203
olub, beynəlxalq standart vahidi kimi qəbul edilmişdir.
Soya ilə zənginləşdirilmiş qida məhsullarına həm də müali-
cəvi-profilaktiki məhsullar kimi baxmaq olar. Soyanın hipolipi-
demik, antikanserogen və antiosteoporoz xüsusiyyətləri bütün
dünyada qəbul edilmişdir.
Soya məhsullarının xərçəng və xolseterinin əleyhinə effekti
onun tərkibində izoflavonolların (henestein) və oliqosaxaridlərin
(rafinoza, staxnoza) olması ilə əlaqədardır.
İzoflavonallar-soyanın bioloji aktiv maddələri olub, bioflavo-
nidlər qrupuna aiddir. Soya paxlasinda izoflavonallar polifonol-
ların beta-qlükozidləri və aqlikoqlikanlar formasında olur.
Ümumulikdə soya flavonallarınşn təbii izomerlərinin sayı 12-yə
çatır. Soya paxlasinda izoflovanolların miqdarı 1 kq quru maddədə
3 mq-dır. Bu birləşmələr ekstragen və antioksidant aktivliyinə
malik olub, ateroskleroz, bədxassəli xərçəng və osteoporozun
terapiya və müalicəsində böyük potensiala malik olması ilə
xarakterizə olunur. Soya məhsullarının antiosteoporoz xüsusiy-
yətləri tərkibində kükürdlü aminturşuların az miqdarda olmasıdır.
Tərkibində qida liflərinin olması ona diabetə qarşı dözümlük verir
və lesitinə görə o, yaddaşı da yaxşılaşdırır. Soya zülallarının
həmçinin immunmodelləşdirici xüsusiyyəti də vardır.
Ət məhsullarının yağ turşusu tərkibinin balanslığının yaxşı-
ladırılması məqsədilə onun hazırlanmasında bitki yağlarından
istifadə edilir (günəbaxan, soya, zeytun və s.).
Son zamanlar ədəbiyyatda ət məhsullarının reseptində palma
yağı “Karotino”-dan istifadə edilməsi barədə məlumatlar vardır.
Bu yağ tərkibinə və xüsusiyyətinə görə zeytun yağına
bənzəyir və
digər yağlardan
üstün olmaqla, yüksək
antioksidant xüsusiyyətinə
malikdir.
Qırmızı palma yağı “Karotino” (“Carotino Sdn BHD,
Malayziya firması) karotinin (437 mq/kq), E-vitamininin (730
mq/kq) və Q
10
koformentinin (4,3 mq/kq) yüksək miqdarına
malikdir. Yağ yüksək miqdarda olein (47,6%), linol
6
(12%) və
linol
3
(1,3-0,5%) turşularına malikdir. Buna görə də “Karotino”
204
yağı uşaq, pəhriz və funkisonal məqsədli ət məhsullarının
zəngin-
ləşdirilməsi üçün məsləhət görülür.
“Karotino” yağı diabet, piylənmə və ürək-damar
xəstəliklərinin profilaktikasında yüksək səmərə verir. Bu əsasən
onun qanda yüksək sıxlıqlı xolesterinin miqdarını artırmaq və aşa-
ğı sıxlıqlı xolesterinin miqdarını azaltmaq xüsusiyyəti ilə müəyyən
olunur ki, bu da ürək-damar xəstəliklərinin yaranma riskini yara-
dır.
Funksional ət məhsullarının istehsalında təbii bioloji aktiv
maddələr əsasında alınmış vitamin və digər preparatlar istifadə
edilir.
Dostları ilə paylaş: