   8   9   10   11   12   13   14   15   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə