BABA BABAZADƏ
ƏDƏBİYYATDA
LİRİK NÖV
BAKI – 2008
1
2
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
BABA BABAZADƏ
ƏDƏBİYYATDA
LİRİK NÖV
(Dərs vəsaiti)
BAKI – 2008
3
Elmi redaktor:
filologiya elmləri doktoru,
professor Nərgiz Paşayeva
Rəyçilər:
filologiya
elmləri namizədi,
dosent Zahirə Salmanova
filologiya elmləri namizədi,
dosent Məhəmməd Məmmədov
Baba Babazadə. Ədəbiyyatda lirik növ (dərs vəsaiti). Bakı:
«Bakı Universiteti» nəşriyyatı, 2008, 178 səh.
Ədəbi növlər və janrların poetikası haqqında Aristotel, Hegel,
Belinski və başqa nəzəriyyəçilər bir sıra maraqlı nəzəri-estetik
fikirlər söyləmişlər. Dərs vəsaitində lirik növün atributiv poetik-
estetik və nəzəri xüsusiyyətləri konkret tədqiqat obyekti kimi gö-
türülmüşdür. Müasir proqramlar və elmi-metodiki tələblər səviy-
yəsində hazırlanan bu dərs vəsaitində lirik növ və onun janrları
haqqında müxtəlif nəzəri-estetik anlayışların terminoloji interpretasi-
yası verilmişdir. Dərs vəsaitində təhsilin bakalavr, magistr pilləsinin
tələbələri, müəllimlər, habelə ədəbiyyatın nəzəri məsələləri ilə
məşğul olan tədqiqatçılar da istifadə edə bilərlər.
© «Bakı Universiteti» nəşriyyatı, 2008
4
ƏDƏBİ NÖVLƏR VƏ JANRLAR
Dünya ədəbiyyatında yaranan bədii ədəbiyyat nü-
munələri – ədəbi əsərlər müxtəlif növlərə və janrlara
bölünür. Ümumiyyətlə isə ədəbi əsərlər üç növə bölünür:
epik, lirik, dramatik. Bu bölgünü ilk dəfə verən, nəzəri
cəhətdən əsaslandıraraq təsnif edən antik dövrün ən böyük
filosofu və nəzəriyyəçisi Aristotel (384-322) olmuşdur. İbti-
dai cəmiyyətlərdə yaranan ayrı-ayrı ədəbiyyat və incəsənət
nümunələrində müstəqil şəkildə ədəbi növ və janrlar anlayışı
olmamışdır. Bu zaman yaranan əsərlər təbiət və cəmiyyət
hadisələri haqqında tam bilgi verirdi. Çünki bu zaman
incəsənət əsərləri arasında janr, növ differensiasiyası da yox
idi.
Belinski ədəbiyyatı sintetik sənət adlandırmışdır. Belə
ki, bədii ədəbiyyatda rəssamlığın, musiqililiyin, lirizmin,
əyaniliyin elementləri vardır. Daha qədimlərdə, o zaman ki,
insanlar hələ sinfi cəmiyyətdə yaşamırdılar, o zaman yazılan
əsərlər bu gün bizim adlandırdığımız kimi bədii əsər adlan-
mırdı. Bu əsərlərin spesifikasında, ümumi total məzmununda
ilkin ictimai şüurun izləri olan magik, mifoloji, əxlaqi və
yarıfantastik elementlər var idi. Bu isə hələ o zaman elmdə
ilkin ictimai və bədii-estetik şüurun təzahürü olan sinkretizm
adlanmışdır. «Sunkreto» – yunanca – qovuşma, qatılma,
birləşmə, bitişdirmə deməkdir.
Bununla bərabər, həmin əsərlərdə müxtəlif ədəbi for-
maların da məzmun və janr sinkretizmi müşahidə olunmuş-
dur. Belə ki, ilkin sinkretik əsərlərdə poeziyanın, xorun,
musiqinin bir poetik düşüncədə ritorik inikası əsas tutulurdu.
Ən qədim dövrlərdə sinkretik sənətin izlərini biz mahnılarda,
5
nəğmələrdə, oyun və rəqslərdə görürük. Bu cür oyunlar,
ayinlər, və rəqslər, adətən ov mərasimlərindən əvvəl və
uğurlu ovdan sonra keçirilirdi. Hətta bu gün sinkretik
rəqslərin izləri bir sıra xalqların həyatında indiyə qədər gəlib
çatmışdır. Qədim zamanlarda yaranan əmək və mərasim
mahnılarında da sinkretizmin izlərini görürük.
Əlbəttə, ilkin sinkretik incəsənətdə ardıcıl olaraq for-
malaşan ritmik melodiyalarda, həmin nəğməli ritmlərlə
deyilən poetik mətnlərdə sinkretizm əsas yer tutur. Bu şifahi
və yazılı şəkildə yaranan mətnlərdə ifadə olunan nidalar,
emosiyalar, söz, takt və melodiyalar müəyyən ritmə tabe tu-
tulurdu.
Zaman keçdikcə bu sinkretik sənət ayrı-ayrı sahələrə
ayrılmağa başlamışdır. Xalq əfsanələrinin, mifoloji
süjetlərin, nağılların, lirik-epik mahnıların, sinkretik
sənətdən ayrılması nəticəsində epos-epik növ formalaşmış-
dır. Nəzəriyyəçilərin fikrincə, lirikanın mənşəyi insanın izti-
rab, kədər və sevinclərinin ifadə olunduğu xorla bağlı ol-
muşdur. Dramaturgiya isə ayrı-ayrı kollektiv tamaşaların,
mimik hərəkətlərin nəticəsində formalaşmışdır. Bununla
belə, lirik, epik və dramatik ədəbi formalar daha sonralar
inkişaf edərək mürəkkəb şəkil almış və əvvəlki əlamətlərini
demək olar ki, itirmişdir. Onlar arasında elə qarşılıqlı
cəhətlər və keçidlər olmuşdur ki, hətta indinin özündə də
tədqiqatçılar poetik yaradıcılıq növlərini araşdırmaqda,
onların sərhədlərinin müəyyənləşməsində çoxlu miqdarda
janrların modifikasiyasının xarakteristiskasını təyin etməkdə
çətinlik çəkirlər. Hətta bununla bağlı müxtəlif elmi-nəzəri
baxışlar, yanaşmalar mövcuddur.
Aristotel ədəbiyyatı növlərə və janrlara bölərkən
6
gerçəkliyin necə təsvir olunması məsələsini əsas tutmuşdur.
Onun fikrincə, eyni bir hadisəni müxtəlif cür təsvir etmək
olar. Belə ki, sənətkar olub keçən, baş vermiş hadisələri
Homer kimi danışır. Ya sənətkarın maraq və ehtirasları li-
rikada verilir. Ya da sənətkar hadisələri xarakterlərin hə-
rəkətində təsvir edir. Ümumiyyətlə Aristotel təqlid olun-
manın üç növünü göstərmişdir. Bununla da o, təqlid olun-
manın üsullarına görə ədəbi növ və janr nəzəriyyəsinin
əsasını qoymuşdur.
Qeyd etməliyik ki, sonrakı dövrlərin bir sıra
nəzəriyyəçiləri Aristotelin bu bölgü prinsipini qəbul etmişlər.
Alman nəzəriyyəçisi və estetiki Hegel ədəbiyyatı
növlərə və janrlara bölərkən konkret predmetin təsvirini əsas
götürmüşdür. Onun fikrincə, epos hadisələri təsvir edir, lirika
hiss və həyəcanları, drama isə hərəkəti təsvir edir. Buradan
belə nəticəyə gəlinir ki, eposda insan cəmiyyətlə üzləşir,
dramda xarakterlər bir-birinə qarşı durur, lirikada isə
şəxsiyyətin daxili həyəcanları, qəlb aləmi tərənnüm olunur.
Sonralar rus nəzəriyyəçisi və tənqidçisi Belinski də bu
nəzəri baxışla razılaşmalı olmuşdur. Onun fikrincə, incəsənt
əsərlərində xalis növ strukturu yoxdur. Onun qənaətincə,
epik əsərlərdə dramatik elementlər, eyni zamanda dramda
epik laylar mövcuddur. Eyni zamanda həm epiklər, həm də
dramaturqlar da öz növbəsində lirizmdən istifadə edirlər. Bu
baxımdan yanaşsaq görərik ki, Hegel və Belinskinin
sözlərində bir həqiqət var. Bununla bərabər, həmin nəzəri
fikirlərin özünü də dəqiqləşdirmək lazım gəlir. Hər hansı bir
sənətkarın yaradıcılıq prosesində əsas məqsədi real
gerçəkliyi insan münasibətləri ilə birgə təsvir etmişdir. Belə
ki, tədqiqatçıların doğru qeyd etdikləri kimi, insanın
7
gerçəkliklə qarşılıqlı münasibətlərinin təsvirinin əsasən üç
müxtəlif tərəfi vardır. Bu müxtəliflik hər hansı bir ədəbi
növün spesifikasının müəyyənləşməsində mühüm rol oy-
nayır. Ədəbi növlərin hər üç növü üçün xarakterik olan
nəzəri cəhətlər də dediklərimizi sübut edir. Doğru qeyd ol-
unduğu kimi: «Eposda insan cəmiyyətlə üzləşib vuruşur,
dramda xarakterlər bir-birinə qarşı durur, lirikada isə həyatın
bu və ya başqa səbəblərindən baş verərək şəxsiyyətin
keçirdiyi hiss və həyəcanlar açılır»
1
.
Epik və dramatik əsərləri lirik növdə yazılmış
əsərlərdən fərqləndirən bir sıra yaxın cəhətlər var. Bu iki
növə daxil olan əsərlər doğru qeyd olunduğu kimi, daha
geniş dərketmə funksiyasına və imkanlarına malikdirlər.
Epik və dramatik əsərlərdə bir növ müəyyən zaman və
məkan daxilində baş verən hadisələr təsvir olunur. burada
ayrı-ayrı şəxslərin, personajların qarşılıqlı münasibətləri,
məqsədləri, həyəcan və düşüncələri öz əksini tapır. Düzdür,
epos və dramda həyatın təsviri və personajların xarakterinin
səciyyələndirilməsində çox zaman müəllif fikirlərinin ifadəsi
öz əksini tapır. Ancaq çox zaman oxucuya belə gəlir ki, bu
əsərlərdəki hadisələr müəllifin özündən, onun istəyindən asılı
olmadan baş vermişdir.
Epik və dramatik əsərlər bir-birinə lirik əsərlərə
nisbətən nə qədər yaxın olsalar da, onlar forma baxımından
kəskin şəkildə fərqlənirlər. Ona görə ki, epik növün yaran-
masında əsas rolu təhkiyə oynayır. Epik növün adı da elə bu-
radan götürülmüşdür. Epos – yunanca «epos» - söz, nitq
deməkdir. Dram əsərlərində isə bundan fərqli olaraq geniş,
ardıcıl təhkiyədən istifadə olunmur. Dramda hadisə və
1
Н.А.Гуляев. Теория литературы, Москва, 1985, сящ. 117.
8
xarakterlərin hərəkəti üstünlük təşkil edir. Dramatik növün
adı da yunan sözü olan «drao» hərəkət, hərəkət edirəm
deməkdir. Demək olar ki, dramatik əsərlərin mətni persona-
jlar arasında baş verən dialoqlar əsasında qurulur.
Ədəbi növlər və janrlar arasında həyatın inikas üsulları
da bir-birindən fərqlənir. Məsələn, eposda həyatda baş ver-
miş bu və ya digər hadisələr və insanlar haqqında danışılır,
məlumat verilir. Dramaturgiyada isə bilavasitə müxtəlif in-
san xarakterləri arasında gedən mübarizə, münaqişə,
cəmiyyətin bir-birinə qarşı duran ziddiyyətli tərəfləri təsvir
olunur. lirikada isə insanın əhvali-ruhiyyəsi, həyəcanları,
cəmiyyət münasibətlərinin müxtəlif tərəflərinə sənətkarın öz
mövqeyi, münasibəti kimi məsələlər verilir. Bir qayda olaraq
epik və dramatik əsərlər müəyyən bir süjetə malik olur. Lirik
əsərlərdə isə, adətən, süjet olmur. Epik, lirik və dramatik
əsərlər öz növbəsində nisbətən kiçik həcmli ədəbi janrlara
bölünür. Belə ki, hər növün özünəməxsus janrları olur. Epik
poemalar, qəhrəmanlıq eposları, roman, mənzum roman,
povest, hekayə, novella, oçerk epik növün janrları hesab ol-
unur. Bayatı, layla, qoşma, təcnis, müxəmməs, qəzəl, qəsidə
və s. lirik növün janrları hesab olunur. Komediya, faciə,
dram və s. isə dramatik növün janrlarıdır.
9
LIRIK NÖV
Lirika sözü qədim yunan musiqi aləti olan liradan
götürülmüşdür. Qədim yunanlarda demək olar, söz sənətinə
dair olan bütün əsərlər, xüsusilə də şeirlər, nəzmlə yazılan
əsərlər həmin lira musiqi alətinin ritmik melodiyası altında
ifa olunurdu. Bu musiqi alətinin müşayiəti ilə oxunan lirik
əsərlər epik və dramatik əsərlərdən həm də bədii
dərketmənin obyekti baxımından da fərqlənirdilər.
Lirik əsərlərdə hadisələrin geniş detalları ilə təsvirinə
rast gəlmirik. İnsanların bir-birinə münasibətləri, hərəkətləri
lirikada geniş təfsilatı ilə göstərilmir. Lirikada insanın daxili
aləmi, onun hissləri və düşüncələri bədii surətdə
mənimsənilir. Bir qayda olaraq lirikada insanın hiss və
həyəcanlarının ifadəsi tərənnüm yolu ilə verilir.
Qeyd olunduğu kimi, insanın xarici aləmlə
münasibətlərindən aldığı təəssüratlar, şəxsiyyətin iztirab və
ehtirasları lirikada öz əksini tapır. Əgər eposda əsas olaraq
hadisələr, dramda xarakterlər əsas götürülürsə, lirikada
hisslərin dinamikası, emosionallıq əsas tutulur. Belə ki, şair
konkret bir obyekti, ilin hər hansı bir fəslini, gününü
tərənnüm edəndə də yenə öz subyektiv-poetik hisslərini
verir. S.Vurğunun «Bahar düşüncələri» şeirində əsas məqsəd
bu gözəl təbiət fəslinin tərənnümü olsa da, şair öz poetik
hiss-həyəcanlarını da emosional şəkildə əks etdirir.
Bahar, istəklimsən başdan, binadan,
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt yaranmısan xoşbəxt anadan:
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin!
10
Sənin də şair tək qanın qaynardır
Yerdə arzuların gül açır rəng-rəng,
Başında daima fikirlər vardır.
Daima döyünür sinəndə ürək,
Yerdə arzuların gül açır rəng-rəng.
B.Vahabzadə «Payız düşüncələri» şeirində payız fəslinin
təsvirindən daha çox lirik qəhrəmanın narahat qəlbinin hiss-
həyəcanlarının tərənnümünə üstünük verir.
Hələlik payızdır…
Üşüyürəm mən.
Bu dəli küləklər bəs hardan əsir?
Ömrümdən ayrılıb məni qəhr edən,
Məndən üz döndərən bahardan əsir.
H.Arifin təbiətə aid onlarla şeirində sənətkarlıqla verilən
peyzac təsvirlərindən başqa lirik qəhrəmanın mənəvi-
psixoloji aləminin poetik tərənnümü ilə qarşılaşırıq. Bu isə
lirik qəhrəmanın poetik «mən»inin yaranmasında, bədii
obrazın subyektiv düşüncələrinin tərənnümündə fövqəladə
rol oynayır.
Soyuyur cığırım, üşüyür izim,
Budaqda titrəyən yarpaq görünür.
Dərəyə enirəm, qatlanır dizim,
Zirvəyə qalxıram, uzaq görünür.
Fəsillər dolaşıq düşüb elə bil,
Yaz başa vurmamış, yay gəlib keçir.
Zamanın cilovu əlimdə deyil,
Həftə üzülməmiş ay gəlib keçir.
11
Lirik əsərləri fərqləndirən xüsusiyyətlərdən biri də
nitqin, ifadənin ekspressiv funksiyasıdır. Lirikada müəllifin –
şair sənətkarın həyata münasibəti emosional şəkildə verilir.
Sənətkar xarici aləmdən aldığı müxtəlif ani, keçici
hissləri də lirikada verə bilər. Lakin elə bu zaman da xarici
aləmdən, gerçəklikdən alınan assosiativ duyğular, hisslər,
fikirlər bədii poetik ifadənin predmetinə çevrilir. Lirik
sənətkar xarici aləmi təsvir edərkən də orada öz duyğularını,
hissləriin verir.
Dinlə məni, gözəl bahar!
Qəlbinlə dinlə
Sənə deyiləcək sözüm var:
Bilirəm sən,
Mənim ilk sevgilim kimi,
İlk duyğularımın şahidisən!
Unutmadım sizi mən…
…Mənə çox görməsin zaman
Çalışıb yaşamaq həvəsini…
(S.Vurğun)
Lirikanı epik və dramatik əsərlərdən fərqləndirən xü-
susiyyətlərdən biri də hisslərin, duyğuların tərənnümüdür.
Belə ki, epik və dramatik əsərlərdə təsvir, təhkiyə,
mükalimələr əsas yer tutduğu halda, lirikada hisslərin,
həyəcanların ani tərənnümü əsas tutulur. Eposda obyektiv
həyatın təsviri, lirikada isə subyektiv düşüncə əsasdır. Liri-
kada da əsas obyekt epos və dramda olduğu kimi obyektiv
gerçəklikdir. Lakin burada gerçəklik daxili aləmdə subyektiv
tərənnüm yolu ilə verilir.
12
Könül, səndə yenə həyəcanmı var?
Uçub qalxmadığın asimanmı var?
Söylə, sənin kimi bu asimanda
Tufan rəqqasəsi bir tərlanmı var?
(M.Müşfiq)
Deyirəm Xəzərin sahillərində
Mənim milyon-milyon şəhərim olsun.
Ürək dostlarımın ürəklərindən
Keçən arzulardan xəbərim olsun.
(S.Rüstəm)
Qeyd olunduğu kimi, lirikada müəllifin fərdi, subyektiv
düşüncələri əsas yer tutur. Lakin bunu mütləq mənada başa
düşmək düzgün olmazdı. Çünki poetik yaradıcılıq
nəzəriyyəsindən bəhs edən bütün estetiklər və nəzəriyyəçilər
bu yekdil fikirdədirlər ki, həqiqi lirika özündə ümumbəşəri
məzmun daşıyır. Lirikada tərənnüm olunan bir şairin yaşantı-
ları, hissləri təkcə onun özü üçün yox, daha geniş əhatə
dairəsinə malikdir. Belə ki, lirik əsərlər sənətkarın xarici
aləmə münasibətlərinin emosional bədii inikası olaraq
qələmə alınır. Klassik Azərbaycan şairləri Xaqaninin, Ni-
zami və Füzulinin əsərlərini yalnız bu cür dəyərləndirmək
olar. H.Cavid, M.Hadi, S.Vurğun, B.Vahabzadə kimi
şairlərin əsərləri bəşəri məzmunun ifadəsi baxımından
diqqəti cəlb edir.
Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti,
Danışmaqla, yazmaqla itməz qədir-qiyməti.
(M.Gəncəvi)
13
Məmləkətin dayağı ədalətdir hər zaman,
Ədalətlə nəsibin səadətdir hər zaman.
(N.Gəncəvi)
İblis nədir?
— Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir?
— İblis!
(H.Cavid)
Bəzən deyirlər ki, yalnız xarici mühitin lövhəsini
verməklə gerçəklik haqqında düzgün bilgi almaq mümkün-
dür. Şəxsiyyətin daxili, mənəvi aləminin təsvir və tərənnümü
isə əsasən subyektiv mahiyyət daşıyır və bu zaman təbiət və
cəmiyyət haqqında tam məlumat almaq mümkün deyildir.
Əlbəttə, bu fikirlərin özü də subyektiv xarakter daşıyır.
Çünki həqiqi lirika üçün obyektivlik əsas şərtdir. İnsanın hiss
və həyəcanları tarixi hadisələrin, ictimai həyatın özü kimi
obyektiv səciyyə daşıyır. Lirik sənətkar da yazıçı və drama-
turq kimi öz sənətinə sadiqdir. Bədii sənətin əsas qanunu
gerçəkliyi əks etdirməkdir. Müəyyən tarixi epoxa və sosial
mühitin insanlarının, təbəqələrinin əhvali-ruhiyyəsini, arzu
və ideallarını əks etdirmək öyrənmək üçün poeziya bəlkə də
ən etibarlı ədəbi mənbə ola bilər. Məsələn, XX əsrin
əvvəllərində «Molla Nəsrəddin» jurnalı ətrafında toplanmış
satirik şairlərin yaradıcılığı əsrin əvvəllərində Azərbaycan
həyatının, obyektiv gerçəkliklərinin, sosial bərabərsizliyin
mövcud cəmiyyətdə müxtəlif təbəqələrin həyatının, dün-
yagörüşünün öyrənilməsində böyük bədii əhəmiyyət kəsb
edir.
Bayram olcaq, şövkətlilər, şanlılar,
14
Dövlətlilər, pullular, milyanlılar,
Tirboyunlar, şişqarınlar, çanlılar,
Qurban kəsir xəlilüllah eşqinə,
Fağır-füqur gəzir allah eşqinə. (M.Ə.Sabir)
S.Vurğunun, S.Rüstəmin, R.Rza, O.Sarıvəlli və b.
şairlərin yaradıcılıqlarının ilk dövründə yazdığı şeirlər yeni
ictimai quruluşda, yeni həyat quran Azərbaycan xalqının
1920-30 və 40-50-ci illərdəki gerçəkliklərini, həyat tərzini
öyrənmək üçün ən qiymətli ədəbi mənbə hesab oluna bilər.
Yüz il qələm çalsam gözəl hüsnünə,
Doyarmı eşqindən sadiq bir ürək?
Alqış bu dövrana, alqış bu günə,
Gəl əziz bayramım, bir də öpüşək!
(S.Vurğun)
Mən bir yüksəlişin sevdasındayam,
Siniflər döyüşü dünyasındayam.
(M.Müşfiq)
İş bizə çox şeylər qandıracaqdır,
Ölkəmiz cənnəti andıracaqdır.
Ellər yüksəlişin al çırağını,
Ey Kür, sahilində yandıracaqdır!
(M.Müşfiq)
Bəli, «Avrora»dan Qış sarayına
Tüşlanan topları biz atmalıyıq.
Vaxtında biz yetib el harayına,
Bütün yer üzünü oyatmalıyıq!
(Ə.Cəmil)
15
Lirika üçün əsas şərtlərdən biri də budur ki, burada təsvir
və tərənnüm daha təsirli, emosional bir şəkildə verilir. Lirik
əsərlərdə insanlar arasında münasibətlərin, onların
hərəkətlərinin təsviri o qədər də böyük rol oynamır, ya da
bunlara heç yer verilmir. Lirik tərənnüm hər hansı bir
hadisənin geniş təsvirinə imkan vermir. Onun lirik şeirdə
demək istədiyini ya müəyyən məqsədlə işlətdiyi sözlərdən
aydın etmək olar, ya da onun təsvir etdiyi şərait, müraciətinin
ünvanı mücərrəd, anlaşılmaz olaraq qalır. Bu cəhət də lirik
şeirin bir səciyyəvi xüsusiyyətidir. Dediyimiz kimi, lirik
əsərlərdə poetik sözün üzərinə böyük bədii yük düşür. Bu
əsərlərdə fikir, səs, ritm, intonasiya elementəlrindən fəal
şəkildə istifadə olunur. Burada hər şeyin öz yeri, rolu var.
Lirik əsərlərdə edilən pauza da poetik ideyanın ifadə
vasitəsinə xidmət edir. Lirikanın təsir qüvvəsi, hər şeydən
əvvəl, onun bədii məzmunu ilə təyin olunur. İnsanın fikir və
hissləri bu məzmuna köçürülür. Həqiqi şairlərin yaradıcılığı
həmişə dərin məzmun daşımışdır. M.Füzulinin, İ.Nəsiminin,
S.Vurğunun, R.Rza kimi şairlərin lirik əsərlərinin bədii
məzmunu oxucunu həmişə düşünməyə, hisslərlə yaşamağa
çağırmışdır. Onların şeirlərində verilən hiss, həyəcanlar in-
sanların qəlbində hiss və həyəcan yaratmışdır.
Çarxını qurduqca dövranın əli
Bəzən ağlar olur, bəzən gülməli…
İnsanın ən böyük eşqi, əməli
Bəzən aslan kimi çırpınır darda,
Bəzən də qərq olur fırtınalarda…
(S.Vurğun)
16
Lirikada bədii dərketmənin ən başlıca obyekti lirik əsəri
yaradan müəllifin özünün xarakteri, onun ən əvvəl daxili
aləmi, əhvali-ruhiyyəsi və həyata olan emosional
münasibətidir. Bu baxımdan, estetiklər,
ədəbiyyat
nəzəriyyəçiləri lirikanı doğru olaraq ekspressiv sənətlə,
xüsusilə də musiqiyə yaxın hesab edirlər. Alman
nəzəriyyəçisi və filosofu Şellinq yazırdı ki, «Lirikada və hər
bir musiqi əsərində bir ton olur, bu da əsas olaraq hisslərin
tonudur».
Lirik sənətkar öz əsərində həm özünün şəxsi hiss-hə-
yəcanlarını, həm də başqalarının yaşantılarını, əhvali-
ruhiyyəsini verə bilər. Təsadüfi deyildir ki, lirik şairin daha
çox öz daxili aləminin, hiss-həyəcanlarının tərənnüm olun-
duğu şeirlərə müəllifin fərdi-psixoloji aləmindən bəhs edən
avtopsixoloji şeirlər deyilir.
Ağzı xeyir sözlüm, incimə məndən,
Yar yardan ayrılmaz, bülbül çəməndən.
Demə ki, düşmüşdür saçlarıma dən,
Ürək qocalmayır, ürəyim sənsən.
Mən qul olmamışam şöhrətə, ada,
Sənsiz yaşamayım bir gün dünyada.
Gözəllər, cananlar min-min olsa da,
Mənim bu dünyada mələyim sənsən.
(S.Vurğun)
Həsrətlər içində ana həsrəti,
Çəkəm, ya çəkməyəm bu əziyyəti.
Qəlbimə min qəlbin qəmi, möhnəti
Gözümə göz yaşı düşdü dünyadan…
17
(H.Arif)
Bədii yaradıcılığın bir hissəsi kimi lirik yaradıcılıq
əsasən psixoloji səciyyə daşıyır. Bu tərzdə yazılmış şeirlər
lirik qəhrəmanın və lirik sənətkarın hisslərinin, daxili-
psixoloji aləminin dərkində mənimsənilməsində mühüm rol
oynayır. Alman şairi İ.Bexerin dediyi kimi, lirik şair öz-
özünü ifadə edən bir insandır. O özü öz lirikasının
qəhrəmanıdır. S.Vurğun, B.Vahabzadə, F.Qoca, N.Həsənza-
də kimi lirik şairlərin yaradıcılığına bu baxımdan yanaşmaq
olar.
Ey əziz oxucum, ey əziz insan!
Uşaqlıq nə qədər gülünc olsa da,
Könül ayrılmayır duyğularından,
Onları arabir gətirir yada,
Uşaqlıq nə qədər gülünc olsa da.
(S.Vurğun)
Hər tərəfdə quran toy-busat mənəm,
Ulduzlarla edən ixtilat mənəm.
Mənim azadlığım qucağa sıxmaz,
Yer mənəm, göy mənəm, kainat mənəm!
(M.Müşfiq)
Lirik əsərlərdə şairin şəxsi hiss, həyəcanlarının təsviri
real həyatda insanın öz hisslərini ifadə etməsindən fərqlənir.
Lirik təsvir və tərənnüm şairin həyatdakı yaşantılarının mex-
aniki köçürülməsi deyildir. Doğru deyildiyi kimi, lirika şairin
real həyatda keçirdiyi hisslərin stenoqramması ola bilməz.
Lirik şair keçirdiyi hiss-həyəcanların hamısını əks etdir-
18
mir. Onun hisslərinin daha emosional, təsirli tərəfləri, anları
lirik şeirin predmeti ola bilər. Odur ki, şairin poetik hissləri,
fikirləri adi həyatdakından, gündəlik məişətdəki fikirlərindən
tamamilə fərqlənir.
19
Yenə də yamyaşıl geyinir dağlar,
Göz kimi durulur qaynar bulaqlar.
Əriyir güneylər döşündəki qar,
Yağış da isladır o göy çəməni,
Təbiət ilhama çağırır məni!
Ürək dil açır ki, sönməmiş odum,
Hücuma başlayır mənim söz ordum…
Könüllər mülkündə min yuva qurdum,
Unutmaz aləmdə sevən sevəni,
Məhəbbət ilhama çağırır məni!
(S.Vurğun)
Göründüyü kimi, lirik şair təxəyyülünün köməyi ilə elə
məqamlar təsvir edir ki, bunu real gerçəklikdə görmək, duy-
maq qeyri-mümkündür. Odur ki, həqiqi lirik şairin şeirlərini
yalnız tərcümeyi-hal xarakterli əsərlər kimi düşünmək ol-
maz. Məsələn, M.Füzulinin məhəbbət mövzusundan bəhs
edən qəzəllərinin başdan-başa Füzulinin həyatda başına
gələn məhəbbət məcaraları ilə, şəxsi həyatı ilə eyniləşdirmək
olmaz. Bununla belə, şairin şəxsiyyətinin müəyyən
cizgilərinin lirik qəhrəmanın obrazında sintezləşdirilmiş
şəkildə əks olunması lirikanın əsas xüsusiyyətidir. Məsələn,
Eşq dövranı mənə tapşırdı Məcnun növbətin
Xali olmaz nəqşi-ərbabi-vəfadan bu büsat
Hər yetən məhruya şərf etmə, Füzuli, ömrünü,
Bivəfalardan həzər qıl, tut təriqi-ehtiyat…
Yaxud:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var
20
Qıl təfaxür kim, sənin həm var mən tək aşiqin,
Leylinin Məznunu, Şirinin əgər Fərhadı var.
(M.Füzuli)
Məndə sakin oldu dərdi-eşq Məcnundan keçib,
Ondan artıqdır məgər eşq içrə təmkinim mənim?
(M.Füzuli)
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min Bisütunu badə.
Versəydi ahi-Məcnun fəryadımın sədasın,
Quşmu qərar edərdi başındakı yuvadə?
Fərhada zövqi-surət, Məcnuna seyri-səhra,
Bir rahət icrə hər kəs, ancaq mənəm bəladə.
(M.Füzuli)
Lirikanın mahiyyətindən bəhs edən nəzəriyyəçilərin do-
ğru qeyd etdiyi kimi: «Sənətkarlar insan, kollektiv, Əşya,
mənzərə surətləri yaratdıqları kimi, insanın mənəvi aləmiinn
əhvali-ruhiyyəsiinn, yaşadığı hiss və fikirlərinin də bədii
surətlərini yaradırlar. Bu bir zərurətdir. Hər bir insanı doğru,
dürüst, inandırıcı, canlı, həyati göstərmək üçün ancaq onun
zahirini yox, daxili aləminin zəngin, mürəkkəb, əlvan
mənəviyyatını da göstərmək lazımdır. İnsanın daxili aləmini,
hiss və duyğularını, fikirlərini verən bədii lövhələrə sənət
dilində l i r i k a deyirlər».
1
Bununla bərabər, deməliyik ki, bəzi lirik əsərlərdə ayrı-
ayrı hadisələrin də təsvirinə geniş yer verilə bilər. Oxucunu
1
Мир Ъялал, П.Хялилов. Ядябиййатшцнаслыьын ясаслары. Бакы,
Маариф, 1988, с.27
21
düşünməyə sövq edən belə şeirlərdə geniş təsvir şair
tərəfindən məqsədyönlü şəkildə edilir.
Bu tipli şeirlərin hər birində hadisəçilik, əhvalatçılıq əsas
yer tutur. Lakin lirik şeirdə hadisəçilik, təfsilat daimi ola
bilməz. Bu yalnız duyğu əhvali-ruhiyyə obrazının yaradıl-
masına, poetik «mən»in təqdiminə xidmət etmək məqsədi
daşıyır. Əlbəttə, lirik şair yalnız özündən, özü haqqında
yazmır, o həm də öz daxili hisslərinin obyektiv təsvirini
verir. Bu da onun gerçəkliyə olan müxtəlif münasibətini
göstərir. Beləliklə də süjetli lirikanın, süjetli şeirin nümunəsi
yaranmış olur. Lakin süjetli lirikada nə qədər hadisəçilik,
təsvirçilik olsa da, yenə hə həmin şeirlərdə lirik tərənnüm
hissləri əsas olur. Ən xarakterik olan budur ki, süjetli lirikada
təsvir olunan obyektiv hadisə və gerçəkliyin özü də lirik
tərənnüm yolu ilə verilir. Belə şeirlərdə təsvir predmeti epik
hadisələr, baş verən əhvalatlar olsa da, lirik tərənnüm tonu
əsas olaraq qalır.
Süjetli lirikada sənətkar-şair elə mövzulara müraciət edir
ki, bu da onun öz hisslərini, duyğularını oxucuya çatdırmağa
imkan verir. Doğru qeyd olunduğu kimi, süjetli lirika
«məzmununa görə epik xarakter daşıyır, lakin onun yazılma
və işlənilmə tərzi lirik planda verilir:
Gələndə hər bahar novruz bayramı,
Hərənin başında bir keçə papaq.
Düşüb qapılara gəzərdi hamı,
Hər çıxan tüstüdən bir pay umaraq.
Gəlir xatirimə qərib bir axşam.
Yanıb əriyirdi evimizdə şam,
Durnalar başımın üstdən keçəndə,
22
Onlara quş kim qoşulub mən də
23
Ən uzaq ellərə uçmaq istədim.
Evdən baş götürüb qaçmaq istədim.
(S.Vurğun)
Çöllərdən gəlirdik…yanırdı torpaq,
Bişirdi bürküdən bağrı adamın.
Deyirdin, yollarda ya bir buz bulaq,
Ya sərin kölgəsi ola bir damın.
Kəndin qırağında yaşıl qovaqlı
Bir qapını döydük…Qapı açıldı.
Göy çitdən don geymiş bir qaşqabaqlı
Qarabuğdayı qış qapıya çıxdı…
(Ə.Cəmil)
Səndən ayrılanda saat beş idi.
Dolandı könlümə dağda hər dolay.
O anın dəhşəti nə müdhiş idi.
Getmək istəmədən gedənə vay-vay!
Mən də, sürücü də susurduq elə.
Fikrimdə gəmirir şübhə-şübhəni.
Məqsədsiz, məramsız baxırdım çölə,
Hər daşın dalında görürdüm səni…
(B.Vahabzadə)
Dostları ilə paylaş: |