Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə3/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   2   3   4   5   6   7   8   9   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

2.1. İstehsal firmalarının təsnifatı

Müxtəlif sahələrə mənsub firma və müəssisələrdə istehsal prosesi və onun həyata keçirilməsi şəraitləri bir-birindən fərqlənir. Bu səbəbdən də, ayrı-ayrı müəssisələrdə istehsalın təşkili və idarə edilməsi, əməyin və material-enerji ehtiyatlarının normalaşdırılması, əməyin ödənilməsinin təşkili və s. bu kimi məsələlər müxtəlif olur. Bütün bunlara görə də, istehsal firmaları və ya sənaye müəssisələri aşağıdakı əlamətlərə görə təsnifləşdirilir.


Buraxılan məhsulun iqtisadi təyinatına görə bütün sənaye müəssisələri iki əsas qrupa: istehsal vasitələri və istehlak şeyləri istehsal edən sənaye müəssisələrinə bölünür. İstehsal vasitələri istehsal edən sənaye müəssisələrinə - metallurgiya, energetika, maşınqayırma, kimya sənaye müəssisələri və s. aiddirlər. Bu sahələrin müəssisələri elmi-texnki tərəqqi əsasında həm özlərinin və həm də ümumiyyətlə istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsində və intensivləşdirilməsində həlledici rol oynayırlar. Başqa sözlə, həmin müəssisələr elmi-texniki tərəqqinin maddi əsası, bələdçiləri və deməli, təminatçılarıdırlar.
Əhalinin maddi və mədəni həyat səviyyəsinin yaxşılaşdırılması, əsasən, istehlak şeyləri istehsal edən firma və müəssisələr tərəfindən həyata keçirilir. Belə müəssisələrə misal olaraq, yeyinti və yüngül sənaye sahələrinin müəssisələrini göstərmək olar.
İstehsal etdikləri xammal və materialların xarakterinə görə hasiledici və emaledici sənaye müəssisələri fərqləndirilir. Hasiledici müəssisələr təbiətin vermiş olduğu sərvətləri - təbii sərvətləri - əldə edirlər. Bu növ müəssisələrə misal olaraq, neft, qaz, dəmir filizi və s. hasil edən müəssisələri göstərmək olar. Emaledici sənaye müəssisələri isə hasiledici sənayenin və kənd təsərrüfatının verdiyi xammalı emal edirlər.
İl ərzində işləmə müddətlərinə görə müəssisələr üç qrupa ayrılır: bütün il boyu fasiləsiz işləyən sənaye müəssisələri (məsələn, domna sobaları, marten peçləri, neftayırma zavodları və s.), bütün il boyu fasiləli işləyən sənaye müəssisələri (məsələn, maşınqayırma zavodları) və mövsümi işləyən sənaye müəssisələri (məsələn, şəkər, konserv, pambıqtəmizləmə və s. zavodlar).
Fəaliyyət miqyasına görə müəssisələr kiçik, orta və iri müəssisələrə bölünürlər. Dünya təcrübəsi göstərir ki, iqtisadiyyatın inkişaf səviyyəsindən asılı olmayaraq müəssisələrin kiçik, orta və iri sahibkarlığa aid edilməsi demək olar ki, bütün bazar iqtisadiyyatı ölkələrində həyata keçirilir. Həm də bu zaman əsas meyar kimi işçilərin sayı qəbul edilir.
Bazar iqtisadiyyatı şəraitində işləyən inkişaf etmiş ölkələrdə miqyasına görə kiçik, orta və iri firmalar (müəssisələr) eyni zamanda, paralel olaraq fəaliyyət göstərirlər.
İri müəssisələrin orta və kiçiklərə nisbətən üstünlüyü onların güclü maliyyə vəsaitlərinə, maddi və əmək resurslarına malik olmaları ilə izah edilir. Belə firmalar elmi-texniki işləmələr aparmağa, özlərinin texnoloji istehsal üsullarını dəyişdirməyə, istehsal heyətinin ixtisas dərəcəsini və ya təhsil senzini yüksəltməyə qadir olan təsərrüfat subyektləridirlər. Lakin bütün bunlara baxmayaraq - tətbiq sahəsi düzgün müəyyən olunduğu təqdirdə - orta və kiçik sahibkarlıq cəmiyyətin ehtiyaclarının ödənilməsində əhəmiyyətli dərəcədə rol oynaya bilirlər.
Kiçik firmalar bir çox hallarda özlərindən başqa iri firmalarla da rəqabət apara bilirlər. Onlar bazar konyunkturasının dəyişməsinə qarşı həssas olur, az kapital sahibi olduqlarından iri firmaların təsirlərinə tab gətirə bilirlər.
Kiçik firmaların iri fırmalarla əməkdaşlığı nəinki mümkündür, hətta - düzgün koordinasiya olunduqda - hər 2 tərəf üçün faydalıdır. İri firmalar üçün hissə, bağlama, tərtibat, alət və s. üzrə ixtisaslaşmış kiçik firmalar öz müstəqilliklərini saxlamaqla iqtisadi inkişaflarında onlardan geri qalmırlar.
Müxtəlif ölkələrin müxtəlif maddi istehsal sahələrində iri, orta və kiçik firmaların işləyənlərin sayına görə müəyyən olunma meyarı fərqlənirlər. Kiçik, orta və iri müəssisələrin müəyyən edilməsində işçilərin say həddi Azərbaycan Respublikasının qanunvericiliyi ilə aşağıdakı kimi təsbit olunmuşdur (cədvəl 2.1).
Cədvəl 2.1
Müəssisələrin işçilərin sayına görə qruplaşdırılması

Sahə mənsubiyyətinə görə müəssisələrin növləri

İşçilərin sayına görə qruplaşdırma

kiçik

orta

iri

Sənaye

50

51-300

300-dən çox

Nəqliyyat

15

16-75

75-dən çox

Tikinti

25

26-150

150-dən çox

Ticarət

10

11-50

50-dən çox

Xidmət sahələri

10

11-50

50-dən çox

Cədvəldən göründüyü kimi, işçilərin say hədləri müxtəlif sahələrin müəssisələri üçün müxtəlifdir. Məsələn, sənayedə bu interval 50; 51-300 və 300-dən çox kimidirsə, ticarətdə 10; 11-50 və 50-dən çox həddində müəyyən edilmişdir.


Azərbaycan Respublikasında kiçik və orta firmaların sayı ilbəil artmaqdadır. Bunun nəticəsidir ki hal-hazırda sənayenin hər 10 müəssisəsindən 9-u kiçik və orta, yalnız 1-i iri müəssisələrdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti özünün «İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri» haqqında 20.04.2004-cü il tarixli 57 saylı qərarı ilə kiçik müəssisələrə işçilərinin sayı və illik dövriyyəsinin həcminə görə yenidən baxmış və qruplaşmanı aşağıdakı kimi müəyyən etmişdir: sənaye - işçilərin sayı 40 nəfər, illik dövriyyənin həcmi 200 min manat; kənd təsərrüfatı - işçilərin sayı 15 nəfər, illik dövriyyənin həcmi 100 min manat; tikinti - işçilərin sayı 40 nəfər, illik dövriyyənin həcmi 200 min manat; topdansatış ticarət - işçilərin sayı 10 nəfər, illik dövriyyənin həcmi 300 min manat; sair müəssisələr - işçilərin sayı 5 nəfər, illik dövriyyənin həcmi 100 min manata qədər.
Qeyd etmək lazımdır ki, bir çox inkişaf etmiş ölkələrdə orta və kiçik firmaların milli iqtisadiyyatın inkişafında, əhalinin sənaye məhsullarına və istehsal xarakterli xidmətlərə ehtiyaclarının ödənilməsində rol və əhəmiyyətləri çox önəmli miqyas almışdır. Məsələn, ABŞ və Yaponiyada orta və kiçik firmaların ölkənin ÜDM istehsalındakı payları 50 faizdən çoxdur. Yaxud məşğul olanların sayında İtaliyanın orta və kiçik firmalarının payı 73 faiz, Yaponiyada 78 faizdir və s.
Sosial və iqtisad inkişafın sürətləndirilməsində kiçik və orta firmaların imkanları bunu göstərir ki, bu qəbildən olan sahibkarlıq gələcək dövrlərdə də inkişaf etdirilməlidir.
İxtisaslaşdırılma dərəcəsinə görə firmalar ixtisaslaşdırılmış, universal və qarışıq firmalara ayrılır. İxtisaslaşdırılmış firmalarda hazırlanma texnologiyasına görə oxşar, konstruktiv quruluşuna görə eyni və istehsalı mütəmadi olaraq təkrarlanan məmulatlar hazırlanırsa, universal firmalarda bir neçə adda məmulatlar istehsal olunur və onlar çox hallarda təkrarlanmır və ya vaxtaşırı təkrarlanır. Qarışıq firmalar isə hər iki növün əlamətlərini özündə əks etdirir.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin