AZƏrbaycan öLKƏ ÜZRƏ gender qiYMƏTLƏNDİRİLMƏSİ Asiya İnkişaf Bankı



Yüklə 89,48 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix22.04.2017
ölçüsü89,48 Kb.
#15612
  1   2   3   4   5   6   7   8   9   ...   17

AZƏRBAYCAN
ÖLKƏ ÜZRƏ GENDER QİYMƏTLƏNDİRİLMƏSİ
Asiya İnkişaf Bankı
Mərkəzi və Qərbi Asiya Regional Departamenti və
Regional və Davamlı İnkişaf Departamenti
Dekabr 2005

Asiya İnkişaf Bankı
Bütün hüquqlar saxlanır.
2005-ci ildə Filippində nəşr edilib.
2006-cı ildə Azərbaycan dilinə tərcümə edilib.
Tərcümə edən:  
Sənubər Mir Cəfərova 
Redaktorlar:   
Möminat Ömərova 
 
 
 
Nərmin Bağırova 
Asiya İnkişaf Bankı
AİB-nın inkişaf etməkdə olan üzv dövlətlərdə gender və inkişaf problemlərinə dair tədris 
məlumatı və təhlili.
 
1.Asiya İnkişaf Bankı. 2.Gender və inkişaf. 3.Azərbaycan.
Kitabda ifadə edilmiş fikirlər müəllifə məxsusdur və AİB-nın və onun idarə heyətinin 
nöqteyi-nəzəri və siyasətlərini əks etdirmir.
AİB bu nəşrə daxil edilmiş məlumatların dəqiqliyinə zəmanət vermir və onların istifadə 
edilməsinin nəticələri üçün məsuliyyət daşımır.
“Ölkə” termininin istifadə edilməsi müəlliflərin və ya AİB-nın heç bir mövcud ərazinin 
hüquqi və ya digər statusuna dair fikir söyləməsini nəzərdə tutmur.

Minnətdarlıq
Təqdim  edilən  Ölkə  üzrə  gender  qiymətləndirilməsi  (ÖGQ)  Mərkəzi  və  Qərbi Asiya 
Regional Departamenti (MQARD)  və  Regional Davamlı  İnkişaf  Departamentinin dəstəyi  ilə 
dörd Mərkəzi Asiya respublikasını – Qırğızıstan, Azərbaycan, Qazaxıstan və Tacikistan – əhatə 
edən regional AİB-nın texniki yardım (TY) layihəsinin bir hissəsi kimi hazırlanıb. Hökumətin 
gender  bərabərliyini  təsbit  etmək  və  gender  yanaşmasının  (Red.  qeydi:  Gender  yanaşması  – 
gender amilinin bütün proqram, siyasət və layihələrə daxil edilməsidir) dövlətin yoxsulluğun 
azaldılması  strategiyalarına  daxil  etmək  səylərinə  əlavə  olaraq,  ÖGQ-nin  məqsədi  AİB-nın 
müdaxilələrinin ölkədəki gender şəraitinə və təşəbbüslərinə qarşı həssas olduğunu göstərməkdir. 
Qiymətləndirməni hazırlayanlar ona da ümid edirlər ki, bu məruzə həm hökumət, həm də qeyri-
hökumət təşkilatları, eləcə də gender və inkişaf sahəsində işləyən ayrı-ayrı şəxslər üçün faydalı 
olacaq.  
Məruzə  məsləhətçi  Fabia  Şah  tərəfindən  Şri  Veninq  Handayaninin  (Yoxsulluğun 
azaldılması sahəsində mütəxəssis) nəzarəti altında və Nərmin Bağırovanın yardımı ilə hazırlanıb. 
Azərbaycanda yerlərdə materialların toplanmasına böyük kömək göstərən, işə rəhbərlik edən 
Möminat Ömərovaya (Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin 
(QPDK) sədr müavini) təşəkkür edirik. Məruzə hazırlanan zaman nəzarətçilərin – Şirin Lətif, 
Həriet Vilkinson, Françesko Tornieri, və Helen Tomasın (beynəlxalq məsləhətçi) da konstruktiv 
məlumatlarının böyük faydası olub. Monik İşi, Sara Medina və Bonq Reklamado məruzənin 
redaktə edilməsi və çap olunmasında dəyərli yardım göstəriblər. AİB-nın Azərbaycanda yerləşən 
missiyasının heyəti maddi-texniki yardım göstərib və layihəyə rəhbərlik edib, AİB-nın ölkə üzrə 
direktoru  Mətyu  Vestfol  bu  təşəbbüsü  dəstəkləyib.  Şərqi  və  Mərkəzi Asiya  şöbəsinin  Sosial 
sektor bölümünün direktoru Robert Vitol məruzəni hazırlayan heyətə bütün iş prosesi ərzində 
ümumi rəhbərlik edib. 
Azərbaycan  Hökumətinin  rəsmi  işçilərinin,  beynəlxalq  inkişaf  agentlikləri  və 
qeyri-hökumət  təşkilatlarının,  habelə,  Azərbaycanda  bir  çox  QHT-lər  və  inkişaf  sahəsində 
mütəxəssislərin  xüsusi  yardımı  olmadan  bu  məruzəni  hazırlamaq  mümkün  olmazdı;  adları 
çəkilən  şəxslər  və  təşkilatlar  böyük  iltifatla  gender  və  inkişaf  məsələlərinə  dair  məlumat, 
sənədlər,  perspektivlər  və  məsləhətlərini  heyətlə  bölüşüblər.  2004-cü  ilin  oktyabr  və  2005-ci 
ilin aprel ayları arasında keçirilən üç seminarın iştirakçıları xüsusilə qeyd edilməlidirlər: onlar 
həm genderlə bağlı məsələləri müəyyənləşdirməyə, sonradan isə məruzəni şərh etməyə yardım 
göstəriblər.
Bu  ÖGQ-nın  hazırlanması  üçün  müxtəlif  mənbələrdən  istifadə  edilib.  Keyfiyyət 
göstəricilərinə dair məlumat 2004-cü ilin oktyabr və 2005-ci ilin aprel ayları arasında yerlərə 
səfərlər  zamanı  toplanıb;  bu  dövr  ərzində  bir  sıra  səhmdarlarla,  o  cümlədən,  QHT-lər,  icma 
təşkilatları və qadın qrupları, ayrı-ayrı qadın fəalları, alimlər, dövlətin rəsmi şəxsləri və donor 
təşkilatları ilə birgə məsləhətləşmələr keçirilib. Kəmiyyət göstəriciləri müxtəlif mənbələrdən, 
o  cümlədən,  Azərbaycanda  kişi  və  qadınlara  dair  DSK-nın  illik  statistik  məcmuələri,  ev 
təsərrüfatlarının  büdcə  müayinələri  (2001-2002),  UNICEF-in  keçirdiyi  çoxgöstəricili  klaster 
sorğuları və Dünya Bankı və AİB-nın müxtəlif mənbələrindən, o cümlədən, sektor təhlilindən 
və müvafiq layihə sənədlərindən götürülüb. Kəmiyyət göstəricilərinə dair məlumatlar ərazidəki 
digər ədəbiyyatların keyfiyyət nəticələri ilə tamamlanıb.

Akronimlər
AİB  
–  
Asiya İnkişaf Bankı
MAR  
–  
Mərkəzi Asiya Respublikası
İƏT  
–  
icma-əsaslı təşkilat
XNM  
–  
Xəstəliklərə Nəzarət Mərkəzi
CEDAW  
–  
Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi 
haqqında Konvensiya
ÖGQ  
–  
Ölkə üzrə Gender Qiymətləndirilməsi
MDB  
–  
Müstəqil Dövlətlər Birliyi
EUİ  
–  
erkən uşaqların inkişafı
BQET  
– 
başçısı qadın olan ev təsərrüfatı
kSB  
–  
keçmiş Sovet İttifaqı
ÜDM  
–  
Ümumi Daxili Məhsul
İİİ  
–  
İnsan İnkişafı İndeksi
İİV/QİÇS  
–  
İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış 
İmmunçatışmazlığı Sindromu
ETBM  
–  
Ev Təsərrüfatlarının Büdcə Müayinəsi
YÇP  
–  
yod çatışmazlığı ilə əlaqədar olan pozuntular
MK  
–  
məcburi köçkünlər
BMqT  
–  
Beynəlxalq Miqrasiya Təşkilatı
BXK  
–  
Beynəlxalq Xilasetmə Komitəsi
İQS  
– 
 İşçi Qüvvəsinə dair Müayinə
MİM  
–  
Minilliyin İnkişaf Məqsədləri
MMİ  
–  
mikromaliyyə institutu
AÖƏ  
–  
Ana Ölümü Əmsalı
QHT  
–  
qeyri-hökumət təşkilatı
MFP  
–  
Milli Fəaliyyət Planı (Qadın Məsələləri üzrə)
ATƏT  
–  
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
İSX  
–  
ilkin səhiyyə xidməti
RSM  
–  
Reproduktiv Sağlamlığın Müayinəsi
QMKİDK   –  
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət 
Komitəsi
QPDK  
–  
Qadın Problemləri üzrə Dövlət Komitəsi
KOM  
–  
kiçik və orta müəssisələr 
SSQ  
–  
Sektor Siyasəti üzrə Qeydlər
YAİİDP  
–  
Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə 
Dövlət Proqramı
YADİDP  
–  
Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə 
Dövlət Proqramı
DSK  
–  
Dövlət Statistika Komitəsi
CYYX  
–  
Cinsi Yolla Yoluxan Xəstəliklər
SİQ  
–  
Sektor İşçi Qrupu
BMTİP  
–  
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı

BMTƏF  
–  
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu
UNİCEF  
–  
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu
UNİFEM  
–  
Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün 
İnkişaf Fondu
 
 
UNAIDS  
–  
 Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS üzrə birgə  
 
 
 
 
 
 Komitəsi
 
 
BMTQAK   –  
 Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali   
 
 
 
 
 
 Komissarlığı
BMTAİK 
–  
Birləşmiş Millətlər Təşkilatının Avropa üçün İqtisadi 
Komissiyası
ABŞBİA  
–  
Amerika Birləşmiş Ştatların Beynəlxalq İnkişaf 
Agentliyi
QQZ  
–  
qadınlara qarşı zorakılıq
ÜST  
–  
Ümumdünya Səhiyyə Təşkilatı
ÇGKS 
–  
Çoxgöstəricili Klaster Sorğusu
Valyuta Ekvivalenti
(6 dekabr 2005-ci ildə)
Valyuta vahidi – manat (AZM)
1,00 = $0,0002
$1,00 = 4613 manat
Qeyd:
Bu məruzədə “$” – ABŞ dollara aiddir.
vi

Mündəricat
Akronimlər .............................................................................................................................v
Xülasə .................................................................................................................................. xi
1-ci fəsil. Azərbaycanda gender və yoxsulluq
A. Azərbaycanda yoxsulluq .......................................................................................1
B. Azərbaycanda yoxsulluğun gender ölçüləri ...........................................................4 
2-ci fəsil. Yoxsulluğun azaldılmasına dair milli siyasət və proqramlar
A. 2003-2005-ci illər üçün YAİİDP .........................................................................11
B. Gender yanaşması və 2006-2015-ci illər üçün YADİDP .....................................13
C. Minilliyin İnkişaf Məqsədləri:
     Milli məqsəd və hədəflərinin inteqrasiyası .........................................................14
D. Tövsiyələr ............................................................................................................19
3-cü fəsil. Gender bərabərliyini təmin edən milli qanunlar, institutlar və siyasət 
A. Beynəlxalq öhdəliklər və hüquqi çərçivə ............................................................23
B. Gender bərabərliyini təmin edən institut və siyasətlər ........................................24
C. Tövsiyələr ............................................................................................................28
4-cü fəsil. İqtisadi inkişafın və artımın gender ölçüləri
A. Formal əmək bazarının gender ölçüləri ...............................................................31
B. Qeyri-formal sektorun gender ölçüləri ................................................................34
C. Qadın sahibkarlığı və kredit ................................................................................35
D. Kənd iqtisadiyyatının gender ölçüləri .................................................................38
E. Sosial müdafiə proqramları ..................................................................................41
F. Tövsiyələr .............................................................................................................42
5-ci fəsil. İnsan inkişafının gender ölçüləri
A. Təhsildə gender məsələləri ..................................................................................45
B. Səhiyyədə gender məsələləri ...............................................................................51
C. Tövsiyələr ............................................................................................................61
6-cı fəsil. Gender, siyasətdə iştirak və vətəndaş cəmiyyəti.
A. Gender və idarəetmə məsələləri ..........................................................................65
B. Gender məsələlərinə dair vətəndaş cəmiyyət təşkilatları ....................................67
C. Beynəlxalq inkişaf partnyorların töhfləri.............................................................69
D. Tövsiyələr ............................................................................................................71
7-ci fəsil. Gender bərabərlyinə dair daha bir neçə məsələ.
A. Daxili/Xarici əmək miqrasiyası ...........................................................................73
B. Qadın və uşaq alveri ............................................................................................74

C. (Yenidən) Ortaya çıxan ənənələr və təcrübələr ...................................................77
D. Gender, ətraf mühit və milli sərvətlər .................................................................78
E. Tövsiyələr ............................................................................................................81
8-ci fəsil. Gender, yoxsulluq və MK /qaçqın əhali.
A. Məşğulluq ............................................................................................................86
B. Səhiyyə ................................................................................................................87
C. Təhsil ...................................................................................................................88
D. Gender zəminində zorakılıq ................................................................................89
E. Tövsiyələr ............................................................................................................90
9-cu fəsil. Gender yanaşmanın AİB əməliyyatlarına daxil edilməsi
A. Ölkənin strategiyası və proqramında gender məsələləri .....................................91
B. Ölkənin strategiyası və proqramında gender yanaşmasının 
     tətbiq edilməsinə dair üçün ümumi tövsiyələr ....................................................91
C. Ölkənin strategiyası və proqramında gender yanaşmasının 
     tətbiq edilməsinə dair sektor tövsiyələri .............................................................92
İstifadə edilən mənbələr ..................................................................................................101
Əlavələrin siyahısı
1-ci əlavə 
Gender və YAİİDP .......................................................................................105
2-ci əlavə 
Yoxsulluğun gender ölçüləri:
2003-2005 YAİİDP və YADİDP çərçivəsinə daxil olan potensial bəndlər ..107
3-cü əlavə  Azərbaycanda Minilliyin İnkişaf Məqsədləri (MİM):
Beynəlxalq və milli hədəflər ........................................................................115
4-cü əlavə  Beynəlxalq və milli MİM-lərin müəyyənləşdirilməsi və onların 
 
gender ölçüləri .............................................................................................120
5-ci əlavə 
Azərbaycanda gender məsələləri ilə məşğul olan qeyri-hökumət 
 
təşkilatları (QHT-lər) ....................................................................................127
Diaqramların siyahısı
Diaqram 1  Məşğulluq sahəsində qadın/kişi sektoru (%) .................................................33
Diaqram 2  Kənd təsərrüfatı sektorunda qadınların məşğulluğu, 
 
1990-2003-cü illər (%-lə) ..............................................................................39
Diaqram 3  Ölkənin ümumi istehsalına nisbətdə dövlətin təhsil sisteminə ayırdığı
 
xərclərin %-i, 1990-2004-cü illər ...................................................................45
Diaqram 4  3-5 yaşlı (5 yaşdan az) uşaqların məktəbəqədər təhsil proqramlarına 
 
cəlb edilməsi ..................................................................................................47
Diaqram 5  Tələbələrin elm sahələri üzrə ali təhsildə təmsil edilmələri ...........................50
Diaqram 6  Ölkənin ümumi istehsalına nisbətdə dövlətin səhiyyə sisteminə ayırdığı 
 
xərclərin %-i, 1990-2004-cü illər  ..................................................................52
viii

Diaqram 7  Son ildə həkim köməyi ilə doğan 15-49 yaşlı qadınlar (2000) ......................53
Diaqram 8  Azçəkili, inkişafdan qalmış və çox zəif uşaqların faiz 
 
göstəriciləri (gəlir qruplarına görə) ................................................................57
Diaqram 9  Parlamentin gender tərkibi, 1975-2004-cü illər .............................................65
Diaqram 10  Məcburi köçkün/Qaçqın əhalinin gender strukturu, 2001-ci il (%-lə) ...........86
Diaqram 11  3-5 yaşlı məcburi köçkün/qaçqın, və eləcə də köçkün/qaçqın olmayan 
 
uşaqlar arasında xroniki və kəskin aclıq hallarının yayılması .......................87
Cədvəllərin siyahısı
Cədvəl 1 
Əhalinin müxtəlif kateqoriyaları arasında yoxsulluq 
 
halları (ayrı-ayrı şəxslər) ..................................................................................2
Cədvəl 2 
Dövlət fəaliyyət planı: Strateji məqsədlər və fəaliyyətlər ..............................27
Cədvəl 3 
İşləmək yaşı çatmış və iqtisadi cəhətdən fəal və qeyri-fəal əhali (%) ...........31
Cədvəl 4 
Yaş qrupuna görə kişilərin/qadınların qeyri-fəallıq dərəcəsi .........................32
Cədvəl 5 
2004-cü ildə qeyri-fəal əhalinin gender tərkibi (%) .......................................32
Cədvəl 6 
Uşaqlar, yeni doğulmuş və doğuşdan sonrakı dövrdə körpələr 
 
arasında ölüm faizi (hər 1 000 diri doğulan uşağa görə):
 
Rəsmi göstəricilərlə Azərbaycan arasında müqayisə
 
Reproduktiv sağlamlığın müayinəsi (2001-ci il) ...........................................54
Cədvəl 7 
Hökumətdə qərarqəbuletmə səviyyəsində qadınlar və kişilər .......................67
Çərçivələrin siyahısı
Çərçivə 1 
Qadınların biznes şəbəkələrinin əhəmiyyəti ..................................................37
Çərçivə 2 
Lalənin məsələsi .............................................................................................75
Çərçivə 3 
Yeddi oğul istərəm, bircə dənə qız, gəlin .......................................................78
ix

Xülasə
Sovet İttifaqının mərkəzdən idarə edilən iqtisadiyyatından yeni bazar iqtisadiyyatına 
keçid dövrü Azərbaycan üçün bir sınaq meydanı oldu. Keçid dövrünün ilk illərində dövlət 
müəssisələri  bağlandığına  görə  işlə  məşğulluq  azaldı,  keçmiş  səhiyyə  sisteminə  ayrılan 
xərclər azaldığı üçün insanların sağlamlıq göstəriciləri aşağı düşdü, dövlətin sosial müdafiə 
proqramları  ya  ixtisar  edildi,  ya  da  ləğv  olundu,  və  buna  görə  də  yoxsulluğun  səviyyəsi 
qalxdı.  Bundan  əlavə,  Dağlıq  Qarabağ  ərazisinə  görə Azərbaycanla  Ermənistan  arasında 
uzun sürən müharibə dövlətin yardımına ehtiyacı olan 800 000-dən çox köçkün və qaçqın 
əhalinin meydana gəlməsinə səbəb oldu. Bütün bu hadisələrdən sonra bərpa prosesi yaxşı 
keçdi və son onillikdə Azərbaycan uğurlu iqtisadi yüksəlişə nail oldu. Siyasətdə və struktur 
dəyişikliklərində həyata keçirilən öhdəliklər və külli miqdarda qaz və neft ehtiyatları bunu 
düşünməyə imkan verir ki, Azərbaycan davamlı səylər nəticəsində qarşıdan gələn onillik 
ərzində yoxsulluq həddini aşağı salmaq üçün kifayət qədər potensiala malikdir. 
Keçid dövrü Azərbaycanda qadınlar üçün qarışıq və çox vaxt da gender xarakterli 
nəticələrə gətirib. Qadınların rəsmi  məşğulluq səviyyəsi  kişilərə nisbətən daha  çox  aşağı 
enib. 20-49 yaş həddində olan qadınların üçdə bir hissəsindən çoxu bu gün iqtisadı cəhətdən 
qeyri-fəal hesab edilir. Formal sektorda (o cümlədən inkişafda olan özəl sektorda) daha az 
imkanlara malik olan qadınlar ailələrinin ümumi gəlirinə yardım etmək məqsədilə daha çox 
qeyri-formal sektora müraciət edirlər, həm də belə iş adətən müdafiə olunmur və burada 
az maaşla uzun müddətli iş nəzərdə tutulur. Kiçik və orta həcmli müəssisələrdə iş axtaıb 
tapmaq və yeni iş yerləri yaratmaq cəlbedici görünsə də, qadınlar üçün çox vaxt bu gəlir və 
məşğulluq yaradan imkanları genişləndirməyə və inkişaf etdirməyə kömək edə bilən kredit 
almaq, təlim keçmək və peşəkarlıqlarını artırmaq imkanlarını əldə etmək kişilərə nisbətən 
daha çətin olub. 
Bundan əlavə, Sovet İttifaqının sona yetməsi ilə qadınların ehtiyaclarına yönəlmiş 
bir çox proqramlar, o cümlədən, ailə və uşaqlara qayğı sistemi, ləğv edilib və bu məsuliyyət 
onsuz da özlərinin ödənilən və ödənilməyən iş məsuliyyətlərini balanslaşdırmağa çalışan 
qadınların öz öhdəsinə buraxılıb. “Üçqat keçid” və yoxsulluq özünü qadınların və uşaqların 
qidalanma ilə əlaqədar sağlamlıq göstəricilərində də göstərir. Anemiya və yod çatışmazlığının 
yüksək səviyyədə olması, eləcə də, azyaşlı uşaqların kifayət qədər yeməməsi və inkişafdan 
qalması göz qabağındadır. Üstəlik, həm dövlət, həm də yerli səviyyədə siyasi rəhbərlikdə 
gender  bərabərsizliyinin  artması  qadınların  dövlətin  siyasi  (və  yoxsulluğun  azaldılması) 
məsələlərinə  təsir  etmək  imkanlarını  aşağı  salıb.  Və  sonda,  keçid  dövrü  qadınlar  üçün 
əlverişli  olmayan  başqa  cəhətləri  də,  məsələn,  insan  alveri,  ənənəvi  adət  və  təcrübələrin 
yenidən  meydana  çıxması,  sağlamlıq  və  həyat  tərzi  ilə  əlaqədar  təhlükələr,  o  cümlədən, 
genderlə əlaqədar zorakılıq hallarını da aşkara çıxardıb. 
Azərbaycanda gender və yoxsulluq: mövcud şərait və əsas problemlər
Azərbaycanda  bir  çox  qadın  üçün  Sovet  dövrünün  sonu  imkanların  azalması 

xii
 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
dövrünün başlanmasına bir işarə oldu. Keçid dövründə geniş miqyasda iş yerlərinin itirilməsi 
prosesində ən çox uduzan qadınlar işsizlər və “iqtisadi cəhətdən qeyri-fəal” əhali arasında 
üstünlük təşkil edirlər; onlar əhəmiyyətli dərəcədə üfüqi və şaquli seqreqasiyanın mövcud 
olduğu formal sektorda ayrı-seçkilikdən əziyyət çəkir, inkişaf etməkdə olan özəl sektorda isə 
özlərinin get-gedə daha çox sıxışdırıldıqlarını hiss edirlər.
Azərbaycanda  işsizlik  qadınlara  müxtəlif  şəkildə  təsir  göstərib.  Çoxları  yalnız  ev 
işləri ilə məşğul olmağa məcbur olub. Ev işləri, uşaqların və çox vaxt da yaşlıların qayğısına 
qalmaq  isə  ödənilmir  və  qiymətləndirilmir.  Formal  sektorda  işdən  çıxarılanların  bəziləri, 
o  cümlədən  “ev  işçiləri”  (xidmətçilər)  kateqoriyasına  aid  edilənlər  qeyri-formal  sektora 
müraciət ediblər. Burada onlar həm evdə, həm də evdən kənarda müxtəlif işlərlə məşğul 
olur, və bunlarla eyni vaxtda uşaqlara baxır və müxtəlif ev işləri də görə bilirlər. Bəziləri 
mövcud kənd təsərrüfatlarında işləyir; burada isə iş günü uzun, iş çox zəhmət tələb edən 
və intensivdir, və özlərini və ailələrini maddi cəhətdən düşdükləri şok vəziyyətindən çıxara 
bilməyə azacıq da olsa kömək etmək üçün pul yığmaq və ya gəlir artırmaq imkanları çox 
azdır. Çox az sayda qadın, başlıca olaraq bir qədər kapitala malik olanlar, kiçik bizneslə 
məşğul olmağa başlayıblar; bəziləri ailələrin və kiçik cəmiyyətlərin təqdim etdikləri yardım 
şəbəkələrinin dəstəyi ilə, o cümlədən uşaqlara qayğının təmin edilməsi ilə, uğur qazanıblar. 
Lakin bu şəbəkələr də get-gedə artan təzyiq altındadırlar, çünki hər kəs öz başlıca ehtiyaclarını 
ödəmək yolunda çətin iqtisadi mühitdə mübarizə aparır. 
Bu problemlərə müraciət edilməsi mürəkkəb prosesdir və qadınların produktiv və 
reproduktiv rolunu, həmçinin “səmərəli” iqtisadiyyatda onların mərkəzi rolunu tanıyan və 
bu işdə onlara yardım edən hərtərəfli yanaşma tələb edir. Əgər qadınların ödənişli əməyə 
cəlb  edilə  bilmələri  üçün  şərait  olmalıdırsa,  qadınlar  üçün  yeni  imkanlar  yaradılması 
və  məşğulluq  üzrə  müvafiq  təlim  proqramlarının  tətbiq  edilməsindən  əlavə,  kənd  və 
şəhər  yerlərində  imkan  daxilində  uşaqlara  qayğı  göstərilməsinin  təmin  edilməsi,  təhsil 
və  səhiyyədə  ictimai  əsaslarla  birgə  xidmətlərdən  istifadə  edilməsi  çox  əhəmiyyətlidir. 
Qadınların iqtisadi resurslardan istifadə edə bilmələrini asanlaşdırmaq və onların kiçik və 
orta  müəssisələrdə  iştirakını  artırmaq  üçün  onları  dəstəkləyən  mühitin  (məsələn,  biznesi 
inkişaf etdirməyə xidmət edən məsləhətxanalar, təlim kursları, bazara çıxış) təmin edilməsi; 
qadınların bərabər hüquqlarla işə düzəlmə imkanlarını müəyyənləşdirən və onu müdafiə edən 
qanunvericiliyin (eləcə də cinsi zəmində qadınlar üçün çətinlik törədilməsi və işə götürərkən 
ayrı-seçkiliyə yol verilməsi əleyhinə hüquqi müdafiə tətdbirləri) olması; qadınların mülki 
xidmətlərdə sürətlə irəli çəkilmələrini təmin edən siyasət aparılması qadınların imkanlarını 
genişləndirmək və onları müdafiə etmək üçün istifadə edilən yollardan bəziləridir. Bütün 
bu şərtlərin mərkəzində formal və qeyri-formal sektorların gender baxımından daha yaxşı 
qiymətləndirilməsinə ehtiyac (xüsusilə də sosial xidmətlərin azaldığı bir şəraitdə), eləcə də 
qadınların kənd təsərrüfatında rolu və iştirak faizi durur. 
Səhiyyə sektorunda Azərbaycanda narahatlıq doğuran problem qadınların və qızların 
pis qidalanmasıdır, və bu problem qadınların uşaq doğurma qabiliyyətlərinə ziyan vurmaqdan 
əlavə, ümumiyyətlə onların həyatlarının keyfiyyətinə pis təsir göstərir. Uşaqdoğurma yaşında 
olan qadınlar arasında anemiya halları xüsusilə yüksəkdir: rəsmi statistikaya görə hər altı 

xiii
Xülasə
qadından biri (17,3%) anemiyadan əziyyət çəkir (DSK 2005: 43). Əlbəttə, güman etmək 
olar ki, real rəqəmlər bu göstəricilərdən xeyli yüksəkdir. 2001-ci ildə keçirdiyi Reproduktiv 
Sağlamlığın Müayinəsi aşkar etmişdir ki, hamilə olan və olmayan qadınların üçdə birində 
anemiya halları aşkara çıxarılmışdı (ABŞBİA/XNM/BMTƏF və b. 2003: 119-120). Uşaqların 
zəif qidalanmaları da böyük narahatlıq doğurur. Naxçıvanın, ölkənin cənub və cənub-qərb 
hissələrinin yoxsul rayonlarında hər beş uşaqdan birinin çəkisi normadan aşağıdır və hər dörd 
uşaqdan biri inkişafda geri qalır. Yod çatışmazlığı qadın və uşaqlar arasında əsas problemdir. 
Rəsmi statistik məlumatlara əsasən, hamilə qadınların yarıdan çoxu yod çatışmazlığından 
əziyyət çəkir (AİB, 2003: 2). Ana ölümünün əmsalı 1994-cü ildən bəri aşağı düşsə də, bu 
sahədə hesabat sisteminin zəif olduğuna görə real vəziyyət düzgün qiymətləndirilmir (DSK 
2005: 22).
Təhsil sahəsində ali və peşə təhsili müəssisələrində qeydə alınan gender bərabərsizliyi 
və bu mərhələdə təhsildə peşə seçimində açıq-aşkar ayrı-seçkilik gələcəkdə qadın və kişilər 
arasında  peşəkarlıqda  mövcud  olan  geriliyi  daha  da  artıra  bilər.  Həm  oğlanlara,  həm  də 
qızlara aid olduğu üçün, uşaqlara qayğı göstərməli olan vasitələr və proqramlar müvafiq 
səviyyədə deyilsə, dövlətin siyasətində prioritet təşkil etməyincə, 5 yaşdan aşağı uşaqların 
müasir və gələcək nəsillərinin qabilyyətlərinə pis təsir göstərə bilər. 
Qabiliyyətlə  əlaqədar  problemlərdən  danışarkən  burada  bir  sıra  məsələlərə 
toxunmaq  lazımdır.  Səhiyyə  sektorunda  doğuş  zamanı  ana  və  körpələrin  ölüm  hallarının 
sayının  azaldılması  üçün  tələb  olunan  keyfiyyətli  səhiyyə  xidmətlərindən  istifadə  etmək 
imkanlarının  yaxşılaşdırılmasına  yönəlmiş  fəaliyyət  kritik  səviyyədədir  və  bu  fəaliyyət 
öndə  gedən  səhiyyə  işçilərinin  doğuş  zamanı  təhlükəsizliyi  təmin  edə  bilmələri  və  daha 
çox rast gəlinən diareya və kəskin respirator xəstəliklərin öhdəsindən gələ bilmələri üçün 
müvafiq  təlim  keçmələri  və  onlara  daima  nəzarət  edilmələri  yolu  ilə  dəstəklənməlidir. 
Bundan əlavə, insanlar icmalarda və məişətdə həm preventiv, həm də müalicəvi səhiyyə 
məsələləri barədə məlumatlandırılmalıdır ki, uşaqlar arasında xəstəlik və ölüm hallarının 
əsas  səbəbləri  aydın  olsun.  Erkən  uşaqlıq  dövrü  üçün  tədris  proqramlarını  və  preventiv 
səhiyyə  xidmətlərinin  göstərilməsini  (məsələn,  immunlaşdırma,  xəstəliklərin  qarşısının 
alınması, mikro-qidalanmanın çatışmazlığı və körpələrin və azyaşlı uşaqların qidalanması, 
habelə əmizdirilməsi təcrübələrinin yayılması) özündə birləşdirən uşaqların vahid inkişaf 
poqramı da çox əhəmiyyətlidir. Təhsil sektorunda ali təhsil sahəsinə qadınların daha çox 
cəlb edilməsinə maraq oyadan siyasətin həyata keçirilməsi, azyaşlı uşaqların (o cümlədən, 
bağça yaşlı) inkişafına yönəlmiş proqramların genişlənməsi və yaxşılaşdırılması üçün əlavə 
maliyyələşdirmə, və qadın və kişilər haqqında stereotip təsəvvürləri aradan götürmək üçün 
məktəb proqramlarının və dərsliklərin yenidən işlənməsi yolları ilə qadınların imkanlarını 
gücləndirmək mümkündür. 
Azərbaycanda,  keçmiş  Sovet  İttifaqının  digər  respublikalarında  olduğu  kimi,  son 
onillik ərzində qadınlar gəlirlərin təhlükəliliyinin bütün səviyyələrindən keçiblər. Çox sayda 
qadın və kişilərin daimi iş yerlərini itirmələri və uzün müddət davam edən işsizlik dövrləri 
onların  qənaətlə  yığdıqları  pulların  və  əmlakın  itirilməsinə  səbəb  olub;  yoxsulların  çox 
az  hissəsi  gəlir  baxımından  üzləşdikləri  ən  kiçik  şoka  davam  gətirə  bilir.  Sosial  müdafiə 

xiv

Yüklə 89,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin