ƏHMƏd-cabiR ƏHMƏdov zeytun və zeytun yağI (Monoqrafiya)


Zeytun yağının qablaşdırılması, markalanması, daşınması və saxlanılması



Yüklə 1,04 Mb.
səhifə8/11
tarix01.01.2017
ölçüsü1,04 Mb.
#4359
1   2   3   4   5   6   7   8   9   10   11

3.7. Zeytun yağının qablaşdırılması, markalanması, daşınması və saxlanılması
Saflaşdırılmamış zeytun yağı tutumu 0,20; 0,25; 0,4; 0,5; 0,75 və 1,0 dm3- dək olan QOST 10117.1, QOST 10117.2 üzrə tünd rəngli şüşə butulkalara və 250 ml-lik şüşə qrafinlərə, tənəkə qablara, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən rəngsiz və ya rənglənmiş polimer materiallardan hazırlanan butulkalara doldurulur.

Məhsulun qablaşdırma vahidinin xalis kütləsində ± 1,0% kənara çıxmaya yol verilir.

Butulkaların ağzı qüvvədə olan normativ sənəd üzrə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən qapaqlarla kip bağlanmalıdır.

Zeytun yağı doldurulmuş butulkalar QOST 11354, QOST 13358 üzrə taxta yeşiklərə, qöfrələnmiş kartondan hazırlanmış QOST 13516 üzrə yeşiklərə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanmış yeşiklərə qablaşdırılır.

Saflaşdırılmamış zeytun yağı tutumu 100, 200 dm3 olan, qida məhsullarının qablaşdırılması üçün nəzərdə tutulan QOST 6247 və QOST 13950 üzrə, sinklənməmiş polad çəlləklərə doldurula bilər.

Zeytun yağının qablaşdırılması sanitariya qaydalarına uyğun olaraq həyata keçirilməli, daşınma və satış zamanı məhsulun qorunub saxlanmasını təmin etməlidir.

İstehlakçı ilə razılaşdırılmaqla yağı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ərzaq məhsulları ilə kontaktına icazə verilən materiallardan hazırlanmış digər istehlak və nəqliyyat taralarına qablaşdırmağa yol verilir.

İstehlak tarasına doldurulmuş zeytun yağının hər bir qablaşdırma vahidinin üzərində aşağıdakı tərkibdə markalanma olmalıdır:

istehsalçı müəssisənin adı, ünvanı və əmtəə nişanı (olduqda);

məhsulun tam adı və növü;

xalis kütləsi;

yağın qablara doldurulduğu tarix;

100 qr məhsulda yağın miqdarı – 99,8 qr;

100 qr məhsulun enerji dəyəri – 898 kkal;

saxlanma şəraiti;

saxlanmasına zəmanət müddəti;

sertifikatlaşdırma haqqında məlumat;

bu standartın işarəsi;

ştrixkod.

Markalanma Respublikanın dövlət dilində aparılmalıdır.

Reklam xarakterli əlavə məlumatlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq göstərilməlidir.

Nəqliyyat tarasının markalanması QOST 14192 üzrə, “İstidən qorumalı”, “Rütubətdən qorumalı”, “Ehtiyatli olun, kövrəkdir”, manipulyasiya nişanları göstərilməklə aparılır.

Hər bir nəqliyyat tarası vahidinin üzərinə əlavə olaraq, yağ xarakterizə edən markalanma həkk olunmalıdır:

istehsalçı müəssisənin adı, ünvanı və əmtəə nişanı (olduqda);

məhsulun tam adı və növü;

yeşiyin içərisinə yığılmış istehlak tarası vahidlərinin miqdarı və bir qablaşdırma vahidinin xalis kütləsi (istehlak tarasına doldurulmuş yağ üçün);

xalis və tara ilə birlikdə kütləsi (nəqliyyat tarasına doldurulmuş yağ üçün);

yağın qablara doldurulduğu tarix;

saxlanma şəraiti;

saxlanmasına zəmanət müddəti;

məhsul partiyasının nömrəsi;

bu standartın işarəsi;

ştrixkod.

Zeytun yağının qəbul qaydaları QOST 5471 üzrə həyata keçirilir.

“Tərkibində fosfor olan maddələrin kütlə payı” göstəricisinin müəyyən edilmiş tələblərə uyğunluğuna istehsalçı müəssisə tərəfindən, vaxtaşırı aparılan analizlər əsasında zəmanət verilir.

Toksiki elementlərin, mikotoksinlərin, pestisidlərin və radionuklidlərin miqdarına nəzarət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydada aparılır.

Zeytun yağından nümunələrin ayrılması və sınaq üsulları aşağıdakı standartlara əsasən aparılır.

Nümunələrin seçilib götürülməsi QOST 5471 üzrə, toksiki elementlərin təyini üçün nümunələrin hazırlanması QOST 26929 üzrə aparılır.

Sınaq üsulları QOST 5472, QOST 5475 - QOST 5477, QOST 5479, QOST 5481, QOST 7824, QOST 9287, QOST 11812, QOST 30418, QOST 30623, QOST 30624 üzrə aparılır.

Zeytun yağının dadı orqanoleptik olaraq təyin edilir.

Toksiki elementlər QOST 26927, QOST 26928, QOST 26930 – QOST 26933, mikotoksinlər QOST 30711, pestisidlər və radionuklidlər Səhiyyə Nazirliyinin təsdiq etdiyi üsullar üzrə təyin edilir.

Toksiki elementlərin atom- absorbsiya üsulu ilə təyini QOST 30178 üzrə aparılır.

Saflaşdırılmamış zeytun yağı bütün növlərdən olan nəqliyyat ilə, üstüörtülü nəqliyyat vasitələrində, mövcud nəqliyyat növü üçün qüvvədə olan yükdaşıma qaydalarına uyğun olaraq daşınır.

Məhsul üstüaçıq nəqliyyat vasitələrində daşınarsa, yağ qablaşdırılmış yeşiklər və çəlləklər atmosfer çöküntülərinin və günəş şüalarının təsirindən qorunmalıdır.

Məhsul dəmir yolu ilə vaqonlarda daşınır, qış vaxtı istilik sistemi olan izotermik vaqonlardan istifadə edilir.

Nəqliyyat paketlərindən istifadə etməklə məhsulun daşınması zamanı QOST 21650, QOST 22477, QOST 23285, QOST 24597, QOST 26663 üzrə paketləşdirmə vasitələrindən istifadə edilir.

Zeytun yağı qaranlıq otaqlarda, 200 C- dən yüksək olmayan temperaturda saxlanılmalıdır.

Yağın dəmiryolu anbarlarının stansiyalarında saxlanılmasına yol verilmir.

Daşınma və saxlanma şərtlərinə riayət edildikdə istehsalçı zeytun yağının bu standartın tələblərinə uyğun olmasına zəmanət verir.

Zeytun yağının qablara doldurulduğu gündən etibarən saxlanmasına zəmanət müddəti butulkalara doldurulmuş yağ üçün ən çoxu 6 ay, çəlləklərə doldurulmuş yağ üçün ən çoxu 4 aydır. Son zamanlar istehsal olunan “Final” (Olive oil)və “Zeytun bağları” (Pure olive oil) markalı zeytun yağının saxlanılma müddəti 2 ildir.

Бу мцддят кечдикдян сонра сатыша верилмяздян яввял йаьын кейфиййятинин стандарта мцвафиглийи йохланылмалыдыр.

Bakы Qida və Yağ Fabriki” MMC-də истещсал олунан ”Final”“Zeytun bağları” тижарят нишаны satışa verilən зейтун йаьlarının рянэи ачыг йашылымтыл чаларлы сарыдыр, шяффаф вя парлагдыр, дады тямиз вя нейтралдыр, микробиолоъи вя зярярсизлик эюстярижиляри Тибби Биолоъи Тялимата уйьундур. Butulkaya ypışdırılmış etiketdə aşağıdakılar yazılmışdır.

Azərbaycan məhsulu. “Zeytun bağları” təbii zeytun yağı.

100% saflaşdırılmış yağdır. 100 qram məhsulda 99,8 qram yağ yar. Холестеринсиздир. Е витамини (токоферол) 72 мг-dır. Enerji dəyəri 898 ккал. Xalis çəkisi 682,5 qram. Həcmi 750 ml. İstidən və işıqdan kənar yerdə 20oC – 25oC arası temperaturda saxlanılmalıdır. Soyuq şəraitdə bulanıqlaşması təbiidir və keyfiyyət pozuntusu deyil. Saxlanılma müddəti 2 ildir.

İstehsalçı: “Bakы Qida və Yağ Fabriki” MMC

TŞ AZ 1996004-04-2014

Azərbaycan məhsulu. “Final” (Olive oil) zeytun yağı.

Xalis yağ 99,9%-dir. 100 qram məhsun enerji dəyəri 898 ккал. Холестеринсиздир. Е витамини (токоферол) 72 мг-dır. Xalis çəkisi 910 qram. Həcmi 1 litr. 20oC – 25oC arası temperaturda saxlanılmalıdır. Saxlanılma müddəti 2 ildir.

İstehsalçı: “Bakы Qida və Yağ Fabriki” MMC

AZS 239-2006

Final” (Olive oil) və “Zeytun bağları” (Pure olive oil) markalı zeytun yağları TS-EN-İSO-9001, S.No KY-1370-03-KG-00/10-R və TS-EN-İSO-22000 S.No GY-534/11 standartlarına uyğun sənədləşdirilmiş müəssisələrdə istehsal edilir.

Апaрдыьымыз арашдырмалар бир даща sübut etmişdir ки, “Bakы Qida və Yağ Fabriki” MMC-də истещсал олунан “Zeytun bağları” тижарят нишанлы зейтун йаьынын kimyəvi tərkibi və кейфиййяти стандарт эюстярижилярдян гат-гат цстцндцр вя ондан эцндялик гидамызда истифадя олунмасыны бир мцтяхясsис олараг мяслящят эюрцрцк.

Qeyd etməklazımdır ki, bитки йаьлары билаваситя гида цчцн сярф олунмагла йанашы техникада, щидроэенляшдирилмиш йаьларын вя маргарин йаьы истещсалында хаммал кими истифадя олунур. Мящз буна эюря дя битки йаьларынын сахланылмасы дцзэцн тяшкил едилмялидир. Сахланылма заманы битки йаьларында харижи амиллярин тясириндян дяйишиклик олур. Бу амилляря щаванын оксиэени, температурун йцксялмяси, ишыьын вя суйун тясири аиддир.

Йаьы узун мцддят сахламаг цчцн ону мцтляг деаерасийа едиб артыг оксиэендян азад едир вя филтрдян кечириб асылы щиссяжиклярдян тямизляйирляр. Чцнки асылы щиссяжикляр ферментлярин мянбяйи вя йа микроорганизмляр цчцн гида мцщити ола биляр. Мялумдур ки, йаьларын хараб олмасына сябяб ферментлярин вя микроорганизмлярин фяалиййятидир.

Битки йаьларыны сахламаг цчцн хцсуси метал систернлярдян вя резервуарлардан истифадя едилир. Бунлар суйa давамлы вя ишыьы якс етдирян бойа иля рянэлянмялидир. Дахили щиссядян ися щямин систернляр вя резервуарлар галайланмалы вя йа лакла юртцлмялидир. Йаьларын сахланылма заманы тяркибиндя баш верян просесляр ашаьыда изащ едилир.

Йаьларын истещсалы вя сахланылмасы заманы харижи мцщитин тясириндян мцхтялиф просесляр баш веря биляр. Йаьлар мцхтялиф амиллярин тясириндян щидролиз, гахсыма вя оксидляшмя просесляриня уьрайа билярляр. Бу просесляр йейинти йаьларынын кейфиййятинин ашаьы дцшмясиня, бязян ися там йарарсыз олмасына сябяб олур. Бу просесляр ашаьыдакылардан ибарятдир:



  • йаьларын щидролизи;

  • йаьларын оксидляшмяси;

  • йаьларын гахсымасы (ажылашмасы);

  • йаьларын бирляшмяси.

Бу просеслярин баш вермяси нятижясиндя йейинти йаьларынын тяркиби вя кейфиййяти дяйишир. Бу просесляр ядябиййатларда (5, 6, 8, 25, 26, 51) эениш верилдийи цчцн биз онлары бурада тякrар олараг йазмырыг.
3.8. Zeytun yağının müalicəvi əhəmiyyəti
Zeytun yağının sağlamlıq baxımından müalicəvi faydalarını aşağıdakı ardıcıllıqla izah etmək olar.


      1. Zeytun yağının ürək və qan-damar sağlamlığına faydası

Zeytun və zeytun yağındakı yağ turşularının ək­səriyyəti doymamış yağ turşularıdır. Belə yağlarda xolesterin olmur. Buna görə də zeytun yağı qandakı xolesterin səviyyəsini qaldırmır, əksinə, onu nəzarətdə saxlayır. Bundan başqa, zeytun yağının tərkibində bədən üçün zəruri olan (EFA: essential fatty asit) omeqa-6 yağ turşusu (linolen turşu) var. Buna görə də səhiyyə təşkilatları (Dünya Səhiyyə Təşkilatı WHO) damar kirəcləşməsi, şəkər xəstəliyi faizinin çox olduğu cə­miy­yətlərdə istifadə edilən yağlardakı yağ turşusunun ən az 30%-nin omeqa-6 yağ turşusu olmasını tövsiyə edir. Bu da zeytunun dəyərini yüksək səviyyədə artırır.

Bu sahədə aparılan tədqiqatlar 1 həftə boyunca hər gün 25 ml – təxminən 2 xörək qaşığı – təbii zeytun yağı qəbul edən insanların daha az LDL (pis xoles­terin) və daha yuxarı antioksidant səviyyələri göstər­diyini təsdiqləyib. Antioksidantlar bədənimizdəki «sər­bəst radikallar» adlı zərərli maddələrin zərərsizləşdiril­məsi və hüceyrəyə zərər verilməsinin qarşısının alın­ması baxımından çox zəruridir. Zeytun yağından isti­fadənin xolesterinin səviyyəsini aşağı salması və ürək xəstəliklərinin qarşısını alması bir çox araşdırmalarla da təsdiq edilib.

Zeytun yağı qanda dövr edən LDL adlı zərərli xolesterinin səviyyəsini aşağı saldığı, HDL adlı xolesterin səviyyəsini isə yüksəltdiyi üçün ürək və qan-damar xəstələrinə dərman kimi tövsiyə edilir. Ürək-damar xəstəliklərinə çox rast gəlinən ölkələrdə əksərən yüksək xolesterin səviyyəsinə malik doymuş yağlar iş­lədilir. Bununla yanaşı, zeytun yağı bədəndəki omeqa-6 turşusunun omeqa-3 yağ turşusuna nisbətini də pozur. Omeqa-3 və omeqa-6 yağ turşularının müəyyən səviyyədə qəbul edilməsi çox vacibdir. Çünki bu nisbətin pozulması immunitet və ürək xəstəlikləri, o cümlədən xərçəng xəstəliyi kimi bir çox xəstəliklərin inkişafına gətirib çıxarır. Məhz buna görə də bir çox insanlar zeytun yağı ilə şəfa tapırlar. Amerika Ürək Cəmiyyəti ürək xəstəlikləri riskini azaltmaq üçün doymamış turşulu yağ pəhrizinin 30%-ni az yağlı pəhrizə alternativ ola biləcəyini bildirir.


3.8.2. Zeytun yağı xərçəng xəstəliyinin qarşısını alır
«The Archives of İnternal Medicine» jurnalında dərc olunan bir tədqiqat əsəri yüksək nisbətdə doymamış yağ istifadə edən qadınların döş xərçənginə düçar olması riskinin az olduğunu göstərmişdir.

Nyu-Yorkda Buffalo Universiteti tədqiqatçılarının apardığı başqa bir çalışmada isə bitki yağlarından biri kimi zeytun yağının B-sitosterolun prostat xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaqda kömək etdiyi bildirilir. Tədqiqatçılar B-sitosterolun hüceyrələ­rin bölünməməsi əmrini verən hüceyrədaxili xəbər­ləş­mə sistemini gücləndirdiyi, bununla da hüceyrə böyü­məsi nəzarətdən çıxmadan xərçəngin qarşısının alına bilə­cəyi nəticəsinə gəliblər.

Oksford Universitetinin həkimləri tərəfindən aparı­lan sonuncu araşdırmada da zeytun yağının bağırsaq xərçənginə qarşı qoruyucu xüsusiyyətə malik olduğu aşkar edilib. Həkimlər zeytun yağının bağırsaq xərçən­ginin başlamasının qarşısını almaq üçün mədədəki turşu ilə reaksiyaya girdiyini kəşf ediblər. Oksford təd­qi­qatçıları zeytun yağının öd turşusu miqdarını azaldaraq və DAO (diamin oksidaz adlı ferment) səviyyəsini yüksəldərək anormal hüceyrə artımına və xərçəngə qarşı qoruyucu olduğunu da üzə çıxarıblar.


      1. Zeytun yağı sümüyün

inkişafına kömək edir
Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda zeytun yağı və bişmiş tərəvəz yeyən insanların oynaq­la­rındakı şişmə, qızartı və ağrıya (xroniki iltihablan­ma­ya) səbəb olan revmatizmal artrit keçirmək riski azalır.

Zeytun yağının tərkibindəki E, A, D və K vita­minləri uşaqların və yeniyetmələrin sümüyünün inkişa­fına kömək etməsi, kalsium miqdarını sabitləşdirərək sümükləri gücləndirməsi baxımından çox vacibdir. Bu yağlar yaşlılara da xüsusi tövsiyə edilir, çünki həzm olunması asandır və minerallarla bədəndə istifadəsinə kömək edir. Həmçinin sümük mineralizasiyasını (mi­ne­ralların sümüklərdə çökməsi) hərəkətə keçirərək, kal­sium itkisinə əngəl olur. Sümüklər orqanizmin mineral quruluşunun anbarını yaradır və sümüklərdə mi­neral yığımı olmayanda sümük yumşalması kimi cid­di problem əmələ gəlir. Bu baxımdan zeytun yağının skelet quruluşuna çox müsbət təsiri var.


3.8.4. Zeytun yağı qocalmağın

qarşısını alır
Tədqiqatçıların hesabatlarına görə, bol miqdarda zeytun yağı və bişmiş tərəvəz yeyən insanların oynaq­la­rındakı şişmə, qızartı və ağrıya (xroniki iltihablan­ma­ya) səbəb olan revmatizmal artrit keçirmək riski azalır.

Zeytun yağının tərkibindəki vitaminlər hüceyrələri təzələmək xüsusiyyətinə malik olduğu üçün ondan qocalığın qarşısının alınmasında da istifadə edilir, çünki zeytun yağı dərini qidalandırır və qoruyur. Qidalar bədənimizdə enerjiyə çevrilərək oksidant adlı bəzi maddələr ortaya çıxır. Zeytun yağı özündə ehtiva etdiyi çoxsaylı antioksidant maddələrlə bədənin zərərli maddələrlə zədələnməsinin qarşısını alır, hüceyrələri­mizi təzələyir, toxuma və orqanlarımızın yağlanmasını ləngidir. Zeytun yağı bədənimizdəki hüceyrələrə zərər verən, onları qocaldan «sərbəst radikallara» təzyiq edən E vitamini baxımından da zəngindir.


3.8.5. Zeytun yağı uşaqların inkişafına müsbət təsir göstərir
Zeytun və zeytun yağı tərkibində olan linolen turşusuna (omeqa-6 yağ turşusu) görə təzə doğulmuş körpələr, inkişaf mərhələsində olan uşaqlar üçün çox faydalı bir qidadır. Linolen turşusunun az olması uşağın inkişafının ləngiməsinə və bəzi dəri problemlərinin yaranmasına səbəb ola bilər. Zeytun yağında bədəni­miz­də olan zərərli maddələrin təsirinin qarşısını alan antioksidant elementlər və insan üçün böyük əhəmiy­yət kəsb edən yağ turşuları var. Bunlar da hormonlara dəstək olur və hüceyrə zərinin əmələ gəlməsinə kömək edir. Zeytun yağı ana südündəki yağ turşusu nisbətinə oxşayır, bununla bərabər bir çox doymamış tərkiblərə də malikdir.

Zeytun yağı insan bədəni tərəfindən əldə edilə bilməyən, həmçinin bədənin zəruri ehtiyac duyduğu əsas yağlı turşular baxımından kifayət edəcək bir mənbədir. Bu amillər zeytun yağını təzə doğulan körpələr üçün çox faydalı maddəyə çevirir. Doğuşdan əvvəl və sonra körpə beyninin və sinir sisteminin təbii inkişafına müsbət təsiri olduğuna görə, mütəxəssislər tərəfindən analara məsləhət görülən yeganə yağ yenə zeytun yağıdır. Bu yağ ana südündəkinə yaxın miqdarda linolen turşusu ehtiva edir. Bununla yanaşı, yağsız inək südünə zeytun yağı əlavə ediləndə, o ana südü qədər təbii bir qida xüsusiyyəti qazanır.



3.8.6. Zeytun yağı təzyiqi aşağı salır
«The Archives of İnternal Medicine» jurnalının 2000-ci il 27 mart tarixli sayında dərc olunan bir araşdırma zeytun yağının yuxarı qan təzyiqinə müsbət təsirini bir daha vurğulamışdır. Bundan başqa, zeytun yağının yarpağından təzyiqi aşağı salan dərmanlar hazırlanır.
3.8.7. Zeytun yağının daxili

orqanlara faydası
İsti və ya soyuq halda qəbul edilməsindən asılı olmayaraq zeytun yağı mədə turşusunu azaldaraq mədəni qastrit və xora kimi xəstəliklərdən qoruyur. Bununla yanaşı, öd ifrazatını sürətləndirərək onun ən mükəmməl hala gəlməsini təmin edir. Öd kisəsinin bo­şalma fəaliyyətini nizamlayır və öd daşı riskini azaldır. Tərkibindəki xlor sayəsində də qaraciyərin ça­lış­masına kömək edir. Bununla da bədənin tullan­tı­lar­dan xilas olmasını asanlaşdırır. Bunlardan başqa, be­yin, aorta damarlarının da sağlamlığına müsbət təsir gös­tərir.

Zeytun yağı bütün bu xüsusiyyətlərinə görə son dövrlərdə mütəxəssislərin diqqətini cəlb edir. Mütəxəssislərin izahlarından bir qismi ilə tanış olaq.

Sağlamlıq və qidalanma sahəsində nüfuzlu şəxs­lər­dən biri sayılan, «Qida əczaxanası» («The Food Pharmacy») və «Qidalar – möcüzəli dərmanlarımız» («Food – Your Miracle Medicine») kitablarının müəl­li­fi, SNN telekanalının mükafatlı müxbiri, beynəlxalq köşə yazarı olan Jan Karper:

«İtaliyada aparılan yeni tədqiqatlar nəticəsində zeytun yağının özündə LDL xolesterinin arteriya damarlarına tıxac yaratmaq xüsusiyyəti də daxil olmaqla bəzi xəstəlik mərhələləri ilə döyüşən … anti­ok­sidantlar ehtiva etdiyini aşkarlayıb».

Pəhriz və qidalanma mütəxəssisi Pet Beird:

«Zeytun yağının hərtərəfliliyi…onun bədənin sağ­lam­lığına olan faydası haqqında öyrənəcəyimiz daha çox şey var».

Harvard Universitetinin xalq sağlamlığı məktəbi epidemiologiya bölümü başqanı dr. Dimitrios Triçopu­los:

«Amerikalı qadınlar doymuş yağların əvəzinə daha çox zeytun yağı istifadə etsəydilər, döş xərçəngi riskində 50% qədər azalma baş verə bilərdi… Zeytun yağı bəzi bədxassəli şiş növlərinə – prostat, döş, onurğa, pulcuqlu hüceyrə və qida borusu şişlərinə qarşı qoruyucu təsirə malikdir».

Mayami Universitetinin (ABŞ) tibb fakültəsindən D.Pek:

«Zeytun yağının siçovullardakı immunitet sistemini gücləndirdiyi sübut olunmuşdur…».

Milan Universiteti əczaçılıq fakültəsindən Bruno Berra:

«Təbii yolla süzülmüş zeytun yağının tərkibində olan LDL oksidasiona olan müqavimətini aydın şəkildə artırır».

II Federiko Universitetinin daxili və metabolizma xəstəlikləri kafedrasından A.A.Rivelles, G.Rikardi, M.Mançini:

«Zeytun yağı insulin müqavimətinin qarşısını alır və qandakı qlükozanın daha yaxşı nəzarətini təmin edir».

Neapolitan Universiteti tibb və kimya fakültə­sindən Patrisia Qaletti:

«Zeytun yağı polifenollarının qida kimi qəbul edilməsi reaktiv oksigen metabolitlərlə bağlı xəstəlik riskini azalda bilər – mədə-bağırsaqla bağlı bəzi xəstəliklər və damarların tıxanması kimi. Zeytun yağı insan eritrositlərini oksidativ təhlükədən qoruyur».

Harvard Universitetinin Xalq Səhiyyəsi kafedrasın­dan Frank Saks:

«Zeytun yağından ibarət olan zəngin qida rasionlu pəhriz ifrat kökəlməyi nəzarətdə saxla­maq­da və müalicə etməkdə az yağlı qida rasionundan ibarət pəhrizdən daha təsirlidir. O uzunmüddətli artıq çəki itkisinə də səbəb olur, bu halda çəkini qorumaq daha asandır…».



Göründüyü kimi, bu gün bir çox alimlər zeytun yağını əsas qəbul edən qidalanma modelinin ən ideal forma olduğunu düşünür. Bu xüsusiyyətlərinə görə gündəlik qida rasionunda olması zəruri olan ən əsas qidaların zeytun və zeytun yağı olduğu bildirilir. Allahın bir çox ayədə diqqətimizə çatdırdığı zeytun bitkisinin faydası tibbi bilgilərin artması ilə paralel olaraq kəşf edilmişdir.

DÖRDÜNCÜ FƏSİL.

ZEYTUN YAĞININ KEYFİYYƏTİNİN EKSPERTİZASI
4.1. Ekspertizanın obyekti, məqsədi və üsulları
Müasir dövrdə dövlətlər arasında iqtisadi əlaqələr qurulduğu halda ticarət əlaqələri də genişlənir və inkişaf edir. Belə əlaqələrdən biri kimi tarixi İpək yolunun bərpası keyfiyyətcə yüksək olan və Beynəlxalq standartlara cavab verən məhsulların dünya bazarına çıxarılmasını da qeyd etmək lazımdır. Belə bir şəraitdə xarici ölkələrdən respublikamıza çoxlu miqdarda ərzaq məhsulları daxil olur. Bu məhsullar içərisində zeytun yağlarını da misal göstərmək olar. Bitki yağları pərakəndə ticarət şəbəkəsində xüsusi çəkiyə malikdir. Respublikamıza gətirilən zeytun yağlarını yoxlamaq və keyfiyyətini qiymətləndirmək müasir dövrdə istehlak mallarının ekspertizası ilə məşğul olan alimlərin qarşısında duran əsas vəzifələrdən biridir. Zeytun yağları əsasən Respublikamıza Yunanıstan, İspaniya, İtaliya və Türkiyədən gətirilir. Zeytun yağları müxtəlif markalarda və adlarda istehsal olunur. Bunlara misal olaraq Extra Virgin, Riviera, Pomace markalı zeytun yağlarını və Respublikamızda istehsal olunan “Final” “Zeytun bağları” markalı zeytun йаьларыnı göstərmək olar. Bu yağların müxtəlif markalara və ticarət sortlarına ayrılması onların ekspertizasını və keyfiyyətinin qiymətləndirilməsini zəruri hesab edir.

Tədqiqat aparmaqda məqsəd Bakı ticarətində satılan müxtəlif markalı zeytun yağlarının keyfiyyətini tədqiq etməkdir. Zeytun yağlarının keyfiyyətinin tədqiqində məqsəd onların keyfiyyətinin həm hiss üzvləri ilə təyin olunan göstəricilər (orqanoleptiki göstəricilər) və həm də fiziki-kimyəvi göstəricilər üzrə normativ-texniki sənədlərin tələbinə uyğunluğunu müəyyən etməkdir.

Tədqiqat obyekti. Tədqiqat aparmaq üçün “Azersun Holdinq” şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən “Bakı Yağ və Qida Fabriki” MMC-də istehsal olunan Olive Oil markalı “Final” zeytun yağı, saflaşdırılmış “Zeytun bağları” yağı və İspaniyadan idxal olunan Pomace markalı zeytun yağı götürülmüşdür.

Tədqiqatın əsas vəzifələri və məqsədi. Tədqiqat aparmaqda məqsəd “Bakı Yağ və Qida Fabriki” MMC-də istehsal olunan zeytun yağlarının çeşidini, keyfiyyət göstəricilərini və ekoloji təmizliyini öyrənməkdir. Eyni zamanda xaricdən gətirilən Pomace markalı zeytun yağının keyfiyyətini öyrənib onu vətənimizdə istehsal olunan zeytun yağları ilə müqayisə etməkdir.

Tədqiqatın informasiya bazası və işlənməsi metodikası. Monoqrafiyanın yazılmasında Azərbaycan və rus dillərində 53 adda ədəbiyyatdan, 80 adda normativ-texniki sənədlərdən və “Bakı Yağ və Qida Fabriki” MMC- nin materiallarından istifadə olunmuşdur. “Bakı Yağ və Qida Fabriki” MMC- də istehsal olunan zeytun yağlarının orqanoleptiki və fiziki-kimyəvi göstəriciləri qüvvədə olan standartlara müvafiq olaraq müasir tədqiqat üsulları ilə öyrənilmişdir. Tədqiqat üsulları istifadə olunan dərsliklərdə (8), dərs vəsaitlərində (30) və metodiki vəsaitlərdə (7, 50) geniş verilmişdir. Biz öz işimizdə onlardan yaradıcı surətdə istifadə etdiyimizdən burada tədqiqat üsullarının metodikaları verilmir. Monoqrafiyanın yazılmasında həmin ədəbiyyatlardan informasiya bazası və metodika üçün hərtərəfli istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi. Tədqiqatın nəticəsi olaraq tərəfimizdən ilk dəfə “Bakı Yağ və Qida Fabriki” MMC- də istehsal olunan və Bakı ticarətində realizə olunan zeytun yağlarının keyfiyyət göstəricilərinin ekspertizası aparılmışdır. Zeytun yağlarının orqanoleptiki göstəricilərindən xarici görünüşü, iyi, dadı, rəngi, şəffaflığı və digər göstəricilər müəyyən edilmişdir. Fiziki-kimyəvi göstəricilərdən xalis çəkisi, nəmliyi və tez buxarlanan maddələrin kütlə payı, xüsusi çəkisi, şüasındırma əmsalı, turşuluq və yod ədədləri müəyyən edilmişdir. Alınan nəticələr standart göstəricilərlə müqayisə edilmişdir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin