Məsələ: bizim aşpazlər öz bozbaşını xoda verməkdən ötürü götürüb bozbaşına bir az ərik, alça,
kartofel tökür ki, yeyən bir də yesin.
Məsələ: Bizim Qəmərli beçəsi vəz eyləyəndə fəsahət bəlağətini xəlğə göstərib, xəlğin ağzını
açıq qoyub; Gözlərindən bir damcı yaş çıxartmağdan ötrü gərək xətm qılam edəndə (Molla
Nəsrəddinə) gərək bir təsih lənət oxusun, çünki axund bu lənətləri əgər oxumasa çörək yeyə bilməz.
Odur ki, yalnız ya Molla Nəsrəddinə də lənət oxumaqla əktfa etməyüb hər biş vəğt namazdan sonra
leyləkçilərə də bir təsbih lənət çəkməyi sənət mövkəd ğəbilindən olarağ cəmaətə vəsiyyət eyləməyi
yenidən rəmazan ayı üçün xatirində saxluyub ki, bunun əvəzində bir gələn bir də gəlsin.
Məsələ: Təzərsəki küçədə xanım “Qalinina” mətamələrinin əl işlərini sərgiyə qoyub
möminlərin və bəzi mollaların gözünə soxyb nəki gözlərini ovub rəvayətbazların xidmətində gözlərini
kor edən şəhrəbanilər, xəccəbanilər, tükəzbanilər nələr yapırlar, hələ nələr yapacaqlar....
Bu özü də sənət xodə verməkdir ki, məktəbə bir ğız gətürən birini də ğomşusindən tapsın və
xanım “Qalinina”nın zəhmət səyinə müğəbul təşəkkürlər etsünlər. Ama inşallah müsəlman qardaşları
ilə işləri yapmazlar.
Baxağ Bakı (qoroda naçalnik) inin səyinə bu da çox sənətpərəstdir. Məsələ: Əvvəl Bakıya
gələndə yazıx qoçulara dahə deyir elə ki, həram elədi, boyini dəmirdən bərk olan qoçuların boğazını
əmrud sapından nazik eyləyib o saət əkdi...
İmdi də bax, neçə müddətdir gecə və gündüz çalışıb, özüni ğoşub ğarə camaətə. Nədir ki,
qəlün təvniylə çalışıb mübarizə edək, allahın qabağına çıxağ. Heç mən ölüm dəxili var?
Mən bakılıların yerinə olsam, bir qəpik də o barədə ianə etmərəm, buyurun, bizim
axundlarımızdan soruşun, görək təvniyə ilə də savaşmağ olar? Allahın işinə əl vurmağ olar? Gər belə
şey olsaydı niyə bəs (lüt) şəhri alt-üst olurdı? Zəmanə naçalniki bu axırəmi özü də bilur. Ama
mollalarla bir az ədavəti var, o səbəbə bu işi beylə eyləyir ki, mollalar bilməsinlər də Türkan-Bakı və
Zaqafqaziya cəmaətləri bilsinlər ki, bu təun əjdəhasının ağzində nə ğədər məxluğ ğuruyardi.
BİTƏCƏK
TƏBRİZ XƏBƏRLƏRİ
Azərbaycanı işğal etmək üçün artistlər cəmahir methodəsi tərəfindən söğəlcişdə
bulunmağdadırlər. Ğabağcə Osman bəy və Mərziyyə xanımın dəstəsi Təbrizdə hərəkat hərbiyədə
bulunduği sıradə ruh allahə sədəği də Xoy, Səlmas, ta Urmiya gölünün sahillərinə ğədər əşfalə
başluyubdurlar. Digər tərəfdən də ehtiyat olarəğ Əşrəfan təht komandasında Tiflis teatro dəstəsi düz
şose ilə şəhərə bir hücum xətti açmağdadırlar. Bunların əğəbincə tazə bir osmanlı teatrosu dəstəsi
keçdi. Bu gün alınan xəbərlərə görə Azərbaycana sövğ edilən tyatro əşfal möfrazələri miyannədə
atışma vağe olmağdadır.
48
Digər tərəfdən də İran dərvişləri “Əhr” Həmədan və Girmənşah şəbiyə gərdin dəstələrinə İran
hökumətindən imtiyazlar tələb etməkdədirlər. Hökumət isə oları da artistlərlə bu hüğuğda qoyub.
Azərbaycani beynəlmiləl artist, təbiyə gördün və dəvrişlərinə açığ bulundürməği vəd etmişdir.
Siyasi
ORDUBAD
Ağ seyidin uşağları Ordubaddan çıxıb yaylağa gedən kimi şəhərin havası dəyişib. Əksər
mədaxili savuğ apardı. Ona görə cəmaət həyəcana gəlib. Ağaların ğayıtmasini rica etdi. Şəhərə
ğayıtmaq üçün ağalar bir çox tələbatda bulunurlarsa da, o cümlədən sinniləri 40-dan ziyadə olmamağ
şərtilə iki yüz nəfərə siğə istəyirlər.
...
Şəhərdə bu ğədər dul övrət yox; məhlədə olan arvətlərin (Hacı Molla Əli Axund) “dəstəği” siğə
eylüyüb ğurtarmışdır.
Bir nəfər ordubadlı.
İdarə
Ordubadlılar çox da qüssə etməsinlər. Ağ şeytanlardan birisi də burada olduğn üçün İrəvan
bağlarını da soyuq apardı.
YUXUNUN FƏZİLƏTİNDƏN
BIR AZ
Yat! Köhnə müsəlman nə ğədər varsa bu dünya ,
gor bolluca röya.
Yat! Yat səna olsun bu gözəl uyğu kuvarə
təprənmə məbadə,
Məcmuə və jurnallarımız yazsa məğalat
sən bağır kı çatlağ,
Deyir vaiz , səsəyinə vermə ğulağ, sən uzanıb yat,
huriləri oynat.
Lay-lay deyənin çoxdur oyu ol rahət,
bassın səni qəflət
Toyu tomuşların işləməyilə çəkə zillət,
min dürli məşəğğət.
Nəfsiylə edir cəhli, həmişə bizə irad,
ax evləri bərbad.
Onlara nədəndir?Acı gəlmiş bu gözəl ad,
bir belə şirin zad.
Bir məktəb açdırmaq üçün etsələr elam,
söz düşməyib gəz xam,
Elmiylə məbadə edirlər sızləri bədnam,
bu ğəm bəd əncam.
Məktəb sözünü tərk eyləyib eylə fəramuş,
ver sözlərimə kuş.
Yoxdur, bilirəm səndə əgərçi eşidən kuş,
başında bir az huş.
Yat! Yat, dadaşım, yatmaq üçün yaxşı zamandır,
durma ki,ziyandır,
Yuxu rahat candır, həm ruh rəvandır.
Dəyirmançı
49
BÖYÜK TƏNĞID
“Şeyx Səməd” şirazlı imiş. Bir gün məscid qapısında iranlıların natariusu yanında əkaşin bir
neçə pinti iranlının həcətini , mərasləsini yazandan sonra buna bir ğazetə verüb toğh eyliyürlər ki, düzə
də, xub də kəndə ğalan ərsiz arvatlardan bunlara bir xəbər tapsın oxusun. Axund beylə baxır, eylə
baxır, birdən ğəzetəni tullayub, əmmaməni çıxardub bir qədər vurur yerə və sonra hirsini sovudub
mülayim bir haliylə iranlılara deyür, ğardaşlar, bəlkə sizlərdən eşidən-bilən ola, Şeyx Səmədi
haralıdır? Bunlar axundun bu halindən təəccübə gəlib , bir xeyli vaxtdan sonra fikirləşib dedilər:
axund ağa ! Şeyx Səmədi şirazlıdır!
Axund – yəni şirazlıdımı?
-
Bəli , ağa , şirazlıdır! Axund bir az hiddətlənib dedi – yəni belədirmi? Ya zarafat eyləyirsiniz?
İranlılar çaşmış, ağa, vallah zarafat eyləmiriğ. Əgər ğələtimiz varsa, töbə eyləyək? Axund daha da
şiddətlənib ağzı köpüklənə-köpüklənə birdən-birə bizə çığırdı. Xeyr, düz demirsiniz, mən də bilirəm,
Şeyx Səmədi şirazlıdır. Bax, gör bu ğəzetdə məğalə verirsiniz ki, Təbrizdə paxlanən oçuzkən
məzəndəsindən bizə xəbər ver, heç anlamırsınız ki, dünyada nə var bu ğəzetdər bunda nə xəbər
olacağ. Bunun nə əğli, nə kamalı var, sırf yalançıdır. Bütün dünya Şeyx Səmədinni tanıyır ki,
şirazlıdır. Amma bu yazır: (Seyid Səmədi Səbuni) almağ istəyənlər... buraxanda molla durur deyəsən
birdən o deyənə su səpdilər, tası yatdı. Molla durdi, hər yallamağə xəlğ güldü, mən də güldüm və
dedim, əfriyən camuşun fəhminə.
ƏDƏBİYYAT
Bilməm nə zalim olubdur elmə sərasər ağalar,
Cindar, falçı, dərviş ğəmnak müstər ağalar.
Açdığca elm, sənət aclığ dutur cahanı,
Ehsan evi ğapanmış qazan mazani.
Basmış ğubar, matəm ağ başlı ruzə xani,
Bəkə ğalub pulsuz hər dəmdə çakər ağalar.
Apdeğc göz cmaət məhv oldi köhnə adət,
Məşədi Cəlil ğoyanmaz hər gündə yüz həcamət,
Dəlləklər ağlayır qan, yarəb bumu ədalət?!
Hacı Əli Ələkbər dəstində neştər, ağalar!
Abdal Hüseyn, hənasın əvvəl yaxardı hami,
Əzbəski, bu hənanın cahanda vardır nami.
Qan ağlayır xüsusən Hacı Bəyim hamami,
Dəng həna satanlar biyar yavər ağalar.
Hərdəmxəyal
İRƏVAN XƏBƏRLƏRI
İrəvanin hisli və hümmətli cavanları bu necə ay bundan irəli kəmal cədditlə bir yerə
yığışıblar ki, şirkət yayıb bir mətbəə açsınlar. Ancağ pul sözü ortaya gələn kimi mindən –mindən
bağlıyan cavanlar birdən bir tək səbr səsi eşidib də , deyib məqalələr yalan məqalədir.
TİCARƏT “TƏRƏĞĞİSİ”
Irəvanda bəzzad, xəbis, əttar, baqqal və sair bu kimi mağazin sahibləri keçən il o qədər
qazanıblar ki, daha bu il al-verə ehtina etməyib, dükanlarının qapılarını bağlayıb(beytəl xab)
şəkilə salmaq istəyirlərsə də, amma neftçilərin və sənətkarlar da tökməçilərin işi hamısından
tərəğidədir, çünki, bu (dvornik) məsələsi çıxandan evlərində yandırmağa şəmh tapmayan
hammallar , fəhlələr və zərərdidə bağbamlar indi gərək küçə ğapılarında fənar yandırsınlar.
50
Öylərinin içində oğurlanmağa layiğ bir şey olmadıği üçün bu yayı özləri də küçədə yatıb çırağın
işığında başlarını dolandırmağ istəyirlər.
...
Keçən həftə saət ikidə səfərdən qayıdan tacirlər yanlarında xırda pul olmamağa görə adəmə
bir ğəpik ğoyub 7 adəmə bir (leylək) məcmuəəsi aldılar. Axırımıncı ğəpikləri düzəlmədiyi üçün
7 əmsaliylə ğazet satənə bir veksel vermişlır, nə isə qəzet satana pul lazım olduqda ticarət
banklarında bu vekseli qəbul etməyib və deyirlər ki, gərək milyoner “Pirğuli”də ğol ğoysun,
valla olmaz!
İdarə
Bəs belə imişsə əsnaflar banklardan nahağ yerə kəllayi edirlər. Çünki, özləri yüz manatlığ
olmadığları halda, bankir bunları milyonerlərlə tanış etmək istəyirlər.
`
Oprava işləri
Müsəlmanlar küsməsələr müsəlmna məxsus işlərə heç vağt tez baxmıyacağlar.
...
Gürci karvansarayında xozeynlər cümə demir, bazar demir, şənbə demir əminələri
kötəkiylə işlədirlər. Ama nədən isə hər sübh tezdən qaradovoy gəlib əminələri işdən
çıxardır. Bir on dəqiqədən sonra qaradavoyların heç papağı da görünmür. Ama gürcü
sarayının eşiklərində çox doxan olmağa görə qaradavoylar deyəsən navvotğa məsələsiylə
məşğul olurlar.
...
Keçən günlərdə nökər -usta aralarında olan yüngül bir küdrəti özəllə etmək üçün (adam
çəkişməsə bərkişməz) məsəli yerinə yetirülüb; əkəbir və ərkan vilayətdən sayılan nan bir zat
tərəfindən göndərilən bu ğuyi heykəl yapılan İranın böyük tacirlərindən bir zati dikandən
çarşıya çıkıb(gimnastiğa) üsulu ilə böyük bir çəkiş bir kəş əmələ gətirdi.
Gəncə
Bir neçə gün bundan qabaq Sərdar bağında olan (qulyaniya)da bizim cavanlarımız xeyir
verməklə və keyf çəkməkdə ğomşulardən heç vaxt dala qalmırdılar. Belə ki, ermənilər , ruslar
madmazellərə altı şahalığ gül alıb bağışlayanda bizimkilər bir-birinin boynunun kökünə beş
manatlığ yalqız ğanfet çalırdılar. Onlar lal, kar musiğiyə qulağ asanda bizimkilərin səsləri
zurnanın səsini batıl eyləmişdu və əlavə bizim cavanların papağları gecə atılan fişənglərdən çox
uca gedirdi. Afərin bizə, genə ozümüzə.
Palazqulax.
İdarə
Afərin, afərin, a kişi. qomşular xeyriyyə işlərində əcəb təmkin göstərirmişkən ki....
Nəsihət
Özüni topla , a “leylək”, bircə rahət otur!
Olmasın çox da işin , həm bəkilin!
Görmürsən ağuzumə taxur..........
“Mərvdə” (Yusifi) öldürmədi bir çəkməsilən?
“Lək-lək”in yuva dayəsi.
Müdir və naşirlər: Mir Mahmud Mirfətullayev, Cabbar Əsgərzadə (Aciz)
Elan
51
Parikmaxerskaya “Marsel”
Sərbəst və gönü təmizliklə alır. Ona görə təmizlik sevən cənablardan təvəqqə eyləyirlər başlarını
vurdurub, yüzlərini təraş etdirməkdən otürü köhnə bolsa kaş xanə sənin yanında olan “Manuğ
çutaxyantsin”in “Marsel” parixmaxerskayasına təşrif görsünlər. Hağğ zəhmət hər dəfəyə 20 qəpik, 12
dəfəlik ğartuçğamız 2 manatdır.
“Marsel” Parikmaxerskayası.. Manuk Çitaxyants
Elan
İstanbulda hər on gündə nəşr olunan elmi , ədəbi və məsur “Şahbal” məcmuəsi əcnəbi
məmləkətlərə illiyi: 10 manat 24 nüsxə və altı aylığı 5 manat 12 nüsxədən ibarət. Xahişmənd
olanlar bu adresə rcuh buyursunlar. (İstanbulda iki pustxana ğarşısında Fərəx Bəy xanda nömr
9 , 10, 12) . Bu məcmuəyə nəhayət mətin bir məcmuəyə olub və hər kəscə ğiraəti arzu edilər.
Dərcə nəfisdir, fayda bərdar olmağ üçün abunə hər kəsə tövsiyə ediriz
İrəvan, “Luyis” mətbəəsi. Типография «Луйсъ» Эриванъ
2 IYUN 1914 cü il, ŞƏNBƏ, No 9.
Lək-lək türk dilində həftəlik məzhəkəli məcmuədir.
Hər nüsxəsi 7 qəpikdir.
Mündəricat
Ədəbiyyat. Hərdəmxəyal.
Məğalə həft cür.. Yaltağçı
Bişüur övladım. Şeytan.
Mərənddən məktub. Səfil mərəndli.
İrəvan xəbərləri
Yakalaşmış.Ətcənə lək- lək.
Taqqıltı. Şeytan.
Poçta ğutusu.
Elan
ƏDƏBIYYAT
Hissim dağılır gərdişi dövranı görəndə,
Dünyadakı nadan olan insanı görəndə.
Qurtardım o gündən ki, bu şəhərə aşiğ olasından,
Bağrım yarılır sənf müsəlmanı görəndə.
Ən doğru bizə hərəm parılur tülkü papağdən,
Şadam Xaçatur ğoyduği şapğani görəndə.
Bulvarda gülürlər bu yaşıl lentli qızlar,
Çadrşəb tar içrə bu nəsvani görəndə.
Ahu kimi Saşa ki, gəzir küçədə sərbəst,
Od qör ğaçur töhfə Tükəzbani görəndə.
52
Az qaldı dünən Gülsənəmin bağrı yarulsun,
Mənlə dolanan qol-qola(Varyani) görəndə.
Düşdi yadıma övdə dünən köhnə səliğə,
(Naznaz) pişirən kiftəli şorbanı görəndə.
Ammə pişirə qatleti padvaldakı (Sərkis),
Fırlansam alagözlü butulğanı görəndə.
Əfsanə səadətdir bu padvalda keçinmək,
Nəhnim kor olur xaneyi virani görəndə.
Bir kəlmə müsəlmanca danışmam öz atamla,
Mama deyərəm madər giryanı görəndə.
Hərdəmxəyal
“Məqalə həft cürə”, yaxud sənət büruzə vermək
Götür İrəvanda Məşədi Abbas bəy Əli Alınağıbəyzadə və Hacı Səməd Əli Hacıbaba oğluni.
Bunlar da baxırlar ki, opravanın hələ müsəlman küçələrinin təmizliyinə, suyuna , işıqlığına, halına
baxmağa məcəli yoxdur. Bu cənablar təzə açılmış Təsarsəki küçənin suyini gətürməgi öhdələrinə
götürürlər; (Afriğuf)də müsəlmanda bu işi görən kimi opravanın 1600 manata təxmin elədigi işi 500
manat öz idarəsinə zərər vurub, 1080 nanata endirir. Bilmirəm bu bəyzadə və hacızadələrə nə ğalmışdı
ki, opravanın vəzifəsini öz öhdələrinə götürürdülər. Əgər desəkiz sənətkardırlar, xayır! Heç vağt
inanmaram, Irəvanda bu ğədər dövlətlilər, əyanlar var. Hansı biri xeyir işə ğarışmağ istəyüb.
Barmağınızı yumun indi. Bunlər bu kasıblığları ilə belə ki bu işə düşənlərinə nə xeyir işə baş qatmağı
özlərinə sənət biliblər allah. Möfğ eyləsin, ama mən yenə inana bilmirəm. Məhz Əli boşağmış ki, biz
bir belə iş eliyək. Əgər musurman qardaşların bu işi bilməsə bu işi də bilsin.
Məsələ: İrəvan cəmiyyət xeyriyyəsi bahardan bəri göstərdikləri fəaliyyət cəhdinə yığdıqları
pulları xərcləməgə yer tapmayıb. Məhz yalğızca İrəvan cəmiyyəti xeyriyyəsinin adıyla (Sabir)in
kitablarını nəşr etdirməgi öz öhdəsinə götürübdür ki, bakılılar bir az nicat, şəfa, səadətdən, zaddan
deyəndə bir az da bunlardan desinlər və əlavə bir otuz min manatlığ da dağdağan zağaz verüblər ki,
cəmiyyət zalının eşıklı-içərili divarlarına assunlar ,bəlkə molla yavaların gözi dəgməsün.
Bir də götürək opravanı, həğiğət opravanın işi heç tərifə gəlməz, müsəlman ğlasnılarının
dövlətindən müsəlmanlara ucuz hər iş başlanırsa , o dəğiğə ğurtarır. Necə ki, tazə blanda iki ay
bundan əvvəl elektriğ ağacları yarısına ğədər nəsib edilmiş və yarısı da elə ğalir.
Aldığımız məlumata görə oprava bir gün yatır yuxuda görür ki, ğəza bunu salıb müsəlman
küçəsinə, ğıçı-ğıçına ilişib. Birdən uçur. Gethaget, gethaget , birdən gurumbaz dəgir bir xəndəğə,
sərsəm yuxudan ayulub deyir, gərək mən bir yetim sevindirim. Odur ki, gəlüb sahibsiz yetim
müsəlmanın da xərabə blanının yarısına ğədər eleğtriğ çəkdirir, yarısı hələ da ğalır. Deyəndə bəs, o
biri yarısı? Deyir mədaxil sənəd və ğubçasınə iki dənə eylə, boynu yoğun ağça siçanı görüb kü, daha
bir ağça da götürmək olmaz ! Burdan da məlum olur ki: oprava məhz yetim sevəndirmək istəyürmiş
vallah. Sənət bruzə vermək olsaydı heç o yarısına da eleğtriğ çəkməzdi.
Yaltağçı
BIŞÜUR ÖVLADIM
Bu zalımın oğlu məni lap dəng eylədi, dəng,
Ovğatımı təlx, hövsələmi təng eylədi, təng.
Gənə xirtəginə kimi gedüb içdi ğudurdu,
Hər kim ğabağa çıxdı, durub cəng eylədi , cəng.
53
Gah qonşuların baltası tək təndə apardı,
Ordakılarını yenə kəllə vurub ləng eylədi, ləng,
Gənə getdi ğumarbazlığa bu zalımın oğlu,
Paltarını uduzdu məni binnəg eylədi, nəng,
Gənə tiryakə adət eylədi bu başı batmış,
Gənə şeirə çəküb adətin bəng eylədi, bəng.
Ğuran anlayım hağsi səsi təngə gətirdi,
Əflimə salıb ğul ğıçımi çəng eylədi, çəng.
Şeytan
MƏRƏNDDƏN XƏBƏRLƏR
Cənab “Lək-lək” təfəqqə edirəm dərc edəsiniz və təəccüb etməyəsiniz. Hər yerdə bir allah
var, İrəvanda min allah. Əvvəla, and olsun bizi yaradan, var edən gözə görünməz allaha. İkinci, and
olsun səlləlləh Məhəmməd Əliyə və genə and olsun , üçümüncü allahımız Əhməd Şaha , dördümüncü
allahımız xanlara, büşiminci allahımız mollalara, altımıncı allahımız seyidlərə və yeddiminci
allahımız fərraşların başına. Mən xilaf ərzi eyləmirəm. Özgə məmləkətlərin hamısında bir allah var və
hər kəsin də pənahı hər yerdən kəsilib, ora əl atar; daha 28 allah yoxdur ki, bir-birinə salsın və
bəndələrinə zalım olsun. Ama gəl bax iranlıların halına , şikayətlərini klimə etsinlər. Belə də hərkə-
hərkə yer olarmı? O ki gözə görünməz allahdır, heç yaxasını ələ verməyib və İran sədmədidələrinin
zırıltısına ğulağ asmağ və gözə görünmək istəməyir. 2-minci allah da (Odessada) madmazellərlə
boğuşmğa məşğul olub heç bizi yadına salmaz; 3-müncü allah da kı, səfirdir, sözünə baxan yoxdur. 4-
müncü allahlar da kı, xanlardır, mollalardan çox bərk qorxurlar. Heç kəsin şikayətinə yetuşub işinə
baxmağ.
Istəmürlər, məgər eyni kə, gah da bir maladoyların işinə baxıb şikayətinə tiz çatarlar.
Ğaldı 5-minci allahımız mollalar, bunlar da çox ğəhərdərlər. Heç rəhm , mürvət tapılmaz! 6-
mıncı allahlarımız da seyidlərdir. Bunlar da mollalarla əlbirdilər. 7-minci allahlarımız fərraşlardır ki,
hər bir yüngül bəlanı dəf etmək üçün ağır məbləğlər istəyirlər. Almasalar , sıxa ki, çalmağdan
boynumuzu yağır edəcəklər....
Ama bu saydığım allahların işə baxmamələrinin hərəsinə bir əzr götürdüm... Bəs işlərimizə
tez baxan 5-minci allahlarımızdan yazım, bax gör doğrudan bunlar rəhimsiz, mürvətsiz , qəhar
allahlardır, ya yox? Gor bunların məğam ğəhirdə vurduqları bəladan xilas olmaq mümkündür, yainki,
mən yalan deyirəm?
İndi ğulaq as gör! Bu gün Mərənddə Ağa Əli Mərəndliyə bir nəfər mərəndli Ağa Rəhim adında
birisi yüz tümən pul verəcək Ama Ağa Əli 4-minci allahlardan olan Siçah Əlınzame bir neçə ərizə
verəndən sonra etdiyi şikayətdən yanə 5-minci allahlarımımızdan olan Şeyx Bağıra ricuh et, -deyə
cavab verir.
5-minci də bunun yüz tümənini əlli tümənə kəsir ki, 5 ilə kimi alsun. Ağa Əli bu işləri görəndə
məəttəl ğalır; dərbar süpurgəçilərindən biri buna deyir, heç məətəl ğalma sən, bilirsən ki, hər kəs allah
üçün bir versə, beş əvəz alar?
Bu
məsələni Ağa Rəhim bildiyi üçün anbarına bir xərvər yarım buğda yerləşdirdi... Sən hələ
şükür eylə ki, yüz tümənin əlli tümənə və beş il vaxtə hesablaşmağə kəsildi
Şikayətçi Ağa Əli bu sözləri eşidən kimi deyir, bəs, eylə isə mən də ondan böyüyünə ərizə
verərəm, bu saət gedərəm Hacı Səməd xanın yanına.
Sopur ki, bir xəbəri Şeyx Bağıra deyən kimi deyir, eylə eləsin ki, ğəhəsim tutmasın. Vallah and
olsun əsa və əmmaməmə onu əppək üzünə həsrət qoyaram. Hələ qalmış bu ki, mənim qabağımda sıcağ
altu olanın hökmü (Sofiyan)dan bu tərəfə keçməz! Ayə o görmədimi Bağır allah və bir də oğili arvad
milli olmadığından ötrü Təbrizdən hakm götürdü. Mən ki fəxr elədim?.. Ayə eşidmədiyi Əli Həsən
oğlu 800 tümən xərci çəkıb Təbrizdən hökm gətirdi. Bu hələ 800 tüməndən mollalara, seyidlərə
xərclədim ki Hacı Əyisdən ərs yetişən 5000 tüməni alsın. Mən o hakimdə fəsğ elədim. 1600 tüməni də
getdi, mənə versəydi , genə ona bir gün ağlardım. 1 qəpikdə qazana bilmədi.
54
Amma o 1600 tüməni mana versəydi, genə ona bir gün ağlardım. Aləm bilir ki, mənim əlimdən
necə işlər gəlib-gedib. İndi bunu anlayıb və rahət otursun ki, məndən böyük allah nəinki Mərənd
Azərbaycan hətta dünyada da yoxdur. Mən bu sözləri yazandan sonra bunu demək istəyirəm ki, sıcaq
əltulalar və sıcaq alnazatlar bir məci, iki məci, üç məci və yerdə qalan Allahlar ki, bunun ğabağında
toxuya bilmirlər və bu onların hamısından pisərdir. Cəmih ixtiyari versinlər Şeyx Bağıra, bəlkə, bu
yazıq iranlılar bu qədər bəla çəkmiyələr, çünki allah ki şərikli oldu, hansının bir-birinə acığı tutsa göpi,
sıxa kisini bəndələrə də keçən axrı sıxə ki, altında əzildik, tıncığdix yazıqığ.
Səfil Mərəndli
İRƏVAN XƏBƏRLƏRI
Müəllim yubleyi
İmthanlardan sonra ədib, şair, müəllim, binəzir Şəfigürov Həzrətlərinin 48 illig yublüsi
başlanacaq.Və bu yubleydə əvvəlimci dəfə nitğ oxuyanlar Həzrət məşaralihək bu neçə illərdə təhd
tərbiyəsindən çıxmış və diplom almış türk dili professorları olacaq.
Və bir çoxlarının nitqinin məzmuni böylə olacaqdir:,nəhayətsiz təğdir və təşəkkkürlərimizin
ğaynar bulağlarından axan saf sulari ədib şəhrimiz və müəllim biynəzirimizin mübarək başından
töküb müğəddəs vücudini ğarğ etmək nə qədər xoşbəxt oluriz...
Əgər xədankərdə bu zat bizlərə türk dili və türk dərsi öyrədmək və vermək bacarsaymış,
yəğinən başımız türk tarixi seçməğə və türk dilini cırnaı bağırdmağa və ələlxüsis türk qəzet və
məcmuələrini oxuyub gözəl və zərif əndam tanqo madmazellərin məşurğəsindən bifeyz və məhrut
ğalardığ. Və əlavə valideynlər (imenni o kişilər və ağalar ki uşaqlarını gimnaziyada oxudurlar).Bu
yubiley münasibətilə bu məhrəm nani yüz il də bundan sonra oradaca məmləkətdə bir ğərar edib öz
uşaqlarının milli hisrlərini və dillərini fəda edəcəklər.
İdarə.
Hamısı necə olsa bunidən möhkəm olan müəllimliki , uşağ və atalari öz övladlarını dilsiz
ğoymağa etdikləri səyi və qeyrətlərini təbrik ediriz.
QIZLAR MƏKTƏBİ
İrəvan hüsayilərinin bu keçən günlərin birində ğızlar məktəbində olan məclisdə böyük bir
hümmətləri görüldü, nəhayət ciddi bir surətdə məktəbin müəllimələri üçün məktəbin yanında bir neçə
otağ artırmağa ianələr toplanır.....
-
allah müvəffəğ eyləsin.....
Dostları ilə paylaş: |