Ləvazimatlar və reaktivlər. 20 və 25 ml-lik pipetka, 250-300 ml-lik kolba,
qum saatı, qıf, filtr kağızı, Felinq-1 və Felinq-2 məhlulu, etil spirti, dəmir-
ammonium zəyi məhlulu, KMnO
4
məhlulu (1 litrdə 4,98 q KMnO
4
), titrləyici
qurğu.
370
Işin gedişi. 250-300 ml-lik konusvari kolbaya 25 ml Felinq-1 və Felinq-2
məhlulu töküb azbest tor üzərində qaz lampasında (və ya elektrik plitəsində)
qaynayana qədər qızdırırıq. Məhlulun üzərinə pipetka ilə 20 ml «A» məhlulu töküb
qarışığı qaynamağa başlayan andan etibarən 3 dəq qaynadırıq. Kolbadakı məhlul
göy rəngə çevrilir və qırmızı-kərpici rəngdə çöküntü əmələ gəlir. Kolbadakı göy
məhlulu azbest filtrdən (Bunzen kolbasının köməkliyi ilə) süzüb kolbanın
dibindəki qırmızı-kərpici rəngli mis-oksid çöküntüsünün üzərinə 2-3 dəfə qaynar
distillə suyu əlavə edib süzürük. Əgər mis-oksidi məhlulun səthində üzərsə, onda
qarışığa bir neçə damla spirt əlavə edirik ki, mis-oksidi məhlulun dibinə çöksün.
Süzmə zamanı çalışmaq lazımdır ki, mis-oksidi (Cu
2
O) filtrə keçməsin. Əgər
ehtiyatsızlıq üzündən çöküntü filtrə keçmiş olarsa, onda çalışmaq lazımdır ki,
çöküntü həmişə distillə suyunun altında qalsın. Çünki Cu
2
O havadakı oksigenlə
oksidləşib CuO-ə çevrilir, bu isə Felinq-3 məhlulunda həll olmur. Nəticədə itki
olur və invertli şəkərin miqdarı azalır. Kolbada qalmış mis-oksidin üzərinə 25 ml
dəmir-ammonium zəyi məhlulu (Felinq-3 məhlulu) əlavə edib, onu həll etdikdən
sonra, azbest filtrdəki mis-oksidi də onunla həll edib təmiz konusvari kolbaya
süzürük. Məhlul yaşılımtıl rəngə boyanır. Kolbadakı məhlulu Xamilyon məhlulu
ilə (1 litrdə 4,98 q KMnO
4
həll edilir) açıq qırmızı rəng alınana qədər titrləyirik.
Titrə sərf olunan KMnO
4
məhlulunun ml-lə miqdarını 10-a vurub misin mq-la
miqdarını təyin edirik. Sonra misin miqdarına əsasən cədvəldən invertli şəkərin
mq-la miqdarını tapırıq (cədvəl 9.1).
Hesablama aşağıdakı kimi aparılır. 50 q məhsul götürülmüş və 500 ml
kolbada məhlul hazırlanmışdır. Məhluldan 100 ml götürüb Pb(CH
3
COO)2-ın artıq
miqdarını 200 ml-lik kolbada çökdürürük. Invertli şəkərin təyini üçün 20 ml filtrat
götürülmüşdür.
qram
X
1
20
500
20
100
50
=
⋅
⋅
⋅
=
Deməli, 20 ml məhlul 1 q məhsula uyğun gəlir. Məsələn, tutaq ki, titrə 16,4
KMnO
4
sərf olunmuşdur. Bu 16,4x10=164 mq misə uyğun gəlir. Cədvəldə 164 mq
371
misə 86,5 mq invert şəkəri uyğun gəlir. Beləliklə, 1 q məhlulda 0,0865 q şəkər
vardır. Onda 100 q-da 8,65 q və yaxud da 8,65% invert şəkəri olduğu tapılır.
Cədvəl 9.1.
Misin
miqdarı, mq
Invert
şəkərin
miqdarı, mq
Misin
miqdarı, mq
Invert
şəkərin
miqdarı, mq
Misin
miqdarı, mq
Invert
şəkərin
miqdarı, mq
20,6 10 59,3 30 112,6 60
22,6 11 61,1 31 114,3 61
24,6 12 63,0 32 115,2 62
26,5 13 64,8 33 117,6 63
28,5 14 66,7 34 119,2 64
30,5 15 68,5 35 120,9 65
32,5 16 70,3 36 122,6 66
34,5 17 72,2 37 124,2 67
36,4 18 74,0 38 125,9 68
38,4 19 75,9 39 127,5 69
40,4 20 77,7 40 129,2 70
42,3 21 79,5 41 130,8 71
44,2 22 81,2 42 135,6 73
46,1 23 83,0 43 137,2 75
48,0 24 84,8 44 140,5 77
49,8 25 86,5 45 145,3 80
51,7 26 88,3 46 150,0 83
53,6 27 90,1 47 154,8 86
55,5 28 91,9 48 157,9 88
57,4 29 95,4 50 161,1 90
97,1 51 98,9 52 164,2 92
100,6 53 102,3 54 168,8 95
104,0 55 105,7 56 173,4 98
107,4 57 11,9 59 176,5 100
«B» məhlulunda saxarozanın təyini
Saxarozanın miqdarını təyin etmək üçün «A» məhlulundan 50 ml götürüb
100 ml tutumu olan ölçülü kolbaya tökürük. Həmin kolbaya 5 ml xüsusi çəkisi
1,19 olan HCl əlavə edib, tez-tez çalxalamaq şərtilə su hamamında 68-70
0
C-də 8
dəq saxlayırıq. Temperatura nəzarət etmək üçün kolbanın içərisinə termometr
372
salınır. Termometri çıxardıqda 5-6 ml su ilə yuyub kolbanın içərisinə
tökülməlidir ki, itki olmasın. Kolbadakı məhlul soyudulub 10 və 15%-li
soda məhlulu və ya quru soda ilə neytrallaşdırılır. Neytrallaşma lakmus
kağızı ilə yoxlanılır. Soda əlavə etdikdə köpüklənmənin qarşısını almaq
üçün sodanı hissə-hissə tökmək və hər dəfə mükəmməl qarışdırmaq
lazımdır. Neytrallaşma qurtardıqdan sonra distillə suyu ilə cizgiyə qədər
doldurmalı. Lazım gələrsə, filtrdən süzülür və əldə edilən məhlul «B»
məhlulu adlanır.
«B» məhlulunda invertli şəkərin miqdarı «A» məhlulunda olduğu
kimi təyin olunur. Hesablama aparıldıqda nəzərə almaq lazımdır ki,
təyin olunan məhlul 0,5 q məhsula uyğun gəlir.
qram
X
5
,
0
100
200
500
50
20
100
50
=
⋅
⋅
⋅
⋅
⋅
=
Titrə sərf olunan KMnO
4
məhlulun miqdarına görə misin miqdarı
hesablanır və sonra cədvəldən misin miqdarına görə invert şəkərin
miqdarı tapılır. Saxarozanın miqdarını hesablamaq üçün aşağıdakı
düsturdan istifadə edilir:
C = ( I
2
- I
1
) x ),95
burada, C – invertləşmiş saxarozanın miqdarı, %-lə;
I
2
– «B» məhlulunda tapılmış invert şəkərin miqdarı;
I
1
– «A» məhlulunda tapılmış invert şəkərin miqdarı;
0,95 – invert şəkəri saxarozaya çevirmək əmsalıdır. Çünki 0,95 q
saxaroza invertləşdikdə 1 q invert şəkər əmələ gəlir. Bunu aşağıdakı
kimyəvi tənliklə izah etmək olar:
373
C
12
H
22
O
11
+ H
2
O
→ C
6
H
12
O
6
+ C
6
H
12
O
6
saxaroza su qlükoza fruktoza
342,11 18,02 180,12 180,12
Deməli, 342,11 q saxarozadan 360,24 q invert şəkəri əmələ gəlir.
95
,
0
9502
,
0
24
,
360
11
,
342
≈
≈
Saxarozanın miqdarını hesabladıqdan sonra ümumi şəkərin miqdarını
hesablayırıq:
Ş = I
1
+ C
burada, Ş – ümumi şəkərin miqdarı, %-lə;
I
1
– «A» məhlulunda tapılan invert şəkərin miqdarı;
C – saxarozanın miqdarı.
Tədqiq olunan meyvə-tərəvəzdəki invert şəkərin, saxarozanın və
ümumi şəkərin miqdarı ədəbiyyat göstəricilərinin orta rəqəmi ilə
müqayisə edilməlidir.
374
Özünü yoxlamaq üçün suallar
1.
Meyvə-giləmeyvələrin şirinlik dərəcəsi nədən asılıdır?
2.
Müxtəlif meyvə-tərəvəzlərdə qlükoza, fruktoza və saxarozanın
nisbəti necədir?
3.
Meyvə-tərəvəzlərdə şəkərin təyini üçün əsas məhlul, «A»
məhlulu və «B» məhlulu necə hazırlanır?
4.
Reduksiyaedici şəkərin miqdarı hansı üsulla təyin edilir?
5.
Saxarozanın inversiyasının mahiyyətini izah edin. Reaksiyanın
tənliyini yazın və hesablama əmsalını (0,95) tapın.
6.
Meyvə-tərəvəzlərdə ümumi şəkərin miqdarı necə hesablanır?
375
9.3. Təzə meyvə-tərəvəzin tədqiqi
Təzə meyvə-tərəvəzlərin keyfiyyət göstəricilərini öyrənən zaman, onların
əmtəə sortlarını, orqanoleptiki və fiziki-kimyəvi göstəricilərinin dövlət
standartlarına və respublika standartlarına uyğun olması əsas götürülür. Meyvələrin
çoxu keyfiyyət göstəricilərindən asılı olaraq 1-ci və 2-ci əmtəə sortlarına və
standarta uyğun gəlməyənlərə aid edilir. Tədqiq olunan nümunə
bütün partiya malın keyfiyyəti haqqında düzgün anlayış versin deyə, bütün ərzaq
mallarında olduğu kimi, təhlildən əvvəl orta nümunə götürülür. Əgər partiya malda
100 yer olarsa, o zaman ən azı 3 yerdən nümunə götürülür. 100 yerdən artıq olan
hər 50 yer üçün əlavə olaraq bir yerdən nümunə ayrılır. Ayrılmış nümunələr
qarışdırılıb laboratoriya təhlili üçün orta nümunə götürülür. Orta nümunə ayırarkən
tumlu meyvələrdən, yerkökü və soğan tərəvəzlərindən ayrılmış nümunənin 10%-i
miqdarında, sitrus meyvələrinin 20%-i miqdarında, giləmeyvələrin 5%-i
miqdarında laboratoriya üçün orta nümunə götürülür. Laboratoriya təhlili üçün
ayrılmış orta nümunə diqqətlə hər cür kənar qarışıqlardan təmizlənib yuyulur. Bəzi
növ tərəvəzlər isə (tomat tərəvəzləri, saplaqlı istiot) təmiz dəsmalla silinir.
Toxumlu meyvələr saplaq hissədən, çiçək yuvasından və toxum kamerasından
azad edilməlidir. Tumlu meyvələr təhlil üçün qabığı ilə birlikdə əzilib
hazırlanmalıdır.
Meyvə və tərəvəzlərin əsas keyfiyyət göstəriciləri onların zahiri görünüşü
(forması, rəngi, təmizliyi, meyvənin ümumi vəziyyəti), yetişmə dərəcəsi (dərilmə,
adi və istehlak yetişkənliyi), ölçüsü, zədələnməsi və xəstəliyin olması (qabığın
bozarması, solğunlaşması, meyvə yumrusunun zədələnməsi) və s. hesab edilir.
Meyvə və tərəvəzlərə aid qüvvədə olan standartlarda hər bir göstəriciyə
müəyyən tələblər verilir. Meyvə-tərəvəzlərin yuxarıda göstərilən keyfiyyət
göstəricilərini düzgün qiymətləndirmək üçün, çox vaxt əvvəlcə onların botaniki
376
sortları müəyyənləşdirilir. Tərəvəzlərin təsərrüfat-botaniki sortlarını və meyvələrin
homoloji sortlarını təyin edən zaman əvvəlcə onların xarici əlamətləri
müəyyənləşdirilir, sonra onları kəsir, daxili vəziyyəti, dadı, ətirliyi təyin edilir.
Məsələn, tədqiqat üçün götürülən alma nümunələri əvvəlcədən ölçülüyünə görə 3
qrupa – iri, orta və xırda meyvələrə ayrılır. Hər bir qrup çəkilir və almanın orta
kütləsi müəyyənləşdirilir.
Qüvvədə olan standartlara əsasən meyvə-tərəvəzlərin keyfiyyəti
qiymətləndirildikdə – orqanoleptiki göstəricilərdən onların xarici görünüşü, iriliyi,
yetişkənliyi, meyvələrin isə xarici görünüşü ilə yanaşı konsistensiyası, ətirliyi və
dadı təyin edilir. Fiziki-kimyəvi göstəricilərdən şəkərin, titrlənən turşuluğun,
nişastanın, pektin, aşı və boya maddələrinin miqdarı, C vitamini, karotin və s. təyin
edilir.
Tapşırıqlar.
1.
Meyvə-tərəvəzlərin orqanoleptiki göstəricilərinin təyini.
2.
Meyvə-tərəvəzlərin titrlənən turşuluğunun təyini.
3.
Tərəvəzdə nişastanın turşu hidrolizi ilə təyini.
4.
Aşı və boya maddələrinin təyini.
5.
Pektin maddələrinin təyini.
9.3.1. Meyvə-tərəvəzlərin orqanoleptiki göstəricilərinin təyini
Ləvazimatlar. Iti bıçaq, 5-10 dəfə böyüdücü lupa, millimetrlik xətkeş,
meyvə-tərəvəz nümunələri, meyvə-tərəvəz albomu və mulyajlar.
Meyvələrin əvvəla xarici görünüşü yoxlanılır. Onun rənginin homoloji sorta
müvafiqliyi, formasının etalona uyğunluğu, zədəli olub-olmaması (mexaniki,
fizioloji, fitopotoloji, zərərvericilərlə zədələnməsi) müəyyənləşdirilir. Gün işığında
baxmaqla yetişkənliyi (adi, istehlak, texniki) təyin edilir. Meyvələrin
konsistensiyası (yumşaq, bərk) baxmaq, əlləmək və çeynəməklə təyin edilir.
377
Ətirliyi bütöv və ya kəsik meyvələri iyləməklə, dadı isə çeynəməklə
müəyyən olunur. Nəticədə bəzi meyvələrin yaxşı ətirli, bəzilərinin isə ətirsiz
olması aşkar edilir. Dadını yoxladıqda turş, turşa-şirin, acı, büzüşdürücü, dadsız və
s. göstəricilər müəyyən edilə bilər.
Tərəvəzlərin xarici görünüşü yoxlandıqda onun eyni təsərrüfat-botaniki
sorta aid olması forma və rənginə görə təyin edilir. Tərəvəzlərin böyüklüyü ən iri
diametrinin ölçüsünə, bəzilərində isə bir ədədin kütləsinə görə təyin edilir.
Yerkökünün bəzi botaniki sortlarında ən böyük və ən kiçik en kəsiyinin
(diametrinin) ölçüsü müəyyənləşdirilir.
Yetişkənliyi meyvənin böyüklüyü, rəngi, qabığının vəziyyəti, ətliyinin
bərkliyi və s. göstəricilərə görə təyin edilir.
Meyvə-tərəvəzlərin orqanoleptiki göstəriciləri onların növləri, tipləri və
çeşidindən asılı olaraq qüvvədə olan standartların və digər texniki-normativ
sənədlərin tələbinə uyğun olmalıdır.
9.3. 1.1. Kartofun keyfiyyətcə tədqiqinin xüsusiyyətləri
Istehlak üçün göndərilən və tədarük edilən təzə ərzaq kartofunun keyfiyyəti
QOST 7176-85 üzrə müəyyən olunur. Kütləvi iaşə müəssisələrinə və pərakəndə
ticarət şəbəkəsində satılmaq üçün göndərilən kartofun keyfiyyəti QOST 26545-85
üzrə müəyyən olunur.
Kartofun keyfiyyəti müəyyən olunarkən ən çoxu 5 mm dərinlikdə və 10
mm-dən uzun olmayan mexaniki zədələnmiş, bir qurd xətti olan və səthinin ən
çoxu
1
/
4
hissəsi dəmgil xəstəliyinə tutulmuşlar standart kartof hesab edilir.
Əgər kartofun səthində olan təbii çatlar onun əmtəə görünüşünü korlamırsa
və qabığın altından dərin çatlara keçmirsə o, standart hesab edilir.
Kartofun qabığını baş barmaqla sıxdıqda, o soyulursa belə kartof qabığı
bərkiməmiş hesab edilir.
Ərzaq kartofu üçün QOST-da nəzərdə tutulandan çox miqdar qeyri-standart
aşağıdakı hallarda ola bilər.
378
1.
Ölçüsünə görə uyğun gəlməyən yumrular.
2.
Cücərmiş, göyərmiş və yaşılımtıl rəngli sahənin 2 sm
2
-dən çox olması,
lakin səthinin
1
/
4
-dən çox olmamalıdır.
3.
5 mm-dən çox dərinlikdə və 10 mm-dən çox uzunluqda mexaniki zədəsi
olan kartof (kəsilmiş, çatlamış, əzilmiş) yumruları.
1
/
2
hissədən kiçik
kartof kəsikləri.
4.
Kənd təsərrüfatı zərərvericiləri ilə zədələnmiş kartof, o cümlədən məftil
qurdu ilə 1-dən çox zədəli kartof və 2-dən çox dəliyi olan kartoflar.
5.
Səthinin
1
/
4
-dən çox sahəsi dəmgil ilə zədələnmiş kartoflar.
6.
Qabığı bərkiməmiş kartoflar (gec yetişən sortlar üçün).
7.
Içi boş kartoflar (uzununa kəsik sahəsinin yarısından azı boş olduqda).
8.
Zəif solmuş və bürüşmüş kartoflar.
9.
Ətliyinin tündləşməsi (boz ləkəlilik uzununa kəsik sahəsinin yarısından
çox olmamalıdır).
Aşağıdakı kartof yumruları tullantı (çıxdaş) hesab olunur.
1.
Ən böyük en kəsiyinin diametri 20 mm-dən az olan kartoflar.
2.
Paslı (dəmir pası) ləkəliliklə zədələnmiş kartoflar.
3.
Səthinin
1
/
4
hissəsindən çoxunun yaşıl rəngdə olması.
4.
Əzilmişlər.
5.
1
/
2
hissədən kiçik kartof kəsikləri.
6.
Içi boş kartoflar (uzununa kəsik sahəsinin yarısından çoxu boş olduqda).
7.
Ğəmiricilər tərəfindən zədələnmiş kartoflar.
8.
Fitoftora, çürümə (yaş, quru, həlqəvari, boz bakterial və s.) və Nematod
xəstəliyinə tutulmuş kartoflar.
9.
Az donmuş, donmuş və buxarla boğulmuş (yanmış) kartoflar.
10.
Əkin kartof yumruları.
11.
Bahar mövsümündə satılan zaman kəskin bürüşmüş kartoflar.
379
9.3.1.2. Tərəvəzlərin keyfiyyətcə tədqiqinin
xüsusiyyətləri
Təzə ağbaş kələm
Istehlak üçün göndərilən, tədarük edilən və sənaye emalına göndərilən
təzə ağbaş kələmin keyfiyyəti QOST 1724-85 üzrə, kütləvi iaşə müəssisələrinə
və pərakəndə ticarət şəbəkəsində satılmaq üçün göndərilən kələmin keyfiyyəti
QOST 26768-85 üzrə müəyyən olunur.
QOST 1724-85 və QOST 26768-85 tələbinə uyğun olaraq kələm başları sıx
yapışan yarpaqlara qədər yerləşən yaşıl və ağ yarpaqlardan təmizlənməli və baş
üstündə qalan özəy hissənin uzunluğu 3 sm-dən çox olmamalıdır. Özək hissəsi
çatlamış və boş olan kələmlər qeyri-standart hesab edilir.
Qış üçün saxlanan kələm başlarında 2-4 ədəd sıx yapışmayan yarpaqların və
özək hissənin 7 sm-ə qədər olmasına icazə verilir. Lakin kələmin keyfiyyəti
yoxlanarkən həmin yarpaqlar kəsilib atılır və özək hissə 3 sm qalana qədər kəsilir.
Bütün bunlar 100%-dən çox olan itkiyə aid edilir.
Əgər kələm başları standarta uyğun gəlmirsə, onda ümumi məhsuldan
standart və qeyri-standart hissənin miqdarı müəyyənləşdirilir.
Mexaniki zədələnmiş, çürümüş, xəstəlik və kənd təsərrüfatı zərərvericiləri
ilə zədələnmiş yarpaqlar təmizləndikdən sonra kələm başlara keyfiyyətinə görə
əlavə olaraq standart və qeyri-standart hissəyə ayrılır.
Tezyetişən kələm başlarında 2 ədəd sıx yerləşməyən yarpaq olanlar standart
məhsula, 3 və daha çox yarpaqlar sıx yerləşmədikdə qeyri-standart məhsula aid
edilir.
Orta və gecyetişən kələm başlarının aşağı və yan tərəfində 2 ədəd sıx
yerləşməyən və 4 ədəd yuxarı hissədə sıx yerləşməyən yarpaq olanlar standart
380
məhsula, 5 və daha çox yarpaqlar sıx yerləşmədikdə qeyri-standart məhsula aid
edilir.
Əgər kələm başında dərin mexaniki zədələr varsa, onu qeyri-standarta aid
edirlər. Qeyri-standart məhsula aşağıdakılar aid edilir.
1.
Bir başın çəkisi müəyyən olunmuş kütlədən az olduqda.
2.
Cücərmişlər.
3.
Çatlamışlar.
4.
Orta və gecyetişənlərdə boş (yumşaq) kələm başları.
5.
Zəif dərəcədə nöqtəli nekrozla zədələnmiş, lakin istehlak üçün yararlı
olan kələm başları.
6.
Daxildən yarpaqların zəif quruması və perqament kağızına oxşar olması.
Tullantıya (çıxdaş) aşağıdakılar aid edilir.
1.
Özəyində çiçək cücərtiləri olan kələmlər.
2.
Kəskin nöqtəli nekroz xəstəliyinə tutulmuş və yarpaqları perqament
kağızına oxşar quruluş olan kələmlər.
3.
Donmuş və daxildən saralıb və bozarıb boğulmuş kələmlər.
4.
Gecyetişən kələmlərdə başı formalaşmayan kələmlər.
5.
Kələm başlarında yarpaqlar çürümüş və iy vermiş olduqda.
6.
Kənd təsərrüfatı zərərvericiləri ilə zədələnmiş və canlı (diri) kələm
sürfələri olan kələmlər.
7.
Rəcəbli, Yerli Abşeron və Dərbənd kələm sortlarının 100 q-dan az
kütləsi və yarpaqları saralmış olan kələm başları.
Təzə tomat (pomidor)
Açıq və örtülü torpaqda yetişdirilən, tədarük edilən və satılan, təzə halda
istehlak edilən, bütöv konservləşdirilən və duza qoyulan pomidorun keyfiyyəti
QOST 1725-85 üzrə müəyyən olunur.
Yetişməsinə görə pomidor qırmızı, çəhrayı, boz, sütül və yaşıl pomidorlara
ayrılır.
381
Pomidorun keyfiyyəti müəyyən edilərkən ekspert pomidorun botaniki
sortuna uyğun gəlməsinə fikir verməlidir.
Təzə halda istifadə edilən və duza qoyulan pomidorlarda qeyri-standart
məhsula aşağıdakılar aid edilir:
1.
Sütül-yetişmiş pomidorlar (təzə halda istifadə edilən pomidorlarda).
2.
Daxilində probkalı hissəciklər və dişli çatlar olan pomidorlar.
3.
Ən böyük en kəsiyinin diametri 4 sm-dən az olan və uzunsov formalı xırda
meyvəlilərdə 3 sm-dən az olan pomidorlar.
4.
Eybəcər formalı pomidorlar (təzə halda istifadə edilən pomidorlarda).
5.
Səthinin
1
/
4
-dən çox sahəsini örtməyən günəş və torpaq yanığı olan
pomidorlar.
6.
Səthinin
1
/
3
-dən çox sahəsi sürtülmüş kal pomidorlar.
7.
Boz sürtülmüş pomidorlar.
8.
Dişləşməyən çatları olan pomidorlar.
9.
Ətliyi yumşaq və toxum kamerası nisbətən dağılmış pomidorlar.
10.
Zəif solmuş və səthi bürüşmüş pomidorlar.
11.
Kənd təsərrüfatı zərərvericiləri ilə zədələnmiş, lakin istehlaka yararlı
pomidorlar.
12.
Tunc ləkəlilik virusu ilə zədələnmiş pomidorlar.
Yaşıl pomidorlar satışa göndərilmir. Əgər standarta uyğundursa, tədarük
yerlərində duza qoymaq üçün istifadə edilir.
Təzə xiyar
Açıq və örtülü torpaqda yetişdirilən, tədarük edilən və istehlak üçün təzə
halda satılan və sənaye emalına göndərilən təzə xiyarın keyfiyyəti QOST 1726-85
üzrə müəyyən edilir.
QOST-un xüsusiyyətlərinə görə xiyarın botaniki sortlarını meyvənin
uzunluğundan asılı olaraq 4 qrupa bölünür.
1.
Birinci qrup gödəkboylu xiyarlar (xiyarın uzunluğu 11 sm-dən çox olmur).
382
2.
Ikinci qrup gödəkboylu xiyarlar (xiyarın uzunluğu 14 sm-dən çox olmur).
3.
Orta meyvəli xiyarlar (xiyarın uzunluğu 25 sm çox olmur).
4.
Uzunmeyvəli xiyarlar (xiyarın uzunluğu 25 sm-dən çox olur).
Bu ölçülərə uyğun gələn bütün qrup xiyarlar standart hesab edilir. Bir
partiyada ölçüsü müəyyən olunmuş normadan çox olan xiyarlar növbəti qrupa aid
edilir.
Bütün qruplara aid xiyarların en kəsiyinin diametri 5,5 sm-dən çox
olmamalıdır.
Saplağı qoparılmış meyvələr (zədələnmiş yerin diametri 1 sm-dən çox
olmamalıdır), zəif sıxılmışlar standart məhsul hesab edilir. Əgər xiyarlar bir-birinə
sürtülüb öz parıltısını bir qədər itirmişsə, belə xiyarlar sürtülmüş hesab edilmir.
Açıq torpaqda yetişdirilən eybəcər xiyarlar satışa verilmir, lakin tədarük
bölgəsində duza qoyularaq standart məhsul hesab edilir.
Qeyri-standart xiyarlara aşağıdakılar aid edilir.
1.
En kəsiyinin diametri 5,5 sm-dən çox olan xiyarlar.
2.
Təzə halda istifadə edilən xiyarın 0,2-dən çox əyri olması.
3.
Eybəcər formalı xiyarlar, əgər təzə halda istifadə edilirsə.
4.
Saralmış xiyarlar (sulu toxumlarla).
5.
Sürtülmüş xiyarlar.
6.
Zəif soluxmuş və qabığı bürüşmüş xiyarlar.
7.
Mexaniki zədələnmiş xiyarlar.
8.
Təyinat yerində vahid ləkələr şəklində antraknozla zədələnmiş, lakin ətliyinə
dəyməmiş xiyarlar.
9.
Uzunluğu 20 sm-dən az olan xiyarlar (orta iri və iri xiyarlar üçün).
Aşağıdakı xiyarlar tullantı hesab edilir.
1.
Yetişib ötmüş, sarı toxumlu və qaba qabıqlı tumları olan xiyarlar.
2.
Əzilmiş xiyarlar.
3.
Xiyarın daxilini zədələyən xəstə xiyarlar.
4.
Donmuş və yanmış xiyarlar.
383
5.
Çürümüş və iy vermiş xiyarlar.
6.
Uzunluğu 20 sm-dən az olan xiyar hissələri.
7.
Çox soluxmuş və bürüşmüş xiyarlar.
Dostları ilə paylaş: |