Naqqal
Müdir və naşirlər: Mir Mahmud Mirfətullayev,
Cabbar Əsgərzadə (Aciz).
Elan
İrəvan ris-müsəlman qız məktəbinin müdirləri xanım ( Qalinina) mütəllimlərin əl
işlərini(tikişlərini) müsəlmanlara göstərməkdən otrü tazə açılan biləndə, məktəbin öz evində bu may
ayının 14-də xanımlar 16 kişilər üçün (Vstafka)sərgi döşənəcəkdir. Tamaşa gündüz səat 12-dən 6-ya
qədər, tamaşa pulsuzdur.
Elan
Yenə də qulluğçularını artırmış çay, süd, qəhvə, qoğaldan əlavə saət 12-dən 4-əcən nahar və saət 8-dən
10 –can şam xörəkləri hazırlayur. (Şərait)in o günü təmizliyilə hazır xörəklərdən əlavə böyürtmə
xörəklər də hazır edir. Müəyyən vaxtlardan gec, tez xahiş edin, Cənabların istədikləri bulunmazsa
narazı olmayacağlar. Səhhət və salamatlığını sevən müştərilər üçün stullar tozli deyildir.
(İdarə edənlər) Əsgərzadə və Mirfətullayev
Poçta qutusu
Bu yazımızda M. Q. Imzası ilə məktub yazan: idarədən yazıb sual edirsəniz ki, ruslarda bir
misal var ki, çağırılmamış qonaq müsəlmandan pisdir. O düz sözdür. İmdi əgər birisi bu çağırılmamış
müsəlmana çağırılmamış qonağ gələ, bəs o kimdən pis gərək olsun?
İdarə: Bu məsələ çox tariğdir və əlavə ondan biz halı məssələdə nabəği o gərnəməmişik, ona
görə məsləhət görürük ki, bu məsələdən həmşəhəriniz Hacı Mirzə Həsən Ağaya rəcuh edibsə, cavab
alsa əgər.
...
- Gəncədə sovunca ki: cidanı oğurluyan – yerini eylər, irad kı yazırsan – yerini göstər.
- Naxçıvandakı mili naqqala: sifariş ilə - hac qəbul olmaz.
Dərdini söylə - yaz baxalım, yaz!
...
Cəsalifdə həpənd”.....Mən də şərikəm, yaxşı deyirsən.
İrəvan, “Luys” mətçəəsi- Типография «Луйсъ» Эриванъ - Mətbəə “Luys” , İrəvan
19 MAY 1914 –cü il, No 7.
Lək-lək türk dilində həftəlik məzhəkəli məcmuədir.
Hər nüsxəsi 7 qəpikdir.
Mündəricat
Ədəbiyyat.Lək-lək.
Siyasi lüğətlər.Bayğuş
Dil məsələsi. Dul toyuğ.
Ədəbiyyat.Hərdəmxəyal.
Tiflisdəm məktub. Həmədanlı.
Makudan.
Təbriz
Son xəbərlər.
Qız məktəbində sərgi..
41
Elan.
Ədəbiyyat
Şairəm, fikrimdə var hər cür hekayətlər yazım,
Bu həğiğətçün yalandan min rəvayətlər yazım.
Bu əvam millət üçün aği ğəradan seçməyə ki,
Göz verim; alt yapum ğil köprülərdən keçməgə
Varma sönər turp əkilmiş yerdə buğda biçməgə,
Getməsün meyxanələrdə ab heyvan içməgə ,
Millətə meyxanələrdən min ğəbahətlər yazum,
Min fəlakətlər, rəzalətlər, şəmatətlər yazım.
Bir zəman dəllək kimi səyim hənali sağğalə,
Bir zəman tul kəlaməm bənzəsün ənli şalə,
Bir zəman cahılları həmduş edim ğara malə,
Bir zəman əfsun yazim rozəpəzə, həmrəmalə,
Ğoçilərdən , damdələnlərdən xəsarətlər yazım,
Pullulardən, hacılardan da xısastlar yazım.
Nəs səmək zəmani eylərəm bahi hicab,
Istudenti eylərəm xərm vəşiği dil kəbab,
Bir zaman mişkin mədarimdən dönər qanə şərab,
Bir zəman lənətlər alsam mollalardan bir hesab,
Bəsliyər həğğimdə möminlər ədavətlər yazım,
Fəhlədən, tacirdən, əsnafdan şəmaətlər yazım.
Bir zəman həzl eylərəm tiryakini ar eyləməz,
Səmmidir cismim deyər əfmi çala kar eyləməz,
Zənn edirdim tiryaki heç mil əğmar eyləməz,
Indi bildim ki, bu ğövmi pəndə bidar eyləməz,
Nəşeyi tiryakdan bolli kəsalətlər yazım,
Gülməli halət və əntiğə hekayətlər yazım.
Həp vəzifəmdir yazəm banklardakı başçıları
Gözləməzlər bir kərə pulsuzları, yoxsulları.
Onlara möhtac olan olsun gərəkdir ğullari
Min kərə yalvarsan olmaz, bir kərə məğbullari.
Eyləyüblər əda və kəbrə adətlər yazım,
Lütfisizlik, mərhəmətsizlik şağavətlər yazım.
Lək-lək.
Siyasi lüğətlər, yaxud gödən davası
Mabəd
Di
gəl İranə: götür Məşhədin mətuli başını öz xəddamayindən ötri hüğuğ şəkm tabedir
Həzrət Rza(H ..)dən bunun da səbəbi odur ki, qənbədşərifi təmir etməkdən ötəri boynu nazik
xəddamlar iş görə bilməzlər , valla bu da hüğuğ şəkm tab etməzdi. Bilir ki, bu dünya fənadır.
Qaldı Azərbaycan: hökumətin hökdarı Həzrət Neğdərt əlamərtəbət hafiz məmləkət
Azərbaycan pəşt pənayə firqəyə ğandıran və dərvişan hami firğəyə rəmalən və tiryakiyan və
məhafiz falçiyan və ruzə xuvanan ağini sahib və tac sər əyal və öylad pəxlə xurdəndə qan Hacı
Səməd xan da istiğlaliyyət istəyür Əhməd Şahdan ki, bu hökmdarın təht həmayətində
42
pəxasöviylə tiryəki rahət içsünlər ki, dərvişlərin nəşiyyəsi təxt olub. Həmişə Təbriz bazarında
məşrutəni pisləsünlər ki, daha intixab işlərinə heç kəs qaruşmasın.
Xoyun
möminləri, Mərəndin hənirməndləri, Həmədanın ğeyrətliləri istiğlaliyyət
istəyürlər ki, onların imanları amanda olub, bunların hənrləri dünyada , axırqilər pəndə
ğeyrətləri saləmat qalub sədəmə yetişməsin.
Ku
kəmran seyidləri və ümumən İranın müxtəlif yerlərinin mollaları aftanomiya
istəyiblər ki, bunların əmamələri küçükləşməyib və onların şəcərələri müctehidlərin mübadək
imizalərilə bərəbər xalidar olmasun. Az-az cümlə istiğlaliyyət axtaranlardan Maku Sərdarıdır
ki, bu nitqində istiğlaliyyət yolində böyük səy və təlaşlari var. Allah əcr versin. Ama bu
cənabın özi ac degil. Bunun istiğlaliyyət axtarması rəyyətin ğarnıni doyurmağ üçün degil. Çün
ki, Makuda heç aclığ bilməzlər ki, nədiyə deyirlər, ancağ bunun istiğlaliyyətə çalışmağı ondan
ötridir ki, İrəvandakı acların ğarnini doyuzdurmağdən ötri makulilərin şişəyə dutulmaş
ğanlarından bir az suya ğatıb göndərsin ki, zəfəran əvəzinə hər il plovun rəngini saraltsun.
Ğarəz bu saət dünyanın hər yerində bu muxtariyyat, istiqlaliyyət, hüğuğ, çörək
məsələsindən ötəri davadır. Hər kəs çalışır ki, ğapdırdıği çörəyini saldırsın , ancağ burası
məlum olsun ki, məzlum zalımdən , ac toxdan həmişə tələbkardir. Ama İran Şahı Cuvan Əhməd
də allahdan istiğilaliyyət istəyir ki, allah oni sağ-salamat həddi-buluğa yetirsün ki, daha
abiğonlari onun işinə baxmayıb, xeyir-şərinə ğarışmasınlar. Vallah allaha şükür, İranda
ümumən pəpə deyəndən məmə yeyənə ğədər aclığ ədası və tərəqqi tələb edənlər yoxdur. Çünki
İrandan xəzinələr dolusu kitablar çıxartmağ olar ki, hamısının əhadiş və əxbarındə dünyanın
fani olduği məlum edilir.
Hətta İranın fəhlələri də belə bir ixtiyar tələb edirlər ki, boyunlarına bir səxəki dəgəndə
deməsün, bax bu səxəkiyə mənim boynuma dəgdi. Bu səxəki məndən suvayı heç kəs dözməz ,
mən ki, dözürəm. Indi ğarğalar İran ənğalından hər nəki öyrəndilər buni yaxşi yadlarində
saxlasunlar ki, onların çörək davası olmayıb, məhz minmək üçündür. Bayğuş
Dil məsələsi (Beşinci nömrədən mabəd)
Danışığımızın, dilimizin islahi intiligentlərimizə , yarımçıxlarımıza yaramadıği kimi, ha eylə
də mollolərimiz , vaizlərimiz , həpi kəndlərimiz , xanəndələrimiz üçün də əlverişli degil. Bizim kənd
ərafələrindən bir nəfər məşhədi ibrətən mabədinə o ğədər ğəzəl köçürüb ki, lap layiğ təmrif olduği
kimi ovləsə də danişiğinə təğyir verə bilməz. Bu çün ğavun meydanda arabaçılalara xitab olaraq
buyurdu arabələri ahəstə-ahəstə çəkən, tain ki, xeymələrin tənanlərini kəsixtə etməsünlər. Yenə bir
günləri məhaldən bir nəfər kəndli işləri üçün suda dəvət olunur. Müəyyən vaxtında qələ bilməyur.
Axırıncı dəvətdə suda gələrkən sud deyir, bununla üç dəfədir ki, dəvətnamə göndərirəm, niyə
gəlmirsən? Kəndli deyir cənab sudya, (Arpa çayının ğır-ğır abədindən əbur etmək məhal məmmətinəh
olduği üçün xidmətinizə gec şərəfyab olduğ ). Sud başa düşməyir, dilmanc qalır məəttəl. Axır, o -bu
yığışıb əhvəlati sudyaya bildirirlər . Sud deyir get, daha bir də ğoz ğırıb məniylə beylə dilləriylə
danışma . Vaizlərimiz isə (ələldət kaltəboət janiyə) buyurduğləri kimi nar, alma, heyva və gögərçin
əvəzinə ənar, sib, nedanə və kəbutər adət ediblər. Əgər dilimiz türkləşib islah olunarsa, o zaman
onların fəzilətləri məhv olduğu kimi fəsahət bəlağətlərinə də böyük ziyan yetirər. Qiraət, ərbiyə kimi
də hürufatın hankı məxrəciylə deyiləcəyi itib gedər. Xanəndələrimiz üçün bu iş heç yaramaz (Dəşti)
və (Gəlayi) mahnılarında oxunmağ üçün türk ğəzəllərinin abda qalıtları yoxdur. Xanəndələrimiz də
fars ğəzəllərini səhih və boğazda oxuduqlari üçün dil məsələsinin ziddinə olduğləri məlumdur.
(Nist dər oh həlm cəz hədrən, ya pedərən çe qənm şər degümi nətəvanəm xuanim)belə səhih
oxuduqları ğəzəlləri də türk ğəzəlləriylə dəgişəcəkləri aşkar bir işdir. Bu səbəblərə görə də mən öz
tərəfimdən dil məsələsi ətrafında yunbalanan ağalarımıza məsləhət görürəm ki, əbdə şınğırlarını da
çəkməsinlər. Çünki bu məsələ intiligentlərin gözəl ləhcələrinə , molla və vaizlərimizin fəsahət və
bəlağətlərinə , mənim kimi yarımçığların baədıb və pər məna danişığlərinə və xanəndələrin duzlu
ssariylə oxudiğləri səhih ğəzəllərinə buyük zərər yetirər , o zaman da hamu bəhanəçilər əlbir olub
bizim keçəl molla demişki( və əli əlsan balsalam) deyərlər. Biz də qalarıq lal, kar, lat, lüt, zəvvar
imam Rza.
43
Iltimas dəva: dul toyuğ
Ədəbiyyat
Bir gün var idi bizlərə sultan idin, ay bəy!
Kənd əhlinə bir sahət fərman idin, ay bəy!
Işrətdə idik öərm xəndan idin, ay bəy!
Varya xanimə hər gecə mehman idin, ay bəy!
Ğördin bizı hərçənd müsəlman idin, ay bəy!
Yer tədk bizi hərçənd ki insan idin, ay bəy!
Noldu gecə-gündüz yeyib asudə yatan gün ,
O Leylini görəndə ğudurub güllə atan gün,
Meyxanədə milsəkin güllərin ğışdə satan gün,
Hər ildə satıb mülküyi məğsudə çatan gün,
Veyl-veyıl dolanan bisər saman idin, ay bəy!
Dada-dada alude şanpan idin, ay bəy!
Imdisə sizə ğıldı cəfa çərxi stəmkar,
Dövlət səni də bunlar ilən ğıldı bərabər,
Yazdı kridit (nəyi ğami) meyxanəçi kesbər.
Paslandi ğəlafində ğəzil dogməli xəncər,
Əvvəl necə heybətli bir oğlan idin, ay bəy!
Səflər dağıdan Rüstəm dəstan idin, ay bəy!
Qanun sizə də, bizlərə də verdi musavat,
Get ğoçularıvi rahət özət, rahət uzan, yat ,
Pulsuzluğa tab et, maralım, etmə xəyalat,
Qarpız nübarı bekara gəlməz, dəxi heyhat,
Keşdi ozaman sahib bostan idin, ay bəy!
Bağda ğoş olub sərvi-xuraman idin, ay bəy!
Hərdəmxəyal
Təshih
Keçən nömrədə səhv olub, Əlixan (Makinski) əvəzinə Əli xan (İrəvanski) gedib. Bu
barədə qarelərimizdən üzr istəyirik.
TIFLISDƏN MƏKTUB
Salam əleykum, ay lək-lək dayı, səni xoş gördük. A kişi, mən əvvəllər elə bilirdim ki, bəs
sən də bizim bağlarda tikən Hacı Leylək ğəbilindənsən , ama indi baxıram ki, xeyir a....
Sən ilə onların arasında zəmin –asiman təfavüt var:Məsələ; mənlə onlar gündüzlər ilan-
qurbafa şekarına çıxırlarsa da , ama gecələr də rahət durmuyub , bir ğıçaları üstə dayanıb
damağlərini şağıldadıb yoldan keşənləri iztirabə salırlar. Ama sən gündüzlər bu əməllərini
eyləyirisən də, gecə balalarını ğanadlarının altına alub, rahət səmiri lap kəsürsən. Olmya sən
ğorxursan ki, gecə eşigə çıxasan, gecə veyilləri bir əft yetirələr. Ay kişi, bir gəl Tiflisə, gör
44
burada nə aləmdir! Gecə səni aparım məcthəd bağına , gürcü ğızları iylə müsəlmanların
məhbubanə söhbətlərinə ğulağ as, gör müsəlmanlar gürcülərlə necə gözəl danışırlar. Peşələri
səhərə kimi gürcü ğızlarinə “şini cırim” deməkdir.
Bir belə iş də mənim başıma gəldi və təti tərk edib İrandan çıxanda əvvəlcə yolumu
Bakıya saldım, bir neşə ay idi ki, Çornuqorodda işləyirdim. Sonra bir günləri vağzal yoluiylə
gedirdim, bir nəfər həmşəhərlimizə rast gəldim, mənə dedi : hərif, bu nə gün dirrikdir
düşmüsən? lap cəhənnəm mələkinə bənzəyirsən, al aynanı, bir sifətinə bax, gör! Doğrudan da
aynanı alib sifətimə baxdım, ozümi tanıya bilmədim.... Dedim, bəs, əizim, necə eyliyim ? Dedi
gəl mənimlə gedək Tiflisə . Orada yaxşı fabrikalar, savodlar var, oradaca işlə, bir ayın içində gör
nə pul vurursan! Mən də həmşəhərlimin sözünə baxıb onunla Tiflisə getdim. Ama Tiflis, nə
Tiflis, hesab elə bi guşə cənnətdir. Burada ola goz , xanımları görüb, doğrusu əlim işə daha
yapışmadı və Bakıda ğazandığım pulları da buradaca xərcləyib, ğalmışam indi Tiflisdə. Amma
istəyirəm bu gün bir iş arayam və yaxud yenə Bakıya ğayıdam. Çünki indi baxıram cibimdə
pulum olmadığına görə madamlar daha mənə etina eyləmirlər və bu şəhridə onların
qəmehtinalığının xüsusunda yazub idarənizə göndərdim, bu bir şərtiylə mənim halimi
bilərsiniz.
Gürci ğızları “şeni cırım” dedilər, pullarımi şirin-şirin yedilər. Pul ğurtulanda “şeni
mumazali”dedilər.
Həmədanlı Məşədi İbad.
Makudan
Bir-iki il bundan əvvəl köhnə(çin, nişan) fruşə getdigi kimi indi yerimə
məzillərdən yığışdırılıb , baha ğiymətlərə satılan mirpəncək və rtibilək çəbənləri genə
məzbialərə ğayıdıb.
Çünki, əvvəlcə möhtərəm dostlari makulilərə yaxşı beləd degilidilər. Hər kəsin
yaxasində və ya başğa yerində bir sərdarlığ , mirpəncligə nişani görsədilir. Həman saət
“çest”verirdilər. Odur ki, ondan sonra Makunun hammalları da məzildən-zaddan
çalışub bir mirpencək və ya xanlığ nişani tapub taxardılar ki, bizdə də babadan
xannığ güya bunlara da “çest”verəcəkmişlər. Sonra baxırlar ki, daha dostlar sərdarləğ
nişani taxanlara gözlərini bərəldirlər . Məyər pencak nişanını görsələr nə edəcəklər...
Odur ki, daha mətah xoddan düşüb çiyinlər , nişanlar genə məzbillərə atildi.
Mirbaçğlardirlər( . )
Sərdarın dövlətindən biz nəmiş mərba xunçələri
Istəkli ğonaqlarıni pozmuş və canlarından.
Mərba çaxar deyrlər , ama buranın yedinəfs kasib.
Arvadlari meribanın rənginə baxub şeş mərzində duçar olublar.
Dərbar hakimləri məsləhət görürlər ki, mərbaçığardanların şirəsindən
onlara pisund eləsünlər ki, bəlkə mərzlərinə şəfa olsun. (.) mürəba çığartmağ
çiban çğartmağ kimi bir dərddir).
TƏBRIZ
Buradan böyük mübəlliflər hazırlanıb İranın sair qatələrinə göndəriləcəkdir
ki, oranın da bəndələrini həzrət Fərəvaninin dininə dəvət etsinlər, əgər iman
gətirməsələr Azərbaycandan onların başına daş yağacaq.
45
SON XƏBƏRLƏR
Nəcəf
Şayət var ki, qubali hacı Molla Baba (70 ) min sahib əmamə axundlərilə yığışıb
(Molla Nəsrəddin) məcmuəsinin axırıncı nömrəsində (müsəlman arvadları öz ərlərindən
bəd məamlə və naxoşluğ gördükləri lalda, boşanmaq ixtiyarlı olmaları) məsələsi
yazıldığı üçün böyük bir təxfir layihə yazdırıb cümləsi imza edəndən sonra təsdiğ
etməkdən ötrü buraya... göndərmişlər.
RUS-MÜSƏLMAN QIZ MƏKTƏBINDƏ SƏRGI
Bu may ayının 15-də qızlar məktəbində şagirdlərin toxuma və tikmə şeyləri
ki , ibarət olsun haşiyələr, səndəl örtükləri, pərdələr, balınc üzləri, divar zinətləri
və firəngi əsvalı ilə iki mərdəliylə tikilmiş bir çox zənənə libaslar məktəbin nazirəsi
xanım (Qalinina) tərifindən sərgiyə qoyulmuşdur. Arvadin bir neçə zatlir ilə
bərabər kamal tamaşa edildi və nazirə əfəndilərin neçə illər çəkdikləri zəhmətin
səmərəsi olaraq bu gün müsəlman aləmində asar tərəfindən olan bu sərgi ilə böyük
alqışlara və tədqirlərə məzhər oldu
Və xanım qızların işləri və güzəlliyi qədər də tamaşaçıları məmnun yola
salıb hər iş kəndi üzərində tikilmiş ad sahiblərini təqdirə məcbur etdi. Və bu
sərgidəki işlər üçümüncü və beşiminci sinif şagirdləri tərəfindən hazırlanmışdı.
Bir də həvəsli qızlarımızın bu yolda səliqələrini təqdir və tərqilərini arzu
etməklə bərabər nazirə və müəllimlərinə təşəkkür ediriz.
İdarə
Müdir və naşirlər: Mir Mahmud Mirfətullayev, Cabbar Əsgərzadə (Aciz)
Elan
Parikmaxerskaya “Marsel”
Sərbəst və o gönü təmizlik ilə alır. Ona görə təmizlik sevən cənablardan
tövğholunur, başlarını vurdurub, yüzlərini təraş etdirməkdən otürü köhnə bulsanən
əkas xanəsənin yanında olan “Manuğ çutaxyans”in “Marsel” parixmaxerskayasına təşrif
gətirsünlər. Hağğ zəhmət hər dəfə 20 qəpik, 12 dəfəlik ğartuçğamız 2 manatdır.
“Marsel” Parikmaxerskayası.. Manuk Çitaxyants
Типография «Луйсъ» Эриванъ - Mətbəə “Luys” , İrəvan
46
26
MAY 1914-cü il, No 8.
Lək-lək türk dilində həftəlik məzhəkəli məcmuədir.
Hər nüsxəsi 7 qəpikdir.
MÜNDƏRİCAT
Təxmis.Mələk Naqqal.
Məğalə həft cür. Yaltaxçı.
Təbriz xəbərləri. Siyasət.
Ordubad. Ordubadlı.
Yuxunun zillətindən.Dəyirmançı.
Böyük tənqid. Bayquş.
Ədəbiyyat. Hərdəmxəyal.
İrəvan xəbərləri
Gəncə.Palazqulaq.
Nəsihət. Leyləyin yuva dayəsi.
Elanlar
Təxmis
Millət düşməninin təğriratı
Dudman əmadən şayyadəm,
Vətən övladini cəhlə yürüdən ustadəm,
İndi bu əmrdə məndə əvz şəddadəm,
Ğaş söyküyüm baz kəftəyə xud dilşadəm
Yandır cəhlim o az əlm edib aradən.
*
Ğalıb olmış ğənimə ruz əzəl zalimu şəğağ
Nə qədər mən ki varam , arta gərək cəhli və nifağ.
Mən olan yerdə olanmaz ədən əhli tifağ,
Hami məzhəb kafirəm, çe dəhəm şərh mərağ,
Yoxdi təqsirim əzəldən bu işə möhtadəm.
*
Çaşıram, əğlimi başdan aparır haləti dost,
Şəhdi şəkərdir əgər fəhş ola adəti dost,
Yadigarımdı bu ğoynumda olan saəti dost
Nəsdir loh dlim cəz əlif ğamət dost.
Çəkinim hərif deyər, yad nədad ustadım.
Bət pirsət olmuşam imdi edərəm nəğz əhvəd,
Olmuşam doğruya həm düz gedənə çünki, ənud.
Məni bu hala salan övladi yəğğin əhdi nətud.
Mən məğnbudəm fərdus birin cayım bud
Səmada röalər hus dad yəğın bir badəm.
*
Aləm eşğidə oldum bəlli duyana eşğ.
Verdi çün saği xoşrubuna peymanə eşğ,,
Dinimi əldən alub yüzdəki oldanə eşğ, ,
Taşdəm hağğa bəguşdər meyxanəyə eşğ,
47
Hər dəm ayəd, zənni ba beçə mübadək badəm.
*
On bir il məskənim oldu rözat ətbat,
Şeytanat elmini təkmil eylədim mən sənuat,
Orda təhsil eylədim çox hərəkat səkinat,
Elmə Nəcəf əsil həsbəm ra nəşnaxət
Bəhr ehsan pedər mən çe ğədər....
Mələk naqqal.
MƏQALƏ HƏFT CÜR
Yaxud
sənət biruzə vermək
Dünyada yaranmış insanların hərəsi özünəməxsus bir iş, bir sənət bulub başını saxladığı
hamıya məlumdur. Hələ bizim çölmək yapmaq , bel sazlamaq, daş kəsmək, dam dəlmək kimi
sənətlərə məşğul olmamızın mənfəətlərində vaz keçib, bu həft cür məğalədə hər kəs başını saxladığı
sənətin tərəğğisi üçün öz sənətini büruzə verməkdən bəhs edəcəyəm...
Dostları ilə paylaş: |