MƏxdumqulu fəraqi seçİLMİŞ ƏSƏRLƏRİ Bakı-2010



Yüklə 2.7 Mb.
səhifə14/15
tarix25.04.2017
ölçüsü2.7 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

BAZAR EYLƏDİ
Bu fələk xəndan qılıb, yaxşı-yaman yar eylədi,

Hər kimi bir köyə salıb, aləmi bazar eylədi,

Miskin edib bayları bir mala zar eylədi,

Mərdləri qüssə bilən namərdlərə yar eylədi,

Maral enən gözəl çaynı culvarsa güzər eylədi.
Qaşında rəqs qılıb, aləmni viran qıldı ol,

Dağları yeksan edib, zəmini lərzan qıldı ol,

Buzaxor namərdləri elə şah-xan qıldı ol,

Mərdləri yesir alıb, varın pünhan qıldı ol,

Təvab edib, tora salıb, cahanı nar eylədi.
Qafil edib möminləri, saldı girdab qəhrinə,

Əksər edib mərd əhlini, sardı fələk çərxinə,

Sahibcamal məşuqları vurdu gəlməz fərqinə,

Üç yüz altmış qaib ərənləri basdı bağrına,

Yalnız qalan zəmin içrə tikanı ənar eylədi.
İmtiyazı yox onun, qıldı viran hamısın,

Sud istəyib aldı ol bu dünya amü xasın,

Girib adam surətinə, tutdu şeytan vəsvəsin,

Xar eyləyib verdi zağa əndəlib gül dəstəsin,

Bağ içində bağbanlara onca açar eylədi.
Asman üzrə taxtı uçan Süleymanı neylədin,

Bütün əhlinin əmini ol Loğmanı neylədin,

İsa, Mehdi, Yaqub, Əyyub, Veysəl Qarani neylədin,

Şahi-mərdan, ol Məhəmməd Mürtəzanı neylədin,

Tora salıb, varını ləhəddə yesir eylədi.
Kimsə uçdı, kimsə qondu, kimsələr pa altında,

Pərvaz qıldı oyunlar şəhidlərin üstündə,

Qardaş olub yürür oldu, amma ki can qəsdində,

Onca canlar oldu yesir biəlac, gör, dəstində,

Gündə qalıb, onca nahaq qana nəzər eylədi.
Məxdumqulu, sözlədin sən bu fələyin karını,

Xakistər qıla bilməz, qaldın onun narını,

Qocaldıqca çəkər oldun dünyanın azarını,

Qılmayan birini pünhan, aşkar etdin varını,

Söyləməyim, neyləyim, ol biqərar eylədi.

İSFAHANDA TAPILMAZ
Ey, sənin tək gül pəri cümlə cahanda tapılmaz,

Qaşlarına bənzəyən yay İsfahanda tapılmaz,

Ləblərinin ləzzəti bir dəhanda tapılmaz,

Üzlərin halı tək hal mahi-tabanda tapılmaz,

Gül ruyinin camalı zənəxdanda tapılmaz.
Gül ruyinə çəkib niqab, yandırdın, zalim pəri,

Görmədim sən tək gözəli yortub qılman-bəşəri,

Neylək, eşqin əzm urub qoydu çıxmaz əsəri,

Siyah zülfün dalğalı, bəlkə ümman ləngəri,

Nili-Qülzüm axtarıb, bir ümmanda tapılmaz.
Bu fələyin çərxini sən urub, viran eylədin,

Dərdlilərə zülfünün tarını dərman eylədin,

Ölüləri dirildib varına sən can eylədin,

İstəyib olsun behişt, duzəxə fərman eylədin,

Böylə ədalətli fərman şahü xanda tapılmaz.
Gözəlləri yığnayıb, gündə qıldın söhbəti,

Məşhuri-aləm olubdur şahlara yar şövkəti,

Urdu fələk, qıldı viran, gör əcaib dövləti,

Sılayıbdır ol Birivar, ərən versin hümməti,

Gəşt eyləsən, böylə sultan bu cahanda tapılmaz.


Bu fələyin qəhri yaman, çıxar qəzəb taxtına,

Eyləyib taleyi şor, qüssə qatarmış baxtına,

Adəm oğlu olsa handa düçar gələr səyyadına,

Bir birini həcv edibən göz tutar züryadına,

Böylə binamus fələk bir həngamda tapılmaz.
Məxdumqulu, indi hər dəm tanı dostu, yarını,

Biağıl, nadan olub salma fələyə zorunu,

Sərxoş olgil, səyrəgil, möhkəm çəki zünnarını,

İstəsələr müştaq olub, söyləgil bal göftarını,

Sənin kimi balü şəkər bir zəbanda tapılmaz.

SÜLEYMAN NEYLƏSİN
Can şəhrinə düşdü talan, bu yalnız can neyləsin,

Ötdü ömrü bibərmandır, ol Süleyman neyləsin,

Haqqın verən bu dərdinə, deyin, Loğman neyləsin,

Ötüb varan ömrümə ağı, giryan neyləsin,

Eşq odundan kül olmuşam, duzəx-suzan neyləsin.
Səyyad olub girdi fələk, harda can pünhan qılaq,

Kimlərə dərdimi deyib, kimlərə həmrah olaq,

Kimlər ilən döyüş qılıb, kimlərə qılınc salaq,

Dərdim aşkar qıla bilməm, el-günümdən utanaq,

Mənim kimi avaraya fələk, zindan neyləsin.
Qaibana aşiq olub, eşqi bilən yanaram,

Deyələr dövlət mürğü, mən hicrana qonaram,

Leyli yarım olmasa da, özüm Məcnun sanaram,

Gündə bir vəqt nalə edib, eşqi-meydan qanaram,

Mənim kimi bir sərxoşu ulu sübhan neyləsin.
Şanına dastan düzmüşəm eşqinin məkanında,

Külli aşiq sərgərdandır ol atəş heyranında,

Mən kimi bir Məcnunu görməz fani eyvanında,

Mən kimi bir miskin gəda yoxdur Nuh zamanında,

Eşq atəşinə gədayam, dövləti-kan neyləsin.
Söyləyər Məxdumqulu, eyib görməz, ellərim,

Könlüm rayinə qaraman, yanrayıbdır dillərim,

Qocalığın fəsli bilən nuna dönmüş bellərim,

Bülbülləri yesir gəlmiş bağ içində güllərim,

Gər ki xilas eyləməsəm, fəqir bağban neyləsin.
TAPILMAZ
Yar, sənin tək gül pəri cümlə-cahanda tapılmaz,

Zülfün ətri tək ənbər baği-reyhanda tapılmaz,

Şirin göftar kəlamın kitap, Quranda tapılmaz,

İncidir dəndanların heç bir dəhanda tapılmaz,

Qızıl təxti-eyvanın ol Süleymanda tapılmaz,

Ruyin üzrə hindi xallar Hindistanda tapılmaz,

Sənin kimi aypəri Rum, Əfqanda tapılmaz,

İran, Çin-Maçini gəzsəm, Türküstanda tapılmaz,

Gülçöhrədən ətirlərn bu zəmində tapılmaz,

Boynun ətrafında mərcan ol Qarunda tapılmaz,

Qaşlarının siratı heç bir kamanda tapılmaz,

Qollarında şayların gənci-nihanda tapılmaz,

Sənin kimi adil şah, xanü sultanda tapılmaz,

Dəhanından çıxan səba Dehistanda tapılmaz,

Yeyər olsan nazü nemət dəstərxanda tapılmaz,

Göftarındır bülbül zəban, bu süxəndə tapılmaz,

Təxti-ərkan bəzəyin gənci-kanda tapılmaz,

Mən kimi bir zavallı halı zəbunda tapılmaz.


Qoynun içrə bitən ənar bağ-bostanda tapılmaz,

Sənin kimi aypəri laməkanda tapılmaz,

Siyah zülfi-sünbülün Zərəfşanda tapılmaz,

Xəncərdir, yar, müjganın, çox müjganda tapılmaz,

Mənim kimi eşqə yanan var pərvanda tapılmaz,

Mənim kimi bir binəva bir hicranda tapılmaz,

Könlüm kimin bir cövlan yazi-güyunda tapılmaz,

Kakillərin xan qılar sərvi-xuramanda tapılmaz,

Mey-məsti heyran qılan əncüməndə tapılmaz,

Taqət edib oturan darül-amanda tapılmaz,

Eşq atəşdən yara alan natəvanda tapılmaz,

Neyləyim, eşqin yaxar, duzəx-suzanda tapılmaz,

Abi-kövsər suyun içən cavidanda tapılmaz,

Nə şirindir sözlərin, heç bir zəbanda tapılmaz,

Mənim kimi viran olan axır zamanda tapılmaz,

Səndən gözəli gözləsəm, bir insanda tapılmaz,

Ah, neyləyim, ol ənbərin, çiçək-sövsanda tapılmaz,

Dərdli cana sən dərmansan, bir dərmanda tapılmaz.


Qış fəslimdə gələn leysan, bahar leysanda tapılmaz,

Ömrüm çəkən cəfası ol hicran-xəzanda tapılmaz,

Bu dərdimin bir dərmanı, vah, Loğmanda tapılmaz,

Bulğar, Çin-Maçini gəzsəm, İsfahanda tapılmaz,

Neylək, könül bənd olubdur bir pünhanda tapılmaz,

Gül ruyin tək əcəb camal heç əlvanda tapılmaz,

Məxdumqulu, sən tək göftar heyvan-insanda tapılmaz.

İSTƏMƏM
Gül yüzünə pərvanəyəm, qeyri reyhan istəməm,

Baxıban mehrindən doydum, baği-bostan istəməm

Ruyin olar şəmsi-qəmər, ol mahi-taban istəməm,

Baxışın, şah qıldı, bil ki, zövqi-dövran istəməm,

Zülfünə bənd eylədin dost, qeyri zindan istəməm.
Zülfü siyah, dostum ey, hasili-sevda can ilən,

Çağırdı cəlladlarını, qorxar bilibdir qan ilən,

Dedim: «Ey, qan neyləsin, qılma həmra hicran ilən»,

Eylədim pünhanım əyan, qovdu ol fərman ilən,

Dedim: «Dost gördüm üzünü, bil ki, ərman istəməm».
Can verib qəm eşqinə, Məcnun oluban gəzərəm,

Tənim dəftər, əlim qələm, əcəb vəsfin yazaram,

Görməyib kənarını, eşq xəzan içrə üzərəm,

Simnar olub sən üçün, qızıl köşklər düzərəm,

Qeyri ədalətli hakim, xanü sultan istəməm.
Keyvanı gələr əstimə, baxsam ki qara gözlərə,

Mərrix məni bənd eyləyir, gözləsəm, dost üzlərə,

Müştəri qafil otırmış, bənd olub, bil, sözlərə,

Zöhrə, Nazpəri, Humay, Dursuti heyran sizlərə,

Böylə ədalətli şahsan, Qızıl Arslan istəməm.
Şah olub, fərman verib sən, bildim «Həft peykərə»,

Bəhram Gur taxt unudub, ərz edibdir İskəndərə,

Tuğ götürüb qıldın savaş, əl urub sən şəmşirə,

Eylə ki zalim olarmı, qara gözlü dilbəra,

Qorxaram mən qamətindən, cövza-kaman istəməm.
Çıxdı Zübeydə alnımdan, ah neylək, bəxtim qara,

Əlim bağlı zülfünə, tapşırarlar əjdərə,

Yudurar ol dəminə, zalim olubsan, dilbəra,

Zülüm qılma, yaraşmaz sən kimi peyğəmbərə,

Saldın, ey, çıxmaz dərdə, indi dərmani istəməm.
İsmim olar ki, Fəraqi, yas tutarmış ellərim,

Sözlərin xoş vəqt olub, lal oldu, dost dillərim,

Girdin, ey, sən seyr edib, bağda qurban güllərim,

Bənd olub göz yaşıma, neylək ki, axmaz sellərim,

Qoynun içrə bitmiş bostan, mən laməkan istəməm.

EY PƏRİ
Məskəni Məkkə, Mədinə, səkkiz cənnət laləsi,

Hər sözün izində yüz min qumru, bülbül naləsi.

Şamcıraqdır aləmə ol gül üzünün şöləsi,

Qəddi-qaməti bülənd, ey nuri-haqqın balası,

Seyr edən doqquz fələk asmanı sənsən, ey pəri.
Məkkədən gəşt eylədin şəhri vilayət-kanə sən,

Rəfrəfil-Kufə, Tarı, Bəsrə, Hələb, Şirvana sən,

Həm Misir, həm Qeysərü Şirazla İsfahana sən,

Xeybərü Herat ilə, Ləkləhəri, Səkvana sən,

Rəhbəri, bu aləmin sultanı sənsən, ey pəri.
Möciz ilə Salihin daşdan çıxıbdır mayəsi,

Nuh tufanında yalnız qaldı Nuhun dayəsi,

Ya Məhəmməd Əhmədim, ya dini-islam payəsi,

Gəldilər iqrar edib ol şiri-Düldül yiyəsi,

Bəxş edən Düldül ilə kamkamı sənsən, ey pəri.
Şəhri-Fərxar, gürsi-Tiflis, Rum, Bağdad, Süfliyan,

Yəzd, Kirman, Şamü Mosul başda olardı Bağıyan,

Arxası Krım, Xıtay, qıpçaq, Firəngi, Cəmiyan,

Şərq, Qərb, Hindü Sind, Dəkəndir dövri-cahan,

Dörd təriqin cəm olan ümmanı sənsən, ey pəri.
Peyrəvində kafi-Şaqşaq, dövsarayi-Luvluvi,

Ol aşağı Gavqaladır, arxası od məhfəli,

Yuxarısı Şəhrizənan, Qatnaq, Saraydır ol beli,

Söyləyər Məxdumqulu, sənsən cahanın can gülü,

Dinə salan Pars ilə İranı sənsən, ey pəri.

BİLMƏZMİN
Qələm alıb naməni göndərdiyim bilməzmin?

Əfsun edib hüthütü endirdiyim bilməzmin?

Ərş üstünə qaldırıb, mindirdiyim bilməzmin?

Dörd gecə, üç gün ağlar, dindirdiyim bilməzmin?

Eşşək minüb İsa tək, yeldirdiyim bilməzmin?
Məcnun kimi səhrada ağlar-ağlar gəzdiyim,

Vərqa kimin Qulşadan ölüb, ümid üzdüyüm,

Coşğun verib eşq odu, qaynar-qaynar qızdığım,

Gözüm yaşın mərcan tək düzüm-düzüm düzdüyüm,

Şibli kimin bir dağı yandırdığım bilməzmin?
Hüthüt kimin Firəngdən Çin-Maçinə vardığım,

Bağ içində Bilqeysin saçın açıb gördüyüm,

Süleymanın taxtından sözlə xəbər verdiyim,

Quş qonsun deyə başma bülbül hinin qurduğum,

Çərşənbə gün çeşt vaxtı qondurduğım bilməzmin?
Sürahın arxasında Məcnun qurdu cadını,

«Bismillah»la başladı, çağırdı ustadını.

Haqdan qeyri bir kimsə eşitmədi dadını,

Qırx aşiq nərə çəkib şölə vurdu odunu,

Göz yaşımdan su alıb söndürdüyüm bilməzmin?
Şirvan xanın sevdası nə əcaib sevdadır,

Qıldan bu yan ağdırsa, məşhər günü rüsvadır,

Yüz yirmi səf qurulub, hər səfdə min qovğadır,

Aşiqlik bir coşğunlıq, axmaz durğun dəryadır,

Bir cürədən qırx aşiq qandırdığım bilməzmin?
Yetişməmiş şunqarım, qamış qanad ağ türfək,

Bir yanım etdi şikəst, dünya məni yıxaraq,

Fələk albayın bular, çəkər, qan qoymaz torpaq,

Hər tikandan yüz qüssə, hər qırx güldən bir yarpaq,

Daği-daşı ələyib, öndürdü yüm bilməzmin?
Məxdumqulu söyləyər, doqquz fələk Zöhrəsi,

Yeddi ulduz qardaşı, ayın, günün parası,

Nuri-didəmin nuru, ağ gözümün qarası,

Abi-zəmzəm çeşməsi, Səfa, Mərvə arası,

Süleyman tək əhdimi sındırdığım bilməzmin?

BULUDA APARDI MƏNİ
Eşq ürəyimdə qaynar, yandırdı dərdi məni,

Tütünüm badə verib, əbrə apardı məni,

Fələk biləyim sıxıb, çarxına sardı məni,

Xiridar gözü birlə kim gəlib gördü məni,

Hicran yağmuru yağıb, qəm selə verdi məni.
Qəm seli birlə gedib, eşq ölkəsinə varıb,

Xəyalım fikrə dolub, ağlımı yel aparıb,

Ol heyrət meydanında mən qərib qaldım arif,

Eşq xəncərin çəkibən, hicran ürəyim yarıb,

Aləmə dastan edib, aftaba sərdi məni.
Nə cəsəd içrə can var, nə qüvvət qaldı təndə,

Həm sərgəştə, həm heyran, bu işə qaldım bəndə,

Nə xəstəyəm, nə bimar, nə mürdəyəm, nə zində,

Qəm hücum edib göydən, zəmin sarı enəndə,

Fələk əlimdən tutub, həvalə verdi məni.
Bir əhvala tuş oldum, qəm hücm etdi, öldürdü ,

Bu işin səriştəsin eşq oxudub bildirdi,

Vüsala rəhmi gəlib, əlim tutub qaldırdı,

Camal bir cilvə verdi, içim şövqə doldurdu,

Sözləməyim, neyləyim, yaranlar, yardı məni.
Məxdumqulu, bəyliyim yar camalı qul etdi,

Vüsal ümidin verib, min dilli bülbül etdi,

Ayrılıq oda saldı, fəraq durdu, yel etdi,

Eşq çəkdi zəbanəsin, yaxıb-yıxıb kül etdi,

Hicran − fəraqçı alıb, yelə sovurdu məni.
BÜRYANƏ OLDUM İNDİ
Eşq atəşinə düşdüm, pərvanə oldum indi,

Şövqün közünə yandım, büryanə oldum indi,

Cismim kababa döndü, giryanə oldum indi,

Gənc istəyənlər gəlsin, viranə oldum indi,

Ayrıldım əğyarlardan, biganə oldum indi.
Çıxardım başdan indi dünya həvəsin mütləq,

Nə fərşə ayaq basdın, dolan, bir özünə bax,

Kül ol, külünə sovrul, ol güdaza canın yax,

Lazım oldu oxumaq «ənəl-həqqü» «minəl-həqq»,

Mey içib meyxanadan, məstanə oldum indi.
Dünya məndən həzz etməz, mən həm bəhrə almazam,

Odum gurdur, dərdim çox, xoşbəxt olub gülməzəm,

Ağır baha aləmi altı cövə almazam,

Dost hansı, düşmən hansı, fərqin edib bilməzəm,

Heç kimsə anmaz halim, əyanə oldum indi.
Bir məqama tuş oldum, fikr onda fikrə batdı,

Can onda candan oldu − essindən gedıb yatdı,

Cəsəd yolda yox oldu, könül özün unutdu,

Eşq qoşun yığıb gəlib, əql mülkün dağıtdı,

Talana verib ağlım, divanə oldum indi.
Məxdumqulu, hər zaman neyləyim olma giryan,

Fikir palçığna batdım, çıxa bilmən mən bir yan,

Gövdə xarab, tən türab, könlümün şəhri viran,

Can, cəsəd, dil, ağıldan ayrılıb, qaldım üryan,

İş gəldi, başa düşdü, divanə oldum indi.
EDƏN KƏRİM
On səkkiz min aləmi bir dəmdə var edən kərim,

Yeddi mərtəbə fələyi bərqərar edən kərim,

Bəndələrə rəhmətin hər dəm nisar edən kərim,

Ol məlaikləri göydə bişümar edən kərim,

Qüdrətin iki cahanda aşikar edən kərim.
Kimləri gümrah qılıb, verdi ona rahi-zəlal,

Kimləri mömin qılıb, özün tanıtdı bimisal,

Hər kimi bir köyə saldı ol kərimü layəzal,

Neçələr taqət ilə ömrün ötürdü mahü sal,

Neçələri məsiyyətdə şərmisar edən kərim.
Ənbiyalar əfzəli ol Mustafa xeyrül-bəşər,

Həm məlaiklər görüb, qıldı başına taci-sər,

«Ya şafıqül-müznibin» deyə yad edərəm hər səhər,

Qüdrətindən ol Məsihanı yaratdı bipədər,

Odu İbrahim Xəlilə laləzar edən kərim.
Kimlərə verdi xudayım eyşü işrət bihesab,

Kimilər həsrət ilə nan tapmayıb, bağrı kəbab,

Kimlərə rahət əta gıldı, kimə verdi əzab,

Dünya bir karvansaraydır, ötdü burdan şeyxü şab,

Hər kimə təqdiri-qismət ruzigar edən kərim.
Kimləri şah eyləyib, verdi mürəstə tac ona,

Kimləri fəqrü fənada eylədi möhtac ona,

Neçələrə verdi dövlət, neçələr qəllac ona,

Dostum deyib lütf qıldı leylətül-merac ona,

Mustafanın dostlarını çarıyar edən kərim.
Əvvəla, iki cahanı var edən qadir xuda,

Neçə qullar həq yolunda eylədi canın fəda,

Neçələr fisqi-fəsada qıldılar ömrün əda,

Dünyaya gələn gedər bayü fəqir, şahü gəda,

Hamı qulu şum ölüm əlində zar edən kərim.
Məqsədin, Məxdumqulu, sən həq-təaladan dilə,

Qafil olma gecə-gündüz ol xuda zikri ilə,

Biz tək asi qullara, şayəd, xuda rəhmət qıla,

Ömrünü zaye keçirmə, hasilin vermə yelə,

Bil, hamının yerini axır məzar edən kərim.

CANLAR Ondadır
Yaranlar, qafil olmayın, cani-canlar ondadır,

Abi-zəhər, şəhdi-şəkər türfə ballar ondadır,

Ol yavuz məhşər, müsəllət, qalmaqallar ondadır,

Ol yavuz ah-u nədamət, qeylü qallar ondadır,

Türfə bəylər, türfə xanlar, türfə ellər ondadır.
Hər kim zülm eyləsə, həq duzəxin odun saçar,

Hər kimə lütf eyləsə, cürmü günahından keçər,

Qıl-siratdan asi qullar bir qədəm yoldan keçər,

Kimi beş il, kimi on il, kimi yüz ildə keçər,

Böyük dağlar, uzaq yollar, susuz çöllər ondadır.
Hər kim öz halına ağlar, nə ata oğla baxar,

Kükrəyir, həm titrəyir qəhr-qəzəb ilə saxar,

Çox ilanlar toplaşıb, buğra sifət bövlər soxar,

Ruzə tutmaz bəndələri həq cəhənnəmdə yaxar,

Surəti-xınzırsifət nəqşi bədənlər ondadır.
Tanla ol tövfiqli qullar mürşidinə daldadır,

Hər kişi ehsan edər, ehsanı onun aldadır,

Kimi şadda, kimi odda, hər kişi bir haldadır,

Mali-dünya fayda verməz, hiyləgərdir, aldadır,

Ol yəhərlənmiş Buraqlar, hüllə donlar ondadır.
Rusiyah Məxdumqulu, saqi əcəl içsən gərək,

Xanimanın, mali-mülkün, varından keçsən gərək,

Neçə qeybət, neçə yalan sözləri açsan gərək,

Hazırlaş, qıl körpüdən zaviyə uçsan gərək,

Ol qılıncdan iti, qıldan incə yollar ondadır.
BÖYLƏ
Dünya oyun, adəmzad, oldun avara böylə,

Böyük yerdən yıxılan olar səd para böylə,

Burda pünhan işlərin, onda aşkara böylə,

Bu dünya, bu zəmanə döndü küffara böylə,

Dindən çıxıb, rəqs edib, əzmi-cabbara böylə.
Bu dünyanın ötərin bilməz desəm bilərlər,

Məğrur olub dünyaya, oynayarlar, gülərlər,

Şəriəti dışlayıb, şərə qulaq verərlər,

Üqba işin unudub, dünya işin qılarlar,

Haram yeyib, gurlaşıb, dönərlər şirə böylə.
Səhər oyan, ey qafil, yad et, xuda birlə ol,

Başın satıb dünyada, qərib-miskin könlün al,

Dirilər murdar oldu, ölənlərdən ibrət al,

Tən idin, torpaq oldun, qəbristana nəzər qıl,

İnanmagil sağlığa, xəstə-biçarə böylə.
Dünya iki qafili əcəb karvansaraydır,

Gələn keçib əylənməz, yük yazdırıb varaydır,

Düşərsiniz girdaba hər kim burda heyrandır,

Sabah sənin halını məhşər xalqı görəndir,

Onda halın dad ilə salsalar narə böylə.
Baylar ilən baş qoşub, fəqirlərdən çevrib üz,

Otursan, fikrin-zikrin cüvan ilən gəlin-qız,

Bilə-bilə qəsd edib, naməhrəmə salıb göz,

Sabah cavab sorsalar olarsan lal, olmaz söz,

Vurar odlu gürz ilən səni min parə böylə.
Bir gün əcəl oxunu nişan edib atarlar,

Oğlun-qızın, xatınlar qara saçın yayarlar,

Xatınının qoynunda biganələr yatarlar,

Halal-haram malını paylaşıban alarlar,

Kəfən donuna soxub, salarlar gora böylə.
Məxdumqulu cəsəddən şirin canı alsalar,

Tutub səni kəfənə dar məzara salsalar,

Sual üçün görünüb Münkər-Nikir gəlsələr,

Tab gətirməz, duzəxə əziz cismin salsalar,

Hər nə qılsa ərki var, bəndə − biçarə böylə.

Görən gözlərİm
Lütfi-həqdən bihesab ehsanı görən gözlərim,

Yüz otuz dörd evdə bir mehmanı görən gözlərim,

Əynində dörd müxtəlif caməni görən gözlərim,

Həm önündə dörd təam əlvanı görən gözlərim,

Dostu iki, bihesab düşmanı görən gözlərim.
Fəzli-həq düçar olub,vəhdət şərabından içib,

Silkinib dörd qanad ilə, ol məkanından uçub,

Üç min iki yüz, yenə həm əlli pərdədən keçib,

Tanrının fərmanı birlə bu iki gözün açıb,

Axtarıban işbu sərgərdanı görən gözlərim.
Mində səksənin içində tapmışam şirin-şəkər,

Üç min iki yüz yenə qırx bağı gəzdim sərbəsər,

Bağbanından eşitdim bir əcaib xoş xəbər,

Biri yeddi, biri beş dərya gər istərsən gövhər,

Bəhr ilə handa (?), ərşdə kanı görən gözlərim.
Yüzdə on dörd dərvazədən çox çapıb gəzdim rəvan,

Dörd bazarı gəzib, bir gövhəri aldım bigüman,

Üç bölük əqrəb gəlib aldı dışımı qəfildən,

Dörd budaqlı bir şəcərə qaçıban çıxdım rəvan,

Şol dərəxt üstündə çox nemanı görən gözlərim.
Ey Fəraqi, ötdü ömrün, qılmadın yaxşı amal,

Yol uzaqdır, yük ağır, tez vur qədəm, qılma xəyal,

Yeddi yüz çırağı sən rövşən edib ələ sal,

Əlli dörd pərli quşun uçsa kəmal yetməz mahal,

Ol quşun çın yoldaşı imanı görən gözlərim.
Yaşım mənİm
Ey yaranlar, dünyada fisqi-fücur işim mənim,

Dəmbədəm həsrət ilə gözdən axar yaşım mənim.

Kim ki can içrə olur bu yolda yoldaşım mənim,

Yolunda qurban olar bu can ilə başım mənim.


Yüz qəmü həsrət ilə rəngim mənim solmuş dürur,

Aqibət hay-vay ilə dəstgirsiz olmuş dürur,

Nəfsimiz baş götürüb, könlüm dağı ölmüş dürur,

Kibr ilə, həsəd ilə dolmuş içim, dışım mənim.


Yoxdur ərmanım əgər ötsəm əgər iman ilə,

Qayğıyü həsrətdə mən dildardan hicran ilə,

Gecəyü gündüz işim-gücüm olar üsyan ilə,

Vədəgirə heyf olub ötdü ta ki yaşım mənim.


Gahi görünməz mənim əsla gözümə bu cahan,

Ağlını zail qılıb, eylər cünun tək hər zaman,

Çox hərarətlər düşər bu canıma, eylər fəğan,

Ta olub rüsva mən a, getdi ağıl-huşum mənim.


Bu zəlil Məxdumqulu özün günahə qərq edib,

Ağlayır ol, çün özgələr ağlamazlar rizq edib,

Uçsa canım bu qəfəsdən işbu dünya tərk edib,

Ya rəb, lütf eyləməzmi ol şahənşahım mənim.



Halim mənİm

Ey yaranlar, sormayırlar bir kişi halım mənim,

Olmadı qəddim əlif tək, çevrilər dalım mənim.

Ötdü ərman birlə, dostlar, fanidə salım mənim,

Neyləyim, ey dostlarım, qanım tökər zalım mənim,

Bilmənəm mən hansı yerdə açılar alım mənim.


Ötdü ömrüm, dostlara, bu dünyaya mail olub,

Eldən, gündən ayrılıb, düşdüm cüda sail olub,

Qılmadım haqqa ibadət daima cahil olub,

Hər nə verən gününə şükr eylədim qail olub,

Ey xudaya, sən ağır qıl onda amalım mənim.
Cahilin könlü xarabdır, xar olurmuş bilmədim,

El-günə, tay-tuşlarına zar olurmuş bilmədim,

İşbu dünya gen der idim, dar olurmuş bilmədim,

Kim ki eldən ayrılar, bimar olurmuş bilmədim,

Deyin, bizi yad eyləsin tay-tuşumuz, elim mənim.
Gecə-gündüz ah vurub, çəkdim məgər əfğanü zar,

İstəyib gəzdim, özümə tapmadım vəfalı yar,

Dünya bir şamar gəlindir, zülfün edib tar-tar,

Ötkün edib «Bəri gəl» der, fırlanıb, hər yan baxar,

Dostlara, mən nə qılım, onda gedər meylim mənim.
Odlanır Məxdumqulu, yada düşəndə ellərim,

Guya bir dərya dürur çeşmimdən axan sellərim,

Dostlara, bir il dürur guya mənə hər günlərim,

Ürəyim taqət gətirməz, sözləyər bu dillərim,

Lütf edib qılsın tərəhhüm kərəmli sultanım mənim.

Dostlarım
Vah, məni rəncü ələm əfkar qıldı, dostlarım,

Atmağa möhnət oxun təyyar qıldı, dostlarım,

Qayğı ilə bizləri bimar qıldı, dostlarım,

El-gün, tay-tuşlarıma həm zar qıldı, dostlarım,

Şum fələk ayrı salıb, naçar qıldı, dostlarım.
Coşğunum kəm, firqət içrə qalmışam bu cayda mən,

Ayrılığın həsrətindən gecə-gündüz vayda mən,

Düşmüşəm bir yar əlinə ruzi-şəb huy-hayda mən,

İldə bir hıştım düşərəm, əskiləm hər ayda mən,

İşbu yarın hiyləsi həm xar qıldı, dostlarım.
Bir zaman rəhm eyləməs aşüftə halıma mənim,

Ruzi-şəb mən ağlaram keçən bu salıma mənim,

Neyləyim, işim düşübdir işbu zalıma mənim,

Qüssə-qəmdən qeyri zat gəlməz xəyalıma mənim,

Bizə zülfün görsədib, həm mar qıldı, dostlarım.
Ey könül, gəl şükür qılgil, olmagil zarü zəbun,

Bəlkə mərdana könlüm, bil, ötər səndən bu gün,

Cuşə vargil, ey könül, gir bəzmimə məndən şu gün,

Bir neçə möhnətdə yatdın, indi gəl rahət bu gün,

Eşq sərgərdanlığı avara qıldı, dostlarım.
Sözləyib, Məxdumqulu, bunça fəğan çəkmək nədir,

Gözdə yaşın axızıb, xunabələr tökmək nədir,

Qüssəni can şəhrinə toxum edib əkmək nədir,

Dəhr ara rüsva olub, köksünü çak etmək nədir,

Məni eşq sevdasına giriftar qıldı, dostlarım.

1   ...   7   8   9   10   11   12   13   14   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə