1.2. Zeytunun kimyəvi tərkibi və qidalılıq dəyəri
Zeytun iri, həmişəyaşıl meyvə ağacıdır. Onun meyvəsinin tərkibində 75% yağ (meyvə ətinin quru çəkisində), 7%- dək zülal, 9%- dək şəkərlər, A, B, C vitaminləri vardır.
Zeytun meyvələri təzə halda çox acı olduğuna görə yeyilmir. Meyvələrdə xeyli (10%- dək) qlükozid olduğuna görə acı olur. Bu acılıq emal nəticəsində kənar edilir.
Meyvələrin istehlak dəyəri, onların iriliyindən, ətlik hissəsinin tumuna nisbətindən və yağlılığının miqdarından asılıdır. Meyvələrin ayrı- ayrı hissələrinin (faizlə) ümumi kütləyə nisbətən kimyəvi tərkibi (T.İ.Knişeveskaya görə) 1.1. saylı cədvəldə verilmişdir.
Cədvəl 1. 1. Zeytun meyvəsinin ayrı- ayrı
hissələrinin kimyəvi tərkibi.
Meyvənin
hissələri
|
Su
|
Yağ
|
Zülal
|
Karbo-
hidrat
|
Kül
|
Meyvənin ətliyi
|
24,2
|
56,4
|
6,8
|
9,9
|
2,66
|
Bərk örtüyü (qabığı)
|
4,2
|
5,25
|
15,6
|
70,3
|
4,16
|
Toxumu
|
6,2
|
12,26
|
13,8
|
65,6
|
2,16
| Yağının toplanması başlıca olaraq meyvənin ətliyində baş verir. Meyvə nə qədər ətli olarsa, bir o qədər dəyərlidir. Zeytunun meyvələrindən alınan yağın miqdarı və keyfiyyəti, öz növbəsində bitkinin növündən, becərilmə şəraitindən, meyvənin yetişmə dərəcəsindən və məhsulun emal üsullarından asılıdır.
Yetişmiş meyvələrin tərkibində yağın miqdarı meyvənin quru kütləsinə nisbətdə adətən 30- dan 60%- dək olur. Ədəbiyyat məlumatlarına görə zeytun meyvələrində yağın miqdarı quru maddəyə görə 44,8%- dən 72,4% arasında dəyişir. Zeytunun və zeytun məhsullarının kimyəvi tərkibi 1.2 və 1.3 saylı cədvəllərdəverilmişdir.
Bəzi mənbəələrə görə konservləşdirilmiş zeytun məhsullarında 1,42% doymuş yağ turşuları, 79,99% su, 2,23% kül (minerallı maddələr), 3,2% sellüloza vardır.
Meyvələri konservləşdirir, duza və sirkəyə qoyur, quru- quru duzlayırlar. Emal olunan zeytunun qida əhəmiyyəti böyükdür. Meyvələri preslə sıxıb yüksək kalorili zeytun yağı alırlar. Zeytun yağından kulinariyada geniş istifadə olunur. Bu yağ Aralıq dənizi və bir sıra cənub ölkələrinin əhalisinin qidasında əvəzedilməz ərzaq məhsulu sayılır. Zeytun yağında konservləşdirilmiş məhsullar delikates sayılır. İnsan orqanizmi tərəfindən çox yaxşı mənimsənilən zeytun yağı həzm yolunun, qaraciyərin yaxşı işləməsinə səbəb olur. Məhz buna görə də mədə və qaraciyər xəstəliklərini müalicə etmək üçün təbabətdə zeytun yağından geniş istifadə olunur. Keyfiyyəti aşağı olan yağ sortları (ağac, sürtkü) ətriyyatda, toxuculuq sənayesində, texniki məqsədlər üçün işlədilir. Zeytunun oduncağından qiymətli xırdavat əşyaları hazırlamaq üçün istifadə edilir.
Zeytuna acılıq verən onun tərkibindəki oleouropeinin olmasından irəli gəlir. Zeytun meyvəsində yağdan başqa enzimlər, boya və aşı maddələri, yarpaqlarında qlikozidlər, üzvi turşular, mannit, aşı maddələri, flavonoidlər, taninlər və vitaminlər vardır.
Cədvəl 1.2. Zeytun və zeytun məhsullarının
kimyəvi tərkibi və qidalılıq dəyəri
Məhsulun
Məhsulun adı
adı
|
100 qram məhsulda, faizlə
|
100 qr.
məhsulun
enerji
dəyəri,
kkal
|
Su
|
Zülal
|
Yağ
|
Karbo-
hidrat
|
Üzvi
turşu
|
Kül
|
1. Zeytun
(ətliyi)
|
50,0
|
1,6
|
23,0
|
4,9-8,6
|
0,45
|
1,5
|
232-245
|
2.Konservləş-
dirilmiş
zeytun
|
69,6
|
1,8
|
16,3
|
5,2
|
0,2
|
4,7
|
174,7
|
İçi doldurul-
muş zeytun:
|
|
|
|
|
|
|
|
3.1. Badam
işli
|
63,4
|
4,9
|
20,3
|
4,5
|
0,2
|
4,1
|
220,3
|
3.2. Sarımsaq
içli
|
73,2
|
2,0
|
8,8
|
6,2
|
0,2
|
4,3
|
112,0
|
3.3. Şirin
bibər içli
|
77,5
|
1,3
|
8,8
|
3,7
|
0,2
|
4,4
|
99,2
|
4.Konservləş-
dirilmiş qara zeytun
|
69,5
|
1,8
|
16,8
|
5,7
|
0,3
|
4,5
|
181,2
|
5. Zeytun
yağı
|
0,2
|
-
|
99,8
|
-
|
-
|
-
|
898
|
Cədvəl 1.3. Konservləşdirilmiş zeytun məhsullarında vitaminlərin və
minerallı maddələrin miqdarı
Vitaminlər
|
100 qram məhsulda
|
Mineral
maddələr
|
100 qram məhsulda
|
Xolin
|
10,3 mq
|
Selen, Se
|
0,9 mq
|
Vitamin PP –
Niasin
|
0,037 mq
|
Manqan, Mn
|
0,02 mq
|
Vitamin K –
Filloxinon
|
1,4 mq
|
Mis, Cu
|
251 mkq
|
Vitamin E –
Tokoferol
|
1,65 mq
|
Sink, Zn
|
0,22 mq
|
Vitamin C-
Askorbin turşusu
|
0,9 mq
|
Dəmir, Fe
|
3,3 mq
|
Vitamin B6 –
Piridoksin
|
0,009 mq
|
Fosfor, P
|
3,0 mq
|
Vitamin B5 –
Pantoten turşusu
|
0,015 mq
|
Kalium, K
|
8,0 mq
|
Vitamin B1 –
Tiamin
|
0,003 mq
|
Natrium, Na
|
872 mq
|
Vitamin A –
Retinol
|
20 mkq
|
Maqnezium,
Mg
|
4,0 mq
|
β – karotin
|
0,237 mq
|
Kalsium, Ca
|
88 mq
|
-
Zeytun bitkisinin botaniki təsviri və biologiyası
Zeytun bitkisi zeytunkimilər (Oleaceae) fəsiləsinin zeytun (Olea) cinsinə, avropa (Europaea) növünə aiddir. Zeytun bitkisinin elmi təsnifatı 1.4. saylı cədvəldə verilir.
Cədvəl 1.4. Zeytun bitkisinin elmi təsnifatı
-
Təsnifatın adları
|
Azərbay-canca
|
Rusca
|
Latınca
|
Aləmi:
|
Bitkilər
|
Растения
|
Plantae
|
Şöbə:
|
Örtülütoxum-
lular
|
Покрытосеменные
|
Angiospermae
|
Sinif:
|
İkiləpəlilər
|
Двудольные
|
Dicotyledoneae
|
Sıra:
|
Dalamazçi-çəklilər
|
Ясноткоцветные
|
Lamiales
|
Fəsilə:
|
Zeytunkimilər
|
Маслиновые
|
Oleaceae
|
Cins:
|
Zeytun
|
Маслина
|
Olea
|
Növ:
|
Avropa zeytunu
|
Олива европейская
|
Olea europaea
|
Zeytun cinsinin 34 növü vardır. Bunlardan ən çox yayılmış Avropa zeytununun (Olea europaea) 6 növmüxtəlifliyi də vardır.
-
Olea ambrensis H.PERRIER
-
Olea bomeensis BOERL
-
Olea brachiata (LOUR.) MERR.
-
Olea capensis L.
-
Olea capitellata RIDL.
-
Olea caudatilimba L.C.CHIA
-
Olea chimanimani KUPICHA
-
Olea cordatula H.L.Li
-
Olea dioica ROXB.
-
Olea europaea L.
10.1. Olea europaea subsp. europaea
10.2. Olea europaea subsp. cerasiformis
G.KUNKEL & SUNDING
10.3. Olea europaea subsp. cuspidate (WALL.
EX. G.DON) CIF.
10.4. Olea europaea subsp. guanchica
P.VARGAS ET AL.
10.5. Olea europaea subsp. laperrinei (BATT &
TRAB.) CIF.
10.6. Olea europaea subsp. maroccana
(GREUTER & BURDET) P.VARGAS ET AL.
11. Olea exasperata JACQ.
-
Olea gagnepainii KNOBL.
-
Olea gamblei C.B.CLARKE
-
Olea hainanensis H.L.i
-
Olea javanica (BLUME) KNOBL.
-
Olea lancea LAM.
-
Olea laxiflora H.L.Li
-
Olea moluccensis KIEW
-
Olea neriifolia H.L.Li
-
Olea palawanensis KIEW
-
Olea paniculata R.BR.
-
Olea parvilimba (MERR & CHUN) B.M.MIAO
-
Olea polygama WIGHT
-
Olea puberula RIDL
-
Olea rosea CRAIB
-
Olea rubrovenia (ELMER) KIEW
-
Olea salicifolia WALL.EX G.DON
-
Olea schliebenii KNOBL.
-
Olea tetragonoclada L.C.CHIA
-
Olea tsoongii (MERR.) P.S.GREEN
-
Olea welwitschii (KNOBL) GILG
&G.SCHELLENB.
-
Olea wightiana WALL. EX. G.DON
-
Olea woodiana KNOBL.
-
Olea yuennanensis HAND.-MAZZ.
-
Zeytun bitkisinin botaniki təsviri
Zeytun bitkisi Cənubi Avropada, Afrikada, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik bölgələrində yayılmışdır. Zeytun həmişəyaşıl halda 4 – 6, nadirən 10 – 12 metr hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv, uzunluğu 3 – 8 sm, eni isə 1 – 5 sm- dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü- parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2 – 3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ag və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara- bənövşəyi rəngə boyanan meyvələri vardır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may – iyun aylarında çiçək açır, meyvələri oktyabr – noyabrda yetişir. Tarixi mənbələrdən aydın olur ki, zeytun 1500 – 2000 ilə qədər yaşayır. O 150 ilə qədər məhsulvermə qabiliyyətinə malik olur.
Meyvələrinin lət hissəsində quru maddəyə görə 70%-ə qədər, toxumunda isə 25 – 30% əla keyfiyyətli piyli yağ vardır. Bu yağdan həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.
Əsil vətəni Aralıq dənizi sahilləri olmasına baxmayaraq Abşeronda özünə daha əlverişli ikinci vətən tapmışdır. Respublika şəraitində zeytun ağacının boyu 4 – 9 metrə çatır, diametri 90 sm- dək, gövdəsi düz və ya əyritəhər, çox vaxt fırlarla örtülü olur. Qabığı açıq- boz rənglidir. Ağacların çətri yaxşı qol- budaqlı, kürəşəkilli və ya oval olur. Yarpaqları bütövkənarlı, xırda və ya orta ölçüdə, uzunluğu 6 – 8 sm, eni 1 – 2 sm, dar- lanset formadan uzunsov- oval formayadək olur. Yarpaqlar qarşılıqlı yerləşmiş, gümüşü- boz rəngli, dərivarı, sivriuclu olub 2 – 4 il ömür sürür. Onlar iyunda, ağacların yazda boy atmasından əmələ gələn cavan yarpaqlardan sonra, tədricən tökülür. Zeytunun çiçəkləri ikicinsli, xırda, 4 – 6 mm uzunluqda ağımtıl- kremi rənglidir. 5- dən 40- a qədər olub kiçik süpürgəcikdə və ya uzunluğu 6 – 7 sm olan hamaşçiçəklərdə toplanmışdır.
Zeytunun meyvəsi birtoxumlu çəyirdəkli, kənarları ətlidir, çəkisi 1 – 15 qr- dək, girdə və ya uzunsov- oval formalı, ucu küt və ya şiş olur. Texniki yetişkənlikdə cavan meyvələrin rəngi açıq yaşıl, tam yetişənlərinki isə qara və ya tünd bənövşəyi olur. Çəyirdəyi iri, çəkisi 1 – 1,5 qr, bərk, səthi şırımcıqlı və ya kələ- kötür, uzunsov- oval formalı, ucu şiş, divarının qalınlığı 2 mm- dək olur.
1.3.2. Zeytunun bioloji xüsusiyyətləri
Zeytun bitkisinin vegetasiyası hava şəraitindən və yetişdirildiyi yerdən asılı olaraq, havanın temperaturu 8 – 100C olduqda, martın axırı və ya aprelin əvvəllərində başlayır. Zeytun ağacları üçün aydın görünən iki vegetativ boyatma dövrü – yaz və yay dövrləri xarakterikdir.
Zoğların yaz boyatması daha intensiv olub, apreldə başlayaraq iyunda qurtarır. Bu vaxt zoğlar Abşeronda 20 – 50 sm, digər bölgələrdə 80 sm- dək boy atır. İkinci – yay vegetasiyası iyulun axırından davam edir və zoğlar 10 – 40 sm boy atır. Zeytun ağacları havanın orta gündəlik temperaturu 20 – 230C olduqda, iyunun əvvəllərində çiçəkləməyə başlayır. Çiçəklər bərabər surətdə açılır, sortundan asılı olaraq 3 – 6 gün davam edir.
Zeytun bitkisi külək vasitəsilə tozlanır. Ağacların birevli olmasına baxmayaraq həm fertil (öz- özünü mayalayan), həm də steril sortları çarpaz tozlanma tələb edir. Çarpaz tozlanma nəticəsində yumurtalıqların sayı artır, tökülən meyvələrin miqdarı azalır və məhsuldarlıq yüksəlir. Odur ki, çiçəkləmə dövrünün hava şəraiti cari ilin məhsulunun yaranmasında görkəmli rol oynayır. Nisbətən sakit (Abşeronun şimal küləyi olmadan), isti, yağışsız hava tozluqların yaxşı yayılmasına, çiçəklərin daha tam mayalanmasına və yüksək məhsulun əsasının qoyulmasına səbəb olur.
Zeytunun xarakterik bioloji xüsusiyyətindən biri, ildən və sortdan asılı olaraq, çiçəklərinin yüksək dərəcədə defektiv (100%- dək) olmasıdır. Bu həm dişi, həm də erkək çiçəklərin orqanlarının degenerasiyası ilə (bioloji pozulma) əlaqədardır. Degenerasiyanın əmələ gəlməsinin əsas səbəbi xarici mühit şəraitidir. Vaxtında və keyfiyyətlə yerinə yetirilən aqrotexniki tədbirlər (gübrələmə, xüsusən azotlu gübrələrlə, suvarma, zoğların boy düyümünün qoparılması və s.) optimal miqdarda (35- 45%) ikicinsli çiçəklərin əmələ gəlməsinə və müntəzəm olaraq yaxşı məhsul götürülməsinə şərait yaradır. Sortundan asılı olaraq zeytunun faydalı yumurtalıqları əmələ gələn çiçəklərin ümumi miqdarının 2 – 7%- ni təşkil edir.
Zeytun meyvələrinin yetişməsi – texniki yetişkənliyə (meyvələr sorta münasib ölçüyə catdıqda, lakin rəngi hələ göy olduqda) oktyabrda başlayır və onları “göy zeytun” konservləşdirməkdə istifadə etmək olar. Həmin yetişkənlik mərhələsində olan meyvələrin tərkibində, sortundan asılı olaraq quru maddəyə görə 40 – 64% yağ olur. Meyvələri göy- bənövşəyi və ya qara rəng aldıqda tam botaniki yetişkənlik dövrünə çatır. Bu yetişkənlik sortdan və hava şəraitindən asılı olaraq yanvarın ortasına kimi davam edir.
1.3.3. Zeytunun aqroekoloji xarakteristikası
Zeytun yetişdirən rayonlarda onun normal boy atıb inkişaf etməsi vegetasiya ərzində fəal temperaturun yekunu 3500 – 45000C olduqda baş verir. Azərbaycanın zeytun yetişdirilən rayonlarında havanın mütləq minimumu ən soyuq keçən 1939/40, 1949/50 və 1963/64- cü illərin qışında qeyd olunmuş və ayrı- ayrı mikrosahələrdə havanın temperaturu -200C- yə çatmış ki, bu da zeytun ağaclarının müxtəlif dərəcədə donmasına səbəb olmuşdur.
Eyni bir sahədə bitkilərin inkişaf vəziyyətindən, onların qışa hazırlanmasından, aşağı temperaturun təsi-rindən, davamından və başqa amillərdən asılı olmayaraq, bitkilərin zədələnmə dərəcəsi sortun xüsusiyyətindən asılı olmuşdur. Yerli sortlar və formalar şaxtaya davamlı olmalarına görə xüsusilə fərqlənirlər. Bu sortlara – Azərbaycan zeytunu, Buzovna zeytunu, Bakı zeytunu, Qara zeytun, Armudu zeytun, Şirin zeytun və başqaları daxildir. Göstərilən sortlar qısa müddət davam edən aşağı temperatura (-13 -150C) dözür. Xarici mənşəli sortlar – Aqostino, Sevilyano, Manzanillo, Koreciolo şaxtaya davamsızdır və -8, -110C şaxtaya dözə bilir.
Müxtəlif ekoloji şəraitdə və mikrozonalarda zeytun bağları salarkən sortları təkcə keyfiyyətinə və məhsuldarlığına görə deyil, habelə onların şaxtaya davamlılığını nəzərə almaqla aşağı temperatura dair çoxillik məlumatlara əsasən iqlim şəraiti ilə müqayisə etməklə seçmək lazımdır. Çünki mütləq minimum respublikanın bir çox təbii zonalaraında və mikrozonalarında zeytunun inkişafı üçün əsas amil sayılır.
Uzun illərin tədqiqat nəticələri və aparılan müşahidələr Abşeron yarımadasında və Qaradəniz sahillərindəki ekoloji şəraitdə yetişən zeytun sortlarını şaxtaya davamlılığına görə 4 qrupa bölmək olar.
1. Şaxtaya əla davamlı sortlar. Çoxillik ağacların budaqları və kötüyü qısamüddətli -17, -180C şaxtaya davam gətirir. Belə sortlara Buzovna zeytunu, irimeyvəli Nikita və Tbilisi sortları aiddir.
2. Şaxtaya nisbətən yaxşı davamlı sortlar. Bu qrupun ağacları -15, -180C şaxtaya davam gətirir. Bunlara Azərbaycan zeytunu, Bakı zeytunu, Qara zeytun, Tolqamskaya, Tossiyskaya, Askolano, Nikita – 1 sortları aiddir.
3. Şaxtaya orta davamlı sortlar. Bu qrupun ağacları -13,5 , -140C şaxtaya davam gətirir. Üçüncü qrupa Qorvala, Leççino, Pikvales, Armudu zeytun, Della Madonna sortları aiddir.
4. Şaxtaya natamam davamlı sortlar. Bu qrupun ağacları -8, -100C şaxtaya qısamüddətdə davamlıdırlar. Dördüncü qrupa Aqostino, Sevilyano, Manzanillo, Koreciolo sortları daxildir.
Şirin zeytun, Santa Katerina, Dolçe-del-Morokko zeytun sortları üçüncü və dördüncü qrup arasında orta yeri tutur. İlin şəraitindən asılı olaraq -140C- dən aşağı temperatura davam gətirirlər.
1.4. Zeytunun botaniki sortları
Zeytunun keçmiş SSRİ- nin subtropiklərində yetişdirilən 80- ə qədər vətən və xaricdən gətirilən sortları məlum idi. Onların 50- ə qədər sort və 30- a qədər forma müxtəlifliyi Azərbaycanda var. Bu sortlara İtaliya, İspaniya, İranın Artvin bölgəsindən gətirilən zeytunlar, eləcə də Azərbaycan Respublikası, Krım Vilayəti, Qərbi və Cənubi Gürcüstanda yetişən yerli vətən sortları aiddir.
Xaricdən gətirilən və vətən sortları Azərbaycan Elmi- Tədqiqat Bağçılıq, üzümçülük və subtropik bitkilər İnstitutunun kolleksiyasında və MDB- nin digər bölgələrində (Krım, Gürcüstan, Tacikistan və digər bölgələr) toplanmışdır.
MDB- nin subtropiklərində becərilən xarici zeytun sortlarından Aqostino, Askolano, Della Madonna, Koreciolo, Leççino, Mission, Manzanillo, Ratso, Santa Katerina, Sevilyano və digərləri; Artvin sortlarından Qorvala, Nacviyskaya, Otur. Tolqomskaya, Tossiyskaya, Tbilisi və digərləri aiddir. Bu zeytun sortlarından vətən kolleksiyasının perspektiv sortları sayılan Nikita-1, Nikita-2 və ya irimeyvəli Nikita, Nikita-5, Nikita-6, Krım-172, Tezyetişən Krım, Kolxozçu, Primorski, Xırdayarpaqlı, Məhsuldar və digər sortlar selleksiya yolu ilə yetişdirilib becərilmişdir. Gürcüstanın yerli sortlarından Kardanaxi (Qərbi Gürcüstandan) və irimeyvəli Suxumi (Qərbi Gürcüstandan) ən yaxşı zeytun sortları hesab edilir.
Azərbaycanda yetişən və becərilən zeytun sortları və onun forma müxtəlifliyi Azərbaycan Elmi- Tədqiqat bağçılıq, üzümçülük və subtropik bitkilər İnstitutu tərəfindən aşkar edilmiş və öyrənilmişdir. Həmin İnstitutun əməkdaşları E.S. Xramov və İ.A. Jiqareviç tərəfindən 10-14 il müddətində zeytunun 28 forma və sortu öyrənilmişdir.
Zeytun sortlarının təsərrüfat- botaniki göstəriciləri şaxtaya davamlılıq, yetişmə müddəti, məhsuldarlığı, meyvənin əmtəəlik- texnoloji keyfiyyəti (yağlılığı, ətliliyi və ətliyin konsistensiyasına görə) üzrə qiymətləndirilmişdir.
Tədqiqatlar nəticəsində geniş miqyasda becərilmək və istifadə olunmaq üçün aşağıdakı zeytun sortları seçilmişdir.
Vətən sortlarından Azərbaycan Zeytunu (Baki-25), Şirin Zeytun (Bakı-17), Qara Zeytun (Bakı-88), Armudu Zeytun (Bakı-68), Buzovna Zeytunu, Bakı Zeytunu (Bakı-8), Nikita-1, Nikita-2 və ya irimeyvəli Nikita, Krım, xaricdən gətirilən sortlardan Askolano, Aqostino, Della Madonna, Pikvales, Santa Katerina, Tbilisi, Tolqomskaya, Tossiyskaya.
Meyvəsindən təsərrüfatda istifadə olunmasına görə zeytun sortları üç qrupa bölünür:
1. Konservlik sortlar – bu sortların meyvəsi texniki yetişkənliyə catdıqda (göy zeytun) duza və sirkəyə qoyulmaqla konservləşdirilir. Bunlara Askolano, Santa Katerina, Tolqomskaya, Armudu Zeytun və başqaları aiddir.
2. Konservlik- yağlı sortlar – bu sortların meyvələri tam yetişdikdə (qara zeytun) duzlamaq (quru duzlama) və zeytun yağı almaq üçün işlədilir. Bunlara Tolqomskaya, Aqostino, İrimeyvəli Nikita Zeytunu, Azərbaycan zeytunu, Şirin zeytun və başqaları daxildir.
3. Yağlı sortlar – bu sortların meyvələrindən ancaq yağ almaq üçün istifadə edirlər. Bunlara çox yağlı sortlardan – Della Madonna, Tbilisi, Koreciolo, Nikita zeytunu və başqaları daxildir.
Dövlət sortsınanmasına qəbul edilmiş bir sıra qiymətli sortları qısa təsvir edək.
Azərbaycan zeytunu – bu sortdan konserv yağ üçün istifadə olunur. Ağacı güclü boy atandır, boyu 9 m- ə çatır; çətri enli- girdə, qollu- budaqlıdır. Meyvəsi iri, uzunluğu 2,5 – 3,1 sm, kütləsi 5,9 qr, qısa- oval formalı, yastıburundur. Konserv üçün istifadə olunan meyvəsi (texniki) oktyabrda və qara meyvələri (botaniki) noyabrda yetişir. Hər ağacdan 35 – 40 kq məhsul yığılır. Meyvələrinin tərkibində 70%- ə qədər yağ vardır, 80%- i isə ətli hissə təşkil edir.
Aqostino – bu konserv yağlı sort sayılır. Ağacı ortaboylu, hündürlüyü 4 – 6 metrdir; çətri kürəşəkilli, qollu- budaqlıdır. Meyvəsi iri olub, uzunluğu 2,8 – 3,1 sm və kütləsi 7,3 – 12 qr, qısa- oval formalı, təpəsi girdədir. Oktyabrın ortalarından (texniki), noyabrın sonuna qədər (botaniki) yetişir. Hər ağacı 25 – 30 kq məhsul verir. Meyvəsinin ətində 68,5% yağ vardır, ətliliyi 80%- ə çatır.
Armudu zeytun – konserv üçün istifadə olunan sortdur. Ağacı ortaboylu, hündürlüyü 4 – 5 metrdir; çətri enli- girdədir, qollu- budaqlıdır. Meyvəsi iridir, uzunluğu 3,0 – 3,3 sm, kütləsi 8 – 10 qramdır, uzunsov- oval formalıdır, ucu uzunsovdur. Oktyabrın ortalarından (göy zeytun) noyabrın (qara zeytun) sonunadək yetişir. Hər ağacdan 25 – 27 kq məhsul verir. Meyvəsinin tərkibində 68%- dək yağ var, ətli hissəsi meyvənin 90%- ni təşkil edir.
Santa Katerina – konservlik sortdur. Ağacı ortaboylu, hündürlüyü 4 – 6 metr, çətri kürəşəkillidir. Meyvəsi çox iridir, uzunluğu 3,2 – 4 sm, kütləsi 9 – 15 qramdır, uzunsov- oval və ya oval formalıdır, təpəsi girdədir. Oktyabrın sonundan (göy zeytunları konservləşdirmək üçün) dekabrın ortasınadək (zeytunları quru duzlamaq üçün) yetişir. Hər ağacdan 20 – 25 kq məhsul yığılır. Meyvəsinin tərkibində 69% yağ olur, ətliliyi 90 – 90,5%- i təşkil edir.
Nikita-1 yağlı sortlara aiddir. Ağacı orta və ya iridir, hündürlüyü 6 – 8 metrdir; çətri kürəşəkilli, yığcamdır. Meyvəsi xırda və ya orta irilikdə olur, uzunluğu 2,0 – 2,3 sm, diametri 1,6 – 1,7 sm, kütləsi 4,5 qramdır; girdə- oval formalı, təpəsi girdə və ya azacıq şişmərdir. Meyvələri noyabrın ortalarında tam yetişir. Hər ağacdan 25 – 30 kq məhsul verir. Meyvəsinin tərkibində 72%- ə qədər yağ olur. Ətliliyi 75%- dir. Konservləşdirmək və yağ almaq üçün istifadə olunur.
Tbilisi – bu sortdan yağ alırlar. Ağacı güclü boy atandır, hündürlüyü 6 – 7 metrdir. Çətri kürəşəkilli, qollu- budaqlıdır. Meyvələri xırda və ya ortadır, uzunluğu 1,8 – 2,4 sm, kütləsi 3,2 – 6,0 qramdır; girdə- oval formalı, təpəsi küt və ya girdədir. Oktyabrın sonundan noyabrın yarısınadək (tam) yetişir. Meyvəsindən quru duzlama üçün də istifadə etmək olar. Hər ağacı 35 – 40 kq məhsul verir. Tərkibində 72%- dək yağ vardır, ətliliyi 86%- dir.
Askolano – zeytunu İtaliyadan gətirilən zeytun sortudur. Meyvəsi iri, oval formalıdır. Meyvəsinin uzunluğu 2,8 – 3,2 sm, diametri 2,4 – 2,6 sm, kütləsi 8 – 9 qramdır. Rəngi tünd- bənövşəyi, ətliyi ağ, qabığı bənövşəyidir. Meyvəsi budaqlarla uzun saplaqlı bir-bir və qrup şəklində yerləşir. Bu ən yaxşı məhsuldar sort hesab edilir. Gec yetişir. Yaşıl meyvələri sirkəyə qoymaqla konservləşdirmək, xırda meyvələr duza qoymaq üçün və yağ almaq üçün istifadə olunur.
Krım-172 – sortu irimeyvəli, dairəvi formada, qabırqalıdır. Meyvəsinin uzunluğu 2,4 – 2,5 sm, diametri 1,8 – 1,9 sm, kütləsi 4,5 – 5,0 qramdır. Meyvəsinin ucu şişdir. Rəngi qara, parlaq və sıx yerlşən xırda ağ nöqtəlidir. Ətliyi zərif, meyvəsi uzun saplaqlı olub budaqlarda tək- tək yerləşir. Bu sort şaxtaya davamlı və məhsuldardır. Gec yetişir. İri meyvələri yaşıl halda sirkəyə qoyulmaqla konservləşdirilir. Krım-172 sortundan yüksək keyfiyyətli zeytun yağı istehsal olunur.
Koreciolo – sortunun meyvəsi xırda, uzunsov- oval formadadır. Meyvəsinin uzunluğu 1,8 – 2,0 sm, diametri 1,2 – 1,4 sm, kütləsi orta hesabla 2,7 qramdır. Meyvəsinin qabığı sıx yerləşən xırda- ağ nöqtəlidir, lakin tam yetişdikdə çox az hiss olunur. Ətliyi kremi, qabığı isə açıq bənövşəyi rəngindədir. Meyvəsi budaqlarda 3 – 5 ədəd qrup şəklində olmaqla kiçik saplaqda yerləşir. Çəyirdəyi sığallı, iri, uzunsov- oval formalıdır. Tez yetişən məhsuldar sortdur, tərkibində yağı 65 – 70%- ə qədərdir. Əsasən yağ istehsalı üçün istifadə olunur.
Manzanilo – zeytunu iri meyvəli, oval formalıdır. Uzunluğu 2,6 – 2,7 sm, diametri 2,2 – 2,9 sm, bir ədədinin kütləsi 6,5 – 7,0 qramdır. Rəngi tünd- bənövşəyi parlaqdır. Yaşıl halda konservləşdirmək, tum yetişdikdə isə yağ istehsalı üçün istifadə edilir. Keyfiyyətli zeytun sortlarından sayılır.
Nikitin-2 – zeytunu iri meyvəlidir. Meyvənin uzunluğu 2,8 – 3,1 sm, diametri 1,8 – 2,0 sm, kütləsi 5,5 – 5,6 qramdır. Meyvəsi uzunsov- oval formalı, uc hissədə konusvarı və çıxıntılıdır. Rəngi tünd- bənövşəyi, mum təbəqəsi ilə örtülü olub, seyrək yerləşən iri ağ nöqtəlidir. Bu sort yüksək keyfiyyətli, məhsuldar, şaxtaya davamlı, gecyetişəndir. Yaşıl meyvələri sirkəyə qoyulur, yetişmiş qara meyvələr quru duzlama və yağ istehsalı üçün sərf edilir. Ətliliyi 85%- dir. Yağ çıxarı 79,1%.
Sevilyano – zeytunun meyvəsi çox iridir. Kütləsi 10 – 12 qrama qədər, oval- uzunsov formalı olub uc hissədə bir qədər nazilir. Rəngi qara, parlaq və ağ nöqtəlidir. Çəyirdəyi şiş uclu, orta iri və ətlikdən çətin ayrılır. Gec yetişən sortdur. Ən yaxşı sort hesab edilir. Əsasən konservləşdirmək üçün istifadə olunur.
Zeytun sortlarını yaşıl konservləşdirmək üçün avqustun sonu- sentyabrda bənövşəyi rəngin əmələ gəlməsinə qədər yığırlar. Quru duzlama və yağ istehsalı üçün zeytunu tam yetişdikdən sonra yığırlar. Zeytun meyvəsinin yetişmə müddəti onun sortundan və becərildiyi bölgədən asılıdır. Bir ağacdan orta hesabla 70 – 75 kq zeytun məhsulu yığmaq mümkündür. Meyvələr əllə yığılır. Yetişmiş meyvələr zərif olduğundan tez əzilir və tünd rəngə boyanıb xarab olur. Yetişmiş zeytunları tutumu 3 – 4 kq olan xırda yeşiklərə və ya səbətlərə yığırlar. Konservləşdirmək üçün zeytunu sortlaşdırdıqda büzüşmüşlər, şaxtavurmuşlar, zərərvericilərlə zədələnmişlər, həmçinin mexaniki zədələnmişlər seçilib yağ istehsalına verilir.
Zeytun meyvəsini təzə halda uzun müddət saxlamaq olmaz. Ona görə də konservləşdirmək (sirkəyə və duza qoymaq üçün) üçün yığılan zeytun tez bir zamanda emal müəssisəsinə çatdırılmalıdır.
Dostları ilə paylaş: |