partiya işçilərinin də baxacağı gözlənilir. Bu
tamaşa teatrın Azərbaycan əməkçilərinə
______________Milli Kitabxana_______________
232
yeni il töfhəsidir. Mehdi səhnə fəhlələrinə,
işıqçılara, aktyorlara son göstərişlərini verir
və qonaqları qarşılamaq üçün birinci
mərtəbənin foyesinə düşür. Gələn Mirzə
İbrahimov və teatrımızın görkəmli
tənqidçisi Cəfər Cəfərovdur. Onlar
Mehdiylə mehribancasına görüşüb baş
rejissorun otağına qalxırlar.
***
Təcəssüm manerası baxımından “Kəndçi
qızı” tamaşasını Mehdi yaradıcılığında
“Əliqulu”nun davamı kimi götürmək
mümkündür. İş bu ki, Milli Teatrın baş
rejissorunun quruluşunda “Kəndçi qızı” da əsl
xalq tamaşasına çevrilir, xalqın sevimli
tamaşaları sırasına qatılır və “Əliqulu” kimi
müasir şəhər folklorunun içinə daxil olur.
Tamaşa teatrın repertuarında xeyli müddət
yaşayır və ömrünü bitirdikdən sonra “Bənövşə
- Vahid” obrazlarının tandemi “Kəndçi qızı”nın
keyfiyyət pasportu kimi müxtəlif aktyorların
ifasında xırda-para improvizələrlə konsert
proqramlarına salınır.
Hərçənd “Əliqulu evlənir” tamaşası ilə bağlı
hadisə burada da təkrarlanır: adi seyrçi
qavrayışı ilə, qəzetlərdə “Kəndçi qızı”na
______________Milli Kitabxana_______________
233
yaradılan piarla teatr ictimaiyyəti
nin fikri müxtəlif
məqamlarda üst-üstə düşmür. Mən Cəfər Cəfərovun, istər
“Əliqulu evlənir”, istər “Kəndçi qızı” tamaşaları haqqında
rəylərindən özüm üçün aydınlaşdırdım ki, bütün pozitivləri
söyləməklə yanaşı o, hər iki tamaşanı “ucuz komediya” kimi
qiymətləndirib, lakin Mehdi Məmmədovu bir dəfə də
suçlamayıb, əvəzində dramaturgiyanın zəifliyini dönə-dönə
vurğulayıb. “Kəndçi qızı” pyesi sovetlər dönəmində şəhərlə
kənd arasında fərqlərin azaldılmasına (hətta ləğv edilməsinə!)
həsr olunmuş mübarizənin kontekstində xarakterlər komediyası
kimi yazılıb. Belə ki, hətta bu komediyanın qəhrəmanları
Bənövşə və Vahidi haradasa Katarina və Petruççonun
azərbaycanlı invariantı da hesab etmək olar; o fərqlə ki,
Bənövşə burada Vahidi özündənrazı, ərköyün, vasvası bir şəhər
uşağı, ədabaz professor oğlu olduğuna görə cəzalandırmağa,
dəyişdirməyə, islah etməyə çalışırdı. Pyesdə qalan nə varsa,
Bənövşə - Vahid münasibətləri üçün yalnız bir fondur.
Komediyanın energetik mərkəzi güclü xarakterə malik gənc
mexanizator Bənövşəyə məxsusdur. Bu qız kolxozun həm əla
işçisidir, həm sadə, utancaq kənd qızıdır, həm də şən, dəcəl,
zarafatcıl aktrisadır. O, müxtəlif situasiyalarda imicini dəyişib
başqasının rolunu oynaya bilir, amma heç vaxt Bənövşəyə
xəyanət etmir. Razılaşaq ki, elə bu sayaq bir obrazın xatirinə
pyesə quruluş verməyinə dəyərdi. Çünki improvizələr üçün,
fantaziya üçün, oyunbazlıq üçün geniş imkanlar açılırdı.
Mehdini pyesdə məhz bu cəhət özünə çəkirdi. O, istəyirdi
ki, “Əliqulu”da bəhrələndiyi “oyun içində oyun” prinsipindən
burada da, amma daha yüksək səviyyədə, yararlansın. Bu
məqsədlə Mehdi öncə öz fikrini, ideyasını tamaşanın tərtibat
sistemində kodlaşdırdı. Rəssam Sadıq Şərifov rejissorun
göstərişilə səhnənin arxa divar pərdəsində müasir dövrə uyğun
dəyişən, yeniləşən, parada aparılası bir kənd mənzərəsi
çəkmişdi. Bu o demək idi ki, biz bu gün səhnədə kəndi
oynayırıq, kənd həyatını oynayırıq. Nədən mən fikrimi bu
______________Milli Kitabxana_______________
234
tərzdə ifadə etdim? Çünki müəyyən epizodlar tamamlandıqdan
sonra səhnəyə xüsusi fəhlə geyimində statistlər daxil olurdular
və hamının gözü qarşısında oyun məkanının dekorlarını
təzələyirdilər. Bununla da rejissor sanki səhnə ilə həyat
arasındakı sərhədin daima mövcud olacağını xatırladırdı,
özünün sənətçi platformasını açıqlayırdı. Teatrda realizm o
demək deyil ki, səhnədə həyatın, gerçəkliyin üzü, surəti
çıxarılsın. Səhnə həyata yox, teatra məxsus bir məkandır və
onun çərçivəsi daxilinə sığışan bütün oyunlar da apriori
teatraldır. Teatrda “Kəndçi qızı” tamaşası oynanılırdı:
tamaşanın qəhrəmanı mexanizator Bənövşə isə, həvəskar
aktrisa Bənövşə isə pyesdə düzənlənən münasibətlərə bir cavab
kimi Nərgiz rolunu ifa edib oyun içində oyun qururdu. Mehdi
Məmmədov əbəs yazmırdı ki, “Kəndçi qızı” pyesinin
“mövzusu, ana xətti, ideya motivləri də Bənövşə obrazı ilə
bağlıdır. Müsbət qəhrəman doğrudan da burada
komediyanın əsas qəhrəmanı, onun hərəkət qüvvəsi,
konflikt məhvəri, ideya təcəssümçüsüdür... Bənövşə ona
görə Bənövşədir ki, o Ayxanımın, Göyərçinin, Şölənin
taleyini öz taleyini düşünən kimi düşünür. O, Göyərçinin
intiqamını almaq, Ayxanımı və Şöləni Vahidin pəncəsindən
qurtarmaq üçün özünü irəli verir. O, mərd, cəsur,
fədakardır. O, hətta mübarizəni təkbətək başlamaqdan
belə qorxmur. Vuruşa girib sonra tədriclə öz ətrafına
müttəfiqlər toplayır”.
177
Bəlkə də elə bu səbəbdən Mehdi Bənövşə rolunu Hökümə
Qurbanovaya tapşırmışdı. Hökümə o zaman teatrın prima
aktrisası idi, hər hərəkətində, duruşunda, sözündə özünün kübar
bir qadın olduğunu vurğulamağı xoşlayan ədalı bir aktrisası idi.
Və birdən-birə kəndçi qızı Bənövşə...
Şəfiqə Məmmədova teatr institutuna artıq qəbul
olunmuşdu. Mehdininsə hələ bundan xəbəri yox idi.
Kübar xanım Hökümə ilə kəndçi qızı Bənövşənin xarakter,
davranış, əda kontrastından tamaşanın xeyrinə bəhrələnmək,
______________Milli Kitabxana_______________
235
onu bunda, bunu onda əritmək məhz Mehdinin ağlına gəlmişdi.
Bundan savayı rejissor Mehdi aktrisa Hökümə xanımla
işləməkdən, onun aristokrat maneralarından, danışığından
aşkar zövq alırdı... Gərçi belə olmasaydı, Mehdi ömrünün
sonunda Hökümə xanımın qarşısında bir teatrşünas, bir
jurnalist kimi əyləşib bu qadının fikirlərinin, düşüncələrinin
obrazından bir monoqrafiya yaratmağa cəhd etməzdi ki?.. Və
bu araşdırmanı “Onun sənət ulduzu” adlandırmazdı ki?
İndi bu ad mənə Mehdinin bizə ünvanladığı bir şifrə
qismində görünür. Və şəxsən mən burda, istər kitaba aid,
istərsə də Hökümənin özünə aid konkret heç nə tapa bilmirəm.
Ya bu adda bir müəmma gizlənib, ya da bir cəfəngiyyat...
“Onun sənət ulduzu”... Hm... qəribə və şübhəli. Onun, yəni
kimin? Hökümənin? Əgər elə isə kimdir o ulduz? Mehdi?!
Niyə də olmasın ki?..
“Onun sənət ulduzu”... Hm... qəribə və şübhəli. Onun, yəni
kimin? Mehdi təxəyyülündə özünə “o” deyə bilərdimi? İstisna
edilmir. Dünyanın bütün komandorları üçün bu xarakterik
cəhət. Əgər elə isə, onda Mehdinin ulduzu Hökümədir!!! Niyə
də olmasın ki?..
“Onun sənət ulduzu”... Hm... qəribə və şübhəli. Hər halda
bu adın ətrafında ulduz-ulduz mənalar sayrışır... Bəyəm
Hökümənin özü sənət ulduzu deyildimi? O zaman Mehdi kimi
bir sənət bilicisi, söz, fikir aşiqi nədən belə yazırdı? 1983-cü
ildə yaşlı rejissor bizə daha nələri demək istəyirdi?
Biz hər şeyi bizə sərf edən qədər oxuyub anlayırıq!
Şəfiqə Məmmədova teatr institutuna 1962-ci ildə qəbul
olunmuşdu. Mehdininsə hələ bundan xəbəri yox idi: başı
“Kəndçi qızı”na qarışmışdı...
Hökümə Qurbanova kimi Afrodita heykəlini xatırladan
gözəl bir qadını səhnəyə kəndçi qızı Bənövşə kimi çıxaranda
və, o buna həvəslə razılaşanda, Hökümə xanım artıq Mehdi
teatrının aktrisasına çevrilmişdi. 1946-63-cü illər intervalında
Mehdi Məmmədovun quruluş verdiyi tamaşaların
______________Milli Kitabxana_______________
236
əksəriyyətində Hökümə xanım rol almışdı. Bax, bu birgə
əməkdaşlıq onları bir-birinə doğmalaşdırmışdı. Bəlkə də elə bu
qarşılıqlı simpatiyanın nəticəsi idi ki, Mehdi kəndçi qızı
Bənövşəni də Hökümə Qurbanovaya həvalə etmişdi.
Aktrisa seyrçilərə çox aktiv, çevik, güləyən, inadcıl bir
Bənövşə təqdim edirdi. Bica deyil ki, “Bakı” axşam qəzetində
“Kəndçi qızı” pyesinin müəllifi M.İbrahimovun Lenin
mükafatına təqdim edilməsilə əlaqədar eyniadlı tamaşa
haqqında müxtəlif peşə sahiblərinin rəyləri kollaj prinsipində
dərc olunmuşdu və kollajı düzüb-qoşan jurnalist tərəvəzçilik
sovxozunun briqadiri adından “Bənövşə mübarizdir”
178
cümləsini yazıb məqalənin sərlövhəsinə çıxarmışdı. Və bu
qiymət, əslində, Mirzə İbrahimovun yox, Hökümə xanımın
Bənövşəsinə verilmişdi. Yeri gəlmişkən, komediyada
qəhrəmanın adını dramaturq “Bənəfşə” kimi yazır ki, bu da
Təbrizdə yaşayan azərilərin dialektinə tam uyğundur. Əlbəttə
ki, bu adı səhnədən “Bənəfşə” kimi səsləndirmək qəti düzgün
olmazdı və xalq yazıçısının təkidinə baxmayaraq Mehdi
Məmmədov bundan imtina edib “Bənövşə” variantı üzərində
dayandı. Di gəl ki, dramaturq pyesin sonrakı nəşrlərinin heç
birində adın dialekt invariantını düzəltmədi. Ancaq bu, bir o
qədər də önəmli deyil, tamaşanın tarixinin xırda bir qəlpəsidir.
Önəmlisi başqa şeydir: Lenin mükafatına təqdim edilmək. Və
burada Azərbaycan mədəniyyət tarixinə suallar ünvanlanır.
“Kəndçi qızı” pyesini respublikada məşhurlaşdıran Mehdi
Məmmədovun quruluşu ola-ola niyə yalnız əsər mükafata layiq
sayılmalıdır? Əgər tamaşa olmasaydı, pyesin varlığından
çoxmu adam xəbər tutacaqdı? M.İbrahimovun “Kəndçi qızı”
mükafata təqdim olunanda Milli Teatrın bir qrup aktyoru
“Bakı” qəzetində “Xalqın məhəbbətini qazanan əsər” adı
altında iri bir məqalə ilə çıxış edib yazıçını
alqışlayırlar,
pyesi tərifləyirlər. Məqaləni imzalamış
sənətçilər arasında isə Mehdi Məmmədovun
______________Milli Kitabxana_______________
237
adı yoxdur. Mən burada xüsusi şərhə ehtiyac
duymuram. Nədən ki, “Kəndçi qızı”nın xaç
atası məhz Mehdinin özü idi və onun
kimlərdənsə nələrisə ummağa haqqı vardı.
Mehdi rol bölgüsü apararkən təcrübəni hər
şeydən üstün bilirdi. Bu səbəbdən də Vahid
obrazında 62 yaşlı Möhsün Sənanini görmüşdü.
Vahidin atası Mahmud Səfainisə 65 yaşlı
Ağasadıq Gəraybəyli oynayırdı. Həqiqətən,
gülməli alınır. Odur ki, Mehdi 24 yaşlı Həsən
Turabovu Möhsün Sənaniyə dublyor təyin
eləmişdi. Əvvəlcə onlar bir-birini vaxtaşırı
əvəzləyirdilər. Sonralar isə, xüsusilə qastrollar
zamanı, Vahidi davamlı olaraq Həsən Turabov
oynamağa başladı. Onun skripka dərslərinə
gedən gözüeynəkli, boğazı papyunlu
179
, ağ
kostyumlu konservatoriya tələbəsinə oxşayan
ərköyün və dikbaş Vahidi də, böyük mənada,
tamaşanın məntiqi kazusuna çevrilirdi. Çünki
Hökümə xanımın 1962-ci ildə 49 yaşı vardı və
o, Həsən Turabov yaşında bir gəncin potensial
şəkilda ya anası, ya xalası, ya da bibisi ola
bilərdi. Düzdür, M.İbrahimovun
komediyasında heç bir personajın yaşı
göstərilmir. Amma dramaturqun qeydlərindən
aydınlaşır ki, Bənövşə ilə Vahid cavandırlar,
______________Milli Kitabxana_______________
238
onların sevib-sevilən vaxtıdır. Söylədiyimdə
israrlıyam. Mən hesablama nöqtəsi kimi
komediyanın personajlarından biri Ayxanımı
götürürəm, yəni Vahidin aktrisa Nərgizlə
(Bənövşə) tanış olmamışdan öncə sevdiyi qızı.
Onu dramaturq bizə ali məktəbi təzəcə bitirmiş
gənc kimi təqdim edir. Əgər təqribi şəkildə
onun yaşını 23 qəbul eləyiriksə, onda haradasa
Vahidin yaş həddini 27 götürmək mümkündür.
Deməli, Bənövşənin də yaşı haradasa 23-25 yaş
arasındadır. Bu onu bildirir ki, Hökümə
Qurbanova bu rolu oynayarkən öz
personajından iki dəfə böyük olub. Tamaşanın
bir neçə epizodunu tarixiləşdirmiş fotoşəkillərə
baxdıqda həməncə aydınlaşır ki, Hökümənin
Bənövşəsi Həsənin Vahidinin xalası (anası və
ya bibisi, sonucda lap müəlliməsi) yerindədir.
Məəttəl qalası bir fenomendir. Buna Mehdi
Məmmədov necə razılıq verib? Bəs seyrçilər?
Onlar bu fərqi duymayıblarmı? Əgər
duymayıblarsa və
hətta Hökümənin
Bənövşəsinə valeh olublarsa, qəzet
səhifələrində aktirsanı tərifləyiblərsə, demək,
teatr öz tamaşaçılarını mahircəsinə aldadıb.
Onda əhsən teatra, teatrın baş rejissoru Mehdi
Məmmədova və Hökümə xanıma...
______________Milli Kitabxana_______________
239
Lakin bir dəqiqqə... C.Cəfərov “Əliqulu
evlənir” tamaşası ilə bağlı da söyləmişdi ki,
teatr lap ağ eləyib, yaşlı aktyorlar cavan oğlan
və qızların rollarını oynayırlar. Belə bir tənqidi
C.Cəfərov hələ “Gənc qvardiya” tamaşasına
baxdığı çağlarda da səsləndirmişdi. Busa artıq
simptomatik halın mövcudluğuna dəlalət edir
və yaş məsələsinin uzun illərdən bəri teatr üçün
problemə çevrildiyini görükdürür. Ona görə də
seyrçinin uğurla “aldadılması” məsələsilə bağlı
bir o qədər də eyforiyaya qapılmaq lazım deyil.
Hərçənd camaat bu uyğunsuzluğa fikir
vermirdi və teatr “Kəndçi qızı” tamaşasını
Azərbaycanın hansı bölgəsinə aparırdısa, orada
aktyorların ünvanına təriflər eşidilirdi.
180
Milli
Teatrda bir ildən bir az artıq müddət ərzində
“Kəndçi qızı” haradasa yüz dəfə seyrçilərə
göstərilmişdi. Əlbəttə ki, burada teatrın
aktyorlarının, və xüsusilə də, Hökümə
Qurbanovanın imicinin təsirini hesabdan atmaq
olmaz.
Amma bir məqam diqqəti yaman özünə
çəkir. Mehdinin iki il intervalında iki əsl xalq
tamaşası hazırlamasına baxmayaraq teatrda
onun renomesi yüksəlmir. Mehdi özü ilə
kollektiv arasında isti, səmimi münasibətlər
______________Milli Kitabxana_______________
240
qura bilmir. 1963-cü il yanvarın 31-də Ələskər
Ələkbərovun qəfil vəfatından sonra Mehdinin
özü Fərhad Kamalov rolunda səhnəyə çıxır.
Bu, həməncə tamaşanı yenidən təravətləndirir,
rəngləri canlandırır, aktyorlara səhnədə daha
sərbəst və daha ekspressiv davranmağa kömək
edir. Mehdinin hüquqşünas Kamalovu
tamaşada əla görünürdü və bir çox
komponentlərə görə Ələskərin Kamalovunu
üstələyirdi. Bir vaxtlar Mehdi Hüseyn
söyləmişdi ki, o, Kamalov rolunu məhz
Ələskəri nəzərdə tutub yazıb.
181
Amma
Kamalov obrazında Mehdini səhnədə görənlər
isə bəyan edirlər ki, bu rol Mehdi
Məmmədovun boyuna biçilmişdi. Bunu sübut
eləmək heç də çətin deyil. “Onu bağışlamaq
olarmı?” bədii filmində Mehdiyə mayor Qaya
rolunda baxmaq kifayətdir ki, Kamalovu
həməncə təsəvvüründə canlandırasan və
Mehdiyə mundirin necə yaraşdığını öz
gözlərinlə görəsən. Axı 1959-cu ildə Rza
Təhmasib artıq bir dəfə Mehdini şıq geyimli,
ucaboy, məğrur, istiqanlı və insanpərvər ədalət
keşikçisi müstəntiq Qaya kimi kinoekranlara
çıxarmışdı və Mehdinin kamera qarşısında yaratdığı
obraz bəyənilmişdi, sevilmişdi. Mehdi ürəyiyuxa,
______________Milli Kitabxana_______________
241
görkəmi qəşəng və cazibədar Komandoru oynamışdı
Rza Təhmasibin filmində, Qayanı ideal qəhrəman
səviyyəsinə çatdırmışdı. Elə ona görə də mən güman
eləyirəm ki, Mehdinin Kamalovu Mehdinin Qayasına
oxşamalıydı. Hətta haradasa dramaturji materialın
özündə də Fərhad Kamalov Qayanın uğursuz taleli
qardaşı kimi “oxunur”. Əgər Mehdi Hüseynin mətni
məhkəmə xronikası kimi qavranılırdısa,
Məmmədhüseyn Təhmasibin mətni özündə məhkəmə
xronikası elementləri daşıyan detektiv qismində başa
düşülürdü. Mehdi səhnədə Kamalovu oynayarkən
Ələskər Ələkbərovun ifasına xas tragizm əlamətlərini
tamam yığışdırırdı. Əgər Ə.Ələkbərov Fərhad
Kamalovda ata, ağsaqqal, rəhbər oynamaq iddiasını
ortaya qoyurdusa, Mehdi Məmmədov Kamalovu
Cəlal Qaşqayın, Əsmərin dostu, məsləki təmiz adi bir
sovet vətəndaşı kimi, təbii ki, ona xas teatrallığı,
Komandor ədalarını, Komandor yerişini saxlamaq
şərtilə, təqdim edirdi və məhz rolun bu yozumu
personajların səhnədə bir-birinə daha sıx
yaxınlaşmasına səbəb olurdu.
Əvəzində Mehdi, Milli Teatrın baş rejissoru, 1963-
cü ildə heç bir tamaşa-filan hazırlamır və, Cəfər
Cəfərovun sözü olmasın, “gözlənilmədən teatrdan
uzaqlaşaraq, səhnə fəaliyyətindən elmi yaradıcılığa”
182
Komandor addımları ilə addımlayır. Amma mən başa
düşmürəm ki, burada şünasların şünası Cəfər üçün
gözlənilməz, qəfil nə olub. Əvvəla, hamı bilirdi ki,
Mehdi elmi yaradıcılığa meylli adamdır və dəfələrlə
______________Milli Kitabxana_______________
242
teatr praktikasını alim fəaliyyətinə dəyişmək istəyib.
İkincisi, yenə hamı bilirdi ki, Milli Teatrda Mehdinin
işi heç də yağ kimi getmir: o, kollektivlə partlayış
formasında olmasa da, vaxtaşırı konfliktlər (müəyyən
anlaşılmazlıqlar ucbatından) yaşayır. Üçüncüsü, yenə
hamı bilirdi ki, Mehdi teatrda reformaları həyata
keçirmək baxımından çətinlik çəkir, ləng qərar qəbul
edir və lider iradəsinə, lider cəsarətinə malik insan
deyil, şəxsiyyətini, mənliyini qoruyan mədəni
birisidir. Haradasa 70-ci illərin sonunda Mehdi
Məmmədov tələbəsi Bəhram Osmanovun “Siz niyə o
vaxt teatrdan getdiniz” sualını belə cavablayacaq:
“Mənim əxlaqımla onların əxlaqı düz gəlmədi”.
183
Əlbəttə ki, burada sənət əxlaqı nəzərdə tutulur ki, o da
yaradıcılıq intizamı, teatra münasibətin aliliyi
məsələlərini özündə qapsayır. Mehdi Milli Teatrın
əxlaq problemlərindən danışanda, təbii ki,
K.S.Stanislavski ilə Vl.İ.Nemiroviç-Dançenkonun
“Slavyan bazar”ında teatr üçün seçdikləri əxlaq
modelini nümunə, örnək götürüb danışırdı. Düzdür,
Mehdi özünü teatrda Komandor
184
kimi aparırdı, hər
şeyin harmoniyada, qayda-qanun çərçivəsində
nizamlanmasını tələb edirdi, lakin buna nail olmağı
bacarmırdı. Çünki despot, diktator deyildi və insanın
kamilliyinə, müdrikliyinə inanırdı: bəzən uşaq kimi
inanırdı.
Öz doğma teatrında baş rejissor ola-ola Mehdi
içində bir rahatlıq, sakitlik tapa bilmirdi: ürəyi istəyən
qədər düşünüb-daşınmaq imkanını sanki burada onun
______________Milli Kitabxana_______________
243
əlindən almışdılar. Hər xırda işə görə o, fikirlərindən,
xəyal aləmindən ayrılmalıydı, nəyəsə imza atmalıydı,
intriqaları çözməliydi, kiməsə nə üçünsə icazə
verməliydi, müəyyən inzibati-administrativ məsələrlə
bağlı hansısa dövlət instansiyalarına getməliydi,
iclaslarda oturub mənasız danışan adamları
dinləməliydi, hətta onları alqışlamalıydı, vaxt
itirməliydi. Mehdininsə özünə və vaxtına hayıfı
gəlirdi. Çünki o, dərk edirdi ki, sənət dünyasında, elm
dünyasında daha böyük işlər görməyə qadirdir:
“Əliqulu evlənir”, “Kəndçi qızı” kimi tamaşalarsa
kassa üçündür, repertuar üçündür. Hərçənd fakt bu ki,
Mehdi Məmmədov Milli Teatrın baş rejissoru kimi
tənqiddən, mədəniyyət funksionerlərindən, teatr
xadimlərindən, ziyalılardan aktiv mənəvi dəstək
görürdü. Mən şəxsən 1961-ci ildə “Teatr”, 1962-ci
ildə isə “Sovetskaya kultura” qəzetlərində dərc
edilmiş Moskva tənqidçilərinin məqalələrini bu ayağa
yozuram: hətta istisna etmirəm ki, bu icmal xarakterli
yazılar kimlər tərəfindənsə məhz təşkil olunmuşdu və
ya müəlliflərin fikri öncədən müəyyən səmtə
istiqamətləndirilmişdi. Məqalələrin adlarından bunu
həməncə duymaq mümkündür. 1961-ci ildə Q.Şerbina
bizim Milli Teatr barəsində düşündüklərini “Yuxudan
ustufca oyanma” başlığı altında vermişdi. Elə bil
xanım Şerbina tez-tez Bakıya gəlib-getmişdi, teatrın
“yatmış” günlərini görmüşdü və Azərbaycan teatrının
vəziyyəti haqqında çoxlu-çoxlu qeydlər yazmışdı ki,
indi də onun oyanmasını müşahidə eləyəydi, fiksə
______________Milli Kitabxana_______________
244
eləyəydi. Şübhəsiz ki, bu belə deyildi və Q.Şerbina
bölgəyə ezam edilmiş adi teatrşünas-korrespondent
funksiyasını yerinə yetirmişdi. Onda belə bir ad necə
onun ağlına gəlmişdi? Deməli, xanım Şerbinaya
kimsə nələrisə astadan pıçıldayıb və görünür deyib ki,
Mehdi Məmmədovun teatra baş rejissor təyin edilməsi
teatrın yuxudan ayılmasının təminatçısıdır. Yəqin
xanım Şerbina onu da bilmirmiş ki, 1959-cu ildə
Moskvada Milli Teatrın tamaşaları uğurla qarşılanıb,
xüsusilə də “Otello”. O zaman Moskva tənqidçisinin
teatra münasibətdə belə bir mövqeyi nə qədər caiz?
Bu, araqarışdırmağa, Ədilin üstündən xətt çəkməyə
bənzəmirmi? Teatr jurnalisti M.Levinin “Yeniliyi
cəsarətlə axtarmalı”
185
başlığı ilə dərc edilmiş
məqaləsinə də dediklərim şamildir. Sanki bu
məqalələr Mehdidə özünə, başqalarında isə Mehdiyə
inamı artırmaq məqsədi güdürdü, Mehdiyə kart-blanş
verirdi ki, öz innovasiyalarında daha inadcıl, daha
aktiv olsun. Amma Mehdi özünü və istedadını
vəzifəyə, intriqalara, dedi-qodulara qurban gətirmək
niyyətində bulunmurdu. Ona görə də tərəddüd
etmədən, və bu məhz gözlənilirdi, 1963-cü il aprelin
8-də ərizəsini yazıb baş rejissorluğun daşını atdı.
Təəssüflənmədi, kreslosundan ikiəlli yapışmadı.
Bunun nə çox obyektiv səbəbləri, nə çox subyektiv
səbəbləri. Mehdi son dərəcə ağıllı, son dərəcə həssas
və son dərəcə realist bir kimsə idi: o, görmüşdü, hiss
eləmişdi ki, kollektivdən istədiyini ala bilmir, onunla
istədiyini gerçəkləşdirə bilmir, ideala çata bilmir. Və
______________Milli Kitabxana_______________
245
bunu bütünlükdə teatrın boynuna yıxmamışdı, günahı
özündə axtarmışdı. Onun yaradıcılığının “axtarışlar
dövrü”ndə deyilik bəyəm? Mehdi anlamışdı ki,
özünün sənət idealını təcəssüm etdirmək üçün gərək
mütləq təzədən ruhsal enerji toplasın, bilgilərini
mükəmməlləşdirsin, fikir aydınlığına yetişsin: özünə
də hesabat versin ki, teatr sənətindən, rejissuradan nə
umur, tamaşa hazırlamağı niyə həyatının məqsədi
sayır.
Mehdi baş rejissor vəzifəsindən gedəndən və
praktikadan hələliyə ayrılandan sonra Cəfər Cəfərova
demişdi ki, teatrda onun iradəli məsləkdaşları və
tərəfkeşləri meydana gəlmədi. Bu etiraf qəbul olunur.
Amma yalnız qismən. Nədən ki, Mehdi teatrda köklü
reformalar aparmaq işinə girişməmişdi, Ədilin
aktyorlarını öz aktyorlarına çevirməyə cəhd eləmişdi,
öz truppasını formalaşdırmamışdı, kollektivi yeni
ideyalarla “xəstələndirməmişdi” və əfsuslar ki, daha
çox müəllim, mentor, sənət tərbiyəçisi mövqeyini
tutmağa çalışmışdı, Ədilin repertuar siyasətinin,
faktiki surətdə, davamçısı olmuşdu.
Əlbəttə ki, baş rejissor üçün bütün bunlar bəs
eləmirdi. Teatr Mehdidən sənət xarüqələri gözlədiyi
halda kollektivə adi, gündəlik iş təklif edirdilər.
“Əliqulu evlənir”, “Kəndçi qızı” xalq tamaşasına
çevrilsələr də, “Vaqif” və “Otello”nun şöhrəti ilə
müqayisəyə gəlmirdilər. Teatrın kollektivi də bunu
görürdü, başa düşürdü, Mehdidən narazı qalırdı;
anlamırdı ki, Ədil İskəndərov kimi bir titan niyə
teatrdan uzaqlaşdırıldı. Ona görə kollektivin müəyyən fərdləri
______________Milli Kitabxana_______________
246
Mehdiyə qarşı açıq oppoziyada dayanırdılar, ona etibarsızlıq
göstərirdilər. Bəziləri Mehdi adlı xalq artistini bir rejissor kimi,
ümumiyyətlə, bəyənmirdilər və ona hörmət bəsləmirdilər.
Kimlərsə onunla həvəslə işə başlayıb tez yorulurdular, baş
rejissorun tələblərinə, estetik zövqünə cavab verəcək səviyyədə
olmurdular. Bəzilərisə Mehdidən aşkar ehtiyatlanırdılar, onunla
dil tapa bilmirdilər. Mehdinin aşırı ciddiyyəti, tələbkarlığı,
komandorluğu bu adamları bezdirirdi və onlar Mehdiyə qarşı
olan simpatiyalarını itirirdilər. Və ancaq simpatiyalarını...
Mehdiyə, doğrusu, onun bilgilərinə bəslənilən hörmət isə heç
vaxt zəifləmirdi, azalmırdı, tükənmirdi. Bu da, böyük mənada,
saf, təmiz, işıqlı sənət professoruna bəslənilən hörmətdən
savayı bir şey deyildi.
Bir məsələyə də barmaqarası yanaşmaq olmaz. Mehdi
Opera və Balet Teatrında çalışdığı müddətdə onun daha gənc
kolleqası Tofiq Kazımov Milli Teatrda, demək olar ki, lider
mövqelərə yiyələnmişdi. Teatrın cavan aktyorları ona, onun
teatr ideyasına hədsiz inanırdılar və Tofiqin ətrafında
birləşməyə praktiki şəkildə hazır idilər. Mehdi Milli Teatra baş
rejissor təyin ediləndə teatrın kollektivi artıq Tofiqi sevməyə,
onu dinləməyə başlamışdı. Tofiq insanlarla tez və dostyana
kontakt yaradırdı, ünsiyyətdə distansiya saxlamırdı, qılığa
girməyi bacarırdı, mentorluğu, professorluğu özünə yaxın
buraxmırdı. Belə olan surətdə teatrın kollektivi Tofiq
Kazımova tərəf daha çox meyllənirdi. Təbii ki, bu fakt
Mehdinin nəzərindən yayınmırdı, rahatlığını pozurdu və ona
psixoloji təzyiq göstərirdi. Biz gərək xislətində çuğulluq olan
müəyyən intriqaçı insanların fəaliyyətini də unutmayaq.
Əlbəttə ki, bu cür şəraitdə baş rejissor qalıb işləmək olardı,
amma teatrın tamaşalarına uğur qazandırmaq yox. Və
qəribədir, mənə artıq indi elə gəlir ki, Mehdi bunların hamısını
bilirdi, Mehdi bunların hamısını ölçüb-biçmişdi və elə ona görə
də Milli Teatrın baş rejissoru vəzifəsindən getdi... üç il
Azərbaycanın birinci teatrında birinci oldu və getdi... bu üç
______________Milli Kitabxana_______________
247
ildən dərs götürüb, təcrübə baxımından maksimal yararlanıb
getdi...
... Getdi ki, bir də qayıtsın...
... Qayıtdı ki, qələbə çalsın...
... Qələbə çaldı ki, teatr kollektivinin bir zamanlar ona qarşı
düzgün mövqe tutmadığını sübut eləsin.
İndisə fasilə...
Mehdi düz 6 il 7 gün premyerasız yaşayacaq. O buna necə
dözüb: bir Allahı bilib, bir də özü.
Dostları ilə paylaş: |