Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN



Yüklə 124,77 Kb.
səhifə16/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   12   13   14   15   16   17   18   19   ...   47
Felsefe muhazire metnleri

Həyat fəlsəfəsi
XIX əsrin sonu – XX əsrin əvvəllərində Almaniyada və Fransada təşəkkül tapmış subyektiv idealist məktəbdir. Bu məktəb öz tədqiqat predmeti kimi nə materiyanı, nə də ruhu qəbul etmir. Həyat fəlsəfəsinin mərkəzində materiyadan və şüurdan fərqli fəal, rəngarəng, daima hərəkət edən mütləq, sonsuz başlanğıc kimi həyat anlayışı durur. Həyatı hissin və ya zəkanın köməyilə başa düşmək olmaz, həyat yalnız intuitiv dərk edilir. Bu fəlsəfənin nümayəndələri: A.Şopenqauer, F.Nitşe, A. Berqsov, O.Şpenqler olmuşlar.
Praqmatizm – (yunanca “praqma” – “iş, fəaliyyət, hərəkət” deməkdir) – XIX əsrin 70-ci illərində ABŞ-da meydana gəlmiş və XX əsrin əvvəllərində bir sıra Avropa ölkələrində, ilk növbədə, İngiltərədə geniş yayılmışdır. Praqmatizm özündən əvvəlki fəlsəfəni həyatdan təcrid olmaqda, mücərrədlik və seyrçilkdə ittiham edirdi. Praqmatizm fəlsəfəsində “yenidənqurma” proqram irəli sürülmışdü. Onun nümayəndələri deyirdiliər ki, fəlsəfə Aristotelin dövründə olduğu kimi, varlığın və idrakın ilkin başlanğıcı barədə düşüncələrlə deyil, müxtəlf həyati durumlarda, əməli fəaliyyətləri zamanı insanlar qarşılarında meydana çıxan problemləri həll etmək üçün ümumi bir üsul işləyib hazırlamalıdır. Onlar sübut etməyə çalışırdılar ki, köhnə fəlsəfi cərəyanlardan fərqli olaraq praqmatizm intellektual vəzifələrin həllinə və bəşəriyyətin sonrakı tərəqqisinə böyük təsir göstərəcəkdir. Fəlsəfənin əasa məqsədi insanlar qarşısında yaranan konkret problemləri həll etmək olmalıdır. Bu fəlsəfənin nümayəndələri Vilyam Cems, Çarlz Pirs, Con Dui olmuşdur.
Neotomizm – xristian dünyasının hakim fəlsəfəsidir. Bu təlimin, eləcə də digər dini-mistik təlimlərin Qərb ölkələrində yaranma səbəbi bundan ibarətdir ki, XX əsrin əvvəllərindən Qərbdə “Geriyə, dinə doğru”, “Geriyə, sxolastikaya doğru” kimi şüarlar irəli sürülmüşdü. Yəni XX əsrdə dini-mistik təlimlərin inkişafı üçün çox əlverişli ideoloji mühit yaranmışdı. Neotomizm öz inkişafında 2 mərhələ keçmişdir: tomizm və neotomizm. I mərhələ tomizm – Akvinalı Fomanın adı ilə bağlıdır. XIX əsrdə bu təlim özünün klassik formasında zamanla uzlaşa bilmədiyindən XIII Papa Lev özünün “Ölməz atalar” ensiklopediyasını elan etdi. Bu ensiklopediyaya görə tomizm neotomizm formasında yenidən dirçəldildi. Bu təlimin tərəfdarlarına görə neotomizmin məqsədi insana elə düşüncə və həyat tərzi aşılamaqdır ki, o, xristianlıq tərəfindən müəyyən edilən qaydalardan kənara çıxmasın. Onlara görə ancaq belə həyat normal həyat hesab edilə bilər. Neotomizm – aristotelizm və orta əsr sxolastikasının mühüm prinsiplərini davam və inkişaf etdirir. Aristotel kimi neotomistlər də metafizikanı – varlıq haqqında təlimi “Birinci fəlsəfə” adlandırırdılar. Neotomistlər bildirirdi ki, elmlərin şahı – teolgiyadır, ilahiyyatdır, fəlsəfə isə “ilahiyyatın kənizidir”. Bir dini təlim kimi neotomizm insana xüsusi diqqət yetirir və bildirir ki, insan Allah tərəfindən yaradılır və o Allahın Yer üzərində mücəssəməsidir.



Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin