Тофиг щаъыйев



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə35/42
tarix31.01.2017
ölçüsü4,2 Mb.
#7258
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

(bənzətməyin), demin (deməyin), bilmənəm, istərüz, tökmənüz, 

sərkəşlig, çırağan (çıraqban)…(Q.Təbrizi)  

Bədii  üslubun  xəlqi-danışıq  dili,  folklor  ənənəsi  üstündə 

qurulan  qolu  XVII-XVIII  əsrlərdə  aparıcı  dil-üslub 

funksiyasını  yerinə  yetirir.  Bu  aparıcılıq  iki  səbəblə  şərtlənir. 

Əvvələn,  Füzuli  məktəbinin  zəifləməsi  ilə  ədəbi  dildə  klassik 

nitq  təzahürü  öz  yüksəlişini  dayandırır,  leksik-frazeoloji 

zənginlik    yaratmır.  Bu  halda  xalq  yaradıcılığı  güclənir, 

ictimai-siyasi  məzmunca  fəallaşır.  Beləliklə,    folklor  dili 

üzərində  yüksələn  üslubi  təzahür  güclənir  və  bu  təzahürün 

ədəbi-mədəni kommunikativ  imkanları artır. Digər tərəfdən, 

bu  dövr  milli  ədəbi  dilin  xəlqilik  əsasında  formalaşması 

dövrüdür  və  milli  ədəbi  dil  canlı  xalq  dilinə  söykənir. 

Üçüncüsü,  realizm  yaradıcılıq  tipi  kimi  vüsət  alır  və  realist 

ədəbiyyatın da dili üçün xəlqilik başlıca meyardır. 

Tarixi, ədəbi-mədəni şərait dil normasını axara salır. Bədii 

mətnlərin  bolluğu  bədii  dilin  mövqeyini  yenə  ənənəvi 

avanqardlığında  saxlayır.  Bədii  dil  janrların  dili  kimi 

mövcuddur.  Onun  çalarları,  üslubi  zənginlikləri  mövcud 

janrlar üzrə paylanır, yaxud janrlardakı dil əlvanlığı cəmləşib 

ədəbi-bədii  dili  təşkil  edir.  XVI  əsrin  sonu  və  XVII  əsrin 

əvvəllərindən  xalq  şeiri  janrları  ədəbiyyatımızın  tarixində 

geniş miqyasda fəallaşdı (nəzərə alanda ki, XVII-XVIII əsrlər 

ədəbi  dilin  tarixində  bir  mərhələdir,  onda  həmin  janrlar 

sonralar da o fəallıqda işlənməli idi). Bununla da Azərbaycan 

xalq  dili  yazılı  ədəbi  normada  hakim  oldu;  ədəbi  normativ 

xalq danışığının ədəbi səliqəyə salınmasından ibarət oldu. 

Əgər  milli  ədəbi  dilin  bu  kəsiyində  müasir  milli  ədəbi 

dilimizdən fərqli bir sıra xüsusiyyətlərə rast gəliriksə, bunların 

üslubi  xarakter  daşımasına  və  fərqlərin  əsas  etibarilə  bədii 

üslubun  klassik  dil  təzahüründə  olduğuna  inanmaq  üçün 

müqayisələrə diqqət yetirək: 


 

417 


 

QaĢlar qərələnmiĢ, gözlər süzülmüĢ

Görən eĢəhlinüŋ canı üzülmüĢ.  

Al yanağuŋ çevrəsinə düzülmüĢ 

 

Siyah xallaruna qurban olduğum 



(Məğruri, XVII əsr)

*

 



Ey kirpigi xəncər, qaĢı zülfüqar,  

NeĢün məndən xəyaluŋı kəsübsən?  

Qoymazsan baxmağa xəttü xaluŋa,  

TamaĢayi-camaluŋı kəsübsə

(Vaqif, XVIII əsr). 

 

Müdrik ola, aqil ola, əhli-hal, 



                                                 

*1636-ъы илдя йазыйа алынмышдыр. Ъцнэ А-340 (11918 вяр. 4 а). 

Йазылма тарихи дягиг мялум олдуьу цчцн, Мяьрури адлы шаирин башга ясяри 

билинмядийи  цчцн,  Вагиф,  Закир,  Ялясэяр  гошмаларынын  дил  бцнюврясиня 

апаран бу гошманы бцтювлцкдя веририк:  

 

Йаз ольаъ кюч етмиш, кючяр йайлаьа, 



Аьыр елляр йеня, гурбан олдуьум. 

Сона тяки чалханмагя эялибдир 

Чешми эцлляриня гурбан олдуьум. 

 

Язялдян деэцлдцм щцсниня маил, 



Эюрцнцб ейляди яглими заил, 

Алтун шяддя, цстян зярбаф щямайил 

Чалмыш белляриня гурбан олдуьум. 

 

Кюŋцл щейран олди толи бойиня, 



Ъядди-абасына, сойбясойиня, 

Ъяннят отаьында эирмиш юйиня, 

Сцзяр голларына гурбан олдуьум. 

 

Гашлар… 



 

Зцлф пяришан олди, шаня дюндярди, 

Ящли-щаля хуб нишаня эюндярди. 

Диндцрдцкъя баьрым шаня дюндярди 

Ширин дилляриня гурбан олдуьум. 

 

Мяълисиндя эюрдцм ъянэц гануни, 



Ган ейлярсян, ейляэилян гануни, 

Хына дейин Мяьруриниŋ

 

гануни 


Йахмыш ялляриня гурбан олдуьум.    

 

418 


Bilməyə ki, nədür hərgiz məkrü al. 

DiĢi kövhər, ağzı Ģəkkər, dili bal

Dodaqları qəndi-mükərrər gərə

(Zakir, XIX əsr). 

 

Molla dayı, etmə Ģərarət belə



Ortaluğa salma ləcacət belə

Gündə çıxarma yeŋi bir qaidə

Məktəbi bilmə belə bafaidə... 

(Sabir, XX əsr). 

Və nəhayət: 

 

Böylə həyat içrə yüzdəçox yaĢar 



ZəhmətkeĢ dehqanı bizim dağların... 

Möhtərəm qarelər məni bağıĢlar, 

Cavandır yazanı bizim dağları

(S. Vurğun, 1927). 

 

Bu misalların hamısında qrammatik quruluş-morfologiya 



və  sintaksis  eyni  dərəcədə  müasir  Azərbaycan  dilininkidir. 

İlkin olduğu, realist ədəbiyyatın xəlqi dilinin başlanğıcına aid 

olduğu  üçün  birinci  nümunəyə  xüsusi  diqqət  yetirək:  sözlərin 

hamısı  1980-ci  illərdəki  fonetik-morfoloji  və    semantik 

vəziyyətindədir–  bir  siyah

  sözü  arxaikdir.  Bu  da  həmin 

siyahdır  ki,  Vaqifdə,  Zakirdə,  Aşıq  Ələsgərdə,  ümumiyyətlə, 

xalq  ədəbiyyatımızın  dilində  (dastan  şeirlərində,  bayatılarda 

və  s.)  müntəzəm  işlənib,  hətta  sovet    dövrü  bədii      nitqində 

təsadüf edilir. Söhbət gözlər   süzülmüş,  canı üzülmüş, qurban 



olduğum

  frazeologizmlərinin  bugünkülüyündə  də  deyil. 

Mühüm fakt odur ki, bəndin sintaksisində–söz birləşmələrində 

və cümlə nümunələrində hər şey təmiz azərbaycancadır. Bun-

dan  əlavə:  rənglənmək  əvəzinə  qaralanmaq,  dövrə,  ətraf

 

müqabilində çevrə xalis milli qalşılıqlardır–



qaĢlar qaralanmış, 

al  yanağın  çevrəsi.  Bu  cəhət  iki  əlaməti  təsdiqləyir:  əvvələn, 

əcnəbi  leksik  vahidin  milli  bərabəri  vardır,  xalq  dilinin 

potensialında  müasir  milli  dilin  əsas  lüğət  fondunun  üstündə 

durur:  ikincisi,  realist  ədəbiyyatın  başlanması  ilə  əcnəbiçiliyə 

müqavimət  daha  güclü  olur.  Bu  mənada  milli  dilin  səfəvilər 

dövründə  (XVI  əsrin  birinci  yarısından)  ərəb,  fars  mənşəli 

sözlərin müqabilində milli kökdən termin yaradıcılığının geniş 



 

419 


meydan  almasını  xatırlayaq.  Adətən,  milli  dilin  sonrakı  in-

kişaf  mərhələlərində    milli  oyanış  impulsları  təzələndikcə 

bunun  dildə  təzahürü  kimi,  milli  sözlərin  işlənməsinə  meyl 

güclənir, hətta purizm səviyyəsinə qalxır. Milli dilin tarixində 

purizm  dəfələrlə  təkrar  oluna  bilir–əcnəbiçilik  baş  alıb  get-

dikcə  purizm  əhvalı  yaranıb  onun  cilovunu  çəkir.  Bu 

maraqlıdır ki, alınmaların normalaşdığı dövrdə onların arxaik 

qarşılığı  bəzən  dominant  səviyyəsində  çıxış  edir.  Faydalan-



maq,  lazım  olmaq  alınmalarının  milli  qarşılığı  olan  koloritli 

gərəklənmək

 (daha qədimi: gərəkmək) feilindən -incə şəkilçisi 

ilə  zərf  düzəlir:  Dərmansız  dərddən,  Aşıq,  Götürgil  gərəkincə 

(Aşıq  Abdulla)  –  bu  gün  həmin  məqamda  lazımınca

  vahidi 

norma kimi çıxış edir. Onun feil forması da məhduddur, hətta 

donuq  şəkildə  müəyyən  üslubda,  dəbdəbəli  ziyalı  nitqində 

işlənir:  gərəkməz  –  «lazım  deyil»  (məsələn,  C.Cabbarlı 

dramlarının  dilinə  diqqət  verin).  Yaxud  «orta»  «mərkəz» 

mənasında  tüpə,  «qənimət»  yerinə  axtarma

:  Tüpə  təpər, 

baydaq alar qoşunda («Koroğlu», Ə.Qaracadağidən): Baş kə-

silir,  axtarmalar

  çəkilir  («Koroğlu»,  İlyas  Muşeqdən).  Gö-

rünür,  milli  dil  dövründə  milli  kökə  bağlılıqdan  gələn  daxili-

mənəvi qüvvə bir təmayül kimi türkmənşəli arxaizmləri tutub 

saxlamağa çalışır. Hətta bu təmayül danışıq morfonologiyası-

nı şeir dilinə gətirir: Aşıq,  yar aşdı genə, Xalın yaraşdı genə



Öyün  nur  ilən  doldu,  Qapın  yar  aşdı  (açdı)  genə  (Aşıq   

Abdulla   B – 825, 2422. Bayatılar, s. 37). 

Sonrakı 

nümunələrdə, 

ədəbi 

dilin 


demokratizmi 

çərçivəsində,  yad  ünsür  müşahidə  olunur:  Vaqifdə  zülfüqar 

təşbehi, xəttü xaltamaşayi-camal sintaktik vahidləri, Zakirdə 

hərgiz,  mükərrər  leksik,  əhli-hal,  məkrü  al,  qəndi-mükərrər 

sintaktik  nümunələri;  hətta  milli  ədəbi  dilin  daha  yüksək 

inkişaf səviyyəsini təmsil edən Sabirdə əcnəbiçilik bir qədər də 

«tündləşir»,  nəinki  leksik  mənimsəmə  –  şərarət,  ləcacət  (bu 

leksik  vahidlərin  özü  Vaqif  və  Zakirdəkinə  nisbətən  qeyri-

demokrtizmi  ilə  səciyyələnir),  hətta  milli  dil  uçün  mürtəce 

sayılan  fonetik  –  qaidə  və  fonetik-morfoloji  bafaidə  tipli 

müdaxilələr özünü göstərir. S.Vurğunun dilindəkilər də qeyri-

demokratik leksik vahidlərdir: dehqan, qare. Ancaq bu əcnəbi-


 

420 


vahidlər ədəbi dilin xəlqi mahiyyət kəsb etməsinə mane olmur, 

üslubi rənglər daşıyır.  

Göründüyü  kimi,  XVII-XX  əsrlərin  mətnləri  anlaşma 

dərəcəsinə  görə  eyni  səviyyədə  durur,  bu,  milli  dil  faktı 

olmaqla şərtlənir. Halbuki gözlənilirdi ki, milli sözlər bu günə 

doğru  mütləq  aparıcı  olsun.  Ancaq  alınma  ilə  nisbətdə  milli 

sözlərin  artımı  yoxdur.  Mövcud  materialın  təhlili  göstərir  ki, 

bu  aydınlıq  milli  mənşəli  sözlərin  artması  hesabına  deyil, 

alınmaların 

semantik 

cəhətdən 

mənimsənilməsinin, 

məzmunca  azərbaycancalaşmasının  nəticəsidir.  Yaddaş  faktı 

psixo-linqvo-poetik  hadisədir:  dövrlər  arasındakı  keçiddə 

yaşlı  nəslin  yaddaşının  məhsulu  kimi  təcnis  quruculuğunda 

müəyyən  arxaik  vahidlər  daşlaşır  və  sonrakı  nəsillər  onu 

obraz kimi qəbul edir, yəni belə sözlər kommunikativ funksiya 

daşımır,  bir  sıra  təşbehlər,  izafətlər  kimi    nəsildən-nəslə 

yaşayır.    

Dövrün realist ədəbiyyatının yazılı dilinin hazırlanmasına 

folklor janrları içərisində ən çox bayatı dili təsir göstərmişdir. 

Xalq  şe‘rinin  ən  yayılmış,  ən  çox  əzbərlənən,  ən  emosional 

növü bayatıdır. Bu şe‘r oğuzların bayat tayfasının yaradıcılıq 

nümunəsi kimi başlanır. Əslində ağılar, oxşamalar, laylalar da 

onun  məzmunca  ayrılan  şaxələridir.  Qədim  türk  şe‘rində  ən 

ciddi fəlsəfi məzmun ifadə edən, yeddi hecalılığına görə ən tez 

əzbərlənən və ən çox yadda qalan yaradıcılıq faktı bayatıdır. 

Ən  qədim  bayatı  min  illərlə  yaşayır;  ona  uzun  ömür  verən, 

birinci,  dərin  fəlsəfi  məzmunudur,  o  biri  tərəfdən,  bayatının 

lüğəti  daim  dəyişir,  anlaşma  üçün  daim  müasirləşir.  Bununla 

belə,  onda  ən  qədim  leksik  qatın  nümunələri  də  qalır. 

Məsələn, sin (qəbir) sözü o qəbildəndir:           

 

AĢığam, nə sin deyim, 



Nə əlif, nə sin deyim, 

Günüm qarətə keçdi, 

Halımın nəsin deyim? 

(AĢıq Abdulla) (2, 25). 

 


 

421 


«Qədəh»  mə‘nasında  ayağ  sözü  də  cinas  paradiqmasının 

quruluşuna xidmət edir: 

 

Ġç

dik dərd ayağından, 

Dostam dərdə yaqından, 

Qəm baĢından Bikəsin 

TutmuĢ, dərd ayağından 

(Bikəs) (2,26). 

 

Yazılı  ədəbiyyat  himayə  olunmadığı  üçün,  xalq 



yaradıcılığı  onun  da  yükünü  öz  üzərinə  götürdüyü  üçün 

millətin  vətənsevərlik,  dövlətçilik,  müstəqillik  duyğularının 

tərbiyəsi  işini  də  şifahi  ədəbiyyat  yerinə  yetirməli  olurdu. 

XVII əsrdə Azərbaycanın xanlıqlara parçalanması «Koroğlu» 

dastanını  yeni  qollarla  dolğunlaşdırdı.  Dastanla  yanaşı, 

Koroğlunun  şe‘rləri  müstəqil  şəkildə  el  arasında  yayıldı. 

«Koroğlu»  dastanı  və  Koroğlu  şe‘rləri  ədəbi  dilin  lüğətində 

xüsusi leksik qat yaratdı. Ədəbiyyatın folklor-danışıq dilində, 

bir tərəfdən Füzuli dilinin lirik leksikası, emosional təşbehləri 

iz buraxır, o biri tərəfdən də Qazi Bürhanəddinin, Nəsiminin 

qəhrəmanlıq,  döyüş,  azadlıq  duyğularını  yaşadan  söz  və 

terminlərin  ən‘ənəsi  özünü  göstərirdi.  «Dədə  Qorqud 

kitabı»na  bağlanan  leksik  nümunələr  var.  Tarixi  mə‘lumata 

görə,  qorqudçu  ozanlar  nəsli  kəsildiyindən  artıq  XII-XIII 

əsrlərdən  Dədə  Qorqud  boyları  xalq  içində  dastan  kimi 

söylənmir.  Dastan  «Kitab»  olaraq  yazılı  mənbəyə  çevrilir  və 

onun  dil  tə‘siri  də  yazılı  ədəbiyyatla  hüdudlanır  (məsələn, 

«Əhməd  Hərami  dastanı»nın  dili  ilə  müqayisə  edin).  Əlbəttə, 

qəhrəmanlıq  dastanlarımızın  təməli  olmaq  e‘tibarilə  «Dədə 

Qorqud  kitabı»nda  dilimizin  kifayət  qədər  qəhrəmanlıq 

leksikası  və  frazeologiyası  cəmləşmişdir.  Bundan  «Koroğlu» 

dastanında, az da olsa, müəyyən nümunələr var. Bu nümunələri 

ya Sarı Aşıq, Aşıq Abbas kimi Aşıq Koroğlu

*

 yazılı mənbələrə 



                                                 

*

  Biz  bu  fikirdəyik  ki,  Koroğlu  Bilgə  Tonyukuk,  Dədə  Qorqud  silsiləsindən 



növbəti  aşıq  (ozan)  –  pəhləvandır.  «Koroğlu»  dastanı  Koroğlu  adlı  bir  aşığın 

şe’rləri  əsasında  yaranmışdır.  Deyək  ki,  Qurbaninin  şe’rləri  «Qurbani»,  Aşıq 

Abbas  şe’rləri  «Abbas  və  Gülgəz»  dastanının  əsasında  durur.  Şübhəsiz,  Aşıq 

Qərib,  Kərəm  kimi  aşıqlar  olmuşlar  ki,  sonralar  onlar  dastan  qəhrəmanına 



 

422 


bələdliklə  mənimsəyə  bilərdi,  ya  da  bunlar  bir  millətin  eyni 

etnik  düşüncə  tərzi  ilə  bağlı  olaraq  müxtəlif  zamanlarda 

analoji  ictimai,  hərbi,  mədəni  şəraitlərdə  yenidən  eyni 

anlayışlarla  ifadə  oluna  bilərdi.  Həmin  soyadı  qəbul  edərək 

onu  dövrün  hadisələrinə  uyğun  dastan  şəklində  işləmişdir. 

Təbrizin,  Güney  Azərbaycanın  XVI – XVII  əsrlərdə  bir  neçə 

dəfə  Türkiyənin  hücumlarına  mə‘ruz  qalması,  yazılı  gələn 

Koroğlu  şe‘rlərində  «Dədə  Qorqud  kitabı»nın  dili  üçün  tipik 

olan  sözlər,  ünvanlar  var:  Üstümüzə  ala  seyvan  örtdürür; 

Eyvaz xanların xanıQağanlar çığrışır, pələng daşlanır; Tüpə 

təpər, baydağ alar qoşunda (tüp – döyüşdə ordunun mərkəzi). 

Tarixi  leksika  nümunələri  saxlanır:  Xotkar  üstümüzə  çəri 

buyurdu; Duşda gördüm: Dəmirçioğlu dardadır; Koroğlu der: 

danla divan qurulur; Dalda irür müxənnətin durağı; Şahin der 

ki,  yüksəklərdə  tunaram,  Yenər  (yə‘ni  yenib),  alçaxlarda 



kəndim  sunaram.  Həm  də  tarixi  morfologiya  və  fonetikaya 

rast gəlmək olur: qanda (Qanda qalır gözlərünün durası), yengi 

(Yengidən bir saray yapağ deyərdim, Fələk bərbad etdi kovül 

köşkünü),  bən  (Aşıq  oldum,  bən  günahkar  olmadım);  ahəng 

                                                                                                           

çevrilmişlər. Bizdə belə bir fikir formalaşıb ki, Koroğlu bir dastan qəhrəmanıdır və 

belə  bir  adamın  tarixi  şəxsiyyət  olması  da  qəbul  edilmir.  Bəs  dastanın  içindəki 

şe’rləri kim yazıb? «Koroğlu» dastanının Göytürk dövrü ilə bağlandığını deyənlər 

də  var  (F.Köprülü).  Hesab  etmək  olar  ki,  bir  mif  kimi  onun  başlanğıcı  daha 

qədimlərə  getmişdir.  Ancaq  görünür,  Azərbaycanın  xanlıqlara  parçalanması  ilə 

mərkəzi dövlətin zəif düşməsini, Türkiyə tərəfindən ölkənin müxtəlif bölgələrinin  

işğalını  nəzərə  alan  bir  aşıq-şair  xalqın  mübarizə  duyğusunu,  döyüşçü  qeyrətini 

gücləndirmək  üçün  XVII  əsr  hadisələrini  süjetinə  daxil  edərək  dastanı 

müasirləşdirmişdir.  «Dədə  Qorqud  kitabı»nda  Oğuz  alpları  sazla  qılınca  eyni 

dərəcədə yiyələnmişlər.  Bizdə el arasında qəhrəmanlar haqqında «bir əlində qılınc, 

bir əlində saz» ifadəsi işlənir. Koroğlu aşıq olub, fiziki gücü sayəsində o biri əlinə 

də  qılınc  alıb  xalqının  azadlığı  və  güzəranı  üçün  vuruşub.  Yer  var  ki,  Koroğlu 

vəziyyətdən qılıncla, yer var ki, sazla qurtarır. Bu fakta da göz yummaq olmaz ki, 

Aşıq  Koroğlunun  şe’rləri  yazılı  mənbələrin  vasitəsilə  də  bizə  gəlib  çatmışdır. 

Dastanda aşıqlar tərəfindən söylənə-söylənə gələn şe’rlərdən fərqli olaraq, bu yazılı 

mənbələrdəki şe’rlərdə dilin tarixiliyi qorunub saxlanır. Bu da faktdır ki, Türkiyə 

ədəbiyyatşünasları ədəbiyyat tarixində Koroğlunu şair kimi təqdim edir və bizim 

bildiyimiz  şe’rlər  bu  şairin  yaradıcılığı  olaraq  verilir.  Və  bu  da  maraqlıdır  ki, 

Koroğlu XVI əsrin sonu və XVII əsrə aid edilir. 

  


 

423 


norması (Düşsə qoç igidin yöni meydanda, Günümüz keçirdük 

hey  yaman-yaxşı;  Keçibdür  zəmhərir,  gəlibdür  yazın;  Tuba 

tərlan  ulaşubdur  bil,  azın);  morfologiya:  Koroğluyam,  onu-

bunu  bilməzəm,  Hər  yetən  ləkiyə  boyun  əyməzəm.  «Dədə 

Qorqud kitabı»nın və «Koroğlu» qəhrəmanlarının ad sistemi 

də  uyğundur.  Hər  iki  dastanda  qəhrəman  tipləri  dəlilər 

adlanır. Müsbət qəhrəmanlar, ümumən, türk adları ilə çağrılır 

və  adları  döyüş,  vuruş  terminologiyası  ilə  tərtib  olunur. 

«Kitab»da:  Dönə  bilməz,  Dülək  Uran,  Tərsuzamış,  Ənsə 

Qocaoğlu  Oqçı,  Qanturalı,  Elik  Qoca  oğlu  Alp  Ərən,  Bığı 

Qanlı  Əmən,  Dəli  Budaq,  Buğac…  «Koroğlu»da: 

Halaypozan,  Tüpdağıdan,  Toxmaqvuran,  Tanrıtanımaz, 

Dilbilməz,  Qorxuqanmaz,  Geridönməz,  Dəmirçioğlu,  Bəlli 

Əhməd, Dəli Həsən, Bolu… 

Aşıq Koroğlu qəhrəmandır, dövlətdən qaçaq düşüb, dağlarda 

məskən  salmış,  daldalanmış  qaçaqdır.  Çənlibel  onun  qalasıdır. 

Məsələn,  «Koroğlu»nun  Dədə  Qorqud  leksikasına  təmas  etdiyi 

şəkildə «Koroğlu»nun dilini təkrar edən qəhrəmanlıq dastanımız 

yoxdur. Bununla belə, «Koroğlu»nun dili XVII – XVIII əsrlər şe‘r 

dilinə, hətta sonrakı dövr nəsr dilimizə tə‘sirsiz qalmır. O, Qıratını 

bu tə‘yinlərlə göstərir: minaboyunluucasağrılıarmudı dırnaqlı… 

Tipoloji cəhətdən bu tə‘yinlər Molla Pənahın təsvirlərinə bənzəyir. 

Dastandakı  qadın  gözəlləri  vəsf  edən  məcaz  və  təşbehlərdə  bu 

uyğunluq  daha  aydın  görünür:  şirin  dilli,  qumru  ağızlı,  tuti 



danışıqlı,  şəhla  gözlü,  alma  yanaqlı,  durna  boğazlı,  mina  gərdən, 

şümşad  barmaqlar,  gülabatın  saç…  Bu  obrazların  sonrakı 

aşıqlarda  və  Molla  Pənah  Vaqifdə  vəsf  materialı  kimi  işlənməsi 

təbiidir. Qəribəsi odur ki, məsələn, Koroğluda dal gərdən ifadəsi 

cəza məqamında işlənir: Telli xanım Dəmirçioğluna deyir: Qoşun 

gəlib,  indi  səni  tutarlar,  Qollarını  dal  gərdəndə  çatarlar…  Molla 

Pənahın  dilində  bu  ifadəyə  tez-tez  rast  gəlinir  və  həmişə  lirik 

təəssürat yaratmaq üçündür – dal gərdən Vaqif gözəllərinin qulac-

qulac hörüklərinin məskənidir. Yaxud Koroğlunun müasiri Aşıq 

Abbasda: Siyah zülfləri hörünsün, Dal gərdəninə bürünsün.   

«Koroğlu»  dastanı  da,  Koroğlunun  müstəqil  şe‘rləri  də 

qəhrəmanlıq  motivində  olduğu  üçün,  təbii,  bu  dildə  igidliklə, 

şücaətlə, cəsarət və qorxmazlıqla, hərblə, döyüşlə bağlı söz və 



 

424 


ifadələr  mühüm  yer  tutur.  Orta  əsrlərə  aid  silah  adları  var, 

daha bilinir ki, bu dil XVIII əsrin nümunəsi deyil; yə‘ni deyək 

ki, Aşıq Abbasın dili leksika və frazeologiyası ilə, təşbehləri ilə 

Aşıq  Ələsgərinkindən  (XIX-XX  əsrlər)  seçilmir.  Ancaq 

«Koroğlu»nun  döyüşləri,  məsələn,  «Qaçaq  Nəbi»,  «Qaçaq 

Kərəm» dastanlarındakı döyüş səhnələrinə bənzəmədiyi kimi, 

dastanların  dil  nümunələri,  şe‘r  dili  də  başqa-başqadır. 

«Koroğlu»nun  silah  adları  bunlardır:  mızraq,  şeşpər,  ox



qalxangürzəmudcida. Tüfəng və güllə terminləri ilə dastan 

bitir.  «Kitab»dakı  qara  polad  uz  qılıcın  müqabili  Misri  qılınc 

var.  Hərbi  anlayışların  ifadəsi  geniş  yer  tutur:  qoşun,  ordu

meydan,  yarağ,  qovğa,  cəng,  dava.  Maraqlıdır  ki,  dastandakı 

bəy, xan, sultan, paşa ünvanları mənfi semantika ilə çıxış edir. 

Bu  baxımdan  «Dədə  Qorqud»dan  tamam  fərqlənir.  «Dədə 

Qorqud»da həmin ünvanlar dövlətçiliklə bağlıdır, bütövlükdə 

dastan  Böyük  Oğuz  dövlətini  vəsf  edir.  «Koroğlu»da  isə 

müsbət plan kimi xalq, əkinçi-biçinçi, zəhmətkeş kütləsi alınır 

və  onlar  dövlətin  hakim  qüvvələrindən  qorunurlar: 

Xotkarlara  qırğın  salaq,  PaĢalardan  qisas  alaq;  Çəkib 

uçurdaram qala Bəy, paĢa, sultan baĢına. 

Mənfi  və  müsbət  qüvvələrin  özünə  müvafiq  tə‘yinləri  var: 



müxənnət düşmənyağı və qorxaq müxənnət, zalım müxənnət, yağı 

düşmən; eyni zamanda 

dəlilər, igid və mərd igid, qoç igid, bəlli igid, 

qoç 

dəlilər, nər dəlilər, qurd dəlilər; və bu da var: nəverim (fərsiz) dəli 

– şəxsin cəmiyyətdəki, mühitindəki davranışı leksik ifadəsini tapır. 

Döyüşlə,  qəhrəmanlıqla  bağlı  söz  və  söz  birləşmələri,  ifadələr 

dastanın  dilində  geniş  yer  tutur: 

comərdlər,  mərdi-mərdanə,  dəli 

nə‘rə,  tük  tökmək,  biçib-tökmək,  qabağından  qaçmaq,  ordular 

basmaq, səf-səf olmaq, qılınc çalmaq, laçın oylağı, tərlan yuvası… 

Tez-tez  bu  ifadələr  bir  qəhrəmanın  portretini  vermək  üçün 

cərgələnir: 

at çapan – ox atan – qılınc oynadan – ĢeĢpər hərləyən. 

Mənfi obrazların da öz ifadələri var: 

baĢına ləçəörtmək, namərdin 

börkü, səni salam kəssin.   

Dastan dilinin öz təzad-təşbehləri işlənir: 

aslan-tülküĢir-tülkü

sar  -  tərlan,  sərçə-qaraqoç,  kələkələ-kərtənkələ.  Dastanın  dilində 

qəhrəmanlıqla,  mərdliklə,  sədaqətlə  bağlı  ibrətli  aforizmlər  var: 



ç

aqqal  əniyi  qurd  olmaz;  at  iyidin  qardaĢıdı;  igidin  atıdı



 

425 


ç

iyərparəsi.  Türkün  həyatında  ata  bu  münasibət  eynən  «Dədə 

Qorqud»dakıdır. «Dədə Qorqud»da deyilirdi: 

yayanın (piyadanın) 

umudu olmaz. Ona görə Koroğlu deyir ki: qoç igidlər qalmasınlar 

piyada.  Daha  ümumiləşdirici  hikmətlər  də  var:  Bənnasız  hörgü 

hörülməz, Təbibsiz xəstə dirilməz.  

Dastanın  dilindəki  bir  ümumiləşdirmə  eşqlə  qəhrəmanlıq, 

alplıq  arasında  bir  paralellik  yaradır:  eşq  də,  qəhrəmanlıq  da 

sənətdir,  peşədir.  Füzuli  deyirdi:  Oğlan,  əcəb  olmaz,  olsa  aşiq. 

Aşiqlik  işi  qıza  nə  layiq?  «Koroğlu»  dastanı  koroğluluğa,  dəliliyə 

peşə kimi yanaşır: «Koroğlu 

Misri qılıncını belindən açıb atdı yerə

Dedi: – Ġndi namərd dünyası, bic əyyamıdı. Bundan sonra igidlik 

bir qara pula dəyməz. Mən bu gündəKoroğluluğu yerə qoyuram»; 

«PadĢah  dedi:  –  Koroğlu,  qocalmısan.  Daha  Koroğluluq  eləyə

deyilsən»;  «AĢıq  Cünun  sözə  baĢladı.  Dedi:  –  Koroğlu… 


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin