Kamran NƏZİRLİ



Yüklə 1,21 Mb.
səhifə4/23
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#22560
1   2   3   4   5   6   7   8   9   ...   23
Alma ağacı

(roman)

Alma ağacının çiçəkləri və baharın zəri...”

Evripidin“İppolit” pyesindən bir misra

(Qilbert Mürreyin tərçüməsi)3

“Gümüş toy”larını qeyd etmək üçün Əşürstlə arvadı Torqveyə getdilər; onlar bir-birlərinə ilk dəfə burda rast gəl­miş­di­lər. Maşın xırda süpürgə kolları boyunca uzanan yolla şü­tü­yür­dü. Ər-arvad evlənmələrinin iyirmi beş illiyini qeyd etməli və burda da gecələməliydi. Bu fikir bir qədər sentimentallığa me­yilli olan Stella Əşürstə məxsus idi; mavi gözlü bu qadın zərif baxışlarını, alma ağacı çiçəklərinin rəngini xatırladan o təravətli dodaq boyasını, ciddi və qamətli bədən quruluşunu çoxdan itirmişdi; bir zamanlar, düz iyirmi altı il bundan qabaq onun qaməti, boyu-buxunu, görünüşü, təbəssümü Əşürstü dəli etmişdi və oğlan qıza beləcə vurulmuşdu. Qadının qırx üç yaşı vardı, lakin o, hələ cazibə qüvvəsini saxlaya bilmişdi; çəhrayı rəngə azca boyanmış işıldayan yanaqlarıyla, dərin düşüncəli boz-mavi gözləriylə hələ istəkli qadın olmaq iqtidarında idi.

Maşını Stella sürürdü; döngəyə çatanda o, maşını əylədi; şosse sol tərəfə əyri-üyrü yollarla burulurdu; ətrafda meşə zolaqları boyu tökülən yarpaqlar və kolluqlar arasından adda-budda şam ağacları qaralırdı; ağaclar dərəyə, hündür təpəliklərin ayaqları altına qədər uzanırdı; təpəliklərin arxasını isə süpürgə kolları basmışdı, bundan sonra çöl-biyaban gəlirdi. Stella səhər yeməyi üçün münasib yer axtarırdı. Əşürst ömründə heç vaxt belə şeylərin qeydinə qalmazdı. İlıq aprel günəşi altında xumarlanan bu yerlərdən - qızıl yemişan kolları və yaşıl, yumşaq yarpaqlar basmış bu yerlərdən limon qoxusu gəlirdi; burdan dərənin geniş mənzərəsini, sıra ilə düzülmüş təpələri görmək olurdu. Belə yerlər Stellanın xoşuna gəlirdi; o, adətən belə romantik guşələrdə sulu boya ilə naturadan etüdlər çəkərdi. Qadın fırça-boyasını götürüb avtomobildən düşəndə dedi:.



  • Bura yaxşıdı, Frənk, nə deyirsən?

Şillerə oxşayan, boz sallaq saqqallı, düşüncəli, irigözlü - bu boz gözlər hərdən xüsusilə ifadəli və demək olar ki, gözəl görünürdü- hündürboylu, uzun ayaqlı Əşürst nahar səbətini götürüb maşından düşdü. Bu qırx səkkiz yaşlı qaradinməz kişinin qeyri-mütənasib burnu vardı, yan-yörəsini tük-saqqal basmış dodaqları azca aralanmışdı.

  • Frənk, bir ora bax! O məzarı görürsən?

Cığırla şosenin kəsişdiyi yol ayrıcındakı tində, köhnə bir hasarın o üzündə, xırda meşəciyin lap ağzında uzunluğu təxminən altı fut, eni bir fut olan təpəcik görünürdü; üstünə mamır bağlamış daşlar düzülmüşdü. Kimsə daşların üstünə it­bur­nu və bir dəstə göy zəngçiçəyi qoymuşdu. Əşürst məzara baxdı və birdən elə bil onun qəlbinin sarı siminə toxundular; yol ayrıcında qəbir... özünə qəsd etmiş bir adamın qəbri! Ölümə məhkum edilmiş bədbəxt insanlar! Onlar necə də mövhumat əsiridirlər! Bax, burda yatan, basdırılan adam üçün bura necə də rahatdır; ətrafında yöndəmsiz və yaramaz heykəllər, üstündə həkk olunmuş boş-boş sözlər yoxdur! Sadəcə adi daş var üstündə; bir də geniş səma və burdan ötən adamların mərhəmətli duaları...

Əşürst qarışıq düşüncələr içində heç bir cavab vermədən geriyə, şoseyə qayıtdı; ümumiyyətlə, onun ailəsində filosofluq edən adam olmamışdı, buna görə də belə şeylərə əlavə izahata-filana ehtiyac duymadı, içində səhər yeməyi olan səbəti alçaq daş çəpərin dibinə qoydu; arvadı üçün yerə ədyal saldı. Qadın ac olan kimi çəkdiyi eskizləriylə birgə qayıtmalıydı. Əşürst cibindən Mürreyin tərcümə etdiyi “İppolit” kitabçasını çıxartdı; “Kiprli” haqqında, onun dəhşətli intiqamı barədə oxudu, sonra gözlərini düşüncəli tərzdə səmaya zillədi. Və bu gün, onun gümüş toy günü göydə qaçan ağ buludların təmiz mavi rəngə çalması ona birdən-birə pərişanlıq gətirdi; o, heç özü də bilmədi ki, nəyin xiffətini çəkir.

İnsan həyatdan doymur! Həyat nə qədər dolğun və mənalı olsa da, həmişə kişinin içində bir doymazlıq qalır; ötən günlərə qarşı hansısa təhtəlşüur bir hərislik və tamahkarlıq hiss edirsən! Ötən günü qaytarmaq, ya da tutub saxlamaq istəyirsən! Ümumiyyətlə, hər zaman yeni-yeni macəralar sevən, yeni arzu və ehtiraslarla coşub-daşan kişilər əks cins tərəfindən heç vaxt tam təmin olunmurlar; yaxud əks cinsdən tam doymurlar. Şübhəsiz, belə hisslərlə yaşamaq onlara hər zaman əziyyət verir. Görəsən belə hisslər qadınlarda baş qaldırırmı? Kim bilir? Amma bundan qaçmaq mümkün deyil! Hər halda, hansı yaxşıdır – heyvanın həyat tərzi, yoxsa sivil insan həyatı? Onun üçün gözəl bir bağda müqəddəs rahatlıq və təskinlik tapmaq yoxdu daha; bu bağda qədim yunan nəğməsi “İppolit”də deyildiyi kimi “alma ağacının çiçəkləri və baharın zəri” vardı. Həyatda gözəlliklə rəqabət apara biləcək heç nə yoxdur; əlçatan müqəddəslik və rahatlıq, xoşbəxtliyin sakit limanı yoxdur; deyin görüm, sənət əsərinin əsiri olan gözəlliklə rəqabətə girə bilən bir şey varmı? Əbədi və dəyişməz gözəllik! Onun haq­qın­da oxuyursansa, ona baxırsansa, heç nə ilə müqayisə edilməyən heyrət və bəxtəvər məstlik yaşayırsan! Doğrudur, həyatda gözləmədiyin məstedici gözəlliyin parıltıları da olur; lakin onlar günəşin üzünü ani olaraq örtən, sonra da sürüşüb gedən buludlardan da tez yox olur; onları saxlamaq mümkün deyil; onları yüksək sənət əsərinin yaratdığı gözəllik kimi əbədi sax­lamaq olmur. Onlar insanın ruhi dünyasına girmiş və onun əzəli şüurunda üzə çıxan qızıl parıltısına bənzəyən xəyalat kimi yox olur; və bu gün birdən-birə, günəşin istisi onun üz-gözünü ya­la­yarkən yemişan kolluqlarından ququ quşlarının harayı eşi­dildi; təzəcə göyərən ayıdöşəyi kolluğundan və çaqqal gavalısı ağa­cının üstündən bal qoxulu hava dalğalandı. Hündür təpəliklərin və yuxulu dərələrin üzərindən isə ağımtıl buludlar ötürdü. Əşürstə elə gəldi ki, o, bax, bu saat təbiəti tam dərk etməyə yaxındı. Lakin ona gün kimi aydın idi ki, bu duyğu da ötəridi; qayaların arxasından boylanan və insan görəndə qeyb olan çöllər və dərələr Allahı kimi...

Əşürst qəflətən yerində dirsəkləndi; bütün bu mənzərələr müstəsna dərəcədə ona tanış gəldi; uzun yol zolaqları, söy­kən­diyi köhnə daş hasar, dar çığır... maşınla gələndə heç bunlara fikir verməmişdi. O, öz aləmindəydi axı – başqa şeylər barədə düşünürdü – daha doğrusu, o, heç nə barədə düşünmürdü. Am­ma indi... indi o, bunları gördü; gördü və xatırladı: düz iyirmi altı il bundan qabaq, elə təxminən bu vaxtlar idi, o, elə bax bu yolla fermadan çıxıb getmişdi; hə, hə, yadına düşdü; o, həmin gün bu yolla Torqveyə gəldi və bir daha ora, fermaya qayıtmadı; ferma bax orda, yarım mil aralıdadır.



Ürəyində qəfil bir ağrı hiss etdi; yadına həyatının həmin ötən çağları düşdü; bu, həmin anlar idi ki, o, əsl gözəlliyi və sevinci əlində tutub saxlaya bilmədi; o gözəllik və bəxtiyarlıq sovuşub naməlum bir yerə getdi. Və qəflətən Əşürstün içində vaxtsız, gözlənilmədən ölən şirin, unudulmaz dəli xöşbəxt an­ları barədə xatirələr oyandı. Əşürst çəmənliyə uzanıb əllərini ba­­şının altında çarpazladı; cavan gövdəciklərin arasından boy­la­nan xırda, mavi bir tumurcuğa baxmağa başladı...
1.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin