ŞƏKİ FİLİali



Yüklə 4.76 Kb.
PDF просмотр
səhifə4/28
tarix06.12.2016
ölçüsü4.76 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   28

Qeyd. 
Ümumiyyətlə, ismin yiyəlik və  təsirlik halı  bəzi 
xüsusiyyətlərinə görə oxşasalar da, aralarında kəskin təzad 
vardır. Hər iki hal müəyyən və qeyri-müəyyən formada təzahür 
edir. Onların hər ikisinin müəyyən forması  şəkilçili, qeyri-
müəyyən forması isə şəkilçisiz olur. Hər ikisinin şəkilçili forması 
aid olduğu sözlə idarə, qeyri-müəyyən –şəkilçisiz forması isə aid 
olduğu sözlə yanaşma  əlaqəsində olur.  Hər ikisinin şəkilçisiz 
forması ümumi isimlərlə ifadə olunub, əsasən, nə? sualına cavab 
verir. Lakin bu oxşarlıqlara baxmayaraq, bu iki hal arasında 
aşağıdakı  təzadlı  məqamlar vardır: 1. Yiyəlik hal sahib şəxs 
bildirdiyindən ancaq isim və isimləşə bilən sözlərlə  əlaqələnir. 
Təsirlik hal isə, adından da göründüyü kimi, hərəkətin təsir 
göstərdiyi obyekti ifadə etdiyindən ancaq fellə bağlanır, heç vaxt 
isimlə əlaqələnmir. Buna görə də yiyəlik hal ismi, təsirlik hal isə 
feli birləşmənin asılı tərəfi olur. 2. Təsirlik hal bir qayda olaraq 
cümlədə müstəqil üzv-tamamlıq vəzifəsini yerinə yetirir. Yiyəlik 
halda olan söz isə, demək olar ki, ayrılıqda cümlə üzvü olmur, 
yalnız mənsubiyyət  şəkilçili sözlə birlikdə bir mürəkkəb cümlə 
üzvü kimi çıxış edir. 3. Yiyəlik hal ancaq xəbərlik şəkilçisi qəbul 
edərək təklikdə çümlənin ismi xəbəri ola bilir. Təsirlik hal isə heç 
vaxt xəbər ola bilmir.
 
Yerlik hal  hərəkətin baş verdiyi və ya əşyanın tutduğu 
yeri bildirir. Kimdə? nədə? harada? suallarına cavab verir. 
Yerlik hal adlıq halda olan isimlərin sonuna -da
2
  şəkilçisini 
artırmaqla  yaranır. Yerlik halda olan söz həm feli, həm də ismi 

Müasir  Azərbaycan  dili 
 
 
39 
xəbərlə  əlaqəyə girir. Məsələn, Biz şəhərdə yaşayırıq. (feli 
xəbərli cümlə). Qızın  əlində göl dəstəsi vardı. (ismi xəbərli 
cümlə). Yerlik halın aşağıdakı vəzifələri vardır: 
1.
 
Yerlik hal əşyanın və ya hərəkətin olduğu yeri bildirir. 
Məhz əşyalıq və ya məkan münasibətləri bildirməsindən 
asılı olaraq, həmin sözlər cümlədə ya tamamlıq, ya da 
yer zərfliyi olur. Məsələn,  Kitabda maraqlı bir faktla 
rastlaşdım. 
Şəhərdə xüsusi canlanma vardı.- 
cümlələrindən birincisində yerlik halda olan söz 
(kitabda) tamamlıq, ikincisində isə  (şəhərdə) yer 
zərfliyidir. 
2.
 
Zaman və  fəsil bildirən isimlər yerlik halda zaman 
zərfliyi əmələ gətirir. Ayda, gündə, ildə, saatda, yazda, 
yayda və s. Meşələr, Yayda yaylağımdır, qışda oylağım, 
Yazda seyrəngahım bu dağlar mənim.(Aşıq Ələsgər) 
3.
 
-lıq
4
  şəkilçili isimlər yerlik halda zaman məzmunu 
bildirir.  Cavanlıqda, qocalıqda, uşaqlıqda  və s. 
Məsələn, Cavanlıqda əllər uzun, dillər qısa, Qocalıqda 
əllər qısa, dillər uzun. (B. Vahabzadə) 
4.
 
-lıq
4
  şəkilçili isimlər yer məzmunu bildirir. Ortalıqda, 
aralıqda və s. 
5.
 
Qaranlıq, işıq kimi isimlər yerlik halda hal-vəziyyət 
məzmunu bildirir. Qaranlıqda göz-gözü görmürdü.  
6.
 
O  işarə  əvəzliyindən yerlik halda zaman zərfi  əmələ 
gəlir. Məsələn,  Onda hələ müharibə başlamamışdı. 
7.
 
Saylardan düzəlmiş isimlər yerlik halda işlənərək 
müxtəlif zərflər əmələ gətirir. Birlikdə, təklikdə, ikilikdə, 
azlıqda və s. 
Çıxışlıq hal  hərəkətin çıxış, yəni başlanğıc nöqtəsini 
bildirir. Çıxışlıq hal -dan
2
  şəkilçisi ilə  əmələ  gəlir,  kimdən? 
nədən? haradan? suallarına cavab verir. Çıxışlıq halda olan 
sözlər həm təsirli, həm də təsirsiz fellərlə əlaqəyə girir: Onlar 
nəm qoxuyan otaqdan çıxdılar. (İ.Şıxlı) (Təsirsiz fellə); Qız 
pəncərədən hər  şeyi gördü. (İ.Şıxlı) (Təsirli fellə).   Bu halda 
Gülarə  Abdullayeva 
 
 
40
olan sözlər ismi xəbərlə  də  əlaqəyə girir. Məsələn,  Bizə 
kənddən sovqat var. Hadisədən xəbərsizəm. və s. 
Çıxışlıq halda olan sözlər vasitəli tamamlıq, yer zərfliyi 
və ismi xəbər vəzifəsində  işlənə bilir. Məsələn, Bircə  ondan 
(vasitəli tamamlıq) razıyam ki, özümdən narazıyam.                 
(B.Vahabzadə); Bacım  şəhərdən qayıtdı (yer zərfliyi). Məktub 
anamdandır  (xəbər).  Çıxışlıq  halda olan sözlər qoşma ilə  də 
işlənir. Məsələn, uşaqdan ötrü, payəzdan sonra, uşaqdan 
savayı və s. 
İsmin  kəmiyyyət  kateqoriyası.  Kəmiyyət çox geniş 
anlayış olub, dildə müxtəlif forma və vasitələrlə özünü göstərir. 
Azərbaycan  dilində    kəmiyyət  anlayışını ifadə etmək yalnız  
isimlərə  məxsus  deyildir.  Bəzi  morfoloji  əlamətlər  isimlərlə  
birlikdə    kəmiyyətin  çoxluğu  və    ya    azlığını  daha  aydın  
göstərir.  Dilimizdə  olan isimlərin  çoxu  həm  təki, həm  də  
çoxluğu,  yəni  həm  ayrı-ayrı  əşyaları,  həm  də  bu  əşyaların   
küllünü  bildirir.  Azərbaycan  dilində    cəmlik  əsasən  
aşağıdakı  morfoloji vasitələrlə  ifadə  olunur: 
 1.  -lar, -lər    cəmlik  şəkilçisi  hansı  nitq  hissəsinə  
əlavə  olunursa,  qeyri-müəyyən  çoxluq  məzmunu  yaradır.  
Məsələn,  adamlar,  kitablar,  böyüklər,  kiçiklər  və s.  
 2. -q, -k  ünsürləri  müvafiq  saitlər  vasitəsilə  -ıq, -ik,    
-uq, -ük    şəklində ismi  xəbərin  birinci şəxsin cəminə aid 
olduğunu bildirir. Məsələn,  tələbəyik, müəllimik, əlaçıyıq  və s. 
 3.  -ız, -iz, -uz, -üz  şəkilçisi. Bu şəkilçi  yalnız  şəxsin 
çoxluğunu ifadə edir. O, mənsubiyyət  şəkilçisi olarkən birinci 
və ikinci şəxsin cəmini (atamız,  atanız),  xəbərlik  kateqoriyası  
şəkilçisi  olarkən ikinci şəxsin cəmini  (tələbəsiniz),    fellərdə 
şəxs  kateqoriyası    şəkilçisi  olarkən  yenə  də  ikinci  şəxsin  
cəmini  (yazırsınız)  və s.  ifadə edir. 
Bunlardan  başqa,  Azərbaycan  dilində    kəmiyyət  
anlayışının  ifadəsi  üçün  digər  vasitələrdən  də  istifadə  edilir.   
Dilimizdə    birdən  çox  əşyanın  kəmiyyətini  ifadə  
etmək   üçün  sintaktik  üsuldan  da  istifadə  olunur.  Bu  halda  

Müasir  Azərbaycan  dili 
 
 
41 
kəmiyyəti  göstərilən  əşyadan  əvvəl  xüsusi  sözlər -  miqdar  
sayları,  qeyri -müəyyən  saylar  (az, çox, çoxlu, xeyli)  işlədilir. 
            Miqdar    sayları  vasitəsilə konkret  kəmiyyət  ifadə  
olunur.  Məsələn,  beş  dəftər,  on  qələm,  əlli  uşaq  və s. 
Qeyri-müəyyən  saylar   vasitəsilə    əşyanın  qeyri-
müəyyən miqdarı,   kəmiyyəti  göstərilir.  Məsələn,  xeyli  kənd,  
çoxlu  dağ,  az  adam  və s.  Kəmiyyəti  qeyri-müəyyən sayla  
ifadə  olunan  əşya  bəzən   -lar,  -lər  şəkilçisi  də  qəbul  edir  
və    kəmiyyət  nisbətən  konkret, müəyyən  mahiyyətli  olur.  
Məsələn,  çox  günlər,  çox  adamlar. 
Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlər də 
əşyanın  əvvəlində  işlənməklə onun kəmiyyətcə    çoxluğunu  
ifadə  edir. Məsələn,  dəstə-dəstə  adam,  uca-uca dağ. 
Yuxarıda qeyd olunanların heç biri morfoloji kateqoriya 
olmayıb, kəmiyyət anlayışının fərqli vasitələrlə ifadəsinə 
misaldır. Lakin dilimizdə ismə məxsus olan ümumi qrammatik 
kateqoriya kimi  kəmiyyət kateqoriyası isim və isimləşə bilən 
nitq hissələrinin sonuna -lar, -lər şəkilçisini artırmaqla əşyanın 
ümumi  şəkildə çoxluğu anlamını yaradır. Məsələn,  meyvə-
meyvələr, kitab-kitablar, qoca-qocalar, beşinci-beşincilər və s.  
Azərbaycan dilində, demək olar ki, bütün isimlər bu şəkilçini 
qəbul edərək əşyanın çoxluğunu bildirir.  
İsmin  xəbərlik  kateqoriyası.  Azərbaycan  dilində  
xəbər dedikdə, adətən, fel yada düşür. Çünki felin cümlədə 
təhkim olunduğu sintaktik vəzifə  xəbər olmaqdır. Lakin bu, o 
demək deyil ki, xəbər yalnız fellə ifadə olunur. Bu  vəzifəni    
hər  bir əsas nitq  hissəsi  ifadə  edə  bilir.  Bunun  üçün   digər 
nitq hissələri müəyyən  morfoloji  əlamətlər  qəbul  etməlidir.  
Bu morfoloji əlamət həmin nitq hissələrinin xəbər yerində 
durmasını  təmin etdiyindən, xəbərlik  şəkilçisi  adlanır. 
Beləliklə, Azərbaycan dilində ismə  məxsus ümumi qrammatik 
kateqoriyalar sırasında xəbərlik kateqoriyası da diqqəti cəlb 
edir.  İsimlərin  xəbər  vəzifəsi  ancaq  xəbərlik  şəkilçisi  
adlanan bu  şəkilçilərlə  yaradılır.  Bu  kateqoriyanın  şəkli 
Gülarə  Abdullayeva 
 
 
42
əlamətləri  birinci  şəxsin  təkində -am,-əm,  cəmində  -ıq, -ik,   
-uq, -ük    şəkilçilərindən  ibarətir.  Məsələn,  qonağam,  
müəlliməm,  qonağıq,  müəllimik  və s.  Saitlə  bitən  isimlərdə  
həmin  şəkilçilərin  əvvəlinə    y   samiti artırılır.  Məsələn,  
tələbəyəm,  tələbəyik  və s.  
İkinci  şəxsin  təkində      xəbərlik  şəkilçiləri sait  və  
samitlə bitən isimlərdə -san,-sən, cəmində -sınız, -siniz, -sunuz, 
-sünüz şəkilçilərindən ibarətdir. Məsələn,  tələbəsən, tələbəsiniz  
və  s.  Üçüncü  şəxsin  təkində  sait  və  samitlə  bitən  tək  
isimlərdə  -dır
4
,  cəmində  isə  -dırlar
4
 şəkilçisindən ibarətdir.  
Məsələn, tələbədir,  tələbədirlər  və s. 
Xəbərlik  kateqoriyasının  inkarı  deyil  sözü  ilə  ifadə  
olunur.  Lakin  həmin  söz  xəbər  şəkilçisi  qəbul  etdikdən  
sonra  bu  vəzifəni  daşıya  bilir.  Məsələn,    həkim  deyiləm,  
həkim deyilsən,  həkim  deyildir  (deyil) onlar  həkim deyildirlər 
(deyillər).  
Xəbərlik  şəkilçiləri təkcə isimlərə deyil, adlar qrupuna 
daxil olan digər nitq hissələrinə: sifət, say, əvəzliklərə, hətta   
II, III növ təyini söz birləşmələrinə, məsdər və feli sifətə, 
onların iştirakı ilə yaranan tərkiblərə  də artırılmaqla bu dil 
vahidlərinin xəbər vəzifəsini daşımasına  şərait yaradır. 
Məsələn,  Mən  kənd müəlliməsiyəm. (Ə.Məmmədxanlı) Gələn 
məktəbin direktorudur.  Məqsədimiz  fəqir-füqəranı  ağ günə 
çıxarmaqdır. (M.İbrahimov) və s.  
Qeyd. 
Çox vaxt ismə  məxsus xəbərlik  şəkilçiləri ilə felə 
məxsus  şəxs  şəkilşiləri qarışdırılır və eyniləşdirilir.  Əslində 
bunlar arasında bir oxşarlıq, yaxınlıq, uyğunluq var. Xəbərlik 
şəkilçiləri adı ilə tanıdığımız  şəkilçiləri eynilə  şəxs  şəkilçiləri 
sırasında da görürük. Lakin bu, onları qarışdırmağa heç də əsas 
vermir.  Əslində  həm  şəxs, həm də  xəbərlik  şəkilçiləri  şəxs 
əvəzliklərindən formalaşsa da, şəxs şəkilçiləri daha rəngarəngdir. 
Bundan başqa  şəxs  şəkilçiləri onsuz da cümlədə  xəbər olacaq 
təsriflənən felin mübtəda ilə  şəxsə  və  kəmiyyətə görə 
uyğunlaşmasını-uzlaşmasını  həyata keçirir.  Xəbərlik  şəkilçiləri 

Müasir  Azərbaycan  dili 
 
 
43 
isə üzərinə daha çox vəzifə götürərək cümlədə digər sintaktik 
vəzifənin daşıyıcısı olan ismin (və ya isimləşə bilən sözün, 
birləşmənin) həm xəbər olmasını reallaşdırır, həm də onun 
mübtəda ilə  şəxsə  və  kəmiyyətə görə uyğunlaşmasını  həyata 
keçirir.  
 
Xəbərlik şəkilçiləri 
 
Tək Cəm 
Şəxslər 
Təsdiq 
İinkar Təsdiq 
İnkar 
I şəxs 
qonağam, 
tələbəyəm 
qonaq 
deyiləm, 
tələbə 
deyiləm 
qonağıq, 
tələbəyik 
qonaq 
deyilik, 
tələbə 
deyilik 
II  şəxs 
qonaqsan, 
tələbəsən 
qonaq 
deyilsən, 
tələbə 
deyilsən 
qonaqsınız, 
tələbəsiniz 
qonaq 
deyilsiniz, 
tələbə 
deyilsiniz 
III şəxs 
qonaqdır, 
tələbədir 
qonaq 
deyil, 
tələbə 
deyil 
qonaqdırlar, 
tələbədirlər 
qonaq 
deyildirlər, 
tələbə 
deyildirlər 
  
 
Beləliklə, ismə  məxsus olan dörd qrammatik 
kateqoriyanın hər birinin özünəməxsus xarakterik 
xüsusiyyətlərini nəzərdən keçirdik. Dilimizdə isimlərlə yanaşı, 
adlar qrupuna daxil olan digər nitq hissələri də  həmin 
kateqoriyaların şəkilçilərini bu və ya digər səviyyədə qəbul edə 
bilir. Sifət, say, şəxs  əvəzlikləri, məsdər və feli sifətlər də 
isimlər kimi hallanır, mənsubiyyət şəkilçisi qəbul edir, cümlədə 
ismi xəbər yerində dura bilir. Bu nitq hissələrinin mənsubiyyət 
şəkilçisini qəbul etməsində müəyyən məhdudluq özünü göstərir 
ki, bu da həmin kateqoriyanın mahiyyəti, məzmunu ilə bağlıdır.  
Gülarə  Abdullayeva 
 
 
44
Haqqında danışdığımız bu kateqoriyaların morfoloji 
göstəriciləri sözə qoşularkən sıralanmada da bir 
qanunauyğunluq müşahidə edilir. Sözə, hər  şeydən  əvvəl, 
kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal və nəhayət, sonda 
xəbərlik  şəkilçisi artırılır. Məsələn, Bu, bizim kitab-lar-ımız-
dan-dır. 
İsimlər, demək olar ki, cümlədə bütün üzvlər yerində 
işlənə bilir. Lakin ismin cümlədə təhkim olunduğu əsas vəzifə 
mübtəda və tamamlıq olmaqdır. Ona görə  də  hər cür quruluş 
(sadə, düzəltmə  və mürəkkəb) və növ (ümumi, xüsusi; tək, 
cəm; konkret, mücərrəd isimlər) xüsusiyyətinə malik olan 
isimlər cümlədə mübtəda və tamamlıq olur. Məsələn,  Güləsər 
geçikmişdi. (İ.Şıxlı) Faytonçu könülsüzcəsinə süfrəyə 
yaxınlaşdı. (İ.Şıxlı) Molla Sadıq stəkanı qabağına çəkdi.                   
(İ.Şıxlı) Qonağa da təklif etdi. (İ.Şıxlı) – cümlələrində Güləsər, 
faytonçu, Sadıq  isimləri mübtəda, stəkanı, qonağa  isimləri isə 
tamamlıq vəzifəsindədir.  
İsimlər atributivləşərək təyin, adverbiallaşaraq zərflik 
vəzifəni də daşıya bilir. Məsələn,  Molla Sadıq çiynindən 
sürüşüb düşən  əbasını düzəltdi. (İ.Şıxlı) Axırıncı arabalar 
kənddən aralandı. (İ.Şıxlı)-cümlələrində molla ismi təyin, 
kənddən sözü isə yer zərfliyi vəzifəsini icra edir.  
İsimlər cümlənin ismi xəbəri kimi də çox işlənir. 
Məsələn, Gələn Əşrəf idi. (İ.Şıxlı) 

Müasir  Azərbaycan  dili 
 
 
45 
 
 
Sifət, quruluşca növləri, dərəcələri 
 
Sifət əşyanın əlamət və keyfiyyətini bildirən nitq hissəsi 
olub,  necə? nə cür? hansı?    suallarından birinə cavab verir. 
Sifət, isimlərdən fərqli olaraq, zəngin qrammatik kateqoriyalara 
malik deyil. Bir nitq hissəsi kimi onun üçün səciyyəvi olan 
cəhət sifətlərin dərəcələnməsidir. Sifət morfoloji sualı  və 
sintaktik vəzifəsinə görə  də digər  əsas nitq hissələrindən 
fərqlənir. Sifətin cümlədə təhkim olunduğu vəzifə təyin yerində 
işlənməkdir. Bundan başqa, sifətlər isimləşərək mübtəda, 
tamamlıq, xəbərlik  şəkilçisi qəbul edərək ismi xəbər də ola 
bilir.  
Atributivləşə-
rək təyin, ad-
verbiallaşaraq
zərflik olur. 
Xəbərlik 
şəkilçisi 
qəbul edir 
Konkret və
mücərrəd
 
olur 
Ümumi və 
xüsusi olur 
Tək və cəm 
olur 
Cümlədə 
daha çox 
mübtəda, 
tamamlıq
 
olur
 
Mənsubiyyətə
görə dəyişir 
Quruluşca 
sadə,düzəltmə,
mürəkkəb olur
 
Hallanır 
İsim 
Gülarə  Abdullayeva 
 
 
46
Dilimizdə sifətlər  digər nitq hissələrindən formal 
əlamətlərinə görə  fərqlənmir. Ona görə  də Azərbaycan dili 
sifətlərini müəyyənləşdirərkən onların lüğəvi mənasına və  
dərəcələnməsinə əsaslanmaq lazımdır. Məsələn,  uca, bərk, isti, 
gözəl kimi sözlər öz əsl mənalarına görə sifət sayılır. Sifətlərin 
mənasındakı bu xüsusiyyətə  əsasən, onlara əsli sifət adı 
verilmişdir.  
Prof. M.Hüseynzadə  əsli sifətləri 3 qismə ayırmış, 
bunlara keyfiyyət,  əlamət, rəng  bildirən sifətləri aid 
etmişdir.(2, səh. 65)  
Prof. Q.Kazlmov isə  rəng bildirən sifətləri də  əlamət 
bildirən sifətlər sırasında verməklə, iki növ: əlamət və keyfiyyət 
bildirən sifətləri göstərmişdir. (3, səh. 99) 
Rəng bildirən sifətlər də  əşyanın zahiri, formal 
görünüşü ilə bağlı olduğundan,  əlamət bildirən sifətlərə aid 
edilməlidir. 
Sifət əşyanın əlamətini bildirdiyindən, bir qayda olaraq 
isimlə bağlı olur, isimdən  əvvəl gələrək onunla yanaşma 
əlaqəsinə girir, onu əlamət və ya keyfiyyət baxımından təyin 
edir.  Əlamət dedikdə  əşyanın zahiri görünüşü, forması, 
keyfiyyət dedikdə isə əşyanın daxili cəhəti, mahiyyəti nəzərdə 
tutulur. Məsələn,  uca, hündür, yumru, sarı  və  s.  əlamət,  turş, 
şirin, acı və s. isə keyfiyyət bildirən sifətlərə aiddir. Dilimizdə 
elə sifətlər də var ki, yerindən asılı olaraq həm əlamət, həm də 
keyfiyyət bildirir. Məsələn,  gözəl qız   gözəl  şair 
birləşmələrindən birincisində gözəl sözü əlamət, ikincisində isə 
keyfiyyət bildirir. 
Sifətin quruluşca növləri.  Müasir Azərbaycan dilində 
sifətlər quruluşuna görə 3 yerə bölünür: 1. Sadə  (əsli);              
2. Düzəltmə; 3. Mürəkkəb sifətlər.  
Sadə bir söz öz vəzifəsi, mənası vasitəsilə  əşyanın 
həcmini, keyfiyyətini, xasiyyətini, müxtəlif cəhətdən ölçüsünü 
və s. bildirir. Bir kökdən ibarət olduğu üçün belə sifətlərə sadə 
sifət deyilir. Azərbaycan dilində a) rəng bildirən – qara, ağ, 

Müasir  Azərbaycan  dili 
 
 
47 
yaşıl, qırmızı, göy, sarı, ala, mavi və s; b) keyfiyyət bildirən – 
pis, yaxşı, isti, bərk, yumşaq, boş  və  s; c) müxtəlif cəhətdən 
ölçü və  həcm bildirən – gödək, uzun, kiçik, uca, nazik, qalın, 
ağır, dərin, dayaz və s; ç) dad bildirən – şirin, acı, turş  və  s;     
d) zahiri əlamət bildirən – qoca, kar, kor, qarı, topal və  s
sözlər sadə (əsli) sifət hesab olunur.  
Düzəltmə sifətlər isə sözdüzəldici  şəkilçilərin sadə 
sözlərə artırılması ilə yaranır. Müasir Azərbaycan dilində 
işlənən düzəltmə sifətlər  həm  əsl Azərbaycan söz və 
şəkilçilərindən düzəlmiş, həm də başqa dillərdən keçmiş 
düzəltmə sifətlərdir. Düzəltmə sifətləri hansı nitq hissəsindən 
yaranmasına görə iki hissəyə bölmək olar: 1. Adlardan düzələn 
sifətlər; 2. Feldən düzələn sifətlər.  
Azərbaycan dilində adlardan sifət düzəldən  şəkilçilər  
aşağıdakılardır: 
1.-lı
4
  şəkilçisi ilə keyfiyyət və  əlamətin çoxluğunu 
bildirən sifətlər düzəlir:  ağıllı, dadlı, güclü, sədaqətli,  şüurlu, 
maraqlı və s. 
2.-sız
4
  şəkilçisi -
4
  şəkilçisinin yaratdığı  mənaların 
əksini, yəni  əlamətin yoxluğu mənasını ifadə edən sifətlər 
düzəlir: maraqsız, dadsız, duzsuz, gücsüz, rəngsiz, susuz və s. 
3.-cıl
4
 şəkilçisi vasitəsilə bacarıq, xasiyyət, hal-vəziyyət 
və s. bildirən sifətlər  əmələ  gəlir:  zarafatcıl, işcil, ölümcül, 
qabaqcıl və s. 
4.-lıq
4
  şəkilçisi vasitəsilə isimlərdən, saylardan və 
əvəzliklərdən isim əmələ  gəldiyi kimi, bəzi hallarda həmin 
şəkilçi ilə sifət də düzəlir:  həftəlik, günlük, aylıq, gündəlik, 
onluq və s. 
5.-
4
  şəkilçisi vasitəsilə zaman bildirən isim və ya 
zərflərdən hadisə və ya əşyanı müəyyən vaxtla əlaqədar olaraq 
təyin edən sifətlər düzəlir: axşamkı, dünənki, çoxdankı, səhərki, 
hazırki, bildirki və s. 
Gülarə  Abdullayeva 
 
 
48
Bəzən bu şəkilçini ismin yerlik halında işlənən sözlərin 
sonuna  əlavə etməklə  əşyanın, hadisənin yerini ifadə edən 
sifətlər yaranır: evdəki, bağdakı, yuxarıdakı, küçədəki və s. 
Qeyd. 
Bu zaman söz kökündə  nəzərə çarpan –dakı,           
-dəki  şəkilçisi bir sıra dilçilik kitablarında sifətdüzəldən  şəkilçi 
kimi qeyd olunur. Əslində isə bu şəkilçi yerlik hal şəkilçisi ilə 
sifətdüzəldən  -kı    şəkilçisinin  birləşməsindən   ibarətdir.           
Prof. Q.Kazımovun sifətdüzəldən  -kı  şəkilçisinin  əslində  
sözdüzəldici deyil, kateqorial şəkilçi olması ilə bağlı maraqlı 
fikirləri var. (Bax: 2, səh. 105-106)    
6. 
4 
 isimlərdən rəng bildirən, çox az hallarda fellərdən 
keyfiyyət bildirən sifət düzəldir. Məsələn,  gümüşü, badamı, 
zoğalı, dolu və s. 
Bundan başqa, dilimizdə  -sal (qumsal), -sul  (yoxsul),     
-lam (sağlam),  -iş (geniş, nəmiş),  -ca (balaca) kimi adlardan 
sifət düzəldən  qeyri-məhsuldar  şəkilçilər də var.                   
(2, səh. 106-107) 
Dilimizdəki düzəltmə sifətlərin bir hissəsi fellərdən 
aşağıdakı şəkilçilər vasitəsi ilə  düzəldilmişdir: 
1.-ağan,-əyən  şəkilçisi daimi xasiyyət bildirən sifətlər 
əmələ gətirir: ağlağan, güləyən, qaçağan, oynağan və s. 
2.-qan, -kən;-ğan, -gən  şəkilçisi xasiyyət və keyfiyyət 
bildirən sifətlər yaradır:  çalışqan, dalaşqan, sürüşkən, ilişkən, 
döyüşkən, ağlağan, deyingən və s
3.-aq, -ək şəkilçisi xasiyyət və keyfiyyət bildirən sifətlər 
düzəldir: qorxaq, ürkək və s. 
4.-qın,-kin, -qun, -kün; -ğın,-gin, -ğun, -gün  şəkilçisi 
ilə hal-vəziyyət, keyfiyyət bildirən sifətlər düzəlir:  satqın, 
kəskin, tutqun, küskün, azğın, gərgin, yorğun, süzgün   və s. 
5.-ıcı, ici, -ucu, -ücü  şəkilçisi ilə qismən peşə, vəzifə, 
bacarıq, qismən də keyfiyyət bildirən sifətlər düzəlir: 
çeşidləyici (dəstə), kəsici, əzici, qurucu, yoxlayıcı, alıcı, üzücü, 
təəccübləndirici və s

Müasir  Azərbaycan  dili 
 
 
49 
6.-caq,-cək şəkilçisi ilə xasiyyət və hal-vəziyyət bildirən 
sifətlər düzəlir: sevincək, utancaq, ərincək və s. 
7.-ıq, -ik, uq, -ük, -k    şəkilçisi ilə:  sınıq, kəsik, buruq, 
çürük, sökük, açıq və s. 
8.-ınc, inc, -unc, -ünc  şəkilçisi ilə:  qorxunc,  gülünc                
və s. 
9.-c şəkilçisi ilə: qısqanc, iyrənc və s. 
10.
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə