A. M. Qafarov, P. H. SÜLeymanov, F.İ. MƏMMƏdov



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix29.02.2020
ölçüsü1,49 Mb.
#30577
  1   2   3   4   5   6   7   8   9
METROLOGİYA


 
 
A.M.QAFAROV, P.H.SÜLEYMANOV,    
F.İ.MƏMMƏDOV  
 
 
 
 
 
 
 
 
 
METROLOGİYA 
STANDARTLAŞDIRMA VƏ 
SERTİFİKATLAŞDIRMA  
(M
etrologiya, standartlaşdırma və sertifikatlaşdırma fənnindən kurs 
işlərinin yerinə yetirilməsi üçün metodiki vəsait) 
 
 
 
 
Azərbaycan Respublikası 
Təhsil Nazirliyinin əmri ilə  
Ali Texniki Məktəblər üçün 
metodiki vəsait kimi təsdiq 
edilmişdir. 
 
 
 
BAKI   2012 

 
 
 
 

 
UOT 006 
BBK 30.10.65.2/4 
Q 26 
 
Rəy verənlər: 
T
exnika elmləri doktoru, professor Ə.X.Canəhmədov 
(A
zərbaycan Dövlət Neft Akademiyası) 
 
Texnika 
elmləri doktoru, professor V.A.Abasov 
(Az
ərbaycan Texniki Universiteti) 
 
          Elmi redaktor: T.u.f.d. 
F.M. Kəlbiyev (AzTU) 
A.M. Qafarov, P.H
.Süleymanov, F.İ.Məmmədov.
 
Metrologiya, standar
tlaşdırma və sertifikatlaşdırma

K
urs  işlərinin  yerinə  yetirilməsi  üşün  metodiki  vəsait.  Bakı,  2012, 
176 s. 
 
 
Metodiki 
vəsait 
metrologiya, 
standartlaşdırmap 
və 
sertifikatlaşdırma  fənnindən  kurs  işlərini  yerinə  yetirmək  üçün 
nəzərdə  tutulmuşdur.  Metodiki  vəsait  5  fəsildən,  vahid  proqram 
əsasında  işlənmiş  və  metodiki  cəhətdən  əsaslandırılmış  5  ayrı-ayrı 
tapşırıqdan ibarətdir. 
Metodiki  vəsait  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar 
Nazirliyinin  Akademiyasının  “Həyat  fəaliyyətinin  təhlükəsizliyi 
mühəndisliyi”,  “Yanğın  təhlükəsizliyi  mühəndisliyi”  ixtisaslarının 
spesifi
k  xüsusiyyətləri  nəzərə  alınmaqla  hazırlanmışdır.  Metodiki 
vəsait  Ali  texniki  məktəblərin  digər  ixtisasları  üçün  də 
müvəffəqiyyətlə istifadə oluna bilər.    
 
 
 

 
 
 
 

 
 
G
İRİŞ 
 
Kurs 
işinin 
məqsədi 
tələbələrdə, 
«Metrologiya, 
standartlaşdırma və sertifikatlaşdırma» fənnindən verilmiş məsələləri 
sərbəst həll etmək vərdişlərini yaratmaq, mühazirələrdə şərh olunan 
nəzəri materialları dərindən mənimsətmək, sorğu materiallarından və 
müxtəlif  standartlardan  istifadə  etmək  qaydalarını  aşılamaq,  onları 
əsas  hesablama  nəzəriyyələri  ilə  tanış  etmək  və  gələcək 
mütəxəssisləri təcrübi fəaliyyətə hazırlamaqdır. 
Elmin 
və 
texnikanın 
inkişafında 
metrologiyanın, 
standartlaşdırmanın  və  sertifikatlaşdırmanın  rolu  böyükdür.  Bu 
elmlərin  qabaqlayıcı  inkişafı  olmadan  bir  çox  elmi  istiqamətlərin 
tərəqqisi,  o  cümlədən  ölçmə  texnikasının  yaradılması,  yeni 
standartların  işlənməsi,  müasir  maşın  və  avadanlıqların  yaradılması 
mümkün deyildir. 
Məlumdur  ki,  ölçmə  proseslərinin  əsas  məsələlərindən  biri 
ölçmənin  vahidliyini  və  onların  nəticələrinin  doğruluğunu  təyin 
etməkdir.  Bu  onunla  əlaqədardır  ki,  sənayenin  müxtəlif  sahələri 
inkişaf  etdikcə,  ölçmələrin  dəqiqliyinə  təlabatlar  da  artır,  ölçülən 
kəmiyyətlərin 
ölçmə 
diapozon
ları 
genişlənir, 
tezdəyişən 
kəmiyyətlərin,  onların  toplularının,  proseslərin  və  sistemlərin 
xarakteristkalarının ölçülməsinin vacibliyi yaranır. 
Vəsait  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  tərəfindən 
təsdiq olunmuş proqrama uyğun tərtib edilmişdir.Vəsaitdə qoyulmuş 

 
 
 
 

 
məsələlərə  aid  nəzəri  materialların  qısa  şərhi  və  onların  həllinə  aid 
konkret misallar verilmişdir. 
Hazırlanmış məhsul, təyinatından asılı olaraq müxtəlif xüsusi 
istismar göst
əricilərinə malik olmalıdır. Məsələn, nəqliyyat maşınları 
üçün əsas xüsusi göstəricilər: onların yükqaldırma qabiliyyəti, gücü, 
hərəkət  sürəti,  maneələri  keçmə  qabiliyyəti,  mühərrikinin  faydalı  iş 
əmsalı  və  sairədir.  Metal  emal  edən  avadanlıqlar  üçün:  emal 
dəqiqliyi,  uzun  müddət  ilkin  dəqiqliyi  saxlama  xüsusiyyəti,  emal 
edilən  səthin  ölçüsünü  saxlamaq  qabiliyyəti,  məhsuldarlıq,  sürət 
hədləri, güc, sazlamanın rahatlığı və s; Ölçü cihazları üçün: ölçmənin 
dəqiqliyi,  ölçünün  çeviriciliyi,  cihazın  həssaslığı,  şkalanın  bölgü 
qiyməti, ölçmə həddi və s. 
Bəzi  hallarda  eyni  tipli  məhsulun  bu  və  ya  digər  xassəsini 
qiymətləndirmək  üçün  onlardan  istifadə  etmənin  texniki-iqtisadi 
səmərəliliyini müəyyənləşdirmək lazım gəlir. Məsələn, belə göstərici 
kimi  maşının  bütün  istismar  dövrü  müddətində  hazırladığı  hər  bir 
məhsula sərf edilmiş xərc və s. götürülə bilər. 
Müasir  sənayenin  buraxdığı  məhsulların  keyfiyyətinin  əsaslı 
yüksəldilməsi  problemləri  standartlaşmanın  və  metrologiyanın 
rolunu xüsusi olaraq ön plana çəkir. 
Metrolog
iya  və  standartlaşdırmadan  yalnız  elm,  texnika  və 
istehsalatda  deyil,  eyni  zamanda  insan  həyatının  bütün  sahələrində: 
məişətdə, incəsənətdə, ictimai və siyasi həyatda geniş istifadə edilir. 

 
 
 
 

 
Sənayenin  müxtəlif  sahələrində  metrologiyanın,  metroloji 
təminatın,  standartlaşdırmanın,  keyfiyyətin  idarə  olunmasının, 
sertifikatlaşdırmanın,  maşın  və  məmulatların  istehsalının  təşkilində 
müstəsna  rolu  və  əhəmiyyəti  vardır.  Azərbaycan  dövlətinin 
beynəlxalq  əlaqələri  inkişaf  etdikcə,  elmin  və  texnikanın  göstərilən 
istiqamətləri bir daha öz vacibliklərini ön plana çəkirlər. 
Metodiki 
vəsait 
metralogiya, 
standartlaşdırma 
və 
sertifikatlaşdırma  fənnindən  kurs  işlərini  yerinə  yetirmək  üçün 
nəzərdə  tutulmuşdur.  Metodiki  vəsait  5  fəsildən,  vahid  proqram 
əsasında  işlənmiş  və  metodiki  cəhətdən  əsaslandırılmış  5  ayrı-ayrı 
tapşırıqdan ibarətdir. 
Metodiki  vəsait  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar 
Nazirliyinin  Akademiyasının  “Həyat  fəaliyyətinin  təhlükəsizliyi 
mühəndisliyi”,  “Yanğın  təhlükəsizliyi  mühəndisliyi”  ixtisaslarının 
spesifik  xüsusiyyətləri  nəzərə  alınmaqla  hazırlanmışdır.  Metodiki 
vəsait  Ali  texniki  məktəblərin  digər  ixtisasları  üçün  də 
müvəffəqiyyətlə istifadə oluna bilər. 
 
 
 
 

 
 
 
 

 
I HİSSƏ 
HESABLAMA METODIKASI 
 
I FƏSIL. MAŞIN HİSSƏLƏRİ BİRLƏŞMƏLƏRİNİN 
MUSAİDƏ VƏ OTURTMALAR SİSTEMİNİN 
QURULMASI PRİNSİPLƏRİ 
 
1.1. Nominal, həqiqi və hədd ölçüləri, hədd 
sapmaları, müsaidə və oturtmalar. 
 
 
Nominal ölçü (D, d, l 
və s.)  elə ölçüyə deyilir ki, sapmaların 
hesablanması üçün başlanğıc kimi qəbul olunur və ona nəzərən hədd 
ö
lçüləri  təyin  edilir.  Birləşməni  təşkil  edən  detallar  üçün  nominal 
ö
lçü  eynidir.  Məmulun  nominal  ölçülərini  bərkliyə,  möhkəmliyə, 
həmçinin  həndəsi  formasının  mütənasibliyinə  və  konstruksiyanın 
texnolojuluğuna  görə  müəyyənləşdirirlər.  Nominal  ölçü ideal 
ö
lçüdür.  Deşik  üçün  D,  val  üçün  isə  d  ilə  işarə  edilir.  Pəstahların, 
detalların,  ölçən   və   kəsən   alətlərin,   ştampların,  tərtibatların  tip  
 
Şəkil 1.1. Detalların və birləşmənin nominal ölçüləri. 
 

 
 
 
 

 
ö
lçülərini  ixtisara  salmaq,  texnoloji  proseslərin  tipləşdirməsini 
sadələşdirmək  üçün  hesabat  yolu  ilə  alınmış  ölçüləri  yuvarlaqlaş-
dırmaq  lazımdır.  Nominal  ölçü  layihələndirmədə  alınan,  detalın  və 
birləşmənin cizgidə qoyulmuş sonuncu ölçüsüdür (şəkil 1.1.). 
Həqiqi ölçü elə ölçüyə deyilir ki, buraxıla bilən xəta ilə, ölçmə 
nəticəsində  təyin  edilir.  Bu  anlayış  ona  görə  qəbul  edilmişdir  ki, 
detalları tələb olunan mütləq dəqiq ölçülərlə və xətalar etmədən ha-
zırlamaq mümkün deyildir. İşləyən maşında detalların həqiqi ölçüləri 
yeyilməyə,  elastiki,  qalıq,  istilik  deformasiyalarına  uğradıqlarından 
və  s.  səbəblərdən  statik  vəziyyətdə,  yaxud  yığım  zamanı  olan 
ö
lçülərdən  fərqlənirlər.  Bu  şəraiti  detalların  dəqiqlik  analizində 
mütləq nəzərə almaq lazımdır. 
Hədd  ölçüləri,  hazırlanmış  yararlı  detalın  həqiqi  ölçüsünün 
həmin hədlər daxilində və  ya onlara bərabər olan buraxıla bilən iki 
hədd  ölçüsüdür.  Hədd  ölçüləri  ən  böyük  və  ən  kiçik olurlar. Əgər 
hissə yararlıdırsa, onda onun səthlərinin həqiqi ölçüləri uyğun hədd 
ö
lçüləri daxilində yerləşmiş olur. 
Əgər  deşiyin həqiqi ölçüsü ən kiçik hədd ölçüsündən kiçikdir-
sə, bu cür deşik düzəldilə bilən çıxdaşdır. Yuvanın həqiqi ölçüsü ən 

yük  hədd  ölçüsündən  böyükdürsə,  bu  düzəldilməsi  mümkün  ol-
mayan çıxdaşdır (zay məhsuldur). Əgər valın həqiqi ölçüsü ən böyük 
hədd  ölçüsündən  böyükdürsə,  düzəldilməsi  mümkün  olan,  həqiqi 
ö
lçüsü  ən  kiçik  hədd  ölçüsündən  kiçikdirsə,  düzəldilməsi  mümkün 
olmayan çıxdaşdır. 

 
 
 
 

 
 
Yuvanın hədd ölçülərini D
max,
  D
min,
 
valın hədd ölçülərini isə 
d
max
 
və d
min
 
ilə işarə edirlər  (şəkil 1.2.a). 
 
Şəkil 1.2. Ara boşluqlu oturtmada deşiyin 
və valın müsaidə sahələri 
 
 
Standartlara gö
rə keçən və keçməyən hədd anlayışları da qəbul 
edilmişdir.  Keçən  hədd  elə  həddir  ki,  materialın  maksimum  miq-
darına,  yəni  valın  yuxarı  və  deşiyin  aşağı  hədd  sapmalarına  uyğun 
gəlir. Keçməyən hədd elə həddir ki, materialın minimum miqdarına, 
yəni  valın  aşağı  və  deşiyin  yuxarı  hədd  sapmalarına  uyğun  gəlir.     
ва
лын
 ян
 к
ич
ик
 
щя
дд
 ю
лчц
сц
, d
m
in
де
ший
ин
 ян
 к
ичи
к 
щя
дд
 ю
лч
цс
ц,
 D
m
in
ва
лын
 ян
 б
юй
цк
 
щя
дд
 ю
лчц
сц
, d
m
ax
n
де
ший
ин
 ян
 б
юй
цк
 
щя
дд
 ю
лч
цс
ц,
 D
m
ax
n
но
m
ин
ал
 
юл
чц
, D
,d
 
ва
лын
 m
цс
аи
дя
си,
 T
d
де
ший
ин
 
m
цс
аи
дя
си,
 T
D
ва
лын
 а
ша
ьы
 щ
яд
д 
са
пm
ас
ы e
i
ва
лын
 й
ух
ар
ы щ
яд
д 
са
пm
ас
ы e
s
де
ший
ин
 й
ух
ар
ы 
щя
дд
 са
пm
ас
ы E
S
де
ший
ин
 а
ша
ьы
щя
дд
 са
пm
ас
ы E
I
сыфыр
хяttи
ва л
дешик
дешик
вал
сыфыр
хяttи
но
m
ин
ал
юл
чц
0
0
б)
а)

 
 
 
 

 
Bundan  başqa  təyin  edilmiş  uzunluqda  hədd  ölçüləri  anlayışı  da 
qəbul  edilmişdir.  Bu  anlayış  aşağıdakı  kimi  izah  edilir.  Valla 
birləşərkən  deşik  üçün  təsəvvür  edilən  ideal  silindrin  ən  böyük 
diametri,  ö
lçünün  keçən  həddindən  az  olmamalıdır.  Deşiklə 
birləşərkən val üçün təsəvvür edilən ideal silindrin ən kiçik diametri 
ölçünün ke
çən həddindən çox olmamalıdır. Deşiyin istənilən yerində 
ən böyük diametr ölçünün keçməyən həddindən çox, valın istənilən 
yerində  ən  kiçik  diametr  ölçünün  keçməyən  həddindən  az 
olmamalıdır.  Cizgiləri  sadələşdirmək  üçün,  nominal  ölçüdən  hədd 
sapmaları  tətbiq  edilmişdir  (şəkil  1.2.b).  Deşik  və  val  üçün  uyğun 
olaraq  yuxarı  ES  və  es,  aşağı  Eİ  və  ei  hədd  sapmaları  qəbul 
edilmişdir. Yuxarı hədd sapması, ən böyük hədd ölçüsü ilə nominal 
ö
lçünün,  aşağı  hədd  sapması  isə  ən  kiçik  hədd  ölçüsü  ilə  nominal 
ö
lçünün  cəbri  fərqinə  bərabərdir.  Deşiklər  üçün  ES=D
max
-D;
 
EI=D
min
-D; vallar üçün es=d
max
-D; ei-d
min
-D
 
(şəkil 1.3.). Həqiqi və 
nominal  ö
lçülər  arasındakı  cəbri  fərq  həqiqi  sapma  adlanır.  Əgər 
hədd  və  həqiqi  ölçü nominal ölçüdən  böyükdürsə  sapma  müsbət, 

stərilən  ölçülər  nominal  ölçüdən  kiçikdirsə  mənfi  olur. 
Ümumiyyətlə  sapma  müsbət,  mənfi  və  sıfra  bərabər  ola  bilər. 
Standartlarda hədd sapmaları mikrometrlərlə, cizgilərdə ölçü vahidi 

stərilməməklə  mm-lə  verilir.  Məsələn:  50
−0,013
+0,005

 50
−0,028
−0,013

50
+0,15
;
 50
−0,030
. Bucaq ö
lçüləri  və  onların  hədd  sapmaları  ölçü 
vahidləri  göstərilməklə  dərəcə,  dəqiqə  və  saniyə  ilə  göstərilir. 
Məsələn: 1
0
25
1
  45".
  
sapmaların mütləq qiymətləri bərabər olduqda 

 
 
 
 
10 
 
onları  işarəsi  ilə  bir  dəfə  yazırlar,  məsələn:  80 ± 0,3, 140° ± 3°.   
Cizgilərdə  sıfıra  bərabər  olan  sapmalar  göstərilmir.  Yuxarı  hədd 
sapmasının  yerində  müsbət,  aşağı  hədd  sapmasının  yerində  mənfi 
sapmanı qeyd edirlər, məsələn: 150
+0,3
; 150
−0,3

Uyğun  standartlardan  hədd  sapmalarını  seçdikdən  sonra 
aşağıdakı ifadələrlə hədd ölçülərini hesablamaq olar: 
 
D
max
=D+ES; D
min
=D+EI; d
max
=d+es; d
min
=d+ei. 
 
Yuxarı  və  aşağı  hədd  ölçüləri  arasındakı  fərq  kiçildikcə, 
hazırlanan detalın dəqiqliyi artır. 
Müsaidə,  (latınca  Tolerance  -  müsaidə)  hər  hansı  parametrin 
buraxıla  bilən  ən  böyük  və  ən  kiçik  qiymətlərinin  fərqinə  deyilir. 
Ölçünün
 
T
 
müsaidəsi, onun ən böyük və ən kiçik hədd ölçülərinin, 
yaxud yuxarı və aşağı hədd sapmalarının fərqinin mütləq qiymətidir. 
Müsaidə  həmişə  müsbətdir.  O,  yararlı  detalların  ölçülərinin 
səpələnmə  sahəsini,  yəni  dəqiqliyini  müəyyən  edir.  Müsaidənin 
qi
yməti artdıqca məmulun keyfiyyəti aşağı düşür. Deşiyin müsaidəsi 
TD
,  valın  müsaidəsi  isə  Td
 
ilə  işarə  olunur.  Deşiyin  və  valın 
müsaidəsi aşağıdakı kimi təyin olunur: 
 
TD=D
max
-D
min
;     Td=d
max
-d
min . 
±

 
 
 
 
11 
 
Müsaidənin  qiymətini  hədd  sapmalarına  görə  də  təyin  etmək 
olar. Yuxarı hədd sapması ilə aşağı hədd sapmasının cəbri  fərqinin 
mütləq qiyməti müsaidənin qiymətinə bərabərdir 
 
𝑇𝐷 = |𝐸𝑆 − 𝐸İ|;  𝑇𝑑 = |𝑒𝑠 − 𝑒𝑖|. 
 
Müsaidələrin  qrafiki  verilməsini  sadələşdirmək  üçün  onları 
müsaidə  sahələri  ilə  göstərmək  olar  (şəkil  1.2.b).  Müsaidə  sahəsi 
yuxarı  və  aşağı  hədd  sapmaları  ilə  məhdudlaşan  sahəyə  deyilir. 
Müsaidə  sahəsi,  müsaidənin  qiymətinə  və  nominal  ölçüyə  nəzərən 
yerləşməsinə görə təyin edilir. Müsaidə sahələrini qrafiki göstərərkən 
onları, sıfır xəttinə nəzərən, yuxarı və aşağı hədd sapmalarına uyğun 
gələn iki xətt arasında yerləşdirirlər. Sıfır xətti nominal ölçüyə uyğun 
gələn  xətdir.  Müsaidə  və  oturtmaları  qrafiki    göstərərkən  ölçülərin 
sapmalarını sıfır xəttinə nəzərən qeyd  edirlər. Əgər sıfır xətti üfüqi 
vəziyyətdə  yerləşibsə,  müsbət  sapmaları  ondan  yuxarı,  mənfi 
sapmaları ondan aşağıda göstərirlər. 
İki  və  daha  artıq  detal  hərəkətli  və  ya  hərəkətsiz  birləşmişsə, 
onları  qovuşan  adlandırırlar.  Detalların  birləşmədə  səthlərini  qovuşan, 
qalan səthləri qovuşmayan və yaxud sərbəst səthlər adlandırırlar. 
Val 
detalların  xarici  səthlərini  (əhatə  olunan),  deşik  isə  
detalların daxili səthlərini (əhatə edən) xarakterizə edən anlayışlardır. 
Val  və  deşik  anlayışları  yalnız  silindrik  detallara  aid  deyildir.  Bu 

 
 
 
 
12 
 
anlayışlar eyni zamanda digər formalara malik səthlərə də (paz, işgil 
və s.) aid edilir. 
Əsas  val-yuxarı  hədd  sapması  sıfra  bərabər  olan  vala  deyilir 
(es=0
), (şəkil 1.3.a). 
Əsas deşik-aşağı hədd sapması sıfra bərabər olan deşiyə deyilir 
(ES=0
), (şəkil 1.3.b). 
 
 
 
 
 
 
                a)                                   b) 
 
Şəkil 1.3. Əsas valın (a) və əsas deşiyin 
(b) müsaidələrinin göstərilməsi sxemi 
 
Alınan  ara  boşluğunun  və  gərilmənin  qiymətlərinə  görə 
müəyyən edilmiş, detalların birləşmə xarakterinə oturtma deyilir. 
 
Valın və deşiyin müsaidə sahələrinə qarşılıqlı  yerləşməsindən 
asılı olaraq oturtmalar araboşluqlu, gərilməli və keçid oturtmaları ola 
bilərlər (şəkil 1.4.). Keçid oturtmalarında həm ara boşluğu, həm də 
gərilmə alına bilər. 
Deşiyin  ölçüsü  valın  ölçüsündən  böyük  olduqda,  deşiyin  və 
valın  ölçülərinin  fərqi  ara  boşluğu  S  adlanır.  Ara  boşluğu,  yığılmış 
 
  
 
 
 
 
     
  
 
 
 
                          
 
 
      
    
 
  
 
 
 
      
    
    
    
  
 
 
 
 
  
 
 
 
     
 
 
 
 
      
 
 
Əsas deşiyin  
müsaidəsi 
 
0
 
0
 
0
 
 0
 
Deşiyin 
müsaidəsi 
Əsas valın 
müsaidəsi 
 
Valın müsaidəsi 

 
 
 
 
13 
 
detalların  birinin  digərinə  nəzərən  yerdəyişməsini  təmin  edir.  Ən 
böyük  S
max

ən  kiçik  S
min
 
və  orta  S
m
 
ara  boşluqları  aşağıdakı 
ifadələrdən təyin edilirlər: 
 
𝑆
𝑚𝑎𝑥
= 𝐷
𝑚𝑎𝑥
− 𝑑
𝑚𝑖𝑛
; 𝑆
𝑚𝑖𝑛
= 𝐷
𝑚𝑖𝑛
− 𝐷
𝑚𝑎𝑥
; 𝑆
𝑚
=
𝑆
𝑚𝑎𝑥
+ 𝑆
𝑚𝑖𝑛
2
 
 
 
 
  
  
 
 
Şəkil 1.4. Val  sistemində verilmiş araboşluqlu (a), 
gərilməli (b) və keçid (v) oturtmaları 
 
 
 
 
 
 
 
 
Şəkil 1.5. Deşik sistemində verilmiş araboşluqlu (a), 
gərilməli (b) və keçid (v) oturtmaları 
 
0
 
0
 
Deşiyin 
müsaidəsi
 
 
Əsas valın 
müsaidəsi 
 
0
 
0
 
0
 
Deşiyin 
müsaidəsi
 
 
 
Əsas valın 
müsaidəsi 
  
Deşiklərin 
müsaidəsi
 
 
 
Əsas valın 
müsaidəsi 
 
a)
 
b)
 
v)
 
0
 
Əsas deşiyin 
müsaidəsi
 
 
0
 
0
 
Əsas deşiyin 
müsaidəsi 
Valın 
müsaidəsi
 
0
 
0
 
0
 
0
 
Valların 
müsaidələri
 
Valın 
müsaidəsi
 
a)
 
b)
 
v)
 
Əsas deşiyin 
müsaidəsi
 

 
 
 
 
14 
 
Valın  ölçüsü  deşiyin  ölçüsündən  böyük  olduqda,  valın  və 
deşiyin  ölçülərinin  yığıma  qədər  fərqi  gərilmə  N  adlanır.  Gərilmə 
detalların yığımdan sonra yerdəyişməməsini (hərəkətsizliyini) təmin 
edir. 
Ən böyük N
max
 
, ən kiçik N
min
 
 
və orta gərilmələr N
m
 
aşağıdakı 
ifadələrdən təyin edilir. 
        
𝑁
𝑚𝑎𝑥
= 𝑑
𝑚𝑎𝑥
− 𝐷
𝑚𝑖𝑛
; 𝑁
𝑚𝑖𝑛
= 𝑑
𝑚𝑖𝑛
− 𝐷
𝑚𝑎𝑥
; 𝑁
𝑚
=
𝑁
𝑚𝑎𝑥
+ 𝑁
𝑚𝑖𝑛
2
 . 
 
Araboşluqlu oturtma elə oturtmaya deyilir ki, birləşmədə ara 
boşluğu  təmin  edilir  (şəkil  1.4.a, 1.5.a).  Əgər  deşiyin  müsaidə 
sahəsinin aşağı sərhəddi valın müsaidə sahəsinin yuxarı sərhəddi ilə 
üst-
üstə  düşürsə  belə  oturtmalar  da  araboşluqlu  oturtma  adlanır 
(S
min
=0). 
Gərilməli  oturtma  elə  oturtmaya  deyilir  ki,  birləşmədə 
gərilmə təmin edilir (şəkil 1.4.b, 1.5.b). 
Keçid oturtması elə oturtmaya deyilir ki, birləşmədə həm ara 
boşluğu,  həm  də  gərilmə  alınır    (şəkil  1.4.v, 1.5.v).  Bu oturtmada 
deşiyin və valın müsaidə  sahələri qismən və yaxud tamamilə örtülür. 
Oturtmanın müsaidəsi - buraxıla bilən ən böyük və ən kiçik 
araboşluqların,  yaxud  buraxıla  bilən  ən  böyük  və  ən  kiçik 
gərilmələrin fərqidir. 
 
TS=S
max
-S
min
; TN=N
max
-N
min.
 

 
 
 
 
15 
 
TS-
araboşluqlu oturtmalarda buraxıla bilən ara boşluq müsaidə-
si, TN-
gərilməli oturtmalarda buraxıla bilən gərilmə müsaidəsidir. 
 
Keçid oturtmalarında oturtma müsaidəsi, ən böyük araboşlu-
ğun və ən böyük gərilmənin mütləq qiymətlərinin cəminə bərabərdir. 
Bütün nö
v  oturtmalar  üçün  oturtma  müsaidəsi  ədədi  qiymətcə 
deşiyin və valın müsaidələri cəminə bərabərdir.  
 
TS(TN)=TD+Td 
 
Oturtmanın yazılma qaydası 45H7/g 6 (yaxud 45H7-g6, yaxud 
45
𝐻7
g6
). 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin