TÜrkməN ŞEİRİ antologiyasi (XVII – XIX əsrləR) Bakı – 2011



Yüklə 2.4 Mb.
səhifə12/17
tarix02.12.2016
ölçüsü2.4 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   17

DİLBƏR
Qadir haqqın sənətindən gəldin cahana, dilbər,

Aşiqlər göz yaşına sənsən bəhanə, dilbər.

Hüsn əhlində sən özün yek-yeganə, dilbər,

Əzm eyləyir bu canım, gəlsən zəbana, dilbər,

Bir bəri bax, sevdiyim, od düşdü cana, dilbər.
Qara saçın hörülmüş ağ üzündə taybatay,

Xal qoyulmuş al yanaqda dənə-dənə, caybacay,

Qara nərgis gözlərin can almağa çəkmiş yay,

Hicab çəkər üzünə şöləndən gün ilə ay,

Ləli-mərcan düzülmüş püstə dəhana, dilbər.
Dilbər, sifətin desəm, iki «əlif», bir «nundır»,

Sonrasında «qəyn» yaz, ol qəddinə mövzundır,

Eşqin odu sinəmdə gündən-günə füzundur,

Gözdən axar qanlı yaş, sanki abi-Ceyhundır,

Göz yaşıma rəhm edib, seyr et cahana, dilbər.
Yaxdın fani cahanı, göz altından süzərək,

Erdir, axşam çıxarsan, tavus kimi süzərək,

Kətən köynək əynində, baş-gözünü bəzərək,

Saz eyləyər kərkaran, seyrə çıxsan gəzərək,

Gəlmək üşün yanına yoxdur bəhanə, dilbər.
Abbasını düzübsən köksünə dənə-dənə,

Bir qəmzədə salırsan islam-kafiri dinə,

Aşiqlərın qanından qoydun barmağa xına,

Rüxsət alıb, məmənə qoysam köks ilə sinə,

Pis rəqibin qəsdinə bir bax bu yana, dilbər.
Hüsn əhlinin şahısan, fani cahan içində,

Qəndü şəkər əzilmiş püstə dəhan içində,

Müşki-ənbər qoyulmış afəti-can içində,

Sən tək gözəl tapılmaz huri-qulman içində,

Cənnətdə huri alar səndən nişana, dilbər.
Uzaq yerdən gəlmişmən, yar, camalın görməyə,

Ta ölüncə qapında əl-əl üstə durmağa,

Umud edib gəlmişəm zövqi-səfa sürməyə,

Rüxsət versən, dilbərim, əl uzatsam düyməyə,

Əlim salıb yaxandan, gəlsək məstana, dilbər.
İskəndər tək hökmlü, Süleyman tək adil şah,

Aşiqlərə rahatdır, ağ köksündən versən cah,

Var umudum səndədir, olarsan mənə dilxah,

Sən bir kərəmli şahsan, aşiqlərə dadigah,

Ərz eyləyib gəlməşəm, yetgil bu dada, dilbər!
Qoysan zülfün, dilbərim, düşsün beldən aşağa,

Qurban olam başına, ağ üzdə qoşa xala,

Həvəs edər bu könlüm incə beldən quçmağa,

Səndə bir eyb görmədim, baxdım başdan-ayağa,

Fərağında yanaraq gəldim fəğana, dilbər.
Başım alıb gedərəm, qərib könlüm almasan,

Məcnun kimin ağlaram, yar, qoynuna salmasan,

Dura bilmən yerimdən, sən əlimdən tutmasan,

Taqətim yox deməyə, özün halım bilməsən,

Nəfəs deyər, zar edib gəldim fəğana, dilbər.

İSTƏYİB GÖZƏL YARI
İstəyib gözəl yarı, gördüm ki səlamətdir,

Baş qoydum ayağına, «Dur! - dedi, - nə halətdir?»

Durdum, dedim: «Ərzim var», - «Ərz eylə, ədalətdir!»

Dedim: «Sənə aşiqəm», «Qoy, - dedi, - nə hacətdir?»

Dedim: «Pərilər xanı,

Sənsiz nedirəm canı?»

Dedi: «Bu sözün bizə yalançı hekayətdir».
Dedim: «Gözün öldürdü, qəmzən ki qılıb xəstə».

«Şəksiz ölərsən, - dedi, - bir qeyri vətən istə».

Dedim ki: «Özüm getsəm, canım sənə vabəstə!»

Dedi: «Nə əlac edim, sən bir aşiq şikəstə?»

Dedim ki: «Əlac eylə,

Hüsnün mənə tac eylə»,

Güldü əlin dişləyib, dedi: «Nə zərafətdir?»
Dedim: «Nə tütündir bu?» - «Zülfi-kakilim» dedi.

Dedim: «Nə əlifdir bu?» Ol: «İncə belim» dedi.

Dedim: «Nə şəkərdir bu?» - «Şərbətli dilim» dedi.

Bir busə tələb qıldım, - «Lazımdır ölüm» dedi.

Dedim: «Məni ya öldür,

Ya busə mürüvvət qıl!»

Ağzıma barmaq qoydu: «Sus, - dedi, - qəbahətdir».
Ümmidi-vüsal ilən qapını kiçik açdım,

Gözlədi əl altından, göz eylədi, mən düşdüm,

Düşmənlərdən gizlincə bir ləhzə xəbərləşdim,

«Pünhan yerə var» dedi, vardım ki qucaqlaşdım,

Dedim ki: «Eşqində, ah,

Yandırma məni, ey şah!»

Dedi ki: «Yanıb - ölmək aşiqlərə adətdir».

Dedim ki: «Gülü-cənnət,

Bir dəm sürəlim işrət...».

Dedi ki: «Səhər oldu...», durdu, dilədi rüxsət.

«Rüxsəti verək desəm, araya düşər firqət»,

Ağlayıb əlim tutdu. «Sən çəkmə, - dedi, - həsrət»,

Dedim ki: «Məni öldür,

Bu - ayrılıq, ey dildar!»

Dedi: «Sənə bu işrət hər gecə ziyafətdir...»
Çağırdı, sual etdi. «Yanına varaq» dedim.

Dedi ki: «Kəsbin nədir?» - «Qulluqda duraq» dedim.

Pərdə ilə sözləşdi. «Aç üzün, görək» dedim.

Dedi ki: «Nə gətirdin?» - «Canımı verək» dedim.

Dedi: «Bu nə divanə?»

Dedim: «Sənə pərvanə».

Dedi: «Sənə görmək yox, can təndə əmanətdir».
Dedim ki: «Mənim könlüm,

Almazmısan, ey zalım?»

Dedi ki: «Nə axmaqsan, xalq deyir sənə alim».

Dedim: «Nə günahım var, söylə, nədir amalım?»

Dedi ki: «Pünhan sirrim xalq içrə qılıb məlim».

Dedim ki: «Günahkaram,

Möhnətə giriftaram».

Dedi mənə ol yarım: «Möhnət sonu rahətdir».


«Nədən bu gözün yaşı giryan varadır?» dedi.

«Firqət ki yaman» dedim, «Sinəm yaradır» dedi.

Boynuna qolum saldım, «Düşmən görədir» dedi.

Öpdüm yanağın, «Ey, vay, bəxtim qaradır» dedi.

Dedim: «Bu nə təşvişdir?»

Dedi ki: «Bu nə işdir?»

Mən dedim: «Əcəb işdir». Yar dedi: «Məlamətdir».
Yatanda güli-gülşən,

Bir gecə gələrək mən,

Duraraq qulaq verdim, uyğuda yatmış ikən,

Vararaq üzün açdım, oyandı qəzəb ilən,

«Kimsən?» dedi. Dedim: «Mən». Dedi ki: «Nəfəsmisən?»

Dedi ki: «Gəlibsən xoş!», «Xoşbəxt olasan» dedim.

Aşiq ilə məşuqdan bir-birnə xoşaməddir.

İÇİNDƏ
Dostlar yandım, tutuşdum fani cahan içində,

Dinməz, gözüm yaş tökər, ciyərim qan içində.

Ellər zövqi-işrətdə, gündə dövran içində,

Mən qəm içrə qərq olub, qaldım ərman içində,

Üzüm qara, dilim lal, dostü düşman içində.
Heç kim dadıma yetməz, sığınmışam xudaya,

Qurular quru, bağban yiyə çıxmaz bu bağa,

Gözəldir bu dünyada al-qızıl, qara, ağa,

Elə-günə gap oldum, özümcə vara-yoxa,

Məni qəsdən yaxdılar dostü düşman içində.
Güldən nazik üzlərə gərdü qubar çəkildi,

Könlüm kərpic sarayı qəm tozuna büküldü,

Ləli-yaqut, zümmərət səg boynuna taxıldı,

Dürlü-dürlü meyvələr özü dəydi, töküldü,

Əl vurmayan çaş olub, qaldı meydan içində.
Hicranın atəşindən yandım, içim-dışım yox,

Gecə-gündüz ağlayıb dinməm, yazım-qışım yox,

Özüm yananda yanım, can yanan qardaşım yox,

Sirrim deyib danışam, sirr alan sirdaşım yox,

Ol deyə, mən ağlayam cayı-pünhan içində.
Sirri-halımı desəm, mən qəm içrə yanaram,

Əziz könlüm pərişan, həsrətdə dərbədərəm,

Ər-xatının zövqündən qafiləm, bixəbərəm,

Molla Nəfəs, mən sənə axır sözüm deyərəm,

Sən bu sözü saxlagil tən ilə can içində.

GÖZƏLİM
Gözəllərin içində bəlli məstan, gözəlim,

Yandım, yandım eşqində, odlandı can, gözəlim.

Sən ayın on dördüsən, mahi-taban gözəlim,

Gördüm şəmi-camalın, ağlım heyran, gözəlim,

Görməyənlər köyündə qurar ərman, gözəlim,

Qızlar ilə bağlarga qılsan seyran, gözəlim,

Qəddin əyib salam ver, sərvi-rəvan, gözəlim,

Yalançını yandır sən, baxsan hər yan, gözəlim,

Gözəllərin padişahı, şahi-cahan, gözəlim,

Müdam sənin köyündə mən sərgərdan, gözəlim.


Pərilərə baş olub, seyrangaha çıxarsan,

Altın, gümüş, zəbərcət, öz boynuna taxarsan,

Qaşa vəsmə, gözlərə siyah sürmə çəkərsən,

Humay kimin devikib, dörd tərəfə baxarsən,

Tavus kimi daranıb, zülfün üzə tökərsən,

Nərgiz gözün güldürüb, qələm qaşın çəkərsən,

Göz ucuyla bir baxsan, Rüstəm-Zalı yıxarsan,

Nəzər qılsan bir saat, dağı-daşı yaxarsan,

Adəm derlər surətin, nurdan olan peykərsən,

Tuti quşun məskəni, şəkəristan gözəlim.


Aşiqləri yandırıb, qıldığın işvə-nazdır,

Hər telinə zülfünün min tümən versəm azdır,

Qoynun baği-behiştdir, açılan lalə yazdır,

Qəlbim quşu əzm eylər, seyr etməyə pərvazdır,

Qəmgin könlüm didarın bir görsə sərfərazdır,

Gözlərin cadugərdir, tilsim, əfsundur, razdır,

Gül eşqində oxuyan bülbüli-xoş avazdır,

Məşuqam deyib gəzsən, qıldığın məkri-bazdır,

Altın düymən sədası müdam qulağa sazdır,

Ol saz üçün məşq etdim dürlü dastan, gözəlim.


Dürlü əlvan bəzənib, geyibsən yaşıl-alı,

Ol surətin görənlər olar divanə-dəli,

Gül yüzündə cəm olmuş iki qaşın hilalı,

Bir-birinə naz edən iki tavus misalı,

Əcəb nəqşi-nigardır ağ üzdə hindi xalı,

Al yanağa tökülmüş zülfün tubi-nihalı,

Ağ kağıza çəkilən sanki cədvəl misalı,

Hicranında yanaram, verməyirsən vüsalı,

Ölər, boynunda qalar aşiqlərın vəbalı,

Gündə yüz vəqt qılarsan yüz nahaq qan, gözəlim.


«Mim» - mübarək üzlərin misli mahi-tabandır,

«Ri» kimidir qaşların, görən kişi heyrandır,

«Lam əlif»lə naz ilə sallan, beş gün dövrandır,

«Bi» - baharın bustanı, qoynun lalə-reyhandır,

«Sin» - səninlə bəhs edən hansı axmaq zənandır,

«Dal» - dəvamət eşqində işim ahi-fəğandır,

«Əlif» qəddim xəm qılan həsrət ilə hicrandır,

«Nun» növrəstə çağların ötər səndən, amandır,

Vergil hüsnün zəkatın, görkün üzdə mehmandır,

Nəfəs deyər maralım, bağü bostan gözəlim.



GÖZƏL
İlk başdan sevmişəm mən səni can, gözəl,

Dolanasan, gəzəsən istərəm hər yan, gözəl.

Aləmə şölə salan püstəyi-dəhan, gözəl,

Boz maralın yatağı, qaşları kaman, gözəl,

Yalançıda görmədim başgeyi-canan, gözəl,

Dünyanı təkcə tutdum, vermədin aman, gözəl,

Eşqdən imarət qurdum, qılıbsan viran, gözəl,

Vəfa görmədim səndən, eylədin ziyan, gözəl,

Dağları seyr edəli, bu aləm duman, gözəl,

Piyalədır gözlərin, qaşların kaman, gözəl,

Baqi verilməz bizə, ötəcək dövran, gözəl,

Tərs gəlib işlərmiz, pis olmuş zaman, gözəl.


Leyli, Şirin, Züleyxa, Zöhrə qıza tay gözəl,

Fani dünya içində hüsnü bizə bay gözəl,

Qoynun içində reyhan seyrangahi-cay, gözəl,

Günəş ilə oynaşar şol camalın ay, gözəl,

Tuti təki dilavər, barmaqların nay gözəl,

Kirpiklərin ox olub, qara qaşın yay, gözəl,

Bahar mövsümü gəlsə, dağ başında yay gözəl,

Eynəl-baqi suyunun dibindəki lay gözəl,

Neyçün məni xorladın qəmzən ilə, vay, gözəl,

Dur gedəlim seyrana, qalx yerindən, hay, gözəl,

Saçın misli-tütündir, köksün vadi, çay, gözəl,

Rəqib ilə sözləşmə, bu karını qoy, gözəl.


Eşqin odu tutuşdu, mən fağırı qoy, gözəl,

Xəstə cana rəhm eylə, zalım olma, ey gözəl,

Hər bivəfa namərddən təlim alma, ey gözəl,

Şol səbəbdən sən məni yerə salma, ey gözəl,

Nahaq yerə öldürüb, qana qalma, ey gözəl,

Külli-aləmi yandırdın, cahana dolma, gözəl,

İşrətli zaman gəldi, yas həngi çalma, gözəl,

Mən Nəfəsi ağladıb, ərmana qoyma, gözəl.



KÖNLÜM
Yüz min nədamət ilə dünyaya gələn könlüm,

Gözün açıb, aləmə nəzərın salan könlüm.

Cahanı qılıb seyran, sərgəştə olan könlüm,

Dövlət üçün güvənmə, bu fani yalan, könlüm,

Ağlayıb qəm gələndə, şad olsa gülən könlüm,

Baqi dövlət vüsalın allahdan dilən, könlüm,

Əzrayılın qəhrindən həsrətdə solan könlüm,

Gəhi fani ürbasın torpağa çalan könlüm,

Ki axırət əsbabın - var, iman ilə könlüm.
Məşq eyləyib, könlüm sən, xalqa sirrin yayarsan,

Qaçıb ələm əhlindən qafilləri söyərsən,

Məskənin dərə, dərya, cahana qol yayar sən,

Xeyr işləri bəd bilib, bəd işə baş qoyar sən,

Öldürməyib nəfs itin, haram loxma yeyərsən,

Fələk ilə bəhs edib, bir mən özüm deyərsən,

Ağıl, haqqı yad eylə, neyçün şeytan uyarsan?

Şeytan üçün bel versən, cəhənnəmdə yanarsan,

Əzrayıla can verib, bir özgə don geyərsən,

Can gedər cəsədindən, torpağa bulan, könlüm.


Qalmadı baylarında bu xeyr ilə səxavət,

Fağırlarda yox oldu həm səbr ilən qənaət,

Xatınlarda həya yox, şərməndeyi-qiyamət,

Padişahda ədl yox, kəmdir dərvişdə taət,

Tutmazlar həq kəlamın səhər saətbəsaət,

Oyan, ey adam oğlu, yatma belə fərağət,

Zəbanda zəhr əzildi, yoxdur şirin ləzakət,

Dostlar bir-birə düşmən - qiyamətdən əlamət,

Haçan tapar muradım, hamıdan qalan könlüm.

Yalançı bivəfadır, yanan çırağ öçərlər,

Bütün canlı məxluqat əcəl zəhrin içərlər,

Ayrılıb bu dünyadan, baqi yurda köçərlər,

Axır zaman olmuş deb, alim göftar açarlar,

Zalımın zülmü artıb, füqaralar qaçarlar,

Alimlər amal etməz, çaxır-şərab içərlər,

Cadılığa üz qoyub, səma üzrə uçarlar,

Zina qılıb aşkara, naməhrəmi qucarlar,

Can fani, cəsəd fani, bular tamam keçərlər,

Sən həm baqi qalmazsan, kəfənə dolan, könlüm.
Çərxi-fələk cəbrindən qıldı məni avara,

Gəlmişəm bu cahana, qalmışam dərdi-zara,

Qəza oxu gəzlənər, bir gün qılar səd para,

Tiğ altındadır günüm, neyləyim mən biçara,

Gər salsa, mən neylərəm, danla atəşi-nara,

Cürmi-günah boynumda, guya ki səngi-qara,

Onca bundan əl üzüb, gedər özgə diyara,

Qadir özü rəhm etsin mən təki namidara,

Nəfəs deyər, umudum, gözüm düşsə dildara,

Sidqini birə bağla, haq sarı dolan, könlüm.



DEYİŞMƏ
Səraxslı şair:

Molla, sən vergil xəbər, sözlə süxənvər hansıdır?

Başı asmana yetən ol şahi-ərər hansıdır?

Özünün bənzəri yox, pakizə gövhər hansıdır?

Bəhri-rəhmətdə açılan müşki-ənbər hansıdır?
Molla Nəfəs:

Əvvəla, sözlə süxənvər bir xudanın özüdür,

Başı asmanda – şəriət rahnəmanın özüdür,

Özünün bənzəri yox, nuri-imanın özüdür,

Bəhri-rəhmətdə Mühəmməd Mustafanın özüdür.
-Yenə bir quş görmüşəm türfə, əcaib pərlidir,

Bətinində cəm olan altın mürəssə zərlidir,

Yazılı yeri tutan qanadları ləngərlidir,

Quşların sərkərdəsi balayi-şahpər hansıdır?


-Ol əcaib pərli Cəbrayıl-əminulla olar,

Bətinində cəm olan Quran-kəlimulla olar,

Yazılı yeri tutan «xalisan lillə» olar,

Quşların sərkərdəsi elə onun özüdir.


-Əvvəla, həqqin kəlamın varısın bilən nədir?

Çox təkəbbürlük edib, özün ulu qılan nədir?

Neçələrin azdırıb, öz yanına alan nədir?

Gərdanına yüklənən əlayi-harvar hansıdır?


-Həqq kəlamın varısın bilən ləin şeytan olar,

Çox təkəbbürlük – ulu qılan ləin şeytan olar,

Neçələrin azdırıb, alan ləin şeytan olar,

Gərdanına yüklənən harvar günahın özüdür.


MOLLA NƏFƏS
Qəflət uyğusunda qaldın,

Oyan indi, Molla Nəfəs!

Gəh saralıb, gəhi soldun,

Oyan indi, Molla Nəfəs!


Hicran bağrını dağlayar,

Həsrət sinəndə çağlayar,

Sevən yarın çox ağlayar,

Oyan indi, Molla Nəfəs!


Bu dünyaya dürlər doldu,

Aylar ötdü, günlər qaldı,

Dur ayağa, vaxt oldu,

Oyan indi, Molla Nəfəs!


Yad eylə gəl sevən yarı,

Ağ köksündə alma, narı,

Dolanmışdır zülfi-tarı,

Oyan indi, Molla Nəfəs!


Nəfəs, gəlgil sən huşuna,

Çox oyun gələr başına,

Yetmək üçün sirdaşına,

Oyan indi, Molla Nəfəs!



BU MƏKANA GƏLMİŞƏM
Ey könlümdə xoşgahım, əcəb Quranım sənsən,

İki cahan çırağım, dinim-imanım sənsən,

Eşq əhlinin sultanı, qaşı kamanım sənsən,

Yas günümün xürrəmı, könlü xəndanım sənsən,

Yanan bağrım atəşi,

Eşq karımın sirdaşı,

Sal rəhm nəzərini, mən hicrana gəlmişəm.
Əcəb sünbül saçların, eşq darının bağıdır,

Könlüm üstünə çökən Fərhad yıxan dağıdır,

Bəndi-reyhan üstündə ayrı ölkə zağıdır,

Əndəlibim çırpınır, fərağın dustağıdır,

Qəfəs içində daim

Ötürüb günüm-ayım,

Ərz eyləyib, üz tutub, sən sultana gəlmişəm.
Qoynun buyi saçılıb, bihuş eylər yandırar,

Müjgan oxun kəskindir, qanı günəş qandırar,

Suyi-asman tavusun, zarı ilə qondurar,

Eşqin yükü ağırdır, aciz belim sındırar,

Mən tapmadım pəlvanı,

Xərç edib xanimanı,

Gəda olub eşqində, mən ehsana gəlmişəm.
Ömür qısa, ol xuda vermiş ulu fərmanın,

Fərman qəzəb donunda, bilməz yaxşı-yamanın,

İnsanlara andırmaz çəkən ahi-fəğanın,

Həsrət odu yaxıbdır, zəmzəm çeşmi-dəhanın,

Yalnız qoyub dəndanı,

Viran edib zəbanı,

Naxoş qulam, sürünüb ol əmirə gəlmişəm.
Dedi Mövlam: «Əzrail, ol dilbərin canın al,

Bir çibindən dərd verib, qoygil sərinə zaval,

De ki Loğman həkimə: «Qılma dərdinə amal»,

Qəza dolan çağında zarlar beytül bir mahal,

Behişt rəvanə olsun,

Cəsəd zəminə qalsın,

Laməkanın içində mən fərmana gəlmişəm».
Vah, bixəbər dilbəra, şana vurub sünbülə,

Firdövs zünnarın taxıb sərvi qaməti ilə,

Qabaqları gül dəstə, əzm vurub bülbülə,

Seyrana məşğul olub, varar baği-məchula,

Nazil oldu Əzrail,

Yarın boyuna qail

Olub, əqlin itirib, der: «Amana gəlmişəm».
Məcnun olub Əzrail, qədəm vurub laməkan,

Çöli-Kərbəla düşdü Xıdır əleyhissəlam,

Dedi peykər xəstəsi: «Bu dərdimə qıl dərman,

Mən almazam canını, hətta öz canım qurban»,

Deyər: «Əqlim itirdim,

Həqqə fəğan gətirdim,

Eşq toruna bağlanıb, matəmxana gəlmişəm».
Xıdır gəzib biyaban, sataşıbdır yarıma,

Əqlin-huşun itirib, əl uzatmış narıma,

Firqət yeli əsərək, dəyibdir yarpağıma,

Ruyin sürtüb ağlayar ol payı-torpağıma,

Deyər: «Yanan qulun mən,

Ümman içrə salın mən,

Qeyri karım yox deyə mən cananə gəlmişəm».
Qəvvas ümmanı üzüb, düçar olub salına,

Həvəs edib ürəyi, çıxıbdır yar yoluna,

Aşna sərv boyuna, əsir olub halına,

Ümman yaqutun verib ol pəri camalına,

Gəda miskin olubdur,

Eşqə əsir qalıbdır,

Deyər: «Həqqin alnında mən üsyana gəlmişəm».
İbrahim nar içində eşqinə olub həmdəm,

Bir tarına bağlanıb, bənd qalıbdır dəmbədəm,

Tün-gecəsin qərq eylər, gülzara dönüb aləm,

Ol reyhanın şöləsi bərq vurub bağa hər dəm,

Nurun saçıb asmana,

İşıq verib cahana,

Namut yalan dünyadan, mərdut cahana gəlmişəm.
Aşiqlərin sultanı Yusif görüb üzünü,

Züleyxanı unudub, yaşa bağlar gözünü,

Məcnuna oxşar ol dəm, nara vurub özünü,

Vəsf eylər yar camalın, peşkəş eylər sözünü,

Həqdən cüda düşübdür,

Eşq oduna bişibdir,

Deyər: «Dərdə dərman yox, mən Loğmana gəlmişəm».
Bilqeys qəhri-qəzəbdə, Süleymanı istəyib,

Eşqdən dərdli yarına ol dərmanı istəyib,

Behişt yerin axtarar, xuramanı istəyib,

Tapa bilməz heç yerdən, ol Loğmanı istəyib,

Loğman yarın qaşında

Pərvaz vurub dışında,

Deyər: «Özüm dərdliyəm, bir dərmana gəlmişəm».
Davud keçib fərzənddən, deyər: «Gəldim qaşına,

Malım, mülküm, imanım qurban sənin başına,

Nuhun ömrün istərəm, əcəb gözəl yaşına,

Güzidələr ağılı bağlı olsun huşuna,

Təxtı-Süleyman sənin,

Bu bülənd məkan sənin,

Qalıb bunda binəva, mən divana gəlmişəm».
Yəqub müştaq ruyinə, ağlayıb ol xari-zar,

Hər dəm çəkib dərdini, daim qalmış biqərar,

Külli-aləmdən ötüb, deyər: «Görkəzgil didar,

Bir tarına bağlanıb, sərvi boya intizar

Qalıb, girməyən bağa,

Fərhad tək çıxıb dağa,

Məcnun sazını çalıb, dağ-nihana gəlmişəm».
Kağılləri şanalar tel-tel edib tökübdür,

Qumru kimi daranıb, biyabana çıxıbdır,

Məhvəş eylər gülləri, xoş ruy ilə baxıbdır,

Ərzin deyib Süleyman, yar alnında çökübdür,

Deyər: «Eşqində yandım,

Malı-mülkümdən döndüm,

Həqdən mənim arzumdur, sən rənaya gəlmişəm».
Ləbi-ləli, zəbanı bala, şəkərə bənzər,

Barmaqları gümüşdən, cabbar çəpərə bənzər,

İncə beli, boyları sərvi-şəcərə bənzər,

Çıxsa buluddan ayım, dilim çıxara bənzər.

Ərzi budur İsanın

Alnında gör sultanın,

Deyər: «Eşqinə qızıb, mən pərvanə gəlmişəm».
Göllərə nəzər salsam, oyun qılar qazları,

Meyxanələr içində qulluq eylər qızları,

Yeddi fələyə çıxar hər dəm tutan sazları,

Kafiri qılar mömin yarın eşqi-nazları,

Mehdi gəlib nişana,

Düşüb hali-zəbuna,

«Beytül-əhzandan çıxıb, - der, - məstanə gəlmişəm».

İlyas onda sataşıb, dilbər əlində badə,

Eşq dəryası coş vurub, dərdi artıb ziyadə,

Sərxoş olub zar eylər, deyər: «Yetir muradə»,

Asman lərzəyə gəlib İlyas çəkən fəryadə,

Zəmin eyləyər cünbüş,

Deyər: «Allah, nədir iş,

Ya ki halım, əlvandan sər cövlana gəlmişəm».


Aşiq olmuş bir baxıb ona Əyyub peyğəmbər,

Tənin aşiyan eylər, qurdlar qılar sərbəsər,

«Hu-həqq!» deyib dolanıb eşq oduna dərbədər,

Ol eşq ilə cəhənnəm, vallah, olub münəvvər,

Behişt halına dönmüş,

Bütün acizlər dinmiş,

Deyər xilas olanlar: «Gör, xəndana gəlmişəm».
Üç yüz altmış ərənlər köçüb gələr yurdundan,

Üzlərinə sürərlər yarın payi-gərdindən,

Danalığı unudub «hu» deyib eşq dərdindən,

Fəna ağlar, zarlarlar, Məcnun – eşqin mərdindən,

Yar qaşında saralıb,

Yetim tək boyun burub,

Derlər: «Eşqin sultanı, bir ay hüsnə gəlmişəm».
Fəriştələr cəng qurar, istər əcəb nihalı,

Yar oturmış ədəblə, üzə tutub dəsmalı,

Buludlardan çıxar ay, dəysə bahar şəmalı,

Kövkəblərə eşq verər, yarın gözəl camalı,

Fəriştələr pərvanə,

Düşüb atəş rizvanə,

Xoş olub bu günə, der: «Mən ərkana gəlmişəm».
Ömər zarın gətirər, sərviyə dəyib yellər,

Deyər yarım: «Eşitməm, bu nə bişirin dillər»,

Boy-gərdanın tutubdur siyah sünbül kağıllər,

İki əjdər altında qalıb ol mürçə bellər,

Olub çölün qayası,

Sinə düşüb sayası,

Məstanə qılıb cahan, zərəfşana gəlmişəm.
Osman deyər dilbərə: «Dünya görkü var səndə»,

Deyər yarım naz ilə: «Sahibcamal var məndə»,

«Görkəz mənə üzünü, canım civədir təndə»,

Deyər yarım: «Ol gövhər daim oturmuş gündə»,

Deyər Osman: «İraqdır,

Kələmələr fəraqdır,

Ədalətli sultansan, sahibgirana gəlmişəm».
Veysəl Qərani söylər: «Aşnalıqdır xəyalım»,

«Hindi beçələr üzdə». Yarım deyədir: «Xalım»,

«Əcəb gərdanmı, nədir?» Dilbər deyədir: «Qolum»,

Deyər: «Nə şəkər dəhan?» Yar deyər ki: «Eşq balım»,

Veysəl: «Zəbanım gəldi,

Dilə dastanım gəldi,

Həqqə deyib almadım, mən dəndana gəlmişəm».
Bağışlayar dastanın, xidmət qılar Yəsəvi,

Bir dəm salmaz nəzərin yarım könli-məsavi,

İntifayət əlində, versə dərdliyə davı,

Quşlar aşiyana qonub, səyyadlar qılıb avı,

Bihuşlar tutub humay,

Harun olub Hatəm Tay,

Malın verib miskinə der: «Peşmana gəlmişəm».
Deyər Mövlam: «Cəbrail, nə hadisə cahanda?

Peyğəmbərlər atəşli, cahan əhli fəğanda,

Bənd qalıbdır cəhənnəm, firdövs hasil məstanda,

Nə əcaib surətdir, şəmsi-qəmər dumanda?

Əyan qılın bu işi,

Artar aləm təşvişi,

Deyər: «Sərim çıxmayır, mən heyrana gəlmişəm».
Cəbrail nəzər salar, qafil oturmuş Osman,

Bihuş, yerdə təprənər Xıdır, İlyas, Süleyman.

Yusif, Əyyub, ərənlər, Yəqub, Davud, həm Loğman,

Veys, Əhməd Yəsəvi, İbrahim çəkib ərman,

İsa özün unudub,

Bir dilbəri yad edib,

Derlər: «Eşq yandırdı, həqq, lərzana gəlmişəm».
Eşqi coşub Əminin, dilbərə salıb nəzər,

İxtiyarın aldırıb, çəkər oldu ahi-zar,

Yavuz qaldı Rəhman, bilmir nə gəlməz xəbər,

Görsə Cəbrail onda, eşqin narına yanar,

Həqq qalıbdır heyrana,

Fəriştələr pərvanə,

Yar qaşında oturub, der: «Suzana gəlmişəm».
Deyər Mürtəza pirim: «Gör cahanın hədisin»,

Zülfüqarın altında bilməzsən amü xasın,

Nə lənətli əlamət, peyğəmbər eşq həvəsin

Alıb cüda olubdur, qoyub dinin, namısın,

Kimdir bu hala qoyan?

Qılgil bu işi əyan,

Yavuzluqda oturub, mən zəbuna gəlmişəm».
Çıxdı evdən dışarı, şölə salıb aləmə,

Əli halı zəbundır, eşqi yetib kəlama,

Deyər: «Ulus gəlməsin mənim çıxan naləmə,

Şölə verər ol peykər, vallah, mahi-salimə».

Əli donüb yolundan,

Zulfüqarı qolundan

Düşüb indi torpağa, der: «Pəlvana gəlmişəm».

Qəhhar ilə ol Mövlam yürür oldu dəmbədəm,

Deyər yarıma mənim: «Nurdan oldunmu, sənəm?»,

Deyər yarım: «Torpaqdan hasil qıldınız, mənəm,

Dəhanımda kövsərin, zəbanımda var şəbnəm,

Bu torpaqdan yaratdın,

Qüdrət ilə var etdin»,

Mövlam deyər: «Bilməzdən zənəxdana gəlmişəm».


Deyər Mövlam biqərar: «Qaldı eşqə bu başım,

Daim yavuzluq ilə olar mənim sirdaşım,

Cahan karından keçdim, eşqə verən atəşim,

Şol atəşin içində,

Eşqi-huşun içində

Laməkanı unudub, bu cahana gəlmişəm».


Çəkdi sünbül saçların nazlı dilbər üzündən,

Gün tutulub, bu aləm şölə aldı gözündən,

Mövlam taqət gətirməz, getdi şol dəm özündən,

Dedi yarım: «Həqq aşiq dönə bilməz sözündən,

Hökmü rəvan Birivar,

Mən Nəfəsə xiridar,

Bir şol deyib əzəldən, bu məkana gəlmişəm».
Çıxdı suyi-asmana gecələr çıxan ahım,

Aşna oldu canana, nəzər qılsın xudahım,

Vallah, həqqin alnında olmaz mənim günahım,

Məşuq varın saxlayır, eşq müqəddəs pənahım,

İnsan Nəfəsin yarı,

Külli aləm qərarı,

Mən əndəlib xoşbəxt, nov reyhana gəlmişəm.

1   ...   9   10   11   12   13   14   15   16   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə