Sıfıra bərabər informasiya
– 1. Hər hansı məlumat yoxluğu.
2. Mətndə sıfır informasiyalı (əhəmiyyəti olmayan) söz və söz
birləşmələri, daha doğrusu, konkret verilmiş mətndə məna
informasiyası daşımayan fikir.
Sıxma – bax
: kompressiya.
Siqnifikativ funksiya –
ayırıcı funksiya.
Siqnifikativ konnotasiya
– dil işarəsinin siqnifikativ konno-
tasiyası dedikdə biz elə bir məna başa düşürük ki, o onun denotativ
mənasına kömək edir və bu dil ilə konkret bütün etnik icmanın dili
ilə bağlıdır və buna görə də dil faktıdır.
Simvol –
1. Ardıcıl tərcümədə: 1) anlayışların əlamətlərinə
görə qənaətli və əyani şəkildə göstərilməsi. Simvol yalnız öz təyina-
tını yerinə yetirərkən simvoldur. O, qənaətcilliyi, əyaniliyi və univ-
ersallığı ilə seçilməlidir. Mənbə dilindən asılı olmadan simvollar
leksik mənanın daşıyıcısı olur. Yazı zamanı bəzi zəruri qrammatik
informasiyanın verilməsində, sözlərin ardıcıllığında şərti işarələrdən
istifadə olunur; 2) simvollar üçün şərti işarələr, hərflər, yaxud
95
ixtisarlardan istifadə olunur ki, onlar anlayışların hərfi, assosiativ və
törəmə simvollarına bölünür; 3) öz başlıca təyinatına görə simvollar
predikativ simvollara, zaman simvoluna, modal simvollara və key-
fiyyət simvollarına bölünür; bütün digər simvollar isə ümumi tə-
yinatlı predmet simvolunun geniş qrupunu təşkil edir. 2. Sürətli
tərcümə yazısı zamanı predmet və hadisələrin qrupunu işarə etmək
üçün istifadə olunan şərti işarələr. 3. Konkret, verilmiş referentlə
motivasiyası olan əlaqə işarəsi. Adətən, ümumi anlayış qrupu üçün
simvol əlamət bildirir. Əyanilikdən başqa, simvol həm də qəna-
ətcillik və universallıqla seçilir, xarakterizə olunur. Simvolların
əyaniliyi nəinki Sözün hərfi ifadələrindən görmə qavrayışı üçün
asandır, həm də simvol üçün seçilmiş əlamət anlayışla bağlı olan as-
sosiasiyalara səbəb olur. 4. Ardıcıl tərcümədə yazı zamanı istifadə
olunan şərti informasiya işarəsidir; simvollar işarə üsuluna görə tər-
cümədə assosiativ, hərfi və törəmələrə bölünür.
Sinxron intralinqval tərcümə –
ədəbi əsərlərin dilin inkişa-
fında eyni tarixi dövrə, mərhələyə keçməsi.
Sinxron tərcümə –
1. Peşəkar tərcümənin əsas formalarından
biri. Tərcüməçi tərəfindən tərcümə edilən mətnə paralel aparılan bir
dildən digər dildə məlumatın şifahi tərcüməsi. 2. İlkin mətnin
eşidilməsi ilə eyni vaxtda qəbul edilən və həyata keçirilən şifahi
tərcümə. 3. İlkin mətnin səslənməsi ilə paralel olaraq tərcümənin
mətninin tələffüzü ilə xarakterizə olunan şifahi tərcüməçinin fəaliy-
yət növü. Sinxron tərcümədə – eşitmə ilə sinxron tərcümə; vərəqdən
sinxron tərcümə; əvvəlcədən tərcümə olunmuş mətnin sinxron
oxunuşu və s. bölünür. 4. Şifahi tərcümənin qoşadilli kommunikativ
nitq fəaliyyətini şifahi birdəfəlik məlumatın eyni zamanda eşitmə ilə
qavranılması yolu ilə aparılmaqla, zaman çatışmazlığı və işlənib
hazırlanması olduqca məhdud həcmdə həyata keçirilməsi olub,
onun predmeti və məhsulu işlənib hazırlanmış nitq məlumatının
semantik - məna strukturudur. 5. Eşitmə ilə (vərəqdən tərcümədən
fərqli olaraq) şifahi tərcümənin növü (bütün yazılı tərcümə
növlərindən başqa) olmaqla ilkin dildə (ardıcıl tərcümədən fərqli
olaraq) nitq məlumatının alınması ilə eyni vaxtda tərcüməçi
96
tərəfindən həyata keçirilən fəaliyyət. Bax: eyni zamanda peşəkar
sinxron tərcümə. 6. Orijinal mətninin kabinədə tələffüzü ilə xüsusi
texniki vasitələrin köməyi ilə, yaxud kabinədən kənarda astaca
deyilişlə həyata keçirilən fəaliyyət. 7. İlkin mətnin eşidilməklə
qəbulu əməliyyatının və tərcümənin digər dildə şifahi cəhətdən,
eyni zamanda, bir vaxtda həyata keçirilməsi. Sinxron tərcümənin
əsas xüsusiyyəti – onun tərcüməçinin hərəkətlərinin üzərinə qoyulan
ekstremal zaman məhdudiyyəti və daim onun diqqətinin bir ob-
yektdən digərinə qoşulması ilə bağlıdır. Sinxron tərcüməçiyə öz
funksiyalarını yerinə yetirməkdə mühüm amil tərcümənin işarə ilə
verilməsi üsuludur ki, bir dildən digər dilə keçmə işarə səviyyəsində
həyata keçirilir və bu, ilkin dili denotatı düşünmədən gedir. Sinxron
tərcüməyə öyrətmə aşağıdakı mexanizmlərin formalaşmasını
nəzərdə tutur: nitqin qavrayışının sinxronizasiyası, şifahi nitqin
qavrayışı zamanı danışmanın neytrallaşdırılması vərdişi və başqa
obyektə qoşulma (burada şifahi tərcüməçiyə zəruri olan xarici nitqin
eşidilmə mexanizmi və şifahi nitq texnikası artıq yarandığı nəzərdə
tutulur). 8. Şifahi tərcümə tərcüməçi tərəfindən praktik olaraq
tərcümə olunacaq mətni eşitmə ilə eyni vaxta yerinə yetirilir. Adə-
tən, sinxron tərcümə beynəlxalq konfranslarda, yığıncaqlarda təşkil
olunur ki, o zaman həm də şifahi formada məlumatın mənasının
daha tez, çevik başa düşülməsi zərurəti yaranır.
Sinxron tərcümə modeli -
sinxron tərcüməçinin fəaliyyətinin
mühüm xassələrindən olan təsviri; sxematik təsviri.
Sinxron tərcümə
– müasir tərcümə.
Sinxroniya –
zaman, statikada təkamüldən asılı olmadan hə-
min stadiyada (mərhələdə) müşahidə edilən dil faktlarının xarakteri.
Sinxronlaşdırma mexanizmi –
1. Fəaliyyətin xüsusi məşqlə-
rin köməyi ilə formalaşdırılmasıdır ki, ilkin mətndə oriyentirləşdir-
mə prosesinin parallel həyata keçirilməsi, tərcümə hərəkətlərinin və
tərcümə həllinin həyata keçirilməsinin axtarışında istifadə olunur; 2.
Müəyyən zaman kəsiyində nitq və tərcümə mexanizmlərinin birgə
fəaliyyətini koordinasiya edir, həyata keçirir. O, özündə nizamlan-
manın bir sıra səviyyələrini birləşdirir ki, onlar potensial şəkildə
97
dərk ediləcək dərəcədə, həm də nizamlanma obyektləri ilə bir-
birindən fərqlənir. Səviyyələr: aktual dərk edilmə, şüurlu nəzarət və
şüursuz (qeyri-iradi) nəzarət.
Sinonimik sıra –
1. İntensivlikdən və onun keyfiyyət ifadəsi
olan çalardan asılı olaraq eyni mənaların (sinonimlər) sırası. 2.
Leksik, yaxud frazeoloji sinonimlər sırası.
Sinonimik əvəzləmə –
1. Bu və ya digər dildəki eyni mənaya
malik söz, söz birləşməsidir. 2. Digər nitq vahidini məna baxımdan
əvəz edə bilən söz və söz birləşməsi.
Sinonimlər –
1. Eyni anlayışları ifadə edib bir-birinə yaxın,
yaxud uyğun sözlər olub, müxtəlif çalara, yaxud üslubi çalarlarla
fərqlənən, adətən, eyni nitq hissəsinə aid olub, deyimin qarşılıqlı
dəyişən elementi kimi çıxış edir. 2. Eyni nitq hissələrinə aid olub
tam, yaxud qismən leksik mənası ilə uyğun gələn sözlər. 3. Mənaca
bir-birinə o qədər yaxın sözlərdir ki, onların düzgün ifadə edilməsi
həmin sözlərin semantik çalarının və üslubi xassəsinin bir-birindən
fərqləndirilməsi üçün dəqiq bilik tələb edir.
Sinonimlər lüğəti –
bu, sinonimləri, onların izahını, onlara
illüstrativ materialları özündə əks etdirən lüğətdir. Sinonimlər lüğəti
nəinki onlara məna baxımından uyğun olan sözlərin mənasını izah
edir, həm də tərcüməçinin əlinə (onun sərəncamına) fikri daha dəqiq
ifadə etmək üçün leksik vasitələr imkanı verə bilər.
Sintaqma –
1. Mənaca və ritm-melodik cəhətdən bir-birinə
birləşmiş cümlə tərkibində bir qrup sözlə əmələ gəlmiş nitqin se-
mantik-sintaktik vahidi. 2. Qrammatik cəhətdən formalaşmış və da-
ha mürəkkəb bütövün (cümlənin) nisbətən bitmiş fikri ifadə edən
birləşmiş nitqin ritm-melodiuk vahidi.
Sintaqmatika –
dilin sistemli öyrənilməsinin dil vahidlərinin
onların xətti ardıcıllığındakı münasibətlərlə müəyyənləşməsi.
Sintaktik aktantlar –
real aktantları bildirən (mübtəda, bütün
hallarda işlənən tamamlıq, yer zərfliyi və s.) cümlə üzvləri.
Sintaqmatik ekvivalentlik –
mətnin sintaqmatik ox üzərində
elementlərinin təşkili, daha doğrusu, onun struktur quruluşu səviy-
98
yəsi. Üslubun paradiqmatik «anbar»ından bədii ifadə vasitələrinin
seçimi nəticəsində üslubi elementlər ekvivalentidir.
Sintaktik əvəzləmə -
əsl mətnin konstruksiyasından fərqlənən
əslin və tərcümə dilinin qrammatik quruluşunun üst-üstə düşməməsi
ilə ortaya çıxan tərcümə mətnindəki cümlənin digər sintaktik kons-
truksiya ilə verilməsi.
Sintaktik kodlaşdırma –
sistemə girişdə (real kommunikasi-
yada sintaktik kodlaşdırma danışana məxsus olduqda) sintaktik zən-
cirin formalaşması.
Sintaktik kompressiya
– orijinalda verilmişlə daha müxtəsər
və daha sadə sintaktik konstruksiyanın seçilməsi. Sintaktik komp-
ressiyaya aşağıdakı üsulları aid etmək olar: 1) Bir neçə budaq cüm-
lənin iki və daha artıq sadə struktura parçalanması; 2) budaq cüm-
lənin feli sifətlə əvəzlənməsi; 3) natiq çıxışlarında daha tez-tez rast
gəlinən feli sifət çevrəsini çıxışlıq hal ifadəsi ilə (yaxud adlıq haldan
başqa hallarda) əvəzlənməsi; 4) söz birləşməsinin bir sözlə, eləcə də
dövlətin, yaxud təşkilatın tam adının ixtisarla, yaxud abbreviatura
ilə əvəzlənməsi.
Sintaktik məna –
deyim elementləri arasında əlaqələri ifadə
edən məna. Bax: eyni zamanda işarənin dildaxili mənası.
Sintaktik münasibətlər –
semiotikada işarələr arasında olan
münasibətlər.
Sintaktik transformasiyalar –
cümlənin, yaxud bir cümlənin
sintaktik tipinin digərinə dəyişdirilməsi.
Sintaktik uyğunluq –
cümlənin sintaktik şəklinin dəyişdiril-
məsi, bir sintaktik konstruksiyanın digər, yaxud cümlə üzvlərinin
cümlənin məna strukturunun xələl gətirilmədən yenidən
dəyişdirilməsi (dəyişilməsi). Tərcümə zamanı sintaktik
konstruksiyanın dəyişilməsi semantik və üslubi cəhətdən özünü
doğrultmalıdır. Tərcümə zamanı qrammatik əvəzləmə analoq
xarakterinə malikdir.
Sintaktika
– dilin plan, yaxud tədqiq aspektlərindən biri ol-
maqla, dil vahidlərinin özü arasındakı münasibətlərlə fərqlənən,
daha doğrusu, onları dildən istifadə edənlərə həm bildirdikləri pred-
99
metlərə, həm də şəxsi, yaxud şəxslər arasındakı münasibətdən kə-
narda nəzərdən keçirən.
Sintaksis
– 1. Nitq deyiminin strukturlaşdırılması qaydası. 2.
Nitqin strukturlaşması (sözlərin bir-biri ilə uzlaşması və sözlərin
bir-birinin ardınca olması) prosesini öyrənən qrammatikanın bölmə-
si.
Sintez
– 1. Elementlərin (daha ayrı-ayrı kiçik vahidlərin) daha
böyük (qlobal) vahidlərdə birləşməsi. 2. Danışıq - aktiv qrammatika
- mənadan formaya keçid- məlumatın törəməsi.
Sistem –
1. Bir-birindən qarşılıqlı şəkildə asılı elementlərdən
ibarət bütöv obyekt. Sistem nöqteyi-nəzərdən ona aid olan sistemin
elementi parçalanmamaq xassəsinə malikdir. Sistemin elementləri
arasında qarşılıqlı əlaqələr, bu əlaqələrin cəmi, onun təşkili məhz
strukturudur. Əgər biz dili nitqdən fərqli olaraq sistem kimi nəzər-
dən keçirmiş olsaq, belə olduğu təqdirdə onun elementləri sözlər və
sabit söz birləşmələri olacaqdır, strukturu isə sözlərin birləşməsi və
sabit söz birləşmələrinin cümlələrdə əks olunması, həm də onlarda
gedən dəyişikliklər olacaqdır. Burada ayrıca sistem kimi hər bir nitq
əsəri çıxış edir. Onun daxili elementlərinin əlaqələri və qarşılıqlı
münasibətləri nitq əsərinin strukturu olur. 2.Bu, həm də dil və məna
fərqləndirici vahidlərin bir-biri ilə müəyyən münasibətlərdə daya-
nan (duran) cəmi kimi dərk edilməlidir.
Sistemaltı –
ümumi dil sisteminin qanunauyğun təşkil olun-
muş hissəsi.
Sistematika (sistemlilik) –
sintaqmatikadan, daha doğrusu,
dilin daha sonra bölünməyən elementlərindəki təsnifatda dilin
tədqiqinin ikinci fazası, daha doğrusu, paradiqmlərin üzvləri (his-
sələri) arasında münasibətlərin müəyyənləşməsi.
Situasiya –
1. Konkret deyim həyata keçirilən zaman nitq
konteksti, daha doğrusu, şərait (məqsəd və s.). 2. Maddi və yaxud
ideal obyektlər və onlar arasındakı münasibətlər. 3. Deyimlə təsvir
olunmuş konkret, yaxud mücərrəd gerçəklik. 4. Nitq hərəkəti
məqamında, yaxud deyimdə təsvir olunmuş və mövcud olan real
gerçəklikdəki komponentlərin cəmi. Nitq və predmet situasiyaları
100
fərqləndirilir. 5. Deyimlə təsvir olunan konkret, yaxud mücərrəd
gerçəklik: o, özündə məqsəd, deyimin məzmunu, ünsiyyət şəraitini,
nitq şəraitini, veriləcək informasiyanın kəmiyyətini (həcmini) və
digər bu deyimdə (nitq ünsiyyəti) həyata keçirilən şəraiti nəzərdə tu-
tur. 6. Ayrıca nitq kommunikasiyası aktının gedişi zamanı dərk olu-
nan, fikirləşilən və dəyişilən gerçəkliyin fraqmenti. 7. Nitq kontek-
sti, daha doğrusu, bu deyimin həyata keçirildiyi şərait (vəziyyət,
məqsəd və s.). 8. Gün, il, illərin hesablanmasının daxili və xarici
şəraitini xarakterizə edən gerçəkliyin bir hissəsi (real, yaxud
xəyalda tutulan). Nitq aktı nöqteyi-nəzərdən situasiya amilləri
onlara deyilir ki, onlar səs, yaxud xışıltı yaradanlardan fərqli olaraq
məlumatın verilməsinə kömək edir.
Situasiya əlaqələri –
onların istifadəsi qəbul olunmuş situa-
siya ilə bağlı hazır cümlənin leksik vahiddən ibarət olan əlaqələri-
dir.
Situasiya klişesi
– konkret bu situasiya üçün vacib olan ste-
reotip ifadə. Məsələn, «Danışır, Bakı!», «Xoş gəlmisiniz!». Situa-
siya klişesi tərcümə üçün ayrıca həll tələb edir, daha doğrusu, onlar
özləri daxil olduğu ilkin mətndə tərcümə vahidi kimi nəzərdən
keçirilə bilər.
«Situasiya-mətn» modeli –
bu, elə situativ model deməkdir.
Situasiya obrazı –
kommunikasiya (ünsiyyət) aktında situa-
siyanın təsviri və dəyişdirilməsi, onun nəzərdən keçirilməsi şüurun
məhsuludur.
Situasiyalı informasiya
– nitq aktına kömək edən ekstralin-
qvistik amillərdən gələn informasiya.
Situativ –
həmin situasiya ilə şərtlənmiş deməkdir.
Situativ informasiya
– bilavasitə hər hansı situasiyanı əks
etdirən informasiya.
Situativ kompressiya – bax
: situativ-məna kompessiyası.
Situativ kontekst –
şəraitin və əvvəlki təcrübənin ekstralinq-
vistik elementləri. Bax: eyni zamanda situasiya konteksti.
Situativ – məna kompressiyası –
informasiyaya malik ün-
siyyətin ekstralinqvistik situasiyasını dolduran parçaların kompres-
101
siya vasitəsilə aradan götürülməsi deməkdir. Məsələn, konfransda
sədrlik edib natiqə söz verəni bircə sözlə, natiqin təqdim etdiyi ölkə-
nin adını çəkməklə kifayətlənir. Bununla belə, situativ kompressiya
öz tətbiq edilmə hədlərinə malikdir və rəsmi situativ sinxron tərcü-
mə zamanı bu son dərəcə yolverilməz olur.
Situativ model –
insanın nitq fəaliyyətinin elə modelidir ki, o
eyni müxtəlif semantik komponentlər yığımının köməyi ilə pred-
metli təsvirlərin eyni işarəli təsvirlərini aparma üsuludur.
Situativ tərcümə nəzəriyyəsi –
situativ tərcümə nəzəriyyəsi
dil çərçivələrindən bir qədər kənara çıxır və gerçəkliyə müraciəti
nəzərdə tutur. Situativ tərcümə nəzəriyyəsi onu əsas götürür ki, hər
hansı denotat (predmet, əlamət, hərəkət, daha doğrusu, ətraf aləmdə,
gerçəklikdə olan element), hər hansı situasiya müxtəlif cür təsvir
oluna bilər. Üstəlik nəzərə almaq lazımdır ki, hər bir dilin özünün
daşlaşmış təsvir üsulları vardır. Və bu üsulu ayrı-ayrı mətn
vahidlərinin yeniləşməsi yolu ilə yox, təsvir olunan denotat, təsvir
olunan situasiya yolu ilə tapmaq lazımdır. Situativ model denotatın,
yaxud situasiyanın müəyyənləşdirilməsini ilkin mətnin və onların
əsasında tərcümə mətnin müəyyənləşməsini nəzərdə tutur. Belə-
liklə, situativ tərcümə nəzəriyyəsi konkret verilmiş deyim mənası
olan obyektivlikdən çıxış edir ki, burada məna situasiya ilə qarış-
dırılır. Bu tərcümə nəzəriyyəsi çərçivəsində tərcüməçi iki dilin
nəzəriyyə və praktikasını yaxşı bilən yüksək səviyyəli linqvist-dilçi
kimi çıxış edir. Situativ tərcümə nəzəriyyəsi, xüsusən, Rusiya
tərcüməşünasları, əsasən V.Q.Qak tərəfindən daha yaxşı işlənib
hazırlanmışdır. Situativ tərcümə nəzəriyyəsi öz üstünlüklərinə bax-
mayaraq, tərcümə prosesində tərcümə haqqında elmin obyekti kimi
onun komponentlərini nəzərə almır. Bax: həm də denotativ tərcümə
nəzəriyyəsi.
Siyasi diskurs –
siyasi diskussiyalarda istifadə olunan bütün
nitq aktlarının cəmi. Bax: diskurs.
Slenq –
müəyyən peşə, yaxud sosial təbəqə nümayəndələrinin
tərəfindən istifadə edilən söz və ifadələr. Ümumi və xüsusi
slenqlərə bölünür.
102
Slot –
biliklər təsəvvürünü təşkil edən freymadır ki, o freyma-
nı təsvir edən anlayış, yaxud obyekti xarakterizə edən bəzi mahiy-
yəti, yaxud əlaqəsi.
Soraq –
biblioqrafik kitabın işlənib hazırlanması - bu kitab-
larda tərcüməçinin nəinki xarici dili bilməsini, həm də tərcümə-
şünasliq üzrə olan ədəbiyyatı bilməsini, bu sahədəki əsas prob-
lemləri, onun inkişaf tendensiyasını bilməsini tələb edir. Bu tər-
cüməçini daim öz biliklərini dərinləşdirməyə, yeni ədəbiyyatı iz-
ləməyə, həm doğma dil də, həm də xarici dillərdə ixtisasla bağlı
ədəbiyyatı mükəmməl bilməlidir ya vadar edir. Referent işində
səriştəsi olmayan tərcüməçilər, hər şeydən əvvəl, soraq-biblioqrafik
materialların tərtibatı qaydalarını bu növ işlərdə elementar vərdiş-
lərin əldə olunmasını dərindən öyrənməlidir.
Soraq annotasiyası –
bax, annotasiya.
Soraq kitabları
– texnikanın və sənayenin müxtəlif sahələrin-
də çalışan müxtəlif mütəxəssislər üçün nəzərdə tutulur və xüsusi
məlumatları özündə saxlayır, texniki-iqtisadi göstəricilər, verilmiş
rəqəmlər və s. Bununla belə, tərcüməçi uyğun xüsusi soraq kitabın-
da orijinalı düzgün başa düşmək üçün və onu texniki nöqteyi-nəzər-
dən tərcümə prosesində düzgün səsləndirmək üçün soraq kitabla-
rında müxtəlif detalların, proseslərin və s. adları verilir, istehsalatın
üsul və təşkili təsvir olunur, yazılı illüstrasiyalar gətirilir, konkret
məsələ ilə bağlı xüsusi ədəbiyyat siyahısı verilir. Tərcümə zamanı
az tanış olan sahədən materiala bağlı müvafiq soraq alma işin daha
uğurlu olmasını təmin edir.
Sosial dialekt –
bu, dilin olduqca məhdud çevrəsində xüsusi
və ümumiliklə bağlı olan və daimi və bilavasitə ünsiyyətdə olanlar
tərəfindən işlədilən söz formasıdır. Hər bir dildə çoxsaylı sosial
dialektlər mövcuddur.
Sosial-markirələşmiş ekspressiv leksikanın (arqo, disfe-
mizmlər, jarqon, slenq və s.) tərcüməsi
– tərcümənin mərhələləri:
1. Tərcümə olunan leksik vahiddən yaranmış ədəbi dil sözünün əsas
mənasının uçotu; 2. Onun yaranması zamanı praqmatik
komponentlərin mənasının istifadəsinin uçotu; 3. Alınmış vahidin
103
özünün denotativ mənasının uçotu; 4. Tərcümə zamanı üslub, ide-
oloji ixtisar, axtarılan tələb olunan təbii tərcümə ekvivalentinin
uçotu; 5. Orijinalın mətnin yaradıcısı istifadə etdiyi prinsipləri əldə
rəhbər tutmaq: tərcüməçi personajların arqotik nitqini elə
modelləşdirməlidir ki, tərcumədə-orjinalın bədii dürüstlüyü
saxlanılmış olsun.
Sosiolinqvistika –
1. Dil ilə ictimai həyat faktları arasındakı
səbəb əlaqələrini öyrənən dilçiliyin bölməsi. 2. Dilərin sosial
diferensiasiyasını öyrənən dilçiliyin şöbəsi, daha doğrusu, onun
müxtəlif sosial dialekti. 3. İctimai mövcudluq və dilin ictimai
inkişaf şəraitini öyrənən dilçiliyin sahəsi.
Söz –
1.Dilin öz səs tərkibi ilə predmet (əşya), proses, gerçək-
lik hadisələri, onların xassələri, yaxud aralarındakı münasibəti ifadə
edən ən müxtəsər əsası. 2. Kontekstdən kənarda ayrı-ayrı sözlər
müəyyən məna kəsb etmədiyindən tərcümə də oluna bilməz.
Söz-anlayış –
sözün nəinki sadə şəkildə fərqləndirilməsi, həm
də onun bir məna ətrafında seçməsini nəzərdə tutan leksik ma-
terialın seçim vahidi. Buna görə də çoxmənalı söz bir neçə leksik
vahid kimi nəzərdən keçirilir.
Söz birləşməsi –
söz birləşməsi dedikdə iki və daha artıq əsas
sözün (ona aid olan köməkçi sözlər, yaxud bu sözlərsiz) birləşməsi
olub, vahid, lakin anlayış və təsəvvürün açılması ifadəsi üçün
xidmət edən birləşmə.
Söz birləşməsi səviyyəsində tərcümə
– ilkin dildə müvafiq
söz birləşmələrinin ekvivalentini axtaran tərcümə. Söz birləşməsinin
tərcüməsində belə seçim vahidi geniş yayılmışdır, belə ki, tərcümə
zamanı daha tez-tez bu səviyyə uyğunluğuna rast gəlinir ki, bu
zaman sözlər cümlədə sözbəsöz tərcümə olunur, cümlənin qalan
hissəsi isə söz birləşməsi səviyyəsində tərcümə olunur.
Söz - formalar lüğəti –
ələvə yardımçı dilin bütün söz forma-
larından ibarət olan maşın lüğəti. Bu tipli lüğətdə morfoloji təhlilə
tələb xeyli dərəcədə sadələşir. Sözün özünün həcmi isə xeyli də-
rəcədə artır, lakin analitik tipli dillər üçün bəzi hallarda, xüsusən,
ingilis dili üçün söz forması lüğətini tərtib etmək daha sərfəlidir.
104
Söz formaları lüğətinin tərtibi
– mühəndis linqvistikasında
daxil edilmiş massivin sadə metodu ilə gedir, burada identik sözfor-
maların axtarışı onların kəmiyyətinin üst-üstə gəlməsidir ki, burada
sözforması haqqında informasiyanın adresatı xidmət edir. Mətnin
ümumi massivindən növbəti sözforma çıxarılır və onların axtarışı
təşkil olunur. Eyni (üst-üstə düşən) sözformaların sayı toplanır. Ax-
tarışın sonunda mətndə verilmiş sözformalar massivindən sürüşdür-
mə metodu ilə mətndən götürülür. Oxu prosesi, yadda saxlama və
hesablama bütün mətnin işlənib hazırlanması sona yetənə qədər
siklvari olaraq təkrarlanır. Hər bir sikldən sonra massivin yerdəyiş-
məsi həyata keçirilir. Nəticədə maşının yaddaşında ranjirə olunma-
mış bütün sözforması korpusunun mütləq tezliyi yığılır. Alınmış si-
yahı, növbəti yığılma (toplanma) yadda saxlanılır, yaxud qarşılığı
üçün, yaxud çap olunmaq üçün sözün kataloqu formasında daxil
edilə bilər.
Dostları ilə paylaş: |