Тофиг щаъыйев



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə36/42
tarix31.01.2017
ölçüsü4,2 Mb.
#7258
1   ...   32   33   34   35   36   37   38   39   ...   42
    Bu səhifədəki naviqasiya:
  • Əzizi

Koroğluluğu 

yerə  qoymuĢdun.  De  görüm,  indi  nə  fikirdəsən?» 

Koroğlu  özü  də  öz  fədakarlığına 

Koroğluluq  deyir,  onun 

qəhrəmanlıq dərəcəsinə padşah da 

koroğluluq kimi baxır, xalq da 

öz  himayəsini 

koroğluluq  sayır.  Koroğlu  öz  qəhrəmanlarını 

yoxlayıb,  dəliliyə  götürür.  Bu,  söz  yaradıcılığıdır: 

Koroğluluq  və 

dəlilik  lüğət  tərkibində  iki  yeni  sözdür.  Aşıq  Koroğlunun  dilində 

həm lirik-sevgi şe‘rinin, həm də ictimai məzmunlu şe‘rin dil norması 

yüksək sənətkarlıqla özünü göstərir. Bu, sevgi şe‘ri: 

 

Yuxa kağıza bənzərsən, 



Tutmaz, yazam, qələm, səni. 

   


Bu təşbeh heç kəsdə yoxdur: gözəlin zərifliyi yuxa kağıza 

bənzədilsin (və ümumiyyətlə, yuxa sözü, yuxa anlayışı təzədir). 

Və  gözəlin  camalına  mə‘na  yazmaq  gözəlin  sifətinin  hürufi 

mövqeyindən  Haqq  camalına  bənzədilməsidir.  Buradakı 

sintaksis  də  xalis  füzuliyanə  qrammatikadır.  Bu,  Füzulinin 

«Göstərmə  ol  təriqi,  ki  getməz  sana,  mana»  sintaksisidir. 

İkinci  misranın  qrammatikası  belədir:  «Qələm  tutmaz  (ki,), 

yazam səni. Daha sonra:  

 

Hansı dağların qarısan, 



Hansı bağların barısan? 

 

426 


Nigar, Koroğlu yarısan, 

Bilsin külli-aləm səni. 

 

 

Qafiyələrdə, təkrirlərdə, birləşmələrdəki sözlərin semantik 



bağlılığında  (dağların  qarı,  bağların  barı)  Aşıq  Abbas,  Aşıq 

Ələsgər sərrastlığı var.  

Bu  da  ictimai  məzmunlu,  döyüş  pafoslu  şe‘rin  Koroğlu 

dili: 


 

Bilmirəm, baharam, yoxsa ki qıĢam, 

Qorx o zamandan ki, qaynayam, coĢam. 

Qırılmaz qayayam, tərpənməz daĢam, 

Fərhad külüngünü çala, qoymaram. 

 

Belə  söz  seçimi,  belə  dolğun  intonasiyalı,  ictimai 



məzmunlu,  saf,  aydın  türkcə  misraları  XVII  əsrdə  nə  Qövsi, 

nə Abbas deyə bilərdi. Bunu XVII əsrdə Aşıq Koroğlu deyib, 

bir də XX əsrdə S.Vurğun deyə bilərdi. 

Bizim  tanıdığımız,  elmə  mə‘lum  olan  şairlərdən  heç 

birinin dil üslubu bu misralarda yoxdur: 

 

Mərd dayanar, namərd qaçar, 



Meydan gumburgumburlam. 

Dəlilərim meydan açar, 

DüĢman gumburgumburlam. 

 

Bu  dil,  bu  üslub  ancaq  «Koroğlu»  dastanının  şe‘rlərindədir. 



Bunların hamısı bir müəllif tərəfindən qoşulub. Kim isə bu qoşan 

öz adını atıb, bu şe‘rləri «Koroğlu» adlı dastana bağışlamazdı. Bu 

şe‘rlər  XVI  əsrin  sonları,  XVII  əsrin  əvvəllərində  yaşamış  bir 

şairindir. Ya adı, ya soyadı Koroğludur. Bu qaçaq şair, olsun ki, I 

Şah  Abbasın  məhv  etdiyi  səfəvi  qızılbaşlardan  salamat  qalıb 

dağlara  çəkilmiş  ərlərdən  biridir.  O,  ömrü  boyu  Səfəvi  Şah 

İsmayılın ulu Azərbaycan dövlətçiliyi uğrunda qılınc çalmış və şe‘r 

demiş,  öz  mübarizəsini  və  yaradıcılığını  dastanlaşdırmışdır

*

.  Aşıq 


                                                 

*

 «Koroğlu» dastanında Cünun adlı bir aşıq da iştirak edir. Kim isə bu dastanın 



müəllifi  onu  saya  bilər.  Dədə  Qorqud  necə  «Dədə  Qorqud  kitabı»nın 

müəllifidirsə,  Aşıq  Cünun  da  «Koroğlu»nun  elə  müəllifidir.  Aşıq  Cünun 



 

427 


Abbasın  bu  misraları  da  «Koroğlu»  dastanının  yaratdığı  ədəbi-

ictimai havada deyilmişdir:  

 

Abbas bu sözləri deyər sərindən



**

 

Arxı vurun, suyu gəlsin dərindən. 



El bir olsa, dağ oynadar yerindən, 

Söz bir olsa, zərbi kərən sındırar. 

 

Yaxud: 


 

Duman, gəl get bu dağlardan, 

Dağlar təzə bar eyləsin. 

 

Bu  əhvalı  Koroğlu  şe‘ri  yaratmışdı,  xalqı  oyanmağa, 



birləşməyə, Çənlibelin çənində aydınlıq yolunda qılınc çalaraq 

dağlardan  dumanları  dağıtmağa  çağırırdı.  Canlı  Azərbaycan 

xalq türkcəsinin yazılı ədəbi dil mövqeyinə qalxması da həmin 

ideyanın, həmin mübarizənin bəhrəsi idi. 

M.P.Vaqifə qədər xalq şe‘rinin dili bütün-bütün XVII əsri 

yol  gəldi.  Maraqlıdır  ki,  xalq  şe‘rində,  aşıqların  toyda-

mağarda,  şənliklərdə,  məclislərdə  oxuduqları  gəraylıların, 

qoşmaların  dilində  klassik  poeziya  janrlarının  dili  üçün 

səciyyəvi  olan  ərəb,  fars  söz  və  izafətləri  xeyli  yer  tutur: 

Qaynadı,  peymanəm  doldu;  Siyah  zülfləri  hörünsün;  Mənəm 

eşqin natəvani; sinəmdə zənbur nişanı; Didələrim qan ağladı; 

Axırda  zünnar  bağlarsan;  Mən  Abbasam,  girsəm  xublar 

bağına;  Bəhrlər  çalxanır,  göl  bu  yandadı  (Aşıq  Abbas);  Səni 

sevən  keçər  canü  sərindən;  Şəmsü  qəmər  kimi  görkəz  üzünü; 

Gəldi, məni-mübtəlaya yetişdi; Guşeyü-külahım fəxrinamədən 

Çərxə  dəyib,  Məsihayə  yetişdi;  Şuxi-dilrübanın  iztirabı  var. 

Şö‘leyi-ah Sürəyyadan keçibdi; Şahbazi-aləmdən istərəm səni; 

Məlamət mülkünün padişahisən, Aşiqi-sadiqin sən pənahısan; 

Nə  xoş  çəkib  şəni  nəqqaşi-əzəl,  Gözəllikdə  sənsən  şəxsi-

                                                                                                           

qəhrəmanlıq dastanlarımızdakı ən’ənəvi ağsaqqal, müdrik obrazıdır, Tonyukuk 

– Dədə Qorqud – Aşıq Cünun. 

**

  sərindən – başından. Yə’ni: ağıllı, düşünülmüş söz deyir. 



 

428 


bibədəl, Hərçəndi fələkin afitabı var; Dolanır başına hər leylü 

nahar,  Əlində  təsəddüq  mahitabı  var;  Bülbül  yüz  kitab  oxur, 

Bir əlif yazınca gül (Sarı Aşıq).  

Bu  o  deməkdir  ki,  bu  söz  və  söz  birləşmələri  xalqın 

gündəlik  ünsiyyətində  işlənib  (və  bu  deməkdir  ki,  bu  sözlərin 

Füzuli  dilində  fəallığı  və  bolluğuna  görə  Füzuli  dilinin 

zamanında  anlaşılmazlığından  gileylənmək  olmaz).  Həm  də 

deməli,  Füzuli  dilindən,  onun  lüğət  tərkibindən  ədəbi  dil 

birbaşa  Vaqif  dilinə  keçmir.  XVII  əsr  boyu  ədəbi  dilin 

xəlqiləşməsi,  demokratikləşməsi  tədricən  gedib.  Bu  proses 

xalq dilini tədricən aparıcı mövqeyə qaldırır, normaya çevirir. 

Deməli, bu iş ikitərəfli görülür: bir tərəfdən, füzuliçilər folklor 

janrlarını  da  işlədib,  dili  xəlqiləşdirirlər  (Qövsinin  gəraylı 

dilini  yadınıza  salın),  o  biri  tərəfdən,  folklor  janrlarında 

yazanlar Füzuli dilindən Vaqif dilinə keçid yaradırlar – Füzuli 

dili ilə əlaqə qırılmır. Və Füzuli məktəbinin müqabilində xalq 

şe‘ri cərəyandan məktəbə çevrilir. 

Beləliklə, XVII əsrin dil mənzərəsində həm Aşıq Abbasın 

yuxarıdakı  əcnəbi  sözlü  dili,  həm  də  bugünkü  XXI  əsrin  dili 

vardı:  


 

Açılubdur qızıl güllər, 

Bülbülün bala vaxtıdır. 

Mən Abbasam, boyu bəstə

Dərdindən olmuĢam xəstə

Al baĢımı dizüŋ üstə



Ç

al, yataq, layla vaxtıdır. 

 

Deməli,  bu  ikilik  XVI  əsrdə  Qurbani  dövründə  də,  XV 



əsrdə  Nəsimi  dövründə  də,  lap  VII  əsrdə  «Dədə  Qorqud 

kitabı»  zamanında  var  olub  («Kitab»dan  yada  salın:  Qurulu 

yaya bənzər çatma qaşlum…) 

Əsrin və deməli, bu üslubi təkamülün ən fəal janrı bayatı idi. 

Təsadüfi deyil ki, Vaqif-Vidadi deyişməsində xalq şe‘ri janrlarının 

ümumiləşmiş  obrazı  kimi  bayatı  götürülür,  çünki  «bayatı  ellik 

janrdır»  (Məmməd  Aslan).  Bayatı  yığcamlığı,  fəlsəfiliyi, 

didaktikliyi, həm də asan yadda qalması ilə səciyyələnir. Bu əsrdə 



 

429 


şifahi  ədəbiyyat  həm  də  yazılı  ədəbiyyatın  yükünü  öz  çiyninə 

yükləyir.  Beləliklə,  bayatı  ən  fəal  janr  kimi  önə  çıxır.  Bu  halda 

mö‘təbərlik faktı kimi, bayatıda müəllif imzasına ehtiyac yaranır: 

yazılı ədəbiyyatdakı kimi, qoşma və gəraylının ardınca, bayatıda 

imza  meydana  gəldi.  XVII  əsrdə  çox  iste‘dadlı  bayatı  şairləri 

fəaliyyət göstərirlər: Kiçi Hüseyn, Bikəs, Mədəd, Əzizi, Sarı Aşıq 

və b.     

Bu şairlər bayatı vasitəsilə və ya bayatının içində şe‘rləşirlər:  

 

– Əzizi gəzəÇini, 



– Kababın, gəzəçini. 

– Aşıq der: milçə oleydim, 

Gəzəydim göz içini. 

  

Yaxud: 



 

– MəAşıq YaxĢı yarın, 



Çə

k cövrün yaxĢı yarın. 

Bikam azar çəkməyin, 

Yaramı yaxĢı yarın. 

Sən bülbül, gül həsrəti, 

Bayğusu* mən yaxĢı yarı

   

– Əziziyəm, salamat, 



Min səməndin salamat. 

Təkəbbür atma, AĢıq, 

Hər yetənə salam at. 

Dilinə de, dinc dursun, 

BaĢın gəzdir salamat. 

 

Yaxud: 



 

Kiçi Hüseyn

 keçindi, 



Ġ

qrar, belə keç indi. 

AĢıq der: gün o idi, 

Sənin ilə keçindi. 

                                                 

*

 şahin 



 

430 


 

Bu  deyişmələrlə  aşıq  şe‘ri  mükalimə  forması  qəbul  edir, 

dastan  şe‘r  mükalimələrindəki  epiklik  notlarını  şe‘rə  daxil 

edir, bununla da şe‘r öz dil-forma imkanlarını genişləndirir. 

Onsuz da yığcam, az sözlə çox mətləb verən bayatının sözləri 

bu deyişmələrdə ağlasığmaz dərəcədə sıxlaşır, kipləşir. Bu, birinci, 

xalq dilinin, qrammatik quruluşun qüdrətidir, həm də şairin şəxsi 

iste‘dadıdır.  Nəsimi,  Füzuli  dilinin  gücünə,  xəlqiliyinə  vərdiş 

etdikdən  sonra  görünür  ki,  hələ  xalq  dilində  nə  ehtiyatları,  gəci 

tərpənməmiş  gövhər  layları  varmış.  Danışıq  dilində  keçinmək 

(bəzənmək  –  geyinib-keçinmək  ifadəsində  qalır),  Çin  ilə  cinas 

yaradan çini (şüşə boşqab), salam verməklə yanaşı, salam atmaq

hər cür ipdən, sapdan toxuma şeylər hörən milçə sözləri işlənirmiş. 

Şe‘rləşmə yazılı ədəbiyyatda özünü nəzirələr şəklində göstərir: 

sənətkarlar  sınaşırlar,  öz  sənətkarlıqlarını  yoxlayırlar.  Həmin 

sınaq şifahi  şe‘rdə məhz bu zaman  və bu şəkildə, yeni formada, 

üzüzə  deyişmə  tipində  meydana  çıxdı.  XVII  əsrdəki  bu 

sınaqlaşma  növbəti  əsrdə  Vaqiflə  Vidadinin  deyişməsi  şəklində 

yenidən  yazılı  ədəbiyyata  qayıtdı.  Bundan  sonra  həmin  deyişmə 

yaradıcılığı  aşıqlar  arasında  geniş  meydan  alır  və  bu  gün  də 

davam edir.  

Bu aşıq-şairlərin içində Sarı Aşıq (Aşıq Abdulla) və aşıq Əzizi 

xüsusi  tanınmış  sənətkarlar  olmuşlar.  Əslində,  bayatıda  imzanı 

onlar  başlamışlar.  Görünür,  bizdə  də,  manilərdə  olduğu  kimi, 

bayatının birinci misrası yarımçıq olmuşdur. Məsələn, belə: 

YaxĢı yarın, 



Çə

k cövrün yaxĢı yarın… 

 

 

Və ya: 



 

Salamat, 

Min səməndin salamat… 

 

Həmin boşluğu şairlər öz adları ilə doldurmuşlar: 



 

Mən AĢıq YaxĢı yarın… 

 


 

431 


Və:       

Ə

ziziyəm, salamat

*

…       


 

Üslubi təmayül dəyişirsə, bu, dil faktında əyaniləşməlidir. 

Füzuli  məktəbinin  yeri  tutulursa,  gərək  onun  yerinə, 

müqabilinə  çıxan  söz  olsun.  Sarı  Aşığın,  Bikəsin,  Məzlumun 

füzuliyanə  şe‘rləri  dili,  ifadələri  ilə  şifahi  ədəbi  dili  yazılı  dil 

səviyyəsində  təmsil  edir.  Təsadüfi  deyil  ki,  Sarı  Aşıq  xalq 

şe‘rinin Füzulisi sayılır. Sarı Aşığın dili Füzuli mübaliğəsindən 

özünə  ağır  yük  tutub.  Füzuli  deyir  ki:  Məcnunun  ahından 

dəryaya bir qığılcım düşsə, dərya səhra olar, göz yaşından bir 

qətrə səhraya düşsə, səhra dönüb dərya olar. Sarı Aşıq deyir: 

Buxarıya  od  qala,  Odun  gətür,  od  qala,  Öylə  yandır  AĢığı

MəhĢərəcən  od  qala.  Yaxud:  Necəsən,  bir  ah  çəkəm,  Kü

quruya,  sal  yana.  Mübaliğəyə  bənzər  başqa  nümunə:  Mə

AĢıq,  baxdı  yarım,  Baxtımın  taxtı  yarım.  Üzündə  göz  iz  var, 

Sənə  kim  baxdı,  yarım?  Əlbəttə,  düşünürsən,  üzə  baxmaqla 

üzdə  iz  qalmaz,  yə‘ni  bu,  qeyri-adi  mübaliğədir.  Ancaq  bu 

həm  də  tam  bir  reallıqdır:  diqqətli  bir  yad  baxışdan  mə`sum 

bir gözəlin üzü qızarır, pörtür. Bu, gözün üzdə izidir. Deməli, 

realist  ədəbiyyatın  mübaliğəsinin  arxasında  gerçək  həyat 

psixologiyası  durur.  Sarı  Aşığın  (Aşıq  Abdullanın)  dili 

göstərir  ki,  o,  yazılı  ədəbiyyata,  yaxşı  bələd  olub: 

Kə‘beyi-

kuyindir  AĢığa  me‘rac,  Dərgahi-vəslünə  tapulmaz  əlac, 

Səhrayi-Xətüŋdən  alurdum  xərac,  Süzgün  çeĢmi-qəzalini 

görsəydim. QarĢıda daği- MüĢtaq, Sinəmdə dağımıĢ, dağ. Bizə 

müĢtaq olana Biz ondan daxı müĢtaq. Buradakı izafətlər, kuy, 

me‘rac,  ğəzal,  müĢtaq,  daxı  (dəxi)  yazılı  ədəbiyyatın 

materialıdır. Sarı Aşıq deyir: 

Gözəllik soy iləndir, ġahmar da 

soy ilandır. Nəsimi tək bu AĢıq Yolunda soyulandır. Burada 

                                                 

*

 



Sarı  Aşığın  və  Əzizinin  bayatıları  həm  kütləcə,  həm  də  mükəmməlliyi  ilə 

xalq  arasında  geniş  yayılmış  və  əsrlərlə  yaşamışdır.  Zaman  keçdikcə  bu 

şairlərin şəxsiyyəti unudulmuş, ancaq adları bayatılarda möhür kimi qalmışdır: 

gələcəkdə müxtəlif  insanlar tərəfindən  yaradılan bayatılara bu möhürlər həkk 

olunur. Yə’ni adlar da improvizə edilir. Bu improvizə Əzizi adında daha aydın 

görünür. Əslinə varmadan Əzizinəm Əzizim şəkillərinə salınıb. 

 


 

432 


şairin  yar  yolunda  dəridən-qabıqdan  çıxmasının  Nəsiminin 

soyulmasına  bənzədilməsi  hələ  heç  nə  deyil.  Nəsiminin 

soyulması  əsrlərlə  əfsanə  kimi  yaşamış,  Sarı  Aşıq  da  bunu 

ağızdan eşidib özünü ona təşbeh edə bilərdi. Ancaq bu söz çox 

şey deyir: 

Bu AĢıq zində degil, Əqli özündə degil. Kim deyər, 

Haq  camalı  YaxĢı  üzündə  degil.  Artıq  bu,  hürufi  biliyidir: 

Allahın Yaxşı üzündə təcəlli tapması söylənir. Sarı Aşığın belə 

bir  bayatısı  var: 

Mən  AĢığam,  qanlı  gül,  Qanlı  savaĢ,  qanlı 

gül.  Yeyib  bülbül  bağrını,  ÇıxmıĢ  ağzı  qanlı  gül.  Prof. 

H.Araslı  Füzulinin  bu  beyti  ilə  həmin  bayatının  arasında 

ədəbi-geneoloji  uyğunluq  görür: 

Sanma  kim,  bülbül  açub 

uçmağa balü pərini, Gül yaqıb anı, savurmuĢ gögə xakəstərini. 

Bayatıda  gülün  rəngi  əsas  götürülür.  Niyə  gülün  rəngi 

qırmızıdır? Bülbülün ciyərini yeyib, ağzı qana batıb, ona görə 

də  qızılgülün  rəngi  qırmızıdır.  Qəzəldə  diqqət  havada  qanad 

açıb  uçan  bülbülün  rənginə  yönəldilir.  Niyə  bülbülün  rəngi 

bozdur?  Onu  gül  yandırıb,  külünü  havaya  sovurub.  Hər  iki 

halda  gül  mə‘şuqə  rolundadır  və  cinayətkardır:  birinci  halda 

bülbülün  bağrını  yeyir,  ikinci  halda  onu  yandırır.  Hər  iki 

halda  sənətkar  sözdən  rəng  kimi  istifadə  edir.  Hər  iki  halda 

sənətkarlar  öz  lirik  qəhrəmanlarını  böyük  ustalıqla  rəsm 

edirlər.  Hər  ikisində  eşidilən  sözlərin  timsalında  türkcəmizin 

bütün  imkanları  meydana  qoyulur.  Füzulidə  də  ərəb,  fars 

sözləri minimum dərəcədədir (bülbül, bal, pər, xakəstər). Sarı 

Aşıqda isə türkcə olmayan bircə bülbül sözüdür (saz sənətkarı 

mə‘nasında aşıq sözünün ərəbcə aşiq ilə əlaqəsi yoxdur). Yə‘ni 

təmiz  türkcə  ilə  xalq  aşığı  Azərbaycan  türkcəsində  Füzuli 

ustalığını  göstərir.  Qaş  qaralarkən  dağlarda  üfüqlərin 

qızarmasına  Saib  Təbrizi  belə  mə‘na  verir: 

Gördülər  lə‘li-

ləbüŋ,  qan  tərlədilər  daĢlar,  –  mə‘şuqənin  dodaqlarının  al 

rəngindən dağların cansız daşları da xəcalət çəkib tərləyir, özü 

də  qan  tərləyir.  Xalq  arasında  Ayın  üzündə  ləkə  olması 

haqqında əfsanə var. Sarı Aşıq ona işarə edərək deyir: Gördü 

görklü  camaluŋ,  Düşüpdür  aya  qara.  –  mə‘şuqənin  üzünün 

(camalının)  gözəlliyini  görən  ayın  ürəyinə  qara,  ləkə  düşür. 

Şübhəsiz, Füzulidə və Sarı Aşıqdakı gül-bülbül tipoloji əlaqəsi 

burada Aşığın və S.Təbrizinin təşbehlərində də özünü göstərir.  


 

433 


Bilindiyi  kimi,  bayatılarda  adətən  bədii  mətləb  3-4-cü 

misralarda  ifadə  olunur,  1-2-ci  misralar  sonrakılar  üçün 

musiqi,  ritm  kökləyir.  Sarı  Aşıq  bayatının  misraları  arasında 

ritmlə yanaşı, semantik əlaqə də yaratmağa çalışır və əksərən 

nail  olur.  Bu  bayatıda  su  obrazı  bütün  misraları  bağlayır: 

Zülfün  suda  mar  kimi,  Oynar  su  damar  kimi.  Sızıldatdı

AĢığı,  Yağa  su  damar  kimi.  Qurulmuş  nadir  cinasla  da  dil 

heyrətləndirir.  Burada  isə  Aşıq  öz  adını  kənara  qoymaqla 

misralar  arasında  qəzəl  beytlərinə  məxsus  nisbi  müstəqillik 

yaradır: 

Dərmanını dərdə qıl, BaĢda qoymaz dərd ağıl. Səni ki 

mehman  açmır,  Xana,  yurd  ol,  dər,  dağıl.  1-2-ci  və  3-4-cü 

misralar  iki  beyt  şəklində  bir-birinə  bağlanır.  Burada 

Füzulinin  «Nə  yanar  kimsə  mənə  atəşi-dildən  özgə,  Nə  açar 

kimsə  qapım  badi-səbadan  qeyri»  beytindəki  kimsəsizlik 

duyğusu  verilir.  Hər  ikisində  də  eyni  sənətkarlıq  var.  Və  dil 

baxımından  diqqəti  çəkən  odur  ki,  fars  sözləri  ürəklə  cinasa 

gətirilir:  xanə  (ev),  dər  (qapı).  Deməli,  sözlər  kütləvi 

anlaşılmışdır. 

Sarı  Aşıq  da  Nəsimi,  Füzuli  kimi  deyimləri  xalqdan  alıb 

yeni şəkildə xalqa qaytarır: 

Mən AĢığam, gündə mən, Kölgədə 

sən,  gündə  mən.  Qurban  ildə  bir  olar,  Sənə  qurban  gündə 

mən.   

Sarı  Aşıq  xalq  şe‘rinin  dilində  fəlsəfi  sistem  yaratdı,  onu 

ən‘ənəyə  çevrilən  bir  sahmana  saldı.  Xalq  şe‘rinin  mə‘lum 

klassiki oldu. Füzuli beytləri kimi onun da ayrı-ayrı misraları 

ağız-ağız  dolaşmağa  başladı: 

Fələk  əlimə  düĢsə,  Salaram  ö

günümə; Yar yara qovuĢanda Bayramın o gün eylər; Ġstərəm, 

bu dünyada Pis ölə, yaxĢı qala; Bülbül yüz kitab oxur, Bir əlif 

yazınca gül və s. Bu ifadələr xalqın dilinə hazır şe‘rdən gəlib və 

şe‘rlə gəlib.  

Bədii  semantikanın  qeyri-adi  gücü,  hansı  dərinlikdə 

qalmış olsa da, lazım olan sözü tapıb çıxarır. Xalqın gündəlik 

ünsiyyətində iştirak etməyən istər türk, istər ərəb-fars mənşəli 

xeyli  söz  var  ki,  xalqın  şe‘r  yaradıcılığının  dilində  ən‘ənəvi 

davam edir, aydın bir zolaq kimi görünür. Bunlar bütövlükdə 

ədəbi  dil  üçün  işlək  deyil,  ancaq  poetik  nitqdə  unudulmur. 

XVII  əsrin  xalq  şe‘ri  janrlarında  təsadüf  olunan  həmin 



 

434 


nümunələrdən  türk  mənşəli  arxaizmlər: 

ayağ  (qədəh),  damu 

(cəhənnəm), 

danla  (sabah),  sayru  (xəstə),  seyvan  (ev-eşik), 

sunmaq  (vermək),  sin  (qəbir),  görklü  (gözəl,  cəlbedici), 

varmaq  (getmək),  köĢk,  bilgə  (həkim,  müdrik),  oda  (ev), 

yaxmaq  (yandırmaq),  al  (hiylə),  ün  (səs),  yey/yeg  (yaxşı), 

bayğu (şahin), yaĢ (cavan)… 

Ərəb-fars  mənşəli  arxaizmlər: 

mürğ,  dərdmənd,  çeĢm, 

hümmət,  məcruh,  müĢtaq,  cada,  bab,  arzuman  (istək),  muy, 

səg,  rəqib,  sayil,  əbru,  hilal,  çeĢm,  xəndan,  giryan,  damən, 

dam,  əĢk,  əĢkbar,  didar,  ləhzə,  nihal,  me‘rac,  ğəzal,  xab, 

afitab, mahtab, təsəddüq, sər, saqi, pirəhən, ərĢ, təbib, dəhan, 

mar, mehman, siyah, Ģanə, zində, muy, zimistan…  

Xeyli 


ərəb-fars 

sözünün 


Azərbaycan 

dilində 


vətəndaşlaşması  xalq  şe‘rinin  xidmətidir.  Bu  qəbildən  sözlər 

nəzərdə  tutulur: 

fəraq,  məlal,  xəm,  hicran,  sərvqamət, 

mübtəla,  camal,  pəriĢan,  qibləgah,  pənah,  dərgah,  zülf, 

dildar…  Məhz  bu  cəhətlə  bağlıdır  ki,  belə  sözlər 

ümumanlaşıqlı  olsa  da,  əsasən  dildə  poetizm  kimi  fəaliyyət 

göstərmişdir.  Ümumiyyətlə,  xalq  şe‘ri  yüksək  səviyyədə ədəbi 

dillə xalq dili arasında ünsiyyət yaratmış, vasitəçi olmuş, ədəbi 

dilin  ərəb-fars  sözlərini  və  tərkiblərini  kütləvi  qavramaq 

vərdişi  hazırlamışdır.  Təsadüfi  deyil  ki,  dövrün  xalq  şe‘rinin 

dilində  izafətlərə  müəyyən  yer  verilir: 

aĢiqi-sadiq,  qibleyi-

hacət,  dili-zar,  leylü-nahar,  kəbeyi-kuyin,  meyi-nab,  nəqqaĢi-

ə

zəl,  Ģuxi-dil,  Ģö‘leyi-ah,  Ģahi-bibədəl,  Ģahbazi-aləm,  ğəmzeyi-

cəllad,  xədəngi-bəla,  daği-həsrət,  dərgahi-vəsl,  çeĢmi-ğəzal, 

daği-müĢtaq, əhdi-dil…  

Bə‘zən  izafət  seyrək  olur,  həm  də  semantik  şəffaflığı  ilə 

seçilir: 

Zülf pəriĢan oldu, Ģanə döndərdi, Əhli-dilə xud niĢanə 

göndərdi,  Dindirdikcə  bağrım  Ģana  döndərdi,  ġirin  dillərinə 

qurban  olduğum  (XVII  əsr).  Bə‘zən  isə  həm  mətndə  sıxlaşır, 

tezləşir,  həm  də  izafətin  tərəfləri  mə‘naca  nisbətən  qəliz 

görünür. Hər halda, kütləvi qavrayış baxımından şəffaf olmur: 

Ğə

mzeyi-cəlladın  xədəngi-bədi,  Rəhm  eyləməz  heç  insana 

gözlərin;  Kə‘beyi-kuyindir  AĢığa  me‘rac,  Dərğahi-vəslinə 

tapulmaz əlac, Səhrayi-xətindən alurdım xərac, SüzgüçeĢmi-



ğə

zalını görsəydim – Aşıq Abdulla. Sıxlıq və nisbi qəlizlik göz 



 

435 


qabağındadır.  Ancaq  anlaşılmasa,  aşıq-sənətkar  bunları 

işlətməzdi.  Geniş  tekstoloji  müqayisələr  göstərir  ki,  bu  gün 

üçün  arxaikləşən  və  ya  leksik  semantikadan  məhrum  olub  ya 

köməkçi  sözə,  ya  şəkilçiyə  çevrilən,  yalnız  qrammatik  yük 

daşıyan  bu  əcnəbi  vahidlər  XVII  əsrdə  müstəqil  işlənmiş  və 

anlaşılmışdır: 

Səni ki mehman açmır, xana, yurd ol, dər, dağı

(xanə – ev, dər – qapı); 

Bir dərddir, çəkər AĢıq, Kimsə bilmə

qərəhal (hal-indi, hazırda – Bugünkü dərhal sözündəki ikinci 

hissənin mə‘nasında; 

Bir namə yazmıĢdı gözəlləĢahı

Tekstoloji  müqayisələrdən  belə  aşkarlıq  da  hasil  olur  ki, 

istər türk mənşəli, istər ərəb-fars mənşəli arxaizmlərin, istərsə 

də izafətlərin şe‘r və nəsr dilində spesifik təzahürləri var. Nəsr 

dilindən  «Şeyx-Səfi  mənaqibi»ndən  nümunələrə  göz  yetirək. 

Türk  mənşəli  arxaizmlər: 

kəndü  (öz),  qat  (yan),  ismarlamaq 

(tapşırmaq), 

ayıtmaq (demək), bulmaq (olmaq – xilas buldı – 

tapmaq  –  yolu  bulmadım), 

diĢar  (bayır),  iriĢmək  (çatmaq), 

qaranquluq,  xancaru  (hara),  yəyağ  (payda),  sərgitmə

(sıçramaq), 

baba (ata), gerü (yenə), irməg (yetmək), ulu, nəsnə 

(şey), 


yavru (körpə), varmaq, ikən (çox), buyruq (əmr)… 

Ərəb-fars  mənşəli  arxaizmlər

*



xud,  hərgiz,  növbət  (dəfə  – 



bir  növbət), 

istitaət,  icabət,  təcdid,  ə‘zim,  mükərrər,  zaviyə

fərzənd,  kəmtər,  mütəhəyyir,  məĢriq,  mübaligə  (çoxlu),  qövm, 

e‘caz  (mö‘cüzə),  namə‘qul  (ağlabatmayan),  namövzun, 



Ģ

adrəvani,  məzəllət,  məĢru,  filhal.  Təbii  ki,  etmək,  olmaq 

köməkçi  fe‘lləri  ilə  işlənən  əcnəbi  vahidlər  də  nəsr  dilində  öz 

qəlizliyi  ilə  seçilir.  Düzdür,  bir  növ,  xəlqilik  faktı  kimi 

«eləmək»  etmək  -dən  işləkdir,  ancaq  bunun  semantik 

qavrayışa müdaxiləsi olmur: 

təfərrü eləmək, təvəhhüm eləmək, 

təvəqqüf eləmək, sə‘ma eləmək, müləvvəs eləmək, münhədə

eləmək,  zikr  etmək,  istiĢhar  etmək,  mütəvəssit  olmaq, 

mütəvəccih  olmaq;  nəsr  dilində  belə  əcnəbi  ifadələr  də 

işlənirdi: 

baĢəd ki, əzbəs ki;  izafətlər: axiri-əmr, həddi-buluq, 

keyfiyyəti-tələbi-gənc, 

taciri-Xətay, 

məcmuyi-camaat, 

məqsudi-xəlvət, 

məzaci-Ģərif, 

ruhi-istitaət, 

sərasüməvü 

                                                 

*

 Əcnəbi sözlər ancaq müasir dil baxımından arxaikdir. 



 

436 


heyranü-naçar,  Ģəxsi-bəzzaz,  qüdrəti-ilahi,  ərbabi-əhli-dünya, 

sahibi-xanə, tədbiri-tərtib, inani-əzimət… 

Yuxarıda  xalq  şe‘ri  janrlarının  dilindən  gətirilən  müvafiq 

qruplarla  müqayisədə  iki  fərq  nəzərə  çarpır;  əvvələn,  bütün 

qruplar  üzrə  nəsr  dilindəki  vahidlər  kəmiyyət  üstünlüyünə 

malikdir – nəzərə alınmalıdır ki, xalq şe‘ri janrlarının misalları 

daha  geniş  mətnlərdən  toplanmışdır,  nəsrin  misalları  isə  bir 

abidədən və 8-10 səhifəlik mətnlərdən götürülmüşdür; ikincisi, 

nəsrin qruplarındakı vahidlər semantik cəhətdən rəngarəngdir 

– xalq şe‘ri janrlarının dilindəki türk mənşəli arxaizmlər, ərəb-

fars mənşəli qeyri-kütləvi vahidlər və izafətlər müəyyən çərçivə 

daxilindədir,  həmin  məhdud  kəmiyyət  müxtəlif  janrlarda, 

hətta müxtəlif əsrlərdə (XVII əsrdən bəriyə) fəaliyyət göstərir. 

Bu 


nümunələr 

obrazlı 


təfəkkürün 

materialı 

kimi 

sabitləşmişdir.  Nəsrdə  isə  hər  kontekstin,  hər  müəllifin 



leksikonu  dəyişir.  Şe‘rdə  janrların  öz  əhatə  dairəsi  varsa, 

nəsrdə  mövzu-motivlərin,  müəlliflərin  çoxlu  fərdi  dairələri 

vardır.  Məsələn, 

daği-həsrət,  aĢiqi-sadiq,  Ģö`ləyi-ah,  badi-

səba, qəmzeyi-cəllad obrazlı fakt kimi müəllif və mətnlər üçün 

universallaşıb, ancaq, deyək ki, 

keyfiyyəti-tələbi-gənc, sahibi-

xanə,  Ģəxsi-bəzzaz,  ərbabi-əhli-dünya  hər  kontekstin  özündə 

və müəyyən məzmuna görə üzə çıxır, bunların konkret sistemi 

və daimi semantik rəngi yoxdur.  

Bütün  dövrlərdə,  bütün  mərhələlərdə  olduğu  kimi,  XVII 

əsrdə  də  milli  ədəbi  dilin  ümumi  inkişaf  meylindən  kənara 

çıxan  fonetik,  morfoloji,  sintaktik  detallar  müşahidə  olunur. 

Ancaq  bütövlükdə  əsrin  ədəbi  normasında  Vaqif  dövrünün 

xəlqiliyi və şəffaflığı var. Bu norma demokratizminin əsasında 

canlı  danışığa  məxsus  lüğət,  loru  leksikon  durur: 

budamaq 

(döymək), 

qarımaq,  əylənmək,  qurtulmaq,  lalımaq,  hürmək, 

görsətmək,  incinmək,  qıymaq,  qapmaq,  qamçılanmaq, 

yerikləmək,  qalamaq  (yandırmaq),  qaralamaq  (hədəf 

götürmək), 

süzmək (oynamaq), qonaqlamaq, doluxmaq, cad, 

kəkül,  bud,  çisən,  kül,  xına,  bez,  arĢın,  baldır,  babal,  dağal, 

hasand (asan), yox yerdən (heçdən), davar, muĢduluq, qapan 

(tərəzi), 

kəndir,  buxarı,  təndir,  düymə,  düyü,  qaraltı,  lığ 

(palçıq), 

odun,  üzüqara,  yasdıq,  dam  (ev  növü),  lələ,  qulan, 


 

437 


yarğan,  yapıĢqanlı…  Vaqifin  bədii  nitqi  üçün  doğma  olan 

bulud  zülf,  ağ  sinə,  zülf  pəriĢan  kimi  onlarla  obraz-söz 

birləşmələri  XVII  əsrdə  yaradıcılıq  istehlakında  idi: 

Dağıldı 

bulut zülfün, Göüzünü ay azar; Ağ sinən qar altıdır…  

Vidadi  ilə  Vaqifin  dili  bədii  üslubda  xəlqi  inkişafın  bir  mərhə-

ləsidir. Onların sayəsində xalq şe‘r dili yazıda birdəfəlik qanuniləşdi. 

Realizmin  bu  ilk  böyük  nümayəndələri  milli  dilin  iki  əsrlik  gəlişini 

ümumiləşdirdilər  və  onun  ümumi  mənzərəsini  əks  etdirdilər. 

Bütövlükdə üslubların rolunu inkar etmədən nəzərə alanda ki, «ədəbi 

dilin  tarixi,  adətən,  ən  böyük  yazıçıların  əsərlərinin  dil  materialı 

əsasında  qurulur  –  yaradılır»

1

,  xəlqiləşmiş  milli  dil  dövrünün  ilk 



mərhələsində  ən  böyük  söz  ustaları  kimi  Vaqiflə  Vidadinin  dili 

mühüm əhəmiyyət kəsb edir. Bu mərhələdə iki cə­hətə görə Vaqifin 

dili daha həlledici rol oynamışdır: 1. Dil materialının həcminə görə 

Vaqif çox irəlidir; 2. Vaqifin müəllimliyi, dövlət idarəsində yeri onun 

şe‘rlərinin daha tez və daha geniş yayılmasına imkan vermişdir; həm 

də  Vaqif  siftədən  xalq  şe‘ri  janrlarında  yaratdığından  Vidadidən 

qabaq  bu  üslubun  lideri  olmuşdur  (Vidadinin  yaradıcılığında  əsas 

yeri  klassik  poeziya  janrları  tuturdu.  Vaqifin  sözünə  diqqət  edin: 

müxəmməs deməyin seyrəklənibdir).   

Xalq  şe‘ri  janrlarında  dil  demokratiyasının  maksimal  həyata 

keçirilməsi heca vəzninin xidmətidir. XVII-XVIII əsrlərdə xalq şe‘ri 

janrları  ona  görə  böyük  vüs‘ət  aldı  ki,  heca,  türkdilli  yaradıcılığın 

doğma  vəznidir  və  onda  milli  sözlərin  (və  milliləşmiş  alınmaların) 

işlənmə süverenliyi sözsüzdür. «Külli Qarabağın abi-həyatının nərmü 

nazik bayatı» olması Azərbaycan şe‘rinin dilinin tam canlı dil yoluna 

düşməsi deməkdir. Belə e‘tiraf həm də iki klassikin dil proqramıdır. 

Hətta bu proqram klassik şe‘r formasında da söylənir: «

Qarabağ içrə 

bir Ģair kəlimüllah Musadır, CavanĢir içrə bir mövzun bayatı dəsti-

beyzadır» (Vaqif). Maraqlıdır ki, bayatıya – xalq şe‘rinə yol klassk 

şe‘rin obrazları ilə açılır: birincidə abi-həyat «dirilik suyu», ikincidə 


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin