şişuclu
, altaylılar isə yastı girdə papaq qoyurlar» (3, 307) Çöldə
yaşayanlar – aşinalılar-köçərilərdir. Müəllif hətta dəqiq
hesablamalar da aparmışdır: «…bizim öyrəndiyimiz 486 balbaldan
329-u şişuclu, 157-si yastıbaşlıdır».(3. 307) Bu çox maraqlı detal
türkütlərin Orta Asiyaya köçmə tarixi ilə bağlı bəzi detalları izah
etməyə imkan verir. E. ə. I minilliyin əvvəlində (VIII əsr) Azər-
baycan ərazilərinə ayaq qoyan köçəri sakların bir qismi şişpapaq
saklar idi: «Mingəçevirdə aşkara çıxarılmış üzük-möhürlərin
üzərindəki təsvirlər də sübut edir ki, torpaq qəbirlərdə dəfn
edilmiş fərdlər sak-skiflərdir. Üzük-möhürlərdən birinin üzərində
başında şiş papaq və əynində səciyyəvi sak geyimi olan sak-
tiqrahauda təsvir edilmişdir» (6, 213-214)
Tiqrahauda
sözünü
qədim fars dilində
tiqra
– iti və
hauda –
dəbilqə, dəmir papaq
sözləri ilə izah etmişlər. Əslində isə
tiqrah
sözü türkcə
dikrək
sözüdür: dik, şiş.(1, 323) Çox mürəkkəb vəziyyət yaranır:
56
Şişpapaq türklər eramızın V-VI əsrlərində Orta Asiyadadır. E. ə.
VIII əsrdə isə onlar Qara dənizin şimal sahillərindən Ön Qafqaza
enmişlər. Bu zaman onların qohumları olan Troya türkləri
ellinlərə məğlub olaraq, şimalda Skandinaviya, qərbdə İtaliya
ərazilərinə yayılmışdı. Demək, köçərilər Orta Asiyaya e.ə.VIII
əsrdən çox-çox sonralar getmişlər. Və yenə deməli, Bumın
kağanın ulu babaları olan şişpapaq saklar Ön Asiyada Homer
dövrünün sakinləri idilər.
Bu cəhət skif vəhşi üslubunun mənbəyinin Ön Asiya oldu-
ğuna etiraz edənlərə də cavabdır.
Türklərin Altayda artıb-çoxalması barədə göz önündə olan fakt-
lar doğrudur, lakin bütün yuxarıdakı faktlar türkün beşiyinin Altay
hesab olunması barədə fikirlərin tam yanlış olduğunu sübut edir. Al-
tayın türk əhalisi Ön Asiya miqrantları olmaqla yanaşı,
Altay
adının
özü də Ön Asiyadan aparılmışdır. Türklər şərqə, şimala və qərbə
hərəkət edərkən əksərən öz sevimli toponimlərini də özləri ilə apar-
mış və yaşatmışlar. E. ə. III minilliyin əvvəllərindəki (XXVIII əsr)
Aratta
tayfa və dövlət adı bir qədər sonra Azərbaycanın özündə də
Alateye
şəklində xatırlanır (16, 67) Maraqlıdır ki, Amur çayının bir
qolu Kür, digər qolu Urmu adlanır. Keçmiş Meğri rayonu ərazisindəki
Nüvədi kəndi yaxınlığında Sələnc çayı, Orta Asiyada Selenqa çayı
vardır.
Kaşğar
sözünün əsasında kas (kaşşu) tayfa adı durur. Man-
nanın Allabria vilayətində dağ adı kimi xatırlanan
Kaşyar
sözü
y>ğ
keçidi ilə Kaşğar dağ adının etimon forması sayılır.(17, 343) Bu dağ
da kasların adı ilə bağlıdır. Kaslar isə Ön Asiyada on min ildən çox ta-
rixi olan tayfalardandır. Orta Asiya Kaşğarının böyük adamı Mahmud
Kaşğari Kaşğarın Azıx kəndində doğulmuşdur. Azıx mağarası – bəşə-
rin 10 böyük inkişaf mərhələsini əks etdirən mağara burda, kənd or-
dadır. Deməli, Kaşğarın əhalisi geniş mənada bizim Azıxdan çıxmış-
dır. (bax: 1, 189-190) Saysız Ön Asiya – Mərkəzi Asiya eyniköklü et-
nonimlərini də bura əlavə etmək olar və bunların hamısında ilkinlik,
qədimlik Azərbaycana məxsusdur.
Beləliklə, «qərb ölkəsinin qərbindən» gəlməsi, «türk» adını Ön
Asiyadan götürməsi, daşıdıqları adlar və titullar, dini görüşləri, ge-
yimləri də göstərir ki, Orta və Mərkəzi Asiyada eramızın birinci minil-
liyinin ortalarında böyük xaqanlıq yaratmış və nəhəng abidələr qo-
yub getmiş türklər daha qədim Azərbaycan türklərinin övladlarıdır.
57
Ma
y, 2004
ƏDƏBİYYAT
1.
K a z ı m o v Q. Ş
. Azərbaycan dilinin tarixi (Ən qədim
dövrlərdən XIII əsrə qədər). Bakı, «Təhsil» nəşriyyatı, 2003.
2
.R ə c ə b l i Ə
. Qədim türkcə-azərbaycanca lüğət. Bakı,
Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001.
3.
Q u m i l y o v L. Qədim türklər. Bakı, Gənclik, 1993.
4
.B i ç u r i n N. Ə
. Sobranie svedeniy o narodax, obitavşix v
Sredney Azii v drevnie vremena, M.-L., 1950, t.I.
5.
N ü v ə d i l i T. V
. Əcdad. Sietl, BA., ABŞ, 1997.
6. Azərbaycan tarixi. Bakı, Elm, 1998, I c.
7.
D ə k o n o v İ. M.
İstoriə drevney peredney Azii. M., 1967.
8.
S ü l e y m e n o v O
. Az-Ya. Bakı, 1993.
9. Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı, 1988.
10.Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, BDU Nəşriyyatı,
1989.
11
.K r a m e r N.
.Dve şumerskie gleqii. M., izd.-vo Vost. lit.,
1960.
12.Xrestomatiə po istorii Drevneqo Vostoka. M., 1963.
13.
L. B u d a q o v
. Sravnitelğnıy slovarğ tureüko-tatarskix
nareçiy, SPb., 1869, t.1.
14.
R a d l o v V. V
. Opıt slovarə törkskix nareçiy. SPb., 1898,
t.I,1.
15
.S e v o r t ə n G. V
.Gtimoloqiçeskiy slovarğ törkskix əzı-
kov. M., Nauka, 1974.
16.Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik, Bakı, Azər-
nəşr, 1994.
17
.Y. B . Y u s i f o v
.Qədim Şərq tarixi. Bakı, BDU Nəşriyyatı,
1993.
ASHINA AND AZERBAIJAN
58
In this article, the attempts his object to establish the
origin and ancestral home of the "500 Ashina families ", that
came to Altai and founded Great Turkic khanate in the VI-VIII
centuries. For this purpose he uses the facts contained in Lev
Gumilyev’s book "Ancient Turks", in comparison with the historic-
linguistic materials on the Front Asia and ancient Azerbaijan .
The legend of Ashina speaks about them as the
newcomers " from west of western country". The " Western
country " is the western turkic khanate up to the Caspian Sea,
and west of this "West" is , naturally, Azerbaijan.
Turkic governors beared a title "Mugan", and Mugan was
the territory of Midian priests , northern and southern
Azerbaijan.
Turkuts received the name "Turk" not at all in Altai. It is
known that the tribe “turukki” lived in Azerbaijan as far back as the
III century B.S.
The Turkuts put on a cap with sharp edges. One part of
Azerbaijan saks was named as " Saks-klobuks" (VIII century
B.S.).
The small number among the aborigenals of this territory,
and their naming as resettlers and refugees also show that the
Ashinas were newcomers to Altai.
The known toponyms and hydronyms - Altai, Kashgar, Kur,
Urmiya, Azikh and others traces back to the Front Asia, to Azerbaijan.
In this connection the Turkic historisms such as “yandi”, “baga”,
“irgen”, “tengri” and others were analysed as well. The words
denoting titles and linked with the name of Allah thad used in the I
millennium of AD in the Middle Asia were known from the III
millennium of B.S. in the Front Asia.
Ашина и Азербайдъан
59
Исследование преследует цель установления происхоъ-
дения и прародины «500 ашинских семей», пришедших на
Алтай и основавших в ВЫ-ВЫЫЫ веках Великий тюркский
каганат. Для этого использованы факты, содеръащиеся в
книге Льва Гумилева «Древние тюрки», в сравнении с
историко-лингвистыческими данными матерыалов по
Передней Азии и древнему Азербайдъану.
Легенда ашинцев говорит о них как пришельцах «с запада
западной страны». «Западная страна» - это западнотюркский
каганат до Каспия, а запад этого «Запада», естественно, Азер-
байдъан.
Тюркютские правители носили титул «Мугань», Муганы –
террытория мыдийских магов, северного и юъного
Азербайдъана.
Название «тюрк» тюркюты получили вовсе не на Алтае:
еще в ЫЫЫ тысячелетии до н.э. в Азербайдъане ъило известное
племя «турукки».
Тюркюты надевали на голову островерхие шапки. Часть
азербайдъанских саков называлась ортокорибанти - «саки-
кльбуки» (ВЫЫЫ в.до н.э.).
О том, что ашинцы были пришельцами на Алтае, крас-
норечыво свыдетельствует как малочисленность их среди
аборигенов этого края, так и именование их
«переселенцами», «беъенцами».
Известные топонимы и гидронимы –
Алтай, Кашгар,
Кура, Урмия, Азых
и др. восходят к Передней Азии, к
Азербайдъану.
В этой связи анализированы такъе тюркские историзмы
типа
йанди, бага, ирген, тенгри
и др. Эти слова
употреблявшиеся в Средней Азии в первом тысячелетии
нашей эры в качестве общественно-политических и
религиозных терминов, в Передней Азии были известны уъе
в третьем тысячелетии до н.э.
60
AZƏRBAYCANIN İLK
SAKİNLƏRİNİN SON XİDMƏTLƏRİ BARƏDƏ
Son araşdırmalara görə, bəşər tarixində daş dövrü 6 milyon il
əvvəl başlamış və 7 min il bundan qabaq başa çatmışdır. Aşkar
olunmuş zəngin maddi mədəniyyət nümunələri əsasında müəyyən
edilmişdir ki, şimallı-cənublu Azərbaycan ərazisi insanın təşəkkül
tapdığı ərazilər sırasına daxildir və hələlik müəyyən edilmiş maddi
mədəniyyət qalıqları, arxeoloji materiallar sübut edir ki, ölkəmizin
ərazisində insanın 2 milyon ilə qədər yaşı vardır. Tarix elmləri dok-
toru, arxeoloq Əsədulla Cəfərovun bu yaxınlarda çap etdirdiyi
«Azərbaycanın ilk sakinləri» (Bakı, 2004, rəyçiləri müxbir üzv Vəli
Əliyev və professor Qüdrət İsmayılzadədir) əsəri bəşər övladının
təkamülündə, bugünkü səviyyəyə gəlib çatmasında Azərbaycan
torpaqlarının rolunu məhəbbətlə qələmə almışdır. Həm də müəllif
bu əsərdə yalnız Azərbaycan ərazisində üzə çıxarılmış arxeoloji
materialları deyil, Afrikanın şimal-şərqində, Zaqafqaziya, Fransa,
Almaniya ərazilərində keçən yüzilliklər ərzində toplanmış ma-
terialları toplu halda nəzərdən keçirməklə Yer üzünün ilk sakinləri-
nin ilkin kobud daş alətlərdən bugünkü kompyüter dünyasına
qədər keçdiyi yolu arxeoloji tapıntıların dili ilə nəql etmiş, bəşər
təkamülünün həqiqi mənzərəsini yaratmışdır.
Əsas süjet bundan ibarətdir ki, ilk insanlar Avropa, Asiya, Af-
rika qitələrinin hər yerində, həm də 15-20 nəfərlik qruplarla
yaşamış, çay daşlarından ibtidai alətlər düzəltmiş, birlikdə ovçuluqla
məşğul olmuş, qayalar üzərində ilk incəsənət əsərləri yaratmışlar.
«İnsanın özünü məhz əmək yaratmışdır. Əmək fəaliyyəti
nəticəsində ibtidai insanlar heyvanlar aləmindən birdəfəlik ayrılmış-
lar. Təxminən 6 milyon il bundan əvvəl ibtidai insan adi çay
daşını götürüb ondan şüurlu surətdə əmək aləti hazırlamağa
başlamışdır».(9-10) Bu fikirlər bizə tanışdır. Marksizm bu cür öy-
rədib. Burada yalnız son vaxtlar dəqiqləşdirilmiş «6 milyon il» ye-
nidir. Yaxın vaxtlara qədər bu təkamül 3,5 - 4 milyon il sayılırdı.
Beynəlxalq arxeoloji cəmiyyətlərlə əlaqəsi, xüsusilə Fransada
keçirilən simpoziumlarda iştirakı Ə.Cəfərova son dövrlərdə
dəqiqləşdirilmiş bu rəqəmi ortaya gətirməyə imkan vermişdir. Bizə
61
tanış fikir olsa da, indiki dövrdə bu sözlər başqa bir mühüm
məsələni də düşündürür: Sovet dövlətinin süqutundan sonra özlə-
rini elm adamları sayanlar arasında fanatizm güclənməkdədir.
Ateizmdən dərs deyənlər həqiqəti üzə çıxarmaq əvəzinə, indi
şəriətdən dərs deyirlər. Deməli, Ə.Cəfərov həqiqi mənada
arxeoloqdur və insanın uzunmüddətli təkamülün nəticəsi oldu-
ğunu və təkamül əsasında heyvanlar aləmindən ayrıldığını
(hərçənd xalqların qanını soran bir zümrənin hələ bu aləmdən
tam ayrıldığını demək olmaz) dünya arxeoloji tədqiqatlarına söy-
kənərək və bu yolda heç bir tərəddüdə yol vermədən söyləyir.
Çox qəribədir: hər gün, hər ay, hər il yeni dəlillərlə, yeni ma-
teriallarla üzləşən insan gözü ilə gördüyünü bir kənara qoyub,
əfsanələr uydurmaqla məşğuldur.
Əsədulla müəllim bu cür fanatizm haqqında düşünmür və
daha doğrusu, bu tərəfi heç ağlına da gətirmir. O, insanlığın səhər
çağlarında Yer kürəsinin daha gözəl olduğunu, sanki cənnəti
xatırlatdığını, tədricən öz heyvan əcdadlarından aralanmaqda olan
insanlar üçün hər cür əlverişli şəraitin, bitki və ov heyvanlarının
olduğunu şair kimi təsvir edir. Uzun müddət əcdadlarımızı təbii
mağaralar mühafizə etmişdir. İnsan tədricən odu kəşf etmiş,
mağaralardan yerüstü daxmalara qalxmışdır. Od onun beyin
inkişafında böyük rol oynamışdır.
Bu maraqlı kitaba cəlb etmək üçün əsərdəki bir sıra
faktlarla da oxucunu tanış etmək istəyirik.
«İnsanlığın ilk çağlarında Azərbaycanın ulu sakinləri daimi ya-
şayış məskəni kimi Araz çayı ərazisini seçmişdir. Çünki Araz çayının
sağ və sol sahillərində möhtəşəm dağlarla əhatə olunmuş
mağaralar və təbii sığınacaq yerləri var idi».(14) Bu cəhətdən Azıx
mağarasının bəşər tarixində müstəsna əhəmiyyəti vardır. Müəllifin
dediyi kimi, giriş yolu olduqca möhtəşəm olan və salonlarını günəş
şüası tuta bilən bu mağaranın ətrafı yaşıllıq, meşəlik, meyvə və ov
heyvanları ilə zəngin olmuşdur. Ulu sakinlər bura 2 milyon il
əvvəldən köçmüşlər. «Araz çayının sol sahilindəki (? – Mənbədən,
yoxsa mənsəbdən baxılır?) Cəbrayıl rayonunun ərazisində tapılmış
sümüklər göstərir ki, ibtidai insanlar mağaralardan başqa, açıq dü-
şərgələrdə də yaşamışlar». (15-16) Düşünmək qabiliyyətini tədricən
artırmaqda olan əcdadlar Quruçay vadisindən alət üçün seçdikləri
62
çaxmaq və bazalt daşlarını mağaraya gətirmiş, burada alətə çevir-
mişlər. Tədricən sümük alətlər, ağac süngülər düzəltməyə
başlamışlar. Bu sonuncuların tarixi yaxın hesab olunur – təqribən
250 min il əvvəllərdən hesablanır.
Milli elmimizdə arxeoloq Məmmədəli Hüseynovun paleolit
arxeoloji ekspedisiyaları böyük nəticələr vermişdir. Keçən əsrin
60-cı illərindən başlanan tədqiqatldar nəticəsində Azıx
mağarasında 10 mədəni təbəqə müəyyən edilmişdir. 10 mindən
artıq daş, 100 mindən artıq sümük məmulatı əldə edilmişdir.
Kobud çapacaqlar və qaşovlar, kubvarı alətlər, 4-5 kq ağırlığında
çoppervarı alətlər qeydə alınmışdır. Quruçay mədəniyyətinə aid
olan bu tapıntılar 1,8 milyyon il əvvəldən 700 min il əvvələ
qədərki dövrü əhatə edir.
Quruçay mədəniyyətindən sonra Yer üzündə «aşel dövrü»
deyilən dövr başlanır. Bu dövr 700 min ildən 120 min il əvvələ
qədər davam etmişdir. Azıx mağarasının 5 və 6-cı təbəqələrindən
aşel dövrünə aid (650-120 min illər arası) 2 mindən artıq daş
məmulatı, o cümlədən mükəmməl əl çapacaqları tapılmışdır.
Aşel dövrü adamlarının tipi pitekantrop, sinantrop və
heydelberq adamı tipində olmuşdur. Boyu 160-170 sm, beyin
tutumu 850-950 sm
3
olmuşdur.
1968-ci ildə Azıx mağarasında axtarışlar böyük nailiyyət və
sevinclə nəticələnmiş, ölkəmizin ərazisində ən qədim insanın çənə
sümüyü tapılmışdır. Aşkar edilmiş çənə sümüyü 18-22 yaşlı qadının
– Azıxantropun (Azıx adamının) çənəsi olub, keçmiş SSRİ
ərazisində birinci, dünyada 4-cü qiymətli tapıntı sayılır. Azıx
adamının 350 min il bundan əvvəl yaşadığı müəyyən edilmişdir.
Aşeldən sonra Mustye dövrü başlanır – 120 - 100 min il
əvvəldən 35 - 33 min il əvvələ qədər. Bu dövrün sakinləri
neandertal tipli insanlar olmuşlar. mağaralarla yanaşı, yerüstü
yaşayış yerlərində, komalarda yaşamışlar. Bu dövrdə qəbir
mədəniyyəti yaranmışdır. Azıxda və Tağlarda bütün mustye
dövründə insan yaşamışdır. Daşsalahlı, Buzeyir və Qazma
düşərgələri də mustye mədəniyyətinə aid zəngin materiallar verir.
Əsədulla Cəfərovun öz iştirakı ilə Tağlar mağarasından mustye
mədəniyyətinə dair 7 mindən artıq daş məmulat, 100 mindən
artıq heyvan sümüyü aşkar edilmişdir. Mağaralarda çoxlu ocaq
63
yerləri müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, hələ mustye
dövründə Tağlarda hazırlanmış alətlər Yaxın Şərq ərazilərinə yayıl-
mışdır.
Naxçıvan ərazisində Qazma mağarası 6 mədəni təbəqəni mü-
hafizə edir. Burada Ə.Cəfərovun iştirakı ilə aparılmış axtarışlar za-
manı 12 mindən artıq heyvan sümüyü tapılmışdır. Naxçıvan
ərazisində insanların 120 min il əvvəldən yaşadığı öyrənilmişdir.
Ə.Cəfərovun rəhbərliyi ilə Lənkəran, Astara, Lerik, Masallı
ərazilərində də paleolit ekspedisiyaları işləmişdir. Uzunluğu 12 m, eni
5-6 m olan Lerik-Buzeyir mağarası 5 arxeoloji təbəqədən ibarətdir.
Qazıntılar bu ərazilərdə insanın 100-80 min il əvvəldən yaşadığını
göstərir. Kəlbəcər ərazilərində də yaşayış düşərgələri çox olmuşdur.
Kəlbəcərin qayaüstü rəsmləri Qobustanın «kiçik qardaşı» sayılır.
Bəşərin təşəkkülündə
Olduvay
mədəniyyəti ən qədim mədə-
niyyət sayılır. Ən qədim ibtidai insan Şərqi Afrika ərazisində aşkar
olunmuş Homo habilis hesab olunur. Bu, İndoneziyanın Yava ada-
sından tapılmış pitekantropdan da qədimdir. Olduvay Tanzaniyanın
şimalında yerləşir.
1994–2002-ci illərdə Həbəşistanın Aramis paleolit düşər-
gəsindən yaşı 4,4 milyon ilə bərabər olan qədim insan kəlləsi
əldə edilmişdir. Keniyanın Türkanə gölü yaxınlığındakı düşər-
gədən tapılan kəllələrdən birinin 3,5, ikincisinin 4,4,
üçüncüsünün 6 milyon il yaşı olduğu müəyyən edilmişdir. Şərqi
Afrikanın 21 paleolit düşərgəsinin yaşı 3 - 6 milyon il arasındadır.
Qafqazda və Azərbaycan ərazilərində paleolit düşərgələrinin yaşı
2 milyon ilə bərabərdir.
Keçən əsrin 30-cu illərində Çin alimi Pey Ven Çjun bir uşağın və
30-35 yaşlı qadının kəllə sümüyünü tapmışdır. Sinantropun boyu
144-156 sm, beyin tutumu 1050, 1200 sm3 olmuşdur. 1907-ci ildə
Almaniyanın Heydelberq şəhəri yaxınlığında qədim insanın alt çənəsi
aşkar edilmişdir.
Fransanın Tera-Amata düşərgəsində eni 4 – 6 m, uzunluğu 8
– 15 metr olan tikili yeri üzə çıxarılmışdır. Müəyyən edilmişdir ki, bu
cür tikili yerlərində daş alətlər düzəldilirmiş. Çoxlu daş avadanlığının
və sönməmək üçün daş qalağı ilə əhatə olunmuş ocaq yerinin olması
da bunu təsdiq edir. Düşərgənin mədəni təbəqələrindən birində
64
paleolit adamının ayaq izi qalmışdır. Ayaq izinə əsasən boyunun 1,56
m olduğu hesablanmışdır.
Fransanın Kondel-Araqo düşərgəsinin qalınlığı 17 metrə bə-
rabərdir və bu düşərgə 14 mədəni təbəqədən ibarətdir.
Düşərgədən 32 sm-lik ən nadir əl çapacağı, 4 kəllə və 5 qədim
insan çənəsi tapılmışdır. Bunlar 600 – 450 min il əvvələ aid insan
qalıqlarıdır.
İraqın Sanidar mustye düşərgəsinin sahəsi 578 kvadrat-
metrdir, dörd mədəni təbəqənin ümumi qalınlığı 14 metrə
qədərdir. Sanidar düşərgəsindən 9 neandertal insanın sümüyü
tapılmışdır. Müəyyən edilmişdir ki, onlar mağaranın üst qatının
uçması nəticəsində həlak olmuşlar.
«300 min il bundan öncə say və hesablama azıxantropa
məlum idi». (1,35) «40-35 min il bundan əvvəl müasir fiziki tipə
malik olan insan meydana gəldi».(1,35) Bunlar aşel və mustye
dövrlərinə aiddir. Təqribən 300 min il əvvələ dair sümük və kəllələr
üzərində paralel cızılmış xətlər müəyyən edilmişdir. Müəllif bu
çərtmələrə arxeoloqların münasibətini izah edərək yazır:
«Tədqiqatçıların böyük əksəriyyəti bu cür çərtmələri insanın öz
fikirlərini təsvir etməyin və qeydə almağının ilkin cəhdlərinin, xüsu-
silə əvvəllər məlum olmayan ünsiyyət üsulu kimi ilkin qrafikanın ya-
ranmasının təsdiqi kimi qəbul edir. Bəzi tədqiqatçılar belə hesab
edirlər ki, burada təşəkkül tapmaqda olan nitqin qrafik cəhətdən
qeydə alınmasının… ilkin təcrübələrini» müşahidə etmək olar. (136)
Bunlar bizim üçün maraqlıdır, lakin çox azdır və demək olar ki, elə
bunlardan ibarətdir.
Bu dövrlər içərisində ən maraqlısı və şəxsən bizim üçün vacib
öyrənilməli olanı mustye dövründən sonrakı minilliklər, daha
doğrusu, 40 – 35 min il əvvəldən 12 min il əvvələ – mezolitə
qədərki dövrdür. Homo sapiens bu dövrdə formalaşır, insan həqiqi
mənada insan kimi bu dövrdə təşəkkül tapır. Dil bu dövrdə yaranır.
Həm də məlumdur ki, neandertal insan üç qitədə (Avropa, Asiya və
Afrika qitələrində) geniş yayılmış olsa da, hər yerdə homo sapiensə
çevrilə bilməmişdir. Müasir insan tipi məhdud bir ərazidə – Asiyanın,
Avropanın və Afrikanın qovuşduğu naməlum bir ərazidə yaranmış,
qalan ərazilərdə neandertal insan məhv olmuşdur. Bu ərazini dəq-
iqləşdirmək elm üçün daha maraqlı olardı. Lakin bu dövr əsərdə, de-
65
mək olar ki, boşdur. Halbuki təkcə Azərbaycan ərazisində deyil, bu
dövrü Asiya, Afrika və Avropanın qovuşduğu ərazilərdə daha
diqqətlə araşdırmaq lazım idi. Müəllif bu dövrü, deyəsən, «üst
paleolit» adlandırır. Əsərdə üst paleolitə dair araşdırmalar olsa da,
onlar konkret dövrü deyil, ümumən paleoliti – 6 milyon illik dövrü
əhatə edir. Halbuki bu dövrü dəqiq aydınlaşdırmaq barədə
beynəlxalq proqram da qəbul edilmişdir. 2001-ci ilin iyulunda
Fransanın Totavel şəhərində Fransa, İtaliya, Yaponiya, Rusiya, Azər-
baycan və Gürcüstan alimlərinin hazırladığı İNTAS – 2000 proqramı
qəbul edilmişdir. Bu proqrama əsasən Avropanın və Qafqazın
mustye mədəniyyəti 3 il müddətinə birlikdə öyrənilməli idi. Proqramın
məqsədi geniş olmuşdur. Əsas məqsəd isə «…mustye dövründə ya-
şamış neandertal tipli insanların inkişaf edib homo sapiens – yəni ka-
mil insanlara çevrilməsinin əsas səbəblərini müəyyənləşdirmək…Adı
çəkilən ölkələrdə hazırda yaşayan xalqların ulu əcdadlarının nean-
dertal tipli insanların inkişafının nəticəsi olub-olmadığını müəyyən
etmək… bu ölkələrdə yaşayan insanların yerli və ya Yaxın Şərq,
Afrika mənşəli olub-olmadığını müəyyən etmək, neandertal tipli insan-
ların müasir insana çevrilməsi prosesinin səbəblərini aydınlaşdır-
maq…» və s.-dən ibarətdir. Bu münasibətlə əsərin müəllifi – Ə.Cə-
fərov 2001, 2003-cü illərdə xeyli müddət Fransanın Paris, Nis, Kən-
son, Pepinyan və Totavel şəhərlərində olmuş, öz yazdığına görə,
Dostları ilə paylaş: |