MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə79/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
93 
keçirilmə təkcə formaca oxĢarlığa görə baĢ vermir. Bəzən 
leksik, qrammatik materialların məzmun və mənaca oxĢarlığı 
da səhv ümumiləĢdirməyə səbəb olur. Ona görə də öyrənilən 
dildə məzmun və mənaca ana dilinə oxĢar olan cəhətlər özünə 
yer etməyə, baĢqa sözlə öyrənilən dilə keçirilməyə baĢlayır. 
Nəticədə bu cür oxĢarlıq ikinci dərəcəli əlamətlər üzrə olduqda 
çox vaxt ikinci dilə yiyələnmədə səhvlər özünü göstərməyə 
baĢlayır. 
Yeri gəlmiĢkən qeyd etmək lazımdır ki, generalizasiya 
səviyyəsində 
keçirilmə 
ikinci 
və 
sonrakı 
dilin 
mənimsənilməsinə həm müsbət, həm də mənfi təsir göstərə 
bilir. Bu zaman keçirilmənin müsbət cəhəti ondan ibarətdir ki, 
ikinci dili öyrənən adam artıq onda mövcud olan bilik və 
bacarıqlar sisteminə istinad edir, ona görə də həmin dili 
mənimsəmə imkanları xeyli artmıĢ olur. Bununla yanaĢı, 
doğrudan da oxĢar, lakin qanunauyğunluğu dərk edilməyən 
hallar sonrakı dilin mənimsənilməsini asanlaĢdırır. 
Generalizasiya səviyyəsində keçirilmənin mənfi cəhətinə 
gəldikdə, bu əvvəlki dildən zahirən oxĢar halları kor-koranə 
öyrənilən sonrakı dilə aid etməklə nəticələnir. Nəticədə sonrakı 
dildə aradan qaldırılması zəruri olan qüsurlar özünü 
göstərməyə baĢlayır.
Diqqəti cəlb edən faktlardan biri də ondan ibarətdir ki, iki 
dillilik Ģəraitində dil faktları arasındakı fərq nə qədər az olarsa, 
onlar bir o qədər çox qarıĢdırılır və generalizasiya hadisəsinin 
təzahürünə səbəb olur. Nəticədə keçirilmə də həmin səviyyədə 
baĢ verir. Məhz buna görə də keçirilmənin həmin səviyyəsində 
ikinci dili öyrənən adam keçilən dil faktlarının mühüm oxĢar 
əlamətləri üzrə deyil, ikinci dərəcəli, formal əlamətləri üzrə 
hərəkət edir. Bu zaman forma və ya məzmunca oxĢarlıq onun 
əsas kriteriyası olur. BaĢqa sözlə demiĢ olsaq, bu cür oxĢarlıq 
onun ana dili faktlarını öyrəndiyi dilin üzərinə keçirilməsi üçün 
«istinad faktına» çevrilir. Keçirilmənin həmin səviyyəsində çox 
vaxt 
yeni 
dili 
öyrənən adam bu cür keçirilmənin 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin