AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ



Yüklə 2,97 Mb.
səhifə8/30
tarix29.11.2016
ölçüsü2,97 Mb.
#455
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

Qaynaqlar

  1. Вопросы этнографии Кавказа. Тбилиси, 1952.

  2. Dadaşzadə M.A. Azərbaycan xalq bayramları, oyun və əyləncələr. Bakı, Elm, 1995, 88 s.

  3. Dadaşzadə M.A. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti. Bakı, Elm, 1985, 216 s.

  4. Qasımov X.S. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, Aspoliqraf, 2008, 448 s.

  5. Qarabağdakı xalq oyunları tamaşaya qoyulacaq.

bakupost.az/az/baxish/20140307123254782.html.

  1. Qarabağ: Folklor da bir tarixdir. II kitab (Bərdə və Ağcabədi rayonlarından toplanmış folklor örnəkləri). Bakı, 2012. 484 s.

  2. Qarabağ: Folklor da bir tarixdir. III kitab (Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri). Bakı, 2012. 468 s.

  3. Qarabağ: Folklor da bir tarixdir. III kitab (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, 2013. 468 s.

  4. Nizami Gəncəvi. Şərəfnamə. Bakı, 1949.

  5. Путешествие Шардена по Закавказью в 1672-1673 гг. Тифлис, 1902, 301 с.

  6. Rəhimli İlham. Azərbaycan teatr tarixi. Bakı, Çaşıoğlu, 2005, 864 s.

  7. Şarden Jan. Səyahətnamə (“Parisdən İsfahana səyahət” Amsterdam 1711.). Fransız dilindən tərcümə edəni Azərb. EA Tarix İnstitutunun dissertantı Vaqif Aslanov. Bakı, Elm, 1994, 96 s.

  8. Şarden Jan. Səyahətname-ye Şarden. Tərcome-ye Məhəmməd Abbasi. c.4, Tehran, 1336.

  9. Venesiyalılar Şah I Təhmasibin sarayında (Mikel Membre və Vinçenso Alessandri). Bakı, Təhsil, 2005, 112 s.

UŞAQLARIN ŞƏXSİYYƏT KİMİ FORMALAŞMASINDA OYUNLARIN ROLU

(Qarabağ bölgəsindən toplanmış folklor materialları əsasında)
Elnarə Hüseyn qızı Əmirli

AMEA Folklor İnstitutu

elnara.amirli@mail.ru
Özət

Qarabağ folklorunun mühüm tərkib hissəsi olan uşaq oyunları özünəməxsus keyfiyyətləri ilə diqqəti cəlb edir. Hər birimizin uşaqlıq dövrünün məhsulu olan bu oyunlar dünya­gö­rüşümüzün, mədəniyyətimizin, mənəviyyatımızın forma­laş­masında mühüm rol oynayır və bütün həyatımız boyu unu­dulmur. Ayrı-ayrı fərdlərin, bütövlükdə cəmiyyətin inkişafın­da bu oyunlar inanıl­maz gücə malikdir. İlk baxışda ciddi hesab etməsək də, uşaq oyunları təməl funksiyası daşıyaraq həm qadınların, həm kişilərin şəxsiyyət kimi özünü tanıması, davranışı, eyni zamanda insanlar arasındakı münasibətlərin yaranması baxımından çox əhəmiy­yətlidir. Məqalədə xalq oyunlarının əhəmiyyəti araşdırılır.

Son dövrlərin diqqət çəkən problemlərindən biri də uşaqların oyunlara marağının azalmasıdır. Texnologiyanın yüksək sürətlə inkişaf etdiyi bir dövrdə yaşasaq da, uşaqların körpə yaşlarından oyunlara deyil, kompyuter, telefon və digər texniki vasitələrə maraq göstərmələri bizi ciddi şəkildə narahat edir. Çünki bu xoşagəlməz hallar onların həm mənəviyyatına, həm də sağlam­lığına ciddi zərbə vura bilər.

Uşaqların dünyagörüşünün, psixologiyasının düzgün istiqa­mətdə formalaşdırılması məqsədi ilə onların diqqətini zəngin folklor irsimizin bir qolu olan uşaq oyunlarına cəlb etmək üçün səmərəli yolların axtarılması mühüm məsələdir.



Açar sözlər: Azərbaycan şifahi xalq ədəbiyyatı, Qarabağ fokloru, uşaq oyunları, “Evcik-evcik” oyunu, “Gəlincik” oyunu, uşaq psixologiyası.

Роль игр в формировании детей как личности

(на основе материалов собранных

с Карабакского региона)

Резюме

Детские игры, являющийся составной частью Карабак­ского фольклора, привлекают к себе внимании своим особым своеобразием. Эти игры играют большую роль в формировании личности. Мы никогда не забываем эти игры. Игры, неся в себе изначално фундаментальную функцию, как для мужчин, так и для женщин приводят к восприятию себя как личности и формированию взаимо­отна­шений. В статье исследуется значение народных игр.

Дети современного периода больше увлечены компютер­ными играми, мобильными телефонами, чем народной игрой. Эта ситуация нас очень волнует, так как это отрицательно губительно сказывается на их здоровье и нравственности.

Чтобы вызвать интерес у детей к народным играм необ­хо­димо искать эффективные пути решения данной проблемы.



Ключевые слова: Азербайджанское устное народ­ное творчество, Карабакский фольклор, детские игры, игра “Эв­джиk-эвджиk” (Дочки матери), игра “Гелинджик”, детская психология.
Role of the games in forming as personality of the children (On the basis of materials which gathered

from Garabag region)

Summary

Child folk games are important part of the Garabag folk-lore. Garabag child games have specific features. This plays pay important part in forming of our culture, morality. We do never forget this plays. This plays influences development of the different individuals and development of the society. Games playing foundation role helps forming as personality of men and women. National games influence to behavior of the people and help to forming of the attitudes among people. Importance of the people games is investigated in the article.

İnterest of children has decreased to national games nowa­days. Children are not interested with national games, but interested with telephones, computers now. If we live in the time of technical progress, this situation worries us. This unpleasant cases influence negative to health and morality of the children.

We must look for efficient variants for involving for attention of the children to national games.



Key words: Azerbaijan folklore, Garabag folklore, national children games, “Evjik-evjik” game, “Gelinjik” game, child psychology.
Şifahi xalq ədəbiyyatımızın maraqlı nümunələrindən biri də xalq oyunlarıdır. Tarixin müxtəlif mərhələlərində for­malaşan oyunlar digər folklor nümunələri kimi xalqın etnoqrafik xüsusiy­yətlərinin nəsildən-nəslə ötürülməsi funksi­yasını daşıyır. “Xalq oyunları, bütövlükdə xalqın oyun-tamaşa mədəniyyətinə dair ilk məlumatlara bir sıra qədim mənbələrdə rast gəlmək mümkündür. Belə ki, IX-X əsrlərdə yaşamış Yaxın Şərq alimlərindən Kəsrəvi, Səalabi və Əl-Biruninin, XII əsrdə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də xalqımızın islamiyyətdən əvvəlki mərasim şənlikləri, oyunları, eləcə də onların mənşəyi və məzmu­nu barədə müəyyən məlumatlar vardır. Xalq oyunları haqqında məlumatlara həmçinin nağıl və dastanlarımızda, eləcə də, Avropa və Asiya səyyahlarının əsərlərin­də, memuar və gün­dəliklərində, onların Azərbaycana səfər tə­əssüratları barədə xati­rələrində də rast gəlmək olar. Orta əsrlərdə bir sıra Azərbaycan, eləcə də Ya­xın Şərq rəssamlarının miniatür­lərində də bəzi xalq oyun­larının təsvirlərinə rast gəlmək olur (4).

Hər bir xalqın sadə yaşam xüsusiyyətlərini özündə əxz etdi­rən xalq oyunları insanın idrakının və fantaziyasının sintezi kimi ərsəyə gəlmişdir. Oyunlar ilk baxışda sırf əyləncə xarakterini ortaya qoysa da, dərin tarixi etnoqrafik ənənələrin daşıyıcı­sı­dır. Xalq oyunları uşaqların və gənclərin təfəkkür tərzinin, fiziki və mənəvi keyfiyyətlərinin inkişafına təkan verir, eyni zamanda tərbiyəvi xarakter daşıyır. Boş vaxtın daha məzmunlu keçməsi məqsədi daşıyan oyunlar paralel olaraq uşaqların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına, cəmiyyət içində özünü idarə edə bilərək özünəməxsus mövqe seçməsinə xeyli yardım göstərir.

Oyunlar bağça yaşlı uşaqların əsas fəaliyyət növüdür. Vaxtla­rının çox hissəsini oyunlarla keçirən uşaqlarda hərəki qabiliy­yət­lər, təfəkkür, təxəyyül xeyli inkişaf edir. Məhz körpə yaş­larında uşaq­lar kollektiv oyunlara daha çox meyil göstərərək birgə fə­a­liy­yət qabiliyyətini büruzə verirlər. Eyni zamanda bir-biri ilə ünsiy­yət qurmaq bacarığı, həddindən çox maraq göstərdikləri ətraf alə­mi dərk etmək və gələcək həyata hazırlaşmaq imkanı əldə edirlər.

Psixoloqlar hesab edir ki, iki yaşından yeddi yaşına kimi uşaqlar oyun oynamalıdırlar. Məhz oyunlar uşaqların gələcək həyatlarının müxtəlif sahələrində nailiyyətləri əldə etməsinə şərait yaradır. Uşaq vaxtı oyun oynamayan uşaqların istər fiziki, istərsə də psixoloji inkişafı ləng gedir.

Hər bir insanın uşaqlıq dövrünün məhsulu olan oyunlar dünyagörüşlərin, mənəviyyatın, mədəniyyətin formalaş­ma­sın­da, eyni zamanda adət-ənənələrin gələcək nəslə ötürül­mə­sin­də əvəze­dil­məz rol oynayır. Deməli, digər şifahi xalq ədəbiyyatı nü­mu­nələri kimi oyunlar da yarandığı dövrün adətlərini özündə əks etdirir. Oyunlar şəxsiyyətin formalaş­masında təməl funksi­yası daşıyaraq insanı həyata hazırlayır, insanlararası münasi­bətlərin yaranmasında əvəzedilməz rola malikdir.

Qarabağ ərazisində formalaşan xalq oyunları Azər­baycan şifahi xalq ədəbiyyatının çeşid zənginliyi ilə seçilən bir qoludur. Geniş bir ərazidə formalaşan bu xalq oyunları nümunələrdəki üslub orijinallığı, süjet xəttinin, obrazların müxtəlifliyi ilə şifahi xalq ədiyyatımızda özünə fərqli bir məkan seçmişdir. Qarabağ oyunları Azərbaycanın digər bölgələrində yaranan oyun növləri ilə ortaq xüsusiyyətlərə malik olması ilə yanaşı, həm də bu əra­zi­də yaşayan sadə insanların gündəlik yaşamını, adət-ənənələrini, düşüncələrini, psixoloji vəziyyətini, məşğuliyyət­lərini əks et­di­­rərək həm də sırf özünə məxsus olan keyfiy­yətlərə də malikdir.

Qarabağ uşaq oyunları özündə həm sadə məişət həyatını, həm də əyləncə yollarını əks etdirir. Ümumilikdə oyunlar uşağın psi­xo­loji vəziyyətini çözmək üçün çox əlverişli yoldur. Uşaq hansı oyuna daha çox maraq göstərirsə, deməli, öz xarakterinin hansı istiqamətdə inkişaf etdiyini büruzə verir. Bu cəhət də uşağın tərbiyəsində valideynə xeyli kömək edir.

Yuxarıda söylənən fikirlərə aydınlıq gətirmək üçün tarixən Qarabağ ərazisində formalaşan xalq oyunlarına nəzər salaq.

Qubadlı rayon sakini Arzu Allahverdiyeva “Mərə” oyununu belə təsvir edir: “Bir dənə çala qazırdıx balaca. Hərəsinə yeddi dənə daş yığırdıx. Sora püşg atırdıx, birinci düşən kimdisə, o. O başdadı oyunu. Başdadı, götürürdü daşı paylıyırdı. Harda ki daşı qutardı, cüt düşəndə uduzurdu, tək... Daşım qutardı, udurdum. Birinci kimin mərəsində... iki nəfər oynuyurdu” (2).

Sözügedən söyləyici “Beş daş” oyununun gedişatı haqqında aşağıdakıları söyləyir: “Beş dənə daşı götürürdün, onu atırdın, əlində daşı yığırdın. Atırsan daşı, yerdəkin götürürsən....” (2).

Beşdaş oyunu uşaqlarda həm fiziki cəldliyin əldə edil­məsinə, həm də sayı öyrənməklə ilkin riyazi təsəvvürlərin formalaşmasına səbəb olur. Deməli, xalq oyunları bəzi mə­qam­larda elmi biliklərin də rüşeymi hesab edilə bilər.

Arzu Allahverdiyevanın söylədiyinə görə “Çatı-çatı” oyu­nu belə oynanılırdı: “İki nəfər dururdu. Elə bil ki, dəs­dələrə bölü­nürdüh də. Biri o başdan, biri bu başdan dururdu. Hərri­yirdin, çatını hərriyirdin, tullanırdın. Elə bil ki, birrərdə bir dəfə. Birdə bir dəfə tullanırdın, çıxırdın. Sənin dalınca sənin yoldaşın. İlişdisə çatıya, həmin çatıya ilişdisə, çıxırdı oyunnan. Sora ikinci dəsdə. Belə-belə oynuyullar da. Birdə bir dəfə tullanıllar çatıynan, ikidə iki dəfə. Əgər ilişdinsə, dolaşdın yıxıldınsa, çıxırsan. İkinci – o biri dəsdə oynuyur. Ollar tutup saxlıyıllar iki nəfər belə axıra qədər. Baxır adamın sayına. Onu oynuyanda görəsən e” (2).

“Çatı-çatı” oyunu diqqətli olmağı, çevikliyi öyrədir.

Qarabağ bölgəsinə xas olan xalq oyunlarından biri də “Cəh­ribə­yim” oyunudur. Bu oyun, əsasən, qızlar arasında oynanılırdı.

“Cəhribəyimdə oxuyurdux:

O tay, bu tay, yasdana,

Kəhlih qonar bosdana.

Qorxuram, yağış yağa,

Yarım gələ isdana” (1, 397).

“Cəhribəyim” oyununun icrası zamanı söylənilən bu şeir parçasının son misrasından göründüyü kimi, bu oyun yetkinlik yaşına çatmış, artıq sevib-sevilmək arzuları ilə yaşayan qızlar arasında kollektiv şəkildə oynanılırdı.

Cəbrayıl rayon sakini Nəcəfov Kamil Məhəmməd oğlunun söylədiyi mətnə əsaslanaraq demək olar ki, bu oyun həm də əmək fəaliyyəti zamanı icra olunurmuş. “... Nənəm deyirdi ki, Şahmar kişi suyu gətirəndə hammızı yığırdı, biz də balaca uşaxlarıdıx. Hammıza lapatqa, vedrə. Şeyir deyə-deyə gedirdih. Dalınca da deyirdi “Cəhribəyim”. Biz də xornan qışqırırdıx “Cəhribəyim”. “Cəhribəyimi”, - deyir, oxuya-oxuya gedirdih” (1, 399).

Söyləyici o vaxt uşaq idi və bu oyunun icrası zamanı uşaqlar zəhmətə, əməyə alışmaq kimi vərdişlərə yiyələnirdilər.

Qarabağ bölgəsində kiçik və orta yaşlı qızlar arasında oynanılan oyunlardan biri də “Evcik-evcik” oyunudur. “Evcik-evcik oyununun ailə-məişət şəraitində formalaşdığını əminliklə deyə bilsək də, oyunun tarixi haqda dəqiq məlumat verə bilmirik. Oyu­nun xüsusiyyətlərindən bəllidir ki, o, çox qədim tarixə malikdir. Təbii ki, qədimdə bu oyunun oynanılması üçün gəlinciklər və digər oyuncaqlar mövcud olmadığı üçün qızlar özləri ev əşyaları hazırlayıb ərsəyə gətirərək öz əl qabiliyyətləri formalaş­dırır­dılar” (5).

Araşdırmadan məlumdur ki, bu oyun qız uşaqlarında əsl Azərbaycan xanımına xas olan xüsusiyyətlərin inkişafına münbit şərait yaradır. Eyni zamanda Qarabağ sakinlərinə xas olan qonaq­pərvərlik, qayğıkeşlik, ailəcanlılıq kimi müsbət keyfiyyət­lərin yaranmasına təkan verir.

“Gəlincik” oyunu kiçik yaşlı qızlar arasında həvəslə oyna­nılan oyunlardan biridir. Lap kiçik yaşlarından oğlanların daha çox topa, nəqliyyat vasitələrinə, təmir avadanlıqlarına, qızların isə bəzək əşyalarına, qab-qacağa, gəlincik və s. həvəs göstərdik­lərinin şahidi oluruq. “Gəlincik” oyunu da kiçik yaşlı qızların fantaziayalarının məhsulu kimi meydana gəlmişdir.

Psixoloq A.Qurbanova qeyd edir ki, müasir oyuncaqlar əv­vəl­kilərdən xeyli fərqlənir. "Əgər əvvəllər qızlar körpəni xa­tır­ladan gəlinciklərlə oynayırdılarsa, bu gün "Barbi" gəlincikləri dəb­dədir. Körpəni xatırladan gəlinciklər qayğını, sevgini öyrə­dir­disə, "Barbi"lər dəbli geyinməyi, geyimi tez-tez dəyişdir­məyi, saç düzümünə fikir verməyi, aksesuarlar və bəzək əşyaları almağı öyrədir” (6).

Valideynlər uşaqlara gəlincik seçərkən yaşa və psixologiyaya xüsusi diqqət yetirməlidirlər.

Ənzəli oyunu Qarabağ ərazisində bayram ərəfəsində uşaqlar və gənclər arasında oynanılan oyunlardan biridir. Oyun püşk atılması yolu ilə təşkil olunur. Kim uduzursa, əyilir, digər oyunçular isə müəyyən məsafə ilə düzülürlər və növbə ilə onun belindən atlanır və aşağıdakı sözləri təkrar-təkrar söyləyərək öz hərəkətlərində nümayiş etdirirlər.

Cəbrayıl rayonu sakini Nəcəfov Mübariz Kamil oğlu “Ən­zəli” oyunu haqqında söyləyir:

“Ənzəli, ikiləri xan rəhbəri.

Üşdə bir yan vurallar.

Dörtdə təpik atarlar.

Beşdə qulun qırallar.

Altıda təkər keçəllər.

Yeddidə əl dəysin,

Ətək-pətək dəyməsin.

Səkgizdə palan qoyallar.

Doquzda palan götürəllər.

Onda a hosana, hosana,

Keçi girdi bosdana.

Vurdum, qılçası sındı,

Apardılar həkimə.

Həkim verdi vəkilə.

Vəkil dedi, neyniyim...

Yeddidə əl dəyir, amma ətəh, qılçalar da dəyirsə, onda tullanan yanır. Yerdə dombalan qalxır, indi ətəyi dəyən dombalır.

Səkgizdə kurtqa kimi bir şey götürürsən atırsan belinə, keçirsən. Elə atırsan, düşməsin. Qoyuf keçirsən üsdünnən, de­yirsən, səkgizdə palan qoyursan.

“Dokquzda palan götürəllər”, - deyif, kurtkanı da götürürsən.

Doqquzda isə hamı əyilənin belinə minir. Kim yıxılarsa, onun qulaqlarını dartırlar. Oyun müddətində kim bu deyilənlərə əməl edə bilməsə "yatan"ı əvəz etməli olur” (1, 400).

Ənzəli oyununun gedişatına nəzər yetirsək, lap kiçik yaş­larından uşaq və gənclərdə ünsiyyət qurmaq bacarığının, ətra­fındakıları başa düşmək qabiliyyətinin, diqqətli olmaq, xüsusi fiziki hərəki vərdişlərə yiyələnmək kimi keyfiyyətlərin inkişafına təsir etdiyinin şahidi oluruq. Eyni zamanda oyunda fikrin şeir formasında ifadə olunması nitqin səlisləşməsinə və nitqdəki çatışmazlıqların aradan qaldırılmasına kömək edir.

“Hələ qədim zamanlarda Azərbayanda fiziki tərbiyə spesifik vərdişə yiyələnmək bacarığına, işgüzarlığın artırılmasına və sağlamlığın möhkəmləndirilməsinə, nəticədə hərbi hazırlığa yönəldilmişdi” (3, 49).

Bu tip xalq oyunları gənclərdə, yeniyetmələrdə həmçinin cəldlik, çeviklik kimi qabiliyyətləri inkişaf etdirir.

Tut qolundan dart” maraqla icra olunan oyunladan biridir. “Neçə-neçə uşax əl-ələ tutup dayrə vurur. Bir nəfər də dayrə tutan uşaxların ortasında aşağı çömpəlib gözdərini yumur. Uşaxlar da əl-ələ tutuf onun başına fırranıllar. Fırrana-fırrana da bu sözdəri deyillər (nəğməyə yaxın avazla oxunur – top.)

Dilarənin anası

Şəkərçörəh bişirir.

Hündürrüyü bu boyda,

Böyühlüyü bu boyda.

Qalx ayağa, qalx,

Ətrafına bax.

Kimi sevirsən,

Tut qolunnnan, dart.

Bu sözdərdən sora ortada duran uşağ ayağa qalxır, gözdərini açıv ətrafında dövrə vuran uşaxlardan birinin qoluna yapışır. Bu dəfə də həmin uşax dövrə vuran uşaxların ortasında oturur. Beləcə, oyun davam eliyir. Ta ki, dövrə vuran uşaxların hamısı bir-bir ortada oturup qutarır” (1, 402). “Kimi sevirsən, tut qolundan dart” ifadəsindən sonra ortadakı uşaqların hərəsinin bir uşaq seçməsi onların sərbəst seçim etmək, müstəqil fikir irəli sürmək keyfiyyətlərini ortaya qoyur.

Tarixən Azərbaycan xalq oyunları xalqın yaşamını, adətlərini özündə əxz etdirərək bu günümüzə qədər gəlib çatmışdır. Ancaq çox təəssüfedici bir haldır ki, oyunlara maraq get-gedə azal­mış­dır. Elmin, texnologiyanın inkişafı azyaşlı uşaqların canlı oyun­lara deyil, daha çox kompyuter oyunları­na maraq göstərmə­sinə səbəb olmuşdur. Bu gün uşaqların böyük bir kütləsi mobil telefonlardan və kompyuterdən asılı vəziyyətə düşüblər. Bildiyimiz kimi, canlı oyun zamanı uşaqlar bir-biri ilə canlı ünsiyyətdə olur, davranmaq keyfiyyətləri əldə edirlər. Ancaq virtual oyunlarda isə xırda emosiyalar belə yoxdur. Sirr deyil ki, bu gün kompyuter oyunlarının böyük bir hissəsi müharibəni, qəddarlığı, ölümü, dəhşəti təbliğ edir. Müsir dövrümüzdə uşaqların texnikaya bu cür hərisliyi nəinki mənəviyyata, həm də fiziki sağlamlığa sağal­mayan zərbələr vurur.

Uşaqlarımızda tarixən mövcud olan xalq oyunlarımıza yeni­dən maraq oyatmaq vəzifəsi isə valideynlərin üzərinə düşür. Doğ­rudur, yaşadığımız XXI əsrdə uşaqları texnikadan tam şəkildə uzaqlaşdıra bilməsək də, onlara kifayət qədər vaxt ayırmaq, oyun­larımızı bacardığımız qədər təbliğ etmək əsas şərtdir. Hər şey uşağın böyüdüyü mühitdən, aldığı tərbiyədən asılıdır. Ona görə də hər bir valideyn öz övladına tarixi adət-ənənələrimizin daşıyı­cısı olan xalq oyunlarını təbliğ etməlidir. Cəmiyyətin dəyişilməsi, getdikcə müasirləşməsi o demək deyildir ki, biz öz kökümüzdən qopmalıyıq. Xalq oyunlarımızı müasir mühitdə böyü­yən körpə­lərimizin maraq dairəsi çərçivəsində yaşatmaq üçün uşaq bağ­çalarında və ümumtəhsil məktəblərində, həmçinin ailə mühitində bu mövzu hər zaman aktuallığını qorumalıdır. Xalqı­mızın sahib olduğu mənəvi dəyərlər onun folklorunda yaşayır. Bu dəyərləri təbliğ edib yaşatmaq isə bizim ən ümdə borcumuzdur.
Qaynaqlar


  1. Qarabağ: folklor da bir tarixdir (toplayıb tərtib edən fil. ü. f. d. Vaqifqızı L.), VI kitab, Bakı-2013, 465 s.

  2. Mənbəyi göstərilməyən nümunələr müəllifin şəxsi arxivin­dədir.

  3. Orucov T. “Qarabağda xalq oyunları”, Qarabağ folkloru: prob­lemlər, perspektivlər mövzusunda Respublika Elmi konfransının materialları, Bakı-2012, s. 35-54.

  4. http://www.shahidov.com/?p=684

  5. http://az.wikipedia.org/wiki/Evcik-evcik

  6. (http://pda.milli.az/news/society/119426.html)


NAXÇIVANDA XALQ OYUNLARI VƏ YALLILAR
Əpoş İslam oğlu Vəliyev

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutu

elyarvelisoy@mail.ru

Özət

Yallı Naxçıvanın ənənəvi musiqi irsinin qədim mədə­niy­yət abidəsidir. Naxçıvanda “Tənzərə”, “El yallısı”, “Go­pu”, “Qazı-qazı”, “Hoynərə”, “Şərur yallısı”, “Köçəri”, “Dörd ayaq”, “Urfanı”, “Arazı”, “Siyaqutu”, “Xələfi”, “Qəni­mo”, “Na­reyi”, “Qaladan-qalaya”, “Üçayaq”, “Üçaddım”, “Köçdü ba­la­ban”, “Gülümeyi”, “Hağışda”, “Zarı-zarı”, “Tello”, “Dö­nə yallı”, “Çolağı”, “Çınq-çınq”,“İkiayaq yallı”, “Qaleyi”, “Ləy­li xanı”, “Güleynare”,”Kürdün ağırı”, “Çöp-çöpü”, “Ci­ran-ciran” və s. kimi yallı növləri var. Əsrlər boyu Naxçıvan is­tər Qafqaz, istər Yaxın və Orta Şərq, istərsə də Avropa xalq­la­rı arasında “yallıların vətəni”, “yallıların məskəni” kimi ta­nınmışdır.



Açar sözlər: Naxçıvan yallısı, Azərbaycan rəqsləri, Şə­rur yallısı, Halay, Yallı.
Апош Велийев

Народные игры и Яллы исторически реализование

в Нахчыване

Резюме

Яллы является древний культурный памятником традицион­ного музыкального наследия Нахчывана. В Нахчыване су­ществует такие разновидности яллы, как «Танзара», «Эл ял­лысы», «Джопу», «Кази-Кази», «Хойна­ра», «Шарурскойяллы», «Кочари», «Дордайаг», «Урфа­ни», «Арази», «Сиягуту», «Хальафи», «Ганимо», «На­рейи», «Галадангалайа», «Учайаг», «Учаддым», «Кочду балабан», «Джулумейи», «Хагышда», «Зари-зари», «Тел­льо», «Доне яллы», «Чолаги», «Чинг-чинг», «Икиаягял­­лы» «Галейи», «Лейлихани», «Джулейнаре», «Курду­на­гы­ры», «Чоп-чопу», «Джыран- джыран.На протяжении ве­ков Нахчыван считался «родиной яллы» среди народов Кавказа, Ближнего и Дальнего Востока, а также Европы.



Ключевые слова: Нахчыванское яллы, Азер­байджан­ские танцы, Шарурское яллы, Халай, Яллы.
Aposh Veliyev

Folk plays and yallı (rings) historically acted in Nakhchivan

Summary

Yalli (a ring) is an ancient cultural monument of traditional music heritage of Nakhchivan. There are some yalli kinds such as “Tanzara”, “El yallisi”, “Gopu”, “Qazi-qazi”, “Hoynara”, “Sharur yallisi”, “Kochari”, “Dord ayaq”, “Urfani”, “Arazi”, “Siyaqutu”, “Khalafi”, “Qanimo”, “Nareyi”, “Qaladan-qalaya”, “Uchayaq”, “Uchaddım”, “Kochdu balaban”, “Gulumeyi”, “Hagıshda”, “Zari-zari”, “Tello”, “Done yallı”, “Cholagi”, “Chinq-Chinq”, “İkiayaq yalli”, “Qaleyi”, “Leyli khanı”, “Guleynare”, ”Kurdun agiri”, “Chop-Chopu”, “Ciran-ciran”in Nakhchivan. During centures Nakh­chivan has known as “the land of yalli “, “country of yalli” among nations either in Caucasus or in Near and Middle East, or in Europe.



Key words:Yalli of Nakhchivan, Azerbaijan dances, Yalli of Sharur, Halay, Yalli.
Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respubli­kasının rayon və kəndlərində xalqımızın keçmişi, tarixi ilə bağlı bir çox qədim adət və ənənələrimiz bu gün də yaşadılır. Bu diyarın musiqi folkloru geniş janr tərkibinə, zən­gin ənənələrə, ifadə vasitələrinə və ifaçılıq xüsusiy­yət­lə­ri­nə malikdir. Bu janrlardan biri bu gün də öz ritmini, ahəngini, birliyini təravətdə saxlayan xalq rəqsləridir. Bu baxımdan, Naxçıvan xalq rəqsləri folklorşü­nasların, filoloqların, etno­qraf­ların, arxeoloqların hər zaman diqqətini cəlb etmiş, bu zəngin irs haqqında müxtəlif məqalələr yazılmış, onların tarixi, etimologiyası, etnoqrafiyası, poetik mətni barədə müəy­yən fikirlər irəli sürülmüşdür.Ən qədim tarixi dövr­lər­dən günümüzə qədər yaşayan Naxçıvan xalq rəqsləri bu regionun spesifik musiqi üslubunu və ifaçılıq ənənələrinin özündə əks etdirir. Digər tərəfdən, xalq rəqsləri etnoqrafiya, mifologiya, xalq məişəti, əmək fəaliyyəti, həyat tərzi, bayramlar və mərasimlər ilə bağlı şəkildə yaranmış və yaşamışdır.

Xalq rəqslərinin janr, ifaçılıq, ifadə vasitələri baxımdan ən qədim növlərindən biri də Yallı rəqsləridir. Naxçıvan toylarını yallısız təsəvvür etmək çətindir. Yallı həm də bu yerlərin musiqi rəmzinə çevrilib. Yallıda əl-ələ tutub coş­qun­luqla ünsiyyətdə olan insanlar öz ritmik hərəkətləri ilə ətrafdakılara da olduqca xoş təsir bağışlayırlar. İstər Qafqaz, Yaxın və Orta Şərq, istərsə də Avropa xalqları arasında Nax­çı­van “yallıların vətəni”, “yallıların məskə­ni” kimi tanın­mış­dır. Demək olar ki, Yallı Naxçıvanın ənənəvi musiqi irsinin qə­dim mədəniyyət abidəsidir. Ulu Öndər Heydər Əliyev hələ 1970-ci illərdə Naxçıvan yallılarını bundan sonra da qo­ru­mağı və yaşatmağı tövsiyə etmiş, bu folklor irsimizi “Naxçı­vanın tacı” adlandırmışdır. Azərbaycan musiqi tarixinə dair nəşrlərdə də Yallı rəqsinin qədimliyi qeyd olunmuş, bu folklor rəqsinin qədim mərasimlərlə bağlılığı bildirilmişdir (3).

Naxçıvan MR Şərur rayonunda yallının 100-dən artıq növü olub. Böyük sənət adamları Şərur torpağını yallıların be­şi­yi adlandırıblar. Onlar toy mərasimlərində, el şənliklərində ya­şadılıb. Əsrlərin qaynağından süzülüb gələn milli var­lı­ğı­mız sayılan yallılardan “Tənzərə”, “El yallısı”, “Gopu”, “Qazı-qazı”, “Hoynərə”, “Şərur yallısı”, “Köçəri”, “Dörd ayaq”, “Urfanı”, “Arazı”, “Siyaqutu”, “Xələfi”, “Qənimo”, “Nareyi”, “Qaladan-qalaya”, “Üçayaq”, “Üçaddım”, “Köçdü balaban”, “Gülümeyi”, “Hağışda”, “Zarı-zarı”, “Urfanı”, “Tello”, “Dönə yallı”, “Hağışda”, “Çolağı”, “Çınq-çınq”, “İkiayaq yallı”, “Qaleyi”, “Ləyli xanı” “Hoynare”, “Güleynare”, “Kürdün ağırı”, “Çöp-çöpü”, “Ciran-ciran”və s. belə yallı nümunələrindəndir. 1937-ci ildə deputat kimi seçi­ciləri ilə görüş zamanı Şərurda olan dahi bəstəkarımız Üzeyir Hacıbəyov Şərur yallıları ilə bağlı belə deyib: “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub” (10).

Bəzən “yallı”nı yala bənzədirlər. Yal yan-yana düzül­müş kiçik təpəciklərdir. “Yallı”nı oynayanlar da bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə yan-yana düzü­lür­lər. “Yal” – cərgədir, zən­cir  xəttidir. Türkiyədə yallıya “ha­lay” deyirlər. Toylarda və bay­ramlarda iki zurnaçı və nağa­ra­çının müşayiəti ilə oynanan kollektiv rəqs növüdür. Halayda ifaçıların sayı 10 - 15 nəfərdən 80 - 100 nəfərədək ola bilər. Halay zamanı əl-ələ tutmuş kişi, yaxud qadın­lardan ibarət dəstələr düzəldilir. Dəstənin başında duran rəqqas yallıbaşı adlanır. Onun əlində dəsmal, yaxud çubuq olur. Axırdakı isə ayaqçı adlanır. Yallı ağır tempdə başlanır, getdikcə sürətlənir, ifaçılar ritmik hərəkətlərlə dövrə vuraraq rəqs edirlər (4; 8).

Ənənəvilik və adət formasını almış yallılar iki şəkildə - rəqs və oyun yallısı olmaqla zaman keçdikcə formalaşmış, yeni-yeni növ­ləri özündə birləşdirərək bu günümüzə gəlib çat­mış­dır. “Yallı” sözünün arxaik sinonimlərindən biri Çöppü­dür. “Çö­pü” sözünə Azərbaycan şairi Qətran Təbri­zi­nin (1012-1088) “Di­van”ındakı beytlərin birində də rast gə­linir. Beytin izahında “Çöppü” sözünün yallıyabənzər, kol­lektiv oyun olduğu bildirilir. Deməli, Q.Təbrizinin XI əsrdə yaşadığı nəzərə alınsa, ondan əvvəlki əsrlərdə də Qobustan qayaüstü rəsmlərində təsvir edilən rəqslərə bənzər “Çöppü” adlı kütləvi oyunun icra edildiyi ehti­malı özünü doğruldur (6).

Naxçıvan MR Ordubad rayonu ərazisində yerləşən Gəmiqa­ya­dakı qaya təsvirləri xüsusilə səciyyəvidir. Qayanın mərkəzi hissəsində od və günəş rəmzi sayılan kiçik dairə, onun ətrafında isə qollarını yuxarı qaldırıb rəqs edən insanın təsviri verilmişdir. Naxçıvan şəhərindən 18 kilometr cənubda yerləşən və eradan əvvəl II-I minilliyə aid yaşayış yeri olan Qızılburunda aşkar edilmiş polixrom boyalı küpə üzərindəki rəqs-ifaçılıq təsviri yurdumuzda yallının çox qədim tarixə malik olduğundan xəbər verir. Bu təsvirlər həm də yallıların qədim dünyanın ən nadir sənət nümunələrindən biri olduğunu göstərir. Yallıların ifaçılıq aspektini araşdırdıqda, belə nəti­cəyə gəlirik ki, tarixi baxımdan ən qədim müşayiət forması əl çalmaq, çırtma çalmaq və atributlar ilə müşayiətdir. Belə ki, istər qədim mərasim mahnılarının və rəqslərinin, istərsə də yallıların ifası zamanı musiqi alətləri ilə müşayiət nisbətən sonrakı əsrlərin məhsuludur. Mərasim icrasın­da ən qədim müşayiətedici alət insan əlləri olmuşdur. Atributlarla müşayiət isə xalqın əmək məşğuliyyətinin və məişət həyatının təsiri ilə meydana gəlmişdir. Belə ki, musiqi folkloru xalqın mə­rasimlərilə, xalqın əmək fəaliyyəti, məişəti və həyat tərzi ilə bağlı şəkildə yaşamış və inkişaf etmişdir. Bu baxımdan yallıların ifasında çomaq, qamçı, çubuq, tas, küp, dolab kimi əmək və məişət vasitələrindən istifadə olunması yallıların tarixi qədim­liyinə və etnomədəni mahiyyətinə dəlalət edir (7).

Yallı 3 yerə bölünür: sırf musiqi ilə ifa olunan, musiqi və oxuma ilə ifa edilən və musiqisiz dil yallıları.

Dil yallıları – Musiqisiz ifa olunan bu yallı növü ən qədim oyun hesab edilir. Çünki bunlar hələ musiqi alətləri icad edilmə­mişdən əvvəl düşünülmüş oyunlardır. Çalğı alətlərinin mövcud olmadığı əski çağlarda, təqribən 10 min il əvvəl yarandığını ehti­mal edirlər. İbtidai insanlar toplu halda yaşayır, toplu halda ova çıxırdılar. Hər uğurlu ovdan sonra onun ətrafında dövrə vurur, sevinirdilər. Onlar sevinclərini müxtəlif səslərlə ifadə edirdilər. Bu da dil yallılarının forma­laş­ması sayıla bilərdi. Bəzi ucqar kəndlərin toylarında bu­ gün ­də dil yallıları qalmaqdadır. Əlini ağızlarına qoymuş bir dəstə qadının müxtəlif səslər çıxara­raq sevinclərini ifadə etməsi dil yallılarının ən gözəl növlə­rindəndir.

Xoreoqrafiya məzmununa görə yallılar iki növə ayrılır: süjetli və rəqs tipli oyunlar. Süjetli oyunlar müəyyən hadisəni təsvir etdiyinə görə teatrlaşmış xalq oyunlarına bənzəyir. Bu rəqslərdə zarafat, gülüş üstünlük təşkil etsə də, digər yal­lılarda ifa və yeriş elementləri diqqəti çəkir. “Tənzərə”, “El yallısı”, “Gopu”, “Qazı-qazı”, “Köçəri”, “Urfanı”, “Qaladan-qalaya” belə yallı nümu­nə­lərindəndir (6).

Bayram Hüseynlinin bir fikri yallı rəqslərinin tarixini və ifaçılığını əlaqəli öyrənmək baxımdan çox maraqlıdır. Onun fikrincə, yallılar “ritmli küy” ilə də müşayiət olunur. “Ritmli küy”lə müşayiət bir neçə növ olur. Bura yallı gedərkən rəqqas­ların çəpik çalmasından, yanındakı rəqs yoldaşı ilə əl-ələ vur­masından, öz buduna vurmasından, ayaq döyməsindən, çırtma çalmasından alınan ritmli küylər, yallıda istifadə olunan atribut­ların (çomaq, çubuq, qamçı və sairə) zərbindən alınan ritmli küylər və eləcə də tamaşaçıların əl vurmasından, çırtma çalma­sından, ayaq döyməsindən alınan ritmli küylər daxildir.

Beləliklə, Bayram Hüseynlinin ”ritmli küy” adlandırdığı müşayiətin aşağıdakı növləri vardır:

- Yallı gedənlərin çəpik və ya çırtma çalması, rəqs yoldaşı ilə əl-ələ vurması, ayaq döyməsi;

- Tamaşaçıların çəpik və ya çırtma çalması, ayaq döyməsi,

-Atributların (çomaq, çubuq, qamçı və s.) zərb ilə vurulması (6).

Yallı rəqsi oxuma və əlçalma ilə də müşayiət oluna bilər. Bu rəqs əvvəllər aydınca əmək xarakteri daşıyardı. Yallı böyük bir dəstənin birgə iştirakı ilə ifa olunur. Dəstənin başında əlindəki yaylığı (dəsmalı) yellədərək qabaqda gedən “yallıbaşı” durur. Başqa iştirakçılar isə qollarını açaraq bir-birilərinin çeçələ barmağından tutur, ya da əllərini bir-birilərinin çiyninə qoyurlar.

Yallı rəqsi üç hissədən ibarətdir: rəqs əvvəlcə təntənəli və aram addımlarla başlanır, getdikcə sürəti artmağa başlayır və texniki cəhətdən mürəkkəb tullanma hərəkətlərlə davam etdiril­dik­dən sonra əvvəlki təntənəli və aram yürüşlə tamamlanır.

Yallılar əsasən zurna alətinin müşayiəti altında oynanılır. Naxçıvanda zurnaçılar dəstəsi 3 nəfərdən ibarətdir: zurna (solo), züyçü (dəmkeş), çubuq nağara. Çubuq nağarası iri diametrli nağaradır. İfaçı sağ əli ilə ağzı düyülmüş iri çubuqla, sol əli ilə isə yuxarıdan ağzı düz kiçik çubuqla ifa edir.

Xoreoqrafik məzmunlarına görə yallılar iki qrupa bölünür:



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin