“İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma proqramının Oxu m aterialı



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə62/64
tarix13.11.2022
ölçüsü1,15 Mb.
#68945
1   ...   56   57   58   59   60   61   62   63   64
nkluziv-sinifda-talimin-taskili-oxu-materiali

 
Əlilliyin sosial modeli: Əlilliyin sosial modeli cəmiyyəti hər şeyi əlilliyi olmayan insanların 
ehtiyacları üçün planlaşdırmaqla insanları əlil edən qüvvə kimi müəyyən edir. Sosial 
modeld
ə cəmiyyətin əlillik yaradan əngəllərin azaldılmasında və sonda tamamilə aradan 
qaldırılmasında böyük rol oynaya biləcəyi qəbul edilir. Əlilliyi olan şəxslərin ayrı-seçkilik 
yaradan mühit
ə uyğunlaşmalarını gözləməkdənsə, bütün vətəndaşlar üçün əlçatanlığı və 
f
əallığı təmin etmək məqsədilə uyğunlaşdırmalar etmək məhz cəmiyyətin vəzifəsidir.
İnklüziv təhsil: İnklüziv təhsilin məqsədi siyasət, mədəniyyət və tətbiqi təcrübələrin 
müxt
əliflik tələblərinə cavab verməsinin və bütün təcrid olunmuş uşaqların, o cümlədən 
əlilliyi olan uşaqların hüquqlarının və ehtiyaclarının təmin edilməsi üçün təhsil sistemini 
yenid
ən formalaşdırmaqdır. Bütün uşaqların öz həmyaşıdları ilə birlikdə yaşadıqları 
ərazidəki yerli məktəblərdə keyfiyyətli inklüziv təhsil almaq hüququ var. 
 
Universal dizayn prinsipl
əri: Universal dizayn prinsipləri predmetlərin, şəraitin
proqramın və xidmətlərin adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan bütün insanlar 
t
ərəfindən maksimum mümkün dərəcədə istifadə edilə biləcək şəkildə dizayn edilməsini 
t
əmin edir. Universal dizayn zəruri hallarda əlilliyi olan insanların konkret qrupları üçün 
köm
əkçi qurğuları istisna etmir. Buraya məsələn, bütün uşaqların asanlıqla oxuya 
bilm
əsini təmin etmək üçün mətnlərin daha böyük hərflərlə çap edilməsi daxil ola bilər. 
Uşaq və ailələrə dəstək planı: Uşaq və ailələrə dəstək planı əlilliyi olan bütün uşaqların 
ehtiyac v
ə tələbatlarını əks etdirən, monitorinq və planlaşdırma prosedurlarını müəyyən 
ed
ən sənəddir (qanunvericilikdə nəzərdə tutula bilər). Plan erkən müdaxilə, ümumi orta 
t
əhsilə dəstək və onun planlaşdırılması prosedurları, habelə uşaqların müdafiəsi 
prosedurlarının mövcudluğunun təmin edilməsi ilə bağlıdır. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin