ZƏHİRƏDDİn məHƏMMƏd babur baburnamə baki – 2011 Türksoy kitabxanası seriyası: 12



Yüklə 3,76 Mb.
səhifə18/39
tarix31.01.2017
ölçüsü3,76 Mb.
#7181
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

Şahqulu Gicəki: İraqdandır. Xorasana gəlib saz məşq edərək şöhrət qa­­zandı. Bir çox nəqş, pişrov və hava bəstələmişdir.

Hüseyn Udi: udu zövqlə çalır, zövqlü şeylər oxuyurdu. Udda bir sim­lə çalan o olmuşdur. Yeganə qüsuru çox nazlanaraq çalmasıydı. (182 b) Bir dəfə Şey­bani xan ona çalmağı əmr edir. İstəmədiyi üçün həm pis çalır, həm də öz sazını gətirməyərək pis bir saz gətirir. Şeybani xan fərqinə varır və elə oradaca ona xeyli zopa vurmağı əmr edir. Şeybani xanın dünyada gördüyü yeganə yaxşı işi bu olmuşdur. Həqiqətən, yaxşı iş görmüşdür. Belə həriflər bundan daha artığına layiqdir.

Qulam Şadi də bəstəkarlardan biri olub Şadi xanəndənin oğluydu. Düzdür, saz çalırdı, lakin sazəndələr cərgəsində çalmırdı. Yaxşı sövtləri və gö­zəl nəqşləri vardır. O dönəmdə onun qədər nəqş və sövt bəstələyən adam yoxdu. Axırda Şeybani xan onu Qazan xanı Məhəmməd Əmin xanın yanına göndərdi, sonra ondan bir xəbər alınmadı.

Mir Azu: saz çalmırdı, yalnız bəstəkardı. Az hava bəstələmişdir, lakin zövqlü havaları vardır.

Bənnai: bəstəkardı, yaxşı sövt və nəqşləri vardır.

Misilsiz bəstəkarlardan biri də Pəhlivan Məhəmməd Busəid idi. Pəh­li­vanlıqda məşhur idi. Şeir də söyləyirdi, sövt və nəqşlər də bəstələyirdi. Ça­hargahdan yaxşı bir nəqşi vardır. Xoşsöhbət bir adamdı. Pəhlivanlıqla bəs­tə­karlıq məziyyətini özündə cəmləşdirməsi qəribədir.

Sultan Hüseyn Mirzə vəfat edəndə mirzələrdən Bədiüzzaman Mirzə ilə Müzəffər Hüseyn Mirzə onun yanında idilər.

Müzəffər Hüseyn Mirzə Mirzənin ən sevdiyi oğlu, Məhəmməd Burun­duq Barlas da onun ixtiyar sahibi bəyi və atəkəsi, anası Xədicə bəyim də (183 a) Mirzənin etibarlı arvadı olduğu üçün və Mirzənin adamları daha zi­yadə Müzəffər Mirzəyə təmayül göstərdikləri üçün belə bir fikir vardı ki, Bədiüzzaman Mirzə tərəddüd edərək oraya gəlməz. Müzəffər Hüseyn Mirzə ilə Məhəmməd bəy şəxsən gedib könlündəki tərəddüdü ortadan qaldıraraq Bədiüzzaman Mirzəni gətirdilər.

Sultan Hüseyn Mirzəni Herata gətirib şahanə bir mərasim və ayinlə öz tikdirdiyi mədrəsəsinə dəfn etdilər. O zaman Zünnun bəy Arğun da orada idi. Məhəmməd Burunduq bəy, Zünnun bəy və Sultan Hüseyn Mirzədən qa­lan və bu iki Mirzə ilə birlikdə olan digər bəylər toplanıb fikir bir­li­yinə vara­raq Bədiüzzaman Mirzə ilə Müzəffər Hüseyn Mirzəni Herat taxtına ortaq bir şə­kildə çıxardılar.

Bədiüzzaman Mirzənin qapısında ixtiyar sahibi Zünnun bəy, Müzəffər Hüseyn Mirzənin qapısın­da isə ixtiyar sahibi Məhəmməd Burunduq bəydi. Şəhərin valisi olaraq Bədiüzzaman Mirzə tərəfin­dən Şeyx Əli Tağayi, Mü­zəffər Mirzə tərəfindən isə Yusif Əli Göyəldaş təyin edildi. Bu, qəribə bir işdi. Heç bir zaman padşahlıqda ortaqlıq eşidilməmişdir. Şeyx Sə­dinin Gü­lüs­tandakı bu sözünün tərsi oldu:

Dəh dərviş dər kilime bexoftənd,

Və dü padşah dər iqlime nəgoncənd.



On dərviş bir kilimindəüstündə yatar,

Halbuki iki padşah bir iqlimə sığışmaz.

KABİL - 912 (24 MAY 1506 - 13 MAY 1507)


DOQQUZ YÜZ ON İKİNCİ İLİN HADİSƏLƏRİ
BABURUN XORASANA DOĞRU YÜRÜŞÜ
Məhərrəm ayında [=1506 may-iyun] özbəkləri dəf etmək üçün (183 b) biz Xorasana yürüməyə qərar verərək Gur-Bənd və Şibertu yoluyla hərəkət et­dik. Cahangir Mirzə o vilayətdən narazı çıxmış olduğu üçün əgər ay­maq­la­­rı öz yanına çəksə, bəzi fitnə və fəsadçıların bir çox qarışıq­lıq törədə bilə­cək­lərini düşünərək, aymaqları dərhal ələ keçirmək üçün Üş­dür-Şəhərdə öz uruğumu və onun qorunması üçün də Vəli Xəzinə[çi] ilə Dövlət Qə­dəm Qa­ra­vulu qoyub oradan yüngül təchizatla və sürətlə hərəkət etdim.

O gün Zöhhak qalasına gəldik. Oradan Künbəzək keçidini aşaraq Say­ğan üzərindən Dəndan-Şikən keçidindən keçib Kahmərd çayırına endik. Su­l­tan Məhəmməd Dulday ilə birlikdə Seyid Əfzəl Xabbin Kabildən hərə­kət et­məmizin keyfiyyətini bil­dirmək üzərə Sultan Hüseyn Mirzəyənin yanına göndərildi.

Cahangir Mirzə bir az geridə qalmış və iyirmi-otuz adamıyla Bam­yan tərəfinə gəlirmuş. Bamyana yaxınlaşanda geridə qoyduğumuz uruğa aid ça­dır­larımızı görüb bizim də orada olduğumuzu zənn edir və dərhal geri qa­yı­dır. Ordugahına çatan kimi dərhal qalxaraq, arxalarına baxmadan Yekə ça­yı­rın ci­varına gedirlər.

Şeybani xan Bəlxi mühasirəyə almışdı. Bəlxdə o günlərdə Sultan Qu­lucaq olurdu. Şeybani xan iki-üç sultanı üç-dörd min adamla birlikdə Bə­dəx­şana axın üçün göndərdi.

O əsnada [Bədəxşan bəylərindən] Mübarək şahla Zübeyr də gəlib [Ba­­burun kiçık qardaşı] Nasir Mirzəyə qoşulmuşdular. (184 a) Gərçi əvvəlcə aralarında anlaşmaz­lıq və inciklik vardı. Kişmin aşağısında yerləşən Şah­dan­da və Kişm çayının şərq tərəfində əsgərləri ilə mövqe tutmuşdular.

Bu özbəklər sabaha qarşı basqına gəlib Kişm çayını keçərək Nasir Mir­zənin üzərinə hücum etdilər. Nasir Mirzə dərhal təpəyə çəkilib adamla­rı­nı yığıb şeypur çaldı­rdı və təpədən aşağıya yürüyərək çarpışmaya başla­yan kimi özbəklər geri çəkildilər. Onların keçib gəldikləri Kişm çayı yüksəldiyi üçün özbəklərin çoxu ox və qılıncla öldürüldü, bir çoxu əsir düşdü, suda da xeyli adam öldü.

Mübarək şah ilə Zübeyr isə Mirzədən bir az yuxarıda, Kişm tərəfində idilər. On­ların üzərinə göndərilən özbəklər onları təpəyə doğru sıxışdırdılar. Nasir Mirzə düşmənini qaçıranda bu vəziyyəti xəbər alaraq dərhal onların üstünə yürüdü. Yuxarıdan Kuhistan bəyləri də atlı və piyada adamlarını yı­ğıb gəlincə özbəklər savaşa bilməyərək qaçdılar. Bunlardan da bir çox adam ox və qılıncla öldürüldü, ya da suda boğuldu. Bəlkə minə, min beş yüzə qə­dər özbək öldü. Bu Nasir Mirzənin parlaq bir qələbəsi idi. Bu xəbəri bizə Kah­mərd ovasında ikən Nasir Mirzənin adamı gətir­di.

Biz o civarda ikən əsgərlərimiz Guri və Dəhanə tərəflərinə gedib ərzaq gətirdilər. (184 b) Orada olduğumuz müddət ərzində Xorasana göndərilmiş olan Seyid Əfzəl ilə Sultan Məhəmməd Duldayın məktubları gəldi. Bu mək­tublarda Sultan Hüseyn Mirzənin ölümü xəbər verilirdi. Bu xanədanın na­mu­sunu qorumaq üçün Xorasan tərəfinə yürüməyə davam etdik. Gərçi bu yü­rüyüşdə başqa səbəblər də yox deyildi.

Əcər dərəsinin içindən keçib Tüb, Mendaqan və Bəlxab yoluyla enib Kuhi-Safa çıxdıq. Özbəklərin San və Çəhar-Yekə axın etdiyi xəbərini alınca Qasım bəyi əsgərlə birlikdə bu axınçıların üstünə göndərdik. Bunlar da öz­bəklərə rast gəlib onları məğlub edərək bir çox baş kəsib gətirdilər.

Cahangir Mirzəyə və aymaqlara adamlar göndərdik. Onlardan xəbər alın­caya qədər bir neçə gün Kuhi-Saf yaylasında qaldıq. Bu civarın geyiyi ol­duqca çoxdur. Bir dəfə ova çıxdıq.

Bir-iki gün sonra bütün aymaqlar gəlib sədaqətlərini bildirdilər. Ca­han­­gir Mirzə də aymaqlara dəfələrlə adamlar göndərmişdi. Bir dəfə də İma­məd­din Məsudu göndərdi, amma aymaqlar getmədilər və mənim yanıma gəl­di­lər. Axırda Mirzə də məcbur qaldı və Kuhi-Safdan Dəreyi-Baya enən­də gəlib məni gördü. Biz Xorasanın qayğısında olduğumuz üçün Mirzəyə bax­ma­dan və artıq aymaqlardan da çəkin­mədən Gərzəvan, Əlmar, Qeysər və Çi­çəkdu üzərindən yürüyərək Fəxrəddin-Ölümündən keçib Badğisə tabe olan Dəreyi-Bam deyilən yerə gəldik. (185 a)

Hər tərəf qarışıq olduğu və hər kəs əl atıb vilayətdən və xalqdan bəzi şey­lər aldı­ğı üçün biz də o civardakı aymaq və türklərdən öz adımıza vergi kəsib bəzi şeylər almağa başladıq. Bu bir-iki ay içində bəlkə də üç yüz tü­mən kibəki1 alınmışdır.

Bizdən bir neçə gün öncə Xorasan ilqarı və Zünnun bəyin adamları Pənd-Dih və Mərvçaqda özbək axınçılarını məğlub edib xeyli özbəyi öldür­müşlər.

Bədiüzzaman Mirzə, Müzəffər Mirzə, Məhəmməd Burunduq Barlas və Zünnun Arğunun oğlu Şah [Şüca] bəylər Bəlxdə Sultan Qulucaqı müha­sirə edən Şeybani xanın üzərinə yürüməyə qərar verərək bu niyyətlə He­rat­dan hərəkət etdilər və Sultan Hüseyn Mirzənin bütün oğullarına adam­lar gön­dərib çağırdılar.

Badğisə gələndə isə Əbülmöhsün Mirzə Mərvdən gəlib Çihil-Doxtə­randa onlara qoşuldu. Onun arxasından İbn Hüseyn Mirzə də Tün və Qayın­dan gəldi. Kibək Mirzə isə Məşhəddə idi. Ona da bir neçə dəfə adam gön­dər­dilər. Lakin o xoş gö­rünməyəcək sözlər söyləyərək namərdlik edib gəl­mə­di. Onun kini Müzəffər Mirzəyə idi və «O padşah olsa, mən onun yanına necə gedərəm» deyirdi. Belə bir zamanda bütün böyük və kiçık qardaşlar bir araya yığılıb (185 b) ağızbirliyi edərək Şeybani xan kimi bir düşmənin üs­tünə əzmlə yürüməkdə ikən belə lüzumsuz bir qürur göstərib gəlmədi. Bu­nun səbəbini qüruruna yazsa da, hər kəs bunu onun namərdliyinə bağ­la­ya­caq­dır. Bu dünyada məqsəd insanın yaxşı iş­lərinin qalmasıdırsa, ağlı olan bir adam özündən sonra pis sayılacaq belə bir hərəkəti niyə etməlidir, şü­uru olan bir adam özündən sonra yaxşı sayılacaq belə bir işə niyə diqqət göstər­məsin.

Zikri-namira həkiman ömhi-sani qoftəənd.



Həkimlər adın yad edilməsini ikinci ömür saymışlar.

Mənim yanıma da elçilər gəldi. Sonra Məhəmməd Burunduq Barlas şəxsən gəldi. Mən də ni­yə getməyim dedim və yüz-yüz iyirmi ağac yolu bu məqsədlə yürüdüm. Məhəmməd Bəy ilə birlikdə hərəkət etdim. O əsnada mirzələr Mürqaba gəlmişdilər.



BABURUN SULTAN HÜSEYN MİRZƏNİN

OĞULLARI İLƏ GÖRÜŞMƏSİ VƏ HERATA GETMƏSİ
Bazar ertəsi günü cəmadiyülaxır ayının səkkizində (=26 oktyabr 1506) mirzələrlə görü­şüldü. Əbülmöhsün Mirzə yarım küruh məsafədən qarşıla­mağa gəlmişdi. Yaxınlaşınca mən bu tərəfdən atdan endim, Əbülmöhsün o tərəfdən atdan endi və yürüyərək gəlib görüşdük, təkrar atlara mindik.

Bir az irəlilədikdən sonra, ordugahın yaxınında Müzəffər Mirzə ilə İbn Hüseyn Mirzə bizi qarşılamağa gəldi. Bunlar yaş baxımından Əbül­möhsün Mirzədən kiçıkdilər, ona görə də ondan daha əvvəl qarşılamağa gəlmələri lazım idi. Amma hər halda bu gecikmə (186 a) və qüsur, kibirdən və ya mə­ni incitmək üçün olmayıb sərxoşluq və əyyaşlıq üzündən olmuşdur. Mü­zəffər Mirzə israr etdiyi üçün at üstündə görüşdük. İbn Hüseyn Mirzə ilə də bu şəkildə görüşdük.

Sonra gəlib Bədiüzzaman Mirzənin qapısına endik. Böyük bir izdiham toplan­mışdı. İzdiham o qədər çox idi ki, bu izdihamda bəziləri ayaqları yerə dəymədən üç-dörd addım gedirdi. İşi-gücü üçün getmək istəyənlər özlərin­dən asılı olmadan üç-dörd addım geriyə sürüklənirdi.

Bədiüzzaman Mirzənin divan çadırına çatdıq. Qərarlaşdırıldığına görə, mən çadı­ra girincə sayğı göstərərək yükünəcəkdim və Bədiüzzaman Mirzə də yerindən qalxıb bir qədər gələcək və sonra görüşəcəkdik. Mən çadıra girincə bir dəfə yükündüm və durmadan yürüdüm. Bədiüzzaman Mirzə isə yerindən bir az yavaş qalxıb bir az ləng yürüdü. Qasım bəy [koçin] mənim sa­­diq adamlarımdan biri idi və mənim na­musum onun namusuydu, qur­şa­ğım­dan çəkdi. Durumun fərqinə vararaq daha yavaş­ yürüdüm və qərarlaş­dı­rıl­mış olan yerdə görüşdük.

Bu böyük ağ çadıra dörd döşək qoymuşdular. Bədiüzzaman Mirzənin ağ ça­dırları mütlək yan qapılı olurdu və Mirzə daima bu qapının yanında otu­rurdu. Bir döşəyi bu qapının yanına qoymuşdular; Bədiüzzaman Mirzə ilə (186 b) Müzəffər Mirzə bu döşəkdə oturdular. Bir döşək də sağ tərəfə, yu­xarıya qoymuşdular, Əbülmöhsün Mirzə ilə mən bu döşəkdə oturduq. Bə­diüzzaman Mirzənin döşəyindən aşağı­ya və sol tərəfə də bir döşək qoymuş­dular, bu döşəyə isə Mirzənin bəyi və Qasım Hüseyn Sultanın atası olan öz­bək Şeybani sultanlarından Qasım Sultan ilə İbn Hüseyn Mirzə oturdular. Mənə qoyduqları döşəkdən aşağı, sağ tərəfimə bir döşək daha qoymuşdular, Cahangir Mirzə ilə Əbdürrəzzaq Mirzə də o döşəkdə oturdular. Məhəmməd Burunduq bəy, Zünnun bəy Arğun və Qasım bəy isə sağ tərəfimdə, Qasım Sultan ilə İbn Hüseyn Mirzədən xeyli aşağıda oturdular.

Yemək verildi. Söhbət olmadığı halda yemək verilən yerə masa qoyub altın və gümüş sürahiləri masa üzərinə düzdülər. Əvvəllər bizim atalarımız və ağaları­mız Çingiz törəsinə çox riayət edirdilər. Məclisdə, divanda, şölən və yeməkdə oturmaq və qalxmaqda bu törədən kənara çıxmazdılar. Çingiz xanın törəsi mütləq şəkildə ona riayət edilməsi gərəkən sərt bir qanun de­yildir. Lakin bir adamdan yaxşı bir nizam qalmışsa, ona uyğun hərəkət et­mək lazımdır, ata­lar pis bir iş görmüşlərsə bunu yaxşı bir işlə əvəz etmək gərəkdir.

Yeməkdən sonra atlara minib endiyimiz yerə gəldim. Bizim ordugah ilə (187 a) mirzələrin ordugahının arasında bir şeri məsafə vardı.

İkinci dəfə getdiyim zaman da Bədiüzzaman Mirzə birinci dəfə oldu­ğu kimi yenə hörmət göstərmədi.

Məhəmməd Burunduq bəy ilə Zünnun bəy [Arğun] vasitəsilə bunu çat­dırdım: «Gərçi yaşım kiçıkdür, lakin törəm böyükdür. Ata taxtı olan Sə­mərqəndi iki dəfə müharibə ilə alıb orada oturmuşam. Bu ailə üçün yadla, yağı ilə kim mənim qədər mücadilə etmişdir. Mənə qarşı sayğı göstərməmək yaraşmaz». Bu ağla uyğun sözlər söylənincə etiraf etdilər və mənə sayğı gös­tərmə işini yerinə yetirdilər.

Bir dəfə də Bədiüzzaman Mirzənin yanına gedəndə günortadan son­ra idi və içki məclisi oldu. Mən o zamanlar içki içmirdim. Gözəl və süslü bir məclis idi. Süfrədə hər cür məzə vardı. Toyuq və qaz kababları, hər növ ye­mək ikram etdilər. Bədiüzzaman Mirzənin məclisini çox tərifləyirdilər. Hə­qi­qətən, əndişəsiz və rahat bir məclis idi. Mürqab sahilində olduğumuz vaxt ərzində Mirzənin içki məclisində iki-üç dəfə iştirak etdim, içki içmədiyimi bil­dikləri üçün təklif etmədilər.

Müzəffər Mirzənin məclisinə də bir dəfə getdim. Hüseyn Əli Cəlair və Mir Bə­dir də Müzəffər Mirzənin yanındaydılar, (187 b) o məclisdə işti­rak edirdilər. Kefi gəlincə Mir [Seyid] Bədir rəqs etdi və gözəl rəqs etdi. Bu rəqs hər halda Mir Bədirin öz icadıdır.

Mirzələr Heratdan hərəkət edib bir-birlərinə katılaraq yığışıb Mürqaba gələnə qədər üç-dörd ay vaxt keçdi. Sultan Quluçaq sıxışaraq Bəlx qalasını özbəklərə təslim etdi. Özbəklər də Bəlxi aldıqdan sonra Mir­zələrin bir yerə toplandıqlarını xəbər alaraq Səmərqəndə geri qayıtdılar.

Bu mirzələr söhbətdə, məclislərdə və insanlara olan rəftarda qü­sursuz olsalar da, hərb sənətinin hiylələrindən və kələklərindən iraq, dava-döyüşün şücaətindən uzaq idilər.

Mürqabda olduğumuz zaman Haxnəzər Çapanın dörd-beş yüz adam­la gəlib Çiçəkdu civarını yağmaladığı xəbəri gəldi. Bütün mirzələr yığışmış olduqları halda bu yağmacıların üstünə heç cürə ilqar göndərə bilmədilər. Halbuki Mürqab ilə Çiçəkdu arası on ağac məsafədir. Bu işi mən öz üzərimə almaq istədim. Amma bunu namus məsələsi edərək mənə də izin vermədi­lər.

Şeybani xan geri qayıtdığı və il də artıq gecikilmiş olduğu üçün mirzə­lərin bu qışı uyğun bir yerdə keçirərək, düşməni dəf etmək üçün yazda bir­likdə hərəkət etmələri qərara alındı.

Mənə Xorasan civarında qışlamağı təklif etdilər. Kabil və Qəznə qarı­şıq­lıqla dolu yerlər olduğu üçün türklər və moğollar, aymaqlar və məiyyət­lər, əfqanlardan və həzarələrdən çeşitli xalq və el Kabilə (188 a) yığışmışdı. Üstəlik, Xorasan ilə Kabil arası ən qısa olan dağ yolu ilə qar və buz maneəsi olmasa bir ay qədər sürən bir yoldu, ovalıq üzərindən isə qırx-əlli günlük yol­du. Bundan başqa, vilayət də hələ mənə könül bağlamamışdı və tərəfdar­la­rımızdan heç kim bizim burada qışla­mamızı doğru saymırdı.

Mirzələrə üzrümüzü söylədik, lakin qəbul etmədilər, daha artıq israr et­dilər. Nə qədər məzur görmələrini söylədiksə, təkliflərində bir o qədər is­rar et­dilər. Axırda Bədiüzzaman Mirzə, Əbülmöhsün Mirzə və Müzəffər Mir­zə çadırıma qədər gəlib qışda burada qalmağı təklif etdilər. Mirzələrin üzünə «xeyr» deyə bilmədik.

Belə padşahların şəxsən özlərinin gəlib burada qalmağı təklif et­mə­ləri ilə yanaşı məndə dünyanın insanlarla məskun yerlərində bir bənzəri daha olmayan və özəlliklə də Sultan Hüseyn Mirzənin dönəmində və onun idarəsi altında gözəlliyi və işıltısı on, hətta iyirmi misli artmış olan Heratı görmək arzusu da çox idi. Bu üzdən burada qalmağı qəbul etdik.

Əbülmöhsün Mirzə öz vilayəti olan Mərvə getdi. İbn Hüseyn Mirzə də Tün və Qayına getdi. Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzələr də Herata hərəkət etdilər. İki üç gün sonra mən də arxalarından Çihil-Doxtəran və Daş-Ribat yoluyla Herata doğru yürüdüm.

Bütün bəyimlər, Payəndə Sultan bəyim, mənim bibim Xədicə bəyim, Apağ bəyim və Sultan Əbu Səid Mirzənin qızları olan digər bibi bəyimlərin hamısı Sultan Hüseyn Mirzənin mədrəsəsində toplandılar. Bütün bəyimlər (188 b) Mirzənin məqbərəsindəydilər, gedib onları gördüm. Öncə Payəndə Sultan bəyim ilə yükünərək görüşdüm. Ondan sonra Apağ bəyim ilə yükün­mədən görüşdüm. Sonra Xədicə bəyim ilə yükünərək görüşdüm.

Bir müddət orada oturduq və hafizlər Quran oxuduqdan sonra Xədicə bəyimin çadı­rı qurulan güney tərəfindəki mədrəsəyə getdik. Xədicə bəyim tərəfindən yemək verildi.

Yeməkdən sonra Payəndə Sultan bəyimin evinə getdim. O gecə orada qal­dım. Əvvəlcədən mənə Baği-Nevdə bir yer təyin etmişdilər. Ertəsi gün gə­lib Baği-Nevə en­dim və Baği-Nevdə bir gecə qaldım. Sonra onu da uyğun gör­mə­yərək Əlişir bəyin [Nəvai] evlərini təyin etdilər və Heratdan gedənə qədər Əlişir bəyin ev­lərində qaldım.

Hər iki-üç gündə bir dəfə gedib Baği-Cahanarada Bədiüzzaman Mir­zə­­nin hüzuruna çıxardım.
MÜZƏFFƏR MİRZƏNİN DƏVƏTİ
Bir neçə gün sonra Müzəffər Mirzə məni evinə dəvət etdi. Müzəffər Mirzə Baği-Səfiddə otururdu. Xədicə bəyim oradaydı. Cahangir Mirzə də mə­nimlə birlikdə gəldi. Xədicə bəyimin hüzurunda yemək verildikdən sonra Müzəffər Mirzə bizi Babur Mirzənin tikdirmiş olduğu Tarabxana adlı ima­rətə götürdü. Tarabxanada içki məclisi quruldu.

Tarabxana bağın ortasında yerləşir, iki qatlı, bir az kiçık, lakin olduq­ca şirin bir imarətdir. Üst qatına bir az artıq bəzək vurmuşlar. Dörd guşəsin­də dörd hücrə vardır. Bundan başqa, bu dörd hücrənin arasındakı və ortadakı boşluq tamamən bir ev içidir. (189 a) Hücrələrinin arası dörd şahnişin şək­lində tikilmiş bir həyətdir. Bu evin hər guşəsi rəsmlərlə süslüdür. Bu imarəti Babur Mirzə tikdirsə də, bu təsvirlər Sultan Əbu Səid Mirzənin əmri ilə çə­kilmişdir və onun meydan müharibələrini və çarpışmalarını əkc etdirir.

Şimal tərəfdəki şahnişinə üzbəüz iki döşək qoydular, döşəklərin yan­ları şimala doğruydu. Bir döşəkdə Müzəffər Mirzə ilə mən oturdum, digər dö­­şəkdə də Sultan Məsud Mirzə ilə Cahangir Mirzə oturdular. Müzəffər Mirzənin evində qonaq olduğumuz üçün Müzəffər Mirzə məni özündən yu­xarıya oturtmuş­du.

Saqilər şərab piyalələrini doldurub dolaşaraq məclisdəkilərə təqdim et­məyə, məclisdəkilər də bu saf şərabları abi-həyat kimi içməyə başladılar. Məclis qızışdı, şərablar başa vurdu. Məni də içirmək və bu məclisə daxil et­mək niyyətindəydilər.

Mən gərçi bu vaxta qədər başıma vuracaq dərəcədə şərab içmir və sər­xoşluğun necə olduğunu bilmirdım, lakin şərab içməyə arzum vardı və bu va­didən keçməyi könlüm istəyirdi. Uşaqlıqda içkiyə meylim yoxdu və şə­rabın ləzzətini bil­məzdim. Bəzən atam şərab təklif edəndə üzr istəyir (l89 b) və qəbul etməzdim. Atamdan sonra Xoca [Mövlana] Qazının uğurlu təsiri ilə zahid və müttəqi idim. Şərab içmək o yana, şübhəli yeməklərdən belə sa-qınırdım. Sonraları gənclik həvəsi ilə nəfsimə yenilərək şəraba meylim orta­ya çıxdı, lakin təklif edəcək bir adam yoxdu, hətta şəraba meylimin olduğu­nu bilən də yoxdu. Meylim olsa da, o zamana qədər tutmadığım bir işi öz-özünə etmək çətin idi.

«Madam ki bu qədər təklif edirlər və bütün eyş-işrətin səbəb və vasitə­lə­ri mükəmməl və hazırdır, Herat kimi arəstə bir şəhərə gəlmişik, indi də iç­məsəm, nə zaman içərəm» deyə düşündüm və içməyə qərar verərək bu va­didən keçməyə əzm etdim. Lakin «Bədiüzzaman Mirzə böyük qardaşdır. Onun əlindən və onun evində içməyib kiçık qardaşı­nın əlindən və kiçık qar­da­şının evində içsəm, xatirinə bir şey gəlir» deyə düşün­düm və bu tərəd­dü­dümü dilə gətirdim. Bu sözümü məqbul görüb məclisdə bir da­ha şərab təklif etmədilər. Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzənin birlikdə ol­duqları bir zamanda hər iki mirzənin təklifiylə içməmə qərar verildi.

Məclisdə xanəndələrdən (190 a) Hafiz Hacı ilə Cəlaləddin Mahmud Ne­yi vardı. Qulam Sadinin kiçık qardaşı Şadi Beçə çəng çalırdı. Hafiz Hacı gözəl oxuyurdu. Heratlılar xəfif, nazik və düz oxuyur. Cahangir Mirzənin Mir Can adlı səmərqəndli bir xanəndəsi vardı, zildən, sərt və usulsüz oxu­yur­du. Cahangir Mirzə keiflənincə onun oxumasını əmr etdi. Çox zildən, sərt və zövqsüz oxudu. Xorasanlılar zərifdirlər, onun bu oxumasından biri qu­lağını tutdu, digəri də üzünü turşutdu, lakin Mirzəyə görə heç kim ona ma­ne ola bil­mədi.

Axşamdan sonra Tarabxanadan Müzəffər Mirzənin tikdirmiş olduğu ye­ni qış evinə gəldik. Bu evə gələndə çox sərxoş olan Yusif Əli Göyəldaş qalxıb rəqs etdi. Üsul sahibi bir adamdı; yaxşı rəqs etdi. Bu evə gələndə söh­bət möhkəm qızışdı. Müzəffər Mirzə mənə kəmərilə birlikdə bir qılınc, quzu dərisindən bir kürk və cins bir boz at verdi. Bu evdə Canik bir türkü söylədi. Müzəffər Mirzənin Kəttə Mah və Kiçık Mah adlı oğulları vardı. Sərxoş olub bir az zövqsiz masqaralıqlar elədilər, şənlik axşama qədər davam etdi. Məc­lis dağıldı. Mən o gecə o evdə qaldım.

Qasım bəy mənə şərab təklif etdikləri xəbərini duyub Zünnun bəyin yanına adam göndərmiş, Zünnun bəy də mirzələrə nəsihət edircəsi­nə sərt sözlər söyləmiş, onlar da şərab təklifindən tamamən vaz keçmişlər (l90 b).
BƏDİÜZZAMAN MİRZƏNİN DƏVƏTİ
Bədiüzzaman Mirzə Müzəffər Mirzənin qonaqpərvərliyini eşidib Ba­ği-Cahanaradakı Müqəvvi­xanadə bir məclis quraraq məni dəvət etdi. Bizim bəzi içkiləri və igidləri də dəvət etdilər.

Mənim yanımdakılar mənim üzümdən içmirdilər. Ayda və ya qırx gün­­­də bir dəfə içəndə də qapıları bağlayıb qorxa-qorxa içirdilər. Belə adam­ları dəvət etdilər. Oraya gedəndə də ya məndən oğrun, yahud da əlləri ilə giz­ləyərək min cür sıxıntıyla içdilər. Düzdür, mənim tərəfimdən məclisdə olanlara ümumi bir izin verilmişdi, çünki bu məclis atam və ya böyük qar­daşımız kimi sayılacaq bir ada­mın məclisi idi.

Məclisə müəllih [salxım söyüd] gətirdilər. Təbii, yoxsa süni olduğunu bilə bilmədiyim saçlarının arasına kimsanı1 uzununa incə-incə kəsib qoy­muş­du­lar. Gözəl gö­rünürdu.

Bu məclisdə mənim önümə qaz kababı qoydular. Quş parçalamadığım və doğramadığım üçün əlimi vurmadım. Bədiüzzaman Mirzə «Niçin buyur­mursunuz» dedi. Mən də «Doğramaqdan acizəm» dedim. Bədiüzzaman Mir­­zə dərhal mənim önümdəki qazı alıb parçalayıb doğrayaraq təkrar önü­mə qoydu. Belə (191 a) işlərdə Bədiüzzaman Mirzə misilsiz bir adamdı. Məc­lisin Axırda mənə dəgərli daşlarla bəzənmiş kəmərli bir xəncər, bir kürk və cins bir at verdi.



BABUR HERATI GƏZİR
Heratda qaldığım iyirmi gün ərzində hər gün ata minib görmədiyim yerləri gəzir­dim. Bu gəzintilərdə bələdçiimiz Yusif Əli Göyəldaş idı. Hər seyr yerinə gələndə o, başqa bir yemək ikram edirdi.

Bu iyirmi gün içində məşhur seyr yerlərindən Sultan Hüseyn Mirzə­nin xanəgahından başqa görmədiyim yer bəlkə də qalmamışdır. Qazürgah, Əli­şir bəyin [Nəvai] bağı, kağız dəyirmanı, Təxti-Asitanə, Püli-Gah, Kəh­distan, Baği-Nəzərgah, Nemətabad, Qazürgah xiyabanı, Sultan Əhməd Mir­zənin sərdabəsi, Təxti-Səfər, Təxti-Nəvai, Təxti-Bərkər, Təxti-Hacı bəy, Şeyx Ba­haəddin Ömər, Şeyx İzzəddin və Mövlana Əbdürrəhman Caminin məzar və məqbərələri, Namazgahi-Muxtar, Hövzi-Mahiyan, Saqi-Salman, əv­vəlki adı Əbülvəlid olan Billuri, İmam-Fəxr, Baği-Xiyaban, Mirzənin mədrəsələri və məqbərələri, Gövhərşad bəyimin mədrəsə, məqbər və məs­cid camisi, Baği-Zağan, Baği-Nev, Baği-Zübeydə, Sultan Əbu Səid Mirzənin tikdirdiyi və İraq darvazasının dışında yerləşən Ağ-Saray, (191 b) Puran, Süffeyi-Tirən­dəzan, Çərgöləng, Əmir Vahid, Püli-Malan, Xoca-Tağ, Baği-Səfid, Tarab­xana, Baği-Cahanara, Köşk, Müqəvvixana, Süsənixana, Dəvaz­dəh, Bürc, Ca­hanaranın şimal tərəfindəki böyük hovuz və dörd tərəfindəki dörd ima­rət, qalanın ön darvazası, Darvazeyi-Məlik, Darvazeyi-İraq, Darva­ze­yi-Fi­ruz­abad, Darvazeyi-Xoş, Darvazeyi-Qıpçaq, Məlik-Bazarı, çarşı, şey­x­ül­is­lam mədrəsəsi, Məliklərin məscid camisi, Baği-Səhər, Bədiüzza­man Mir­zə­nin Cuyi-Əncir sahilindəki mədrəsəsi, Əlişir bəyin yaşadığı və Ünsiyyə de­dik­ləri evləri, məqbərəsi və Qüdsiyyə dedikləri məscid camisi, mədrəsəsi, Xi­lasiyyə və İxlasiyyə dedikləri xanəgahı, hamam, Səfaiyyə və Şəfaiyyə de­dik­ləri darüşşəfası - bunların hamısını bu qısa zaman içində gəz­dim.

Sultan Əhməd Mirzənin qızı Məsumə Sultan bəyimi anası Həbibə Sul­tan bəyim bu fətrətlərdən bir az öncə özü ilə birlikdə Xorasana gətirmiş imiş, Bir gün mən əkəmi görməyə gedəndə anası ilə gəlib məni gördü. Onu gö­rən­də məndə ona qarşı böyük bir arzu oyandı. Gizlicə adamlar göndərib əkəm və yengəmlə -Payəndə Sultan bəyimə (192 a) əkə, Həbibə Sultan bə­yimə yengə deyirdim- danışaraq yengəmin qızını yanına alıb mənim arxam­dan Kabilə gəlməsini qərarlaşdırdıq.

Məhəmməd Burunduq bəy ilə Zünnun bəy Arğun mənim burada qışla­mam üçün çox qeyrət edirdilər. Lakin qışlamaq üçün bir yer göstərmədikləri kimi, bunun üçün gərəkli olan şeyləri da təmin etmirdilər.

Qış gəldi və aradakı dağlara qar yağdı. Kabil tərəfindən da nigarançılı­ğımız hələ çox idi. Bunlarsa nə qışı keçirə biləcək bir yer verir, nə də qışla­mağa uyğun bir yer göstərirdilər.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin