Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Günevin Yükümlüsü olduğu “Atagün” Ailəsinin və Göylünün 

Yükümlüsü olduğu “Ulufərəh” Ailəsinin 

37-ildə V Aylıq Törəninin 

Gediş Yazısı 

 

Yer: Atagün Eli (Örənqala); Tarix: 17 Od Ayı, Qismət Günü



Başlanır: saat 10.00 

 

  Oda  Törənin  Ruhunu  özündə  daşıyan  biçimdə  hazırlanır.  Gül-



çiçək,  yazmaq  üçün  kağız-qələm,  çəkiliş  üçün  gərəkən  nəsnələr  təşkil 

olunur. İşə sorumlu Elana Atalıdır.  

“Ata Ruhuna Pənah gətirmişik!” səcdəsiylə törən başlayır. 

  Törənin quralları yerinə yetirilir:  

“Ataya Səhər Ricası”, “Özündəki Mütləqlə Səhər Təması” söylənilir. 

Törənin qonuları: 

1. Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı; 

2.  Ocaq  üstə  yaşamağın  çətinliyi  hara  kimidir,  bu  çətinliyi  tam 

aradan  qaldırmaq  olurmu,  nə  etməli,  örnək  varmı?  Özünü  aldatmadan 

doğru aydınlatmalı. 

 

Qutsal Oxuma: “Təməl” kitabının davamı oxunub aydınlıq gətirilir.  

 

  Qatılanlar olarsa fikirləri dinlənilir, sorğuları cavablandırılır. 

  “Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsiylə Gün başa çatır. 

 

Gün’ün Carı 

1) İnam Yolu yaşadıq – İnsan yükü daşıdıq! 

2)  “Atagün”də  uğurlarımın  özülü  –  Doğmalığım,  Doğruluğum  – 

Sabah üstə yaşamağım! 

Gediş yazısını yazdı: Soylu Atalı 

 

Od Ayı, 37-ci il. Saray-Soylu. 

(iyul, 2015.) 

 


 

179 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Atagün” və “Ulufərəh” Ailələrinin 



birgə keçirilmiş V “Ailə Günü” törənində 

deyilmiş fikirlər 

 

 

 

 

Asif  Atanın  Mütləqə  İnam  Ocağının  “Atagün”  və  “Ulufərəh” 

Ailələrinin Evladları Od Ayının 16-da Amal Bağını Ziyarət ediblər. 

Ata cisminin ilk qoyulduğu torpağın üstündə səcdə sözü deyilib. İnam 

Evinin (Məbədin) tikintisi ilə bağlı fikir bölüşmələri olub. 

 

Soylu Atalı (Ataya səcdə edir – G. A.): Qutsal Ziyarət anımızdır. 

Atamızın üz qoyduğu torpaq qutlu olsun. Onun üz qoyduğu torpağı 

ziyarət edirik. Onun üz qoyduğu torpaq yurdumuzun ləyaqətinin, şə-

rəfinin,  varlığının  ruhani  ifadəsidir.  Atanın  yaratdığı  İnam  insanı 

vətənli,  millətli,  şəxsiyyətli  olmağa  çağırır.  Ona  görə  də,  hər  dəfə 

Atanın torpağını ziyarət edəndə ağlımda, düşüncəmdə, ürəyimdə bu 

həqiqəti  daşıyıram.  Bu  həqiqətlə  yol  alıram.  Bu  həqiqətlə  gəlirəm. 

Bu gün də həmin həqiqətlə dolub gəlmişəm. Həmin həqiqətlə Atanın 

üz qoyduğu Torpağa səcdə qılıram. 

 


 

180 


 

 

Bütün  dünyada,  insanlıq  tarixində,  yaranan,  haraylanan  çağırışların  hər 



birindən  Ata  Həqiqətinin  yüksəkdə  durduğuyla  qürur  duyuram.  Hər  bi-

rindən  yüksək  olduğunu  qəbul  edirəm.  Buna  görə  də  içim  daim  zəngin, 

daim fərəhlidir. İçim daim Atanın xalqının, eləcə də bütövlükdə insanlığın 

qulluğunda durmağa hazır olub. 

Atamızın yaratdığı İnam bizi böyük eləyir, kiçiltmir. Başqa baxışlardan 

qat-qat yuxarıda durması da, onun insana münasibətinə bağlıdır. 

 

 


 

181 


 

 

Yönü millətinə, vətəninə, bütövlükdə bəşər övladına bağlıdır. Ona 



görə də üzümü buradan topluma tutub ziyarətimin qutsallığını sunu-

ram.  Sənin  Atan,  Onun  yaratdığı  hər  şey,  Onun  üz  qoyduğu  torpaq 

sənin qutsal yönündür deyirəm. 

Ziyarətimiz qutlu olsun. Ata Ruhunu Ürəyimdə aparıram! 

Türkel, neçənci dəfədir ziyarətə gəlirsən. 

 

Türkel Atalı: Üçüncü dəfədir. 

 

Soylu Atalı: Ürəyindən nələr keçirsə de. 

 

Türkel  Atalı: İndi  deyəcəyim  bəzi  fikirləri  sabah  Ailə  Günündə 

də  bölüşəcəm.  Ocaq  mühiti,  tədbir  məqamı  elə  bir  andır  ki,  adamı 

təbii yaşamda adi düşündüyü hər şeydən ayırır. Mən tədbir günündən 

başqa, ay içində, bir çox şeylər fikirləşirəm, gərgin oluram. 

Bayaq tədbirdə elə bir əhvala yüksəldim ki, neçə gündə düşünüb, 

fikirləşdiyim,  Ailə  Gününə  yaza  bilmədiyim  sözü  yazdım.  Bayaqkı 

tədbir (Anım Törənini gözə alıb deyir – G.A.) halımı sistemləşdirib, 

yön  verdi  mənə.  Elə  bir  rahatlıqla,  inamla  düşüncələrimi  qeyd  elə-

dim,  gördüm  ki,  doğrudan  da,  Ocaq  mühiti  tamam  göydür.  Onun 

fərəhi, verdiyi hal başqa bir şeydir. 

 

Soylu  Atalı: Biz  hər  il  gedirik  Ağstafaya.  Ağstafadadır,  faktik 

olaraq,  Atanın  cismi.  Burdakı  torpağa  qoyulub  çıxarılıb.  Ancaq  hal 


 

182 


baxımından, mənim üçün, ordakı ziyarətlə burdakı ziyarət arasındakı 

hansısa başqalıq (fərq) görünmür. Yəni o hal, o məzmun içimə dolub 

bütünlüklə. Baxmayaraq ki, burda əsasən özümüz oluruq. Bir də Ba-

kıdan gələn iki nəfər, üç nəfər qonaq olur. Ağstafada, ola bilər, 3-5 

nəfər  artıq  olur.  Buna  baxmayaraq,  mən  çağıraram  ki,  ora  gələn 

insanlar elə bura da gəlsinlər. Sabah böyük tarixlər açılacaq, ortaya 

çıxacaq.  O  tarixlər  bir  şeyi  sübut  eləyəcək  ki,  Asif  Ata  Ağstafada 

torpağa qoyulmasına baxmayaraq, Onun istəyi bura idi. O, istəyiylə 

bu torpağa qovuşub. Onun özünün istəyi, mənim üçün, Ruhani anlam 

daşıyır. 

Atamız Var olsun! 

 

“İnam Evi”ndə söhbət 

 

Soylu  Atalı: Çox  aşamalar  keçdik.  Ancaq  yönümüz,  halımız  bir 

oldu.  Daim  Atanın  Mütləqilik  ölçüsünə  doğru  ucalan,  doğrulan  bir 

hal oldu. 

“Atam Mütləqim. İnam Evindən İnam Yurduna yerişin mübarək 

ol-sun!  “Türküm  Özümlük  öyrətməni  olsun!”  (Divarda  yazılan 

carları oxuyur –  G. A.) Bunu illər öncə yazmışıq.  

 

 



Bu  çağırışlar  ən  yüksək  səviyyədə  xalqın  içində  haraylandı.  Ən 

yüksək  səviyyədə  gerçəkləşdi,  həyata  keçdi.  Ona  görə  deyirəm,  ən 

yüksək  halları  yaşadıq.  Bundan  sonra  da  bir  neçə  aşamalar  keçə-

cəyik.  Hər  il,  hər  gəliş  özü  yeni  zənginlik  gətirir  ömrümüzə.  Yeni 



 

183 


hallar,  duyğular  yaradıb  içimizdə.  Həmin  hallarla,  duyğularla  daim 

xalqın  içinə  gedirik.  Əgər  biz  Ocaq  tədbirləri  keçirməsək,  Atagünə 

gəlib  Atanın  torpağını  ziyarət  eləməsək,  Ağstafaya  gedib  Atanın 

sonevini ziyarət eləməsək, bu “İnam Evi”nə gəlib, içimizdə desək ki, 

bu  İnam  Evi  deyil,  onda  heç  bir  hünərimiz  gerçəkləşə  bilməzdi. 

Bunun  anlamı  var,  məzmunu  var.  Bu  duyğularla  dolu  gəlirik, 

duyğularımıza duyğu calanır. 

Harda olmasından asılı olmayaraq, Bakıda, burada, başqa yerdə, 

xalqın  içinə  gedirik.  Bizim  gəlişlərimizin,  tədbirlərimizin  yaratdığı 

halların sonucudur ki, xalqın içinə belə cəsarətlə gedirik. O aşamaları 

biz  yaşayırıq,  o  aşırımları  aşırıq.  Çox  düşünüləsi,  ömürə  çeviriləsi 

məsələlərdir  bunlar.  Düşüncələrin  özülünə  qoyulası  məsələlərdir 

bunların hər biri. Ocaqçı öz içində, öz halında həmişə bu qürur duy-

ğusu ilə yaşamağı bacarmalıdır. O fərqi öz ömründə qoruyub saxla-

malıdır. 

Toplumla bizim yanaşmamızın fərqini Ocaq yetirir, yaradır. Əgər 

biz  Ocaq  olmasaydıq,  Asif  Ataya  bir  öyrətmən  (müəllim)  kimi 

tapınsaydıq,  Onun  dediklərinə,  Onun  düşüncələrinə,  inandırım  sizi, 

bizim bu çağa kimi yaratdığımız uğurların heç biri olmazdı.  

 

 



Başqa hallarımız olmazdı. Halbuki, biz elə bir hallarla dolmuşuq, 

elə  bir  səviyyələrə  gəlib  çatmışıq  ki,  ürəklə,  cəsarətlə  sözümüzü 

ortaya  qoyuruq.  Biz  toplumun  yaşadığını  yaşamırıq,  toplumun 

düşündüyünü  düşünmürük.  Bir  sözlə,  toplum  kimi  deyilik.  Nəinki 

başqayıq (fərq-liyik), hətta cəsarətlə deyə bilirik ki, qat-qat üstünük. 


 

184 


Bu  üstünlüyü  yaratmışıq,  bu  üstünlüyə  yetmişik.  Bu  gəlişlərimizi  o 

üstünlüklər  doğurur  və  o  üstünlüklərimizi  bu  gəlişimiz  təsdiq  edir. 

Bax, Ocaq bizi belə bir ortama alıb, belə bir əhvallarla doldurur. 

Atamız Var olsun! 



 

Od Ayı, 37-ci il.Atagün Eli. 

(iyul, 2015. Örənqala.) 







Ocaq  Günsırası  ilə  17  Od  Ayı  Atagün  Elində  “Atagün”  və 

“Ulufərəh” Ailələrinin birgə V “Ailə Günü” törəni keçirildi. Törən 

quralları  yerinə  yetirildikdən  sonra  “Ulufərəh”  Ailəsinin  Yüküm-

lüsü Göylü Atalı Asif Ataya səcdə ilə sözünə başladı: 

Əslində bizim ötən Ailə Günümüzdən bu günə kimi çox vaxt keç-

məyibdir.  Ulufərəh  Ailəsinin  dörd  Evladı  Atagün  Ailəsinə  gəldiyi 

üçün qərara aldıq ki, Ailə Gününü bir yerdə keçirək. Az vaxt keçsə 

də,  hər  halda,  bu  zaman  içində  yaşamışıq.  İndi  yaşadıqlarımızın 

hesabatını veririk. Ötən aydan bu günə kimi, bəlli biçimdə, durğun-

luqdan çıxmışam. Ata deyir, Ocaqda böyük-kiçik əməl yoxdur. Doğ-

rudan da, ən kiçik əməl belə adamı ayaqda saxlayır. 

Ailə Günundən sonra tədbiri səsdən sözə çevirdim. Ötən Ailə Gü-

nündən  sonra  Atanı  oxumuşam,  dünya  ədəbiyyatından  oxumuşam. 

Ümumiyyətlə,  mənə  elə  gəlir  ki,  kitabı  oxuyanda  gərək  elə  şeylər 

alasan  ki,  onu  verə  biləsən.  Gərək  oxuduğunu  araşdırıb  qiymətlən-

dirəsən. Onda bu, sözün doğru anlamında oxumaq olur. 

Mənim son oxuduğum “Atalar və oğullar” əsəridir. Bu əsər haq-

qında danışmayacam,  ancaq  orda  bir  deyilişə  yönəlik  söz  deyəcəm. 

Deyilir ki, rus toplumunda oturuşmuş belə bir fikir var: rus kəndlisi 

Allahına da kələk gələr. Bu nə dərəcədə doğru deyilmiş bir fikirdir. 

Bir  xalqı  bununla  ittiham  eləmək  də  doğru  bir  şey  deyil  əslində. 

Ancaq ifadənin özü məni düşündürdü – Allahına kələk gəlmək. Bu, 

doğrudan  da,  insanlığın  əyildiyi  bir  yerdir  əslində.  İnsan  yalan 

danışır – Allahına kələk gəlir; vicdanı gözardı eləyir – Allahına kələk 

gəlir; qiybət eləyir  – Allahına kələk gəlir. Bu, adamın içində gedən 

bir  prosesdir,  yəni  başqaları  bunu  görmür,  eşitmir.  Ancaq  sən  özün 

görürsən axı, sən eşidirsən axı, sən bilirsən nə deməkdir bu. O vaxt 

Allaha kələk gəlmirsən ki, özünlə üz-üzə qalırsan. Mənə elə gəlir, üç 

məsələ  ilə  bağlı  insan  özü  ilə  üz-üzə  qalmalıdır.  Birincisi  bilməz-



 

185 


likdir,  ikincisi  ərincəklikdir,  yəni  özünü  təhlil  eləməyə  ərinməkdir, 

üçüncüsünə  qorxu  və  utanc  deyək.  Yəni  pis  duyğularla  üz-üzə  gəl-

məkdən qorxmaq və ya utanmaq ki, öz gözündən düşərsən, yəni belə 

bir  duyğudur.  Bu  baxımdan  yanaşanda,  bu  ay  ərincəklik  eləməyib 

özümdə bir neçə cəhətlə üz-üzə qalmışam. Bunlardan birincisi həsəd 

və uğursuzluğumun doğurduğu acıq duyğusudur. Düzdür, acıq duy-

ğusu  məndə  hər  zaman  olan  bir  şeydir.  Ancaq  başqasının  uğuruna, 

başqasının  olanlarına  həsəd  aparmaq  cəhətim,  elə  bilirdim,  bu, 

məndə islah olunmuş bir duyğudur. Ancaq sonra fərqinə varıram ki, 

əslində  mən  o  duyğunu  islah  eləməmişəm.  Yəni  özümü  aldadıram, 

tutalım,  başqaları  ilə  ünsiyyətdə  olanda  özümü  gizləyirəm,  qoruyu-

ram. Yəni bir növ özümə yeridirəm ki, belə davranmaq gərəkdir, belə 

danışmaq gərəkdir, bu cür olmaq gərəkdir. Bir sözlə, necə görünmək 

gərəkdirsə,  o  cür  görünməyə  çalışıram.  Ancaq  bütün  hallarda  içdə 

mən  bu  deyiləm  axı.  Bu  duyğu  ona  görə  meydana  çıxır  ki,  mənim 

özümə  nəzarətim  yoxdur,  çalışmalarımda  qalxıb-enmələr  var.  O 

baxımdan özümü aldatmamağın gərəkliyini düşündüm. 

İkinci bir cəhət odur ki, istəklərim ağlımın önünə keçir. Düzdür, 

bu  istəklərin,  bəzən  olur,  həyati  tərəfləri  olsa  da,  daha  çox  ruhani 

yönə  meyillənirəm.  Bununla  belə,  istək  özü  nə  qədər  gözəl  olursa 

olsun, yəni niyyət özü nə qədər ruhani olursa olsun, idrakın tələbində 

olmalıdır. O şey ki, səni sonucda pis duruma salacaq, sonucda səni 

səndən alacaq, deməli, bir daha düşünmək gərəkdir. Əslində o yetkin 

istək  deyilmiş.  Yenə  də  deyirəm,  istək  özü  gözəl  ola  bilər,  ancaq 

sonucu  görə  bilmirsənsə,  deməli,  o  istəyin  özünün  üstündən  cızıq 

çəkməlisən. 

Sonda  belə  dəyərləndirərdim:  böyük  əməllər  birdən-birə  olmur. 

Gərək  böyük  əməllərə  də  illərlə  zəhmət  çəkib  yetəsən.  Birdən-birə 

heç  nəyə  yetmək  mümkün  deyil.  Böyük  əməllərə  yüyürə-yüyürə 

yetmək olmur. 

Buraya qədər, deyəsən, dolaşıq dedim fikrimi. Hər halda özümü 

anlatmağa və deməyə çalışdım. 

Xalqlaşma  əməlim  olmayıb.  Elə  bir  auditoriya  yoxdur.  Ümumi-

likdə kimlərləsə ara-sıra söhbət eləyirəm. Bizim iş mühitinə gələnlər 

çox olur. Yeri gəldikcə, gərəkən söhbətləri, bacardığım qədər edirəm. 

Ancaq içimin halı məni rahatsız edir. Hal özü məni qane etmir. Eşqli 

can  atmağımı  bərpa  edə  bilmirəm,  o  cəhətdən  hələ  ki,  durğunam. 

Dünənki Törəndə, məsələn, mənim o boyda yolu gəlməyim və qatıl-

mamağım, bu, əslində can atmamağın sonucudur. Bunu görürəm, bu 


 

186 


yorğunluq  məsələsi  deyil.  İstənilən  yorğunluğun  altından  çıxa  bili-

rəm. Ancaq o istək, yəni toplumun içində özünü ifadə eləmək, dəyə-

rini  ifadə  etmək  (özün  şərt  deyil,  əsas  odur  dəyərini  ifadə  eləmək), 

belə  bir  şans  yaranır,  mən  bundan  yararlanmıram.  Bu,  için  durğun-

luğudur, bundan çıxmağım gərəkdir. Atamız Var olsun! 

 

Günev Atalı: Asif Ataya səcdə ilə sözə başladı: Əslində 37-ci ildə 

bizim Ailənin dördüncü Ailə Günüdür. “Ulufərəh” Ailəsinin V Ailə 

Günüdür. 

Qonularla bağlı bir neçə kəlmə demək istəyirəm. 

Amallaşmamda  mən  “Mütləqə  İnam”ı  davam  edirəm,  bir  neçə 

yarpaq qeydlərim də var. Bu məndə gələnəyə çevrilib. Birinci, mən 

nə üçün oxuyuram, ola bilər ki, mən yığcamlaşdırmağı düzgün elə-

mirəm. Sizə oxuyuram ki, nəyi düz etmirəmsə, aydınlıq gətirək. 

  

“İnam və Şübhə” bölməsi: 

“İnam  həyatda  Əzəli,  Əbədi,  Sonsuz,  Kamil  mahiyyət  görür. 

Şübhə həyatda yalnız keçici, ölümlü, qeyri-kamil əlamət görür. İnam 

nə olsa belə həyatı təsdiqə layiq görür, Şübhə isə əksinə, mahiyyəti 

görmür,  həyatı  təsdiqə  layiq  bilmir.  Şübhə  mütləq  heç  nə  tanımır. 

Gözəlliyi  çirkinliyə  nisbətən  gözəl  sayır.  İnsan  kimliyi  haqda  qəti 

sözü  yoxdur.  Çünkü  İnsanı  təzahürlərdə  axtarır.  Gəncmi,  qocamı, 

torpağa  çevrilənmi,  aşiqmi,  müdrikmi,  vicdanlımı,  günahlımı,  nəşə 

dəlisimi, atamı, anamı, əyilənmi, ucalanmı, nədədir həyat? Cəfəngiy-

yatmı,  mənamı.  Evmi,  səhramı,  yolmu,  bulaqmı?  Həyatın  məntiqi 

varmı?  Mütləq  tələblə  yaşamaq  mümkündürmü?  –  Həyatın  məntiqi 

məntiqsizlikdir,  çünkü  əsaslı  məntiq  yoxdur.  Yaşamaq  (dolanmaq) 

üçün həqiqəti, ədaləti, mənəviyyatı qurban verməlisən. İnsanlar alda-

dan  və  aldananlara  bölünür,  inamsa  əsil  yaşamağı  –  insani  tələblə, 

vicdanlı,  qeyrətli,  vüqarlı  yaşamaqda  görür.  Buna  görə  də  həyatın 

məntiqsizliyindən  imtina  etmək  gərəkdir.  Bu  isə  həyatı  eşitmə-

məkdir. 


Dünya  mahiyyət  etibari  ilə  Əzəli,  Sonsuz,  Kamildir.  İnsan  ölür, 

insanlıq ölmür. Aşiq ölür, məhəbbət ölmür. Qeyrətli ölür, qeyrət öl-

mür.  İnsan  günaha  meyil  edəndə  belə,  günahı  təsdiq  etmir… 

İnamla  şübhənin döyüşündə  inam  tam  qələbə çalmalıdır.  Şübhə  hə-

yatdan silinmir, yalançı inam səviyyəsində meydana çıxır. İnsanları o 

dünya  cəfəngiyyatı,  yeri-göyü  yaradan  Allah  uydurması  ilə  aldadır. 

İnsan  xurafata  inandığı  qədər  Mütləqə  inanmır.  Şübhə  insanı  adi 


 

187 


həyatda  saxlamağa  çalışır.  İnam  insanı  ali  həyata  yüksəldir.  Ədalət 

həyatda müxtəlif nişanələri ilə, zülm isə müxtəlif köklü hadisə kimi 

təsadüf  edir.  Ədalət  zülmlə  döyüşür.  Tam  qələbə  çala  bilmir.  Zülm 

biçimini dəyişir və yaşayır. Ədalət dünyanı, cəmiyyəti, hamını sayır. 

İnsanı  qiymətləndirir.  Həqiqəti  insanın  şərəfi  sayır.  Azadlığı  haqqı 

sayır.  Ləyaqəti  həyatının  mənası  sayır.  Qanı-qadanı  günah  sayır. 

İnsanın  ağlının  əşyaya  çevrilməsini  qəbahət  bilir.  İnsan  azadlığının 

əşyaya çevrilməsini qəbahət bilir. Məhəbbət, sədaqət, saflıq yaradır. 

Dəyanətlə döyüşdə zülm ani geri çəkilir, cildini dəyişir, yenidən 

peyda olur və yaşayır. Zülm dünyanı zora, gücə, hakimiyyətə məxsus 

sayır. Cəmiyyəti vara, gücə əyilməli sayır. Onların qan tökməsini la-

büd  sayır.  İnsanın  böyüklüyünü  vara,  zora,  hakimiyyətə  baş  əymə-

sində görür. Ədalət donuna girə bilir. Qəbahət, fəlakət, cəhalət, əsarət 

törədir.  Xilaskar  kimi  görünməyə  çalışır.  Zülmdən  qurtarmaq  üçün 

həyat  ali  həyata  çevrilməlidir.  Ədalətin  zülm  üzərində  tam  qələbəsi 

Ali həyatda baş verir”. 

Məncə,  şərhə  ehtiyac  yoxdur,  gözümüzlə  gördüyümüz  həyatdı. 

İnternetdə qoyulan yazılarımızı oxuyuram. 

İndi “Gediş Yazısı”nda Üstünün qoyduğu qonu ilə bağlı, – “İnam 

və din” qonusu ilə bağlı deyim. 

Ocaqçıların Ailə Günündə münasibəti var, Soylu ona elə yanaşıb 

ki, mən bir də qayıdıb oxudum, o mənə elə bir dərs verdi ki. 

Amallaşmaq  üçün  ən  adi  bir  yazını  oxuyanda  istər-istəməz  fikir 

rəvanlaşır.  Bir-iki  gün  oxumayanda  mən  sanki  uğurlu  cümlə  qura 

bilmirəm.  Ancaq  halım  həmişə  yerindədir,  artmaqdadır.  Özümün 

halımda bir an belə geriləmə görmürəm, yolun çətinliyini, gücümün 

çatıb-çatmazlığını,  heç  ağlıma  da  gətirmirəm.  Əbədi  bir  yoldur. 

Fikrimdən  keçmir  ki,  tay  mən  çatdım,  əbədi  bir  zirvədəyəm,  bir  az 

dincəlim. Yox, yol əbədi bir yoxuşdur. Çətinlik də ondadır ki, öncə 

yola düşəndə, obrazlı desək, adamı yolun yoxuşu etkiləndirir. Yolun 

yoxuşluğunu  ürəyinə  oturdanda,  zirvəyə  qalxdıqca  fərəhlənəndə, 

insan daha yaxşı dərk edəndə çətinlik gözə görünməz. Bu elə o sualın 

cavabıdır – insan bir məqamda yetkinləşir, yol asanlaşır. Çünkü artıq 

sən  elə  çətinçisən  də,  yoxuşçusan  da,  zirvəyə  qalxansan  da.  Bu 

mənada mənim kamilləşməm irəliləyiş halımdır. Bir də bir məsələni 

demək istəyirəm: məndə öncədən və bu gün də davam edən bir hal 

var:  Amalı  özümdən  bir  az  yüksək  ifadə  edə  bilən  bir  qardaşımın 

yanında ya susuram, ya da dilimin topuq çalmağı var. Bu hər kəsdə 



 

188 


var.  Elana  da  vurğulayır  ki,  sənin  yanında  danışa  bilmirəm,  başqa 

yerdə bülbül oluram. 

Mənim  ehtiyatla  danışmağımda  bir  az  xof  məsələsi  var.  Yəni 

qıraqdan üzərimdə amaldaş basqısı görürəm sanki. Bir dəfə tədbirin 

birində Soylu qardaşım dedi: çox gözəl oldu ki, bu mərasimdə mən 

Soylunun  basqısını  görmədim.  Yəni  mən  özümü  Soylunun  yanında 

azad hiss elədim. Azad danışdım. 

Ancaq  bu  cür  ehtiyatla  davranmağın  bir  gözəl  cəhəti  odur  ki, 

ruhani tabeçilik var, bəli, bu olmalıdır. 

Mənim  nəfəsimi  genəldən  xalqlaşma  işidir.  Çünkü  daim  kənddə 

bəlli yığıncaqlar olur, tədbirlər olur. Orda mən qulaq asıram, ümumi 

ahəngi  görürəm,  sonra  onlara  münasibət  bildirəndə  bütün  diqqətlər 

Asif Ata Ocağına yönəlir. Məsələlərə Asif Atanın ölçüsü ilə yanaşı-

ram, yörəmdə də badalaq vurmaq istəyən, əngəl olmaq istəyən, qıs-

qanclıqla  yanaşmaq  istəyən  daim  seyrəlir.  Bu  günü  dünənkindən  az 

maneəli  görürəm.  Bununla  belə,  davakarlıq  yox  da  deyil.  Bu 

yaxınlarda  Ağcabədidə  bir  hüzür  məclisində  söhbətlər  elədik,  bu 

söhbətlər gözəl qəbul olundu. Sonra duranda (öncədən çoxları haqqı-

mızda eşitmişdilər) gəlib kitabımı istədilər, verdim. Orada Elananın 

əmisi də vardı, oturub məni izləyirdi. Biz gələndən sonra deyib ki, bu 

kimdir ki, siz ona qulaq asırsınız, onun kitablarını yandırmaq gərək-

dir,  oxumaq  gərək  deyil.  Ancaq  ordakıların  hamısı  ayağa  qalxıb  o 

adamın  qadınını  da,  özünü  də  pis  şəkildə  ordan  qovublar.  Kimin 

haqqında danışırsan, sən özün kimsən axı?! 

Bu  o  adamdır  ki,  o  vaxt  Atayla  görüşmüşdü,  heyrəti  var  idi. 

İndiyə qədər də ona çətin məqamlarında mən yiyə durmuşam, mənə 

qarşı  həmişə  hörməti  olubdu.  İndi  yenə  paxıllıq  duyğusu  ayağa 

durub, özünü o tədbirdə kölgələnmiş görür sanki. Bu halın bir səbəbi 

də  odur  ki,  bu  adam  daim  pis  işlərdə  olub,  oğru  olub,  tutulub 

türmələrdə olub. 

O məclisdə, o bir nəfərdən başqa, hamı Asif Ata Ocağının tərəfin-

də  olub.  Orda  məni  yaxşı  tanıyırlar.  Bir  dəfə  mən  parkda  camaatı 

başıma  yığaraq,  söhbət  edib  ədəbiyyatlar  paylamışdım.  Bizə  olan 

münasibət getdikcə genişlənir. 

Sonra  Məbədlə  bağlı  çalışmam  olubdur,  gördüyünüz  kimi,  onun 

pilləkən  hissəsini  işləyirəm,  yolun  qırağı  olduğundan  gəlib-gedən-

lərin marağına səbəb olur. Bu da bir xalqlaşma işidir. 

Dünənki olay Ocaq tarixində yeni bir aşama idi. Yəni xalqlaşma 

işimiz  bu  yöndə  gedir.  Yaxşı  gedir,  gözəl  gedir.  Dünənki  gündə 


 

189 


bütün adamlar işıq apardılar burdan. Yeni yönü gördülər, gözləri ilə 

şahid oldular. Kütlənin söz aparıb danışması bəzən mənim söz demə-

yimin etkisindən artıq olur. 

İndi  yenə  qayıdıram  bayaqkı  qonunun  üstünə  –  “Ocaqçılığın 

çətinliyi  hara  qədərdi,  bu  çətinliyi  aradan  qaldırmaq  olurmu?”:  – 

Ocaq üstə yaşamaq gərək. Bir az tutuşdurma aparım. Məlikməmmə-

din nağılını misal çəkim. Şərlə döyüşə gedir, yolda bunun sorumlu-

luğunu  daha  çox  dərk  edir.  El  içində  qızışıb  deyib  də,  mən  şərlə 

döyüşə gedirəm, ancaq yolun bir aşamasında artıq ona çatır ki, hara 

gedir. Onda geri qayıtmaq istəyi olur. Ancaq elə bir hal gəlir, onun 

öz istəyidir ki, yandım desəm də, çəkməyin. Bu, özünün istəyidir. 

O  əhvalda  ki,  gücüm  çatacaqmı,  çatmayacaqmı,  mən  buna  dözə 

bilərəmmi, qəbul edə bilərəmmi, bəzən bunu adam özünə deyir, elə 

bir  məqam  olur  ki,  adam  çaşır.  O  məqamda  mən  özümü  tam  ifadə 

edə bilməmişəm. Elə hallar olub. O dövrü mən çox keçmişəm. Mən 

çətinlik  dövrünü  keçmişəm.  İndi  mənə  çətin  gəlmir  Ocaq.  Hətta 

mümkün olarsa, böyük auditoriya qarşısında özümə xas, Soylu Atalı 

qədər olmasa da, çıxış edərəm. 

Bir  dəfə  mən  ilk  dəfə,  Mirzəağa  Əliyev  adına  Aktyorlar  evində 

Atanın muğamlığımızla bağlı görüşünə qatıldım. Orda Ata bütünlük-

lə  Ocağı  dedi.  Mən  Ataya  qulaq  asdım  və  dedim,  görüş  apara 

bilərəm.  Ata  hardan  başladısa,  fərəhlərimizdən  kədərimizə  qədər 

deyə  bilərəm,  o  ki  qaldı  suallar  olar, bilmədiyimi  Atadan,  Ocaqdan 

öyrənib  deyərəm.  O  vaxtlar  təbii  ki,  kal  vaxtlar  idi,  ancaq  hünərli 

vaxtlar  idi.  O  vaxt  Mərkəzi  Univermaqın  yanında,  köhnə  kilsənin 

yanında  adamlar  yığışmışdılar.  Deyirdilər  biz  İslam  ümmətiyik,  biz 

namaz qılanlarıq. Orda mən harayladım ki, biz kimik? Dünyaya səs 

salan türk hanı? O vaxtlar açıq demək olmurdu Atanı, ancaq yenə də 

Qorqudluğumuzu,  Babəkliyimizi  harayladım.  Sonra  getdim  bunu 

Elxangildə (keçmiş Əsil – G.A.) deyəndə, Elxan daş atıb başını tutdu 

ki, Ata bunu bilsə, səni Ocaqdan qovar. Mənə də çatmadı ki, nə üçün 

qovar.  Ata  bizdən  elə  bunu  istəyir  da.  Bu,  bəlkə  də  Elxanın 

qısqanclığı idi. 

İndi  mən  özümdə  o  gücü  hiss  edirəm  ki,  heç  çəkinmədən  görüş 

keçirə  bilərəm.  Bir  var  adi  toplantı,  bir  də  var  kütlə  qarşısında 

sistemli görüş keçirmək. 

O ki qaldı örnək məsələsi ilə bağlı. Canlı örnək deyirsinizsə, mən 

Soylu  Atalını,  o  biri  Ocaqçılarda  yaxşı  hünərli  cəhətləri  deyə 

bilərəm… Atamız var olsun! 


 

190 


Üstün Atalı: Səcdə ilə sözünə başladı: Bu ayım fərəhli olub. Bir 

iş yoldaşımla Ocaq yönündən söhbətim oldu, onu Soylu Atalı ilə gö-

rüşdürdüm. Bu görüşün uğurlu etkisi oldu. Rayona çıxmaq istəmişəm 

alınmayıb, yaxın vaxtlara planlaşdırıram. 

Amallaşmam:  –  Günev  qardaşımızın  kitabını  oxumuşam,  ordan 

bəzi qeydlərimi deyəcəm. 

Qardaşımız  deyir  ki,  xalqın  içində  qədimliyimizdən  danışdım, 

Babək deyə, Nəsimi deyə lağa qoydular. 

Burda iki məqam var: Qardaşımın xalqlaşma fərəhi və insanların 

geriliyi. Mən təsəvvür edirəm ki, qardaşımız necə haray çəkirmiş. 

İçində  bulaq  kimi  qaynayıb,  ancaq  qarşılaşdığı  hal,  söz  xalqın 

daha  uzaqlarda,  daha  geridə  olduğunu  göstərir.  Bütün  bunlara  bax-

mayaraq, bu yükün altına girməkdən qürur duymaq xoşbəxtliyi vardı 

bu yazıda. 

Onun harayı çıxış yoludur, yatmışları, özündən ayrılmışları oyat-

maq fərəhidir. O yalvarmır, hökm eləmir, qorxutmur. “Qoy insanla-

rımız  xəbər  tutsun  ki,  onun  içindən  bir  ər  qopdu,  ürəyinə  peyğəm-

bərlik yükü götürdü. İnsanı yeniləmək, bəşəri yeniləmək yolu tutdu” 

deyir. 

Kitabda belə bir tutuşdurma var: “dinlərdə insanlar bəzi ritualları 



həyata keçirir, onu vacib sayır, onu qorxudan eləyir”. 

İnam dinə niyə çevrilir, çünkü ömrə çevrilmir. Burda İnsan yaran-

mır.  Burda  kimisə,  nəyisə  təkrarlama  var,  hər  bir  insanın  bir  fərd 

olaraq  içdən  yaranması  yoxdur,  özünü  aşkarlaması  yoxdur.  Onun 

içindəki tələb sönür. 

“İnsanlar bu gedişlə ömür adlı partiyanı həyata keçirirlər”.  – Bu 

da  yaxşı  ifadədir.  Özləri  də  bilmədən,  istəmədən  həmin  ömrü 

yaşayır. 

Bir  də  qonu  ilə  bağlı  demək  istəyirəm,  Ocaq  üstə  yaşamağın 

çətinliyi  hara  qədərdir?  –  Mənim  ömrümdə  o  çətinlik  o  vaxta 

qədərdir ki, dediyim sözü  ömrümə çevirim. Dediklərim öz ömrümə 

çevrilməyəndə mənim üçün çətinlik yaranır. 

Öncələr mənim ömrümdə çətinlik xüsusilə dinlə bağlı olub, çünkü 

dini söhbətlərə çox gedə bilmirdim. Çünkü hələ mən özüm tam dinin 

xofundan,  qorxusundan  qurtara  bilməmişdim.  Tam  əmin  olandan 

sonra, dərk edəndən sonra artıq o çətinlik aradan qalxmağa başladı. 

Sualın örnək hissəsinə gəlincə, örnək gözümüzün qabağındadı. Ata-

nın  ömrü,  Soylu  Atalının  ömrü,  Günevin  ömrü,  Nurtəkinin  ömrü, 

Göylünün ömrü… 

1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə