Birinci kitab



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə1/39
tarix06.06.2020
ölçüsü3,22 Mb.
#31719
  1   2   3   4   5   6   7   8   9   ...   39
26160-ceyn-ostin-querur-v-q-r-z


 

Ceyn Ostin 



Qürur və Qərəz 

 

downloaded from KitabYurdu.org



 

BIRINCI KITAB



 

 

I FƏSİL 



Hamı  bilir  ki,  maddi  imkanı  olan  gənc  özünə  arvad 

axtarmalıdır. 

Beləsinin niyyəti və baxışları nə qədər az məlum olsa 

da,  yeni  bir  məkanda  yerləşməsindən  sonra  bu  həqiqət 

ətrafda  yaşayan  ailələrin  beynini  o  dərəcədə  möhkəm 

məşğul edir ki, dərhal ona bu və  ya başqa qonşu qızının 

halal şikan kimi baxmağa başlayırlar. 

— Əziz mister Bennet, — bir dəfə missis Bennet ərinə 

dedi, — eşitmisinizmi, Nezerfild parkı, nəhayət, daha boş 

qalmayacaq? 

Mister Bennet cavab verdi ki, o bunu eşitməyib. 

— Bununla belə, bu elədir, — o davam etdi. — İndicə 

missis Lonq gəlmişdi, bu xəbəri mənə o verdi! 

Mister Bennet susdu. 

— Bəs  bilmək  istərdinizmi  ki,  bizim  yeni  qonşumuz 

kim olacaq? — arvadı səbirsizliklə soruşdu. 

downloaded from KitabYurdu.org


 

— Bu barədə danışmaq istəyirsinizsə, sizi dinləməyə 



hazıram. 

Ondan bundan artıq şey tələb olunmurdu. 

— Hə,  qulaq  asm,  mənim  əzizim,  —  missis  Bennet 

davam  etdi,  —  missis  Lonqun dediyinə  görə,  Nezerfildi 

Şimali İngiltərədən gəlmiş çox varlı bir gənc kirayələyib. 

Bazar  ertəsi  günü  o,  dörd  at  qoşulmuş  kareta  ilə  bura 

gəlib. Əraziyə baxıb və elə riqqətə gəlib ki, dərhal mister 

Morrislə hər şey barədə danışıb və razılaşıb. O, Mixaylov 

gününədək köçəcək və artıq gələn həftənin axırında onun 

xidmətçilərindən bəziləri bura gələcək. 

— 

Bəs onun adı nədir? 



— 

Binqli. 


— 

O ailəlidi, yoxsa subaydı? 

— Subaydır, əzizim, iş ondadır ki, subaydır! İldə dörd 

və  ya  beş  min  gəliri  olan  gənc  subay!  Bizim  qızlarımız 

üçün uğurlu təsadüfdür, düzdürmü? 

— 

Necə yəni? Məgər bunun ona bir dəxli var? 



— Əziz mister Bennet, —  arvadı cavab verdi, — bu 

gün  siz,  sadəcə  olaraq,  dözülməzsiniz.  Əlbəttə,  siz  başa 

düşürsünüz  ki,  mən  onun  qızlardan  biri  ilə  evliliyini 

nəzərdə tuturam. 

— 

Hm, onun planları belədir? 



— Planlar!  İlahi,  eyni  şeyləri  söyləyir!  Ancaq 

tamamən ola bilər axı, o onlardan birinə aşiq olsun. Ona 

görə  də  o  bura  gələn  kimi  sizin  ona  baş  çəkməyiniz 

gərəkdir. 

— Etiraf edirəm ki, bunun üçün kifayət qədər əsaslar 

downloaded from KitabYurdu.org



 

görmürəm. Siz özünüz qızlarla birlikdə gedərsiniz. Ya da 



birini göndərərsiniz — bu bəlkə daha yaxşı olar. Yalnız o, 

birdən  sizə  vurulmağı  düşünməsin  —  axı  siz  bizim 

qızların hər birindən heç də az cəlbedici deyilsiniz. 

— Siz  mənə  qılıqlamrsmız,  əzizim.  Bir  vaxtlar 

doğrudan  da  cazibədarlıqdan  məhrum  deyildim.  Ancaq 

indi, təəssüf ki, artıq gözəl sanılmağa iddia etmirəm. Beş 

ərgən qızı olan qadın öz gözəlliyi barədə düşünməli deyil. 

— Bu durumlarda qadınlarda nadir hallarda bu qədər 

gözəllik  qalır ki,  onun haqqında xüsusilə çox düşünmək 

lazım gəlsin. 

— Ancaq  mənim  dostum  mister  Binqli  peyda  olan 

kimi onu mütləq ziyarət etməlisiniz. 

— Çətin ki, mən bunu edim. 

— Amma  qızlarımız  barədə  düşünün.  Siz  yalnız 

təsəvvür  edin,  onlardan  birinin  həyatı  necə  yaxşı 

qurulacaq.  Bax,  görərsiniz,  ser  Vilyam  və  ledi  Lukas 

dərhal  Nezerfildə  tələsəcəklər.  Sizcə,  nəyin  xətrinə? 

Əlbəttə ki, öz Şarlottalanna görə — siz ki bilirsiniz, onlar 

kənar  adamlara  baş  çəkməyi  o  qədər  də  sevmirlər.  Siz 

mütləq getməlisiniz — axı biz sizsiz heç cür onu ziyarət 

edə bilmərik. 

— Siz  hədsiz  vasvasısınız. Güman  edirəm  ki,  mister 

Binqli  sizi  görməyə  şad  olacaq.  İstəyirsiniz,  mən  sizə 

qızlarımdan istənilənini, ən çox xoşuna gələn birini ona 

ərə vermək vədi yazılmış kağız verim. Ehtimal ki, Lizzi 

balamın  lehinə  yalnız  bir  kəlmə  söz  kəsmək  lazım 

gələcək. 

downloaded from KitabYurdu.org



 

— Ümid edirəm ki, siz bunu etməyəcəksiniz. Lizzi o 



biri qızlarınızdan az da olsa yaxşı deyil. Mən əminəm ki, 

o, Ceynin yansı qədər də gözəl deyil və Lidiyadan qat-qat 

az xoşməcazdır. Ancaq siz nəyə görəsə həmişə onu üstün 

tutursunuz. 

— Mənim  qızlarımdan  heç  biri  xüsusi  olaraq 

diqqətəlayiq deyil,  —  o  cavab verdi.  —  Onlar bu  yaşda 

olan başqa qızlar 

qədər küt və cahildirlər. Sadəcə, bacıları ilə müqayisədə 

Lizzinin qanacağı bir az çoxdur. 

— Mister Bennet, doğma övladlarınızı təhqir etməyə 

necə  cəsarət  edirsiniz?  Məni  bezdirmək  sizə  zövq  verir. 

Əlbəttə,  mənim  korlanmış  əsəblərim  sizin  vecinizə  də 

deyil. 

— Yanılırsınız, mənim əzizim. Mən onları düşünməyə 



çoxdan  vərdiş  etmişəm.  Axı  onlar  mənim  köhnə 

dostlarımdır.  Ən  azı  iyirmi  ildir  ki,  onların  barəsində 

mənə danışmağınız hədər yerə deyil. 

— Ah,  siz  hətta  təsəvvür  etmirsiniz  ki,  mən  necə 

iztirab çəkirəm. 

— Ümidvaram ki, siz hamınız ətraf ərazilərdə ildə ən 

azı dörd min gəliri olan xeyli gəncin peyda olduğu günlərə 

qədər yaşayacaqsınız. 

— Hətta onlar iyirmi olsalar belə, siz onsuz da hey ora 

getməkdən imtina edirsinizsə, onlara faydası nədir. 

— Yaxşı, onlar iyirmi olsalar, mənim əzizim, o zaman 

mən,  əlbəttə,  tezliklə  yığışıb  onların  hamısını  dalbadal 

ziyarət edərəm. 

downloaded from KitabYurdu.org



 

Mister  Bennetin  xasiyyətində  ağlın  diriliyi  və 



istehzaya  meyillilik,  qapalılıq  və  sərsəmlik  elə  incə 

şəkildə çulğaşmışdı ki, 23 illik birgə həyatlarında arvadı 

hələ  də  ona  alışa  bilməmişdi.  Qadının  xislətindən  baş 

açmaq isə xeyli asan idi. O, kifayət qədər zəkası olmayan 

və  qeyri-sabit  ovqatlı  cahil  qadın  idi.  Nədənsə  narazı 

olanda  hesab  edirdi  ki,  əsəbləri  qaydasında  deyil.  Onun 

həyatının  məramı  qızlarını  ərə  vermək  idi.  Qadının 

yeganə əyləncəsi ziyarətlər və yeniliklərdi. 

II 

FƏSİL 


Hər  halda  mister  Bennet  mister  Binqli  ziyarət  edən 

birincilərdən oldu. Doğrusuna qalsa, əvvəlcədən ona baş 

çəkmək  niyyətində  idi,  hərçənd  arvadı  elə  hey  Benneti 

inandırırdı, sanki o, heç cür onu ziyarət etməyəcək. Qadın 

onun  niyyətindən  ziyarətin  baş  tutduğu  günə  qədər 

xəbərsiz qaldı. Əsl həqiqətin üstü belə açıldı ikinci qızının 

şlyapasını lentlə bəzədiyini müşahidə edən mister Bennet 

gözlənilmədən dilləndi: 

— Lizzi,  ümidvaram  ki,  bu, mister Binqlinin xoşuna 

gələcək. 

— Biz heç vaxt bilməyəcəyik ki, nə mister Binqlinin 

xoşuna gəlir, nə gəlmir, — onun anası dalğınlıqla dedi, — 

bir halda ki, bizə Nezerfilddə olmaq lazım gəlməyəcək. 

— Ancaq siz unudursunuz ki, ana, — Elizabet dedi, — 

biz onu balda görəcəyik, missis Lonq da bizi tanış etmək 

vədi verib. Bu ikiüzlü və xudbin qadından zəhləm gedir. 

— Oh, yox, missis Lonq bunu etməz. Onun özünün iki 

bacısı qızı var. 

downloaded from KitabYurdu.org


 

— Mən də həmçinin, — mister Bennet dedi. — Necə 



də xoşdur ki, bu vacib işdə siz ondan asılı deyilsiniz. 

Missis  Bennet  cavab  verməyə  qalxmadı,  ancaq  öz 

hikkəsini  cilovlamağı  bacarmayaraq  qızlarından  birinin 

üstünə düşdü: 

— Allah  xətrinə,  Kitti,  bu  cür  öskürməyi  kəs!  Bir 

damcı da mənim əsəblərim haqqında düşün. Onlar buna 

dözmür. 

— Kitti bizdə heç nə ilə razılaşmır, — ata dedi. — O 

həmişə yersiz-yersiz öskürür. 

— Mən kefimdən öskürmədim, — Kitti incidi. 

— Sizdə növbəti bal nə vaxtdır, Lizzi? 

— İki həftədən sonra. 

— Ah, bir işə bax, — ana səsləndi. — Demək, missis 

Lonq  bal  ərəfəsində  qayıdacaq!  O,  Binqlini  bizə  necə 

təqdim  edəcək,  özü  o  vaxta  qədər  onunla  görüşməyə 

macal tapmayacaqsa? 

— O  zaman,  mənim  əzizim,  siz  mister  Binqlini 

rəfiqənizə təqdim edərək faydalı ola bilərsiniz. 

— Mümkün  deyil,  mister  Bennet,  bir  halda  ki,  mən 

özüm  onunla  tanış  olmayacağam,  mümkün  deyil.  Siz, 

sadəcə olaraq, məni ələ salırsınız! 

— Sizin ehtiyatlılığınız sizə şərəf verir. Əlbəttə, bu cür 

qısa  tanışlıq,  demək  olar,  heç  bir  məna  kəsb  etmir.  İki 

həftənin içində insan haqqında necə mühakimə yürütmək 

olar? Fəqət onu mister Binqli ilə biz tanış etməsək, bunu 

kimsə  başqa  bir  adam  edəcək.  Mənə  görə,  qoy  missis 

Lonq  və  onun  bacısı  qızları  da  öz  nəsiblərini  sınasınlar. 

downloaded from KitabYurdu.org



 

Ürəyindən  deyilsə,  mən  belə  bir  savab  işi  öz  üzərimə 



götürməyə hazıram. 

Qızlar gözlərini atalarına zillədilər. Missis Bennet dilə 

gəldi: 

— Hədyana bax! 



— Sizin  ifadəli  iradınız  nə  deməkdir,  xanım?  —  o, 

təəccüblə  soruşdu.  —  Tanış  olmayan  adamla  işiniz 

olmazdan  öncə  onun  sizə  təqdim  olunmasını  nəzərdə 

tutan  ənənəni  cəfəng  hesab  edirsiniz?  Yoxsa  bu  sayaq 

mövcud  təqdimat  qaydası  sizin  xoşunuza  gəlmir? 

Qorxuram  ki,  bu  xüsusda  bizim  baxışlarımız  bir  qədər 

ayrılır. Bəs sən, Meri, bu barədə nə düşünürsən? Sən 

ki bizim dərrakəli qızımızsan, elmi kitablar oxuyursan və 

hətta ondan iqtibaslar edirsən. 

Meri dərin mənalı nəsə demək istədi, ancaq ağlına bir 

şey gəlmədi. 

— Meri  düşüncələrini  toplayana  qədər,  —  o  davam 

etdi, 

— mister Binqliyə qayıdaq. 



— Mister Binqli haqqında artıq eşitmək istəmirəm, — 

qadın bəyan etdi. 

— Heyif ki, siz bunu mənə əvvəl deməmisiniz. Bunu 

bu  səhər  bilsəydim,  mən  heç  bir  halda  onun  yanma 

getməzdim. Çox ayıb! Ancaq bir halda ki mən onu ziyarət 

etmişəm,  qorxuram,  onunla  tanışlıqdan  qaçmaq  o  qədər 

də asan olmasın. 

Mister  Bennet  istədiyinə  nail  oldu  -  xanımlar  son 

dərəcə  heyrətləndilər.  Missis  Bennet  xüsusilə  möhkəm 

downloaded from KitabYurdu.org



 

şaşırdı. Fəqət ilk sevinc coşqusu ötüşüncə, missis Bennet 



ondan  məhz  bunu  etməyi  gözlədiyinə  əmin  etməyə 

çalışdı. 

— Siz gerçəkdən də alicənab hərəkət etmisiniz, əzizim 

mister Bennet! Hərçənd, etiraf edirəm, şübhə etmirdim ki, 

axırda  sizin  bunu  edəcəyinizə  nail  olacağam.  Mən 

bilirdim, siz 

qızlarınızı o qədər sevirsiniz ki, bu cür tanışlığa etinasız 

yanaşmağa qabil deyilsiniz. Ah, mən necə də xoşbəxtəm! 

Siz bizimlə necə də zərif zarafat elədiniz. Bir düşünün, siz 

hələ səhər ertə Nezerfilddə olmusunuz və bu vaxta qədər 

hətta bir kəlmə belə deməmisiniz! 

—  İndi,  Kitti,  istədiyin  qədər  öskürə  bilərsən,  — 

mister Bennet arvadının riqqətli izharını eşitməmək üçün 

otaqdan çıxarkən dedi. 

—  Qızlar,  görün,  sizin  necə  gözəl  atanız  var!  — 

Qapı bağlananda missis səsləndi. — Düzü, bilmirəm siz 

onun bu xeyirxahlığına nəylə təşəkkür edəcəksiniz. Mən 

də həmçinin. İnanın, bizim sinnimizin bu çağında hər gün 

yeni tanışlıq qurmaq elə də xoş deyil. Ancaq balalarımızın 

xətrinə  biz  hər  şeyə  hazınq.  Lidiya,  əziz  balam,  sən 

hamısından  balaca  olsan  da,  mənə  elə  gəlir  ki,  balda 

mister Binqli məhz səninlə rəqs edəcək. 

—  Məni  bununla  təəccübləndirmək  olmaz,  — 

Lidiya cəsarətlə bildirdi. — Balaca olsam da, əvəzində ən 

hündür 

mənəm. 


Axşamın  yerdə qalan hissəsi  mister  Binqlinin cavab 

downloaded from KitabYurdu.org



10 

 

ziyarətinin neçə günə olacağı və ondan sonra onu nahara 



dəvət  etməyin  mümkünlüyü  haqqında  müzakirələrlə 

keçdi. 


III 

FƏSİL 


Missis Bennet və onun beş qızı nə qədər çalışsalar da, heç 

cür  ailə  başçısından  mister  Bennetin  necə  biri  olduğu 

barədə  elə  bir  təsvir  ala  bilmədilər  ki,  bu  onların 

maraqlarını  qarşılaya  biləydi.  Onlar  mister  Bennetə 

müxtəlif üsullarla hücum etdilər: birbaşa suallar, hiyləgər 

gümanlar,  dolayı  eyhamlar  səsləndirdilər.  Ancaq  o,  heç 

bir  tələyə  düşmədi.  Axırda  onlar  ikinci  əldən,  qonşulan 

ledi Lukasdan aldıqları məlumatla kifayətlənməli oldular. 

Ledinin məlumatlan tamamilə ümidverici idi. O, hələ çox 

cavandır,  gözəgəlimlidir,  olduqca  lütfkardır;  üstəlik, 

yaxınlarda olan balda mütləq iştirak etmək niyyətini, ora 

dostlanndan  ibarət  bütöv  bir  kampaniya  ilə  gəlməyə 

hazırlaşdığını bildirir. 

Bundan  daha  yaxşısını  arzulamaq  belə  olmazdı. 

Rəqslərə  maraq  edənin  aşiq  olması  çətin  deyil.  Hamı 

mister  Binqlinin  ürəyini  tezliklə  çalmağa  ən  nikbin 

ümidlər bəsləyirdi. 

—  Ah,  əgər  qızlarımdan  birini  Nezerfildin  xoşbəxt 

sahibəsi kimi görə bilsəydim, — missis Bennet ərinə dedi, 

—  eləcə  də  o  birilərini  uğurla  ərə  versəydim,  o  zaman 

daha heç nə arzulamazdım. 

Bir neçə gündən sonra mister Binqli mister Bennetin 

ziyarətinə gəldi və onun kitabxanasında on dəqiqə oturdu. 

Mister  Binqli  gənc  ledilərə  göz  qoymağa  ümid  edirdi, 

downloaded from KitabYurdu.org


11 

 

onların gözəlliyi barədə çox eşitmişdi, ancaq ona yalnız 



onların  atasını  görmək  müyəssər  oldu.  Xanımlar  ondan 

daha  şanslı  idilər:  onlar  yuxarı  pəncərədən  görmək 

xoşbəxtliyinə  nail  oldular  ki,  onun  əynində  göy  pencək 

var və o, qara atla gəlib. 

Bundan  az  sonra  mister  Binqliyə  nahara  dəvət 

göndərildi.  Missis  Bennet  artıq  təsərrüfat  aparmaq 

bacarığını  şərəfləndirən  tərzdə  menyu  tərtib  etmişdi, 

birdən  Nezerfilddən  onun  bütün  planlarını  pozan  cavab 

gəldi.  Mister  Binqlinin  növbəti  gün  Londona  getməsi 

lazım  olub  və  bu,  çox  təəssüf  ki,  onu,  ona  göstərilən 

diqqətdən istifadə etmək imkanından məhrum edir və sair 

və  ilaxır.  Missis  Bennet  çox  məyus  oldu.  O  heç  cür 

təsəvvür etmirdi ki, Hartfordşipə köçdükdən bir az sonra 

onun 


şəhərdə nə işi çıxa bilər və qorxmağa başladı ki, o, daima 

bu yerdən başqa yerə daşınacaq, Nezerfild heç vaxt mister 

Binqlinin daimi sığınacağı olmayacaq. 

Ledi  Lukas  onun  həyəcanını  müəyyən  dərəcədə  öz 

gümanları ilə dağıtdı, dedi ki, o, Londona bala gəlməyə 

hazırlaşan dostlarının arxasınca getmiş ola bilər. Tezliklə 

danışmağa başladılar ki, mister Binqli bala on iki xanım 

və  yeddi  centlmenlə  birlikdə  gələcək.  Xanımların  sayı 

qadınların  qanmı  qaraltdı,  ancaq  onlar  on  iki  qadın 

müşayiətçi əvəzinə onunla Londondan yalnız altı qadının 

- beş bacısının və bir dayısı qızının gəldiyini eşidərək bir 

qədər şənləndilər. Nezerfild qonaqlan bal salonuna daxil 

olanda,  aşkarlandı  ki,  onlar  cəmi  beş  nəfərdən,  mister 

downloaded from KitabYurdu.org



12 

 

Binqlidən,  onun  iki  bacısından,  böyük  bacısının  ərindən 



və bir gənc cənabdan ibarətdir. 

Mister Binqlinin nəcib  və  xoş  görünüşlü,  rahat  ədalı 

gənc adam olduğu göründü. Onun hər iki bacısı zərif və 

tam  kübar  xanımlar  idi.  Onun  yeznəsi  mister  Hörstü 

çətinliklə  zadəgan  saymaq  olardı.  Əvəzində  mister 

Binqlinin  dostu  Darsi  qədd-  qaməti,  üzünün  düzgün 

cizgiləri və kübar görkəmi ilə bütün 

zalın diqqətini dərhal özünə cəlb etdi. Onların gəlişindən 

beş dəqiqə sonra hamıya məlum oldu ki, o, ildəio min funt 

gəlir gətirən malikanənin sahibidir. Centlmenlər onu kişi 

cinsinin ləyaqətli nümayəndəsi hesab etdilər, qadınlar isə 

Darsinin mister Binqlidən daha cazibədar olduğunu elan 

elədilər  və  axşamın  birinci  yansında  o,  hamını  özünə 

heyran etdi. Fəqət sonradan öz davranışı üzündən mister 

Darsinin  populyarlığı  sürətlə  aşağı  düşdü.  Söz-söhbət 

başladı  ki,  o,  həddən  artıq  təkəbbürlüdür,  hamının 

qarşısında burnudik gəzir və onu məmnun etmək çətindir. 

Artıq Derbişirdəki böyük malikanəsi onun xoşagəlməz və 

diksindirici görünüşünü yox edə bilməzdi. Əlbəttə ki, o, 

dostu ilə heç bir müqayisəyə tab gətirə bilməzdi. 

Mister  Binqli  tezliklə,  demək  olar,  bütün  məclis 

iştirakçıları ilə birbir tanış oldu. O, hərəkətli və lütfkar idi, 

hər rəqsdə  iştirak edirdi, sonda balın tez başa çatmasına 

təəssüfünü  bildirdi,  hətta  ayaqüstü  qeyd  etdi  ki, 

Nezerfilddə  bal  təşkil  etmək  pis  olmazdı.  Bu  qədər  xoş 

təbiət  özlüyündə hər şeyi  deyirdi. O, dostundan  necə  də 

açıq-aşkar fərqlənirdi! Mister Darsi yalnız missis Hörst ilə 

downloaded from KitabYurdu.org



13 

 

rəqs etdi, başqa xanımlara təqdim 



olunmağı istəmədi və bütün gecəni zal boyunca ora-bura 

gəzməklə  və  hərdən  müşayiətçilərindən  biriylə  kəlmə 

kəsməklə keçirdi. Onun xasiyyətini hamı mühakimə etdi. 

Darsi  dünyanın  ən  təkəbbürlü  və  xoşagəlməz 

insanlarından biri sayıldı və hamı xorla onun bir daha yerli 

cəmiyyətdə görünməyəcəyinə ümidvar olduğunu bildirdi. 

Missis Bennet də onun qatı düşmənləri sırasında idi. Bu 

qadının mister Darsinin  davranışından ümumi narazılığı 

bölüşməsi,  onun,  xanımın  qızlarından  birinə  etinasız 

yanaşmasından sonra şəxsi nifrətə çevrildi. 

Kavalerlərin çatışmazlığı üzündən Elizabet Bennet iki 

rəqs  ərzində  divarın  dibində  oturmağa məcbur olmuşdu. 

Bu  zaman  o,  istər-istəməz  yaxınlıqda  dayanan  mister 

Darsi  ilə  dostunu  onun  kimi  hərəkət  etmək  üçün  dilə 

tutmaqdan  ötrü  rəqs  edənləri  tərk  edən  mister  Binqlinin 

söhbətinə qulaq müsafiri oldu. 

—  Gedək,  Darsi.  Mən  səni  rəqs  etməyə  məcbur 

etməliyəm,  —  o,  dostuna  yaxınlaşaraq  dedi.  —  Sizin 

bütün  gecəni  burada  axmaq-axmaq  tənha  durmağınıza 

tamaşa edə bilmərəm. Gerçəkdən, kimisə dəvət edin. 

— Heç  bir  halda!  Bilirsiniz,  tərəf-müqabilim  olan 

qadınla  tanış  deyiləmsə,  rəqslər  mənə  zövq  vermir. 

Buradala  cəmiyyətdə  isə  bu  mənim  üçün,  sadəcə, 

dözülməz olardı. Sizin bacılarınız dəvət olunub, onlardan 

başqa isə zalda elə bir qadın yoxdur ki, onunla rəqs etmək 

mənim üçün sırf cəza olmasın. 

— 

Ey,  mən  sizin  kimi  mızmızı  deyiləm!  —  Binqli 



downloaded from KitabYurdu.org

14 

 

səsləndi. 



—  Şərəfimə  and  olsun,  mən  bir  gecədə  bu  qədər 

xoşagələn  qadına  bir  dəfə  də  rast  gəlməmişəm;  onların 

içində, sadəcə, gözəllər var! 

— Siz bu zaldakı yeganə gözəl qızla rəqs edirsiniz, — 

Mister Darsi böyük miss Bennetə baxaraq dedi. 

— Bəli,  bu,  indiyə  qədər  rast  gəldiyim  ən  cazibədar 

məxluqdur!  Ancaq  odur,  orada,  sizin  arxanızda  onun 

bacılarından  biri  oturub.  Məncə,  o  da  çox  yaraşıqlıdır. 

İstəyirsiniz, mən xanımımdan sizi tanış etməyi rica edim. 

— Siz  kimin  haqqında  danışırsınız?  —  Darsi  geri 

çevrilərək  Elizabetə  baxdı,  ancaq  qızın  ona  baxdığını 

görüb gözlərini qaçırdı və soyuq-soyuq dedi: — Bəli, o, 

gözəl  görünür.  Amma  hər  halda  mənim  qəlbimin 

rahatlığını pozacaq qədər yaxşı 

deyil.  Bu  saat  mənim  başqa  kavalerlərin  unutduğu  gənc 

ledilərə  təsəlli  vermək  həvəsim  yoxdur.  Öz  xanımınızın 

yanma qayıdın. Əmin edirəm ki, onun təbəssümü ilə həzz 

alaraq keçirə biləcəyiniz vaxtı burada mənimlə itirirsiniz. 

Binqli bu tövsiyəyə əməl etdi, onun dostu otağın o biri 

küncünə çəkildi, Elizabet isə Darsiyə münasibətdə o qədər 

xoş  olmayan  hisslər  keçirə-keçirə  oturduğu  yerdə  qaldı. 

Yeri  gəlmişkən,  o  bu  olay  barədə  dostlarının  dairəsində 

məmnuniyyətlə danışdı - çünki şən ovqatlı idi və deyib-

gülməyi sevirdi. 

Bütün ailə axşamı çox xoş keçirmişdi. Missis Bennet 

Nezerfild  sakinlərinin  onun  böyük  qızma  göstərdiyi 

diqqətdən vəcdə  gəlmişdi. Mister Binqli onunla iki dəfə 

downloaded from KitabYurdu.org



15 

 

rəqs  etmişdi  və  bacıları  bunu  nəvazişlə  qəbul  etmişdi. 



Ceyn buna anasından az sevinməmişdi, hərçənd, riqqətini 

bu qədər açıq-aşkar büruzə vermirdi. Elizabet Ceynə görə 

çox  sevinirdi.  Meri  eşitmişdi  ki,  kimsə  miss  Binqli  ilə 

söhbətində onu bütün rayonun ən oxumuş qızı adlandırıb; 

Ketrin  və  Lidiya  ona  görə  xoşbəxt  idilər  ki,  bir  dəfə  də 

rəqslər zamanı kavalersiz qalmamışdılar - onlar baldan 

bundan  artığını  arzulamağı  öyrənməmişdilər.  Beləliklə, 

onlar  Lonqbernə  -  yaşadıqları  və  Bennet  ailəsinin 

görkəmli  mövqeyə  sahib  olduğu  kəndə  yüksək  ovqatda 

qayıdırdılar.  Onlar  gəlib  çatanda  mister  Bennet  hələ 

yatmamışdı. Kitab oxuyarkən o, zamanın necə keçdiyini 

hiss etməmişdi; bu dəfə onun üçün çox maraqlıydı ki, ailə 

üzvlərinin çox şey  gözlədiyi  gecə  necə  keçib.  O, demək 

olar, yeni tanışlanna münasibətdə arvadının niyyətlərinin 

uğurla nəticələnməyəcəyinə şübhə etmirdi. Ancaq tezliklə 

başa  düşdü  ki,  tamam  başqa  cinsdən  olan  hekayət 

dinləməli olacaq. 

—  Ey  əziz  mister  Bennet,  -  arvadı  otağa  girə-girə 

səsləndi,  -  necə  bir  gecə  keçirdik!  Bal  möhtəşəm  idi! 

Yalnız  təəssüf  ki,  siz  yox  idiniz.  Ceyn  qeyri-adi  uğur 

qazandı. Hamı hey onun necə gözəl olduğundan danışırdı. 

Mister Binqli onu cazibədar adlandırdı və onunla iki dəfə 

rəqs etdi. Siz bir düşünün, mənim dostum, düz iki dəfə! 

Mister  Binqlinin  rəqsə  dəvət  etdiyi  yeganə  xanım  idi. 

Əvvəlcə  o,  miss  Likasla  rəqs  etdi.  Onlan  cüt  görəndə 

mənə çox toxundu. Ancaq qız onun heç xoşuna gəlmədi. 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin