Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci il tarixli, 2062 №-li əmri ilə təsdiq edilmişdir



Yüklə 3.72 Mb.
səhifə46/47
tarix28.11.2016
ölçüsü3.72 Mb.
1   ...   39   40   41   42   43   44   45   46   47

BİBÖ cədvəli
Müəllim dərsə “beyin həmləsi” strategiyası ilə başlayır. Şa­gird­ləri cütlərə ayırandan sonra sinfə sual verilir.

Delfinlər haqqında nə bilirsiniz?

Cütlər bu sual ətrafında işləyirlər. Bildiklərini kağıza qeyd edir­lər. Həmin vaxt ərzində müəllim aşağıda verilmiş cədvəli yazı tax­tasında çəkir. Cütlər verilən sualla əlaqədar müəllimlə öz fikir­lə­ri­ni bölüşürlər. Ümumi razılığa gələrək fikirlər yazı taxtasındakı cəd­vəldə “Biz nəyi bilirik?” sualı altında yazılır. Sonra müəllim ye­ni sualla şagirdlərə müraciət edir. Delfinlər haqqında daha nələri bil­mək istərdiniz?

Şagirdlər yenə də öz aralarında fikir mübadiləsi edir və hər qrup öz fikrini söyləyərək yazı lövhəsindəki cədvəldə qeyd edirlər.





Bildiklərimiz

İstəyirik bilək

Öyrəndiklərimiz

1.Təlim olunmağa meyllidirlər.

2.Məməlilər sinfinə aiddir.

3.Xəzər dənizində yaşamır.


1.Çoxalması haqqında
2.Daha hansı dənizlərdə yaşayırlar?



Müəllim mətni şagirdlərə paylayır. Mətni oxuduqca şagirdlər Öyrəndiklərimiz? sualına cavab axtarırlar və öz cədvəllərində qeyd edirlər.

Mətni oxuduqdan sonra qruplar yeni öyrəndiklərini yazı tax­ta­sın­dakı cədvəldə qeyd edirlər.


Bildiklərimiz

İstəyirik bilək

Öyrəndiklərimiz

1.Təlim olunmağa meyil-lidirlər.

2.Məməlilər sinfinə aiddir.

3.Xəzər dənizində yaşamır.


1.Çoxalması haqqında
2.Daha hansı dənizlərdə yaşayırlar?

1. Nisbətən şüurlu­d­u­r.

Sonra müəllim şagirdlərdən soruşur. Əvvəlcə sual ver­mə­dikləri daha hansı informasiyaya rast gəldilər?. Cavabsız qalmış su­al­­ların cavablarını haradan tapmaq, bunu necə etmək lazımdır və s. mü­zakirə edilir. Müəllim öz fikrini söyləyir və dərsi yekunlaşdırır.


İstiqamətləndirilmiş mühazirə
Dərsin əvvəlində müəllim mövzunu elan edir. Məsələn, möv­zu “Avstraliyanın kəşfi” adlanır. Sonra müəllim sinfi qruplara ayırır və şagirdlərə təklif edir ki, mövzu üzrə bildiklərini yada salsınlar və siyahı hazırlasınlar. Bunun üçün ağ vərəqdə cədvəl çəkilir, vərəqin bir tərəfində “Avropa Avstraliyaya nə verib”, o biri tərəfində “Avst­ra­liya Avropaya nə verib?” suallarını yazmaq lazımdır. Verilən vaxt ər­zində qruplar bu suallarla əlaqədar fikir mübadiləsi edir və öz və­rəq­lərində qeydiyyat aparırlar.


Avropa Avstraliyaya nə verib, hansı yeni biliklər əldə ediləcək?

Avstraliya Avropaya nə verib?

1.

2.


1.

2.

Qruplarda iş bitdikdən sonra müəllim bütün siniflə müzakirə apa­rır, şagirdlərin fikirlərini ümumiləşdirir və lövhədəki cədvəldə qeyd edir. Şagirdlərə bildirir ki, mühazirənin məzmunu ilə siyahını mü­zakirə edəcəklər, diqqətli olsunlar.

Müəllim mətnin I hissəsini 10-15 dəqiqə ərzində mühazirə edir (mühazirə 15 dəqiqədən çox olduqda şagirdlərin fikri yayınır, mü­əllimi dinləmirlər). Mühazirənin I hissəsi bitdikdən sonra mü­əl­lim şagirdlərdən xahiş edir ki, mövzu haqda öz fikirlərini indicə mü­hazirədə eşitdikləri informasiya ilə müqayisə edib qeydlərində dü­zəliş etsinlər və lövhədəki cədvəldə qruplar qeyd edir, fikirlərini söy­lə­yirlər. Yazdıqlarından hansı düz çıxdı, hansı səhvdir. Müəllim şa­­­girdlərə çatdırmalıdır ki, mühazirənin II hissəsində onları maraq­lan­dıran, lakin I hissədə cavab tapmadıqları suallara rast gələcəklər.

Müəllim mühazirənin II hissəsini oxuyur. Mühazirə bitdikdən son­ra o şagirdlərə müraciət edir ki, yeni öyrəndiklərinizi cədvəldə qeyd edin. Dərsin sonunda şagirdlərə 5 dəqiqəlik esse (sərbəst yazı) yaz­maq tapşırılır. Yəni şagirdlər Avropaya Avstraliyanın təsiri haq­qında öz fikirlərini qısa şəkildə vərəqə qeyd edirlər. Əgər vaxt va­r­sa, sinifdə yazırlar, vaxt yoxdursa, evdə yazıb gətirirlər, müəllim ya­zı­ları yığır və onlarla tanış olur. Müəllim mütləq bu esselər haq­qında öz fikrini bildirməlidir.
Klaster (şaxələndirmə)
Klaster hər hansı bir mövzu və ya fikrin mümkün qədər açıl­ma­sına, şagirdlərin bu ətrafda geniş, sərbəst düşünməsinə şərait ya­ra­dan metoddur. Şaxələndirmə strategiyasından həm düşünməyə yö­nəltmə, həm də düşünmə mərhələsində istifadə etmək olar. Dər­sin əvvəlində, mövzu ətraflı öyrənilməmişdən qabaq şagirdlərin fik­ri­ni cəmləşdir­mək və əvvəlki biliklərini yada salmaq üçün istifadə olu­na bilər. Bu metodun tətbiqi zamanı fikirdən fikir, mövzudan möv­zu doğur, yeni assosiasiyaların yaranması imkanı genişlənir. Klas­ter metodu həm fərdi, cütlərdə, həm də qrupla həyata keçirilə bilər. Onun tətbiqi çox sadə və yadda qalandır. Şaxələndirməni hə­ya­ta keçirmək üçün:

1.İri ağ kağız götürülür.

2.Kağızın mərkəzində söz, hər hansı fənnə aid termin, cümlə və s. yazılır.

3.Həmin sözdən şaxələr ayrılır və yeni fikirlər yazılır.

Düşünməyə yönəltmə zamanı şagirdlər mövzusu ilə əlaqədar bil­diklərini yadlarına salırlar. Yəni onlar klasteri işlədilər və hər qrup öz işini sinfə təqdim etdi. Sonra isə konkret mövzu verilir, şa­gird­lər həmin mövzu ilə tanış olurlar.

Ola bilsin ki, müəllim tətbiq etmədə, yəni düşünmə mər­hə­lə­sin­də də klaster metodundan istifadə etsin. Mətndən aldığı yeni bi­lik­ləri klasterdə qeyd etsinlər. Bu zaman onlar qeydlərini yaxşı olar­dı ki, başqa rəngli qələmlə etsinlər (Əvvəlki bilikləri yeni aldığı bi­lik­dən ayırmaq məqsədi ilə). Bu metoddan istənilən fənnin tədrisi za­manı istifadə etmək əlverişlidir.


Ziq-zaq metodu
Əvvəlcə şagirdləri dörd nəfərlik qruplara bölün. Qruplar mü­əy­yənləşdirildikdən sonra hər bir qrupdakı şagirdlərə təklif edin ki, hə­rəsi bir rəqəm söyləməklə 1-dən 4-ə qədər saysınlar. Beləliklə, hər bir kəsin söylədiyi rəqəm onun nömrəsi olacaqdır.

Sonra şagirdlərə mətn verilir. İzah edilir ki, mətni araşdırmaq, məz­munu dərk etmək və məğzinə varmaq lazımdır.

Şagirdlərin diqqətinə çatdırmaq lazımdır ki, mətn 4 hissəyə bö­lün­müşdür. Hər bir qrupdakı 1 nömrəli iştirakçı birinci hissə, 2 nöm­rəli iştirakçı ikinci hissə, 3 nömrəli iştirakçı üçüncü, 4 nömrəli iş­tirakçı dördüncü hissə üçün cavabdeh olacaqlar. Bu qaydanı izah et­dikdən sonra şagirdlərdən xahiş edin ki, eyni nömrəli iştirakçılar bir yerə toplansınlar. Eyni nömrəli iştirakçılardan təşkil olunmuş qrup­lar indi ekspert qrupları adlanır, onların vəzifəsi, mətnin öh­də­lə­rinə düşən hissəsinin materialını diqqətlə öyrənməkdən ibarətdir. On­lar həmin hissəni oxumalı, məzmununu müzakirə etməli və ma­te­rialı lazımınca qavramalıdırlar. Ekspert qrupunun hər bir üzvü öy­rən­diyi hissənin materialını dərsin əvvəlində yaranmış qrupun üzv­lə­rinə izah etməlidir. Şagirdlərə çatdırmaq lazımdır ki, sonradan on­ların bəzilərinə öyrəndikləri hissəni bütün sinfə izah etmək təkilf olu­nacaq. Ekspert qruplarının işi başa çatdıqdan sonra, onlar öz əv­vəlki qruplarına qayıdıb materialın məzmununu həmkarlarına izah edir­lər. Şagirdlər bilməlidirlər ki, yekunda bütün qrup üzvlərinin ma­terialın məzmununu tam mənimsəmələri zəruridir.

Bu metoddan istifadə zamanı müəllim əvvəlcədən mövzunu 4 his­səyə (hissəyə ayırmaq qrupların sayından asılıdır) ayırır. Mə­sə­lən, mövzu: Azərbaycan. Bu zaman onun coğrafi mövqeyi və təbii şə­­raiti – birinci; relyefi - ikinci; iqlimi və daxili suları - üçüncü; əha­li­si və nəqliyyatı - dördüncü ekspert qrupuna tapşırılır. Hər ekspert qru­pu ona düşən hissəni öyrənir, müzakirə edir, sonra əvvəlki qrup­la­ra qayıdır, orada öyrəndikləri hissəni qrup üzvlərinə izah edirlər. Be­ləliklə, mövzunun hər bir hissəsi haqqında qrupun hər bir üzvü bi­lik alır və o barədə qrup üzvlərinə məlumat verir.

İlkin qrup üzvləri qeydlər etməli, meydana çıxan sualları yaz­malı, sonra bu suallar hər bir hissə üçün məsul olan ekspertlərə ün­van­lanmalıdır.

Müəllim informasiyanın dəqiq verildiyinə və qarşıya çıxan su­al­ların düzgün cavablandırıldığına əmin olmalı və nəzarət etməlidir.


Dəyirmi masa
Müəllim sinfi qruplara bölür. Hər qrupa bir vatman kağızı və qru­pun şagirdlərinin sayı qədər rəngli flamaster verir. Hər şagird ona verilən rəngli flamaster ilə yazmalıdır.

Yazılı “Dəyirmi masa” elə metoddur ki, bu zaman vərəq qru­pun daxilində dairə üzrə daim bir nəfərdən digərinə ötürülür. Mə­sə­lən, müəllim mövzuya aid hansısa bir fikri yazır, sonra şagird öz fi­kirlərini əlavə edərək vərəqi sol tərəfdəki “qonşusuna” verir. O da öz növbəsində bu fikrə yeni mülahizələr əlavə edir və vərəqi baş­qa­sına ötürür. Şagirdlərin hər biri öz fikirlərini ayrı rəngli qələmlə və ya flamasterlə yazırlar. Bu zahirən bütün şagirdlərin yoldaşlarından ge­ri qalmamaq hissini gücləndirir və müəllimə imkan verir ki, möv­zu­nun hər bir şagird tərəfindən mənimsənilməsini və hər bir kəsin nə dərəcədə iştirak etdiyini müəyyənləşdirsin.

Məsələn, ədəbiyyat dərsində Nizami Gəncəvinin yaradıcılığı möv­zusunun tədrisi zamanı müəllim vatmanda bir söz yazır: “Xəm­sə”. Qrupun üzvlərinin hər biri sıra ilə öz əlavələrini edirlər. Şa­gir­din biri yazır “Beşlik”, digəri “Sirlər xəzinəsi”, o biri “Leyli və məc­nun” və s. beləliklə, bütün üzvlər xəmsə ilə əlaqədar bildiklərini sıra ilə qeyd edirlər. Qruplar işlərini bitirdikdən sonra hər qrup öz işi­ni təqdim edir. Hansı qrupun mövzunu nə dərəcədə mənimsəməsi ay­dın olur. Sonda müəllim ümumi nəticə çıxarır.

Bu metoddan bütün fənlərin tədrisində istifadə etmək olar.


Qrafik göstəricilər
Tədris zamanı zehni prosesləri əyaniləşdirmək üçün qrafik göstəricilərdən istifadə edilir. Konseptual cədvəllər, T-sxemlər və Venn diaqramı qrafik göstəricilərin ən səmərəli formalarıdır.
Konseptual cədvəl
Bu üsul üç və ya daha çox obyekt, yaxud cəhətin müqayisəsi nə­zərdə tutulan zaman səmərəli sayılır. Cədvəli düzəltmək üçün və­rə­qin sol tərəfində, şaquli qrafada müqayisə ediləcək obyektlər, üfü­qi qrafalarda isə onların müqayisə olunacaq xüsusiyyətləri göstə­ri­lir. Konseptual cədvəldən ədəbiyyat dərslərində surətləri, müxtəlif pe­şələri müqayisə edərkən istifadə etmək olar. Bu cədvəldən yazı iş­ləri üçün hazırlıq mərhələsində, ibtidai sinifdə və dil-ədəbiyyat dərs­lərində də istifadə etmək olar.

Ədəbiyyat dərslərində müqayisə ediləcək cəhətlərə hansı as­pekt­dən yanaşmağı müəllim aydınlaşdırmalıdır. Cədvəldə mövzu ilə əlaqədar dəyişiklik edə bilər.


T-Sxemlər
Müzakirə zamanı müsbət-mənfi cavablar üçün (razıyam, eti­raz edirəm), yaxud müqayisəli fikirlərin qeyd edilməsi üçün T-sxem­lər adlanan qrafik göstəricilərdən istifadə olunur. Müəllim mü­əy­yən bir mətni şagirdlərə verir, onlar razıyam və ya etiraz edirəm prin­sipi ilə oxuyurlar və aşağıdakı kimi cədvəl tərtib edirlər. (Yaxşı olar ki, mövzu Qarabağ hadisələri, qaçqınlar haqqında olsun).


Yuxarı Qarabağı Azərbaycandan ayırmaq olmaz (səbəblər)

Yuxarı Qarabağı Azərbaycandan ayırmaq olar (səbəblər)

1. Azərbaycanın tarixi ərazisidir.

2. Ermənilər bura köçürülüblər.

(XIX əsrin I yarısında)

3.və s.


1.

2.

3.


Cədvəl tərtibindən sonra iş cütlərlə gedir. 10 dəqiqə vaxt ve­ri­lir ki, səbəblər yazılsın, birinci 5 dəqiqə ərzində cədvəlin sol tə­rə­fində qoyulan suala cavablar yazılır, ikinci 5 dəqiqə ərzində isə cəd­vəlin sağ tərəfindəki sualla əlaqədar səbəblər yazılır. Sonra hər cüt özü­nə yaxın olan cütlə fikir mübadiləsi edir. Axırda müəllim yazı löv­həsində bütün sinif üçün T- sxemi tərtib edir, bütün cütlərin fi­kirlərini ümumiləşdirir və nəticə çıxarır.


Semantik əlamətlərin təhlili
Semantika fransızca “semantiq”ue, yunanca semantikos – işa­rə edən, “sema” işarə deməkdir, semantikanın tədqiqat obyekti iş­a­rə­nin (sözün) üçüncüsünün (işarələyən, denotat, işarələnən) vəh­də­ti­dir. İşarələyən (zahiri ünsür, səslərin yaxud qrafik işarələrin ar­dı­cıl­lığı) denotat (adlandıran predmet və gerçəklik hadisələri) işa­rə­lə­nənlə (predmet və hadisələrin insan şüurunda əksi) bağlıdır. Bu üç əla­qə semantikanın məna kateqoriyasını təşkil edir.

Bu strategiyadan şagirdlərdə əsas biliklərin formalaşdırılması və inkişafı üçün istifadə etmək olar. Semantik əlamətlərin təhlili me­todu şagirdlər üçün tanış olmayan mövzunun tədrisi zamanı daha əhə­miyyətlidir. Bu metodun tətbiqi zamanı keçilmiş mövzu ilə yeni mövzu müqayisə edilir.

Bunun üçün müəllim yazı lövhəsində sxem çəkir. Sxemin sol tə­­rəfində yuxarıdan aşağıya üç müqayisə olunacaq obyektin adı ya­zılır. Kağızın yuxarı hissəsində, soldan sağa müqayisə olunan xü­susiyyətlər yazılır. Şagirdlər də bunu özləri üçün qeyd edirlər, uşaq­lar iki və ya üç tanış obyekti müqayisə edərək, semantik əlamətlərin al­tında hər bir obyektə müvafik işarə və qeydlər qoyurlar. (“Hə” üçün +, “yox” üçün -, tam əmin olmadıqları üçün ? işarəsi qo­yur­lar). Məsələn, aşağıdakı cədvəldə göstərildiyi kimi:


Ölkələr


Harada yerləşir

Sərvətləri

Konsorsuma qoşulması barədə

Avropa

Asiya

Afrika

neft

qızıl

kömür




1.Azərbaycan

2.Türkiyə

3.Norveç


_

+

+



+

+

_



_

_

_



+

_

+



+

?

?



_

?

?



+

+

+


Bundan sonra şagirdlər mütaliə yolu ilə mətni öyrənməyə baş­la­yırlar və müzakirə edirlər. Mətnlə tanış olduqdan sonra lazım gəlsə öz sxemlərində düzəliş aparırlar. Sonda müəllim özünün ha­zır­ladığı sxem üzərində şagirdlərin köməyi ilə düzəliş edir və ya ca­vabları təsdiq edir.


Venn diaqramı
Venn diaqramı kəsişən iki və ya daha artıq çevrə üzərində qu­ru­lur. Çevrələrin üst-üstə düşdüyü hissədə yazmaq üçün kifayət qə­dər yer olmalıdır. Həmin hissədə sözü gedən məsələnin oxşar yaxud üm­umi cəhətləri qeyd olunur. Tutaq ki, şagirdlər coğrafiyadan və ya ta­rixdən iki ölkəni müqayisə edirlər. (Hər bir fənnə aid müqayisə olu­nan məsələ, obyekt ola bilər). Venn diaqramı vasitəsi ilə oxşar və ya fərqli cəhətləri vermək olar. Sinif qruplara bölünür, mövzuya aid mətn paylanılır. Müəllim qruplara tapşırır ki, mətnlə tanış ol­sun­lar və onlara təqdim olunan ağ kağızlar üzərində Venn diaqramı qur­sunlar. Bu zaman müəllim diaqramı yazı lövhəsində qurur. Diaq­ramın kənar hissələrində (çevrələrin) fərqli cəhətlər, üst-üstə dü­şən hissədə isə oxşar cəhətlər yazılır. Qruplarda iş bitdikdən sonra hər qrup öz işini təqdim edir. Dərsin sonunda müəllim fikirləri ümu­mi­ləşdirərək lövhədə qurulmuş Venn diaqramında qeydlər edir və son nəticəni söyləyir. Bu diaqramdan bütün fənlərin tədrisi zamanı isti­fadə etmək əlverişlidir.

Venn diaqramından həm öyrədici, inkişafetdirici, həm də ümu­miləşdirici dərsdə istifadə etmək olar.

Müqayisə olunacaq obyektin, məsələnin sayından asılı olaraq çev­­rələrin kəsiyini artırmaq olar. Məsələn aşağıdakı kimi .



Məqsəd:


  1. Cisim və ya hadisələri müqayisə etmək və onların oxşar və fərq­li cəhətlərini müəyyənləşdirmək;

  2. Biliklərin aktuallaşması;

  3. Təhlil proseslərinin inkişafı;

  4. Qiymətləndirmə prosesinin inkişafı;


Alqoritm:

  1. Müqayisə olunacaq cismin və hadisələrin müəyyən­ləş­di­ril­mə­­si;

  2. Kəsişən dairələrin çəkilməsi (ortada yazmaq üçün yer sax­la­maq);

  3. I və II dairədə müqayisə olunacaq obyektləri qeyd etmək;

  4. Şagirdlərə təlimat vermək (təlimatda nəyin müqayisə olu­na­cağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı ba­rədə deyilir);

  5. Müqayisə olunan obyektlər təsvir olunur: fərqli cəhətlər sol və sağ tərəfə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur;

  6. Müqayisə nəticəsində şagirdlər ümumiləşdirmə aparırlar;

Şərtlər: (hər cür ola bilər)

  1. İş forması- böyük və kiçik qruplarda və cütlərdə;

  2. Auditoriyanın bilik səviyyəsi – müqayisə olunacaq cisim və ya hadisələrin xüsusiyyətləri haqqında biliklər olmalıdır;

  3. Vaxt – maksimum 15 dəqiqə (materiallardan asılı olaraq);

  4. Dərs tipi – ümumiləşdirici dərs, bilik və bacarıqların for­ma­laşdırılması;

  5. Dərs mərhələsi – yeni materialın təqdimatı - motivasiya, təd­qiqat mərhələsi, nəticələrin çıxarılması, tətbiq etmə;

Vəsaitlər: Lövhə, flomaster, kağız, əlavə ədəbiyyat və mate­r­i­a­l;

Yarana biləcək problemlər:

  1. Ümumi cəhəti müəyyənləşdirməkdə çətinlik;

  2. Vaxtın uzanması;

  3. Nəticənin çıxarılmasında çətinlik.


İki hissəli gündəlik strategiyası
Sinifdəki şagirdləri cütlərə ayırırıq. Hər birisinə tapşırırıq ki, “Və­tən həsrəti nədir?” mövzusuna aid fikirlərini qısa şəkildə qeyd et­sinlər. Hər iki yoldaş (cütlər) yazıb qurtardıqdan sonra fikirlərini bir-birilə bölüşürlər. Bütün siniflə müzakirə aparmaq üçün bir şa­girdi qaldırır, öz fikirlərini soruşuruq və digər şagirdlər də de­yi­lən­lərə əlavələr edə bilərlər. Sonra şagirdlərə Almas İldırımın “Əziz Azər­­baycanım” şeirini oxumağı tapşırırıq, şeiri oxuduqca onlar iki his­­səli gündəliyə uyğun qeydlər etməlidirlər.

İki hissəli gündəlik tərtib etmək üçün şagirdlər ağ vərəqi şa­qu­li xətlə iki yerə ayırırlar. Vərəqin sol tərəfində onlar mətndən yad­da qalan, onlara çox təsir etmiş, nəyi isə xatırladan sitatları qeyd edir­lər. Vərəqin sağ tərəfində isə onlar fikirlərini şərh edirlər: Niyə bu si­tatı yazıblar?, Sitat onlarda hansı fikirləri oyadıb?, Bununla bağlı han­sı suallar meydana çıxmışdır?




Şeirdən götürülən sitat

Verilən şərhlər. Nəyə görə bu sitat yazılıb?

1.

2.

3.



4.

1.

2.

3.



4.

Şagirdlər şeri oxuyub iki hissəli gündəlikdə qeydlər edirlər. Son­ra müzakirəni bütün siniflə aparmaq lazımdır. Cütlərdən biri qal­dırılır, yazdıqlarını söyləyirlər, digərləri isə öz fikirlərini əlavə edir­lər. Müzakirə qurtardıqdan sonra müəllim şagirdlərdən xahiş edir ki, 10 dəqiqə ərzində “Vətən” mövzusuna aid düşüncələrini yaz­sınlar. (Bu metod 10 dəqiqəlik ESSE adlanır.)

Bu dərs zamanı müəllim proqramda verilmiş şeri sadəcə ola­raq əzbər söyləmir, şagirdlərdən də həmin anda şeri evdə əz­bər­lə­mə­yi tələb etmir. Şagirdlərdə əsər üzərində apardıqları iş vasitəsi ilə ma­raq yaradır və sonra əzbərləməyi tapşırır.
Karusel strategiyası
Qruplara ayrılandan sonra müəllim hər qrupa sual yazılmış bir ka­ğız və vatman verir. Qrupların sayı 4-sə 4 müxtəlif sual qoyulur. Hər qrupun üzvləri sualı oxuyur və ona cavab yazırlar. Sonra mü­əl­li­min köməkliyi ilə kağızları saat əqrəbi istiqamətində bir-birinə ötü­rürlər. İkinci dairə ilə gələn suala da cavab yazılır, yenə də qrup­lar kağızı dəyişdirirlər və beləliklə “karusel” kimi 1-ci qrupdakı ka­ğız bütün digər qruplardan keçərək, axırda özünə qayıdır (eləcə də di­gər qrupların kağızları da digər qruplardan keçərək, axırda özünə qa­yıdır). Deməli hər qrup hər bir suala öz cavabını verir. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və sualların cavabları üzərində iş­ləyirlər.


15.7. Dərsdə şagirdlərin qiymətləndirilməsi
Məktəblərimizdə mövcud olan ənənəvi qiymətləndirmə üsulu ilə fəal təlim metodlarının tətbiq edildiyi dərslərdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi arasında ciddi fərq vardır. Bu cür dərslərdə yeni qiymətləndirmə sistemini nəzərə almaq lazımdır. Qiy­mətləndirmə tapşırıqların yerinə yetirilməsinə əsaslanmalıdır. Qiy­mətləndirmənin əsası tapşırığın yerinə yetirilməsinin keyfiy­yə­ti­ ilə müəyyən edilir. Qiymətləndirmənin obyektləri isə şagirdlərin yerinə yetirdiyi ev tap­şırığı, qrupların işində və diskussiyalarda iştirak, suallar for­ma­laş­dırmaq və tədqiqat aparmaq bacarığı ola bilər. Ev tapşırığı mü­sa­hi­bə, sosioloji sorğu aparılmasından, esse (kiçik inşa) yazıl­ma­sın­dan, anket hazırlanmasından və i.a. ibarət ola bilər. Şagirdlər öz bi­lik­lərini və əqli vərdişlərini şifahi, yazılı, vi­zu­al, rollu, ya da digər for­mada təqdimatlar yolu ilə nümayiş etdirə bilərlər. Yaxşı təşkil edil­­miş təqdimetmə şagirdlərin biliklərinin və əqli vərdişlərinin yük­­sək səviyyədə olması deməkdir.

Dərslərdə nə qiymətləndirilir?



  1. Məzmunun - əsas faktların və terminlərin, səbəb-nəticə əla­qə­­lərinin, nəticə və ümumiləşdirmənin mənimsənilməsi.

  2. Təhliletmə vərdişlərinin, öyrənmə bacarığının, digər qrup­la­­rın baxışlarının, yaxud nöqteyi-nəzərinin başa düşülməsi və i.a.

  3. Dəyərlərin formalaşdırılması.


Qiymətləndirmə meyarlarını necə işləyib hazırlamalı?

Yeni təlim texnologiyaları ilə keçirilən dərslərdə şagird bili­yi­nin qiymətləndirilməsinin üç istiqamətdə aparılması tövsiyə edilir:

-Diaqnostik qiymətləndirmə(ilkin səviyyənin qiymətləndiril­mə­si).Bununla müəyyənləşdirilir ki, şagirdlər əsas bilik və baca­rıq­la­ra malikdirlərmi? Tədris edilmiş materialın hansı hissəsini bilir­lə­r­?

- Formativ qiymətləndirmə(təlim irəliləyişini müəyyən etmək üçün). Şagirdlər standartların reallaşması istiqamətində irəliləyə bi­lir­­lərmi?

- Summativ qiymətləndirmə (yekun). Şagirdlər standartlara əsas­lanan məqsədlərə hansı səviyyədə nail olublar?

Şagirdlərin qiymətləndirilməsi üçün dəqiq meyarlar işlənib ha­zır­lanmalıdır. Meyarlar bilik və bacarıq, o cümlədən, infor­ma­si­ya­nı aydın təqdim etmək bacarığı və məntiqi təfəkkür qabiliyyəti ki­mi göstəricilərinin inkişafını əks etdirməlidir. Qiymətləndirmə me­yar­ları nə qədər aydın olsa, bir neçə müəllimin bu və ya digər şagir­din işini eyni qaydada qiymətləndirəcəyinə bir o qədər çox yəqinlik ya­ranar. Şagirdlərin özləri də qiymətləndirmə meyarlarını bil­mə­li­dir­lər ki, onlardan nə gözlənildiyini təsəvvür etsinlər. Yerinə yetiril­miş ev tapşırığının “əla”, “yaxşı”, “kafi” qiymətləndirilməsi meyar­la­­rını şagirdlərin özlərinin müəyyənləşdirməsi prinsipial məsələdir. Qiy­mətləndirmə “əks-əlaqə”nin yaradılmasına kömək etməli, yəni şa­gird­lərə və müəllimlərə bir-birini daha yaxşı başa düşməkdə yar­dım göstərməlidir. Şagirdlər qiymətləndirmə meyarlarını kiçik qrup­­larda işləyib hazırlaya, sonra isə bütün siniflə birlikdə müzakirə edə bilərlər. Yekun qiymət şagirdin özünüqiymətləndirməsindən, onun qruplardakı işinin qiymətindən və müəllimin verdiyi qiy­mət­dən toplanaraq yarana bilər.

1   ...   39   40   41   42   43   44   45   46   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə