Terminləşməmiş leksika –
öz adi keyfiyyətində xüsusi
mətnlərdə olub, amma termin kimi işlədilməyən söz və söz
birləşmələridir. Bu leksikanın əhatəsi o qədər də geniş deyil və
xüsusi mətnlərin tərcüməsində əlavə çətinliklər yaratmasın deyə
qısa zaman kəsiyində öyrənilə bilər.
Tezlik lüğətlərinin ümidvericiliyi qiyməti –
düzgünlük və
effektivlik qiymətini özündə ehtiva edir və nəzərdə tutur.
Tezlik siyahısının riyazi təhlili –
EHM-da tezlik lüğətlərinin
lüğət vahidlərinin hərfi yazılışı (təsviri) aparılmadan riyazi işləmələr
üçün istifadə olunur. O bunu yalnız dərəcə tezlik siyahısını və
116
mütləq tezlikdən yararlanmaqla həyata keçirir. Riyazi təhlil
nəticəsində Estu-Sipfa-Mandelbrot qanunu parametrləri, mütləq
nəzəri tezlik, nisbi empirik tezlik, nisbi nəzəri şəkildə toplanmış
tezlik, maksimal və minimal nisbi səhvlər və riyazi linqvistikanın
bir sıra başqa parametrlər alına bilər.
Təhtəlşüur –
müəyyən şəraitlərdən əvvəllər dərk olunmuş,
yaxud dərk oluna biləsi. Təhtəlşüur hadisələrinə nitq vərdişlərini aid
etmək olar ki, onlar əldə olunmuş biliklər əsasında formalaşır.
Təxəllüs –
insanın ictimai həyatda əsl adı, yaxud onun yerinə
işlədilən uydurma adı.
Təxəllüs metodu
– müəllif subyektinin kompozisiya stra-
tegiyasıdır ki, o, öz əsərini başqasınınkı kimi təqdim edir (müəllif
tapılmış əlyazmanın nasiri kimi, müəllif-təhkiyəçi). Tərcüməçilik
sferasında təxəllüs metodu fiktiv tərcümədə istifadə edilir.
Təkrar –
bax: tərcümə-reminissensiya.
Təkrar (təkrir)
– 1. Təkrar – mikro və makromətn tərkibində
cümlə əlaqəsinin elementar forması (fonetik: alliterasiya və asso-
nans; leksik və sintaktik. Təkrardan istifadə mətnin təşkil xüsusiy-
yətləri və təfəkkür prosedurlarının ifadə üsulları ilə bağlıdır. Təkrar
mətnin mühüm elementlərini ayırır, müəyyən terminləri mətn
semantikasının “təməl”, ilkin komponentlərini müəyyənləşdirir. 2.
Bir dilin içində sözün, söz birləşməsinin, yaxud cümlənin danışanın
nitqin predmetinə münasibətdə subyekt-qiymət vermə, də-
yərləndirmə ifadəsi ilə müşayiət olunur.
Təkrar informasiya
– verilmiş mətndə bir neçə dəfə təkrar-
lanmış məlumatlar.
Tərcüməçinin üslubi idiolekti –
tərcüməçinin üslubu. Bu,
tərcümə mətnində tərcüməçinin üslubi vərdiş və bacarıqlarının ger-
çəkləşdirilməsinin məcmusudur.
Tənzimləyən funksiya –
bax: Nitq kommunikasiyasının (ün-
siyyətinin) funksional məzmunu.
Tərcümə (1) –
1.«Tərcümə» insanın nitq-dil fəaliyyətinin
mürəkkəb növlərindən biri. Burada, adətən tərcümə prosesinin özü,
ya tərcüməçi fəaliyyətinin şifahi–yazılı mətn, deyimin özünün nəti-
117
cəsi nəzərdə tutulur. Tərcümə prosesi (və onun nəticəsi) ikidillik
şəraitində baş verir ki, bu prosesdə ən azı iki dil iştirak edir, daha
doğrusu, dillərarası situasiyada inkişaf edir. Belə olduğu halda, tər-
cüməni dillər arasında gedən dəyişmə, şifahi və yaxud yazılı mətnin
transformasiyası kimi də nəzərdən keçirmək olar ki. Əgər dil
cəmiyyətin mövcud kommunikativ təbii sistemidirsə, nitq-kommu-
nikasiya prosesində informasiya otürülməsində dilin fəaliyyətidirsə,
deməli, konkret nitq əsərində onun digər dil vasitələrinin köməyi ilə
informasiyanın mahiyyətinin verilməsi prosesi gedir. Bu tərifdən
definisiyadan başqa tərcüməni həm də bir dildə deyilmiş fikirlərin
(hisslərin, emosiyaların) digər dilin vasitələrinin köməyilə verilməsi
kimi başa düşməliyik. Yaxud bir dildəki mətndə olan materialın
(mənbənin dilində – ilkin dildə) verilməsi, yaxud ikidillik situasiya-
sında gedən dil-nitq kommunikasiya prosesidir. Daha doğrusu, bu
bir ( söz, termin ifadələrin) situasiyadır ki, kommunikativ fəaliyyəti
ikidillilik şəraitində həyata keçirən tərcüməçi eyni zamanda alınmış
informasiyanı iki müxtəlif işarə sistemli kodlar vasitəsi ilə yenidən
kodlaşdırır. Buna görə də tərcümə prosesini həm də ikidillilik
şəraitində psixolinqvistik fəaliyyətin mürəkkəb növü kimi nəzərdən
keçirmək olar. 2. Tərcümə dil fəaliyyəti növlərindən biri kimi bir
dildə deyilmişlərin digər dilin vasitələri ilə yetkin və adekvat
şəkildə verilməsidir. Adekvat və yetkin, tam tərcümə əslin
(orijinalın) məzmun və keyfiyyətlərini, onun bütün struktur
xüsusiyyətlərini, üslubunu, leksika və qrammatikasını, tərcümə
dilində bütün cəhətləri ilə düzgün, dəqiq və tam şəkildə verilməsini
nəzərdə tutur. 3. Tərcümə hər hansı mətnin, yaxud şifahi nitqin di-
gər dilin – ikinci bir dilin köməyi ilə verilmə prosesidir. 4. Tərcümə
mətnin (yaxud şifahi nitqin) bir dildən digər dilə keçirilməsi
deməkdir. 5. Tərcüməçinin fəaliyyətinin nəticəsi mətndir. 6.
Tərcümə (tərcümə prosesi) bir dildə deyilmiş fikirlərin (hiss və
emosiyaların) digər dilin vasitələri ilə verilməsidir. 7. Tərcümə bir
dildə ifadə olunmuşların digər dilin vasitələri ilə verilməsidir. 8.
Hər bir konkret əsərdə olan informasiyanın digər dilin vasitələri ilə
verilmişdir. 9. Eyni dəyərə malik informasiyanın bütün dolğunluğu
118
ilə ötürülməsidir. 10. Hər hansı bir konkret dildə verilmiş şifahi,
yaxud yazılı mətnin digər dildəki məntdə (şifahi, yaxud yazılı)
dillərarasında dəyişilməsi, yaxıd transformasiyası prosesidir. 11. Bir
mətnin materialında (mənbənin dilində – ilkin dildə) olanın digər
dildə (tərcümə dilində) mətn materialı ilə verilməsidir. 12. İkidillilik
şəraitində gedən nitq-dil komminikasiya prosesidir. 13. Mənbəni
verənin və qəbul edənin kodları uyğun gəlmədiyi hallarda, istifadə
olunan komminikasiya komponentlərinin ikiləşməsini nəzərdə tutan
nitq fəaliyyəti növüdür. 14. Tərcümə mətnə daxil olduqda bir dildə
olan informasiyanın ilkin dildə işlənib hazırlanması prosesidir. 15.
Digər dildə elə ifadə vasitələrinin axtarılıb tapılmasıdır ki, nəinki
onlar konkret mətndə çeşidli informasiyanın verilməsini təmin edir,
həm də yeni mətnin ilkin mətnə formaca (daxili və xarici) tam
uyğun gəlməsidir ki, bu bədii məntin tərcüməsinin digər dildə hələ
sabit anlyış və ifadələrə malik olmadığı zaman zəruri hala çevrilir.
16. İkidillilik situasiyasında nitq-dil ünsiyyəti prosesində bir dildə
daxil olan informasiyanı ilkin mətnin məzmun və formasını tam
şəkildə qorumaqla, digər dilin vasitələri ilə verən informasiya
prosesi. 17. Dillərarası kommunikasiya üçün zəruri olan məlumatın
verilməsi və qəbuluna istiqamətlənmiş nitq-dil fəaliyyəti. 18.
Orijinaldakı gerçəkliyi yenidən yaradan proses. 19. İki dil vahidlə-
rinin uyğunluğu invariant mənaların köməyi ilə müəyyənlişdirilir.
20. Tərcümə nəinki orijinalda (əsldə) olanı verməlidir, həm də onun
necə ifadə olunmasını göstərməlidir. 21. İki və daha artıq dillərin
onların semantik vahidləri arasında, adətən, ikidilli – leksikoqrafiya,
müqayisəli sematik tədqiqatlar və s. üçün semantik uyğunluğun
axtarılması məqsədilə aparılan iş. 22. Tərcümə elə bir dil əməliyya-
tıdir ki, burada bir dildə olan mətnin digər dildə olan məntlə
əvəzlənməsi prosesi baş verir. Tərcümə bir dildə olan materialın
(ilkin dildə) digər ekvivalentidir. 23. Tərcümə ilkin dilin mətninə
ekvivalent olan materialın mümkün qədər orijinalın məzmun və
üsulubi cəhətlərinin tərcümə dilində mətndə işlənməsi və reallaşma
prosesidir. Tərcümə bölünmüş, parçalanmış iki fazanın düşünmə
prosesini (bu zaman tərcüməçi ilkin mətni onun məna və üslubi
119
intensiyalarını təhlil edərək) və dili rekonstruksiyası fazasını
birləşdirir ki, burada ilkin mətn kommunikativ ekvivalentliyin ən
optimal tələbləri nəzərə alınır, tərcüməçi onu öz dilində yaradır. 24.
Tərcümə dillərarası və mədəniyyətlərarası komminikasiyadır və
təkistiqamətli və iki fazalı prosesdir ki, burada ilkin mətnin məqsə-
dəuyğunun təhlili zamanı onu digər dil və mədəni mühitdə əvəz
edən ikinci mətn (metamətn) yaranır. 25. İlkin məntinin ünsiyyət
səmərəsini verməyə və iki dil arasındakı fərqlərə, iki mədəniyyət və
iki kommunikativ situasiyaya görə Qismən modifikasiyalaşmasını
xarakterizə edən proses. 26. Əslin (orijinalın) elə tam verilməsidir
ki, hər hansı kənarlaşmaya yol vermədən tam, dolğun şəkildə
əvəzləmə aparılmalıdır. 27. İkidillik situasiyasında informasiyanın
işlənib verilməsi prosesi. 28. Artıq bir dildə ifadə olunmuşların
digər dilin vasitələri ilə ifadə olunması. 29. Yeni əsərlər – mətnlərin
təşkili və yaranma növlərindən biri. 30. İki dildəki fərqlər, iki
mədəniyyət və iki kommunikativ situasiyadan asılıl olaraq qismən
modifikasiya olunan və ilkin mətnin kommunikativ təqdimi ilə
xarakterizə olunan proses. 31. Tərcüməni – təkistiqamətli, ikifazalı
dillərarası və mədəniyyətlərarası kommunikasiya prosesi kimi
müəyyən etmək olar ki, əvvəla onun nəticəsində birinci mətni digər
dil və mədəni mühitdə təqdim edən ikinci mətn yaranır və ikinci,
orijinalın iki müxtəlif mədəniyyət və iki kommunikativ situasiya ilə
fərqlənən kommunikativ səmərənin yenidən yaradılmasına yönələn
proses kimi başa düşmək lazımdır. 32. Nitq fəaliyyətinin bir növü
kimi onun məqsədi mətnin strukturunun yenidən dəyişdirilməsini
nəzərdə tutur ki, nəticə də məzmun planı saxlanılarkən ifadə planı
dəyişikliklərə uğrayır. 33. Dillər arasında ünsiyyətdir ki, onun
ictimai
əhəmiyyəti vasitəli olan ünsiyyətin ikidillilik
kommunikasiyanın dolğunluğuna, səmərəliliyinə və təbiiliyinə
qədər daha çox yaxınlaşdırmaqdan ibarətdir.
Tərcümə (2)
– dil mətninin yenidən kodlaşdırılmasıdır ki, bu
zaman onun dil obrazı və üslubi forması yaranır. Tərcümə bir mət-
nin invariantının digərinə keçidi deməkdir ki, bu zaman orijinalın
üslubi və digər spesifik xüsusiyyətlərinin maksimal dərəcədə qoru-
120
nub saxlanılması zəruridir. Bunun nəticəsində tərcümə affrimativ
olur və mətnlərarası (metamətn) əlaqə xarakteri kəsb edir. Nəzərə
alsaq ki, dillər, üslublar və mədəniyyətlər arasında fərqlər möv-
cuddur, orijinalın zamanı hərfi səviyyədə realizə oluna bilməz, yal-
nız ekvivalentlik (modelləşmə) prinsipi əsasında gercəkləşməlidir.
Bu mənada tərcüməçilik fəaliyyəti yaradıcılıq variantı, yaxud eksp-
erimental yaradıcılıq kimi özünü göstərir.
Tərcümə-adaptasiya –
poetik mətnin nəsr formasında (pro-
zaik) adaptasiyası – burada mətnin nəinki hazırlıqsız oxucu üçün
adaptiv uyğunlaşmasının ənənəvi istifadəsində müstəqil tərcümə
janrında (sadələşdirmə, ixtisar etmə) poetik mətnin prozaik adapta-
siyası, həm də tərcümə mətninin bu üslubun elementləri ilə zəngin-
ləşməsi baş verir.
Tərcümə yollarını arama –
tərcümə dilində deyimlərin mə-
nasının, məzmununun, onun sintaktik strukturunun və leksik tutu-
munun müəyyənləşdirilməsi prosesi.
Tərcümə cütlüyü –
dil bilən mütəxəssislərin, yazıçı və şairlə-
rin tərcümə prosesində birləşməsi. Tərcümə prosesinin iki fazasının
– analiz (mütəxəssis tərəfindən orijinalın yenidən kodlaşdırılma-
sında) və sintez zamanı (şair tərəfindən tərcümənin kodlaşmasında)
zəruri realizə nəticəsində meydana çıxır.
Tərcümə-devalvasiya –
bu, elə poetik mətndir ki, tərcümə-
çinin qeyri-peşəkarlığı üzündən orijinal haqqında təhrif olunmuş tə-
səvvür yaranır. Bu isə öz növbəsində tərcümə olunan şairin reputa-
siyasına (nüfuzuna) mənfi təsir göstərməklə yanaşı, xalqlar və on-
ların ədəbiyyatı arasında mədəniyyətlərarası dialoqun zəifləməsinə
səbəb olur.
Tərcümə dili (1) –
tərcümə edilən dil.
Tərcümə dili (2) –
tərcümədə dil vahidlərinin orijinal və tər-
cümə mətnləri arasında dil səviyyəsi münasibətlərinin (fonematik,
morfematik, leksik, sintaktik və daha yüksək dil quruluşunun nəzərə
alınması) qurulması.
Tərcüməedilmə –
orijinal ədəbi əsərin müəllifi ilə tərcümə
qəbuledicisi arasında gedən kommunikativ aktdır ki, ədəbi kom-
121
munikatın tərcümə olduğunu qəbul edə, yaxud qəbul etməyə bilər.
Tərcümə olunma mətndə oxucu gözləməsi kimi realizə olunur və
oppozisiyaların (mövqelərin) çarpazlaşması ilə həyata keçirilir: pro-
tomətn – metamətn, aktuallaşma – ekzotizasiya, tarixiləşmə – mo-
derniləşmə. Həmin oppozisiyaların arasındakı dialektik qarşıdurma
tərcümə mətnində tərcümə olunma kateqoriyası kimi realizə olunur.
Tərcümə olunma mətnin üslubunda özünü göstərir.
Tərcümə ekvivalenti –
tərcümə nəzəriyyəsində orijinal mət-
nin müəyyən vahidinə ekvivalent olan tərcümə mətninin vahidi başa
düşülür.
Tərcümə ekvivalentliyi –
kommunikativ ekvivalentlik kimi
başa düşülməlidir.
Tərcümə etmək –
1. Başqa dilin vasitələri ilə artıq ifadə
olunmuş məzmun və formanı vəhdət kimi əks etdirən mətnin digər
dilin vasitələri ilə düzgün və tam ifadə olunması. 2. Mətnin
məzmunun üslubi və ekspressiv xüsusiyyətlərini saxlamaqla, onun
başqa dilin vasitələri ilə tam və düzgün verilməsi. 3. Başqa
işarələrlə, digər hədlərdə ifadə etmək.
Tərcümə fəaliyyəti –
hər hansı kollektiv, yaxud təşkilat
tərəfindən həyata keçirilən mətnlərin bir dildən digərinə tərcüməsini
nəzərdə tutan sistemli iş.
Tərcümə fəaliyyətinin sosial tənzimlənmə mexanizmi –
tər-
cümənin sosial aspektinə kommunikativ yanaşmanın tədqiq olun-
masına aiddir. Tərcümə nəzəriyyəsində ilk dəfə olaraq tərcümənin
sosioloji problemləri rus alimi V.V.Andrianov tərəfindən nəzərdən
keçirilmişdir. O, tədqiqatının predmeti kimi marksist interpretasiya-
sında sosial rolların bir sıra nəzəri anlayışlar əsasında formalaşmış
tərcümə
fəaliyyətinin sosial tənzimlənməsi məsələlərinə
toxunmuşdur. Sosioloji aspektdə götürülən tərcümə V.V.Andria-
novun araşdırmasında dillərarası gedən məqsədyönlü kontaktın qu-
rulması və saxlanılması prosesi kimi nəzərdən keçirilir. Tərcümənin
adekvatlığını isə onun mütərcim tərəfindən seçilmiş verbal və qeyri-
verbal vasitələrin ünsiyyətin sosial şəraitdə seçilməsidir ki, nəticədə
başqa dildə ünsiyyətə girən insanda ilkin dildə olan kommunikativ
122
konstruksiyalara reaksiyalar əmələ gəlir. Tərcüməçinin verbal və
qeyri-verbal davranışında bir sıra sosial qaydaları
müəyyənləşdirmək mümkündür ki, onlardan ali hərbi məktəblərdə
tərcüməçi - referentlərin hazırlığında olunur.
Tərcümə haqqında elm –
Nitq fəaliyyətinin xüsusi növünü -
tərcümə məsələlərini tədqiq edir; bax: tərcüməşünaslıq.
Tərcümə haqqında elm
– tərcüməçilik işinin xarakterini
tədqiq edən nəzəriyyə və metod. Ümumi şəkildə tərcümə haqqında
elmi-nəzəri fənlərə və tərcümə praktikasına ayırmaq olar:
I. Ümumi tərcümə nəzəriyyəsi:
a) tərcümə nəzəriyyəsinin şifahi forması;
b) tərcümə nəzəriyyəsinin yazılı forması;
c) maşın tərcüməsi nəzəriyyəsi;
II. Xüsusi tərcümə nəzəriyyəsi.
III. Tərcümənin praktikologiyası.
IV. Tərcümənin didaktikası.
Xüsusi tərcümə nəzəriyyəsi öz ümumi aspektinə malik ola
bilər (burada ümumiləşdirmə yalnız bir dildən başqa dilə tərcümədə
ola bilər).
Tərcümə hesablayıcı leksikoqrafiya –
bu, maşınların kömə-
yilə tərcümənin ehtiyacını ödəmək üçün tezlik lüğətlərinin tərtibi və
istifadə olunması ilə (daha doğrusu, avtomatlaşdırılmış tərcümə
lüğətlərinin və tərcüməçinin avtomatlaşdırılmış iş yeri) məşğul olur.
Bax: Statistika və hesablayıcı leksikoqrafiya.
Tərcümə variantlarının tapılması və qərarların qəbul edil-
məsi prosesi –
sinxron tərcümədə hər biri 2-5 saniyə olan qısa
müddətli «kvantlarla» həyata keçirilən və parallel aparılan proses.
Bu proses tərcüməçinin şüurunda növbəti fraqmentlərin deyim
məzmunun qurulması, tərcümə dilində deyimin sintaktik strukturu-
nun müəyyənləşdirilməsi və onun digər mümkün variantları və tər-
cümə üçün yararlı leksik vahidlərin seçilməsində özünü göstərir.
Tərcümə prosesində, yaxud tərcümə həllinin seçimində həll fazala-
rındakı qatlardan hər biri aparıcı rol oynaya bilər. Sinxron tərcümə-
123
də bu proses müəyyən dərəcədə qərarların hazır stereotip blokla-
rından istifadəyə əsaslanır.
Tərcümə həlli yaddaşı –
tərcüməçinin bütün yaradıcılıq
fəaliyyəti dövründə yaratdığı üslubi priyom və prinsiplər xəzinəsi.
Tərcüməçi üslubi vərdişlərlə gerçəkləşən tərcümə həlli yaddaşı
oxucuya üçün nəzərdə tutulmuş üslubi priomun gözlənilməsi kimi
təsir edir.
Tərcüməçi qərarının həyata keçirilməsi prosesi –
sinxron
tərcümədə parallel olaraq tərcüməçinin ilkin mətndə oriyentirləşmə-
si (istiqamətlənməsi) prosesi və tərcümə həllinin axtarılıb tapılması
prosesi ilə eyni gedir. Bu tərcümə dilində işlənib hazırlanmış tərcü-
mə həllindəki deyimlərin komponentlərinin ortaya çıxmasında özü-
nü göstərir.
Tərcümə həllinin realizə mexanizmi –
proqramlı motor
(mütəhərrik) tərcümə həlli, səslər seçimi və tərcümə dilində nitqin
tələffüzü zamanı həyata keçirilir.
Tərcümə-imla (1) –
diktə yolu ilə aparılan tərcümə deməkdir.
Tərcümə-imla (2) –
1. Bu elə tədris-təlim tərcümə növüdür
ki, burada müəllim mətni bir dildə oxuyur, təlim alanlar onu digər
dildə yazırlar. 2. Bax: həm də-tərcümə imla.
Tərcümə kompensasiyaları –
özündə əlavə fikirləri əks
etdirən (birləşdirərək) tərcümə prosesində gedən qrammatik
transformasiyalar (sintaktik və bəzi sözlərin tərcümədə buraxılması
(tərcüməçi baxımından tərcümə üçün artıq olan informasiyanın
verilməməsi) və eyni zamanda əlavə fikir və tərcümədə buraxılmış
sözlərin bir-biri ilə uyğunlaşdırılması üsulu.
Tərcümə leksikoqrafiyası –
ikidilli və çoxdilli lüğətlərin
tərtibi ilə məşğul olur. Bax: ikidilli leksikoqrafiya.
Tərcümə lüğəti –
iki və daha artıq dillərin (onların bu və ya
digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə mü-
qayisəsini əks etdirən lüğət.
Tərcümə metodikası –
1.Tərcüməçilik fəaliyyətinə öyrətmə
nəticəsində praktik fəaliyyət zamanı əldə edilən metod və pri-
yomların məcmusu; 2.İkidillilik (qoşadillilik) şəraitində informa-
124
siyanın işlənib hazırlanmasında istifadə olunan metodların məc-
musu; 3.Mətnlərin tərcüməsinin yerinə yetirilməsi prosesində prak-
tikada yoxlanılıb sınaqdan keçirilmiş və elmi cəhətdən əsaslandırıl-
mış qaydalar. Bax: tərcümə texnikası, tərcümə təcrübəsi.
Tərcümə metodu (1) –
tərcümə üsulundan fərqli olaraq tər-
cümə metodu obyektiv, mövcud qanunauyğunluq yox, tərcümənin
növ və üsullarını nəzərə alan qarşılıqlı priyomların məqsədyönlü
sistemidir.
Tərcümə metodu (2) –
tərcümənin realizə üsulu. Tərcümə
metodu tərcüməçinin ondan əvvəlki tərcümə ənənəsinə fərdi
münasibətindən, ədəbi savad dairəsindən və mövcud ədəbi
kanonlara, dövrün estetik prinsiplərinə münasibətdən asılı olaraq
formalaşır. Tərcümə metodu – tərcümə prosesinin onun bütün
aspektlərində tərcüməçi tərəfindən realizasiyası deməkdir.
Tərcümə məktəbi –
tərcüməçilərin ictimai mövqelərinin
ideya – estetik oriyentasiyası əsasında, tərcüməçilik metodu və
ədəbi savad xarakteri səviyyəsində birləşməsi.
Tərcümə mətni –
1. Tərcümə nəticəsində alınan mətn. 2. Tər-
cümə dilindəki mətn. 3. Tərcümədə ilkin mətn (bəzən onu orijinal,
yaxud əsl də adlandırırlar) və tərcümə mətni fərqləndiririlir.
Tərcümə mətni yaranma prosesində oxucu –
tərcümənin
obrazlı strukturunda oxucuya yönəlik ustanovkaları proyeksiyası.
Oxucunun zövq və maraqlarına uyğun olan vasitələrin seçilməsi.
Tərcümə mətnində adaptasiya –
mətnin mövzusuna və onun
elementlərinə (personajlarına, realilərinə) aid olan tərcümənin
işlənib hazırlanması. Buna qəbuledicilərin və qəbul edən mühitin
ədəbi-mədəni kommunikativ maraqlarını qoruyan adaptasiya da
deyilir.
Tərcümə mətnində aktuallaşma –
əsərdə realizə olunan za-
man və hərəkətə aid olan tərcümə mətninin işlənib hazırlanması.
Mətnin işlənib hazırlanması onu qəbuledənlərin, yaxud qəbuledən
mühitin ədəbi normaları ilə.
Tərcümə mətnində aralıq dil
– qrammatik, leksik, üslubi
sistemlərdir ki, mətnin təşkilində tərcüməçiyə xidmət edir. Tərcümə
125
prosesində onlar müqayisə fonu kimi xidmət edir. Əlaqələndirici
(aralıq) amil kimi üslubi səviyyədə üslubi sistem tərcümənin
gərəkliyi, yaxud uyğunluq vasitəsi kimi çıxış edir.
Tərcümə mətnində dil ekvivalentliyi –
orijinal və tərcümə
səviyyəsində dil səviyyəsində elementlərin həmcinsliyi (fonetik,
morfoloji və sintaktik). Dil səviyyəsində həmcinslik mətnin üslubi
səviyyəsində ekvivalentliyin müəyyənləşməsi ilə əlaqədardır.
Tərcümə mətnində dil əməliyyatları –
məlumatı verən və
qəbul edən dil arasında vahidlərin uyğunluğunun seçilməsi.
Tərcümə mətnində dövrün üslubu –
müasir ədəbi dil ka-
nonlarında qoyulmuş üslubi konvensiyalar sistemindən fərqli ola-
raq, m.vcud oxucu vərdişləri və göstərilənlərdən fərqli olan üslub.
Hər bir mətn ədəbi konvensiyalara tabe olur. Ədəbi kanon dəyişə bi-
lər və belə olduğu halda üslubun bədii norması da dəyişəcəkdir.
Tərcümə mətnində ekzotizm –
orijinaldan tərcüməyə keçiri-
lmiş tematik, dil, üslubi elementlər. Burada söhbət orjjinal
mədəniyyəti üçün tipik olan və tərcümə mədəniyyəti üçün məlum
olmayan qeyri-adi elementlərin seçimindən gedir. Tərcümənin
orijinala yaxınlaşdırılması tərcümə mətnində dil transpozisiyalarını
və tematik faktları əhatə etməklə baş verir. Mətnin təşkilində ekzo-
tiklik semiotik əməliyyatdır və orijinal ədəbiyyat mətnində də əksini
tapır. Odur ki, onu tərcümə ədəbiyyatını, orijinal yaradıcılıqdan
fərqləndirən yeganə əlamət kimi hesab etmək olmaz.
Dostları ilə paylaş: |