“OĞUZNAMƏ”DƏ KEÇMİŞ ZAMANIN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ
Günay İMAMƏLIYEVA
Sumqayıt Dövlət Universiteti
gunayimamaliyeva@gmail.com
AZƏRBAYCAN
Feilin zamanları zəngin məna və sintaktik xüsusiyyətləri ilə yanaşı bir sıra üslubi xüsu-
siyyətlərə də malikdir. Üslubi xüsusiyyətlər deyərkən, əsasən, keçmiş zamanların bir-birini
əvəz etməsi, keçmiş zamanın isə indiki zamanı əvəz etməsi və s. nəzərdə tutulur.
A.Axundov yazır: “Azərbaycan dilində keçmiş zaman iki forma: şühudi keçmiş və nəqli
keçmiş formaları ilə ifadə olunur. Bunlardan birincisi daha çox hərəkəti, digəri isə hərəkətin
nəticəsini ifadə edir. Bunlardan birincisi hərəkəti şahidlik yolu ilə bildirir, digəri isə nəql edir.
Məna müxtəlifliyi bu zamanları qrammatik düzgünlük cəhətdən qarşı-qarşıya qoyur və
onların işlənmə yerlərini müəyyənləşdirir”
Ədəbi dildən fərqli olaraq bədii dildə bəzən nəqli keçmiş şühudi keşmişlə, şühudi keş-
miş nəqli keçmişlə əvəz oluna bilir. Bu da, daha çox müəllifin hərəkətimi, yoxsa hərəkətin nə-
ticəsinimi daha qabarıq şəkildə ifadə etmək istəyindən asılı olaraq dəyişir.
Keçmiş zamanın üslubi xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Şühudi keçmişin nəqli keçmiş zamanı əvəz etməsi. Aşağıdakı nümunələrə nəzər
yetirək:
Aqçacığın var ikən “dobra yunaq” dedilər,
Aqçacığın yedilər, “poydi z boğom!” dedilər.
25
Budur qanun ki, sevdilər sevəni,
Könüldən savdılar gözdən savanı.
71
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
924
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Qartala oq toqunmuş, oq yeləgin göricək “bana bəndən oldı” demiş
140; Könül yap-
dın, əriş yapdın; könül yıqdın, əriş yıqdın
150;
Gəldünsə, gerü var,
Hər nəsnənin yeri var.
154
Gögdən nə yağdı ki, yer anı yutmadı
156; Gögdən dörd kitab endi, beşinci kötək, 157;
Verəsiyə aldım, yabanda buldum sandum,
İssi aqçasın istəyicək canalıcı sandum.
167
Göyənlər xardan xurma yedilər,
Qoruqdan səbr ilə xalva yedilər.
172
Göründüyü kimi, bu nümunələrdə şahidlikdən daha çox nəql etmə, hal və ya hərəkətin
nəticəsi özünü göstərir. Formaca -dı
4
– şühudi keşmiş zaman vasitəsi ilə ifadə olunsa da, məz-
munca nəqli keçmiş zaman mənasını ifadə edir.
Azərbaycan dilində bu xüsusiyyətlər üslubi xüsusiyyətlər hesab olunsa da, bəzi türk dil-
lərində bu norma kimi qəbul edilib.
G.Fəxrəddin qızı bu haqda yazır: “Azərbaycan və türk dillərində -mış şəkilçili keçmiş
zaman formasının olmasına baxmayaraq çox vaxt türk dilində bu zaman –dı şəkilçisi ilə verilir.
Türk dilində bu norma sayılsa da, Azərbaycan dilində üslubi xüsusiyyətlər hesab olunur”
180.
2) İndiki zamanın şühudi keçmiş zamanı əvəz etməsi. Aşağıdakı nümunələrə nəzər yetirək:
Oğlan evləncək “Bəg oldum”sanur
24; Xorata xordu, xorata ilə kişi kafirolur91;
Gördün kim, buçuq mövt, bəla gəlür; sən bir mövt olup, qarşu var
146; Kosa ilə dost olayım
deyirsən, “saqalun gəlür”di
153.
Burada –ır
4
indiki zaman şəkilçisini asanlıqla şühudi keçmiş zamanın şəkilçisi ilə əvəz
etmək olar.
3) Qeyri-qəti gələcək zamanın nəqli keçmiş zamanı əvəz etməsi. Aşağıdakı nümunələrə
nəzər yetirək:
Bu şimdiki zəmanəyə gül yaramaz, dikən olar,
Əriylə dost oluban, övrəti... yarar.
68
Qurda “Boynun neçün yoğundur?” demişlər,
“İşüm kimsəyə inanmazın” demiş.
141
Birinci nümunədə asanlıqla qeyri-qəti gələcək zaman şəkilçisini –ıb
4
şəkilçisi; ikinci nü-
munədə isə -mamış
2
nəqli keçmiş zamanın inkar forması ilə əvəz etmək olur.
Eyni zamanda, ədəbi dilimizdə bir qrup sözlər vardır ki, onlar nəqli keçmiş zaman şəkil-
çisi ilə işlənsə də, məzmunca indiki zamanı ifadə edir. Həmin sözlər haqqında N. Məmmədov
yazır: “Nəqli keçmiş zaman hal, vəziyyət bildirən (oturmaq, durmaq, qalmaq, yatmaq, dayan-
maq, uzanmaq, söykənmək) feillərlə işlənərək, həm də indiki zamanı bildirir”.
Doğrudan da, oturmuşam, durmuşam, qalmışam, yatmışam, dayanmışam, uzanmışam,
söykənmişəm və s. kimi sözlər formaca nəqli keçmiş zamanda işlənsə də, əslində indiki zaman
məzmununu ifadə edir.
4) Şəkilçinin ixtisara uğraması. Keçmiş zamanın üslub xüsusiyyətləri yalnız nəqli və
şühudi keçmişin bir-birini əvəz etməsi, keçmiş zamanın indiki və gələcək zamanla ifadə olun-
ması ilə məhdudlaşmır.
Bədii dildə bəzən üslubdan asılı olaraq şəxs sonluqları və ya şəkilçilərin saitləri ixtisar
olunur. Bizcə, bu xüsusiyyəti də keçmiş zamanın üslubi xüsusiyyətlərinə daxil etmək olar.
Aşağıdakı nümunələrə nəzər yetirək:
Dünyada ölüm olmasa, adam adam ətinyerdi
, 101; Kəl bulsa, kəndü başın xoş eylərdi
,145.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
925
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Qeyd edək ki, bu hal özünü demək olar ki, yalnız bədii əsərlərin dilində göstərir. Başqa
stillərdə isə qeyri-qəti gələcəyin saitlə bitən sözlərdə yalnız “r” ilə düzəlməsi ya yoxdur, ya da
son dərəcə məhduddur.
Qeyd: Tezisdə verilən bütün nümunələr S.Əlizadənin “Oğuznamə” kitabındandır.
Bakı, Şərq – Qərb nəşriyyatı-2006,216 səh.
MƏKAN DEYKSİSLƏRİNİN STRUKTUR-SEMANTİK
XÜSUSİYYƏTLƏRİ (AZƏRBAYCAN, RUS VƏ İNGİLİS
DİLİNİN MATERİALLARI ƏSASINDA)
Günay İNAYƏTOVA
AMEA
gunayinayetova@gmail.com
AZƏRBAYCAN
“Deyksis” termini antik yunan mənbələrində mövcud olmuş, lakin heç zaman qramma-
tikadan kənar öyrənilməmişdir. Qədim yunan qrammatikləri “deyksis” terminin işarə əvəzlik-
ləri olduğunu qeyd edirdilər.
XX əsrin II yarısından etibarən deyksislər Avropa dillərində yeni aktuallıq qazanıb dilin
bütün səviyyələrində funksionallaşaraq universial kateqoriya xüsusiyyətinə malik olmuşdur.
O zamandan etibarən bu dil hadisəsi haqqında bir çox müxtəlif fikirlər yaranmışdır. İlk dəfə
“deyksis” termininə xüsusi önəm verən alman dilçisi K. Bruqman olmuşdur. Daha sonralar
isə Ç.S.Pirs “indeks”, O. Espersen isə dil vahidlərini xarakterizə edən yeni bir anlayışı “şifter”
anlayışını elmə gətirərək deyksislə eynilik təşkil etdiyini göstərmişdir.
Deyksis (yunan sözü olub“işarə edən”) dildəki mövcud ifadələrin və digər işarələ-
rin danışıq aktı zamanı şəxsə, zamana və məkana görə işlənməsinə deyilir. Dilçilik elmində
ənənə olaraq deyktik elementlərə şəxs və işarə, zaman və məkan anlayışı bildirən zərfləri aid
etmişlər. Əslində bir çox dil vahidləri deyktik komponentlərə malikdir. Deyktik vahidlər dilin
universal elementləridir. Çünki buvahidlər mövcud kontekstə yaxud da situasiyadakı hadisə
və predmetlərə işarə edir. Deyktik ifadələr həmin dildə danışan xalqın mədəniyyəti ilə sıx
bağlıdır. Dilin mədəniyyəti nə qədər mürəkkəbdirsə, həmin dildə deyktik kateqoriyalardan bir
qədər az istifadə
olunur.
Bəzən semantik nəzəriyyələrdə deyktik ifadələrə, kontekstdən və situasiyadan mənaca
asılıolmayan digər “normal” dil vahidlərindən tamamilə təcrid olunmuş kimi baxılır. Bu fikirl
ə razılaşmyan C. Layonz deyktik elementlərin müxtəlif parametrlərdən (zaman, məkan, şəxs,
obyekt) asılı olduğunu bildirir. O,deyksisin yalnız nitq aktının koordinatlarına uyğun olaraq
başa düşə bildiyini və deyktik sözlərin dil situasiyasını əks etdirdiyini qeyd edir.
Deyktik ifadələrin semantik cəhətdən qruplaşdırılmasında müxtəlif bölgülər olsa da
daha çox 3 növündən geniş bəhs olunur: şəxs( personal), zaman (temporal) və məkan.
Zaman anlayışı kimi mə kan anlayışı da fəlsəfi məna kəsb edir. Məkan varlığın əsas
kateqoriyalarından biri olub,maddi mühitlərin və obyektlərin qarşılıqlı əlaqəsini və təsirini,
onların məsafəliliyini, strukturluğunu, birgə mövcudluğunu xarakterizə edir.
Məkan anlamı, bütün dillərdə mövcuddur, lakin müxtəllif dillərdə kulturolaji sfera və
sosiumun həyat şərtlərinə görə məkan əlaqələri eyyni formada əksini tapmır.
Məkan, lokalizm insan nitqinin ən vacib şərtidir. Dünyada mövcud olan elə bir dil ol-
masın ki, o dilin həm morfoloji, həm də struktur quruluşunda məkan anlamı olmasın. Dünyanı
dərk edən insan məkan əlaqələrini və onların elementlərini müəyyən məsafədə yerləşməsini
və əlaqəsini anlayraq qəbul edir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
926
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Məkan mühiti insanın təfəkkürünə və davranışına çox böyük təsir edir. Odur ki, məkan
və insan əlaqələri bir çox elmlərin tədqiqat obyektinə çevrilib
Məkan deyksisləri araşdırma apardığımızhər üç dilin xüsusiyyətlərinə olaraq işarə
əvəzlikləri, yer zərfləri və məkan anlamlı ifadələrlə ifadə olunur
1. Azərbaycan dilində:
Yönlük halda olan isimlər;dağlara, Sibirə, həyətə və s. Sürücü maşınına əyləşib uzaq
dağlara yol aldı.
Yerlik halda olan isimlər:bağda, kənddə, şəhərdə, həyətimizdə, kitabda, zalda və s.
İstəmirəmhəyatımsakitcə bir otaqda gəlib
keçsin
lal
kimi.
Çıxışlıq halda olan isimlər: Bakıdan, dağdan, göldən və s. Bəlkə, Bakıdan professor
çağıraq
Yer zərfləri ilə ifadə olan sözlər: yuxarıda, aşağıda , içəridə, sağda, irəlidə, uzaqda,
kənarda, eşikdə,ortalıqda , aralıqda, ora-bura, o tərəf bu tərəf, dala- qabağa və s.
Məkan mənalı ifadələrlə: Müharibə Bağdadın qulağının dibində gedirdi. Çamadanın
içində məktublar çin-çin yığılmışdı. Bu ocaq Novruz bayramında qalanan ocağa oxşayır işığı
həyətin uzaq künc- bucağınadək yayılıb.
2.Rus dilində - вдали, домой,туда, туда, везде, направо,вверх и. т.д. Вдали
маячил парус. "В Говорят, они и там перевелись теперь от сюда пожалуйте""Что вы
здесь стреляете: здесь живет помещик".
3.İngilis dilində - above, across,around, away, back, behind, below, down, forward,
infront, inside, outside, over,round, up, left, rightand etc.above, across, behind,and etc.Robert
Crowther, the real estate broker from Bryan & Crowther, openedthe door with a flourish and
announced, 'Here's the terrace. You can look down onCoit Tower from here.''Where is it?'
Mitch whispered.'Behind a dorm on campus'The meeting is inevitable, Mitch. Let's not play
games. When your littleseminar breaks for lunch, you'll find a cab, number 8667, outside to
the left of the mainentrance ...' The priest smiled. '[...] My name is Manuel Aringarosa. I am a
missionary from Madrid. 'Oviedo. In the north of Spain'
.
Yuxarıda sadaladığımız leksik - qrammatik səviyyədə zm’kan anlamlı bildirən dil
elementləri ya qrammatik cəhətdən təcrid edilmiş halda, ya da müəyyən formal qrammatik
əlamət qəbul etdikdən sonra ünsiyyət sisteminə
daxil
olur.
Beləliklə, linqvistik məkan və zaman dil sisteminin bütün səviyyələrini əhatə edir. Deyk-
tik mexanizm universal vasitə olaraq qrammatik və qrammatik olmayan zamanın və məka-
nin göstəricilərini dilin semantik strukturunda birləşdirərək əhatə edir.
POSTMODERN BƏDİİ DÜŞÜNCƏNİN MODEL YARATMA MƏNTİQİ
Maral YAQUBOVA
AMEA Nizami adına Ədəbiyyat institutu
yaqubova.maral@mail.ru
AZƏRBAYCAN
Dünya ədəbiyyatşünaslığında “fiction” termini ilə təyin edilən bədii əsərin ənənəvi klas-
sik və modern-avanqard variantlarının söykəndiyi ideya-estetik prinsipləri kafi hesab etməyən
postmodernizm, dünyaya, gerçəkliyə alternativ bədii modelləri hazırlarkən, model qurmanın –
qurmacanın bir addım üstünə çıxır, metafiksasiya -bədiiliyin fövqündə dayanan mətnlər yara-
dır. Özünə qədər qurulmuş dünya modellərinin qurmacasını toxuyur. Mətnləri öz mətnində
əridir. Hər hansı bir hadisənin izahı edilməsi üçün hadisəyə bağlı olaraq müəyyən bir məkan,
zaman, şəxs heyəti çərçivəsində yaradılan ənənəvi ədəbi mətnlər, postmodern ədəbiyyatda
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
927
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
meta fictiona çevrilir. Postmodern şərhçilərə görə, sənaye cəmiyyəti bitmiş yeni bir informasi-
ya cəmiyyəti reallaşmışdır. Modernizmin ideallarının, ideologiyalarının iflas etdiyini önə sürən
postmodern düşüncənin təməl dayağı "son"lardır. Hər şeyin yenidən başladığını düşünən post-
modernlər hər cür "son"a maraqlıdırlar; tarixin sonuna , insanlığın sonuna, elmin sonuna, hə-
yatın sonuna. Elmin əldə etdiklərinə, mövcud ideologiyalara şübhə ilə yanaşan postmoderniz-
min daxilində daima oxucunu müxtəlif mustəvilərdə gəzişməyə vadar edən, təhrikedici bir
intelektualizm gizlənir. Modernist daxili dünyanın, şüurun labirintlərində gəzərkən, postmo-
dernist "səthi " dünyalarda gəzir. Çoxsəslilik, parçalılıq, müxtəlifcinsli anlayışların bir müstə-
vidə yığımı, avanqard sənətlə kütləvi mədəniyyət arasındakı məsafənin bağlanılması, sənətlə
həyatın birləşdirilməsi, mətnlər ararsı yolçuluq, dəyişik parçaların bir yerdə istifadə edilməsi,
yazma müddətinə oxucunun daxil edilməsi, janr ayrı-seçkiliyinə son qoymaq, ideologiyadan
imtina, mətnlərin xüsusi şifrələr və kodlarla qurulması və mətnin struktur-semantik çözülmə-
sində onların deşifrəsi, sistemli və nizamlı olandan imtina, hər şeyin naməlum və müəmmalı
tərəflərinin qabardılması, dəqiqlikdən uzaqlaşma, paradokslar, təsadüflər və iç-içə keçmiş
zaman paralleləri yaratmaq, parodiya, pastiş, şizofreniya, istehza, pluralism postmodern
təhkiyənin əsas göstəriciləri hesab olunur. Postmodern təhkiyələrdə səbəb-nəticə əlaqəsi
yoxdur, hər şey boşluqda, ölçüsüz, ələ ovuca gəlməz, cismini itirmiş şəkildə təsvir olunur.
Gerçək və xəyalı bir-birindən fərləndirmək qeyri-mümkündür. Postmodernist ədəbiyyatın
modeli olan metafiksasiyada bədiilik ilə gerçəkliyin sərhədləri tamamilə pozulur, nəyin
gerçək, nəyin bədii olduğunu anlamaq üçün oxucunun intellektuallığı ön plana keçir. Təqdim
olunan məruzədə əsas diqqət postmodernizmin qeyri-adi mətnyaratma məntiqi ilə görkəmli
Azərbaycanlı Lütfi-Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi arasında oxşarlıqları ortaya
qoymaq, bədii və elmi düşüncə arasındakı paralelləri müşahidə edib üzə çıxarmaqdır. Min
illərlə qərarlaşmış elmi dünyagörüşün əksinə olaraq, Lütfi Zadə öz nəzəriyyəsini əvvəlcə bir
fərziyyə olaraq irəli sürmüş, sonra isə sübut etmişdir ki, təbiət və cəmiyyətdə baş verən
mürəkkəb prosesləri, xüsusən də müxtəlif kataklizmləri Aristotelin binar məntiqinə əsaslanan
klassik məntiq, riyaziyyat çərçivəsində öyrənmək mümkün deyil. Qeyri-səlis məntiqə görə, bu
və ya digər mülahizənin doğruluq qiyməti iki məntiqi səviyyə – 1 (doğru) və 0 (yanlış) ilə
deyil, bu səviyyələr arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Bu məntiq mütləq
hesab olunan nə varsa hamısını rədd edir. (Tanrıdan başqa) – mütləq mənada ağ rəng yoxdur,
mütləq mənada qara rəng yoxdur, mütləq mənada sıfır yoxdur. Deməli, həqiqət də, yalan da,
xoşbəxtlik də, bədbəxtlik də mütləq mənalarını itirir. Mütləq mənada yalan yoxdur, mütləq
mənada həqiqət yoxdur. Beləliklə, binar – ikili məntiq və çoxluqlar nəzəriyyəsinə əsaslanan
riyaziyyat qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi sayəsində genişlənərək, yeni
məzmun kəsb etdi. Lütfi-zadə ilə məntiqin öz klassik əcdadından imtina etməsi, ötən əsrin 60-
cı illərinə təsadüf edir. Paralel surətdə incəsənətdə, o cümlədən ədəbiyyatda baş verən
hadisələrin mahiyyətinə nəzər salsaq, görərik ki, həmin zaman kəsiyi də ədəbiyyat üçün
inkarlarla səciyyələnir.. XX əsrin ikinci yarısından başlayaraq humanitar düşüncənin bütün
sahələrinə əhatə edən postmodernizm ədəbiyyatda daha qabarıq sezildi. J.Liotar, Jak Derrida,
C.Bart, T.Pinçon, C.P.Danlivi, Mişel Fuko, D.Bartel, D.Delillo, J.Dölöz, F.Qatari, U.Eko,
U.Gibson,C.Barns, İ.Kalvino və b. postmodernizmin elmi-nəzəri,fəlsəfi-estetik, sosial-kulto-
roloji konsepsiyasının prinsip və meyarlarını müəyyənləşdirmişlər. Postmodernizmin hər mə-
qamda modernizmə inkar mövqeyini tədqiqləməyə çalışmasına rəğmən, postmodernizm
modernizmin işərisində yetişmiş bir ədəbi cərəyandır. Thomas Mann, James Joyce, Wirginia
Wolf, Samuel Beckett, Jack Kerouac, Allen Ginsberg, George Perec, Jorge Luis Borges və
modernimdən postmodernizmə keçid prosesini öz əsərlərində göstərə bilmişlər. Həm elmdə,
həm də ədəbiyyatda baş verən, imtina və inkarlara dayanan, gerçəklik anlayışının mahiyyətini
şübhələr süzgəcindən keçirməklə formalaşan yeni konsepsiyaların yaranmasını şərtləndirən
amillər ortaq məqamlar kimi çıxış edir. Bu məqamlar isə, XX əsrin öz mahiyyətini təşkil edir-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
928
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
di. XX əsr bəşər tarixinin və mədəniyyətinin yaddaşında I və II dünya müharibələrinin fonunda
iqtisadi-siyasi, sosial-ictimai dəyişiklikləri və bütün bunları qavramağa çalışan, mənəvi böh-
ran yaşayan insanın gerçəkliyin dərkinin yeni formalarının axtarışı ilə qaldı. İnsan özündən
əvvəl mövcud olmuş və müasiri olduğu fəlsəfi-estetik təfəkkür tiplərinin əleyhinə çıxmağa,
ənənəvi-klassik modelləri inkar etməyə, qarışıq, bir-birindən fərqli dərk və əks etdirmə prin-
siplərinə əsaslanan avanqard xarakterli yeni konsepsiyalar irəli sürməyə başladı. Texnologiya-
nın vüsətli inkişafı, informasiya partlayışı, təbiət elmləri sahəsində baş verən yeni kəşflər XX
əsrin insanını həyat hadisələrinə münasibətində yenilərə sürükləyirdi. Həm elm, həm incəsə-
nət təzahür formalarının fərqliliyinə rəğmən, eyni məqamdan çıxış etməli olurdu. Dünyanın
modeli dəyişirdi. Bu modeli öyrənərək təsvir edən elm öz stereotiplərindən imtina edə bilirdi-
sə, duyğu və hisslərin tərənnümü olan ədəbiyyat bu imtinaya çoxdan hazır idi.
QEYD: Bu məruzə Azərbaycan Respublikası Prezidenti yanına Elmin İnkişafı Fondu-
nun maliyyə dəstəyi ilə hazırlanmışdır. Grant EIF/GAM-2-2013-2(8)-25/23/5
ŞƏBÜSTƏRİ VƏ ŞEİR
Samirə MƏMMƏDOVA
Azərbaycan Dillər Universiteti
hasanovas@yandex.ru
AZƏRBAYCAN
Orta əsr Azərbaycan filosofu Şeyx Mahmud Şəbüstəri iki əsərini nəzmlə yazmışdır.Bu
əsərlər- “Gülşəni-raz” və “Səadətnamə” həm təsəvvüfün nəzəri və praktiki məsələlərinin öy-
rənilməsi, həm də bu təlimə xas terminologiya,rəmzlər və işarələr sisteminin məzmun və ma-
hiyyətinin açıqlanmasında böyük əhəmiyyət daşıyır.Və bu iki mənzum əsər heç də bədii ob-
razlar və poetik ənənələr zənginliyi baxımından o qədər də maraq doğurmamışdır.Hər iki əsə-
rində müəllif nəzmə və şeirə maraq göstərmədiyini açıq şəkildə söyləmişdir:
روز و ﻒﻠﮑﺗ ﺪﺻ ﻪﺑ ﻢﻳﻮﮔ ﺮﻌﺷ
رﻮﻬﺸﻣ ناﺪﺑ ﻦﻳد ﻢﻠﻋ ﻢﻨﮐ ﺎﺗ (b.701)
(Mən şeiri çarəsizlikdən və çətinliklə yazıram, amma bu şeri yazmaqla din elmini yay-
mağa çalışıram- S.M.)
Islam dininin müqəddəs kitabı olan Qurani-Kərimdə 6 yerdə şeirə və şairlərə təmas edil-
diyi görülür.Bundan başqa 114 surədən birinin adı müstəqil olaraq “Şüəra” (Şairlər) surəsidir.
Bu surəyə nəzər salsaq ,şairlərin tənqid edildiyinin şahidi olarıq. “Şairlərə gəlincə...Onlara yal-
nız azğınlar uyar...Məgər görmürsənmi ki,onlar hər bir vadidə sərgərdan gəzib dolaşırlar.Və
onlar etmədikləri şeyləri deyirlər!(ayə 224-226).
Bu durumda Quran semantikasında şairin kim olduğuna,şair kimə deyildiyinə baxmaq
lazım gəlir.Quranın nazil olmağa başladığı dönəmdə və o coğrafiyada şeirin din xarici və hətta
dinə zidd mövqedə olduğu anlaşılır.(31,23)
Hətta Füzuli kimi ustad şairi də Mahmud Erolun təbirincə desək,
Şeirə həvəs etmə kim yalandır,
Yaxşı desələr ana yamandır.
Və
Gər dersə Füzuli gözəllərdə vəfa ki,var
Aldanma ki,şair sözüdür əlbəttə yalandır-dedirdəcək qədər şeirdən bezdirmişlər.
“Gülşəni-raz” əsərinin müqəddiməsində Şəbüstərinin eyni fikirləri ilə qarşılaşırıq.Belə
ki,Şeyx Mahmud yazır:
Hamı bilir, bu kəs büsbütün ömür,
|