İRƏvan türkləRİNİN ƏDƏBİ MƏtbuat abiDƏSİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix01.05.2017
ölçüsü0,65 Mb.
#16394
1   2   3   4   5   6   7   8   9   10

Az qaldı 

 

Az ğaldı özi çavan afişanə yetişsün



Hər güclü təpik vurmağə şəğanə yetişsün, 

Min müjdğr əmfası hər yanə yetişsün, 

Sevmən kişilər məscid qurana yetişsün. 

Mollalarımız bir yeni  dövranə yetişsün, 

Yəni ki bular şəfrayə, ehsanə yetişsün. 

 

Azadə olar bu göəl ayda  hamı nəsvan, 



Yekəsi geyinir tənlərinə camiiyə əlvan, 

Yar-yoldaşını görmək üçün bir belə dövran 

Çoxdandi göztlərdi bizim Xəccə, Tükəzban 

Az qaldı Yetər, Fatimə  Şəbistanə yetişsün, 

Dərdləşmə ki, Tərlanə və Ceyranə yetişsün. 

  

Az qaldı ki vaizlərimiz  mətləbi bülsun, 



Mömin kişilər məscid viranə yıfılsun, 

Məscidə ğsurat cənan dövriğə  ğoyulsun, 

Həm vaiz, həm röüzə pəzən cibləri dolsun 

Ağdan, ğaradan bollu cibişdanə yetişsin, 

Mollaya şəfa, qüssə müsəlmanə yetişsün. 

 

Az ğaldı ki, yerlərdə olarkən dəm iftar, 



 Ğızbsə Hacı Mösumn əlindən çıka zinhar, 

Gopdan , şapalağdan edələr nalə uşağlar, 

Paprus keyfinə dilxor olarkən Hacı Səttar, 

Fəhşi, yamani dinə və imanə yetşsün. 

Bullu  götgi nazlu xatıncanə yetişsün. 

  

Az qaldi salu çinaçi yğur bəxtur olsun



Hər gündə beş-on putsu  xeri bulği  satılsun, 

Bozbaşlı ğarinlər də  pirujna ilə dolsun, 

Süd, qəhvə, qoğal, şağalad da sbil olsun, 

Hər kimsə ğərəz nəfmət olanə yetişsün, 

Az qaldı  “Orucluğ” ayı meydanə yetişsün. 

Məhkəmə Pişiyi 

 

Tözit 

 

Əvət hertsoğ Frants Ferdinantın  belə  vəhşiyanə  ğətl  olunmasi İranın siyasi 



dairələrində böyük bir svətajir bağışladıği kimi Əfğanıstan  əmrinin  dəxi 

ğüssələnməginə  səbəb olmuşdur. Çünki, Müğəttul,  Əfğanıstan siyasətinə müvafiğ bir 

siyasət yürütdügi  kimi gahdan bir İranın  dəxi  tərəğği və talesini yuxuda görürdü. Ona 

görə də allah İran cəmaətinə scah əldölənin ədaləti  haqqına səbr cəzil əta eyləsin, tainki 

ərfəhadulə məarfəndən bəhrəyab olub, Məhməd Əlinin gününə düşməsinlər. 


 73

Allah  əmir  əfğanında dırnağını    bərk və  kəlləsini səlamət eyləsün, yainki 

çulğandığı ənqayis turlarının arəsində oyan-buyana  hərəkət edə bilüb nəfəs ala bilək. 

Əllahi and verirəm Nasir Əlmalikin siyasətinə, səpihdarın  əminliyinə, mərhum 

Kamal Paşanın  ğeyrətinə,  İmam Yahyanın insafına,  Əmir Buxaranın fəaliyyətinə, 

ələlxüsusi  İrəvan cəmiyyəti xeyriyəsinin tazə açdığı  məktəb və  ğiraətxanasına : 

mərakeşlilərə səbr və  molla həfdədə  dübarə yüz əlli övrət əta eyləsin.      Amin ! 

Dul toyuğ 

 

 

GƏNCƏDƏN MƏKTUB  

 

Cənab Lək-lək əmi, bilmirəm, bilirsən yazmırsan, ya bu nə günah işdir? Indi xalx 

yaylağa getdigi üçün Şah Abbas Meydanının ayağında dükançıların  al-veri kəsilib, 

əlləri boşdur. Ancağ bekar vağtlari ğəzet-jurnal oxuyanda kəsalətləri  çoxalır: buna görə 

də kərsinin üstünə ignə nəsib eyləyiblər ki, kəlib-gedən həmşəriləri lütfən əqişdürüb o 

krislərə töksünlər, yainki bir an söhbət eyləsinlər. Çünki ignə ilə  təkmində  artığ 

əkəşmirlər və bunları  da kəsalət basır. 

Nə isə, hansı  yazıx həmşərini əkişdirilərsə, iynə yanına batan kimi  qalxır ayağa .  

Yazıx cavanlar  müsahibsiz qalırlar,  amma yenə  bəd keçmir, az təfrıh əmələ gəlir. 

Bilmirəm niyə yazmırsan? (...) də (Tanya) xanım Gəncənin mötəbər cavanlarına  

süzənək medalı əta edib və gözəl cavanlarımız qiyamətə kimi xərc versinlər. Doğrudur, 

hər medal alan gərək  bir az da pensiya alsun. Ama eşq medalı alan gərək xərc versin. 

Bilmirəm,  əmi, xəbər varmı? Yainki məcəlin olsa sən də bir gəlib  bizim kəndin 

yaylağına gedəsən, görəsən , sizin yaylaxlarda çox ğumar oynanır, yoxsa bizim Hacı 

Kəndində?  

Görəsən sizin cavanlar banka çox uduzur, yoxsa  bizim, görəsən  sizin cavanlar çox 

ceyran südü içir, yoxsa buranın? Bilmirəm niyə yazmırsan ? Bu nə  işdir? Indi ki, 

yazmırsan töğh edirəm  bu neçə sətr şeyrləri yazasan. 

 Dkanşıların bekar çağ işidir, 

 Ignə oynatmağ alış-verişdir, 

 Görsən Gəncə içrə gözəl Nanyanı, 

  Medal verib, yola salıb neçə cavanı. 

 Ignə sanub, oynadaruğ iranlını, tatı  

Meşələrdə eliyərik hazırmi busati.   

Gəlib bircə, lək-lək əmi, bağıranın halına bax, 

Qastindəki, meşədəki cənabların halına bax. 



Palas qulaz 

 

 



 

HIKMƏTLI SÖZLƏR 

 

Bacarsan dourət beş arvad al, ğoy mənfəəti çoxalsun. 



Pulin oldi get ziyarətə, ğayıdanda ac ğalsan da, əybi yoxdur. 

Əsni dəyanət ki, acından solmadı ona əsud binnət 

deməzlər, xeyli alıxmıs ki, müslman ola. 


 74

Mayasız alış-vsriş  isləsən buğlarını qırxdırıb ariğbəst ol. 



Cırtdan 

 

 



NAXÇIVAN 

 

                        Kələntərovun röyası. 

Bu gün ayın 18-də saət 11 radələrində    Kələntərov cənabları bir qədər istirahət 

üçün yuxulamaq istəyib yatır. Aləmi röyada bir məclis müşahidə edir ki, o məclis 

tamamən elmə elə-belə məlumdur. Həti Mir Patəşir  həzrətləri də o məclisdə hazırdır. 

Söhbət haradan gəlirsə Kələntərov həzrətlərimiz Pirtdaşix cənablarının meydanda nəzah 

vağe olur. Kələntərov yuxuda əlinə ğauzyur ki, Pirtdaşixi vursun. Birdən yuxudan ayılıb 

görür çarsuda qalmağaldır? Kələntərof deyir, ay uşax, nə qeyliğaldır?. Deyirlər çıx 

eşigə, gör nə var! 

Çarsuya çıxdığda görür ğaradavay ağani aparır, a bala, nə olub? Deyirlər nə 

olacağ, ağa bir erməni balasına bir müxtəsər təklif edibdür, o kafir oğlu da ağanin 

neyğənbər övladi olduğunu bilməyub, gedib pristava sikayət edübdur.İndi ağəmiz 

Prtdaşiği uçastgayə aparırlar. 

Mən indiyətək belə tez çin olan yuxu görməmişəm. 

                        

                       

                          ŞƏHƏR ARALIĞI 



 

 

Yayın isti günləri başlayıb.Alver də  kəsildiginə görə  bəzi ticarzadələr(Zəngi) 



bufetində keyf eləməgi münasib görürlər.Çünki,orada həm pivənin butulğası 12 

qəpikdir, həm də çimmək üçün gözəl uşağların hamısı ora gəlürlər. Həm ziyarət, həm də 

işrət. Banğurot çıxmağın da  qorxusu yoxdur, allah kərimdir. 

.... 


Rus-müsəlman məktəbi dörd yüz dörd nəfər kamalli uşağlar tamam edib, o saət  

da şəhadətnamə aldılar(və ən yekə dalzin...). 

.... 

Aldığımız məlumata görə sabahlari cəmiyyət xeyriyə  tərəfindən böyük bir 



giraətxanə açılacağ; iki minə yavx ğazetələr,  bir o ğədər jurnal və iki milyon cild kitab 

xarici məmləkətlərdən yazub götürüblər. 

.... 

Idarə- xəznədarın yaylağa getməgi olmasaydı daha da yaxşı olar idi.  



 

SANCI 

 

Təkfir edir  insafları əvbab məyayim 

 Biçarələrin ğani iylə pisər olunca. 

Zən etmə ki, bular çukuran cu cəfadan.  

Aş kimi ğədr böhtanə xakişər olunca. 

Mələk  nağğal 

 


 75

 

BITMƏZ SÜTÜNLAR 



 ŞƏBANI DAHA AXIRINCƏKI ƏMƏLI 

 

Bu on gündə  hər bir mömin kişi canini və palalarini , öy-eşiğini pak etməgi 

sənətdir.  Məgər bir ağzıni pak etməsün! Bu çox məkrufdir. 

Sual – möminlər nə üçün gərək ağızlərini yumasınlar? 

Cavab – çünki: bizim oruc dutan möminlərimiz çarsi-bazarda və iftar zamani 

evdə paprus kefinə  ağızlarini  ğoxutmağə  məcburdular. Buna görə ki, bunlar böylə 

etməsələr, heç kəs yəğin etməz ki, bunlar orucdurlar. Ona görə ağız pağlamağ məsələsi 

şuval ayında həll olar. 

.... 

 Məşədiyar  imdidən məscidlərdə paya dalında bir döşə keşə salıb, yerdə 



oturtmaları sənət mövğədədir. 

Sual – nə üçün bəs,  paya dalında ? 

Cavab – çünki, sadələrilə xağ içində daşısalar, həm özləri, həm cəmiyyət boç 

ğalar. 


 

 

Tazə süfrə almağ vacibdir

 

 

Sual – bəlkə birinin ehsanı yoxdur? O da alsunmi? 



Cavab - Əvət, bu süfrə yalanız  ehsan  sahibi üçün  degil, bəlkə bütun  

müsəlmanlara məxsusdur ki, tazə süfrədə mollalara ehsan plovu verər və köhnə süfrəyə 

də məscidə gedəndə başmağlarini bükər.  Genə vacib əməllərdəndir ki, hər kəs qulağına 

bir-iki misğal civə töküb kar olsun. 



Sual -  əcaba? 

Cavab – Mollaların yasin və  məkfir  şağğiyyətləri onsuz da ürfani kar edəcək, 

ğabağca kar olsan,  ğanin  xarab olmaz. Və bir də   ğalan əvvamlar da imdidən  kar olsa, 

beyinləri  mövhümatla dolmaz. 

Bayğuş   

   

Axtar

 

 



Bəzi səbəblərə görə bir neçə nömrədən sonra daha “Lək-lək”məcmuəsi çıxmayıb  və  “Lək-lək” 

müştərilərinə yenidən nəşr ediləcək “Çınqı” namında  məcmuə göndəriləcəkdir; möhtərəm 

mühərrirlərimiz və qarelərimiz  həmin“Lək-lək” məcmuəsinin ğapanmasını nəşrimizin tənzilinə həmlə 

etməyib,  belə ki, “Lək-lək”  əvəzinə daha da mükəmməl bir surətdə  çıxacağ . “Çınqi”məcmuəsinin  

nəfs kağız üzərində  dərc edilib , daha parlaq  və mükəmməl olmasını  nəzərə almalıdırlar. Bu yeni 

nəşr  olunan  “Çınqı”  Əli “Məhzun” Hacı Zeynəlabdinzadə  və  “Lək-lək”müdirlərindən Hacı 

Əsgərzadənin təht müdriyyətlərində  olub, İrəvanın bir neçə maarifpərvər cavanlarının  maddi  və 

mənəvi köməklikləri ilə  nəşr olunacağ.  Ümum qarelərdən tövğh olunur ki, əgər  “Çınqı” məcmuəsi 

nəşri bizdən asılı olmayan səbəblərə görə bir neçə  həftə taxir olunar isə  səbrsizlik etməyib , bizləri  

məzur  dutsunlar. “Lək-lək” elanını  dərc edən,  ğəzetələrdən tövğh olunur. Yenidən yazdığımız  

ğəzetlərlə  “Çınqı” məcmuəsinin elanını  versinlər.  

Idarəmiz ilə muxabirə etmək istəyənlər  və ələlxüsus  möhtərəm müxbir və mühərrirlərimiz və  

pul göndərən müştərilərimiz  və vəkillərimiz  bu adresə  rcuh etsünlər. 

 


 76

İrəvan, “Lyus” mətbəəsi redaksiyası. 

Müdir və naşirlər: 

M.Mirfətullayof və C. Əsgərzadə(Aciz)

   

 

Elan 



 

İstanbulda hər on gündə  nəşr olunan elmi , ədəbi və    məsmur “Şahbal”məcmuəsi  əcnəbi 

məmləkətlərə yeki: 10 manat 24 nüsxə  və altı aylığı 5 manat 12 nüsxədən ibarət. Xahişmənd 

olanlar bu adresə rcuh buyursunlar.  (İstanbulda iki pustxana ğarşısında Fərəx Bəy xanda nömr  

9 , 10, 12) . Bu məcmuəyə nəhayət  mətin bir məcmuəyə olub və hər kəscə ğiraəti arzu  edilər. 

Dərcə nəfisdir, fayda bərdar olmağ üçün  abunə  hər kəsə tövsiyə ediriz 

İrəvan, “Luyis” mətbəəsi. 

 

    



Elan 

Peterburqda rus dilində dərc olunan həftəlik müsəlman qəzetəsi  « Мусульманс 

кая  Газета» 

Illiyi 5 manat, yarım illiyi 3 manat. Irəvanda vəkil Əli Hacı Zeynəlabdinzadəyə 

rcuh olunsun abunə olmaği rusca bilən intiligentlərimizə tövsiyə edirik. 

 

        



Elan 

Bu ğəzet “Sədayi Türküstan” imdilik  hər həftədə iki dəfə nəşr edilir. Ədəbi, iqtisadi, fənni və 

məişəti türkcə cəridədir. 

Rusiyada 

14

 

aylıq  4 manat. 



8

 

aylığ 2 manat 50 qəpik. 



3 aylıq 1 manat 50 qəpik. 

Müsəlman xarici üçün 

12 aylıq 6 manat. 

6 aylıqı 3 manat  50 qəpik. 

Adres :Taşkent, Romanovskaya 16, “Sədayi Türküstan” redaksiyası. Telefon No 537. 

Типография «Луйсъ» Эриванъ - Mətbəə “Luys” , İrəvan 

 

.......... 


 77

Lüğət  

Abdal – qədimdə dəvrişlərə verilən ad; türk soyu; dilənşi. 

Aməd – gəlir, gəlmə; yetişmə, çatma. 

Ayyaş-  çox içki içən. 

Azadə-  sərbəst, hər qadağadan qurtulmuş. 

Azami- ən çox, ən yüksək. 

Ajar – təzə, köhnəlməmiş. 

Baca   -ocaqdakı tüstünun bayıra çıxarılması üçün evun damında açıq yer. 

Bəkləmək – gözləmək; qorumaq, mühafizə etmək. 

Bəlləmək –öyrənmək, əzbərləmək; xatırlamaq. 

Bəsirət – gözüaçıqlıq, diqqətlilik. 

Binəzir – misilsiz, əvəzsiz. 

Bürhan – həqiqət, dəlil, sübut.  

Cami – müsəlmanların ibadət üçün toplaşdıqları   yer. 

Çarık -  göndən tikilən ayaqqabı. 

Çarə -  qurtuluş yolu 

Çocuk – kiçik yaşda olan oğlan vəya qız. 

Dağarcık- meşin torba. 

Dayanıklı – sağlam, güclü, mətin. 

Əfəl – bir iş görməyən. 

Əkmək – çörək, qida; ruzi. 

Əmir   - Islam  dövlətlərində bəy, başqan. 

Əyan – aristokrat, zadəgan. 

Əsnaf –  siniflər, sənətkar, özəl sənətlə yaşayan. 

Fasih – düzgün və açıq danışan. 

Fəqir – yoxsulluq, ehtiyac. 

Fiqih – fiqih alimi. 

Fəzil -  ləyaqətli, üstün, məziyyətli.  

Fövrən – tələsik, dərhal. 

Qarelər- oxucular. 

Qəsb – zorla alma. 

Qissə - hekayə, nağıl; tarix, hadisə, rəvayət.  

Qonuşmaq – söhbət etmək, danışmaq. 

Haya – günah işlərdən qorunmaq. 

Həmra- qırmızı, qızıl. 

Hoşnut- razı, məmnun. 

Hükəma – müdriklər. 

Iftihar -  fəxr, öyünmə, güvənc. 

Irfan – mədəniyyət, bilik; idrak, maarif. 

Ixtifa   -  gizlətmə, örtünmə. 

Ixtilat  - qaynayıb-qarışmaq, görüşmək. 

Ittifaq – birlikdə iş görmək, birləşmək. 

Kəsalət – kefsizlik, yorğunluq. 

Kəsif – natəmiz, pinti. 

Libas – geyim, paltar, libas. 

Madam – evli avropalı qadın. 



 78

Mahrəm – şəriətin yasaq etdiyi şey, haram. 

Məslək – yol, əqidə. 

Məzur – üzürlü, səbəbli. 

Mövla – sahib, yiyə, ağa. 

Mürtədd- dönük, dinsiz 

Mürşüd – yol göstərən. 

Namdar (f)- adlı-sanlı, igid, qəhrəman 

Namərbuta - əlaqəsiz,rabitəsiz; qabiliyyətsiz. 

Naşir – yayan, səpən; nəşr edən. 

Nəfx -  peyğəmbərin ölüləri dirildən nəfəsi (dini); şişkinlik; musiqi alətlərini çalan. 

Nəşat – şadlıq, sevinc. 

Omuz – çiyin, arxa. 

Orman –meşə, balaca meşə. 

Rüzədar -  oruc tutan. 

Rövzəxan – mərsiyə oxuyan. 

Sərkar – başçı, böyük, cənab. 

Səhih – gerçək, doğru, əsil. 

Soqat – küçə. 

Sur -  toy, qonaqlıq. 

Təhrirat – rəsmi kağızlar, rəsmi yazılar. 

Təkzib – yalana çıxarma. 

Təfəl – günəşin şıxması, ilk, dan; uşaqlıq. 

Təkdir – bulandırmaq; əziyyət vermək. 

Təkəffül – zamın olmaq. 

Təkfir –kafirlikdə təqsirləndirmə. 

Təsxir -  ələ keçirmək, məftun etmək. 

Təht – idarəsi altında, tabeçiliyində. 

 

Qeyd: “Lək-lək” məcmuəsinin transliterasiyasınra birinci nömrəsində yalnız 



redaksiyanın ünvanı, məramı  və elanı barədə yazılanlar verilmiş, bunlar bütün 

nömrələrə də aid olduğundan  təkrarçılıq aradan qaldırılmışdır. 

Tərtibçi müəllif. 


 79

 

 

İrəvan türklərinin ədəbi mətbuat abidəsi 

“LƏK-LƏK” jurnalı. 

Bakı, 2008. 

 

 

Nəşriyyat direktoru:      Sahib Əliyev 

    Transliterasiya edən:          Ziyəddin Məhərrəmov 

Kompüterdə yığanı 

     və tərtibçisi:                      Ruhiyyə Məhərrəmli 

Korrektoru:                       İlhamə Məhərrəmova  

 

 

                       Kağız formatı: 60 x 84 1/16 

Mətbəə kağızı: N

0

  1 



                        Həcmi: 8,83 ç.v. 

                       Tirajı: 300 nüsxə 



                       Qiyməti müqavilə ilə. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin