0 Ə-C.İ.Əhmədov N. T.Əliyev m e y V ə V ə t ə r ə V ə z I n ə M t ə Ə Ş Ü nasl I ğ I (Dərslik)



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix01.01.2017
ölçüsü3,77 Mb.
#4002
1   ...   22   23   24   25   26   27   28   29   30

Təzə baş soğan  

 

         Istehlak üçün göndərilən, tədarük edilən təzə baş soğanın keyfiyyəti QOST 



1723-86, kütləvi iaşə müəssisələrinə  və  pərakəndə ticarət  şəbəkəsində satılmaq 

üçün göndərilən baş soğanın keyfiyyəti QOST 27166-86 üzrə müəyyən edilir. 

Ekspert baş soğanın dadına görə onun  hansı qrupa (acı, yarımacı,  şirin 

soğanlar) və botaniki sorta aid olduğunu nəzərə almalıdır. 

Baş soğanın quru qabığı bütöv və ya 2 sm-dən çox olmayan endə açılmış, 

ikinci quru qabığı qalmaqla birinci quru qabığı boşalmış və quru saplağı 1 sm-dən 

çox olmayanlar standart məhsul hesab edilir. 

Ekspert baş soğanın boğaz və dib çürüməsi xəstəliyinə tutulmasına, gənə və 

gövdə nematoduna fikir verməlidir. Gənə  xəstəliyinə tutulmuş soğanların 

zədələnmiş sulu qabığında intensiv yaşıl və sarı rəngli ləkələr əmələ gəlir. 

Əgər partiya baş soğan məhsulunda gənə  xəstəliyi və gövdə nematodu 

olarsa, belə məhsulu göndərmək olmaz. 

Təzə cücərtili baş soğanı çıxdaş etmirlər, cücərtiləri kəsir və 100% itkiyə aid 

edirlər. Qeyri-standart məhsula aşağıdakılar aid edilir. 

1.

 

Ən böyük en kəsiyinin diametri uzunsov soğanlar üçün 3 sm-dən, digər 



soğanlar üçün 4 sm-dən az olan soğanlar. 

2.

 



Mexaniki zədələnmiş soğanlar. 

3.

 



Kənd təsərrüfatı  zərərvericiləri ilə  zədələnmişlər, lakin istehlaka yararlı 

soğanlar. 

4.

 

Qabığı soyulmuş soğanlar. 



5.

 

Cücərmiş soğanlar (istifadəyə yararlı). 



Tullantıya aşağıdakı soğanlar aid edilir. 

1.

 



Soğanağı baş əmələ gətirməyən içi boş olanlar. 

 

 

384



2.

 

Tamamilə cücərmiş soğanlar (istifadəyə yararsız). 



3.

 

Əzilmiş soğanlar. 



4.

 

Donmuş  və donu açıldıqdan sonra əmtəə keyfiyyətini bərpa etməyən 



soğanlar. 

5.

 



Pörtülmüş (yanmış) soğanlar. 

6.

 



Çürümüş və iy vermiş soğanlar. 

Təzə ərzaq qarpızı  

 

              Təzə halda istehlak üçün tədarük edilən, göndərilən və satılan təzə 



ərzaq qarpızının keyfiyyəti QOST 7177-80 üzrə müəyyən olunur. Tipik botaniki 

sortuna uyğun gəlməyən formada, lakin eybəcər olmayan qarpızlar, qabığı 

zədələnmiş, lakin kəsikləri dişlənməmiş qarpızlar standart hesab edilir. 

Meyvəsi zəif sıxılmış qarpızlar göndərilmək üçün yol verilmir, lakin təyinat 

yerində satış zamanı standart hesab edilir. 

Antraknoz və digər xəstəliyə tutulmuş qarpızların göndərilməsinə icazə verilmir. 

            Təyinat yerində qarpızın səthində antraknozla zədələnmə müşahidə 

edilərsə, lakin bu xəstəlik qarpızın  ətliyinə keçməyib istehlak üçün yararlı 

olarsa, onda qeyri-standart məhsul hesab edilir. Əgər antraknoz xəstəliyi çox 

müşahidə edilib qarpızın ətliyinə də keçərsə, belə məhsul tullantı hesab edilir. 

Qeyri-standart məhsula aşağıdakılar aid edilir. 

1.

 



Ən böyük en kəsiyinin diametri müəyyən olunmuş ölçüdən az olan, lakin 

yetişmiş qarpızlar. 

2.

 

Bərk sıxılmış və batıq yeri olan qarpızlar. 



3.

 

Kənd təsərrüfatı  zərərvericiləri ilə  zədələnmiş  və qabığı  xəstə qarpızlar. 



Lakin bu xəstəliklər ətliyə keçməməlidir; 

4.

 



Tam yetişməmiş, lakin istehlaka yararlı qarpızlar. 

Tullantıya aşağıdakılar aid edilir. 



 

 

385



1.

 

Çatlamış qarpızlar. 



2.

 

Əzilmiş və sıxılmış qarpızlar. 



3.

 

Ətliyi seliklənmiş yetişib ötmüş qarpızlar. 



4.

 

Yemlik qarpız sortları. 



5.

 

Ətliyi boğunuq çəhrayı və ağ olan, istehlaka yararsız qarpızlar. 



6.

 

Daxili yumşaq hissəsi kənd təsərrüfatı  zərərvericiləri və  xəstəliklə 



zədələnmiş qarpızlar. 

7.

 



Çürümüş və iy vermiş qarpızlar. 

Qarpızın boşaldılması zamanı  zədələnmiş qarpızlar ayrıca yığılır və alıcı 

təşkilatın ayağına yazılmaqla çıxdaş edilir. 

Təzə qovun (yemiş) 

Təzə halda istehlak üçün tədarük edilən, göndərilən və satılan təzə qovunun 

keyfiyyəti QOST 7178-85 üzrə müəyyən olunur. 

Tipik botaniki sortuna uyğun gəlməyən formada, lakin eybəcər olmayan 

qovunlar, qabığı  zədələnmiş, lakin kəsikləri dişləşməmiş qovunlar standart 

hesab edilir. 

Payız-qış sortları saplaqsız göndərilə bilməz. Lakin təyinat yerində saplağı 

birləşən yer zədələnməmiş olarsa, belə qovunlar standart hesab edilir. 

Orta müddətə yetişən və payız-qış sortlarının qabığı kobud olarsa, toxum 

kamerasında yetişməmiş toxumlar ətliyə  bərk birləşmiş olarsa, qeyri-standart 

hesab edilir. Belə qovunlar tədarük yerində saxlanılıb yetişdirilir. 

Qeyri-standart məhsula aşağıdakılar aid edilir. 

1.

 

Ölçüsü standart göstəricidən az olanlar. 



               2.  Bərk sıxılmış və batıq yeri olan qovunlar 

 


 

 

386



 

 

9.3.1.3. Meyvələrin və üzümün keyfiyyətcə tədqiqinin 

xüsusiyyətləri 

 

              Ekspertiza aparmaq üçün orta nümunəni və  tədqiq üçün birləşmiş 



nümunəni ayırmazdan  əvvəl mütəxəssis daxil olmuş partiya mala bütünlüklə 

aşağıdakı ardıcıllıqla baxış keçirir: Əvvəla meyvənin qablaşdırıldığı taranın 

QOST-un tələbinə uyğunluğunu yoxlayır, malın markalanmasına və onun 

düzgünlüyünə, o cümlədən meyvənin homoloji sortunun və  əmtəə sortunun, 

qablaşdırılma tarixinin və göndərən təşkilatın adının olmasına fikir verir. Sonra 

məhsulun homoloji sortundan və  əmtəə sortundan asılı olaraq onun 

yerləşdirilməsini və yerlərin sayının sənəddə göndərilən saya uyğun olmasını 

yoxlayır. 



 

Tezyetişən təzə armud 

               1 sentyabra qədər tədarük edilən və təzə halda istehlak üçün satılan və 

sənaye emalına göndərilən tezyetişən armudun keyfiyyəti QOST 21714-76 

uyğun müəyyən edilir. 

Təyinat yerində qeyri-standart meyvələrə (standartda yol veriləndən artıq) 

aşağıdakılar aid edilir. 

1.

 

Ən böyük en kəsiyinin diametri 40 mm-dən az olan (15 avqustdan sonra 



göndərilən sortlar üçün), lakin yetişmiş armudlar. 

2.

 



Səthinin   

1

/



4

 -dən çox hissəsinin sıxılmış,  əzilmiş  və dolu ilə  zədələnmiş 

olan armudlar. 

3.

 



Səthinin    

1

/



8

-dən çox hissəsində sağalmış qabıq zədələri, ləkə və nöqtələr 

formasında dəmgil xəstəliyi olan armudlar. 

4.

 



Eybəcər armudlar. 

 

 

387



5.

 

Meyvə (alma) qurdu ilə zədələnmiş armudlar. 



6.

 

Qabığı təzə zədələnmiş və ya deşilmiş, lakin istehlaka yararlı armudlar. 



Tullantıya aşağıdakı meyvələr aid edilir (100%-dən artıq hesablanır). 

1.

 



Əzilmişlər. 

2.

 



Yetişib ötmüşlər. 

3.

 



Çürümüşlər. 

4.

 



Kif atmışlar. 

5.

 



Yetişməmiş (yaşıl), istehlak üçün yararsızlar. 

Gecyetişən təzə armud 

           1 sentyabrdan sonra tədarük edilən və təzə halda istehlak üçün satılmağa 

və  sənaye emalına göndərilən gecyetişən armudun keyfiyyəti QOST 21713-76 

uyğun müəyyən edilir. 

          Təyinat yerində qeyri-standart meyvələrə (standartda yol veriləndən artıq) 

aşağıdakılar aid edilir. 

1.

 

Ən böyük en kəsiyinin diametri 40 mm-dən az olan, lakin tez yetişmiş 



armudlar. 

2.

 



Səthinin     

1

/



4

-dən çox hissəsinin sıxılmış, əzilmiş və dolu ilə zədələnmiş olan 

armudlar. 

3.

 



Səthinin   

1

/



8

-dən çox hissəsində sağalmış qabıq zədələri, ləkə  və nöqtələr 

formasında dəmgil xəstəliyi olan armudlar. 

4.

 



Eybəcər armudlar. 

5.

 



Meyvə (alma) qurdu ilə zədələnmiş armudlar. 

6.

 



Qabığı təzə zədələnmiş və ya deşilmiş, lakin istehlaka yararlı armudlar. 

Tullantıya aşağıdakı meyvələr aid edilir (100%-dən artıq hesablanır). 

1.

 

Yetişməmiş, istehlaka yararsız armudlar. 



2.

 

Əzilmişlər. 



3.

 

Yetişib ötmüşlər. 



4.

 

Çürümüş və kif atmışlar. 



 

 

388



Təzə ərik 

              Tədarük edilən və təzə halda istehlak üçün satılmağa və sənaye emalına 

göndərilən təzə əriyin keyfiyyəti QOST 21832-76 üzrə müəyyən edilir. 

              Təyinat yerində qeyri-standart meyvələrə aşağıdakılar aid edilir: 

1.

 

Meyvə səthinin     



1

/

4



-dən çox hissəsində sıxılmış, sürtülmüş və günəş yanığı 

ilə zədələnmiş əriklər. 

2.

 

3-dən çox yerdə dolu zədələnməsi olan əriklər. 



3.

 

Meyvə qurdu ilə zədələnmişlər. 



4.

 

Qabığı təzə zədələnmiş və ya deşilmiş, lakin istehlaka yararlı əriklər. 



5.

 

Yetişib ötmüş əriklər (ətliyi axmayanlar). 



Tullantıya aşağıdakılar aid edilir. 

1.

 



Yaşıl, istehlak üçün yararsız əriklər. 

2.

 



Əzilmişlər. 

3.

 



Çürümüşlər. 

4.

 



Kif atmışlar. 

Irimeyvəli təzə gavalı və alça 

                Tədarük edilən və  təzə halda istehlak üçün satılmağa və  sənaye 

emalına göndərilən təzə irimeyvəli gavalı və alçanın keyfiyyəti QOST 21920-76 

üzrə müəyyən edilir. 

               Təyinat yerində tullantı meyvələrə aşağıdakılar aid edilir. 

1.

 



Yaşıl rəngli istehlak üçün yararsız meyvələr. 

2.

 



Əzilmişlər. 

3.

 



Çürümüş və kif atmışlar. 

Təzə albalı və gilas 

              Tədarük edilən və təzə halda istehlak üçün satılmağa və sənaye emalına 

göndərilən təzə albalı  və gilasın keyfiyyəti uyğun olaraq QOST 21921-76 və 

QOST 21922-76 üzrə müəyyən edilir. 



 

 

389



             Təyinat yerində tullantı meyvələrə  aşağıdakılar aid edilir (100%-dən 

artıq hesablanır). 

1.

 

Yaşıl rəngli istehlak üçün yararsız meyvələr, 



2.

 

Əzilmişlər. 



3.

 

Çürümüş və kif atmışlar. 



Təzə süfrə üzümü 

Tədarük edilən və  təzə halda istehlak üçün satılmağa və  sənaye emalına 

göndərilən təzə süfrə üzümünün keyfiyyəti  QOST 25986-83 üzrə müəyyən 

edilir. 


Əvvəla partiya malın qablaşdırıldığı taranın standarta uyğunluğu, markalanması 

və üzümün ampeloqrafik sortunun eynicinsliyi müəyyən edilir. 

Hər qablaşdırma yerində digər ampeloqrafik sort qarışığı müəyyən edildikdə

onları ayırıb aktda müəyyən edilən sortun adı və faizlə miqdarı qeyd olunur. 

               Götürülmüş orta nümunədə çatlamış, giləsi bərkimiş, çürümüş  və 

kiflənmiş gilələri ayırmaq və onların faizlə miqdarını təyin etmək üçün hər bir 

salxımı qayçı ilə kəsib (əzmədən) gilələyirlər. 

              Təyinat yerində qeyri-standart məhsula aşağıdakılar aid edilir (QOST-

da yol verilən miqdardan çox). 

1.

 



Solmuş (bürüşmüş) giləmeyvələr – 1 noyabra qədər. 

2.

 



Salxımı tam olmayanlar. 

3.

 



Dənələnmiş gilələr. 

4.

 



Çatlamış gilələr. 

5.

 



Giləsi bərkimiş (gərzəngi vurmuş) gilələr. 

             Tullantıya aşağıdakılar aid edilir (100%-dən artıq hesablanır). 

1.

 

Əzilmişlər. 



2.

 

Donmuşlar. 



3.

 

Çürümüş və kif atmışlar. 



 

 

390



4.

 

Qurumuşlar. 



Sitrus meyvələri – təzə limon, naringi, portağal 

                 Tədarük edilən və  təzə halda istehlak üçün satılmağa və  sənaye 

emalına göndərilən təzə portağalın (tropik ölkələrdən gətirilənlər istisna 

olmaqla), naringinin və limonun keyfiyyəti uyğun olaraq QOST 4427-82, QOST 

4428-82 və QOST 4429-82 üzrə müəyyən edilir. 

                Keyfiyyəti təyin etmək üçün orta nümunəni və ekspertiza üçün 

birləşmiş nümunəni ayırmazdan  əvvəl meyvələrin qablaşdırıldığı taranın, 

markalanmanın və qablaşdırmanın QOST-a uyğunluğunu, mövcud 

markalanmanın sənədlərdə göstərilənlərə uyğunluğu, dərəcələrə və ölçülərə görə 

düzgün yerləşdirilməsi yoxlanılır. 

                Meyvələrin ölçüyə görə  dərəcələri  ən böyük en kəsiyinin diametrinə 

görə xüsusi kalibirləşdirmə şablonlarının köməkliyi ilə müəyyən edilir. 

                 Hər bir dərəcəyə aid meyvə öz ölçüsünə uyğun gələn  şablondan 

şaquli (dik) xətt üzrə keçməyib, üstdə qalmalıdır. 

                Əgər partiya mal ölçüyə görə  dərəcəsi göstərilmədən daxil olubsa, 

onda orta nümunə vahid partiyadan götürülür və keyfiyyətinin təyinindən alınan 

nəticələr bütün partiya mala şamil edilir. 

               Qeyri-standart  məhsula aşağıdakı meyvələr aid edilir (QOST-da yol 

verilən normadan artıq). 

1.

 



Müəyyən olunmuş ölçüdən kiçik (istehlak üçün yararlı) meyvələr. 

2.

 



Səthin 

1

/



4

-dən çox olmayan sahədə probkaşəkilli çıxıntılı, dolu zədələmiş, 

cızılmış, qara göbələk və çanaqlı yastıca ilə zədələnmiş meyvələr. 

3.

 



Zəif qəhvəyi ləkəliliklə  zədələnmiş, lakin ətliyinə keçməyən meyvələr 

(naringi və portağalda ən çoxu 2 sm sahədə). 

4.

 

Tünd-yaşıl rəngli (istehlak üçün yararlı) meyvələr. 



         Tullantıya aşağıdakı meyvələr aid edilir. 

 

 

391



1.

 

Yaşıl (istehlaka yararsız) meyvələr. 



2.

 

Donmuş meyvələr. 



3.

 

Pörtülmüş (yanmış) meyvələr. 



4.

 

Çürümüş və kif atmışlar. 



 

 

 

392



 

9.3.2. Meyvə-tərəvəzlərdə titrlənən turşuluğun təyini 

 

Ləvazimat və reaktivlər. Su hamamı, texniki tərəzi, 250 ml-lik ölçülü 

kolba, termometr, 500 ml-lik kimyəvi stəkan, qıf, filtr kağızı, 25-50 ml-lik pipetka, 

titrləşdirici qurğu (ştativə bərkidilmiş cizgili büretka), 1%-li fenolftalein və ya 1%-

li timolftaleinin spirtdə məhlulu, 0,1 n qələvi məhlulu. 

Işin gedişi. Təhlil üçün ayrılmış orta nümunəni sürtgəcdən keçirib 

(həvəngdə  də  əzmək olar), texniki tərəzidə 25 q çəkib istiliyi 80

0

S olan su ilə 



birlikdə itkisiz olaraq 250 ml-lik ölçülü kolbaya keçiririk. Bu zaman istifadə edilən 

suyun miqdarı kolba həcminin 3/4 hissəsindən çox olmamalıdır. Kolbanı yaxşı 

çalxaladıqdan sonra 80-85

0

C temperaturu olan su hamamında 30 dəq müddətində 



saxlayırıq. Bu zaman kolbanı vaxtaşırı çalxalamaq lazımdır. Vaxt bitdikdən sonra 

onu otaq temperaturuna qədər soyudub cizgiyə qədər distillə suyu ilə doldururuq. 

Ağzını  tıxacla bağlayıb qarışdırır, quru qat-qat filtrdən süzürük. Alınmış filtratda 

turşuluq titrləmə üsulu ilə təyin olunur. 

Bu məqsədlə filtratdan 50 ml pipetka ilə götürüb 250-300 ml-lik konusvari 

kolbaya tökür, üzərinə 2-3 damla fenolftalein indikatoru əlavə edib 0,1 n NaOH 

qələvisi məhlulu ilə çəhrayı rəng alınana qədər titrləyirik. Nəzərə almaq lazımdır 

ki, filtratda CO

2

 qazı ola bilər. Bunu ayırmaq üçün filtrat qaynayanadək qızdırılır 



və qaynar filtrat titrlənir. Hesablama aşağıdakı düstur üzrə aparılır: 

2

1



100

Y

g

K

Y

Y

X



=



 

burada, Y – titrə sərf olunan 0,1 n qələvi məhlulunun miqdarı, ml-lə; 

  Y

1

 – nümunədən məhlul hazırlanan kolbanın həcmi, ml-lə; 



  Y

2

 – titrləmək üçün götürülən məhlulun miqdarı, ml-lə; 



    g – nümunənin kütləsi, q-la. 

K – müvafiq turşuya görə hesablamaq üçün istifadə olunan əmsal. Bu əmsal 

alma turşusu üçün – 0,0067; limon turşusu üçün – 0,0064; şərab turşusu üçün – 


 

 

393



0,0075; turşəng turşusu üçün – 0,0045; süd turşusu üçün – 0,0090 və sirkə turşusu 

üçün – 0,0060-dır. 

Meyvə-tərəvəzlərdə turşuluq orta hesabla faizlə  aşağıdakı kimidir: albalı, 

zoğal, alça, ərik – 2,5%, qarağat – 3,5%, limon – 8%, pomidor və turşəng – 1-

1,5%, alma – 0,2-0,6%, armud – 0,1-0,5%, heyva – 0,4-0,6%, şaftalı – 0,2-1,0%, 

gavalı – 0,4-0,9%, üzüm – 0,6-0,7% və s. 

 

9.3.3. Tərəvəzdə nişastanın turşu hidrolizi ilə təyini 

 

Ləvazimat və avadanlıq. Texniki-kimyəvi tərəzi, kimyəvi stəkan, filtr 

kağızı, 500 ml-lik konusvari kolba, əks soyuducu, su hamamı, 250 ml-lik ölçülü 

kolba, 50 ml-lik pipetka. 



Reaktivlər. Xüsusi çəkisi 1,19 olan HCl, natrium-hidroksid məhlulu, 

durulaşdırılmış HCl məhlulu. 



Işin gedişi. Sürtgəcdən keçirilmiş kartof nümunəsindən 2,5-3,0 q götürüb 

kimyəvi stəkana keçirməli, üzərinə 50 ml soyuq su əlavə etməli və tez-tez 

çalxalamaqla 1 saat müddətində saxlamalı. Sonra stəkandakı  məhlul filtrdən 

süzülür. Həll olan karbohidratları ayırmaq məqsədilə çöküntü 250 ml sü ilə 

yuyulur. Yuduqdan sonra kolbanın dibində  və filtrdə qalan maddələri 500 ml-lik 

konusvari kolbaya keçirir, üzərinə 25 ml xüsusi çəkisi 1,19 olan HCl əlavə etməli 

və  əks soyuducu ilə birləşdirib su hamamında 0,5 saat müddətində  qızdırmalı. 

Sonra kolbadakı qarışıq soyudulur, məhlul natrium-hidroksid məhlulu ilə titrlənib 

neytrallaşdırılır, bundan sonra əlavə 1-2 damla durulaşdırılmış HCl məhlulu əlavə 

edilir ki, turş mühit yaransın. Konusvari kolbadakı  məhlulu 250 ml-lik ölçülü 

kolbaya keçirməli. Kolba cizgisinə  qədər distillə suyu ilə doldurulur. Kolbadan 

pipetka ilə 50 ml məhlul götürülür və onun tərkibindəki qlükozanın miqdarı 

Bertran üsulu ilə (bax – «A» məhlulunda invert şəkərin təyini) təyin edilir. 

Nişastanın miqdarını hesablamaq üçün tapılmış qlukozanın miqdarı 0,9 əmsalına 

vurulur. Çünki nişastanın hidrolizi zamanı alınan qlükozanın miqdarı onun su ilə 


 

 

394



birləşməsi reaksiyasında iştirak etməsi hesabına nişastanın həqiqi miqdarından 

10% çox olur. 

n C

6

H



10

O

5



 + nH

2



→ n C

6

H



12

O

6



   162:180=0,9 

                            162           18               180 



Məsələ. Tədqiq üçün götürülən kartof nümunəsi 3 q-a bərabərdir. 

Qlükozanın təyini üçün götürülən 50 ml məhlul 0,6 q, başqa sözlə 600 mq məhsula 

bərabərdir. 

6

,



0

250


50

3

=



 qram, 50 ml filtratda hesablama nəticəsində tapılan 

qlükozanın miqdarı 120 q olmuşdur. Onda nişastanın miqdarı  aşağıdakı kimi 

hesablanır: 

%

18

9



,

0

20



600

9

,



0

100


120

=



=



mq

mq

 

           Deməli, tədqiq olunan kartofun tərkibində 18% nişasta vardır. Ədəbiyyat 



məlumatına görə kartofun müxtəlif təyinatı üzrə olan sortlarında 12%-dən 22%-

ə qədər nişasta olur. 

 

9.3.4. Aşı və boya maddələrinin təyini 

 

Suda həll olan aşı və boya maddələri tərəvəzlərin, meyvə və giləmeyvələrin 



hüceyrə  şirəsində olub, xoşagələn dadın və  rəngin  əmələ  gəlməsində  iştirak edir. 

Kimyəvi təbiətinə görə  aşı maddələri 2 qrupa bölünür: hidrolizləşən (tanin) və 

kondisiyələşən (katexin). 

Meyvə-tərəvəzlərin  əsas orqanoleptiki göstəricilərindən biri də onların 

botaniki sortuna müvafiq olan rəngidir. Onlara rəng verən boya maddələri 

(piqmentlər) – xlorofil, karotinoidlər, antosianlar, xromoproteidlər və başqalarının 

miqdarı və müxtəlifliyindən asılıdır. Aşı və boya maddələrinin Neybauer-Levental 

üsulu ilə təyinin mahiyyəti, meyvə-tərəvəzlərdə olan aşı və boya maddələrinin turş 

mühitdə KMnO

4

 məhlulu ilə oksidləşməsinə əsaslanır. 



Ləvazimat və reaktivlər. Texniki-kimyəvi tərəzi, çini kasa, 250 ml-lik 

ölçülü kolba, su hamamı, qıf, şüşə çubuq, həvəngdəstə və ya sürtgəc, termometr, 2 



 

 

395



litrlik çini kasa, kalium-permanqanat məhlulu (1 litr suda 1,333 q), indiqokarmin 

məhlulu (1 litr suda 30 q), durulaşdırılmış sulfat turşusu (1:4), aktivləşdirilmiş 

kömür. 

Işin gedişi. Tədqiq üçün ayrılmış meyvə çini həvəngdəstədə  əzilir və ya 

sürtgəcdən keçirilir. Hazırlanmış nümunədən 25 q çini kasacıqda çəkib, distillə 

suyu ilə  qıfdan 250 ml-lik ölçülü kolbaya tökülür. Götürülən suyun miqdarı 

kolbanın həcminin 3/4 hissəsi qədər olmalıdır. Itkiyə yol verilməməlidir. Kolbaya 

termometr yerləşdirib onu su hamamında 80

0

C-yə qədər qızdırırıq. Sonra kolbanı 



su hamamından çıxarıb, termometri su ilə yaxalayıb kolbaya keçiririk. Kolbadakı 

məhlulu axar su altında otaq temperaturuna qədər soyudub, ctzgiyə qədər distillə 

suyu ilə doldururuq. Kolbadakı  məhlulu qarışdırıb filtrdən süzürük. 2 litr tutumu 

olan çini kasaya süzülmüş filtratdan pipetka ilə 10 ml töküb üzərinə 20 ml 

indiqokarmin məhlulu, 10 ml 1:4 nisbətində sulfat turşusu və 1 litr su əlavə edirik. 

Kasada olan məhlulu  şüşə çubuqla qarışdırıb KMnO

4

  məhlulu ilə titrləyirik. 



Permanqanat məhlulunu büretkadan damla-damla tökmək lazımdır. Bu zaman 

rənglərin dəyişməsi tədricən olur. Daha doğrusu yaşıldan tünd göy və ya yaşılı sarı, 

sonra isə sarı  rəngə keçir. Əgər sonuncu damla düşərkən  şüşə çubuğun ardınca 

qırmızımtıl cizgi əmələ  gələrsə, titrləmə qurtarmış olur. Titrləşməyə  sərf olunan 

KMnO



məhlulu tədqiq olunan məhlulun tərkibindəki aşı, boya və digər oksidləşən 



maddələrin oksidləşməsinə sərf olunur. 

Ikinci dəfə kiçik çini fincana  pipetka ilə 10 ml filtratdan əlavə edib üzərinə 

2 q aktivləşdirilmiş heyvanat kömürü tökürük. Fincanda olan qarışığı su 

hamamında səthində buxar əmələ  gələnə kimi qızdırırıq. Sonra filtrdən süzürük. 

Süzülmə tam şəffaf filtrat alınana kimi davam etdirilir. Filtrdə qalan kömür qalığı 

ən azı 5 dəfə isti distillə suyu ilə yuyulur. Alınmış filtratı iri çini kasaya töküb 

üzərinə 20 ml indiqokarmin, 10 ml sulfat turşusu məhlulu və 1 litr su əlavə edib 

yuxarıdakı qayda üzrə titrləyirik.  0,3163 q  KMnO

4

-ın  0,4157 q tanini 



oksidləşdirdiyini nəzərə alsaq, məhsulda olan aşı  və boya maddələrinin faizlə 

miqdarı (X) aşağıdakı düstur üzrə hesablanır:  



 

 

396



(

)

3



2

1

3163



,

0

100



4157

,

0



001333

,

0



Y

g

Y

Y

Y

X





=



 

burada, Y – birinci titrləmə zamanı məhlulda olan bütün  

 oksidləşən maddələrin titrləşməsinə sərf olunan KMnO

4

  



 məhlulunun miqdarı, ml-lə; 

  Y


1

 – aşı və boya maddələrini adsorbsiya etdikdən sonra titrləşməyə  

 sərf olunan KMnO

4

 məhlulunun miqdarı, ml-lə; 



  Y

2

 – məhlul hazırlanan kolbanın həcmi, 250 ml; 



  Y

3

 – titrləmək üçün götürülən filtratın miqdarı, ml-lə; 



    g – təhlil üçün götürülən məhsulun kütləsi, q-la; 

  0,001333 – 1 ml məhlulda olan KMnO

4

 miqdarı, q-la. 



Əgər 25 q məhsul götürülüb 250 ml-lik kolbada məhlul hazırlanıbsa və 

filtratdan 10 ml titrləmək üçün götürülmüşsə, onda hesablama düsturu aşağıdakı 

sadələşdirilmiş formaya düşür: 

(

)



17519

,

0



1



=

Y

Y

X

 

              Ayrı-ayrı meyvələrdə aşı və boya maddələrinin miqdarı faizlə aşağıdakı 



kimidir: heyva – 0,06-0,61; zoğal – 0,6; alma – 0,025-0,27; armud – 0,015-0,17; 

albalı – 0,2; ərik – 0,07; şaftalı – 0,02-0,29; gavalı – 0,4; üzümün tumunda – 2-8; 

üzümün qabığında – 0,5-4. 

 


 

 

397



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin