FOYDALANILGAN ADABIYOTLAR RO‘YHATI:
1.
Абдуллоҳ аш-Шоший. Жадид ва қадим недур? // Садойи Туркистон. –
1914-йил 23-май. –№ 12. –Б. 3.
2.
Фитрат. Жоҳилона таассубға мисол // “Шўро” журнали. –1917 йил 15
январ. –№ 2. –Б. 3.
3.
Мих (Ғози Юнус). Порахўр тилидан // “Муштум” журнали.– 1923 йил 2
апрел. –№ 4. –Б. 2.
4.
Ғози Юнус. Эски мактаблар ҳақинда // “Иштирокиюн” газетаси. –1919
йил 25 июн. –№ 129. –Б. 2.
5.
Ғози Юнус. Эски шаҳар озуқ комитетидаги машмашалар //
“Иштирокиюн” газетаси. – 1919 йил 12 июн. –№ 111. –Б. 2.
6.
Нус (Ғози Юнус). Поездда кўр // “Муштум” журнали.– 1925 йил 5
сентябр. –№ 9. –Б. 13.
7.
Нус (Ғози Юнус). Устолпарастлик маслаги // “Муштум” журнали.–
1925 йил 4 ноябр. –№ 11. –Б. 18.
NATAN MALLAYEV
Zəhra ALLAHVERDİYEVA,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
,
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Nizamişünaslıq” şöbəsinin aparıcı elmi işçisi
zahra.allahverdiyeva@mail.ru
Bu il Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kafedra
müdiri, Özbəkistanın əməkdar elm xadimi, filologiya elmlər doktoru, professor,
klassik Şərq ədəbiyyatı, eləcə də türk folklor mənbələrinin öyrənilməsi sahəsində
xüsusi xidməti olan məşhur şərqşünas-alim Natan Murad oğlu Mallayevin 100
illik yubileyi qürur və minnətdarlıq hissi ilə qeyd olunur.
Natan Mallayev öz elmi fəaliyyəti və yaradıcılığı ilə post sovet məkanında
şərqşünaslıq elminə və türk dünyasına əvəzsiz töhfələr vermiş, həmçinin
Azərbaycan və özbək ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Onun
“Özbək ədəbiyyatı tarixi” (1953), “Özbək ədəbiyyatı tarixi” – Ən qədim ədəbi
yadigarlar, X-XII əsrlər, XIII əsr və XIV əsrin əvvəllərindəki ədəbiyyat (1965),
Əlişir Nəvai yaradıcılığına həsr olunmuş özbək və rus dillərində “Dahi şair və mü-
təfəkkir” (1968-1969), “Nəvai sənətinin xalq mənbələri” (1973), “Əlişir Nəvai və
499
xalq yaradıcılığı” (1974), “Əbülqasım Firdovsi” (1962), rus və özbək dillərində
nəşr etdirdiyi “Nizami Gəncəvi irsi və onun maarifçi-tərbiyəvi əhəmiyyəti”
(1985;1986) adlı elmi monoqrafiyaları bu gün də mütəxəssislərin faydalandığı və
istinad etdiyi mühüm mənbələrdəndir.
Natan Murad oğlu Mallayev
1922-ci il 22 yanvarda Daşkənd şəhərində ziyalı
buxara yəhudiləri ailəsində anadan olmuşdur. Yeddi illik orta təhsilini başa
vurduqdan sonra, o, Daşkənddə Xatınqızlar Pedoqoji Məktəbinə daxil olur. İkinci
Dünya müharibəsi dövründə istedadlı və elmlərə hədsiz həvəs göstərən gənc
Natan Murad oğlu Mallayev Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji İnsti-
tutunun “Özbək dili və ədəbiyyatı” fakültəsinə daxil olur. Burada o, Maqsud
Şeyxzadə, Olim Şarafutdinov kimi dövrün görkəmli alim və müəllimlərindən dərs
alır, istedadlı və məsuliyyətli tələbə kimi tanınır.
1942-ci ildə ali təhsili bitirdikdən sonra Natan Mallayev Nizami Gəncəvi
adına Daşkənd Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olur. O, 1948-ci
ildə ustadı Maqsud Şeyxzadənin rəhbərliyi ilə “Munis Xarəzminin həyatı və
yaradıcılıq irsi” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edərək alimlik
dərəcəsi alır. Gənc alim elmi və pedaqoji fəaliyyətini Xarəzm Dövlət Pedaqoji
İnstitutunda və Daşkənd Dövlət Universitetitində davam etdirir.
Alimin elmi fəaliyyətinin başlanğıcı XX əsrin ortalarına təsadüf edir.
Məlumdur ki, bu dövr dünya şərqşünaslıq elminin başlıca vəzifələrindən biri
klassik irsin nəşri, tədqiqi və təbliği problemi idi. Hələ gənc yaşlarından klassik
Şərq poeziyasının vurğunu olan, xüsusən türk xalq ədəbiyyatının incəliklərini
dərindən öyrənən N.Mallayev Əbülqasım Firdovsi, Nizami Gəncəvi, Əlişir Nəvai
kimi dahi Şərq klassiklərinin həyat və yaradıcılığı, tədqiq və təbliği işində mühüm
işlər görmüş, öz fəaliyyəti ilə Özbəkistanda şərqşünaslıq elminin təşəkkülü və
inkişafında əhəmiyyyətli rol oynamışdır.
O, özünün səmərəli elmi fəaliyyəti boyu özbək klasik ədəbiyyatının ən
aktual problemlərini, eləcə də qardaş Şərq xalqları ədəbiyyatının mühüm
istiqamətlərini tədqiqata cəlb etmiş, farsdilli klassik irsin mühüm nümunələrini öz-
bək dilinə tərcümə etmiş, dərsliklər yazmış, orta və ali məktəblər üçün proqramlar,
toplular hazırlamış, özbək və rus dilində nəşr etdirdiyi elmi-kütləvi kitablar vasitəsi
ilə zəngin Şərq mədəniyyətini əzmlə təbliğ etmişdir. Alimin göstərilən mərhələdə
klassik Şərq ədəbiyyatı ixtisası üzrə elmlər namizədi və doktorların yetişdirilməsi
sahəsində də mühüm rolu olmuşdur.
Professor Natan Mallayevin əsas elmi maraq dairəsi klassik Şərq
ədəbiyyatının tədqiqi, ən əsası klassik ədəbiyyatın folklorla qarşılıqlı əlaqəsinin
öyrənilməsi idi. Öz yaradıcılığında birbaşa klassik mətnlər üzərində tədqiqat apa-
ran alim dövrün görkəmli şərqşünaslarından Y.E.Bertels, H.Araslı, S.Ayni, V.Za-
hidov, A.Mirzəyev və başqa alimlərlə sıx yaradıcılıq əlaqələri qurmuş və bir sıra
aktual ədəbiyyatşünaslıq problemlərinin həllində özünün fərdi təşəbbüsü və
fəaliyyəti ilə xüsusi iz qoymuşdur. Natan Mallayevin özbək xalqı qarısında
mühüm xidmətlərindən biri özbək ədəbiyyat tarixinin yazılmasıdır. Görkəmli alim
1963-cü ildə ali məktəblər üçün ilk dəfə olaraq “Özbək ədəbiyyatı tarixi” dərsliyini
yaradır.
500
Nəvai “Xəmsə”sinin elmi-tənqidi mətni ustad Porso Şəmsiyev tərəfindən
hazırlansa da, şairin bir çox əsərləri hələ də ciddi şəkildə tədqiq və nəşr
olunmamışdı. Bu səbəbdən, Natan Mallayev Ədəbiyyat tarixi dərsliyini yazarkən
şairin həyat və yaradıcılığını ətraflı tədqiq etməyə başlamış, ilk əlyazma
mənbələrinə, yəni orijinallara müraciət etmək məcburiyyətində qalmışdır. Nəvainin
nəsrlə yazılmış ədəbi irsi, eləcə də elmi əsərləri, “Xəzayin ül-məoniy” toplusundan
nümunələr ilk dəfə olaraq ardıcıl, dərin elmi poetik təhlil əsasında geniş
ictimaiyyətə təqdim edilmişdir.
Görkəmli tədqiqatçının Azərbaycan alimləri ilə isti münasibəti və qarşılıqlı
elmi əlaqələri xüsusi diqqəti cəlb edir. 1978-ci ildə Natan Mallayev “Nəvai və xalq
yaradıcılığı” mövzusunda doktorluq dissertasiyanı uğurla müdafiə edərək,
filologiya elmləri doktoru adını almışdır. Onun doktorluq dissertasiyanın opponent
olaraq Azərbaycanlı mütəxəssis alim akademik Həmid Araslı təyin olunmuşdu.
Akademik Həmid Araslının qızı Nüşabə xanım Araslı öz xatirələrində qeyd edir ki,
Natan Mallayevin doktorluq işinin müdafiəsi ərəfəsində Daşkənddə güclü zəlzələ
baş verir və müəllif belə bir vəziyyətdə opponentinin Bakıdan Daşkəndə gələ
biləcəyinə ümidini itirir. Lakin Həmid Araslı dissertantı çətin vəziyyətdə
qoymayaraq cəsarətlə Daşkəndə yola düşür və hava limanında onu qarşılayaraq, bir
ustad minnətdarlığı ilə qucaqlayan Natan Mallayevin gözlərindən yaş
süzüldüyünün şahidi olur. Alim öz tədqiqatlarında Azərbaycanlı ustadının
araşdırmalarına istinad edir, həmkarına ünvanladığı kitablarında ona daim sayğı və
hörmətini bildirirdi.
Natan Mallayev öz elmi fəaliyyətini Xarəzm Dövlət Pedaqoji İnstitutunda,
Daşkənd Dövlət Universitetində, ömrünün sonuna qədər Nizami Gəncəvi adına
Daşkənd Dövlət Pedaqoji İnstitutunda professor, kafedra müdiri vəzifəsinə qədər
yüksəlmişdir.
Keçən əsrin ikinci yarısından etibarən Natan Mallayev bütün diqqətini Şərq
xalqlarının klassik ədəbiyyatını daha dərindən öyrənməyə yönəldir. O, ədəbiyyat
tarixinə dair proqramlar və toplular yaradırdı. 1953-cü ildə orta məktəblər üçün
“Özbək ədəbiyyatı tarixi” dərsliyini, 1958-ci ildə “X-XII əsrlər ədəbiyyatı” əsərini
yazmışdır.
Natan Mallayev Şərq xalqları ədəbiyyatının yorulmaz tədqiqatçılarından və
tərcüməçilərindən biri idi. Onun Rüdəki, Firdovsi, Nizami, Cami, Füzuli,
Məxtumquli, Abay kimi klassiklərin yaşayıb-yaratdığı dövrdə siyasi-ictimai mühit
və zərurətdən doğan qanunauyğunluqları izah edir, səviyyəli və geniş elmi
erudisiya ilə bir çox məsələlərə aydınlıq gətirirdi.
Natan Mallayevin Şərq poeziyasında IX-X əsrlərdə ədəbi dil məsələsi və dəri
dilinin yayılma səbəbləri haqqında elmi araşdırmaları xüsusi əhəmiyyət kəsb edir.
Alimi ilk növbədə ərəb istilasından sonra yerli dillərin sıxışdırılması
problemi düşündürürdü və bu səbəbdən yazırdı: “Ərəb hökmdarları və ruhaniləri
ilə birləşən yerli zadəganların bir qismi öz ana dillərindən üz çevirib, ərəb dilini
mükəmməl öyrəndilər. Lakin buna baxmayaraq, istilaçı xəlifələr və onların
yerlərdəki rəsmiləri və ruhaniləri yerli dillər və yerli xalqlar ədəbiyyatının
tərəqqisini boğub tam məhv edə bilmədilər. Xalq öz dilini saxladı, ağız (şifahi)
501
bədii sənətinin yeni-yeni əsərlərini yaratdı. Şifahi xalq sənəti yerli xalqların ədəbi
dili və yazılı ədəbiyyatının, o cümlədən fars-tacik və türk dillər qrupundakı
xalqların ədəbi dili və ədəbiyyatının inkişafına böyük zəmin hazırladı”
28
.
Natan Mallayevin tədqiqatlarında Şərq xalqlarının mədəniyyət tarixində
mühüm iz buraxmış farsdilli ədəbiyyatın inkişafının səbəblərinin öyrənilməsi
diqqəti cəlb edir. Alim öncə IX-X əsrlərdə “dəri” və ya “fars” adlanan ədəbi dilin
yaranma səbəblərini açıqlayır. Onun araşdırmasına əsasən, bu dilin gəlişməsi heç
bir etnik mahiyyət daşımır. Bu dil yalnız İranlılara aid deyildir. Bu araşdırmalar bu
gün çox əhəmiyyətlidir. “Onun sözlərinə görə, “dəri” ədəbi dilinin formalaşması
prosesi ərəb xəlifələrinin işğalından xeyli əvvəl başlamış və lakin istila nəticəsində
dayanmışdı. Xalq hərəkatı nəticəsində süquta uğramış xilafətin yerində yerli xa-
nədan hökuməti yaranmağa başladığı dövrdə dəri ədəbi dilinin inkişafı sürətlənir.
Yerli feodal aristokratlar öz siyasi hakimiyyətlərini gücləndirmək üçün xalq dili
əsasında yaranmış ədəbi dilin rolu və yeri ilə hesablaşmaq məcburiyyətində
qaldılar. Ona görə də Samanilər dövründə bu dil yeganə dövlət dilinə çevrilmiş və
mədəni həyatda, xüsusən də ədəbiyyatda geniş yer tutmuşdur. Dəri ədəbi dili böyü-
yüb gücləndi və bir neçə başqa xalqların ədəbi dilinə çevrildi”
29
.
Məlumdur ki, hegemon dövlətlərin vahid İmperiya yaratmaq siyasətinin
başlıca hərəkətverici qüvvəsi vahid dil birliyi ideyası olmuşdur. Samanilər dövləti
Mavərəünnəhr, Əfqanıstan və İranın böyük bir hissəsini idarə edirdi. Tarixdə
“Saman oğulları” adı ilə məşhur olaraq, Türk dövləti kimi tanınan bu hökumətin
paytaxtı Buxara şəhəri idi. Tarixi faktlara əsasən, eradan əvvəl III əsrdə
Mavəraünnəhr ərazisində türk-oğuz və hun tayfaları yaşamışlar. Daha sonra
türklər öz ərazilərini genişləndirərək cənuba və qərbə doğru hərəkət etmişlər. “VIII
əsrdə Ərəb xilafətinin Mavəraünnəhri (iki çay arasında Amudərya və Sırdərya
çayları arasında yerləşən torpaq) işğal etməsindən sonra bu ərazi Xilafətin sosial və
mədəni həyatında əsas rol oynayan regionlarından birinə çevrildi. Ərazidən keçən
Böyük İpək yolu şərqlə-qərbi birləşdirir, cənubdan şimala, şimaldan cənuba gedən
insanlar bu torpaqlardan keçməli olurdular. Bu bölgədə yerləşən Buxara,
Səmərqənd və Kunya-Urgənc şəhərləri Hindistan, Çind, Misir, Bizans və slavyan
ölkələrindən gələn karvan yollarının qovşağında yerləşirdilər”
30
.
Natan Mallayev Samanilər dövlətinə mənsub olan və etnik tərkibi zəngin olan
Əfqanıstan və İranın böyük bir hissəsində əsas yerli əhalinin dəri dilində
danışdığını nəzərə alaraq, bu dilin rəsmi dövlət dili və ədəbi dilə çevrilməsi ənə-
nəsini şərh edir, ətraf regionlara, o cümlədən Azərbaycana təsirini izah edərək
yazırdı: “Qəznəvilər və səlcuqilər də əsilləri türk qəbilələrindən olsalar da,
Samanilərin ənənələrinin izi ilə gedib dəri dilini dövlət və ədəbi dil qismində qəbul
etdilər. Bununla onlar özlərini Samanilər dövlətinin qanuni varisi kimi göstərmək
istəyirdilər. Onlar işğal etdikləri ölkələrə, o cümlədən Qafqaza (Arran, Şirvan və
qismən Gürcüstana) və Hindistanın şimal rayonlarına dəri dilini dövlət dili və
ədəbi dil kimi gətirdilər”
31
.
28
Маллаев Н.М. Абулкосим Фирдавсий (Тарихий-адабий очерк). – Ташкент,Узадабийнашр,1962, s.17-18
29
Маллаев Н.М. Абулкосим Фирдавсий (Тарихий-адабий очерк). – Ташкент,Узадабийнашр,1962, s.18-19
30
https://az.wikipedia.org/wiki/Özbəkistan_tarixi
31
Маллаев Н.М. Абулкосим Фирдавсий (Тарихий-адабий очерк). – Ташкент,Узадабийнашр,1962, s.19
502
Natan Mallayev İmperiyaların siyasi çarpışmalarında yerli əhalinin ana
dillərinin sıxışdırılmasını təəssüf hissi ilə qeyd edərək yazırdı: “Bununla da bir çox
ölkə xalqlarının ədəbi dilinin inkişafına maneçilik törədib, zərbə vurmuşlar”
32
.
Alim dövrün ədəbi dili məsələsi ilə bağlı Nizami Gəncəvinin “Leyli və
Məcnun” əsərindəki məşhur əhvalatı nümunə gətirərək, şairin məcburiyyət
qarşısında qalmasını xüsusi vurğulayaraq yazırdı: “Məsələn, Səlcuq hökmdarları
və onların vasalları Azərbaycanda belə bir siyasət aparmışlar. Buna görə də dahi
Azərbaycan şairi Nizami Gəncəvi “Leyli və Məcnun” dastanınn müqəddiməsində
öz əsərlərini “ona Azərbaycan dilində yazma, deyildiyini, fars dilində yazmağa
məcbur edildiyini ağır bir hüznlə, kədərlə vurğulamışdır”
33
.
Alim özbək ədəbiyyatı tarixini yazarkən də bu məsələyə qayıdır və farsdilli
ədəbiyyatın müxtəlif xalqlar tərəfindən yarandığını qeyd edirdi: “Fars dilindəki
ədəbiyyat X-XV əsrlərdə Aralıq dənizindən Hindistana qədər geniş ərazini əhatə
etdi, onu tacik, iran, Azərbaycan, hind, əfqan, özbək və başqa xalqlar yaratdı, bu
xalqlardan hər biri ona öz hissəsini qoşdu,biri ikinci birinin təcrübəsi ilə ortaqlaşdı,
ənənəni davam etdirdi”
34
.
Natan Mallayev özünün çoxşaxəli yaradıcılığında özbək, Azərbaycan, fars-
tacik, uyğur ədəbiyyatının bir çox problemlərini müxtəlif toplu və
ensiklopediyalara yazdığı məqalələrində həll etməyə çalışmış, zəngin və elmi
əhəmiyyətli tədqiqatlarında özbək ədəbiyyatı ilə yanaşı, Azərbaycan və fars-tacik
klassiklərinin də yaradıcılığına geniş yer vermişdir. Onun klassik irsin öyrənilməsi
sahəsində ilk diqqəti cəlb edən əsəri “Əbülqasım Firdovsi” (1962) monoqra-
fiyasıdır.
Bu əsər Firdovsinin dövrü, həyatı, ədəbi fəaliyyəti və “Şahnamə” əsəri
haqqında mükəmməl tədqiqat işidir.
Alim ilk növbədə X-XII əsrlərdə elm və mədəniyyətin inkişafı, ədəbi dil
faktoru haqqında mükəmməl araşdırmalar aparır, oxucunu Səmərqənd, Buxara,
Ürgənc, Termiz, Uzqan, Mərv, Nişapur, Bəlx, Bağdad, Qəznə kimi məşhur şəhər-
lərdə baş verən siyasi-iqtisadi və mənəvi yüksəlişi isbat edən faktlarla üzləşdirir,
klassik şairlər çevrəsində yaranan ictimai-ədəbi mühit haqqında geniş məlumat
verir. O, Əl-Xarəzmi, Əl-Fərabi, İbn Sina, Əbu Reyhan Biruni kimi alimlərin
çevrəsində yetişən şairlər haqqında yazırdı: “Rudəki, Dəqiqi, Firdovsi, Nasir
Xosrov, Ömər Xəyyam, Rəşidəddin Vətvat, Kamal Xocəndi və başqaları
(Mavəraünnəhr, Xorasan və Xarəzm), Übeydi Zəkani, Sədi Şirazi və başqaları
(İran), Xaqani Şirvani, Nizami Gəncəvi və başqaları (Azərbaycan), Xosrov
Dəhləvi, Həsən Dəhləvi (Hindistan) hər biri öz xalqının klassik yazıçıları olmaqla
bərabər, eyni zamanda, başqa xalqlar da bu irsdən zövq almışlar ”
35
.
Firdovsinin həyatı və fəaliyyəti haqqında alimin özünəməxsus yanaşma və
araşdırma tərzi diqqəti cəlb edir. Ümumiyyətlə, N. Mallayev hər bir məsələyə
münasibətdə ciddi tədqiqatçı mövqeyi nümayiş etdirir, dəqiq tarixi-elmi faktlarla
əhəmiyyətli nəticələr əldə edirdi. Alimin qeydinə əsasən, “Əbülqasım şairin əsil
32
Yenə orada, s.19
33
Yenə orada, s.19
34
Маллаев Н.М. Узбек адабиёти тарихи. Биринчи китоб. «Укитувчи», нашриёти. – Ташкент,1965, 659 с., c.99
35
Маллаев Н.М.Абулкосим Фирдавсий (Тарихий-адабий очерк). – Ташкент,Узадабийнашр,1962, s.23
503
adı deyil, onun künyəsidir. “Şahnamə” ni Sultan Mahmud Qəznəviyə təqdim edən
şairin ona hörmət əlaməti olaraq, özünü belə adlandırmasını təxmin edir. Çünki
Sultan Mahmudun adlarından biri “Əbülqasım” idi. Mənbələrdə Firdovsinin adının
“Əbülqasım”la yanaşı, “Həsən”, “Mənsur”, “Əhməd Mənsur ibn Həsən” və başqa
şəkillərdə verilməsi həmçinin bu təxmini qüvvətləndirir”
36
.
Natan Mallayevin araşdırmalarına əsasən, Firdovsi “Şahnamə”də Rudəki
dövrünün şairi, Samanilər zamanında yaşamış Dəqiqinin başladığı işi davam
etdirmiş və özünün 60 min beytlik “Şahnamə”sinin əsasını Dəqiqinin min beytlik
əsərindən almışdır
37
.Alimin araşdırmasına əsasən, “Şahnamə” yazmağa girişən
Dəqiqi cəmi min beytdən ibarət – Zərdüşt, Guştasp və Arcasp (Alp ər-Tonqa)
dastanlarını bitirə bilmişdi. Dəqiqi bir məclisdə öldürülmüş, əsəri yarımçıq qalmış
və onun başladığı işi qədim əfsanə, rəvayət və tarix kitablarını mükəmməl bilən
Firdovsi davam etdirmişdir. Şair bu məqsədlə xalq ağız ədəbiyyatı və Sasanilər sü-
laləsinin tarixi xronikaları əsasında material toplamış və məlum əsərini yazmışdır.
Alim Firdovsinin öz əsərini Sultan Mahmuda təqdim edərkən düşdüyü
vəziyyət haqqında yaranmış rəvayətləri bir kənara qoyur, tarixi həqiqətlər
baxımından məsələyə yanaşır. Bu dövrdə artıq Samanilər dövlətinin süqut
etməsini, feodal müharibələrinin şiddətlənməsini, elm, incəsənət, ədəbiyyat
adamlarının maddi və mənəvi sıxıntılara məruz qalmasının səbəblərini açıqlayır.
“Şahnamə” nin qaynaqları, o cümlədən əsas mənbələrindən olan “Avesta”
haqqında məlumat verən müəllif Koyumərs, Huşəng, Təhmurəs, Cəmşid,
İsfəndiyar, Rüstəm kimi qəhrəmanların şifahi xalq yaradıcılığı və yazılı qaynaq-
larla əlaqəsini qeyd edir, görkəmli alim V.V. Bartolda istinad edərək, türk
qəbilələrinin qəhrəmanı olan Əfrasiyabın Mahmud Kaşqarinin “Divanu lüğətit-
türk” əsərindəki Alp ər-Tonqa olduğunu göstərir
38
.
“Şahnamə”nin məzmununu qısaca şərh edən müəllif əsərin ideya
məziyyətləri üzərində dayanır. Müəyyən süjetlər əsasında araşdırmalar aparan alim
Firdovsinin dünyagörüşü və ideyaları baxımından hələ feodal-aristokratiya buxov-
larından azad ola bilməməsini və fikirlərinin haçalandığını qeyd edərək yazır:
“Firdovsi “Şahnamə”də bir tərəfdən böyük humanist və xalqpərvər olduğunu
təcəssüm etdirirsə də, diğər tərəfdən feodal-aristokratların dünyagörüşü və mən-
fəətlərini ifadə edir, şahpərəstliyi təcəssüm etdirir”
39
. Əsərin “Tarixi personajların
obrazı” hissəsində müəllif “Şahnamə” obrazlarını Nizami Gəncəvi, Xosrov
Dəhləvi və Nəvai qəhrəmanları ilə müqayisə edir və bir sıra xüsusiyyətinə görə,
“Şahnamə”ni tarixi bir mənbə olaraq qiymətləndirir.
Natan Mallayevin “Şahnamə” qəhrəmanlıq eposu haqqında bu tədqiqatı
günümüzə qədər öz elmi əhəmiyyətini saxlamaqdadır.
Natan Mallayevin “Özbək ədəbiyyatı tarixi” (1965) adlı iki cildlik
monumental əsəri diqqəti cəlb edir. Alimin öz qeydinə əsasən, əsər ilk dəfə 1963-
cü ildə dərslik şəklində nəşr olunmuş, lakin sonradan yeni-yeni ədəbi yadigarlar ta-
36
Yenə orada, s.26
37
Yenə orada, s.29
38
Yenə orada, s.38
39
Yenə orada, s.62
504
pılmış, bu nümunələr üzərində mətnşünaslıq işi və tədqiqatlar aparılmış və
ədəbiyyat tarixi yenidən nəşr olunmuşdur.
Natan Mallayev özbək ədəbiyyatı tarixi üzrə dövrləşmələr apararaq, çoxəsrlik
özbək ədəbiyyatının tarixi-mədəni inkişafını izləmiş, türk xalqlarının zaman və
məkan çevrəsində gəlişən müştərək xüsusiyyətlərini izləmiş, nəsillərin qazandığı
bədii-fəlsəfi və estetik dəyərləri tədqiq etmişdir.
O, həm Şərq xalqlarının tarixini mükəmməl bilən ədəbiyyat tarixçisi, həm də
XX əsr dünya ədəbiyyatşünaslıq el-minin ən mütərəqqi metodoloji prinsiplərinə
bələd olan nəzəriyyəçi alim idi. Şərqin folklor materialları, eləcə də qədim yazılı
mətnlər üzərində apardığı tədqiqatlar bunu sübut edir. Təsadüfi deyildir ki, özbək
ədəbiyyatının yazılı nümunələrini – qəzəl, müxəmməs, müsəddəs, namə, rübai,
dastan, məsəl, hekayə və başqa janrlarını öyrənən N. Mallayev xalq içərisində
yaranan məhəbbət və qəhrəmanlıq eposlarını – “Tahir və Zöhrə”, “Boz oğlan”,
“Yusif Əhməd”, “Kitabi-padşahi-Cəmşid”, “Qisseyi-Fərhad o Şirin” kimi əsər-
lərin həm folkloristikanın, həm də ədəbiyyat tarixinin predmeti olduğunu və
ədəbiyyatın folklor materiallarından başlandığını göstərirdi.
Natan Mallayev orta əsrlər tərcümə nümunələrini də özbək ədəbiyyatı
tarixinin mühüm hissəsi hesab edirdi. Nizami Gəncəvinin “Xosrov və Şirin” (XIV
əsrdə Qütb tərəfindən tərcüməsi), “Həft peykər” əsərinin özbəkcəyə çevrisini,
Sədinin “Gülüstan” və “Bustan”, Caminin “Baharıstan”, “Yusif və Züleyxa”,
“Salaman və Absal”, Xəlilinin “Şah və Gəda”, hind eposu “Kəlilə və Dimnə”nin,
ərəb “Min bir gecə” nağıllarının, Mirxondun “Rövzətüs-səfa” və sair özbək dilinə
tərcümə olunmuş əsərlərin tədqiqini tövsiyə edirdi.
“Özbək ədəbiyyatı tarixi”nin birinci kitabının “Ən qədim yadigarlar”, “X-XII
əsrlər ədəbiyyatı”, “XIII əsr və XIV əsrin başlanğıcında ədəbiyyat”, “XIV əsrin
ortalarında ədəbiyyat” və “XIV əsrin ortalarından XVII əsrə qədər olan ədəbiyyat”
bölmələrində müəllif həm ədəbi inkişafı xronoloji cəhətdən izləmiş, həm bu
mədəniyyətin tarixi-coğrafi konturlarını müəyyənləşdirmiş, həm də metodoloji-
nəzəri prinsiplər və ümumşərq ədəbiyyatı kontekstində ədəbi ənənə və türk-özbək
ədəbiyyatının yeri və mövqeyini müəyyənləşdirmişdir.
Natan Mallayev “Ən qədim yadigarlar” bölümündə Ortaq türk abidələri, Orta
Asiya xalqlarının qədim maddi və mənəvi mədəniyyət yadigarlarının
araşdırılmasında kökə, tarixə bağlanır. Orta Asiya xalqlarının iqtisadi-coğrafi və
etnoqrafik xəritəsini qədim Baktriya, Xarəzm, Soqdiana, Parfiya, Zərəfşan vadiləri,
Parkana (Fərqanə) və başqa hövzələrdə yaşayan qəbilə və elatlar: türk-massaget,
xətay, uyğur, muğ və hind mədəniyyəti, həmçinin arxitektura abidələri haqqında
geniş məlumat verir.
Alimin şifahi xalq ədəbiyyatı, mif və əfsanələr, “Avesta” qəhrəmanları,
“Tomiris”, “Şirak”, “Zərinə” haqqında əfsanə və qissələrin məzmun və ideyasını,
poetik dil xüsusiyyətlərini araşdırılması son dərəcə əhəmyyətlidir. “Avesta” nın
məzmun və mündəricəsində Azərbaycan, Orta Asiya və İran mədəniyyətinin ortaq
cəhətlərini qeyd edən müəllif Zərdüştün eramızdan əvvəl VII əsrin sonu VI əsrin
505
əvvəllərində Azərbaycanda doğulduğunu və “Avesta”nın məkanının Azərbaycan
olduğunu qeyd edir
40
.
N.Mallayevin “Özbək ədəbiyyatı tarixi” kitabı türkdilli ədəbiyyatın inkişaf
tarixinin öyrənilməsi baxımından son dərəcə əhəmiyyətli nəşrdir.
Görkəmli alim orta məktəb və universitet tələbələri üçün hazırladığı
dərsliklərdə qardaş türk xalqları ədəbiyyatının korifeylərini təbliğ etməyə çalışır,
Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi Azərbaycan şairləri haqqında mütə-
madi məlumatlar verirdi.
Nizami Gəncəvinin “Xəmsə” sində qoyulan humanist fəlsəfi ideyalar
şərqşünas alimin daim istinad etdiyi mənbələrdən idi. 1986-cı ildə Daşkənddə
“Nizami Gəncəvinin irsi və onun onun tərbiyəvi əhəmiyyəti” adlı kitabını özbək və
rus dillərində nəşr etdirən N.Mallayev Nizami Gəncəvi yaradıcılığını yüksək
qiymətləndirir, onun dahiyanə düşünülmüş süjetlərinin və müdrik kəlamlarının
gənc nəslin tərbiyəsində mühüm əhəmiyyətini xüsusi qeyd edirdi
41
.
Keçən əsrin 60-cı illərin ortalarından başlayaraq, Natan Mallayev özbək
xalqının böyük şairi və mütəfəkkiri Əlişir Nəvainin həyat və yaradıcılığının
öyrənilməsinə dair silsilə məqalə və monoqrafiyaları ilə çıxış edir. Onun XX əsr
ədəbiyyatşünaslığında Nəvainin həyatı, ictimai fəaliyyəti və yaradıcılığının ayrı-
ayrı aspektlərinin öyrənilməsində mühüm rolu olmuşdur.
Məlumdur ki, Əlişir Nəvainin həyat və yaradıcılığı XV əsrin ikinci yarısına,
Orta Asiya tarixinin ən gərgin mərhələsindən biri olan Teymurilərin hakimiyyəti
dövrünə təsadüf edir. Əmir Teymur (1336-1405) öz davamlı yürüşləri ilə sərhədləri
Aralıq dənizindən Çin səddinə qədər uzanan qüdrətli bir imperiya yaratdı və
Teymurilər dövründə Səmərqənd, Herat, Əndican, Bəlx, Buxara kimi iri şəhərlər
böyük mədəniyyət mərkəzlərinə çevrildi.
Natan Mallayev Əlişir Nəvaiyə həsr etdiyi “Dahi şair və mütəfəkkir” (
Daşkənd, 1968) əsərində Nəvainin dövrü və ədəbi mühitini araşdırır, Teymurilər
sarayında, o cümlədən Hüseyn Baykara dövründə fəaliyyət göstərən alim və şairlər
haqqında mühüm tədqiqat aparır. Nəvainin Herat, Məşhəd, Mərv və Səmərqənd
kimi inkişaf etmiş şəhərlərdə keçən gənclik illəri, təhsili və ədəbi-ictimai
fəaliyyəti haqqında geniş məlumat verir.
O, Uluqbəy dövründə Səmərqənddə inşa edilən arxetektur abidələr, mədrəsə,
rəsədxananın və sair tikililərin əhəmiyyətini xüsusi qeyd edir, Nəvai şəxsiyyətini
yetirən siyasi-ictimai mühit haqqında dolğun təsəvvür yaradır. Hüseyn Baykara
dövründə Əlişir Nəvainin dövlət xadimi olaraq fəaliyyətini qiymətləndirən alim,
onun ölkənin siyasi-ictimai həyatında parlaq rol oynadığını xüsusi qeyd edirdi.
N.Mallayev Nəvainin “Xəmsə” yaradıcılığını araşdırır, Nizami Gəncəvi
xələfinin “Xəmsə” mövzularında yazmaq missiyasını məsuliyyətlə yerinə
yetirdiyini qeyd edir, həmçinin şairin öz sələfi Nizami haqqında söylədiyi ayrı-ay-
rı beytləri nümunə gətirirdi:
40
Маллаев Н.М. Узбек адабиёти тарихи. Биринчи китоб. «Укитувчи», нашриёти, Ташкент,1965, 659 с., c. 67
41
Маллаев Н.М.Наследие Низами Гянджеви и его просвещенческо-воспитательное значение. Ташкент.-
Укитувчи.- 1985, 69 с.; Маллаев Н.М. Низомий Гянджавий мероси ва онун маърифий тарбиеви ахамияти.
Тошкент.-1986.
506
Nizamiy olsa Barda birla Qanja
42
,
Kadam Rum axliqa xam kilsa ranja.
Çekib Xisrov döği tiqi-zaboni,
Vorub fatx aйlasa Xindustoni,
Яna Jomiy Ajamda ursa navbat,
Arabda doği çolsa-kuci şavkat.
Aqar bir qavm, qar юz, yuxsa minqdür,
Muaйяn türk ulusu xud meninqdür.
Alıp mən tahti- fərmanımga asan
Çerik çəkməy Həta`dan ta Horasan
Horasan dimə kim Şiraz u Tebriz
Ki kılmışdur neyi- kilkim
43
şəkər-riz
Köngül bermiş sözümğə Türk, can hem
Ni yalguz Türk, belkim Türkman hem.
Ni mülk içre ki, bir ferman yıbardım,
Anıng zabtiga
44
bir divan yıbardım
45
.
Dünya şərqşünaslığında türkdilli xalqlar ədəbiyyatının, o cümlədən Əlişir
Nəvai yaradıcılığının tanınmasında N.Mallayevin tədqiqlərinin özünəməxsus yeri
vardır.
Natan Mallayevin “ Əlişir Nəvai və xalq yaradıcılığı”, “Nəvai və folklor”
(özbək və rus dillərində), “Böyük özbək şairi” (özbək, qaraqalpaq və rus dillərində)
əsərləri çap olunmuşdur.
Özbək alimi Natan Mallayevin Əlişir Nəvainin yaradıcılığına həsr etdiyi son
əsəri “Söz sənəti çələngi” (1992) monoqrafiyasıdır.
Natan Mallayev istedadlı şəxsiyyət olaraq özünün tərcüməçilik fəaliyyəti ilə
də diqqəti cəlb edir. O, klassik özbək ədəbiyyatının, eləcə də qardaş xalqlar
ədəbiyyatının mahir tərcüməçisidir. O, Sədrəddin Ayninin “Qısa tərcümeyi-halım”
əsərini özbək dilinə tərcümə etmişdir. Firdovsinin “Şahnamə”sini 2 cildən ibarət
nəsri tərcüməsi ona məxsusdur. Həmçinin Məclisinin “Qisseyi-Seyfülmülk” dasta-
nını tərcümə etmişdir. Nəvainin rübai, tuyuq və başqa lirik əsərlərini nəşr etmişdir.
Bundan əlavə, Nəvai əsərlərinin özbək dilində 15 cilddə, 10 cilddə rus dilində (5-
10-cu cildləri) nəşr etdirmişdir. Natan Mallayevin həmçinin ali və orta məktəb
tələbələri üçün Ədəbiyyat tarixi dərslikləri və müntəxəbatların yazılmasında
mühüm rolu olmuşdur.
XX əsr şərqşünaslığının parlaq siması Natan Mallayev Özbək xalqının
təəssübkeş oğlu, bütün Şərq xalqları ədəbiyyatının, eləcə də Azərbaycan
mədəniyyətinin vurğunu və təbliğatçısı idi. Görkəmli alimin əziz xatirəsi Azərbay-
can elmi ictimaiyyəti tərəfindən hörmətlə yad edilir. Natan Mallayevin “Nizami
Gəncəvi” monoqrafiyası 2015-ci ildə Bakıda Azərbaycan Mədəniyyət Mərkəzi
42
Nəvai “Xəmsə”sindən gətirilən bu nümunəni N.Mallayev öz kitabında rus dilində vermişdir. Biz isə burada orijinal
variantı verdik.
43
neyi-kilkim- ney qamışım, qələmim
44
Zabtiga- zəbt etməyə, kütləvi yayma
45
Маллаев Н.Гениальный поэт и мыслитель. Материалы для лекций и докладов к 525-летию со дня рождения
Алишера Навои, Издательство “ФАН” Узбекской ССР, Ташкет.-1968.-53с., с.29
507
tərəfindən nəfis şəkildə nəşr olunmuşdur. Görkəmli şərqşünas və cəfakeş alim
Natan Murad oğlu Mallayevin qəbri nurla dolsun!
Dostları ilə paylaş: |