Ümumi götürsək biznes-ideyanın yaranması yolları
aşağıdakılardan ibarətdir:
1. Hazır biznesin alınması;
2. Françayzinqin alınması;
72
3. Tamamilə yeni ideyanın tapılması, mövcud ideyanın
kopiyalanması və ya yaxşılaşdırılması;
4. Mövcud biznesin kopiyalanması və ya təkmilləşdi-
rilməsi.
Birincisi və əksər hallarda ikincisi çox vəsait tələb edir. İlk
biznesdə məsləhət görülür ki, 3-cü varianta ehtiyyatla yanaşasız
və mümkün qədər 4-cü varianta əl atasız. Sınaqdan çıxmamış
ideyaya əsaslanan biznesin (3-cü variant) müsbət və mənfi
tərəflərini qiymətləndirin.
Mənfi tərəfləri:
Ÿ
Uğurlu olub-olmayacağını proqnozlaşdırmaq çətindir,
çünki müqayisə üçün nümunə yoxdur;
Ÿ
Bəlkə özünü doğrultmur deyə heç kim başlamayıb və
ya başlayıb yarımçıq atıb?
Ÿ
Bazar yeni məhsulu tanımır deyə müştəri ehtiyacını
yaratmaq üçün çox vaxt və vəsait tələb oluna bilər;
Ÿ
Yeni sahəyə vəsait cəlb etmək daha çətindir, çünki bank
və investorlar yeni sahələrin risklərini yüksək sayırlar
və ora nadir hallarda vəsait ayırırlar.
Müsbət tərəfləri:
Ÿ
Yeni məhsul uğurlu olsa onun üçün bazar demək olar
ki, boş olacaq, rəqiblər isə ən azı ilkin dövrdə
olmayacaq;
Ÿ
Müştəriləri inandırmaq mümkün olsa rəqabətsizlik
şəraitində yeni məhsulu maya dəyərindən xeyli baha
qiymətə satmaq mümkündür.
Təcrübəli biznesmenlər məsləhət görürlər ki, ilk təcrübəni
tamamilə yeni ideyanın reallaşdırılmasında deyil, mövcud
biznesin kopiyalanması və ya yaxşılaşdırılmasında qazanasız.
Amma inadkarlıq göstərib 3-cü yolu seçsəniz, sizə uğurlar!
4-cü yolun da mənfi və müsbət tərəflərinə baxaq
Mənfi tərəfləri:
73
biznes qurmaq olar. Lap elə peyinin yığılması və ya satışı,
zibilliyin yığışdırılması, xəstələrə qulluq və s. sahələri misal
gətirmək olar. Başqalarına fikir verməyin. Bu sizin seçiminizdir.
Gələcəkdə görəcəksiz ki, sizə lağ edənlərin əksəriyyəti sizdən
xeyli aşağıdadırlar. Ümumiyyətlə bizim mənəviyyatımızda
qəribə dəyişikliklər baş verib: kimsə küçəni zibilləyəndə,
insanlara kobudluq edəndə, qayda-qanunu pozanda, zəifləri
incidəndə buna müdaxilə etmədiyimizə görə utanmırıq, amma
kimsə qanun və mənəviyyata zidd olmayan, lakin digərilə-
rindən fərqlənən hərəkət edəndə və ya düşüncəyə malik olanda
o, gözümüzdə “ağ qarğaya” çevrilir. Ona görə də qoy qanun və
mənəviyyat prinsiplərini pozanlar utansınlar. Siz özünüz üçün
yaşayırsız, başqaları üçün yox. Taksi sürücüləri tez-tez
gileylənirlər: “Eh qardaş, taksovatlıq ən axırıncı işdi”. Səbəbini
soruşanda deyirlər ki, min cür insanla rastlaşırsan, çətin işdir.
İzah etməyə çalışıram ki, çətin işdir, razıyam, amma pulu halal
zəhmətinizlə qazanırsız, oğurluq etmirsiz. Bundan başqa da bu
sizin öz seçiminizdir. Əgər qane etmirsə başınızı işlədin və başqa
yol tapın.
Yaxşı mənada pulun qoxusu olmur. Bu sözləri bilirsiz kim
deyib? Eramızın 1-ci əsrində Roma imperatoru Vespasian boş
büdcəni doldurmaq üçün müxtəlif yollara əl atırdı. O, bu sözləri
camaat ictimai ayaqyollarının vergiyə cəlb edilməsini
məsxərəyə qoyanda demişdi və doğrudan da nəticədə büdcəni
doldura bilmişdi. Mənim bir tanışım şirkətlərdən makulatura
yığıb satır. Əvvəllər maşınla şirkətləri gəzərək tullantı kağız
qutularını özü yığırdı. İndi isə bir neçə işçisi var və biznesini
genişləndirmək istəyir. Halal olsun!
Ümumi götürsək biznes-ideyanın yaranması yolları
aşağıdakılardan ibarətdir:
1. Hazır biznesin alınması;
2. Françayzinqin alınması;
72
3. Tamamilə yeni ideyanın tapılması, mövcud ideyanın
kopiyalanması və ya yaxşılaşdırılması;
4. Mövcud biznesin kopiyalanması və ya təkmilləşdi-
rilməsi.
Birincisi və əksər hallarda ikincisi çox vəsait tələb edir. İlk
biznesdə məsləhət görülür ki, 3-cü varianta ehtiyyatla yanaşasız
və mümkün qədər 4-cü varianta əl atasız. Sınaqdan çıxmamış
ideyaya əsaslanan biznesin (3-cü variant) müsbət və mənfi
tərəflərini qiymətləndirin.
Mənfi tərəfləri:
Ÿ
Uğurlu olub-olmayacağını proqnozlaşdırmaq çətindir,
çünki müqayisə üçün nümunə yoxdur;
Ÿ
Bəlkə özünü doğrultmur deyə heç kim başlamayıb və
ya başlayıb yarımçıq atıb?
Ÿ
Bazar yeni məhsulu tanımır deyə müştəri ehtiyacını
yaratmaq üçün çox vaxt və vəsait tələb oluna bilər;
Ÿ
Yeni sahəyə vəsait cəlb etmək daha çətindir, çünki bank
və investorlar yeni sahələrin risklərini yüksək sayırlar
və ora nadir hallarda vəsait ayırırlar.
Müsbət tərəfləri:
Ÿ
Yeni məhsul uğurlu olsa onun üçün bazar demək olar
ki, boş olacaq, rəqiblər isə ən azı ilkin dövrdə
olmayacaq;
Ÿ
Müştəriləri inandırmaq mümkün olsa rəqabətsizlik
şəraitində yeni məhsulu maya dəyərindən xeyli baha
qiymətə satmaq mümkündür.
Təcrübəli biznesmenlər məsləhət görürlər ki, ilk təcrübəni
tamamilə yeni ideyanın reallaşdırılmasında deyil, mövcud
biznesin kopiyalanması və ya yaxşılaşdırılmasında qazanasız.
Amma inadkarlıq göstərib 3-cü yolu seçsəniz, sizə uğurlar!
4-cü yolun da mənfi və müsbət tərəflərinə baxaq
Mənfi tərəfləri:
73
Ÿ
Əgər bizim bazarda belə biznes artıq mövcuddursa,
deməli, artıq rəqiblər var, bazar boş deyil və müştəriləri
digər rəqiblərdən qazanmaq tələb oluna bilər;
Ÿ
Rəqiblər varsa müştərilərə əlavə dəyər verməsən
qiyməti bazar diktə edəcək;
Ÿ
Bu sahədə rəqiblərin sizdən daha çox təcrübələri,
əlaqələri var, onlar bazarı daha yaxşı tanıyırlar.
Müsbət tərəfləri:
Ÿ
Belə biznes mövcuddursa, deməli, ona tələbat var;
Ÿ
Belə biznes mövcuddursa, deməli, o rentabellidir, yəni
özünü doğruldur;
Ÿ
Mövcud biznesi dərindən öyrənmək imkanı olduqda
şans yaranır ki, ilk başlayanların səhvlərini
təkrarlamayasız, yəni başqalarının səhvləri üzərində
öyrənəsiz.
3-cü və 4-cü üsulun qarışığı olan xaricdən kopiyalanma
üsulu da mövcuddur (ola bilər ki, yerli bazarın ehtiyaclarına
uyğunlaşdırılaraq). Yəni, söhbət elə bir biznes sahəsindən gedir
ki, başqa bazarda özünü doğruldub, amma Azərbaycanda hələ
yoxdur. Yəqin ki, bu üsul 3-cü bəndə daha yaxındır.
Ümumi istiqamətə gəldikdə isə məsləhət görülür ki,
təcrübəniz və sərmayəniz azdırsa internet biznesi və ya xidmət
sahəsindən başlayasız. İstisnalar təbii ki, olur, amma ümumi
götürsək, məsələn, istehsalatda sərmayə daha çox tələb olunur
və çətinlikləri də daha çoxdur. Xidmətdə isə insan öz vaxtını və
bacarığını satır, investisiya və başqalarından asılılıq minimal
olur.
İndi isə başlayaq biznes-ideyanı formalaşdırmağa.
Aşağıdakı ideya mənbəyinin hər biri üzrə fikirləşərək biznes
imkanlarını yazın. Hər mərhələdə tanışlarınızı bu prosesə
qoşaraq beyin fırtınasından istifadə etsəniz nəticəsi daha
74
məhsuldar olacaq, prosesin özü də daha maraqlı görünəcək.
Əgər belə tanışınız yoxdursa, prosesə tək başlayın.
Sonra isə harada olmağınızdan asılı olmayaraq hər yerdə
gözünüz bu mənbələr üzrə yeni ideyaların axtarışında olsun.
İdeyanın mənbəyi nə ola bilər?
Ÿ
Həll olunmamış və ya lazımınca həll olunmamış mövcud
problem və ya ehtiyac.
Gözüaçıq olub fürsətləri görmək lazımdır. Şübhəsiz ki, hər
bir biznes sahəsində belə problemlər var. Düşünün ki, a)onları
həll etmək üzərində biznesi necə qurmaq olar və ya b)bu
problemi həll edərək siz daha mükəmməl biznesi necə qura
bilərsiz. a)-ya aid misal. Bir nəfər Rusiyada şirkətlər qrupunun
saytına baxanda qrammatik səhvlərin çox olduğunu görür (bu
sahədə təcrübəsi vardı). Həmin holdinqlə əlaqə saxlayaraq
kontentin yoxlanması xidmətini təklif edir və müqavilə
bağlayır. Bu üsul əslində daha az xərc tələb edir. Onun digər
variantları da mövcuddur. Məsələn, bir o qədər də iri olmayan
şirkətin fəaliyyətini təhlil edərək qənaətə gəlirsiz ki, müştəri
axınını tutaq ki, 20% artıra bilərsiz. Şirkət rəhbəri və ya sahibilə
(qərar verə biləcək şəxslə) görüşüb təklifinizi edirsiz və işin
müqabilində əlavə gəlirin müəyyən faizini və ya hər cəlb
etdiyiniz müştəriyə görə ödəniş alırsız. b)-yə aid misal. Biri
görür ki, müəyyən ərazidə mövcud yeməkxananın kifayət qədər
müştərisi var, amma xidmətdən çox narazıdırlar. Eyni ərazidə
öz yeməkxanasını açır və yüksək xidmət mədəniyyəti
göstərərək, yeməklərin çeşidini artırıb bütün müştəriləri cəlb
edə bilir.
Ÿ
Böhran və ya hər hansı kəskin dəyişikliklər.
Hər belə hadisə yeni fürsətlər yaradır. Məsələn, bu
yaxınlarda bir tanışım dedi ki, neftın qiyməti düşəndən və
xüsusilə ikinci devalvasiyadan sonra köhnə əşya satışı bazarı
75

artıb və nəticədə bu sahədəki bir internet-portalın gəliri də artıb.
Ÿ
Qanunvericilikdə dəyişikliklər, mövcud məhdudiyyətlər.
Hər dəyişiklik və məhdudiyyətlərlə qarşılaşdıqca
onlardan necə pul qazanmaq üçün istifadə edəcəyiniz barədə
düşünün. İngiliscə buna “monetization” deyilir. Azərbaycanda
bir iri holdinqin ilk uğurlu layihəsi bilirsiz nə olub? 90-cı illərin
əvvəlində Azərbaycan-Rusiya sərhədləri demək olar ki, bağlı
idi. Buna görə də minik maşınlarına böyük ehtiyac olduğuna
baxmayaraq, bazarda qıtlıq vardı. O zamanlar ən populyar
avtomobil “Lada” sayılırdı. Vəziyyət o hala çatmışdı ki,
müştərilər maşını ikiqat qiymətinə də almağa hazır idilər. Bunu
görən həmin tədbirli biznesmenlər Avtovaz-la müqavilə
bağlayaraq maşınları Azərbaycana Türkiyə vasitəsilə gətirməyə
başladılar. Maşınların birinci partiyası heç bura çatmamış
satılmışdı. Ondan sonra neçə il ərzində bu biznes uğurla davam
etdi. Mövcud imperiya məhz o kapital əsasında yarandı. Yox,
səhv etdim. Məhz o sahibkar təfəkkürü əsasında. Çünki əminəm
ki, o fürsət olmasaydı da başqa bir fürsəti dəyərləndirib həyata
keçirəcəkdilər.
Ÿ
Trendlər.
Texnologiyalarda, müştəri ehtiyacları və digər sahələrdə
trendləri izləyin və proqnozlaşdırmağa çalışın. Məsələn, əgər
ümumi trend biznesin internetləşdirilməsi istiqamətindədirsə,
biznesinizi bu sahədə qurun və ya satışınızı burada təşkil edin.
Ÿ
və s.
İdeyanın yaradılma üsulları.
1. Bütün ərkiniz çatan tanışlarınızın siyahısını tutun,
yanında da onların əlaqələrini və qabiliyyətlərini yazın. Baxın
görün ki, bu əlaqə və qabiliyyətlərdən hansı biznesdə və necə
istifadə etmək olar? Tələsməyin, hər şəxs barəsində düşünməyə
heç olmasa 3-5 dəqiqə vaxt ayırın.
76
Ÿ
Dostlarınız;
Ÿ
Dostlarınızın dostları;
Ÿ
Qohumlar;
Ÿ
Qohumların dostları;
Ÿ
Həyat yoldaşınızın dostları;
Ÿ
Hazırkı və keşmiş iş yoldaşlarınız;
Ÿ
Üzv olduğunuz peşəkar və ictimai təşkilatların üzvləri;
Ÿ
Hazırkı və keçmiş müştəriləriniz;
Ÿ
Hazırkı və keçmiş qonşularınız;
Ÿ
Məktəb, tələbə yoldaşlarınız;
Ÿ
Müəllimləriniz;
Ÿ
Hərbi xidmətdəki yoldaşlarınız;
Ÿ
Birgə idmanla məşğul olduğunuz insanlar;
Ÿ
Sizə xidmət göstərən şəxslər və s.
2. Özünüzün və ya tanışlarınızın qarşılaşdıqları
problemləri yazın. Onları həll etmək üçün hansı biznesi
yaratmaq olar? Hər suala maksimal sayda yazılı cavab verin.
3. Öz bacarıqlarınız, müsbət keyfiyyətləriniz və
hobbilərinizin siyahısını yazın. Bu bacarıqlarla hansı biznesi
başlamaq olar? Vərdişlərin transformasiyasını da nəzərə alın.
Məsələn, müəllimlər öyrətməklə yanaşı, həm də ünsiyyət,
qayda-qanunun təmin edilməsi, planlaşdırma və müxtəlif
qrupları koordinasiya etmək qabiliyyətinə də malikdirlər.
4. Bu günədək ürəyinizdə qalan reallaşdırılmamış uşaqlıq
arzularınızı yazın. Onları biznesə necə çevirmək olar?
5. Yenilikləri izləyin. Hər dəyişiklik zamanı (böhran,
inkişaf, qanunvericilik dəyişiklikləri və s.) necə qazanmağın
yollarını fikirləşin (həm biznesi başlayanda, həm də inkişaf
etdirəndə).
6. Hansı sahəyə marağınız var (ola bilər ki, o sahədə hələ
bilikləriniz azdır). Bu marağı hansı biznesə çevirmək olar? Bir
hazırcavabın fikrincə, qazanmağın ən yaxşı yolu sevdiyin işlə
77

məşğul olmaq və ona görə sənə pul verəni tapmaqdır.
7. Xoşunuza gələn, diqqətinizi cəlb edən mövcud biznesi
təhlil edin. Bu biznesi necə təkmilləşdirmək olar (əlavə dəyər
yaratmaq, xərcləri azaltmaq, müştərilərin sayını artırmaq, işçi
hazırlığına fikir vermək və s.)?
8. Bütün bu siyahı və biznes ideyalarını tərtib edəndən
sonra (əvvəldən də etmək olar) internetdən “kiçik biznes üçün
ideyalar” adında axtarış verərək bir neçə gününüzü buna sərf
edin. Yaxşı olardı ki, sorğular azərbaycan dilində deyil, ingilis və
ya rus dillərində verilsin. Hə a deyərdim ki, bazarlarımızın
müəyyən səbəblərdən oxşarlığını nəzərə alsaq postsovet
ölkələrin təcrübəsini öyrənmək üçün axtarış rus dilində edilsə
daha yaxşıdır. Tapdığınız minlərlə ideyanın əksəriyyəti sizə
uyğun gəlməyə bilər, amma əminəm ki, ən azı 5-10 uyğun ideya
tapa biləcəksiz. Sual oluna bilər ki, bu üsuldan istifadə edilsə
əvvəlkilər nəyə lazımdır. Əslində isə əvvəlki mərhələlər
vacibdir, çünki imkanlarınızın genişliyini və axtarış istiqamətini
aydın şəkildə sizə göstərəcək. Hər bir bəndin öz rolu var. Belə
məqamlarda daha düzgün seçim etmək məqsədilə əlavə bir neçə
gün də çalışmağa dəyər.
İdeyaların qiymətləndirilmə meyarları.
Yuxarıdakı mərhələdə ideyaları müəyyən etdik. Sonrakı
mərhələdə bu biznes-ideyalarını aşağıdakı meyarlarla
qiymətləndirməliyik. Amma bunu növbəti fəslin bütün
tapşırıqlarını bitirəndən sonra edin (orada doldurulmaq üçün
cədvəl və şərtlər göstərilib). Bir fikri də əlavə edim. 3-cü və 4-cü
fəsillərdə ideyaların yoxlanması və sınaqdan keçirilməsi barədə
ətraflı yazılacaq. Amma bütün bu mərhələləri düzgün, eyni
zamanda mümkün qədər sürətlə keçməlisiz. “Ağıllı
fikirləşənədək dəli vurdu çayı keçdi” alınmasın:).
1. Tələbat olacaqmı, müştəri bazası genişdirmi?
78
Tələbat olmayan bizneslə məşğul olmağa dəyməz. Düzdü,
ola bilər araşdırma nəticəsində məlum olsun ki, məhsulda və ya
satış üsullarında müəyyən dəyişikliklər edilsə tələbat yaranardı.
2. Mənfəət gətirəcəkmi?
Burada söhbət həm sərmayəyə nisbətdə, həm də mütləq
rəqəmlərlə ifadə olunan mənfəətdən gedir. Hər bir biznesin
məqsədi mənfəət əldə etməkdir (əgər sonradan şirkəti tam və ya
qismən satmaq istəyirsizsə məqsəd şirkətin dəyərinin
artırılması da ola bilər). Əgər biznes kifayət qədər mənfəət
gətirmirsə, deməli, biznes deyil, hobbidir.
3. Bu işlə məşğul olmaq sizin üçün maraqlıdırmı?
İnsan özünə maraqlı işlə məşğul olsa işindən həzz alacaq
və daha yaxşı nəticə əldə etməyə şansı artacaq. Çətinlikləri də o
qədər vecinə almayacaq. Əksinə, heç xoşunuz gəlməyən bir
sahədə biznes qursanız ola bilər ki, həyatınızı əzaba çevirə-
cəksiz.
4. Maneələr, risklər azdırmı (hüquqi, yeganə təchizatçı və s.)?
Burada rəsmi və qeyri-rəsmi məhdudiyyətlər (məsələn,
dəyişilməsi çətin olan mentalitet məhdudiyyətləri, inzibati
məneələr və s.), həmçinin ciddi risklər nəzərdə tutulur.
Müəyyən sahədə qanunvericiliyin dəyişilməsi nəzərdə
tutulursa, o sahədə biznesə başlamağa tələsməyin. Əgər
biznesinizin təchizatçısı təkdirsə və etibarlı deyilsə, o sahədə
biznes qurmaq çox təhlükəlidir. Əgər bu və ya digər şəkildə
monopoliya mövcuddursa və onu dəf etmək olmursa, digər
ideyaya əl atın. Belə maneə və risklər müxtəlif ola bilər.
Araşdırma zamanı onlara ciddi diqqət yetirin.
5. Belə bizneslər mövcuddurmu? Uğurludurmu? İri rəqib
yoxdurmu?
Əvvəl yazdığım kimi, əgər belə biznes mövcuddursa,
deməli, bazar var. Biznes mənfəətlidirsə və bazar bir çox xırda və
orta bizneslər arasında bölünübsə, deməli, siz də düzgün
79
məşğul olmaq və ona görə sənə pul verəni tapmaqdır.
7. Xoşunuza gələn, diqqətinizi cəlb edən mövcud biznesi
təhlil edin. Bu biznesi necə təkmilləşdirmək olar (əlavə dəyər
yaratmaq, xərcləri azaltmaq, müştərilərin sayını artırmaq, işçi
hazırlığına fikir vermək və s.)?
8. Bütün bu siyahı və biznes ideyalarını tərtib edəndən
sonra (əvvəldən də etmək olar) internetdən “kiçik biznes üçün
ideyalar” adında axtarış verərək bir neçə gününüzü buna sərf
edin. Yaxşı olardı ki, sorğular azərbaycan dilində deyil, ingilis və
ya rus dillərində verilsin. Hə a deyərdim ki, bazarlarımızın
müəyyən səbəblərdən oxşarlığını nəzərə alsaq postsovet
ölkələrin təcrübəsini öyrənmək üçün axtarış rus dilində edilsə
daha yaxşıdır. Tapdığınız minlərlə ideyanın əksəriyyəti sizə
uyğun gəlməyə bilər, amma əminəm ki, ən azı 5-10 uyğun ideya
tapa biləcəksiz. Sual oluna bilər ki, bu üsuldan istifadə edilsə
əvvəlkilər nəyə lazımdır. Əslində isə əvvəlki mərhələlər
vacibdir, çünki imkanlarınızın genişliyini və axtarış istiqamətini
aydın şəkildə sizə göstərəcək. Hər bir bəndin öz rolu var. Belə
məqamlarda daha düzgün seçim etmək məqsədilə əlavə bir neçə
gün də çalışmağa dəyər.
Dostları ilə paylaş: |