Kamran NƏZİRLİ



Yüklə 1,21 Mb.
səhifə6/23
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#22560
1   2   3   4   5   6   7   8   9   ...   23
1916

Cek London

(Amerika yazıçısı)
Dünya ədəbiyyatının ən çox oxunan klassik nüma­yən­dələrindən biri, məşhur Amerika yazıçısı Con Qriffit Londonun (Cek London yazıçının təxəl­lüsü­dür və o, bu təxəllüsü ona və anası Floraya hədsiz xeyirxahlıq göstərən atalığı Con Londona minnətdarlıq əlaməti olaraq götürmüşdür) yaşadığı 40 il müd­dətində 44 kitabı nəşr olunmuş, ölümündən sonra isə daha 6 kita­bı işıq üzü gör­müşdür. On yeddi illik ədəbi fəaliyyəti döv­ründə Cek London “Dəmir daban”, “Martin İden”, “İtirilmiş səma”, “Əcdadların harayı”, “Həyat eşqi”, “Ağ Diş”, “Ay va­disi”, “Ağır əlcəklər”, “Meksikalı” və s. kimi biri-birindən gö­zəl əsərlər yaratmışdır.

Qısa ömür yaşamış yazıçının həyatı ehtiyac və məhru­miyyətlər içində keçmişdir. Aclığın və səfalətin hökm sürdüyü iyir­minci əsrin əvvəllərində Amerika cəmiyyətində gələcəyin bö­yük yazıçısı həyat və yaşamaq uğrunda ədalətsiz mübarizəyə qo­şulmuş, özünü dövrünün ən çox oxunan və məhsuldar ya­zı­çısı kimi təsdiq edə bilmişdir.

Cek Londonun bütün əsərlərində demək olar ki, İnsanın yır­tıcı həyatla mübarizəsi və bu mübarizədə nəyin bahasına olursa-olsun məhz İnsanın qalibiyyəti (hətta fiziki cəhətdən məhv olsa belə) ön plana çəkilir.

Cek Londonun şimal və dəniz hekayələri silsiləsindən olan müxtəlif əsərləri Azərbaycan dilinə tərcümə olunmuşdur. Böyük yazıçının yaradıclığına müxtəlif illərdə Azərbaycanın ta­nınmış yazıçı və tərcüməçiləri Mikayıl Rzaquluzadə, Manaf Sü­leymanov, Zeydulla Ağayev, Rəna Şıxəmirova, Yusif Əzim­zadə, Kamran Nəzirli, İslam İbrahimov və başqaları müraciət etmişlər.



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin