0 Ə-C.İ.Əhmədov N. T.Əliyev m e y V ə V ə t ə r ə V ə z I n ə M t ə Ə Ş Ü nasl I ğ I (Dərslik)



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix01.01.2017
ölçüsü3,77 Mb.
#4002
1   ...   22   23   24   25   26   27   28   29   30

Preparatların boyanması. Hüceyrə orqanoidlərini və onların təbiətini 

öyrənmək üçün kəsik nümunələrini qensianvioletlə və ya başqa rəng ilə boyayırlar. 

Kəsik nümunələr əşya şüşəsinin üzərində boyanır. Bu məqsədlə örtücü şüşənin bir 

tərəfinə 1 damla lazım olan reaktiv tökülür, o biri tərəfdən isə filtr kağızı qoyulur. 

Filtr kağızı suyu özünə  çəkərək örtücü şüşənin alt hissəsindən reaktiv damcısı 

çəkib çıxarır. Kəsik nümunənin üstündən keçən reaktiv onu lazımi rəngə boyayır. 



Preparatın  şəklinin çəkilməsi və  işin tərtibatı. Mikroskop altında 

preparatları öyrənən zaman onların görünüşünü iri planda çəkmək və lazım olan 

orqanellərin izahını vermək lazımdır. 

Laboratorya dəftərində  iş  aşağıdakı ardıcıllıqla rəsmiyyətə salınır:  əvvəlcə 

işin nömrəsi və sonra onun adı göstərilir; öyrənilən material səciyyələndirilir, 

obyektin şəkli və şəklin izahı, başqa sözlə onun ayrı-ayrı elementlərinin adı yazılır. 

Bu hazırlıq işinin  əsasında 3 iş yerinə yetirilir: hüceyrənin, toxumalarının və 

bitkilərin vegetativ orqanlarının öyrənilməsi. 



 

 

359



 

9.1.2. Hüceyrənin öyrənilməsi 

Bu mövzunu aşağıdakı suallar üzrə öyrənmək lazımdır: 

1.

 

Hüceyrənin quruluşu – protoplazma, nüvə, hüceyrə qılafı. 



2.

 

Hüceyrənin plastidləri – xloroplastlar (yaşıl), xromoplastlar (sarı  və 



ya qırmızı), leykoplastlar (rəngsiz). 

3.

 



Kartof yumrusunda nişasta. 

4.

 



Hüceyrənin plazmolizinin öyrənilməsi. 

Tədqiqat üçün nümunələr: yerkökü, çuğundur, kartof, baş soğan. 



Işin yerinə yetirilməsi. Hüceyrənin quruluşunu baş soğanın 

arakəsmələrindən çıxarılmış nazik pərdəyə oxşar qabıqda öyrənirlər. Preparatı 

hazırlamaq üçün baş soğanı tən yarı bölüb, daxili hissədən bir ədəd ətlikli köynək 

qatı çıxarırlar. Iynənin köməyi ilə soğan qatının daxili hissəsindən nazik pərdəyə 

oxşar qabıq çıxarılır. Bu, nazik, şəffaf və zərif pərdədən ibarət olur. Həmin pərdə  

daxili hissəsi üstə olmaqla əşya şüşəsi üzərindəki bir damla suyun üzərinə qoyulur. 

Pərdə  əzilməməli və bir yerə  yığılmamalıdır. Iynənin köməyi ilə onu düzəldib 

örtücü şüşə ilə örtürlər. Nüvəni və onun quruluşunu yaxşı görmək üçün preparatı 

qansianvioletin spirtli məhlulu ilə boyayırlar. Bu reaktiv nüvəni bənövşəyi rəngə 

boyayır. Xromoplastlara və leykoplastlara da baxmaq məsləhət görülür. 

Xromoplastları yerkökü toxumalarının hüceyrələrində öyrənirlər. 

Karotinoidlərə xromoplastlar sarımtıl-narıncı rəng verir. Preparat hazırlamaq üçün 

yerkökünü təmiz yuyub, çox da iri olmayan hissələrə kəsirlər. Bir hissədən ülgüclə 

bir neçə nazik kəsiklər düzəldilir və onlar iynə ilə əşya şüşəsindəki bir damla suyun 

üzərinə yerləşdirilir. Mikroskop altında xırda narıncı  rəngdə üçbucaq və  xırda 

lövhəcik şəklində xromoplastlar görünür. 

Kartofun leykoplastlarında nişasta vardır. Kartof yumrusunun qabıq 

hissəsindən nazik kəsiklər alınır. Bu kəsikləri distillə suyu ilə ciddi yuyurlar, əşya 

şüşəsindəki bir damla suyun üzərinə yerləşdirib örtücü şüşə ilə örtürlər. Mikroskop 

altında kartof yumrusunun leykoplastlarına baxılır. Preparatı yod məhlulu ilə emal 



 

 

360



edirlər. Nişasta dənələrinin olması onun dənələrinin göy rəngə boyanması ilə 

məlum olur. 

Plazmolizi aşxana çuğundurunun kökündəki hüceyrədə öyrənmək daha 

yaxşıdır. Ondakı hüceyrə  şirəsi antosianlarla boyanmış olur. Aşxana çuğunduru 

ciddi yuyulur və bir neçə hissəyə kəsilir. Daha çox qırmızı qatları olan hissədən bir 

neçə nazik kəsiklər hazırlanır və axar su altında kəsilmiş hüceyrələrdən axan 

hüceyrə şirəsi tam yuyulur. Yuyulmuş kəsiklər əşya şüşəsinə qoyulur, örtücü şüşə 

ilə örtülür. Preparata mikroskop altında baxılır. Mikroskopun görünən hissəsində 

müxtəlif forma və ölçüdə parenxim hüceyrələrdən ibarət olan ehtiyat toxumalar 

görünür. Zədələnmiş hüceyrələr qırmızı-bənövşəyi rəngli hüceyrə  şirəsi ilə dolu 

olur. 

Hüceyrənin plazmoliz hadisəsini öyrənmək üçün belə edirlər. Örtücü 



şüşənin bir tərəfinə  şüşə çubuqla bir neçə damla 10%-li xlorid turşusu məhlulu 

qoyulur, əks tərəfinə isə bir parça filtr kağızı yerləşdirilir. Filtr kağızı preparatın bir 

tərəfinin suyunu qurudaraq duz məhlulunu örtücü şüşənin altına çəkir. Duz 

məhlulunun təsirindən hüceyrənin tərkib hissələrinin sıxılması mikroskop altında 

görünür. Tədricən divarlardan kənarlaşan hüceyrə daxili hissə mərkəzdə cəmlənir 

və dairəvi forma kəsb edir. Bu zaman hüceyrə arası hissənin rəngi daha da 

intensivləşir. 


 

 

361



 

9.1.3. Meyvə və tərəvəzin toxumalarının öyrənilməsi 

           Bu mövzunu aşağıdakı suallar üzrə öyrənmək lazımdır: 

1.

 

Ehtiyat və meristematik (törədici) toxumalar. 



2.

 

Mexaniki və ötürücü toxumalar. 



3.

 

Bitkilərin (meyvə və tərəvəzin) vegetativ orqanları. 



                 Tədqiqat nümunələri – zoğun və kökün böyümə nöqtələrindən 

hazırlanmış preparatlar, yarpaq epidermisi, kartof yumrusu, yerkökü. 



Ehtiyat toxumaları alma, baş soğan, yerkökü və başqa bitki toxumalarının 

nazik kəsiklərinə mikroskop altında baxmaqla öyrənilir. Ehtiyat toxumalar

daxilində onun qidalılıq dəyərini təşkil edən maddələr toplanan parenxim 

hüceyrələrindən təşkil olunmuşdur. Bütün istiqamətlərdə parenxim hüceyrələr eyni 

ölçüyə  və birinci sellüloza qılafına malikdir. Parenxim hüceyrənin kütləsinin 

artması hesabına meyvə və tərəvəzin toxumalarının artması baş verir. 



Meristematik və ya törədici toxumalar kökün böyümə nöqtələrində, 

bitkilərin zoğlarında, bütün zoğların baş hissəsində, tumurcuqlarda və köklərin 

ucunda yerləşir. Onlar yarpaqların diblərində, tumurcuqların qabıq hissəsində 

böyüməkdə olan konus şəklindədir. Kökün ucundan hazırlanmış preparata 

baxdıqda konusvari göyərən hissəni görmək olur. Onların səthi kökün üstünü örtən 

xüsusi qrup hüceyrələrlə örtülü olur. Konusun zərif hüceyrələrini kök üsküyü 

böyümə zamanı torpaqda zədələnmədən qoruyur. 

Meyvə və tərəvəzlərin meristematik toxumaları bitkinin müxtəlif yerlərində 

olur. Meyvəköklülərdə onlar məhv olmuş yarpaqların yerində əmələ gəlir. Ikinci ili 

həmin toxumaların bir hissəsi yarpaq, bir hissəsi isə çiçək zoğu əmələ gətirir. Baş 

soğanda həmin toxumalar yumşaq qabıqların içərisində gizlənir, ağbaş kələmdə isə 

hər yarpağın  əsas zoğla birləşən dibində yerləşir. Meyvələrin meristematik 

toxumaları onların toxumunda yerləşir. 

Örtücü toxumalar daha zərif olan daxili toxumaları xoşagəlməz xarici 

təsirlərdən – qurumaqdan, mexaniki zədələnmədən, temperaturun kəskin 


 

 

362



dəyişməsindən, mikroorqanizmlərin kəskin dəyişməsindən və s. qoruyur. Onlar 

epidermis və peridermadan təşkil olunmuşdur. 



Epidermis – bir hüceyrə qatından ibarət olan birinci toxumadır. Epidermis 

hüceyrələri canlı, hamar, müxtəlif formada və bir-birinə hüceyrəarası olmadan sıx 

birləşmiş olur. Onun hüceyrəsi həmişə canlıdır, divarları sellülozadan təşkil 

olunmuşdur, həm də bir qayda olaraq xarici qılaf daxili qılafdan bir qədər qalındır. 

Buna görə də epidermis hüceyrələri daxili toxumaların təzyiqi altında dartıla bilər. 

Epidermisin səthində  əsasən kutin və yağabənzər maddələrdən təşkil olunmuş 

hüceyrəsiz pərdə – kutikula əmələ gəlir. Bu, suyu və qazı, demək olar ki, keçirmir. 

Normal qaz mübadiləsi və suyun buxarlanması üçün epidermisdə  ağızcıq var. 

Epidermis öz səthində müxtəlif çıxıntılar və tüklər (pərdəyə oxşar)  əmələ  gətirə 

bilər. Yetişmiş toxumanın eninə kəsiyində epidermis çox yastılanmış görünür. 

Preparatları mikroskop altında öyrəndikdə mütləq epidermisin ümumi 

sxemini, ağızcığı və çıxıntını göstərmək lazımdır. 

Ikinci örtücü toxuma böyüyən toxumaların təzyiqi altında epidermisin 

qırıldığı yerlərdə  əmələ  gəlir və periderma adlanır. Peridermanın qoruyucu 

funksiyası epidermisdən çox hiss olunur. Periderma ikincili törədici toxumadan – 

kambidən və ya fellogendən əmələ gəlir. Fellogen tərəfindən xaricdə əmələ gələn 

hüceyrələr fellema, daxildə  əmələ  gələnlər isə felloderma adlanır. Felloma və 

felloderma həmişə canlıdır, felloderma hüceyrələri suberini özünə çəkib məhv olur, 

özü də probka əmələ  gətirilməsi fellemanın xarici hüceyrələrindən başlayır. 

Beləliklə, periderma – fellogen, fellema və fellodermadan təşkil olunmuş 

mürəkkəb kompleks əmələ  gətirir. Mexaniki zədələnmiş yerlərdə fellogen 

olmadıqda belə, zədə periderması adlanan örtücü toxuma əmələ gəlir. 

Peridermanı öyrənmək üçün kartof yumrusundan hazırlanan kəsiklərdən və 

kartof yumrusunun örtücü toxumalarından istifadə edilir. Bunun üçün kartof 

yumrusu ciddi yuyulur və  bıçaqla bir neçə hissəyə bölünür. Kartofun qabığının 

üstündən və ona yaxın  şirəli  ətliklərdən ülgüclə çox nazik kəsik hazırlanır. 

Çalışmaq lazımdır ki, kəsilmiş qabıq və  ətlik hissə kartofun səthinə nisbətən 


 

 

363



düzbucaq altında olsun. Hazırlanmış kəsik bir damla su olan əşya şüşəsinə qoyulur 

və örtücü şüşə ilə örtülür. Preparata mikroskop altında baxdıqda onun ayrı-ayrı 

hissələri görünür. Periderma kəsiyin xarici hissəsində yerləşir və 5-dən 15-ə kimi 

sayda düz radial sırada yerləşən ensiz, bir-birinə  sıx dayanan hüceyrələrdən 

ibarətdir. Hüceyrələr bir-birinə çox sıx yerləşir, hüceyrələrarası olmur. 

Hüceyrələrin divarları nazik, boztəhər və ya tünd qonur rəngdədir. Periderma 

daxili tərəfdən iri nazik divarlı hüceyrələrdə örtülü olur, bu isə kartof yumrusunun 

ehtiyat parenxim toxumasını təşkil edir. 



Mexaniki və ötürücü toxumalar. Bitkilərdə mexaniki toxumalar sıx 

dairəvi və ya ayrı-ayrı hissələrdə yerləşir. Onlara kollenxima və sklerenxima 

aiddir. Kollenxima bitkilərin cavan böyüyən orqanları üçün dayaq rolunu oynayır. 

Kollenxima qeyri-bərabər qalınlıqlı odunlanmış  qılafdan ibarət canlı çoxbucaqlı 

hüceyrələrdən təşkil olunmuşdur. Bitkilərdə kollenxima bilavasitə epidermis 

altında yerləşir. 

Sklerenxima odunlanmış hüceyrə  qılafından ibarətdir, onun hüceyrəsi 

qismən və ya tamamilə ölüşkəndir. Sklerenxima hüceyrələri sklerid və sapvari və 

ya daşlanmış hüceyrələr halında qruplaşdırılır. Yetişməmiş armud və heyvada olur. 

Ötürücü toxumalara ksilema və floema aiddir. Ksilema su və mineral 

maddələri bitkinin kökündən onun zoğlarına və yarpaqlarına ötürür; floema isə 

plastiki və üzvi maddələri yarpaqlardan zoğ  və köklərə ötürür. Ksilema 

damarlardan ibarətdir. Qılafın qalınlaşması xüsusiyyətlərindən asılı olaraq 

damarlar həlqəvari, spiralşəkilli, məsaməli və pilləli olur. Floema torşəkilli 

borucuqlardan (trubkalardan) təşkil olunmuşdur. Ötürücü toxumaları kartof 

yumrusundan və yerkökündən hazırlanmış preparatlarda öyrənirlər. Ksilema iri 

ölçülü, düzgün yumru formalı qalındivarlı hüceyrələrdən ibarətdir. Floema xırda, 

əsasən çox tilli hüceyrələrdən – torşəkilli trubkalardan ibarətdir. 



Bitkilərin vegetativ orqanları. Bunlara yarpaq, zoğ, köküyumru və 

kökümeyvə aiddir. 



 

 

364



Müasir təsnifata əsasən yarpaq tərəvəzlərə kələm tərəvəzləri (gül kələm və 

kolrabidən başqa), göy soğan tərəvəzləri, göyərti tərəvəzləri aiddir. Zoğları istifadə 

olunanlara kolrabi və quşqonmaz (qulançar) aiddir. Köküyumrulara kartof və 

topinambur; kökümeyvəlilərə yerkökü, çuğundur, turp, turpca şalğam (cırhavuc) 

aiddir. 

Yarpağın  əsas funksiyası fotosintez prosesini həyata keçirməkdir. O, 

həmçinin qidalı maddələrin toplanması  və  yığılması (noxudun, lobyanın ləpələri; 

baş soğanın şirəli lətli qabıqları) funksiyasını da yerinə yetirə bilir, eləcə də bitkini 

qurumadan qoruyur. 

Yarpaq enli hamar hissədən – plastinkadan, yarpağın damarlarından və 

saplaqdan ibarətdir. Yarpağın plastinkası epidermisdən və  əsas toxumadan – 

yumşaq hissədən ibarətdir. Yumşaq hissədə daşlanmış hüceyrələr, efir yağı 

yuvaları  və  şirə boruları  və s. olur. Yarpağın damarları ötürücü və mexaniki 

toxumalardan, yarpağın  əsas toxuması (mezofill) xlorofillə  zəngin olan canlı 

parenxim hüceyrələrdən ibarətdir. Yarpağın 2 növ toxuması fərqləndirilir: çəpər və 

süngər toxumaları. Çəpər toxumalar düzbucaq altında yarpağın başına uzanan 

hüceyrələrdən təşkil olunmuşdur. O, yarpağın yuxarı hissəsində yerləşir. Onun 

hüceyrələri xlorofillə zəngindir. Süngər toxuma çəpər toxumasının altında yerləşir. 

Onun hüceyrələri dairəvi olub, bir qədər seyrək yerləşir, onların arasında 

şaxələnmiş hava kanalları sistemi əmələ gətirən iri hüceyrəarası boşluqlar vardır. 

Yarpaq kutikula ilə epidermislə örtülür. Hava mübadiləsi üçün ağızcıqlar 

var. Yarpağın anatomik hissələrini öyrənmək üçün yarpağın eninə  kəsiyindən 

alınan preparatdan istifadə olunur. Preparata mikroskop altında baxmaqla süngər 

və çəpər toxumalar, yarpağın damarları, örtücü toxuma – kutikula ilə epidermis və 

ağızcıq təyin olunur. 

Bitkilərin zoğları qidalı maddələri kökdən yarpaqlara və  əksinə ötürür. 

Böyüyən kökün zoğu təpə tumurcuqla qurtarır.  Əgər zoğ qidalı maddələrin 

toplandığı yerdirsə, o, formasını  dəyişir. Formasını  dəyişən zoğlara kartof 

yumrusu, baş soğan və s. misal göstərilə bilər. 


 

 

365



Kartof yumrusu – yeraltı gövdənin (stolonun) qalınlanmış ucudur. Kartof 

yumrusunun zoğa oxşar təbiətini onun səthindəki yuxuya getmiş tumurcuqlara 

oxşayan gözcüklərin olması ilə izah etmək olar. Hər gözcükdə 3-4 tumurcuq 

yerləşir. 

Kartof yumrusunu öyrənmək məqsədilə,  əvvəla onun xarici quruluşuna 

nəzər yetirir, onun səthindəki stolona birləşən hissəsi (göbək hissəsi), buna əks 

olan təpə hissəsi, vəziyyətinə görə torpağa dayanan tərəfi (aşağı hissəsi), qabarıq 

hissəsi (üst hissəsi) və gözcüklər öyrənilir. Sonra kartof yumrusunu oturacaqdan 

baş hissəyə qədər yarıya bölüb daxili quruluşuna gözlə baxıb öyrənirlər. Yumrunun 

xarici qatı – peridermadır, bundan sonra qabıq, daha sonra dairəvi quruluşlu 

damarlı-torlu tumurcuqlar yerləşir. Yumrunun mərkəzi hissəsi ürəkcik adlanır. 

Təcrübənin aparılması. Kartof yumrusunu uzununa kəsib şəklini çəkmək, 

orada aşağı hissəni, təpə hissədəki gözcükləri, probkanı, qabığı, dairəvi damarlı-

torlu tumurcuqları və yumrunun ürəkciyini göstərmək lazımdır. 

Soğanaq – yarpaqla birlikdə zoğdan  əmələ  gələn orqandır. Soğanağı 

uzununa kəsib iki yerə ayırırlar. Soğanın oturacağında (kök hissədə) yetişməmiş 

qısa zoğ vardır ki, bu soğanın dibi adlanır. Soğanın dibindən aşağıya köklər, 

yuxarıya isə formasını  dəyişmiş yarpaqlar, soğanın qabıqları  çıxır. Soğanın 

mərkəzində üst tumurcuq yerləşir ki, bundan da ikinci ili yarpaq və çiçək zoğu 

əmələ  gəlir. Soğanın uzununa kəsiyinin  şəklini çəkmək lazımdır. Burada zoğu

yarpaqları, tumurcuq və kökləri göstərmək lazımdır. 



Meyvəkökün quruluşu. Meyvəkökü xarici tərəfdən şaquli 3 yerə kəsirlər: 

baş hissə, boyun və əsas kök. Meyvəkökün həmin morfoloji hissələrinin qidalılıq 

dəyəri eyni deyildir. Baş hissədə – meyvəkökün üst hissəsində əsasən yarpaqların 

dibi yerləşir, boğaz hissə baş hissədən sonra meyvəkökün bir qədər dar hissəsidir. 

Boğaz hissədə yan köklər olmur. Baş  və boyun hissə  əsasən torpağın üstündə, 

qismən isə torpağın altında yerləşir. Boyun hissədə odunlaşmış toxumalar olmur və 

qidalı maddələrin miqdarına görə  əsas kökdən fərqlənir. Kök hissə başqa 

hissələrdən yan gözcüklərin olması ilə fərqlənir. 



 

 

366



 

9.1.4. Kartof yumrusunun tənəffüs intensivliyinin təyini  

(Boysen-Iensen üsulu) 

 

Ləvazimat və reaktivlər. Texniki tərəzi, kartof nümunələri, 2 iri eksikator, 

0,25 n qələvi məhlulu, 0,25 n HCl məhlulu, fenolftaleinin spirtdə  məhlulu, 

konusvari kolba, titrləyici qurğu. 



Işin gedişi. Tədqiqat üçün orta nümunədən 1 kq miqdarında kartof 

yumruları götürülür. Məhsul texniki tərəzidə 0,1 q dəqiqliklə çəkilir. Iki eksikator 

götürülür. Onların hər birinin içinə 100 ml 0,25 n natrium qələvisi tökülür. 

Eksikatorun birinə setka üzərinə kartof yumruları tökülüb ağzı kip bağlanır və 

qaranlıq otaqda 4 saat saxlanılır. Ikinci eksikator kartofsuz nəzarət üçün saxlanılır. 

Bu eksikatorda havada olan karbon qazının miqdarı neytrallaşır və onun miqdarı 

sonradan müəyyən edilir. 4 saatdan sonra əsas və  nəzarət eksikatorlarından olan 

0,25 n natrium qələvisi fenolftaleinin iştirakı ilə 0,25 n xlorid turşusu məhlulu ilə 

çəhrayı  rəng itənə  qədər titrlənir. Tənəffüsün intensivliyi 1 kq tənəffüs edən 

məhsuldan 1 saatda ayrılan karbon qazının mq-la miqdarına görə aşağıdakı düstur 

üzrə hesablanır: 

(

)



t

g

Y

Y

K

X

e

n



=

100



 

burada, K – 1 ml 0,25 n NaOH uyğun gələn CO

2

 mq-la miqdarı.  



 Bunun miqdarı 5,5 mq-dır; 

  Y


n

 – nəzarət işində titrlənməyə sərf olunan 0,25 n  

  HCl məhlulunun miqdarı, ml-lə; 

  Y


ə

 – əsas işdə titrlənməyə sərf olunan 0,25 n  

 HCl məhlulunun miqdarı, ml-lə; 

    g – götürülmüş məhsulun kütləsi, kq-la; 

     t – tədqiqat aparılan müddət, saatla. 

Bəzən reaktivlərə  qənaət etmək məqsədilə, işin axırında bütün qələvi 

məhlulunu deyil, hər eksikatordan götürülmüş 10 ml 0,25 n NaOH məhlulu ayrı-


 

 

367



ayrılıqda 0,25 n HCl məhlulu ilə titrlənir. Alınan nəticə 10-a vurulur ki, götürülmüş 

qələvi məhlulunun miqdarına (100 ml) uyğun olsun. 



Qeyd. Tənəffüs intensivliyini hesablamaq üçün  situasiya məsələləri həll 

edilməlidir. 

 


 

 

368



 

 

Özünü yoxlamaq üçün suallar 



1.

 

Bitki hüceyrəsini əmələ gətirən əsas elementlər hansılardır? 



2.

 

Mikroskopiya üçün meyvə-tərəvəzdən kəsiklər necə hazırlanır? 



3.

 

Preparatlar nə üçün boyanır? Bu məqsədlə hansı maddələrdən istifadə 



edilir? 

4.

 



Hüceyrənin quruluşunu izah edin. 

5.

 



Hüceyrənin plastidləri hansılardır və onların rəngi necədir? 

6.

 



Kartof yumrusunda nişastanı necə təyin edirlər? 

7.

 



Hüceyrənin plazmolizi nədir? Onu mikroskop altında necə müşahidə 

etmək olar? 

8.

 

Meyvə-tərəvəzin əsas toxumalarının adlarını çəkin. 



9.

 

Meyvə-tərəvəzin ayrı-ayrı toxumalarının funksiyasını  və  əhəmiyyətini 



qeyd edin. 

10.


 

Bitkilərin vegetativ orqanlarını və onlardan qida üçün istifadə olunanları 

göstərin. 

                             9.2. Meyvə-tərəvəzdə şəkərin miqdarının təyini 



Tapşırıqlar. 

1.

 



Tədqiqat üçün meyvə-tərəvəzdən nümunə və məhlul hazırlanması. 

2.

 



Reduksiyaedici şəkərlərin miqdarının təyini. 

3.

 



Saxarozanın inversiyası və ümumi şəkərin təyini. 

4.

 



Alınan nəticənin ədəbiyyat məlumatları ilə müqayisə edilməsi. 

«A» məhlulunun hazırlanması 

Ləvazimat və avadanlıq. Texniki-kimyəvi tərəzi, sürtgəc və ya 

həvəngdəstə, 500 ml-lik ölçülü kolba, şüşə qıf, 100

0

C-yə qədər ölçülü termometr, 



su hamamı, ölçülü silindr, 50 və ya 100 ml-lik pipetka, 100-200 ml-lik ölçülü 

kolba, filtr kağızı. 



 

 

369



Reaktivlər. 10%-li NaHCO

3

, lakmus kağızı, 15%-li Pb(CH



3

COO)


2

, NaSO


4

-

ün doymuş məhlulu və 20%-li NaHPO



4

 məhlulu. 



Işin gedişi. Meyvə-tərəvəzin (alma, armud, yerkökü və s.) tərkibində olan 

şəkəri təyin etmək üçün tədqiq olunası  məhsul  əvvəlcə  təmiz yuyulur və 

sürtgəcdən keçirilib xırdalanır. Təzə meyvə-tərəvəzdən 50 q, qurudulmuşdan 5 q 

götürüb distillə suyunun köməkliyi ilə  qıf vasitəsilə itkisiz tutumu 500 ml-lik 

ölçülü kolbaya keçirilir. Kolbanın həcminin 1/3 hissəsinə qədər distillə suyu əlavə 

olunmalıdır. Kolbadakı  məhlul 10%-li soda məhlulu ilə neytrallaşdırılır. 

Neytrallaşma lakmus kağızı ilə yoxlanılır. Bu, qırmızı lakmus kağızının zəif göy 

rəngə çevrilməsi ilə olur. Əgər ehtiyatsızlıq üzündən soda məhlulu çox tökülmüşsə, 

zəif sirkə məhlulundan istifadə edib, yenidən lakmus kağızı ilə yoxlayırıq. Kolbada 

olan məhlulu 80

0

S temperaturda su hamamında 30 dəq müddətində  qızdırılır. 



Sonra kolbadakı məhlulu otaq temperaturuna qədər soyudub zülalın və başqa asılı 

maddələrin çökməsi üçün üzərinə 15 ml 30%-li Pb(CH

3

COO)


2

  məhlulu  əlavə 

etməli və çalxalamalı. Bu zaman zülal tam çökməzsə, yenidən 10 ml qurğuşun 

asetat məhlulu  əlavə edib kolbadakı  məhlulun turşu və ya qələvi reaksiyasını 

yoxlayıb neytrallaşdırmaq lazımdır. Sonra kolbanı ölçü yerinə qədər distillə suyu 

ilə doldurub yaxşı qarışdırdıqdan sonra 1-2 saat sakit saxlayırıq. Kolbadakı 

məhlulu qat-qat filtrdən süzüb filtratdan 50 və ya 100 ml götürüb tutumu 100 və ya 

200 ml ölçülü kolbaya tökürük. Filtratda olan Pb(CH

3

COO)


2

-ın artıq miqdarı 

doymuş Na

2

SO



4

  məhlulu və ya 20%-li Na

2

HPO


4

  məhlulu ilə çökdürülür. Sonra 

kolbanı ölçü yerinə qədər distillə suyu ilə doldurub 20 dəq-dən sonra quru qat-qat 

filtrdən süzürük. Alınmış  şəffaf filtrat «A» məhlulu adlanır və  həmin məhlulda 

invertli şəkərin (reduksiyaedici şəkərin) miqdarı təyin olunur. 

Invertli şəkərin təyini 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin