Conference committees conference chairs c



Yüklə 19,19 Mb.
Pdf görüntüsü
səhifə110/189
tarix31.01.2017
ölçüsü19,19 Mb.
#7144
1   ...   106   107   108   109   110   111   112   113   ...   189

 

 

 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1325



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ÇEX DİLİNDƏ TÜRK MƏNŞƏLİ SÖZLƏR 

 

Qəmbər QƏMBƏROV 

Bakı Slavyan Universiteti 



turkay.qazvin@gmail.com 

AZƏRBAYCAN 

 

Çex dilçilərinin türk dilinə olan marağının səbəbi tarix boyu Türklərlə qurduqları iqtisadi-mədəni 



münasibətlər  və onlarla aparılan müharibələr nəticəsində dillərinə külli miqdarda türk söz və ifadələri 

eyni  zamanda  türk  dili  vasitəsilə  ərəb  və  fars  sözləri  Çex  dilinə  keçməsidir.  Lakin,  Çex  dilçiliyi 

Almaniya, Macarıstan kimi ətraflı tədqiq olunmuş türkologiyaya  malik olmamışdır. Çex dilçiliyində 

adı  çəkilən  dövlətlərə  nisbətən  türkoloji  araşdırmalara  gec  başlanılmışdır.  Bunun  səbəbini  Jozef 

Blaşkoviç  aşağıdakı kimi əsaslandırır: 

 1.  Çex  və  Slovak  millətlərinin  keçmiş  yüzilliklərdə  Türk  tayfaları  ilə  heç  bir  münasibtlərinin 

olmaması; 

2.  Çex  və  Slovakların,  Çexislovakya  Respublikası  qurulduqdan  sonra  müstəqil  milli  həyatlarına  

yalnız, 1918-ci ildən sonra yaşamağa başlamaları.  

1986-cı  ildən  sonra  Praqadakı  Şarl  Universitetində  “Şərq  dilləri”  bölməsinə  türk,  ərəb  və  çin 

dilləri  və  ədəbiyyatları  ilə  məşğul  olan  prof.  Rudolf  Dvorak  təyin  olunur  və  bundan  sonra  əsaslı 

türkoloji  araşdırmalara  başlanılmışdır.  Daha  sonra  digər  dilçilər  Jan  Rypka,  Felix  Tauer  və  Jozef 

Blaşkoviç türkologiya sahəsində elmi çalışmalar aparmışlar.   

       Türk  dilindən  Çex dilinə  keçən sözlərlə  bağlı  ilk  araşdırma  Miklosiçin əsəridir.  Daha  sonra 

J.Peisker, Jozef Janko, K. Lokots və başqa dilçilərin adını çəkmək olar. Lakin, bu araşdırmalar Çex 

dilində olan Türk sözlərini tam olaraq aydınlaşdırmır. Bu əsərlərin heç biri Çex dilində nə qədər türk 

sözünün  olması,  onların  etimoloji  mənası,  keçmə  yolları  haqqında  dolğun  məlumat  vermir.  1952-ci 

ildə çıxan “Etymologicky slovnik jazyuka ceskeho” əsəri (Çex dilinin kök lüğəti) ancaq 32 sözün Türk 

dilindən  alındığını  göstərmiş,  ancaq  bu  sözlərin  çoxu  düzgün  yazılmamış  və  ya  mənası  səhv 

verilmişdir. 

       Türkoloqlar  Çex  dilinə  keçmiş  türk  sözlərindən  bəhs  etməmişdən  öncə  bu  sözlərin  hansı 

yollarla daxil olduğunu araşdırmışlar. Bu araşdırmalar nəticəsində müəyyənləşdirmişlər ki, Çex dilinə 

Türk sözləri Rus-Macar, Şimali Slavyan və ya Fransız-Alman dilləri vasitəsilə  keçmişdir.  

       Rus dili vasitəsilə keçən sözlərin bir qismi tatar və ya qazax dilindən keçmişdir. 

Rus dili vasitəsilə : balalajka- rusca balalayka (Tatarca balalayka); aul- rusca aul (türkcə ağıl

topor – rusca topor(balta) sap, türkcə teber 

Şimali  Slavyan  dilləri  vasitəsilə:  carsija~Bulqar  dilində  carsija,  Türkcə  çarşı;  coban~Bulqarca 



coban, 

Türkcə  çoban;halena,  halina~Bolqarca  halina,  Serb-Xorvatca  haljina,  Türkcə  halı;  joghurt~ 

Bolqarca jogurt, Türkcə yoğurt; rakija~ Serb-Xorvat dilində, Bolqar dilində rakij, Türkcə rakı və s. 

Alman dili vasitəsilə: vezir- almanca Wesir, türkcə vezir 

Fransız dili vasitəsilə: Serail-fransızca serail, türkcə saray  

İtalyan dili vasitəsilə: odaliska~ İtalyanca odalisca, Alm. Odaliske, Türkcə odalık. 

       Bəzi sözlərin isə Çex dilinə hansı yolla keçdiyi məlum deyildir. Hətta Çex dilində elə sözlər 

vardır  ki,  ümumiyyətlə  müəyyənləşdirmək  mümkün  deyil  türk  dilindən  çex  dilinə  keçib  və  ya  çex 

dilindən türk dilinə keçmişdir. Məsələn, Çexcə chomout~Türkcə humut, Çexcə korcak~Türkcə korçak, 

kolçak. Bəzi sözlərin türk sözləri olması aydın görünür, lakin bunu sübut etmək çox çətindir. Məsələn, 

pasa, cakan, dervis, hajde, horda, lelek, tlumocnik, torba... sözlərini göstərmək olar. 

       Türk  dilindən  Çex  dilinə  sözlərin  keçməsi  hadisəsi  müxtəlif  tarixlərdə  olan  münasibətlər 

nəticəsində olmuşdur ki, J.Blaşkoviç bunu belə göstərmişdir.  

       I.  Slavyanların  keçmiş  zamanlarda  şimal-şərq  və  şərqdə  yaşayan  Türk  xalqları  ilə  əlaqə 

nəticəsində keçməsi güman edilir. Bu sözlərə misal olaraq aşağıdakı sözləri göstərmək olar: 

       dokunmak: keçmiş Slavyan dillərində tkati; Bolqar dilində tka, Rusca tkat, Çex dilində tkati, 

Qazax  dilində  toku,  Özbək  dilində  tukimok-  kök:  toku,  tok,  ~  latın  dilində  texo;  balvan:  put,  kaya, 

böyükdaş, bacarıqsız biri; 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1326



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bu söz bütün Slavyan dillərində istifadə edilir. Macar dilində də mövcuddur. Qədim Çex dilində 

bu söz XIII yüzillikdə qeyd edilmişdir. Orxon yazılı abidələrində bu söz “balbal” kimi işlənmişdir.  

 

      II.  V  yüzildən  sonra  Slavyan  və  Türk  dilləri  arasında  əlaqələr  güclənmişdir.  Çex  boyları 



indiki vətənlərinə doğru şərqdən hərəkət etmiş və yerləşmişlər. Lakin, buarada Avarların hakimiyyəti 

altına  düşmüşlər.  623-cü  ildə  Avar  hakimiyyətinə  son  qoyulur.  Avar  hakimiyyətindən  sonra  çexlər 

türklərlə  birbaşa  əlaqədə  olmamışlar.  Lakin,  digər  Slavyan  xaqları  müxtəlif  türk  boyları  ilə  əlaqədə 

olmuşlar. Bunun nəticəsində türk və monqol dilindən çoxlu sözlər Slavyan dilinə keçmiş və Çex dilinə 

gəlib çatmışdır. Məsələn, balta~balta, biciak~ bıçaq, horda~ordu, chan~xan, kefir~kefir; 

       III.  Türk  imperatorluğu  zamanı  yaxın  ərazidə  yaşayan  Çexlərin  dilinə  Osmanlı  türkcəsinin 

böyük  təsiri  olmuşdur.  Osmanlı  türkcəsinin  təsiri  XX  yüzilliyə  kimi  davam  etmişdir.  J.  Balşkoviç  

Osmanlı trkcəsindən Çex dilinə keçən sözləri  mənaca  aşağıdakı kimi quruplaşdırmışdır. 

       1. Döyüşlə bağlı sözlər: Caus çavuş = Türk çavuşu ; Jatagan- yatağan = hançer 

Janicar-yeniçəri = mənası keçmiş türk dilində sultanın mühafizə bölüyünə bağlı olan kimsə 

Hulan,  ulan  Macarca  ulanus  (Almanca  Ulan)  sözündən.  Bu  söz  Türkcə  oğlan  sözündəndir. 

Mənası 1. atlı əsgər, 2. bir rəqs növü, Çex dilində hulanka “ulanların geyindiyi jilet, esger jileti” 

2.Rütbə  adları:  Aga~ağa  =  məmurlara  verilən  bir  ad;  Basa~pasa~başa,  paşa.  Mənası:  yüksək 

rütbəli məmur; Efendi~efendi = efendi (papaz, məmur) 

        3. Dini və gündəlik həyatla bağlı : Bazar~Pazar Rus dilindən alnmışdır. Türk dili vasitəsilə 

rus dilinə keçmişdir. Söz mənşəyinə görə fars sözüdür; Harem~harem; İmam~imam 

        4.  Geyim  adları:  Başlık~başlık;  cizma~çizme;  cuha~cucha~çuha=tunika  pellicea; 

kaftan~kaftan. 

       5. Yemək və içki adları : Jaghurt~yoğurt; kaviar~havyar; limon~limon; kava~kahve 

       6. Tütün çəkməklə bağlı sözlər: Cibuk~ cubuk= qısa və düz saplı pipo, türk piposu; Lulka~ 

lüle 

       7. Ev və ev əşyaları: Divan~divan; kelim, kilim~kilim = xalça; kiosk~köşk;  



8. Bitki və heyvan adları: Tulipan=lalə 1554-cü ildə Busbeck, Ədirnə elçisi Türkiyədən gətirmiş 

və  sarqıya  oxşadığı  üçün  tulipant  (türkcə  tülbent  sözündən)  adını  vermişdir;  Sakal~çakal; 

tarakan~tarakan; Kukurice~kukuruz (qarğıdalı, mısır)  

       Çex  dilində  mövcud  olan  türk  sözlərinin  toplanıb  tədqiq  olunması  məsələsi  tam  olaraq  öz 

həllini  tapmamışdır.  Belə  araşdırmaların  müasir  dilçilikdə  aktuallığını  nəzərə  alaraq    bu  mövzü 

ətrafında daha geniş tədqiqatlar aparılmalıdır.  

 

 

“TACİ-ƏDƏB” KİTABI HAQQINDA MƏLUMAT 

 

İnci QASIMLI   

AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu. 



menbeshunasliq@box.az 

AZƏRBAYCAN 

 

“Taci-Ədəb”  əsəri  Anadolu  coğrafiyasında  yazıldığından  demək  olar  ki,  Anadoluda  yerləşmiş 



insanlara  xitab  olaraq  yazılmışdır.  Bu  əsər  bir  Anadolu  yazıçısının  qələmindən  çıxdığından  XV  əsr 

Anadolu insanının fikirlərini, düşüncəsini, mədəniyyətini, əxlaqını, tərbiyəsini, elmini, dilini, şivəsini, 

dinini,  adət-ənənəsini,  ailəsini  əks  etdirməsi  baxımından  bizim  üçün  dəyərli  bir  sirlər  xəzinəsi  və 

araşdırma  mənbəsi    hesab  olunur.  Əsər  bir  müqəddimə,  qısa  bir  kətəbə  ilə  iyirmi  yeddi  bölümdən 

ibarətdir.  6-cı  bölümlə  7-ci  bölüm  arasında  həftənin  günləri  haqqında  başlıqsız  olaraq  məlumat 

verilmişdir.  Əsərin  sonunda  bəzi  bölümlər  arasında  “nəsihət”  başlığı  ilə  bölümə  uyğun  olaraq  qısa 

nəsihətlər verilmişdir. Nüsxələrin strukturundakı  ən böyük fərq M-315/315 şifrli  əlyazmada olan 22-

ci, B-1167 şifrəli əlyazmada isə 6-cı və 18-ci bölmələrin olmamasıdır . 

Əsas  götürdüyümüz    M-315/315  nömrəli  nüsxə  h.1221/m.1806-cı  illərdə  köçürülmüşdür.  Cildi 

medalyonlu,  qapaqlı,  tünd  qəhvəyi  köhnəlmiş  dəri,  kağızı  XVII  əsrin  I  yarısına  aid,  xətti  nəsx  və 

nəstəliq,  sətir  sayı  müxtəlif,  katibi  Faiz  oğlu  Məhəmməddir.  Mətn  qara  mürəkkəblə  yazılmışdır.  Bir 

çox  vərəqlərin  ətrafı  didilmişsə  də  mətnə  xələl  gəlməmişdir.  1a-b,  5a,  10b,  105b,  164a,  181a,  191b 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1327



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

vərəqlərində müxtəlif qeydlər yazılmış, cədvəllər çəkilmişdir. 1b, 5b, 6b, 43b, 107b, 147b, 181b, 187b, 

190b  vərəqlərində  üçkünc  müəssisə,  39b  vərəqinə  sahiblik  möhürü  basılmışdır.  6a-b,  17a-b 

vərəqlərinin  kağızı  açıq  qəhvəyi,  108a-b,  113a-b  vərəqləri  tünd  çəhrayı  rəngdədir.  106a-107a,  146b-

147a  vərəqləri  ağ  buraxılmışdır.  Ölçüsü  17  x  21.5  sm  olan  191  vərəqlik  əlyazma  12  bölümdən 

ibarətdir.  “Taci-Ədəb”  əsəri  VII  bölümdədir.  49b-105a  vərəqini  əhatə  edir.  Sonunda  h.1221/m.1806 

ildə köçürülməsi haqqında katib qeydi vardır. 

 

M-311/311  şifrli  əlyazmanın    həcmi  65  vərəq,  ölçüsü  16  x  22.5  sm,  cildi  sonralar  çəkilmiş 



qara dermantindəndir. Kağızı XVIII əsrin sonlarına aid Avropa istehsalı, xətti nəstəliqli nəsx, sətir sayı 

12-15-dir. Mətn qara, başlıqlar qırmızı mürəkkəblə yazılmışdır. 1a vərəqi cildə yapışdırılmışdır. 2a və 

sonda cilddən əvvəl vərəqdə üçkünc müəssisə möhürü basılmışdır. 65a-b  vərəqində ərəbcə və türkcə 

qeydlər  vardır.  “Taci-Ədəb”  əlyazmanın  1b-43b  vərəqlərindədir.  h.1248/m.1832-ci  ildə 

köçürülmüşdür. Katibi bəlli deyil. 

 

B-1167/2790 şifrli üçüncü əlyazma Azərbaycan pedaqoqu, mətnşünas alim Əbdülqəni Nuxəvi 



Xalisəqarızadə  tərəfindən h.1262-1269/m.1845-1852-ci illərdə  köçürülmüşdür. Ölçüsü  17.8  x  22  sm, 

mətn ölçüsü 10.5 x 15.5 sm, cildi nazik mavi kağız, xətti nəstəliq, kağızı XIX əsrin birinci yarısına aid 

Rusiya  istehsalıdır.  1a  vərəqində  düzbucaqlı  inventar,  1b  vərəqində  2  üçkünc,  2  ellipsvari  nüsxə 

möhürləri basılmışdır. 17a-26a vərəqləri ağ buraxılmışdır. Haşiyələrdə mətnlərə aid qeydlərə təsadüf 

olunur.  Mətn  qara,  başlıqlar,  yarım  başlıqlar  və  bəzi  ifadələr  qırmızı  mürəkkəblə  yazılmışdır.  Katib  

əlyazmanın  1b-16b  vərəqlərini  əhatə  edən  “Taci-Ədəb”  əsərini  h.1262/m.1845-ci  ildə  köçürdüyünü 

qeyd etmişdir. 

        Əsər  kitab  şəklində  AMEA  akad.  Z.M.Bünyadov  adına  Şərqşünaslıq  İnstitutu 

“Mənbəşünaslıq  və  yazılı  abidələrin  tədqiqi  və  nəşri”  şöbəsində  Qasımlı  İnci.T.q  tərəfindən  çapa 

hazırlanmış və AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının 22 may 

2013-cü  il  tarixli  4  saylı  iclasının  qərarı  ilə  çapına  icazə  verilmiş,  2015-ci  ildə  çap  olunmuşdur. 

Hazırladığımız  kitabda  əvvəlcə  mətn  transfoneliterasiya  edilmiş,  sonra  müasir  Azərbaycan  dilinə 

tərcümə  edilmişdir.  Sonra  mətnin  içərisindən  ərəb-fars  mənşəli  kəlmələr,  sonra  isə  türk  mənşəli 

kəlmələr seçilərək mətndəki mənaları ilə lüğət şəklinə salınmışdır. 

 

Fellər  lüğətlərdə  adətən  məsdər  şəklində  verilsə  də,  bu  mətnin  “Türk  mənşəli  kəlmələr” 



lüğətində  bu  sözlər  mətndən  olduğu  kimi  götürülmüş,  qeyd  edilmişdir.  Bu  sözlərin  mətndə işlənmiş 

bütün  formaları  göstərilmişdir.  Lüğətdə  osmanlıca  yazılmış  sözlərin  demək  olar  ki,  çoxunda  ortada 

saitlər yazılmamışdır. Bunun səbəbi orta əsr əlyazmalarında, əsasən də türk mənşəli kəlmələrdə uzun 

saitlərin yazılmamasıdır.  Lüğətin bu şəkildə tərtib olunmasında məqsədimiz bu sözlərin orta əsrlərdə 

hansı şəkillərdə işlədilməsini olduğu kimi göstərməkdən və əsərin qrammatik xüsusiyyətlərini ortaya 

qoymaqdan ibarətdir. 

          Türk  mənşəli  lüğətdə  əvvəlcə  sözün  orijinalı,  mötərizədə  transfoneliterasiyası,  sonra  

tərcüməsi  verilmişdir.  Ərəb-fars  mənşəli  kəlmələr  lüğətində  sözlərin  qarşısında  (ə)  ərəb  dilindən,  (f) 

fars dilindən olduğu qeyd olunmuşdur. (ə,f) yazılan sözlər həm ərəb, həm də fars dilindən götürülmüş 

sözlərdir. Əvvəlcə sözün transfoneliterasiyası, sonra isə mətndəki mənası verilmişdir. Mətnin əlyazma 

nüsxəsində  olduğu  kimi  sətir  sayı  transfoneliterasiyada  da  saxlanılmış  və  bu  səbəbdən  də  mətndə 

abzaslar qoyulmamışdır. “Taci-Ədəb” əsərinin Azərbaycan nüsxələri əsasında ən mükəmməl nüsxəsi 

olan, Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan M-

315/315 nömrəli nüsxə əsasında hazırladığımız bu araşdırmada belə qənaətə gəlmişik ki, bu əsərdə ələ 

alınan bütün mövzuların demək olar ki, hamısı islami anlayışla yazılmışdır. Dövrünün yaşam tərzini 

əks  etdirməsi,  qadınlarla  bağlı  yüksək  fikir,  dövrünün  təlim-tərbiyə  həyatına  baxış,  ədəb-ərkan 

qanunları  və  sosial  həyata  dair  düşüncələr  diqqətə  layiqdir.  Müəllifin  fikrinə  əsasən  hər  müsəlman 

ədəb öyrənmək məcburiyyətindədir və gözəl əxlaqlı olmalıdır. Onun fikirincə islamın qaynağı ilahidir. 

Möminlər  ədəbi  və  gözəl  əxlaqı  Hz.Peyğəmbərdən,  o  da  Cəbrayıl  vasitəsi  ilə  Allahdan  öyrənmişdir. 

Kitabın  çap  olunmasında  məqsədimiz  ümumi  baxışdan  günümüzə  qədər  öz  məqsədini  qoruyub 

saxlamış  bu  dəyərli  əsərin  cəmiyyətə  tanıdılması  və  əsərdən  yararlanmaq  imkanının  verilməsi  ilə 

keçmişimizdən  günümüzə  qədər  körpü  salan  belə  dəyərli  əsərlərin  arxivlərdən çıxarılaraq  oxuculara 

çatdırılmasıdır. Ümid edirik  ki, islam aləminin müqəddəs kitabı olan “Qurani-Kərim”ə əsaslanan  bu 

risalə islam adətlərinə və qanunlarına itaət edən və ondan bəhrələnmək istəyənlərə kömək olacaqdır. 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1328



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA İŞLƏNƏN BƏZİ              

ARXAİK SÖZLƏRİN BORÇALI ŞİVƏSİNDƏ TƏZAHÜR FORMASI 

 

Faidə OMAROVA  

AMEA, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 



Filfay-6786@mail.ru 

AZƏRBAYCAN 



 

“Kitabi-Dədə  Qorqud”  dastanı  xalqımızın  möhtəşəm  abidəsi  olaraq  qədim  dəyərlərimizi,  tarixi 

keçmişimizi,  adət  və  ənənəmizi  özündə  yaşadır.  Dastan  zəngin  leksikası,  sintaktik  vahidləri,  o 

cümlədən  zəngin  bədii  ifadə  vasitələri  ilə  həmişə  tədqiqatçıların  diqqət  mərkəzində  olmuşdur. 

Məlumdur ki, dünyada heç bir dil başqa dillərin təsirindən kənarda qalmamışdır. Hər bir dildə bu və ya 

digər dillərin sözlərinə rast gəlinir. “Kitabi-Dədə Qorqud” dastanının leksikasında da çox az miqdarda 

ərəb və fars mənşəli sözlərə təsadüf edilir. Dastandakı sözlərin 85%-i türk mənşəli, 15%-i isə ərəb və 

fars  mənşəlidir.  Buna  görə  də  türk  dillərində  ləhcə  və  ağızlarında  bu  gün  də  yaşayan  “Kitabi-Dədə 

Qorqud” dastanının leksikası türk dillərinin etimoloji lüğəti üçün də zəngin mənbədir. 

Qeyd etdiyimiz kimi “Kitabi-Dədə Qorqud” dastanında işlənən sözlərin çox az qismi türk mənşəli 

olmayan  sözlərdir.  Dastandakı  türk  mənşəli  sözlərin  əksəriyyəti  arxaikləşsə  də,  bir  çox  ləhcə  və 

şivələrimizdə  hələ  də  istifadə  olunur.  Bu  arxaizmlərdən  200-ə  qədəri  qərb  ləhcəsində  olduğu  kimi, 

yaxud  da  hər  hansı  bir  fonetik  dəyişmə  ilə  işlənməkdədir.  Qərb  ləhcəsinin  əsas  şivələrindən  olan 

Borçalı şivəsinin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlılığını yazıçı Anar belə qeyd etmişdir: “Həmin 

ilin  payızında  qələm  dostlarım  Əkrəm  Əylisli  və  Mövlud  Suleymanlı  ilə  Mövludgilin  uzaq  dağ 

kəndlərinə  getdik.  Yolumuz  Gürcüstan  ərazisindən  keçirdi.  Yol  boyu  qarşımıza  çıxan  Azərbaycan 

kəndlərinin  adı  da  Dədə  Qorqud  dünyasına  mənsub  idi:  Kəpənəkçi  (Kəpənək  –  KDQ-da  yapıncıya 

deyilir),  Qaçağan  (qaçağan  at),  Təkəli,  Yırğançı,  Yavuqlu,  İmir  kəndləri.  Movludgilin  kəndində 

eşitdiyim Azərbaycan dili qədim Dədə Qorqud dilini xatırladır”. 

“Kitabi-Dədə Qorqud” dastanının dili baxımından səciyyəvi olan keyik, soy, sağış (məhşər), yazı, 

damu, tanıq, bəbək (bala), kendu, şol, dünlə (gecə ikən), irmək, sayrımaq (oxumaq), işırmaq, ilətmək, 

tümən, yayan (piyada), çəri, əsən, sayru və s. kimi leksik vahidlərin XVII  əsrə qədərki ədəbi dilimiz 

üçün  işlək  vahidlər  olduğunu  konkret  faktlarla  əsaslandıran  T.Hacıyev  “Kitabi-Dədə  Qorqud”  və 

dialektlərimiz  məsələsinə  də  toxunur:  “Kitab”ın  dilində  müşahidə  olunan  sözlərin  müəyyən  qismi 

müasir  ədəbi  dilimiz  üçün  arxaik  sayılsa  da,  hazırda  dialektlərimizdə  canlı  şəkildə  qalır  və  yerli 

ünsiyyətdə istifadə olunur: becid, güz, yəxni, gədik, seyvan, suç, aya, ağırlamaq, öylə (nahar və vaxt 

mənasında), döşürmək, ismarlamaq, ülüş-ülüşmək, güvəzələmək, qu (xəbər), manrı, us, biləsincə (özü 

ilə), bozlamaq, yeng, duş kimi onlarla söz”. 

Borçalı şivəsində işlənən bəzi sözlərin müasir türk ədəbi dilində işlənmə hallarına da rast gəlmək 

olar. O cümlədən, bu xüsusiyyət dastandakı arxaiklərə də aid edilir. “Kitabi-Dədə Qorqud” dastanında 

işlənən  arxaik  sözlərin  bəzilərinin  qərb  ləhcəsində  və  türk  dilində  işlənmə  məqamlarını  nəzərdən 

keçirək: 



Öykə. Dastanda sinə mənasında işlənmişdir (Oğuz yigidinin öykəni qopardı, qılıcın çıqardı, yeri 

çaldı-kərtdi  –  Oğuz  igidinin  sinəsi  qabardı,  qılıncını  çıxarıb  yeri  çaldı  çapdı).  Şivələrimizin 

əksəriyyətində  “ağ  ciyər”  mənasında  işlənən  “öhvə”  qərb  ləhcəsində  öyfə,  öykə,  öfgə,  öhfə 

şəklindədir. 



Sügsün. Dastanda boyun mənasındadır (Sügsünündən tutdu, belini üzdü). Bu söz qərb ləhcəsində 

süysün şəklindədir. Borçalı kəndlərinin əhalisinin dilində tez-tez rast gəlinən sözlərdən biridir. 



Baba. Dastanda ata mənasındadır (Baba malından nə faidə başda dövlət olmasa). Məlumdur ki, 

ata  anlamlı  “baba”  Türkiyə  türkcəsində  ədəbi  dil  səviyyəsində  işlənməkdədir.  Baba  sözü  müasir 

dilimizdə  atanın  və  ya  ananın  atası  mənasındadırsa,  qərb  ləhcəsində ilkin  semantikasına  uyğun,  yəni 

ata  mənasında  işlənməkdədir.  Qərb  ləhcəsində  ata  anlamlı  “baba”,  həm  də  “bava”  fonetik 

variantındadır. Məsələn, bavamın başı üçün (and içmə kimi). 

Güyəgü.  “Kitabi-Dədə  Qorqud”  dastanında  kürəkən  mənasındadır  (Güyəgü  oğul  olmaz  – 

Kürəkən  oğul  olmaz).  Kürəkən  anlamlı  güyəgü//göygü  fonetik  dəyişmə  ilə  şivələrimizin 

əksəriyyətində  işlənməkdədir.  Göygü  qərb  ləhcəsində  “gü”  heca  düşümü  ilə  mühafizə  olunur,  yəni 

“göy” şəklində işlənir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1329



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Yoğurt.  Qədim  türk  dili  və  “Kitabi-Dədə  Qorqud”  dastanında  qatıq  mənasında  işlənən  yoğurt 

sözü  (Ağ  cıqarıb  qara  giyən  qızlar!  Bağır  kibi  ögnəndə  yoğurtdan  nə  var?)  Türk  dilində  və  qərb 

ləhcəsində eyni ilə işlənməkdədir. 

Orman.  “Kitabi-Dədə  Qorqud”  dastanında  meşə  mənasındadır  (Ala  yılan  sökməz  ormanını 

çağmaq çaqub oda uram). Bu söz qərb ləhcəsində və türk dilində də meşə mənasında işlənməkdədir. 

Gürcüstanın  Başkeçid  rayonunun  meşələr  qoynunda yerləşən  Ormeşən  kəndinin  adı  orman  və  meşə 

sözlərindən əmələ gəlmişdir.  



Kəlid. Qıfıl anlamlı kəlid sözü “Kitabi-Dədə Qorqud” dastanında az işlənən vahidlərdəndir (Əlli 

yedi  qələnin  kəlidini  alan).  Bu  söz  digər  şivələrimizdə  olduğu  kimi  qərb  ləhcəsində  də  “kilit” 

şəklindədir.  Onu da  qeyd  etmək  lazımdır  ki,  qərb ləhcəsində  kilit  sözü  ilə  yanaşı “anaxtar”  sözü  də 

geniş şəkildə işlənir. Bu sözə türk dilində “anahtar” şəklində rast gəlmək olar. 



Suç. Gunah anlamlıdır (Suçum bumıdır). Qərb ləhcəsində, o cümlədən türk dilində olduğu kimi 

işlənməkdədir. 



Öylə//öyni.  “Kitabi-Dədə  Qorqud”  dastanında  “günorta”  mənasındadır  (Öylədən  sonra  evinə 

gəldi).  Bu  söz  şivələrimiz  üçün  də  səciyyəvidir.  Onu  da  qeyd  edək  ki,  bu  sözün  qərb  ləhcəsindəki 

“öynə”  sözü  ilə  səsləşməsi  barədə  ilk  izahı  A.Vəliyev  vermişdir.  Bu  söz  həm  də  türk  ədəbi  dilində 

işlənməkdədir. 



Ocaq.  Dastanda ev-eşik,  yurd,  tayfa,  nəsil  mənasındadır (Ocağına  bunun  kimi  övrət  gəlməsün). 

Bu söz qərb ləhcəsində tayfa, nəsil mənasını saxlamaqdadır. 

Qeyd  etdiyimiz  nümunələrin  sayını  çoxaltmaq  olar.  Lakin  elə  bu  nümunələrdən  də  dastanın 

leksikası haqqında təsəvvür yaranmış olur. “Varlıq” jurnalının redaktoru doktor Cavad Heyətin gəldiyi 

qənaətə  görə  “Kitabi-Dədə  Qorqud”  dastanı  hər  şeydən  əvvəl  biz  Azərbaycan  türklərinindir,  ancaq 

həm  də  bütün  türk  dünyasının  ortaq  mənəvi  sərvətidir.  Həqiqətən  də,  qeyd  etdiyimiz  bəzi  arxaik 

sözlərin qərb ləhcəsində istifadəsi ilə yanaşı, türk dilində də işlənməsi bu fikri bir daha təsdiq edir. 

 


Yüklə 19,19 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin