MÜhaciRƏTDƏ folklor araşdirmalari I kitab bаki – 2015 Elmi redaktor: Muxtar kazimoğlu (İmanov)



Yüklə 2,33 Mb.
səhifə14/15
tarix31.01.2017
ölçüsü2,33 Mb.
#7132
1   ...   7   8   9   10   11   12   13   14   15

Məmməd ALTUNBAY
LENİNİ MƏN GÖMDÜM

(“Hürriyyətə uçan türk” əsərindən bir parça)
“Lenin öldü!”, “Lenin öldü!”, “Lenin öldü!”

1924-cü ilin, deyəsən, 24 yanvar günündə hər kəsin dilində bu iki kəlmə:

– Lenin öldü!

Onun uzun bir zamandan bəri yarı iflic olduğunu bilirdik. Bə­zi ailə toplantılarında mövzu Lenindən düşüncə, onun uzun za­man yaşaması üçün dua edənləri də dinlərdim. Anam da bun­lar­dan biriydi. Əllərini açaraq yanıq bir ürəklə Allaha yalva­rırdı:

–Ya Rəbbim, sən Leninə uzun ömür ver! Ya Rəbbim, sən onu sürüm-sürüm süründür! Ya Rəbbim, bir tərəfinə enən iflic o bi­ri tərəfinə də ensin! Ya Rəbbim, onun əlləri tutmasın! Ayaqları bas­masın! Dili danışmasın! Ya Rəbbim, bizə çəkdirilənlər onun da ba­şına gəlsin!

Bəddualar uzanardı. Leninin sürünməsini, əzab çəkərək ya­şa­masını istəyənlər ona hər zaman uzun illər diləyərdilər.

Lenin bu bəddualarla 1924-cü ilə qədər yaşadı. Biz onun ölü­münü məktəbdə öyrəndik. Müdhiş bir qış günüydü. Qar, fırtına və soyuq bütün Azərbaycanı sanki iflic etmişdi. Müəl­limimiz Mirzə Hüseyn sinfə girdi:

– Uşaqlar, – dedi, – Lenin öldü. Onun üçün bütün So­vet­lər­də bu gün böyük bir cənazə mərasimi keçiriləcək. Hər şəhər, hər qə­səbə, hər kənd Leninə, öz torpağında ölmüş kimi bir cənazə mə­rasimi hazırlayacaq. Bu baxımdan biz də Leninin təmsili (sim­vol) cəsədini günortaya yaxın qəbiristana götü­rə­cəyik. Məra­sim baş­lamadan öncə hamınız ağlayacaqsınız. Ağla­maya­nının başını əzə­rəm. Cənazə mərasimində yüksək səslə, hönkür-hönkür ağ­la­ya­­caqsınınz!

Ətrafda bir təlaş, bir qaçaqaç vardı. Lenin yeni yetişən gənc­­lərə bir büt kimi təqdim edilirdi. Yaşlılar Lenini qətiyyən sev­mir­­dilər. “Sevmirdilər” nə demək, nifrət edirdilər. Çünki Azər­bay­­canın başına gələn bütün bəlalar onun üzündəndi.

O, Azərbaycanın işğalına qərar verdiyi və ordularını üzə­ri­mi­zə sürdüyü üçün gənc Cümhuriyyətimiz yıxılmışdı. Xalqın seç­di­yi millət vəkilləri güllələrə düzülmüşdü. On minlərcə mə­sum in­san öldürülmüş, küçələr insan cəsədindən keçilməz ol­muşdu. On min­lərcə insanın evi-eşiyi yağma­lanmış­dı. On min­lərcə insan ye­rin­dən, yurdundan olmuş, başqa ölkələrə sığınmış və ya Sibirə sü­rül­müşdü. On minlərcə uşaq yetim qalmışdı. Azərbaycan Rusi­ya­nın rəsmən müstəmləkəsi olmuşdu... Bütün bu fəlakətləri başı­mı­za Lenin və kommunizm gətirmişdi. Bu acılara, zülmlərə səbəb olan bir adam necə sevilərdi?

Müəllimimiz Mirzə Hüseyn bu Lenin üçün ağlamamızı istə­yir­di. Biz Leninə necə ağlaya bilərdik? Hərçənd Lenin məktəb ki­tab­larında bizə “ən böyük xilasedici” olaraq anla­dılırdı. Amma Le­nin Azərbaycanı məhv etmişdi. Yurdumuzun qanını, iliyini əm­miş­di. Lenin Azərbaycanı Rusiyanın yemi halına gətirmişdi. Le­nin ata­mın güllələnməsinə səbəb olmuşdu. Baba­mın ölümünə, dayı­mın güllələnməsinə zəmin hazırlamışdı. Səfalət içinə yuvar­lan­ma­mız, isti və firavan ailə havasından yetimxanaların bitməz-tü­kən­məz sıxıntılarına düşməmiz onun üzündəndi. Leninə necə göz yaşı tö­kə bilərdim?

Ətrafda böyük bir təlaş vardı. Məktəbə bir tabut gətirildi. Ev­­lərdən süni çiçəklər, rəngli kağızlar, əl işləmələri toplandı. Le­ni­nin böyük bir şəkli tapıldı. Bu şəkli çox böyük bir diqqətlə və səs­sizcə o tabutun içinə uzatdılar. Tabutun üstünü süni çiçəklərlə, rəngli şəkillərlə və tüllərlə süslədilər. Bütün bunlar şagirdlərin və mü­əl­limlərin gözləri önündə cərəyan etdi. Şəhərin valisi, bələdiyə baş­­qanı və digər vəzifəli şəxsləri vilayətdə keçiriləcək mərasim­dəy­­dilər. Vilayət binasındakı təmsili cənazə mərasimi bitdikdən son­ra heyət bizim məktəbimizə gələcəkdi. Tabutu qaldırıb bir ma­sa üzə­rinə qoydular. Bayırda müdhiş bir soyuq vardı. Vilayətdən gə­ləcək heyəti, bəlkə, bir saat, bəlkə, iki saat gözlədik. Kimsə gö­rün­mürdü. Məktəb müdiri siniflərə keçməmizi söylədi.

Yerlərimizə oturmağımızdan daha 5-10 dəqiqə keçməmiş­di ki, bayırda qaçaqaçlar, bağırışmalar eşidildi. Müdir müavini sü­rət­lə sinfimizə girdi. Müəllimimizə əmr verdi:

– Mirzə Hüseyn, heyət gəldi! Uşaqları tabutun başına topla! Yal­nız onları oraya ağlamadan gətirmə! Söylə onlara, böyük Le­nin üçün hönkür-hönkür ağlasınlar!

Müdir müavini başqa siniflərə demək üçün tələm-tələsik getdi. Əslində müəllimimiz çox yaxşı bir adamdı. Üzünü, demək olar ki, heç qaşqabaqlı görməmişdik. Amma o gün üzündən qaş­qa­baq tökülürdü. Sinfə döndü və var səsilə bağırdı:

– Söylənənləri eşitdiniz. İndi Leninin cənazə mərasimi üçün bağ­çaya çıxacağıq. Hamınız hönkür-hönkür ağlaya­caq­sınız. Vali ora­da! Bələdiyə başqanı orada. Onların yanında məni xəcalət et­mə­yin. Əgər ağlamasanız, sizə lazım olduğu qədər Lenin sevgisi öy­rədə bilmədiyimizi sanacaqlar. Onun üçün hamımız bir yerdə ağ­lamağa başlayacağıq!

Haydı, indi ağlayın görək! Hönkür-hönkür ağlayın!

Soldan, sağdan bəzi arkadaşların mızıldanmaları oldu. Bu ka­man səsinə bənzər mızıldanmalardan müəllimimiz məmnun ol­ma­dı. Suç üstə yaxalanan bir adam kimi bir həyəcan için­dəydi. Ba­­şını çox sərt hərəkətlərlə bir sağa, bir sola çevirir, əliylə bir ağırlıq qaldırırmış kimi əzab çəkirdi:

– Haydı! Haydı! Haydı! Hönkür-hönkür ağlayacaqsınız! – de­yirdi.

Bət-bənizi ağarmışdı. Müəllimimizin bu həzin halı illərlə göz­lərimin önündən getməmişdir.

Bütün sinifdə heç kim hönkür-hönkür ağlaya bilmirdi. Mü­əl­­lim ildırım vuran adam kimi dönüb qapını qapadı.

– Oğlan, köpəkoğlu köpəklər, – deyə bağırdı, – sizi mənə se­çibmi verdilər? Siz ağlamağı da unutmuşsunuz. Mən indi gös­tə­rə­rəm sizə ağlamaq necə olurmuş. Susanın canını alaram.

Müəllim hücumla üzərimizə atıldı. Necə gəldi şillə­ləməyə, tə­pikləməyə başladı. O şillələrdən mən də yetəri qədər payımı al­dım. Üzünə iki-üç şapalaq yeyən, baldır sümükləri, dizləri tə­pik­lə­nən arkadaşlar fəryada başlamışdılar. Müəl­limimiz özün­dən çıx­mış kimiydi. Hədəqəsindən çıxan gözlərlə üzərimizə yeriyir, ondan heç göz­ləmədiyimiz acıqla bizi döyürdü. Sinifdə bir vaveyla başladı. Ağ­lamayan yox kimiydi. Müəllimimiz:

– Bəsdi, – dedi, – Bax, belə! İndi sinifdən Lenin yoldaşın ta­bu­­tunun olduğu yerə qədər ağlayaraq gedəcəyik. Orada da sus­maq yoxdu. Hər kəs istədiyi qədər çırpınıb ağlayacaq. Yoxsa ha­mı­nızın sümüklərini qıraram!

Sinfin qapısı açıldığı zaman digər siniflərin də hıçqırıq­lara bo­ğularaq bağçaya çıxmaqda olduqlarını gördük. Biz də onlardan ge­ri qalmamaq üçün səsimizi yüksəltdik. Mərasim yerin­də toplan­dı­ğımız zaman səsimiz yeri-göyü inlədirdi. Müəl­limlərimiz ağla­yır­dı. Vilayətdən gələn heyətdən ağlayanlar vardı.

Hava müdhiş soyuq idi. Göz yaşlarımızı donduracaq qədər so­yuq idi. Danışarkən, Leninin təmsili tabutunun başına gələn­lərin ağızlarından soba tüstüsü kimi buxar yüksəlirdi. Orada iki çıxış edil­di. Vilayətdən gələnlər Leninin ölümündən duyduğu­muz üzün­­tünü bağıra-bağıra dilə gətirdilər. Və sözlərini eyni cüm­lə­lər­lə bitirdilər:

– Böyük Lenin! Artıq sən məzarında rahat uyu! Arxandan be­lə səmimi göz yaşı tökən övladların sənin bayrağını həmişə yük­səldəcəkdirlər. Sən ən böyüksən! Sən ölmədin! Səni qəlbi­mizə gö­mürük!

Soyuq iliklərimizə qədər işləməyə başladı. Titrəyir və ağla­yır­dıq. Mərasim çıxışlarından sonra təmsili tabutu çiyin­lərimizə al­dıq. Leninin tabutunu daşımayan tək bir adam qal­maması istə­ni­lir­di. Bu baxımdan hamımız onun tabutunu əllərimizin üzərinə ala­raq qəbiristana yönəldik. Əllərimiz, ovcumuzun içi soyuqdan ta­butun taxtalarına yapışırdı. Yola çıxdıqdan sonra gerçəkdən ağ­la­mağa başladıq. Çünki soyuğa dayanmaq mümkün deyildi. Ayaq bar­maqlarımız, üzümüz, qulaqlarımız, əllərimiz bir mişarla dilim-di­lim kəsilmiş və bir duz­lu suya batırılmış kimi sızıldayırdı. Ağ­la­ma­maq mümkün deyildi. O müdhiş soyuğa rəğmən, idarəçilər bizi qə­biristana qədər apar­dılar. Yaxşı ki, məzar daha əvvəlcədən ha­zır­lanmışdı. İçəri­sində Leninin böyük bir şəkli olan o bəzəkli ta­bu­tu açılan məzara endir­dik. Sonra üzərinə torpaq atmağa baş­la­dıq. Torpaq qabarmağa baş­la­dıqdan sonra işimiz bitmişdi. Mü­di­ri­miz daha artıq üşüməməmiz üçün məktəbə qaçaraq dönə bi­lə­cə­yi­mizi söylədi. Külək uşaq sifə­timizi bir bıçaq kimi kəsirdi. Ayaq­la­rımız, qıçımız sanki bizim de­yildi. Yıxılıb dura-dura mək­təbə ye­tişdik. Yerlərimizə sərildi­yimiz zaman içərimizdə hönkür-hön­kür ağlayan arkadaşlarımız vardı. Bir az sonra otağa sinif rəh­bə­ri­miz girdi. Əlindəki mis bir qabı masa­nın üzərinə qoyduqdan sonra sin­fə döndü. Səsi hər za­mankı kimi hə­rarətli və yumşaq idi. Mə­ra­sim­dən öncəki vəziy­yə­tindən əsər-əlamət yox idi. Hətta deyə bi­lərəm ki, bir az üzgün, bir az xəcalətli şəkildə danışmağa başladı:

– Balalarım mənim! Leninin cənazə mərasimi üçün, həqi­qə­tən, çox gözəl ağladınız. Məni və müdirimizi gələnlərin qarşı­sında xə­calətli etmədiniz. Üzümü qara etmədiniz. İndi hamınıza mü­ka­fat olaraq qənd verəcəyəm. Başdan etibarən bir-bir gəlib ala­caq­sı­nız!

Müəllimimiz sinfə girərkən, gətirib masanın üstünə qoy­duğu qa­paqlı mis qabın içərisində çay şəkərləri vardı. O za­manlar çay şə­kəri tapmaq və yemək də bir nemət idi. Müəl­li­mimiz masanın önünə gələn hər şagirdin üzünü oxşayır, əlləriylə saçlarını düzəl­dir, göz yaşlarını silir, sonra işıqlı bir sifətlə bir parça qənd uza­dırdı.



ŞƏRHLƏR
Əhməd Cəfəroğlu.

Azəri-türk həyatında batil eti­qadlar”. Ə.Cəfəroğlunun “Azə­ri-türk həyatında batil eti­qadlar” etü­dü 1939-cu ildə İstanbulda “Kon­franslar seriyası”nda nəşr olun­muş­dur.

Folklo­ru­muzda milli həyat və dil baki­yələri”. Tədqiqat Ə.Cəfəroğlunun Xalq evində dinləyicilər qarşı­sın­da etdiyi məruzəsi əsasında hazırlanmış, İstanbulda “Konfranslar seri­yası”nda 1940-cı ildə nəşr edilmişdir.

Hüdud boyu saz şair­lə­rimizdən Bağdad xanım”. Məqalə Ankarada nəşr edi­­lən “Azərbaycan” dərgisinin 1954-cü il 12-ci sa­yında (s.7-11) işıq üzü görmüşdür.


Məhəmməd Əmin Rəsulzadə.

Dədə Qorqud” dastan­ları”. Məqalə “Azərbaycan” (Ankara) dərgisinin 1952-ci il 6-cı sa­yından (s.2-5) götürülmüşdür.

Dədə Qorqud” oğuznamələri”. Məqalə “Azərbaycan” (An­­kara) dərgisinin 1953-cü il 7-ci sayından (s.26-27) götü­rül­müşdür.

Novruz bayramı”. Məqalə “Azər­baycan” (Ankara) dərgisi­nin 1954-cü il mart sa­yında (s.5-7) dərc edilmişdir.


Mirzə Bala.

Dədə Qorqud”. Məqalə Münhendə çıxan “Qaf­qaziya” dər­gisinin 1952-ci il 8-ci sayında (s.10-12) nəşr edilmişdir.


V.Nuhoğlu.

Dövlət quşu”. M.B.Məmmədzadənin “V.Nu­hoğlu” imzası ilə təqdim etdiyi bu məqalə “Qurtu­luş” (Berlin) dərgisinin 1936-cı il 19-cu sayında (s.536-537) dərc edilmişdir.


İren Melikoff.

Qazan” sözcüyü üzərinə. Çikaqo Universitetinin profes­soru Robert Dan­koffun “Ame­rika Şərqşünaslığı jurnalı”nda (“Jour­nal of American Ori­en­tal Stadies”, 1202(2000), s.273-274) nəşr edilmiş tədqiqatına ca­vab olaraq qələmə alınmışdır. Turan Alpte­kin tərə­findən türk dilinə tərcümə olunaraq “Prof. İren Me­likof­fun ardından” kitabında (İstanbul, “De­mos” nəşr, 2009, s.87-92) nəşr edilmişdir.

Gürcülər, türkmənlər və Trabzon: “Kitabi-Dədə Qor­qud” üzə­rinə”. Tədqiqat Turan Alptekinin tərcüməsi ilə İstanbulda “De­mos”­ya­yın­ları tərəfindən 2008-ci ildə nəşr olunmuş İren xanım Meli­koffun “Das­tan­dan masala (türkoloji yolçu­luqlarım)” kita­bından (s.27-40) götü­rülmüşdür.

Anadolu türklərinin dastani ədəbiyyatında (dinsəl qəh­rə­­manlıq mətnlərində) simvol saylar”. Tədqiqat Turan Alpte­kinin tərcüməsi ilə İstanbulda “Demos” yayınları tərəfindən 2008-ci ildə nəşr olunmuş İren xa­nım Me­likoffun “Dastandan masala (türkoloji yolçu­luqlarım)” ki­ta­­bından (s.121-130) götürülmüşdür.


Səlim Rəfiq.

Azəri xalq ədəbiyyatında “Dəli Alı” das­tanı”. Məqalə İstan­bulda 1933-cü ildə “Azərbaycan yurd bilgisi” dərgisinin 23-cü sa­yın­da (s.415-419) nəşr edilmişdir.

Nigarıstanlı Aşıq Sadığın bir şeiri”. Məqalə 1933-cü ildə “Azərbaycan yurd bilgisi” dərgisində 34-cü sayında (s.434-435) nəşr olunmuşdur.
Hüseyn Baykara.

Azərbaycan tarixində qaçaqlar hə­rə­katı”. Bu parça “Azərbaycan istiqlal mücadiləsi tarixi” (İstanbul, Gənclik Basıme­vi, 1975) kitabından (səh.89-106) götü­rülmüşdür.


Nəbi Turablı.

Qaçaq Nəbi”. Məqalə Ankarada nəşr edilən “Mücahid” dər­gi­sinin 1960-cı il 31-32-ci sayında (s.14) nəşr edilmişdir.


Yunus Lənkəranli.

Qaçaq Nəbi”. Məqalə “Azərbaycan” (Ankara) dərgi­sinin 1981-ci il 236-cı sayında (s.13-14) dərc edilmişdir.


Məmməd Sadıq Sənan.

Azəri saz şairləri”. Məqalə İstanbulda nəşr edilən “Azər­baycan yurd bilgisi” dərgisinin 1932-ci il 2 –ci sayından (s.55-59) götürülmüşdür.


Mehmet Şakir.

Aşıq Qurbaninin üç mənzuməsi”. Məqalə “Azərbaycan yurd bilgisi” dərgisinin 1932-ci il 4-5-ci sayından (s.167-169) götürül­müş­dür.



Mirzadə Mustafa Fəxrəddin.

Azəri aşıqlarından Sarı Aşıq”. Məqalə İstanbulda nəşr edilən “Azərbaycan yurd bilgisi” dərgisinin 1934-cü il 29-cu sayından (s.176-178) götürül­müş­dür.


Əbdülvahab Yurdsevər.

Aşıq Ələsgər”. Tədqiqat Ankarada nəşr edilən “Azər­bay­can” dərgisinin 1952-ci il 7-ci sayından (s.2-3) götürülmüşdür.

Ergenekon”. Məqalə Ankarada nəşr edilən “Azərbaycan” dərgisinin 1952-ci il birinci sayında (s.8-9) nəşr edilmişdir.
Xavər Aslan.

Azərbaycan aşıq ədəbiyyatı”. Məqalə İstanbulda nəşr edilən “Xə­zər” dərgisinin 1980-ci il 11-12-ci sayında (s.13-20) dərc edil­mişdir.

Sözlü ədəbiyyatımızda həcv”. Məqalə İstanbulda nəşr edi­lən “Xəzər” dərgisinin 1980-ci il, may, 14-cü sayında (s.3-11) dərc edilmişdir.
Mustafa Haqqı Türkəqul.

Azərbaycan musiqisi”. Bu tədqiqat “Azərbaycan”(Ankara) dərgisinin 1953-cü il 5-ci (s.10-12), 6-cı (s.9-11), 7-ci (s.4-5), 8-ci (s.13-24), 9-cu (s.8-10) sayında dərc edilmişdir.


Əziz Özər.

Türkiyədə azəri türkü və oyun havaları”. Məqalə “Azər­baycan yurd bilgisi” dərgisinin 1954-cü il 37-ci sayında (s. 28-31) dərc edilmişdir.


Behruz Həqqi (Çöl gülü).

Ata sözlərinin kökləri və şifahi xalq ədəbiyyatından örnəklər”. Behruz Həqqinin Almaniyanın Köln şəhərində 1998-ci ildə türk dilində nəşr etdirdiyi “Ata sözlərinin kökləri və şifahi xalq ədəbiyyatından örnəklər” kitabının “Ön söz”ü (s.11-21).


Məmməd Altunbay. “Lenini mən gömdüm”

Məmməd Altunbayın “Hürriyyətə uçan türk” xatirələr kita­bın­dan (Ankara: 1989, s.242-248) götürülmüşdür.



  1. FOLKLORE RESEARCHES IN THE EMIGRATION

  2. (1st book)




  1. SUMMARY

People who represented Azerbaijanian emigration, such as Ah­mad bay Aghaoghlu, Ali bay Huseynzadeh, Mahammad Amin Ra­sul­­zadeh, Mirza Bala Mammadzadeh, Ahmad Jafaroghlu, Jeyhun bay Hajibayli, Salim Rafig Rafioghlu, Naghi Keykurun, Huseyn Bay­kara, Abdulvahab Yurdsevar, Mammad Sadig Sanan, Mirzadeh Mus­tafa Fakhraddin, Hilal Munshi, Majid Musazadeh, Aziz Alpaut, Aziz Ozar, Mustafa Haggi Turkagul, Yunus Lankaranli, Nabi Tu­ra­bli, Ali Vol­kan, Iren Melikoff, Khavar Aslan, Turkhan Ganjayi, Ha­mid Nitgi, Beh­ruz Haggi and others fought for objective and unprejudiced recognition of abundant cultural resources of their nation far away from motherland, they researched diferent genres of the folk literature and thus, created comprehensive researches on the folklore in the emigration.

Scientific-theoretical researches of emigration folklore stu­di­es differ in a great deal from the researches conducted under the Soviet pressure of the same period with its objectivitiy, pe­cu­li­arity and methodological aspect.

Many issues of the different genres of the folk literature which were forbidden during Soviet sencorship were dealt and researched in the emigration for the first time.

It is worth to note that, during the Soviet ruling not only talking about the researches in the emigration, but also mere men­tioning of them could have generated great concern. Ho­we­ver, names of A.Huseynzadeh, A.Aghaoghlu, M.A.Rasulzadeh, A.Jafaroghlu, J.Hajibayli and others were men­ti­oned from time to time in the Azerbaijanian press. But un­for­tu­na­tely, these articles had the objective of prejudicing them and were written under the Soviet censorship and lacked any objectivity.

After regaining independence, conditions for the research and promotion of the folklore heritage were created in Azer­bai­jan, but during these years their researches have not been pub­lis­hed collectively.

Some of the work of these emigratns living in Turkey, Germany, France and USA were compiled in the book “Folklore re­searches in the emigration” (1st book) published by Folklor In­sti­tute of Azerbaijanian National Sciences Academy. It is en­vi­sa­ged to continue this work in the future and to include not only the researches, but also folklore materials collected in the em­ig­ra­ti­on and published in diferent countries of the world.


KİTABIN SƏHİFƏLƏRİNDƏ
Mühacirət folklorşünaslığının

dəyərli örnəkləri (Almaz Həsənqızı) 3
Əhməd Cəfəroğlu

Azəri türk həyatında batil etiqadlar 53

Folklorumuzda milli həyat və dil bakiyələri 70

Hüdud boyu saz şairlərimizdən Bağdad xanım 86


Məhəmməd Əmin Rəsulzadə

“Dədə Qorqud” dastanları 92

“Dədə Qorqud” oğuznamələri 96

Novruz bayramı 99


Mirzə Bala

“Dədə Qorqud” 104


V.Nuhoğlu

Dövlət quşu 109


İren Melikoff

“Qazan” sözcüyü üzərinə 113

Gürcülər, türkmənlər və Trabzon:

“Kitabi-Dədə Qorqud” üzərinə 119

Anadolu türklərinin dastani ədəbiyyatında

(dinsəl qəhrəmanlıq mətnlərində) simvol saylar 133


Səlim Rəfiq

Azəri xalq ədəbiyyatında “Dəli Alı” dastanı 143

Nigarıstanlı Aşıq Sadığın bir şeiri 149
Hüseyn Baykara

Azərbaycan tarixində qaçaqlar hərəkatı 151


Nəbi Turablı

Qaçaq Nəbi 170


Yunus Lənkəranlı

Qaçaq Nəbi 173



Məmməd Sadıq Sənan

Azəri saz şairləri 175


Mehmet Şakir

Aşıq Qurbaninin üç mənzuməsi 180


Mirzadə Mustafa Fəxrəddin

Azəri aşıqlarından Sarı Aşıq 184


Əbdülvahab Yurdsevər

Aşıq Ələsgər 188

Ergenekon 190
Xavər Aslan

Azərbaycan aşıq ədəbiyyatı 193

Sözlü ədəbiyyatımızda həcv 202
Mustafa Haqqı Türkəqul

Azərbaycan musiqisi 212


Əziz Özər

Türkiyədə azəri türki və oyunları 224


Behruz Həqqi (Çöl gülü)

Ata sözlərinin kökləri və şifahi xalq

ədəbiyyatından örnəklər 229
Məmməd Altunbay

Lenini mən gömdüm 240


Şərhlər 245

Summary 248

Mühacirətdə folklor araşdırmaları

(I kitab),

Bаkı, Elm və təhsil, 2015


Nəşriyyat direktoru:



Nadir Məmmədli
Nəşriyyat redaktoru:

Vəfa İsgəndərova
Kompyuterdə yığdı:

Ləman Qafarova
Kompyuter tərtibçisi və

texniki redaktoru:



Aygün Balayeva
Kağız formatı: 60X84 1/32

Mətbəə kağızı: №1

Həcmi: 252 səh.

Tirajı: 300


Kitab Azərbaycan MEA Folklor İnstitutunun

Redaksiya-nəşr bölməsində yığılmış, səhifələnmiş,

“Elm və təhsil” NPM-də ofset üsulu ilə



hazır deopozitivlərdən çap olunmuşdur.


1 “Kommunist” qəzeti, Bakı: 26 may 1951

2 “Kommunist” qəzeti, Bakı: 26 may 1951

1 “Kommunist” qəzeti, Bakı: 26 may 1951

1 Nağı Keykurun. Xatirə dəftərindən bir yarpaq, “Novruz” qəzeti, Bakı, 28 may 1991

1 Baykara Hüseyin. Azerbaycan İstiklal Mücadelesi Tarihi, İstanbul, 1975, s.11

1 Veliyev Afgan. Azerbaycan siyasi düşünce tarihi ve Mirza Bala Meh­met­zade (1898-1959), İstanbul, Doğu Kütüphanesi, 2006, s.151

1 Ə.Cəfəroğlunun verdiyi mlumata görə, Aşıq Namaz əslən Azərbaycan türkü olub, Qazax mahalının Daşsalahlı kəndində doğulmuşdur. Lakin gənc yaşla­rından əvvəl Axıskaya, 1933-cü ildən Türkiyəyə köçən aşıq Muş ilçəsinin Bulanıq kəndində məskən salmışdır – tərtibçi

1 “Batil etiqadlar” söz birləşməsilə inanclar nəzərdə tutulmuşdur. İfadənin hərfi mənası “həqiqətə uyğun olmayan etiqadlar” kimi başa düşülür tərtibçi.

2 Bu tədqiqatı nəşr edən redaktorun qeydidir– tərtibçi

1 Vaxtilə qənd və ya pul yerinə iki gün plov gətirilməkdə idi. Ölümün üçündə və yeddisində eyni şey təkrar edilirdi

2Anadolu manilərinin eynisidir. Təfsilat üçün bax: A.Djafaroglu, 75 Azerbayğanische Lieder “Bayaty”, Berlin, 1930

1 Ağır-ağır yerişinə

2 Səndən əvvəl ölənlər

3 Ölünün yuyulduğu taxta, tənəşir

1 “Kol” süpürgə mənasındadır.

1 A.Caferoğlu. Afyonhisar Azəriləri, “Türklük” mecmuası, 1939, sayı 1, s.28

1 Bismillah

2 Muravyov, İran mektubları, “Etnografi mecmuası”, T.10, s.210. Çuvaş türk­lərində çiy yumurta yeni dünyaya gələn uşağın başı üzərində qırılır və eyni zamanda canlı xoruzun başı qoparılır. “Etnografi mecmuası”, XI, s.50-51

1 İzmirlilərə görə, kəsilən dırnaqlar toplanılmazsa, ailənin pərişan olaca­ğına şübhə edilməz

2 Eyni baxış bu günə qədər hələ də Şamda da mövcuddur.Yalnız burada yolçunun tez dönməsi üçün böyük bir qaba su doldururlar. P.Aubin. La Perse, Paris, 1908, s.326

1 Qızılbaşlar dərhal dini rəqslər keçirirlər

2 “Aşura” məhərrəm ayının onuncu günü olub, şiələr üçün ən böyük matəm gü­nüdür. Həzrəti Əlinin oğlu Hüseyn bu gündə öldürülmüşdür. Buna görə mə­hərrəm ayının ilk doqquz günündə axşamları “Şəxsey”, “Vaxsey” , yəni “ Şah Hüseyn”, “Vah Hüseyn” dini mərasimi keçirildikdən sonra onuncu gün gün­düzün “təşbih” olaraq Həzrəti Hüseynin adına əsasən bir at bə­zə­di­lir. Adı “Zül­cənah” olur. Atın üzəri bəyaz bezlə örtül­müşdür. Bezin üzərinə qır­mızı qan ləkə­ləri çəkilmiş və qamışdan düzəldilən bir xeyli ox sap­lan­mış­dır. Ayrıca, canlı gö­yərçinlər asılmışdır. Rəvayətə görə, Həzrəti Hüseyn bu at üzərində öldü­rülmüş və at da qaçıb “Xeymə”lərə gəlmişdir. Bu sırada Zey­nəb atın üzərində qırx min ox görmüşdür. Bu xatirəni canlandırmaq üçün, şiələrə görə, Aşura gü­nü bu təs­viri təmsil edən bir at süslənməkdədir ki, altından doğmayan qadınlar keçərlər. Konya mövləviləri bu gün mü­na­si­bə­tilə “aşura” yeyərlərmiş (Qord­levskiy, Os­manlı Halk takvimi için mal­ze­me, “Jivaya starina”, 1911, s.443).

1 İstanbulda uşaq doğmaq istəyən qadın “Mərkəz Əfəndi” məzarından bir gül qopararaq, onu qırx gün başında daşıyar (Meszaros, “Keleti Szembe, T.VII, Budapeşt, 1-06, s.62)

1 Salman Mümtaz. Azərbaycan ədəbiyyatı: Qasım bəy Zakir, Bakı, 1925, s.304

2 S.Şapşal. İran şiirlerinin güzel sanatlarında müslüman akdesleri, “Vostoç­nıy Sbornik”, S.Petersburg, 1913, I, s.14

3 Səmər­qənddə yerli əhali arasında eyni mərasimin yapıldığına şəxsən özüm şahid oldum. Vaxtından daha gec gəzən uşağı bir qəlbirə qoyub ya­nına ayrıca şəkər və pul yerləşdirirlər. Uşağın ya iki ayaq, ya da iki əl bar­maq­larını pambıq ipliklə bir-birinə bağladıqdan sonra küçəyə bu­raxırlar. Kü­çədən ilk keçən adamdan ipliyi kəsməsi rica olunur. Bunu eləyən adam pu­lu və şəkəri götürüb gedir. Bundan sonra uşaq da ye­ri­m­əyə baş­layar.

1Salman Mümtaz. Azərbaycan ədəbiyyatı, Molla Pənah Vaqif, Bakı, 1925, s.115

1 A.Caferoğlu. Azəri şivəsində bazı Moğol unsurları, “Azerbaycan yurt bilgisi”

2 Qovut nəzərdə tutulmuşdur – tərtibçi.

1 Bakiyə – keçmişin yadigarı, miras – tərtibçi

1 xalq ədəbiyyatı – tərtibçi

2 Qriqori Nikolayeviç Potanin (1835-1920) səyyah, etnoqraf, bioloq. Onun bir neçə səyahəti nəticəsində yazdığı “Orta əsrlər Avropa eposunda Şərq motivləri” əsəri 1899-cu ildə nəşr edilmişdir – tərtibçi

1 Çömçə – tərtibçi

2 Yarpağı qabaq yarpağı kimi olan ətli, tüklü, su kənarlarında bitən bitki – tərtibçi

1 gəlincik – tərtibçi

1 Ə.Cəfəroğlu məqaləsində bu sözu rus dilində səsləndiyi kimi işlətmişdir – tərtibçi.

1 İfadə “şamanizmə tapınan türklər” mənasında işlədilir– tərtibçi

1 Eynidir – tərtibçi

1 zəngi – tərtibçi

1 xal­ları – tərtibçi

1 Mənbələrdə Boz ayğırlı Bamsı Beyrək kimi verilməkdədir – tərtibçi

1 Kırzıoğlu M.Fahrettin. Dede Korkut Oğuznameleri. İstanbul, 1952, Bur­hanettin Erenler Matbaası. 132 sah., I kitap, fiyatı: 250 kuruş

1 Dövlət Siyasi İdarəsi (Государственное политическое управление (ГПУ). “QPU" adı "KQB" adından əvvəl yaranmışdır – tərtibçi.

1 Məqalə Mirzə Bala imzası ilə nəşr olunmuşdur – tərtibçi.

2 Adam Oliarius, Puteşestvie po Moskoviyu i Persiyu, almancadan tərcümə edən: P.Barsov, Moskva, 1870, kitab 6, fəsil IX, s.971

3 Eyni əsər, s.968

1 Akademik Hey­dər Hüseynovun (1908-1950) “Azərbaycanda XIX əsr ictimai fikir tarixindən” kitabı nəzərdə tutulur – tərtibçi

2 Sosyura Vladimir Nikolayeviç (1897-1965), “Ukraynanı sev” şeirinə görə 1951-ci ildə repressiyaya uğrayan,Ukraynadan olan sovet şairi – tərtibçi

1 M.B.Məmmədzadənin imzalarından biri – tərtibçi

2 Müəllif nağılları nəzərdə tutur – tərtibçi

1 Abdubaki Gölpınarlı. Mənakibi Hacı Bektaşı Veli “Vilayetname”, İstanbul, 1958

1 Das Vilayet-Name des Haggi Bektasch, Leipzich, 1927

2 Abu Muslim, le “Porte-Hache” du Khorassan dans la tradition epique turco-iranienne, Paris,1962

3 Xörək nəzərdə tutulur – tərtibçi

4 Bax: İrene Meli­koff. Hadji Bektach: un mythe et ses avatars, Lieden, 1998, s.114

1 Le Livre Dede Korkut-Recit de la Geste Oghuz, traduit et presente par Louis Bazin et Altan Gökalp

2 A.Gölpınarlı.Tasavvuftan dilimizə geçen deyimlər ve atasözleri, İstanbul, 1977, s.5-8

3 “Ahmet Yesevi et mystique populaire turque” adlı məqaləmiz, “Sur les traces du soufisme turc”, s.139-150 və “Hacı Bektach: un myth et ses avatars” adlı kitabımız, s.5-8

4 J.K.Birge. The Bektashi Order of Dervishes, Londres/Hartford, 1937, s. 169-170, 175

1 A.Gölpınarlı.Tasavvuftan dilimizə geçen deyimlər ve atasözleri, İstanbul, 1977, s.188-189

2 qazan qaynatmaq, füqəralara aş vermək

3 Əxi – “qardaş” deməkdir – tərtibçi.

4 İbn Bətuta (1304-1377) ərəb səyyahı. Ömrünün 30 ilini orta əsrlərin müsəlman ölkələrini gəzmiş və “İbn Bətutanın səyahətləri” kitabını yazmışdır – tərtibçi.

5 İbn Batuta. Voyages et Periples,Voyageurs arabes, Paris, 1995, s.635-669; ayrica bax: “Un document Akhi du XIII e.sie­cle”, Del Epopee au Mythe, İstanbul, 1995,s.145-162

6 Məslək loncaları – əqidə birlikləri mənasındadır – tərtibçi.

7 Bax: Hadji Bektach:un mythe et ses avatars, s.108-115

1  Ömər Lütfü Barkan, “Osmanlı imperatorluğunda bir iskan ve ko­lo­ni­zas­yon metodu olaraq vakıflar ve temliklər”, Vakıflar dergisi, II, Ankara, 1942, s.279-386: ayrıca bax: “Un ordre de Derviches colonisateurs: les bektachis”, Sur les traces du soufisme turc, s.115-125

2 Chritianity and İslam under the Sultans, II cild, Oxford, 1929

3 Qazan devirmənin at meydanında (hippodrom) deyil, yeniçəri qış­laq­la­rı­nın (Orta) yaxınındakı Ət meydanında olması fikrini, əslində, məsləkdaşım Gil­les Veinstein mənə verdi.

4 Tarih deyimləri və Terimləri Sözlüğü, XII, Fasikül, İstanbul, 1951, s.228-229

1 Abdülbaki Gölpınarlı, Mənakib-i Hacı Bektaş, s.78-79

2 Hər ikisi də dostum olan iki türkoloqun bu fikir ayrılıqlarına mən də Kon­ya ətrafında (Sille) içinə qurban ətlərinin qoyulduğu dərin mis qablara “ləyən” deyildiyini əlavə edərək, mövzuya kiçik bir xidmət etmək istərəm –

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin